text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Qərbin ilk proletar və ilk milyonçu yazıçısı kimi tarixə düşdü. Onu yaşamaq uğrunda mübarizənin ən gözəl təsvir ustadı hesab edirlər. İnsanın ölümlə üz-üzə dayandığı o son məqamda ölüm mələyinə yenilməyən, bütün gücünü toplayıb dişi-dırnağı ilə savaşan, sonuncu nəfəsini belə boşa almayan qəhrəmanların yaradıcısı Cek Lo... | ANL |
Müstəqillik yollarında. Tarix bir şans verdi əsrin əvvəli, Şərqdə demokratik dövlət yaratdıq. Çölündə yağılar, içdə dönüklər, Qənimi oldular o səadətin. İyirminci əsrin sonu yenə də, Tarix öz şansını etdi ərməğan. Qəlbində azadlıq eşqi çağlayan. Oyanmış millətin gurladı səsi, Yayıldı ildırım sürəti ilə, Dünyaya azadlıq... | ANL |
Dedim: Xeyir, məni o cür sanma, mən zəif məxluq olsaydım dünyadan qaçmaq fikri ilə üzbəüz durmazdım. Dedi: Necə, Sən dünyadan qaçmaq istərdin? Dedi: Sən dünyadan qaça bilməzsən, axı dünya fırlanır. Gəzib-gəzib axırda həmin nöqtəyə qayıdası olacaqsan! Dedi: Yaxşı nədir sənin istəyin-arzun? Dedim: Bilmirəm? Dedi: Nə üçün... | ANL |
UNUTMADIĞIM VİLAYƏT RÜSTƏMZADƏ. Çox istiqanlı, dostluqda sadiq, ünsiyyət sevən adam idi. Sevdiyi insanlara yaşından asılı olmayaraq "starik" deyə müraciət edərdi. Əsli Gürcüstanın Bala Muğanlı kəndindən idi - Borçalı elindən. Uşaqlığı və ilk gəncliyi orada keçmişdi. Marneuli Dövlət Pedoqoji məktəbini, sonralar Moskvada... | ANL |
Hər anı qarabağlı Əli Mahmud... "Tərəqqi" medallı dostumuza təbrik ovqatlı məktub. Xoş bir xəbər qapımızı döydü. Hamımızın sözünü, özünü yaxşı tanıdığımız, şəxsiyyətinə, yaradıcılığına sevgi bəslədiyimiz Əli Mahmud (Mahmudov) ölkə prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. ...Bu gün SOCAR Qaz Emalı Z... | ANL |
Xalq arasında belə bir söz tez-tez vurğulanır ki, ruhlar ölmür. Ruhlar hər şeyi öz vaxtında çatdırır sahiblərinə, agah edir onu hər şeydən - haqqında danışılanlardan, deyilənlərdəng. Əgər doğrudan da belədirsə, sənin 80 illik yubileyin münasibəti ilə yazıb "Ədalət" qəzetində çap etdirdiyim "Yaşa, yarat qardaşım!" məqal... | ANL |
ALLAHŞÜKÜR AĞA son illərin gənc yazarları arasında diqqətimi cəlb edən şairlərdəndir. Bunu tərif naminə demirəm. O, axtarış aparır və mətbuatda çap etdirdiyi hər yeni şeirlər silsiləsində onun uğurları ilə tanış olur və əlbəttə, sevinirəm. İyirmi altı yaşlı bir gəncin şeirlərindəki çırpıntı, yeni söz deməyə can atması ... | ANL |
Pərvanə. Sabah şair-publisist, dəyərli qələm dostumuz İntiqam Mehdizadənin doğum günüdür. Bu münasibətlə onu ürəkdən təbrik edir və hədiyyə olaraq, barəsində yazılmış yazını ona ərməğan edirik. Elə ki, yazacağın mövzuya hardan başlayacağını bilmirsən, əlindəki lal-dinməz qələmlə birgə yonulmuş heykələ dönürsən. Bir həf... | ANL |
AQİL ABBAS: QİYAMƏT GECƏSİ. Ömründə belə çovğun görməmişdi, hətta bir vaxtlar Leonid İliçin aldadıb göndərdiyi gənclərdən yazmaq üçün getdiyi BAM-da da. Şaxta nəinki maşınların qara batıb qaldığı yolları, yol qırağında sıralanmış işığa həsrət qalmış işıq dirəklərini, hətta yaxınlıqda uzanıb gedən qəbiristanlıqdakı başd... | ANL |
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. XX əsrin əvvəlləri azadlıq sevinci 23 ayla bitsə də əsrin sonları azadlığımızı, bayragımızı yenidən qazandıq. Bu illər ərzində Azərbaycan yazıçılarının böyük bir qismi öz inqilabi, mütərəqqi ideyalarını ifa... | ANL |
Tənqidçinin şəxsiyyəti, elmin fəziləti, yoxsa alimin qəbahəti?! Polemik söhbət. Tənqid (araşdırma nəzərdə tutulur) hərəkətdə olan estetikadır. Bu fikir V.Q.Belinskiyə məxsusdur və o, yüksək tənqiddə özünə yer tapmış fəlsəfi məzmuna işarə edir. Bu gün istedadlı, tənqidi fikir söyləməyə gücü çatan filoloqlar az deyil və ... | ANL |
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir". Heydər Əliyev. Dil insanlar arasında ünsiyyət vasitəsidir, yaranması və formalaşması cəmiyyətdən asılıdır. Böyük xalqlardan başlamış kiçik qəbilələrə qədər hər kəsin öz dili var. Dil ictimai icma quruluşu kimi yarandığı bir gündən i... | ANL |
(əvvəli ötən saylarımızda). Ötən illər ərzində Heydər Əliyev və Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksi, Şahmat məktəbi, Musiqi məktəbi, YAP rayon təşkilatı üçün inzibati bina istifadəyə verilmiş, genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmışdır. Üçüncü Dövlət Proqramında Göyçay rayonu üzrə nəzərdə tutulmuş ... | ANL |
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycanda istiqlal bir xəyal kimi tez gəlib keçdi. Vətənin başı üzərində qorxunc aprel küləkləri əsərək Şimalın soyuq "səmumu" ilə ilıq, səmimi ürəklərə qənim kəsildi. 1920-ci ilin 28 aprel tarixində Azə... | ANL |
AQİL ABBAS: QİYAMƏT GECƏSİ. Nəhayət, bu donmuş dünyanın donmuş yollarında qara batıb qalmış bu donmuş maşında oturub bu ürək ağrısı ilə çovğunun haçansa kəsəcəyini və yolların açılacağını gözləməkdən O da yoruldu, daha doğrusu, buna ümidini tamamilə itirdi, butulkanın dibindəki axırıncı qurtum viskini də içdi, kürkünün... | ANL |
Hər dəfə bu şahanə gözəlliklə baş-başa qalanda sanki ilk dəfə görürmüş kimi heyrətini gizlədə bilmirsən. Həm də düşünürsən: görəsən, bu dünyada təbiət gözəlliyi ilə şəhər anlayışının, şəhər doğmalığının bu dərəcədə bir-birini tamamlayan başqa oxşar yerlər də varmı, yoxmu?.. Mən əzəmətli gözəlliyin bu bitkin harmoniyası... | ANL |
Yazıçı Əfqan: “Mən qadının işləməsinin əleyhinə olmuşam”. Mən də müsahibəyə elə onların suallarından başlayıram. Adalet.az kulis.az-a istinadən yazıçı Əfqanla müsahibəni təqdim edir. Ədəbiyyat saytıdır. Amma uşaqlar baxır. - İndi bir çox gənc yazıçılarımız mətbuatda işləyir. Bəzən düşünürlər ki, yazıçı özünü mətbuatda ... | ANL |
Həmidə xanım Cavanşir. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Həyatının bütün keşməkeşli günlərini xatirələrində qələmə alan Həmidə xanım daha sonra yazırdı: "1907-ci ildə Qarabağda çəyirtrə və aclıq gözlənilirdi. Mən hər ehtimala qarşı xeyli da... | ANL |
AQİL ABBAS: QİYAMƏT GECƏSİ. Amma O, Könül deyildi, Könül Onun özündən balaca qardaşıydı. - dedi, əlindəki stəkanı qoydu stolun üstünə və keçdi kitabxanaya anasının yanına. Anası qalxıb çarpayıda oturmuşdu, əlləri ilə dağılmış saçlarını topalayırdı, onu görcək: - Buy! Kömək elə qalxım. O gün Rauf həkim də dedi ki, day ü... | ANL |
(əvvəli ötən saylarımızda). Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə s... | ANL |
Aprel şəhidinə həsr olunmuş kitab təqdim olundu. Cəmşid Naxçıvanski adına hərbi liseyin təlim tədris mərkəzində 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra " Azərbaycan bayrağı" ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, b... | ANL |
Bütün bu işlərin görülməsi məqsədi ilə rayonda bütün imkanlar səfərbər olunaraq 614 ədəd özüyeriyən texnikadan istifadə edilmişdir. Ötən il ərzində rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizootik vəziyyət sabit saxlanılmışdır.... | ANL |
AQİL ABBAS: QİYAMƏT GECƏSİ. ...Anası onları hardan qoyub getmişdi, elə orda da - öz köhnə dəmir çarpayısında üzünü iki əlinin üstünə qoyub adətinə uyğun sol böyrü üstə yatmışdı və onları qoyub gedən zaman üz-gözündəki yorğunluq da elə üz-gözündəydi, amma bu yorğunluq onun gözəlliyini soldura bilməmişdi. Anası hər yerdə... | ANL |
"Akademikin son əsəri" haqqında mülahizələrim. Musa Xanbabazadə filoloq- ədəbiyyatşünas. Həm də təkrar-təkrar. Qeydlər, sitatlar götürə-götürə. Oxumuşam məni sehrləyən-cazibləyən cümlə və abzasların, epizod və ricətlərin altından qara karandaşla xətlər çəkə-çəkə. Oxumuşam millətin-xalqın başına rus-erməni cütlüyünün aç... | ANL |
Həmidə xanım Cavanşir. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Həyatının bütün keşməkeşli günlərini xatirələrində qələmə alan Həmidə xanım daha sonra yazırdı: "1907-ci ildə Qarabağda çəyirtrə və aclıq gözlənilirdi. Mən hər ehtimala qarşı xeyli da... | ANL |
Həmidə xanım Cavanşir. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Həyatının bütün keşməkeşli günlərini xatirələrində qələmə alan Həmidə xanım daha sonra yazırdı: "1907-ci ildə Qarabağda çəyirtrə və aclıq gözlənilirdi. Mən hər ehtimala qarşı xeyli da... | ANL |
"Akademikin son əsəri" haqqında mülahizələrim. filoloq- ədəbiyyatşünas. Sərt, ötkəm reaksiya verir Ziyad Şıxlı SSRİ prezidenti Qorbaçovun - bu boyda ittifaqı yenə rus hegemonluğunun at oynatdığı xırda savaşlar ocağına çevirməsinə, I Pyotrun, Yekaterinanın, Stalinin, Mikoyanın türklərə qarşı başlatdıqları qan-qadalı oyu... | ANL |
AQİL ABBAS: QİYAMƏT GECƏSİ. Amma O, Könül deyildi, Könül Onun özündən balaca qardaşıydı. - dedi, əlindəki stəkanı qoydu stolun üstünə və keçdi kitabxanaya anasının yanına. Anası qalxıb çarpayıda oturmuşdu, əlləri ilə dağılmış saçlarını topalayırdı, onu görcək: - Buy! Kömək elə qalxım. O gün Rauf həkim də dedi ki, day ü... | ANL |
(əvvəli ötən saylarımızda). Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə s... | ANL |
Aprel şəhidinə həsr olunmuş kitab təqdim olundu. Cəmşid Naxçıvanski adına hərbi liseyin təlim tədris mərkəzində 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra " Azərbaycan bayrağı" ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, b... | ANL |
"Akademikin son əsəri" haqqında mülahizələrim. filoloq- ədəbiyyatşünas. Sərt, ötkəm reaksiya verir Ziyad Şıxlı SSRİ prezidenti Qorbaçovun - bu boyda ittifaqı yenə rus hegemonluğunun at oynatdığı xırda savaşlar ocağına çevirməsinə, I Pyotrun, Yekaterinanın, Stalinin, Mikoyanın türklərə qarşı başlatdıqları qan-qadalı oyu... | ANL |
AQİL ABBAS: QİYAMƏT GECƏSİ. Amma O, Könül deyildi, Könül Onun özündən balaca qardaşıydı. - dedi, əlindəki stəkanı qoydu stolun üstünə və keçdi kitabxanaya anasının yanına. Anası qalxıb çarpayıda oturmuşdu, əlləri ilə dağılmış saçlarını topalayırdı, onu görcək: - Buy! Kömək elə qalxım. O gün Rauf həkim də dedi ki, day ü... | ANL |
(əvvəli ötən saylarımızda). Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə s... | ANL |
Aprel şəhidinə həsr olunmuş kitab təqdim olundu. Cəmşid Naxçıvanski adına hərbi liseyin təlim tədris mərkəzində 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra " Azərbaycan bayrağı" ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, b... | ANL |
BALAKƏN: BU ŞƏHƏRİ SEVƏNLƏRİ SEVİNDİRMƏK. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası"na uyğun olaraq 115 nəfər barama istehsalç... | ANL |
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-cİ ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi dedi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2018-ci il tarixdə Naz... | ANL |
AQİL ABBAS: QİYAMƏT GECƏSİ. - Yuxuda gördüm ki, svetoforda maşını saxlamısan. Bir dilənçi uşaq qəfil qapını açdı, bıçağı soxdu ürəyinin başına, sonra da ürəyini çıxarıb qaçdı. Durdum kişiyə danışdım. Elə o vaxtdan hər gün deyir görən uşağın ürəyi nə təhərdi. Bu hadisəni hansısa bir bədii əsərdə oxusaydı fikirləşərdi ki... | ANL |
İlk məhəbbətin üç göy qurşağı. Xəzər sahilindəki böyük şəhərin üç bəndəsi ildə bir dəfə hamıdan xəbərsiz öz ilk məhəbbətlərinin cığırı ilə səyahətə çıxmalı olurdu. Hər üçünün də həmin səyahət üçün üzünə tutmağa bir-birinkindən fərqli ələyi vardı. (Amma bu qaçış bir növ hər üçünə şəhər havasının çatmadığı, Xəzərin mehin... | ANL |
YADDAŞIMDA YAŞAYAN İNSAN. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Deyirəm həyatda hər kəsin doğması, qohum-əqrəbası olmayan bir neçə nəfər tanıdığı, onlarla təsadüfdən-təsadüfə görüşdüyü, müsahib olduğu insanlar da var ki, onları unutmaq, yaddan ... | ANL |
Atamı öldürən adamı da sevərəm... Fəridə Uğur müasirədəbiyyatımızın maraqlı imzalarından biridir. Tez-tez görünməkdən uzaqdır, ara-sıra yazıları gözə dəyir. Ədəbiyyata gəldiyi ilk günlərdə ürkək addımlar atırdı. Fəridə Məmmədova ədəbi mühitdə maraqla qarşılandı. Ardınca Fəridənin yoxa çıxdığını gördük. Heçyerdə gözə də... | ANL |
Əbülfət MƏDƏTOĞLU: RUHUN AYDIN OLSUN! Həmişəki kimi hal-əhval tutmaqdan başlayıram. Yəqin ki, sən uşaqları, nəvələri soruşacaqsan. Sonra yazı-pozudan soruşacaqsan, səhhətimlə maraqlanacaqsan. Mən də deyəcəm ki, yazı-pozu boyuma biçilib, ölüncə yol-yoldaşımdı. O ki, qaldı səhhətə, onu da tapşırmışam dərmanlara. Hə, bund... | ANL |
İlk məhəbbətin üç göy qurşağı. Lalənin dupduru gözlərinə tuş gəlib, həyatının ilk məhəbbət cığırına düşdükdən sonra həmin gözlər onun günişıqlı sevinclərini bir müddətliyə lalə ləçəkləri kimi uçura bilmişdi. Bu da Aşağı, Yuxarı Əskipara yolu arası Şırşır üstə qabaqlarına çıxan yalquzaq gözləri idi. Uşaqların səfini arx... | ANL |
AQİL ABBAS: QİYAMƏT GECƏSİ. Anasının sözlərinə əhəmiyyət vermədi, Onun biləyini bir az da bərkdən dişlədi, gördü ki, qardaşı yenə heç nə hiss eləmir. Sonra üzüquylu döşəməyə düşüb hönkürməyə başladı. Yumruqları ilə də döşəməni döyəcləyirdi. Atası nə qədər çalışsa da onu yerdən qaldıra bilmədi. O da Balaca Qardaşı qucaq... | ANL |
Kövrək duyğuların təravəti. (Səidə Səlimzadənin şeirləri haqqında düşüncələr). Söz müqəddəsdir, ona görə ki, böyük Yaradanın ilahi qüdrətinə şəhadət verir. Dünyanın əşrəfi sayılan insanın əşrəfi sözdür. Ulu Tanrı sözü belə şərəfləndirmişdir. Bu fikrin fəlsəfi mətləblərini açmağa ehtiyac yoxdur. Çünki müqəddəs "Qurani-K... | ANL |
YƏSƏVİLİK VƏ AZƏRBAYCANDA ŞAMAN-DƏRVİŞ MƏDƏNİYYƏTİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Əvvəl ucu dünyanın bu başından başlayıb son ucu dünyanın o biri başında qurtaracaq böyük türk məmləkətinin XI yüzillikdəki mütəfəkkir, müqtədir şəxsiyyətl... | ANL |
...Müharibə ölümdü, ayrılıqdı, anaların göz yaşıdı, naləsidi, harayıdı... Müharibədə torpaq qanla birgə qaynayır; torpağa tökülən hər damla şəhid qanı ilə yazılır Vətən tarixi. Kitabı vərəq-vərəq çevirib oxuduqca istər-istəməz özünü Tovuz cəbhəsində hiss edirsən, "qrad"ların canavar kimi ulartısını, topların dağları lə... | ANL |
BALAKƏN: BU ŞƏHƏRİ SEVƏNLƏRİ SEVİNDİRMƏK. (əvvəli ötən saylarımızda). Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində magistral və şəhər su xətlərində təmir işləri aparılmış, magistral xətlərinin 60 p/m-lik, şəhər su xətlərinin 1284 p/m-lik hissəsi dəyişdirilərək yenilənmişdir. Rayonun kəndlərində 4 arte... | ANL |
Mühüm anlar, unudulmaz məqamlar. Biz 1948-ci ilin payızında rayonumuzdakı mərkəzi kitabxanaya dərnək üzvü kimi gəlib-gedəndə o, Əliağa idi. Sonralar məşhurlaşıb Əliağa Kürçaylı oldu. O vaxtlar görüşümüzə gəlmiş Zeynal Cabbarzadə ilə şəkil çəkdirmişik. Qiymətli yadigarı son zamanlar özümlə çox gəzdirib, üçsıralı əksimiz... | ANL |
Və daha onun yerinə utanmayan qardaş elə birinci kitabdan sonra təzə nə çıxırdısa özündən əvvəl Ona alırdı. Hər dəfə Bakıya gələndə də cibinə bir topa da pul qoyurdu: - İstəyirsən get kitab al, istəyirsən xərclə şair dostlarına. Kişi məni sovxoza su briqadiri aformut eləyib. Babat bir yağış yağdı, bir Jiquli irəlisən. ... | ANL |
YƏSƏVİLİK VƏ AZƏRBAYCANDA ŞAMAN-DƏRVİŞ MƏDƏNİYYƏTİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Xoca Əhməd Yəsəvinin göstərdiyi başqa bir möcüzəni qaynaqlar belə xəbər verir. Xorasan ərənləri Əhməd Yəsəvinin böyüklüyü qədərincə dəyərləndirməklə yanaş... | ANL |
İlk məhəbbətin üç göy qurşağı. (əvvəli ötən saylarımızda). Atasına Arançıda keçmiş sürücüsu Dursun ev kirayələmişdi (məktəb direktoru Osman müəllimin köməyiylə Ceyrançöl maldarlıq texnikumunu qurtardıqdan sonra, məktəbin həftə səkkiz xapan qalan köhnə maşınından da canını urtara bilən Dursun doğma kəndlərində ferma müd... | ANL |
Tüstü var ocaq söndürür. Hacı Cəfər Quliyev: "I Pyotr Avropada narkomaniyanın əsasını qoyanlardan biri olub". Qarşımda bir maraqlı kitab var. Bu kitabın müəllifi məşhur cərrah, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası cərrahiyyə şöbəsinin müdiri işləmiş, "Şöhrət" ordenli, Azərbaycan Jurnalistlər Birliyinin ü... | ANL |
"Ən gözəl dərdimsən dərdlər içində". İlahi! Dərd oxuna nişangahdı sinəm də, Dərd əlindən ha gizlənəm, sinəm də. Nə dərd desən yuvalanıb sinəmdə - Bir bala sərçənin dərdindən belə.g. Özün bir vaxt dost demirdin mənə bə? Qönçələr bürüyüb çölləri yenə. Güllər al-əlvandı, bülbüllər sarı, Görməsin gül üstə bülbüllər sarı. G... | ANL |
Qiymətli tədqiqat işi. Ədəbi-mədəni həyatımızda bu gün olduğu kimi tarixən də özünəməxsus mövqeyi olan Şəkinin böyük mənəvi sərvət ocağına çevrilməsində, şübhəsiz ki, onun qoynunda yetişmiş mədəniyyət və sənət adamlarının, ziyalıların, alimlərin, ədəbi qüvvələrin istedad və qabiliyyəti mühüm rol oynamışdır. Bu qocaman ... | ANL |
Qax... Vətənin bu bənzərsiz guşəsində eləcə ilk təəssüratın özü təbiətin şirin bir sevdasına çəkəcək səni. Min illərdir ki, burada insan və təbiət fəlsəfəsinin qanunları hökm sürür. Dağların, meşələrin, çay və bulaqların, bərəkətli çöllərin harmonik düzənini heç nə poza bilməz burada. Urbanik inkişafın ən üstün məqamla... | ANL |
İlk məhəbbətin üç göy qurşağı. (əvvəli ötən saylarımızda). Onu bu Bozdara yedirtməsəm, atam Qareykənin oğlu deyiləm. Anam Məsmənin südü burnumdan gəlsin. Sonralar Sarının hər gün Lilparlı bulağın üstə Zəkiyənin yolunu gözlədiyindən də xəbər tutdu. Şirin-şirin söhbətləşdiklərindən də hali oldu. Günlərin bir günüsə Zəkiy... | ANL |
Mənzil fondunun əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına 5 ədəd kommunal yaşayış binasında təmir işləri, Ü.Hacıbəyov küçəsində yerləşən 3 ədəd kommunal yaşayış binasının həyətindəki xeyir-şər binası əsaslı təmir olunmuşdur. S.Vurğun küçəsində yerləşən 4 ədəd kommunal yaşayış binasının həyətinə i... | ANL |
Ramiz İsmayılın yeni kitabı belə adlanır. Onunla şəxsi tanışlığımın yaşı o qədər də böyük deyil. Amma imzasını bir xeyli öncədən tanımışam. Bizim tanışlığımızın səbəbkarı isə dəyərli ziyalımız, gözəl şair-publisist İsmayıl İmanzadə olub. Bu gün Mingəçevirdə yaşayıb yaradan və bölgənin ədəbi mühitinə rəhbərlik edən İsma... | ANL |
(Ətraf Sərrafın - Allah aşiqinin şeirləri haqqında). Qəşəm Nəcəfzadə. Beşinci gün isə onun ibadət vaxtıdır, məscidə gedir, ona görə həmin gün heç görüşə bilmirik. İxtisasca rus dili müəllimidir. İndiyə kimi bir neçə kitabı çap olunub. Heç vaxt bəziləri kimi özünü irəli verən deyil. Arxa oturacaqlar onun yeridir. Sakit ... | ANL |
MÜŞFİQİM MƏNİM. Salona baxıram, salonda yoxsan, Xitabət kürsüsü darıxır sənsiz. Nə vaxt əlmizdən bəs tutacaqsan? Axı, misralarım karıxır sənsiz. Sənətin yolları daşlı-kəsəkli, Ayaqdan çəkən çox, əldən tutan az, Şairlər görürəm - bərli-bəzəkli, Şairlər görürəm: uydurur az-maz. "Şairə ilhamdan maya gərəkdir", Cibində nə ... | ANL |
Qaraqoyunlu dövləti: Qara Yusif. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. XIV əsrin sonu - XV əsrin əvvəlləri Azərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindən azad olması, müstəqil dövlətçilik ənənələrinin yenidən ... | ANL |
İndi bu qiyamətdə uşaq necə gedəcək Bakıya? Qudurub sənin bu balaca oğlun. Bu da bir az əvvəl analarının "bəs indi uşaqlar harda oxuyacaq" dediyi yanmış məktəb. Həyət uşaqların hər qış həsrətlə gözlədiyi, qartopu oynanılmaq üçün, gözəl-gözəl qızlara atılmaq üçün ölən qarla doluydu, amma nə qartopuya tutulmaqdan qorxan ... | ANL |
Qəlb çırpıntılarını, ürək döyüntülərini, həyata baxış və müşahidələrini gəldiyin qənaət və nəticələrini özünüzə xas, təbii və anlaşıqlı bir dillə oxuculara çatdırmaq istədiyimiz könül dünyanız - "Zaman hara tələsir?" adlı 200 səhifədən artıq şeir kitabınız qarşımdadır. Xatirələr çözələndi... Bütün olub-keçənlər bir kin... | ANL |
Ürəyim mənim deyil, sevdiklərimindi... Söz İlahi işarədir. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı şairə, ədəbiyyatşünas Elna... | ANL |
Gələcəyə aparan körpü barədə kitab. Qəmər xanım Cavadlının "İslam və bioetika" əsəri işıq üzü görüb. Bioetika fəlsəfi fikrin yeni başlanğıc nöqtəsini təşkil edən elm sahəsidir. Onun formalaşması və inkişafı ənənəvi etikanın və xüsusi ilə tibbi etikanın transformasiyası ilə sıx əlaqəlidir. Bioetikaya maraq, hər şeydən ə... | ANL |
Qəlb çırpıntılarını, ürək döyüntülərini, həyata baxış və müşahidələrini gəldiyin qənaət və nəticələrini özünüzə xas, təbii və anlaşıqlı bir dillə oxuculara çatdırmaq istədiyimiz könül dünyanız - "Zaman hara tələsir?" adlı 200 səhifədən artıq şeir kitabınız qarşımdadır. Xatirələr çözələndi... Bütün olub-keçənlər bir kin... | ANL |
İstedadı olmayanlar qədər zəhlətökən adamlar yoxdu... Söz İlahi işarədir. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı Təranə Vahi... | ANL |
Qaraqoyunlu dövləti: Qara Yusif. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. (əvvəli ötən saylarımızda). Teymuri qoşunun Azərbaycandan çıxarılması, qaraqoyunluların Azərbaycanın cənubunda möhkəmlənməsi Qara Yusiflə Sultan Əhməd arasındakı münasibətlə... | ANL |
İlk məhəbbətin üç göy qurşağı. (əvvəli ötən saylarımızda). - Hansı instituta gedəcəksən? - Jurnalist olmaq istəyirəm. Anam həkim olub, ağ xalat geyməyimi istəyir. Rauf həmin yolun bitməməsini arzulayırdı. Və yolboyu Süsəni siniflərində görəndən, gözlərinə baxa biləndən sonra, qızın boyuna biçilmiş hesab etdiyi bir mahn... | ANL |
Arzu Əsədin (Əsədov) kitabı barəsində düşüncələrim. Əlimdəki bu kitabı ötən il oxumuşam. Və üstündən keçən bu aylar, illər ərzində qayıtmışam bu kitaba. Kitab deyəndə düşünəcəksiniz ki, yəqin qalın, sanballı bir nəşrdən söhbət gedir. Hərdən qoltuq cibimə də qoyub götürürəm özümlə. Və elə bilirəm ki, özümlə götürdüyüm b... | ANL |
İstedadı olmayanlar qədər zəhlətökən adamlar yoxdu... Söz İlahi işarədir. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı Təranə Vahi... | ANL |
Qaraqoyunlu dövləti: Qara Yusif. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. (əvvəli ötən saylarımızda). Teymuri qoşunun Azərbaycandan çıxarılması, qaraqoyunluların Azərbaycanın cənubunda möhkəmlənməsi Qara Yusiflə Sultan Əhməd arasındakı münasibətlə... | ANL |
İlk məhəbbətin üç göy qurşağı. (əvvəli ötən saylarımızda). - Hansı instituta gedəcəksən? - Jurnalist olmaq istəyirəm. Anam həkim olub, ağ xalat geyməyimi istəyir. Rauf həmin yolun bitməməsini arzulayırdı. Və yolboyu Süsəni siniflərində görəndən, gözlərinə baxa biləndən sonra, qızın boyuna biçilmiş hesab etdiyi bir mahn... | ANL |
Arzu Əsədin (Əsədov) kitabı barəsində düşüncələrim. Əlimdəki bu kitabı ötən il oxumuşam. Və üstündən keçən bu aylar, illər ərzində qayıtmışam bu kitaba. Kitab deyəndə düşünəcəksiniz ki, yəqin qalın, sanballı bir nəşrdən söhbət gedir. Hərdən qoltuq cibimə də qoyub götürürəm özümlə. Və elə bilirəm ki, özümlə götürdüyüm b... | ANL |
Arzu Əsədin (Əsədov) kitabı barəsində düşüncələrim. İnsan təbii ki, bir nöqtədə dayanıb durmur. Əgər dayanıb dursa, bu sükunət olar, bu fəaliyyətsizlik olar. Özü də təkcə fiziki anlamda yox. Bu hərəkət ağılda da, düşüncədə də, hətta ürək çırpıntısında da özünü göstərə bilir. O da hərəkətin istiqamətidir, yəni bu hərəkə... | ANL |
Belə cəmiyyətdə düşüncəsinə görə adamı yandırarlar... Azərbaycan televiziyasını izləyən bütün tamaşaçılar demək olar ki, Ləman Ələşrəfqızını tanıyır. Ləman xanımla bugünkü televizyadan, jurnalistikadan, unudulmaz televizya reportajlarından, ədəbi mühitdən və digər məsələlərdən söhbət açdıq. Adalet.az jurnalsit Ləman Əl... | ANL |
Onu həmişə şeirimizin səngərində görmüşəm. Ramiz Duyğunun böyük vətənpərvərlik coşqusu ilə Azərbaycan ordusunu, onun qəhrəmanlıq və hünər dastanını yazmağa hazır olan oğullarını döyüşə səsləyən çağırışlarını eşitmişəm. Son iyirmi beş ildə Ramiz Duyğunun bütün şeirləri, poemaları yalnız vətənpərvərlik ruhuna köklənib. H... | ANL |
Tariximizə səyahət. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Məlum olduğu kimi, Makedoniyalı İsgəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi... | ANL |
Rəssam İntiqam Ağayev Azərbaycan Rəssamlar İttifaqının üzvü, Qarabağ müharibəsinin iştirakçısıdır. Onun müharibə mövzusunda çəkdiyi əsərlər daha çox diqqəti cəlb edir. Söhbət zamanı İntiqam Ağayevin həm döyüş, həm də yaradıcılıq yolları ilə yaxından tanış olmaq imkanı qazandıq. 1983-cü ildə orta təhsilini bitirdikdən s... | ANL |
Öncədən deyim ki, Tahir Rza bir söz adamı, bir şair, bir ziyalı kimi son dərəcə özünə çəkilən, öz dünyasında sözünün çətiri altında yeni söz sorağıyla fikrə dalan, qələmlə baş-başa qalan dostlarımdandı. Onun az-az çap olunmasının bir səbəbi cəmiyyətdə tutduğu siyasi mövqedisə, ikinci bir səbəbi sözə qarşı hədsiz dər... | ANL |
İSMAYIL İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ FİKİRLƏR. "Dirili Qurbani" ədəbi məclisinin sədri, şair-publisist, tədqiqatçı-ekoloq. Şair İ.İmanzadə haqlı olaraq, canlı orqanizmlərin vaxtsız ölümünü torpağın, suyun və havanın zəhərlənməsində görür. Əlbəttə, bu, bir vətəndaş şairin mövcud problemin yaratdığı çıxılm... | ANL |
ŞƏHİD RƏSSAM. Həmin axşamı unuda bilmirəm. Xüsusilə, tədbiri açan millət vəkili, professor, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynovun birbaşa ona üz tutması məndə onun bu məclisdə olduğuna inamı bir az da artırdı. Üzümü sənə tutub müraciət edirəm. Bilirəm ki, sən burdasan və bizi eşidirsən... Bə... | ANL |
Teatr və kinomuzda maraqlı obrazlar yaradan Əjdər Zeynalovun doğum gününə. Ömrünü sənətə, yaradıcılığa həsr edən istedadlı insanlar bizim iftixarımızdır. Onların teatr səhnəsində, filmlərdə böyük fədakarlıqla ərsəyə gətirdikləri obrazlara dəfələrlə baxır, əldə etdikləri uğurlara sevinirik. Geniş tamaşaçı rəğbət... | ANL |
MAYORUN İŞ GÜNLƏRİ. Tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mayorun iş günləri" povestində polis işçilərinin cinayətkarlığa qarşı mübarizə fəaliyyətindən bəhs edilir. Povestdə polis sahə müvəkkili Bəşir öz fəaliyyəti ilə maraq doğurur, polis şərəfini qorumağa çalışır, andına sadiqdir. Yersiz hərəkətlər bağ... | ANL |
Mən onu Şuşadan tanıyırdım. Özü də təsadüfdən yox, sadəcə Şuşanın məşhur istirahət evində keçən günlərimin birində şuşalı qohumlarım, dostlarım məni bu işıqlı insanla tanış etdi. Hətta məclislərimizin birində o, ruhumuza mənəvi qida vermək üçün tarı da sinəsinə sıxdı. Mən ilk dəfə tarın danışdığını, özü də üzb... | ANL |
ŞAİRİN İLK NƏSR KİTABI. İstedadlı gənc şair kimi tanıdığım Ələmdar Cabbarlının yeni kitabı - "Qızıl" çapdan çıxıb. Amma bu kitabda onun şeirləri ilə deyil, bir povesti və doqquz hekayəsiylə tanış oldum. Bədii yaradıcılıq ilk növbədə, istedad amili ilə bağlıdır. Bir şairin nəsr əsərləri yazması, yaxud bir nasirin... | ANL |
Əbülfəz Ülvinin şeirləri barəsində düşündüklərim. Ötən ay Naxçıvana səfər etmişdim. Həmin səfərdən təəssüratlarımla yanaşı, elə o təəssüratlarda vurğuladığım kimi qələm dostlarımın kitablarını da gətirmişdim. Bu qiymətli hədiyyələrin hər biri ayrı-ayrılıqda təkcə söz boğçası deyil, söz dünyası deyil, bunlar h... | ANL |
MAYORUN İŞ GÜNLƏRİ. Tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mayorun iş günləri" povestində polis işçilərinin cinayətkarlığa qarşı mübarizə fəaliyyətindən bəhs edilir. Povestdə polis sahə müvəkkili Bəşir öz fəaliyyəti ilə maraq doğurur, polis şərəfini qorumağa çalışır, andına sadiqdir. Yersiz hərəkətlər bağ... | ANL |
BİR GÖRÜŞÜN TARİXÇƏSİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Avtobusda əyləşib Sumqayıta gedirəm. Yol boyu artıq əzbərlədiyim nömrədən telefonuma bir neçə dəfə zəng gəlir. Çox narahat adam olan bu zənglərin sahibi Sumqayıtın harasında a... | ANL |
Yaman vurulmuşdum mən o gözlərə. Vaqif Cəfərli. Yaman vurulmuşdum mən o gözlərə, O gözlərsiz büsat qura bilmirəm. Uçub bir quş kimi getdin ömürdən, Qoymadın boylanam sən o gözlərə. Əlimi üzümə söykəyib hərdən, Baxmaq istəyirəm mən o gözlərə. Daha o gözlərsiz qalmayıb tabım, Bu günah sənindi, bu suç sənindi. Bədbəxtdi... | ANL |
Jurnal haqqında danışmazdan əvvəl çox vacib bir faktı qeyd etmək istərdim. Yaxın günlərdə "Kaspi"-Ağ Şəhər Liseyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirə dəvət edilmişdim. Tədbirə tez gəldiyim üçün liseyin həyətində və dəhlizində gəzib dolaşdım. Diqqətimi liseydəki səliqə-sahmandan da ço... | ANL |
bir kənddə səni düşünürəm, əlimdə mavi bir qələm, cibimdə iki qutu siqaret, həyatımız keçir gözlərimin önündən. çıxıb getməyimiz, su içməyimiz, öpüşdüklərimiz... Cəmal Sürəya, "ikinci yeni şeir” cərəyanının öndə gedən usta şairlərindən biridir. Hər misrası duyğularla hörülmüş, gərçək və xəyalları bir yerə yığılmış özü... | ANL |
Povestdən bir parça. Tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mayorun iş günləri" povestində polis işçilərinin cinayətkarlığa qarşı mübarizə fəaliyyətindən bəhs edilir. Povestdə polis sahə müvəkkili Bəşir öz fəaliyyəti ilə maraq doğurur, polis şərəfini qorumağa çalışır, andına sadiqdir. Yersiz hərəkətlər b... | ANL |
ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ? Camaatımız yavaş-yavaş çıxıb gedir Qarabağa. Yorulurlar, bezirlər, usanırlar, ATƏT-in, BMT-nin bəyanatlarından çərləyirlər və çıxıb gedirlər. Fikrim başqadı. Yaşlı adamların, həyatını sürmüş adamların üstündə qohum-əqrəbasından kiminsə haqqı ola bilər, o da haqqını halal edər. Amma... | ANL |
XIV əsrin sonu - XV əsrin əvvəlləri Azərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindən azad olması, müstəqil dövlətçilik ənənələrinin yenidən bərpası və bu uğurda mübarizəsi kimi tarixə daxil olmuşdur. Azərbaycanda Monqolların ağalığına son qoyulmuş, eyni zamanda Orta Asiyadan yeni təhdi... | ANL |
Bu yazda XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailəsində oğlan uşağı dünyaya göz açmışdı. Uşağa ad qoyanda atası İlyas kimi türk adı olan Elçin adı ilə razılaşmışdı. Elçin bütün bunları özündə cəmləşdirdi. Müharibənin bütün çətinliklərinə baxmayaraq o da "qarğı at" sürmüş, Xəzərin qumlu sahill... | ANL |
Onlar bizim dünyanın adamları olmaq istəmədilər. Yəqin ki, yazının adını oxuyanda təəccüblənəcəksiniz və yaxud da dodağınıza ironik bir təbəssüm gələcək. Düşünəcəksiniz ki, yayın bu cırhacırı ağlımı çaşdırıb. Amma siz necə düşünürsünüz düşünün, mən bu yazını mələklər məzarlığı haqqında yazacam... mələklərin məz... | ANL |
MAYORUN İŞ GÜNLƏRİ. Dinəndə bizim qayda-qanunları bəyənməyib, Avropa dəyərlərindən danışırsan. Ancaq xəbərin varmı orada vəziyyət necədi? Aənin kimi kişiləri xanımlar heç evə buraxmırlar. -İctimai yerinə? -deyə mayor sözünü yarımçıq kəsdiyi üçün incik halda ona tərəf baxdı. -Xaricdə olmusan? -Kinolarda görmüşəm... ... | ANL |
"Müstəqillik və quruculuq" silsiləsindən. Cahangir Kəngərlinin "mobilinə" mesaj gəldi. Tənbəllik etmədən cəld açıb oxudu: "Yaxın günlərdə Naxçıvanda olacayam. Sənlə görüşmək, şəhərinizi doyunca gəzib-dolaşmaq arzusundayam. Bu arzunu məndə tanış-bilişlər yaradıb. Əslində Cahangir müəllim belə mesaj xəbərdarlıqlar... | ANL |
Dövrümüz lirika əsridir və kimsə inkar eləməz ki, bu xalqın, millətin ürəyindən poeziyaya məhəbbəti silib aparmaq mümkündü. Şeir yenə də bütün ədəbi formaları üstələməkdədir. Nəsr bu ədəbi formaların içərisində son illərdə daha çox diqqəti cəlb etməyə başlayıb və doğrudan da, artıq "roman böhranı" aradan qalxm... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.