text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"QARABAĞ HEKAYƏLƏRİ" KİTABINA YAZILMIŞ ÖN SÖZ. Kəlbəcərli məcburi köçkün, yazıçı, publisist, şair Surxay Səlimlə xeyli vaxtdır ki, yaradıcılıq əlaqələri saxlayıram. O, qələmini müxtəlif ədəbi janrlarda sınayıb və ortaya uğurlu əsərlər qoyub. Müraciət etdiyi mövzular çeşidlidir. Lirika, təbiət təsviri, insan tal...
ANL
Yağan yağışları duzdu elə bil, Tökülən dolusu buzdu elə bil. Kədərə bürünmüş qızdı elə bil. Bu misralar tanınmış şair Vəliyulla Novruzun “Bu bahar nə yaman üşütdü məni” şirinin bir bəndidir. Həsrətdən elə yıxıldım. gücüm çatmadı qalxım. laylasın kimə çaldırım? Kədərim döyür qapımı. Qəlbimin təpəri yoxdur. Sığınmış...
ANL
Şuşadan Bakıyacan... "Şuşada balam qaldı" poemasının müəllifi ustad Zəlimxanın ruhuna. Xoş gördük, xalqımın böyük şairi! Sizə məktub yazmaq qərarına gəldim. Həm də xeyli vaxtdı ürəyimi didib-parçalayan, necə deyərlər, məni məndən alıb məni təkrar yaman günə qoyan bir dərdin dərmanı kimi oxuduğum poemanıza münasi...
ANL
Dünyada nə varsa hamısı hər gün qocalır. Təbiət hətta o qədər qocalıb ki, başını itirib. Bilmir nə vaxt yağış yağdırsın, nə vaxt gün çıxartsın və ya yağışı harda yağdırsın, günü harda çıxartsın. Mən onu deyə bilmərəm, ağzım əyilər. Amma mənə elə gəlir ki, Allah da qocalıb, artıq bəşəriyyəti istədiyi kimi idarə edə bi...
ANL
ZAQATALA: QAZANILAN UĞURLAR VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİDİR. Son illər Zaqatala rayonunun bütün istiqamətlər üzrə inkişafından, ayrıca Zaqatala şəhərinin xüsusi bir görkəm alaraq modernləşməsindən, qəsəbə və kəndlərdəki müasirləşmədən sevinc dolusu söhbətlər gedir, qürurlu anlar yaşanır. Hər dəfə bu gözəl məkana yolum dü...
ANL
MAYORUN İŞ GÜNLƏRİ. YAZILMAMIŞ QANUN. Bəlkə də bu dövrün tələbi idi. Mayor son vaxtlar öz fəaliyyətində təbliğat-təşviqat işinə geniş yer verərdi. İlk növbədə hüququ biliklərin yayılmasında maraqlı idi. Səhər işə gələndə də kütlənin gur yerinə düşdü. Dilxor halda otağına keçdi. Deyəsən, mağazadan özünə siqaret al...
ANL
Sonra zaman Azıx mağarasının kəşfinin nə demək olduğunu bizə anlatdı. Onda öyrəndik ki, dünya coğrafiyasında 4-cü pillədə dayanan bu tapıntı həm də həmin mağarada 700 min il bundan əvvəl mağarada ocaq qalandığını və bu ocaq ətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir ...
ANL
Yetərmiş, gec-tez sona yetərmiş. gedər-gəlməzin - gedənlər. bir daha gəlməzmiş demə, gələnlər gedərmişg. hər şey hədərmiş. İtərmiş. hər şeyin mənası, Kədərmiş. Günü günə calasan da. gün çatmayan ötən günlər;. unudulub gedərmişg. hər şey hədərmiş. seçdiyin yol deyilmiş;. seçdiyin yol. Hədər olmayan. Şairin şerinə qəbir...
ANL
ZAQATALA: QAZANILAN UĞURLAR VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİDİR. Rayonda fəaliyyət göstərən əlaqədar təşkilatlar və fermer təsərrüfatları cənab Prezidentin bu sahədə olan tapşırıqlarının yerinə yetirilməsi üçün bütün imkanları səfərbər etməlidirlər... Yığıncaqda daha sonra qeyd olunmuşdur ki, hesabat dövründə rayonda ekoloji mə...
ANL
Yerində olan adam. Günəşi ilk görən və sonuncu vidalaşan da uca yerlər, uca nöqtələrdir. Ancaq bu ifadəni təkcə coğrafi mənada düşünmək olmaz. Dilimizdə bir insan ucalığı deyilən məna da var. Hər insana ucalmaq nəsib olmur. Bu bir tərəfdən Allahın yazısı olsa da, digər tərəfdən insanın özündən də zəhmət tələb edir. Bu...
ANL
MUĞAM DA QURANİ-KƏRİM KİMİ SİRLİDİR. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bunların heç biri mənilik deyil. Ümumiyyətlə, səsi, istedadı, əxlaqı, dinləyiciyə, tamaşaçıya hörməti olan heç bir oxuyan bu yolu tutmaz. Mən belə görmüşəm. Bizi be...
ANL
ZAQATALA: QAZANILAN UĞURLAR VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİDİR. (əvvəli ötən saylarımızda). 2018-ci ilin I yarım ili ərzində rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet və multimediya xidmətləri genişləndirilmişdir. Hesabat dövründə rayonun ümumtəshil məktəblərind...
ANL
Kommunistlərə görə demokrat, cəbhəçilərə görə partokrat... (Murad Babayev haqqında xatirələr). Qanunsuz da olsa, dostumun səyi ilə həmin danışığa qulaq asa bildim. Prokuror mənim haqqımda olmazın iftiralar danışdıqdan sonra, onların arasında belə dialoq baş vermişdi: Murad müəllim: - Sənə deyəsən bir rayon bəs et...
ANL
Ədəbiyyatda belə hadisələrlə həmişə qarşılaşmaq mümkündür. Bilirəm ki, Cavad Zeynal yaradıcılığa şeirlə başlayıb, amma çox keçmədən hekayələr yazıb və uzun müddət də onu hamı bir nasir kimi tanıyıb. Onun hekayələri öz təbiiliyi, təsvir etdiyi kənd həyatının koloritli təqdimi ilə diqqəti cəlb edirdi. Bu təbiilik onun ş...
ANL
Ədaləti həyat kredosuna çevirən adam. Yüzdən artıq insan xəsarət aldı. Həmin günü axşam Puşkin rayon (indiki Biləsuvar) DTK-nın yerli şöbəsinin binasında MK katibi T.Orucov respublika hüquq-mühafizə orqan rəhbərlərinin iştirakı ilə müşavirə keçirirdi. Sizin "bezdarnı" partiya işçilərinizin hesabına bu oğlan 4 aydı...
ANL
Fanatikcəsinə yurdsevəndi. Bizim geniş və münbit torpaqlı həyətimiz vardı. Üzünü mənə tutub deyərdi: - Qeyrətsiz adamlarsınız, niyə qoyursan atayın yurdunu taptalasınlar. Namusun, qeyrətin yoxdu? Xalası oğlanları - Nəcəfqulu və Əsgər, xalası qızı İnsaf hələ adlarını sadaladığım qohumlarından da tünd və sərt idilə...
ANL
Şəmkirdəki Cümhuriyyət konfransından görünən Vətən. Konfransın vaxtı iki dəfə dəyişdirildi. Təşkilatçılar sıradan bir tədbir keçirmək istəmirdilər. Mötəbər tarixçilərin iştirakı və çıxışları nəzərdə tutulurdu. Cümhuriyyət ilində tarixçilərin qrafiki sıx olduğundan vaxt mütləq onların istəyinə uyğunlaşdırılmalıydı...
ANL
Torpaqlarımızın uzun müddətə işğal altında qalması insanlar və cəmiyyət arasında da xoşagəlməz mənəvi-psixoloji amillər yaradır. Adamlar bir növ qürur hisslərini itirirlər. Mənəvi və psixoloji ehtiyatlarını səfərbər etməklə yanaşı, gərək fərəhlənməyə də meydan verəsən. İçi-içalatı yanan, həddindən artıq sarsıl...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Tarixdən məlum olduğu kimi, Qarabağ xanı Pənahəli xan Nadir şahın yanında xidmət etdiyi dövrlərdə özünü qüvvətli, qüdrətli sərkərdə kimi göstərmişdir. Onun bu xüsusiyyətləri ilə yanaşı onun qəlbində ...
ANL
Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı. Şəki filialının. Azərbaycan Cümhuriyyəti dövlətçilik ənənələrimizin davamı kimi meydana gəlmişdir. "Bir kərə yüksələn bayraq bir daha enməz", "Tarixin yenə bir gözəl çağında Qaranlıq qış keçib, bahar gələcək" deyən Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranan Azərbaycan...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Məni xalq içində rusvay etmək istəyirsən? Siz məndən naxələflik görməmisiniz, ölənəcən də görməyəcəksiniz. Bu sirri yerdə ikimiz, göydə isə Allah-təala biləcəkdir. Bütün xəzinəm həmişə sənin üzünə açıq...
ANL
Adı Ukraynada "Qızıl kitaba" düşən ilk Azərbaycanlı professor. Ukraynada şanlı-şöhrətli həmvətənimiz çoxdur. Kiyevdə, Xarkovda, Lvovda, Odessada, Dnepropetrovskda Donetskdə, Xersonda onlarla görkəmli soydaşımız yaşayır və işləyir. Bu şəxslərin arasında xalq rəssamı, xalq artisti adına yiyələnənlər, elm sahəsind...
ANL
AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Eyni zamanda Milli Şura həmin qərarı ilə hökumət qarşısında hakimiyyəti qısa zaman ərzində çağrılması nəzərdə tutulan Mü...
ANL
Ötən ilin sentyabrında Azərbaycan aşıq sənətinin sonuncu nəhənglərindən olan Ədalət Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar Rüstəmov kimi ustad sənətkarlarımız dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə öz dəst-xətləri ilə seçilən, hələ bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə x...
ANL
Buna baxmayaraq hər ikisi şux, işgüzar, sənətə, teatra böyük məhəbbətlə xidmət etməyi sevirlər və öz fəaliyyətlərində bunu davam etdirirlər. Hər dəfə öz yeni rolları ilə tamaşaçıları sevindirməyə can atırlar və demək olar ki, həmişə öz məqsədlərinə nail olurlar. pyesinin tamaşasında iştırak edirdilər. Hələ o va...
ANL
AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Oturanlar: Sağdan: Hacıbala bəy Nağıbəyov, Abdulla bəy Əfəndizadə, Salman Mümtaz, Gəncə qubernatoru, Məmmədtağı bəy Nağıb...
ANL
İndiki səslərin 98-faizi bic səsdir... "Ədalət" qəzetinin qonaq otağında "Şur" ansamblının rəhbəri, Qarabağ bölgəsində hər kəsin, Azərbaycanda isə muğam sevərlərin yaxşı tanıdığı Hüseyn Hüseynovla həmsöhbət oldum. Və bir də gördüm ki, Hüseyn müəllimin dedikləri maraqlı bir müsahibəyə çevrilib. Onu sizlərə təqdim...
ANL
Əbülfət MƏDƏTOĞLU. İKİNCİ YAZI. Yazıma başlamamışdan öncə oxuculardan diqqətsizliyə görə üzr istəyirəm. Mexaniki olaraq Naxçıvan Ali Məclisinin deputatı, qələm yoldaşım, həmkarım, yazıçı-publisist dostum, son dərəcə sadə və təvazökar insan olan Fərəc müəllimin soyadı məqalədə yalnış getmişdi. Və elə bu yalnışlı...
ANL
Bu, həcmcə çox da böyük olmayacaq yazımın başlığına "Fenomen" sözünü çıxartmağım təsadüfi deyil. Sadıq müəllim xalqımızın gerçək tarixinə çevrilmiş M. Bağırovu həyatda görmüş, uzun, keşməkeşli siyasi həyat yoluna, yüksək vəzifə pillələrinə qədəm qoyarkən - zəhmli, tələbkar, rəhmli, qəddar, mülayim, sərt, qaba və me...
ANL
AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Qeyd edilən hər iki məqam bizə güman etməyə əsas verir ki, fraksiyaya ilk əvvəl Aslan bəy Qardaşov, sonra isə müəyyən müd...
ANL
Ağılsız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm…. "Mənzil başına çatmaq necə olur bilmirəm, amma heç şübhəsiz bütün. Sənətiylə olduğu qədər xarakterik özəllikləriylə də diqqət çəkən Füruğ, dünyada qalacağı sayılı günləri hissedərcəsinə həyatındakı hər şeyi yaşayıb tükətdi. Yeganə qazancı isə xoşbəxtlik ...
ANL
Yazıçı olmasaydım, Çingiz Abdullayev kimi... Ədəbiyyat həm də digər insanların talelərini yaşamaq mesajıdır. Bir əsər oxuyuruq ordakı obrazın həyatı bizə öz həyatımızı unutdurur. Təbii ki, bəzən insan öz həyatından, peşəsindən, taleyindən didərgin düşmək istəyir. Bəs yaradıcı şəxslər necə düşünür. Sənətlə məşğu...
ANL
MÜŞFİQ CABİROĞLUNA VİDA SÖZÜ. Həyatımızda bircə vida sözü var: Allah rəhmət eləsin. Amma mənim vida sözüm bu şablondan uzaqdır. Bir vaxtlar tanıdığım, sevdiyim insanları o biri dünyaya qısa kəlmələrlə yola salmaq istəməmişəm. Axı xatirələrim var. Çox adamlar haqqında bu cür vida yazıları yazmışam. Bəxtiyar Vahabzad...
ANL
Əbülfət Mədətoğlu: Naxçıvanda açdığım səhər. CƏMİYYƏTMƏTBUAT SƏHİFƏLƏRİNDƏ. Bilənlər bilir, bilməyənlər də yəqin ki, ucundan-qulağından eşitmiş olar. Söz adamlarının bir araya gəldiyi çay süfrəsi və yaxud yemək-içmək məclisi adətən uzun çəkir. Amma bizim nahar süfrəmiz çox da uzun çəkmədi. Çünki mənim Naxçıvana ...
ANL
Saçlarında qəm əkir, sözün şəklini çəkir... "Lerik" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İdris Mütəllim oğlu Şükürlünün "Çəkirəm dünyanın şəklini sözlə" şeirlər kitabını başdan-ayağa oxuyub qurtardıqdan sonra kitabın redaktoru olan şair Xalid Mahmudun ön sözdə dedikləri bir daha beynimdə əks-səda verdi: "O...
ANL
AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Məclisi-Məbusanın 1918-ci ilin dekabr ayının 26-da keçirilmiş beşinci iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yeni təş...
ANL
ŞAİRANƏ İBADƏT. Dərviş şair Rafiq Odayı oxurkən düşündüklərim. Qartalı zirvədən vurub düşürmək, zirvəni zirvədən düşürmək deyil... Günümüz elə günə gəlib mehman olub ki, şeytanın katibi olan nəfis ürəyimizə, qəlbimizə dörd fəsli də payız donunda göstərməyə çalışır. İçindən keçib gəldiyimiz, ala bilmədiyini satma...
ANL
Əbülfət MƏDƏTOĞLU. İbrahim Yusifoğlunu təkcə Naxçıvanda yox, eləcə də Azərbaycanın ədəbi camiəsində yaxşı tanıyırlar. Onun şeirləri həm ölkə mətbuatında, həm qardaş Türkiyənin nəşrlərində kifayət qədər yayımlanıbdı. «Ədalət» qəzeti olaraq biz də İbrahim Yusifoğlunun şeirlərini zaman-zaman oxucularımıza təqdim e...
ANL
Böyük şəxsiyyət gəncləri də qoruyurdu. Hələ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət etdiyi zaman Heydər Əliyev bu orqanın milliləşməsi istiqamətində çox mühüm işlər görmüşdür. Xalqa sədaqət, vətənə xidmət Ulu Öndərin ən böyük prinsiplərindən biri idi. O, xalqını böyük fəlakətlərdən, təhlükələrdən çox cəsarətlə ...
ANL
Polisdə xidmət isə xüsusi növ qulluq. və vətənə sədaqətin ətrafa görk. olacaq nümunəsidir-deyərdim.. Zaman və cəmiyyət dəyişdikcə dövlətin və hüquq mühafizə orqanlarının funksiyalarının da dəyişilməsinə zərurət yaranır. Cəmiyyətdə yaranan yeni ictimai münasibətlərə zidd ideologiyaya qarşı, yeni təhlükəsizlik sist...
ANL
AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Orduda sinfi ayrı-seçkiliyin yolverilməzliyini, əsgərlərin yeyəcəyinə, yatacağına, geyiminə, həkim və dərmanla təchizi mə...
ANL
Respublikamızda xalqımızın milli sərvəti olan biblioqrafik ehtiyatın formalaşmasında, inkişafında və qorunub saxlanılmasında Mirzə Fətəli Axundov adına Milli Kitabxananın müstəsna xidmətləri var. Milli Kitabxana zaman-zaman müxtəlif məzmunlu biblioqrafik vəsaitlər hazırlayıb çap etdirməklə biblioqrafik ehtiyatı d...
ANL
Maviliklərin Müsyösü. Fuad Poladovun əziz xatirəsinə ithaf olunur. Bu beş hərfli söz eyninə gələndə dönüb olursan okeanda bir zərrə. Anası əlini buraxmış, izdihamlı şəhərdə ayaqyalın o yan bu yana qaçan uşaq kimi çarəsiz hiss edirsən özünü. Karlar şəhərində hönkürürsən, duyan olmur. Yaşaya-yaşaya bu kəlməni dili...
ANL
Şair dostum Musa Ələkbərli öz dünyası və öz sözü olanlardandır. Musanın ikinci xoşbəxtliyi odur ki, onun dünyası sevgidən doğulub, sözü sevgiylə yoğrulub. Sevgiylə dolan ürəyə heç vaxt qəzəb, nifrət yol tapa bilmir. Şair dostum kitablarından birinin adını "Dünya sevgidən doğulub" qoyanda elə bilirəm ki, onun haq...
ANL
Artıq 26 ildir ki, bu ünvan nəinki Gəncədə, eləcə də respublikamızın müxtəlif bölgələrində tanınır. Küçənin başlanğıcında tez-tez "Bağışlayın, Elnarə Tağıyevanın evinə necə getmək olar? sözləri eşidilir. Hamı böyük ehtiramla sualdolu baxışları bu ünvana istiqamətləndirir!.. Qapıda üçrəngli Azərbaycan Bayrağı dal...
ANL
Əbülfət MƏDƏTOĞLU. Arpaçayın sahilində yaşadıqlarım, ürəyimdən, könlümdən keçirdiklərim, özü-özündən qaynayan bulaq kimi bir də gördüm ki, misralara çevrilib. Və mən o misraları yaddaşıma yazıb üzümü Arpaçaya tutaraq elə ürəyimdəcə pıçıldadım. Sənlə hesab çəkərəm?! Kükrəyəndə çaşma sən! Mən sevgidən şəkərəm…. Arp...
ANL
Böyük ömrün dastanı. Zəlimxan Yaqub, Xalq şairi. Bir tərəfdə Qarabağ. kənd-kənd talanıb gedir, Bir tərəfdə Lənkəran. Eşidəndə adamın. Hər fəlakət dalınca. bir fəlakət doğulur, Cavad xanın Gəncəsi. Aqillər nişandadı, ağıllılar hədəfdə. İki adam əyləşib. Hərəsi bir yandadı, hərəsi bir tərəfdə. Xilskara göz dikib, xalqın...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Balasını qoruya bilməyən yiyəsinə nə xeyir verəcək? O, toyuğu balaları ilə birlikdə həyətə buraxır. Güldəstə qarı bir az həyətdə hərlənib içəri girir. Çölə çıxıb görür ki, cücələrdən birini də qarğa ...
ANL
Əbədilik at belində olacaq Sənətkar. "Sağlığında qiymət verdik bu insana-saxta-nadan dostlarından sağlığında üz çevirən sənətkara!". Bu il Sizin yubiley ilinizdir, əvəzolunmazlar silsiləsindən olan sənətkar! Ruhunuz narahat olmasın; son mənzilinizin "qapısında" sağlığınızda sifariş verdiyiniz "F.P." Məhz Füzuli po...
ANL
Müəllimlər müəllimi – Asif Cahangirov. "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. ...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Hələ eşitməmişəm ki, biz tərəfdən sizinkilərin atına eşşək, dəvəsinə də köşək deyən olsun. Nənəsinin sayır-bayır vurduğunu eşidən qız qab yuya-yuya mızıldanır: Əzizim Fatma nənə, Qaşları çatma nənə. At...
ANL
Nicat Əsədlinin ilk kitabı barəsində təəssüratım. Naxçıvan səfərindən bir qədər öncə maraqlı informasiya ilə tanış olmuşdum. Həmin informasiyanı telefon söhbətimiz zamanı Naxçıvan Yazıçılar Birliyinin sədri, eləcə də Naxçıvan Ali Məclisinin deputatı, şair dostum Asim Yadigar da təsdiq etdi. Və mən həmin informasiyad...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Yay günü olduğundan qonaqlara həyətdə süfrə açırlar. Söhbət ordan-burdan düşür, hərlənir-fırlanır gəlinlə qayınananın necə yola getməsi üstündə dayanır. Gəlin içəri otağa keçib qucağında iri bir qarp...
ANL
Fərəc. Fərəcov. "Müstəqillik və quruculuq" silsiləsindən. Arifin yatağında fasilə bilmədən qurcalanması, hərdən də uca səslə ağzından nalayiq sözlər qaçırması, onsuz da qaz ayıqlığı olan ömür-gün dostunun yuxusunu yerindən etdi. Qadın başını yastıqdan çəkib dikəldi. Sonra da ayaqlarını yelpənək yorğanın altından...
ANL
Deyirlər Rəbbimiz insanları zümrələrə böləndə, peyğəmbərlərdən sonra şairlərə yer verib. Bu, bir məlum həqiqətdir ki, müqəddəs kitablar peyğəmbərlərin vasitəsilə nazil edildikləri kimi, şeir də şairlərin vasitəsilə göndərilir bizə. Elə Əli Vəkil də həm istedad sahibi, həm də zəhmətkeş şairlərimizdəndi. Bu yerdə ş...
ANL
İSMAYIL İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ FİKİRLƏR. "Dirili Qurbani" ədəbi məclisinin sədri, şair-publisist, tədqiqatçı-ekoloq. İsmayıl İmanzadə dövrümüzün məhsuldar və istedadlı şairlərindən biridir. Hələ sovetlər birliyi dövründə kitabları nəşr olunan, həmin illərdə Cəbrayıl rayonunda fəaliyyət göstərən "Ümi...
ANL
İSMAYIL İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ FİKİRLƏR. "Dirili Qurbani" ədəbi məclisinin sədri, şair-publisist, tədqiqatçı-ekoloq. Külək həm də, atmosferdə hava balansının qorunub saxlanmasında bütün canlılar üçün çox vacib olan bir prosesi həyata keçirir; daim havanın tərkibini qarışdırmaqla çirkil mühitin qatı...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan nəsrinin çox möhtəşəm nümunələrindən olan "Əli və Nino" romanının müəllifinin kimliyi haqqında uzun illərdir ki, gedən mübahisələr hələ tam olaraq bitmiş hesab etmək mümkün deyil. Ancaq müh...
ANL
Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib deyir: "Bu gündən etibarən sən əsl aşıqsan və dünyada hər şeyi mənim gözümlə görəcəksən". Lakin haqq aşıqları heç vaxt mövcud olmayıb. Romanda Şərq və Qərb mədəniyyəti sevgi konteksində də maraqlı detallarla qarşılaşdırılır. Buna görə də bu eşq atam...
ANL
SÖZÜN İŞIĞINI TUTUB GEDƏN ŞAİR. Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas, professor. Vəliyulla Novruzun şeirləri ilə əvvəllər tanış deyildim. Ustadımız, professor Qəzənfər Kazımovun təqdimatında oxudum və mənə olduqca maraqlı gəldi və özümə inanmadım ki, mən niyə bu günə qədər bu imza ilə qarşılaşmadım?!. Şeirlə...
ANL
Bəyaz gecələrdən parlaq sabaha. İstedadlı müğənni, Azərbaycan milli estradasının inkişafında özünəməxsus xidmətləri olan. Səyyad Əlizadənin 60 yaşının astanasında düşüncələrim. Vaqif Bəhmənli. mədəniyyət işçisi. Bu yazı müasir milli estrada musiqisinin tanınmış nümayəndəsi, çıxışları tamaşaçılar tərəfindən hər z...
ANL
Midhət müəllimin əl-ayağı yerə dəymirdi, şairə minnətdarlığını bildirmiş və son kitabını kitabxanaya bağışlamışdı avtoqrafı ilə: "Ruhumla söhbət.". "Əziz balalarım sizinlə məktəb görüşüm məndə hədsiz qürur yaratdı, əzbər söylədiyiniz şeirlər məni həm keçmişimə, həm də bu günümə qaytardı. Siz yeniyetmələr sağla...
ANL
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev: "Məni öldürmək üçün plan hazırlamışdılar. "Bu foto Səttar Bəhlulzadə ilə. görüşlərimizin birindən xoş xatirədir". Yaradıcı insanlar tənqidə qarşı o qədər də tolerant olmurlar. Yalnız tərif, xoş söz eşitmək istəyən rəssamlarımızı da obyektiv tənqid etmək asan məsələ deyil. Tan...
ANL
Mədəniyyət nümunələri etiraf edir. Öz keçmişini bilməyən gələcəyi üçün də vuruşmayacaq. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Öncə tarixdən başlayaq. Biz də orta məktəbin aşağı siniflərindən auditoriyalara qədər bu tarixi az-çox öyrənmi...
ANL
Əlibala RƏHİMOV, "Qızıl qələm" mükafatı laureatı, publisist. Şəfqət dolu ürəyimin ağrılarını, son zamanlar sağ-solumda hərlənən, yaşamaq həvəsimi söndürməyə, bu fani dünyaya vaxtsız əlvida deməyə məni səsləyən sarsıntılarımı azaltmağa Anam gəlib! Mən kiməm ki, Qəlbi qara, kinlə dolu ürəklərin nifrətinə uyanlara qəzəbli...
ANL
TALEYİNİN ŞAİRİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. O, hər şeydən əvvəl, öz taleyinin, bənzərsiz ömür yolunun şairi idi... Eldar Baxış "Əli Qara oğlunun tabutu başında" şeirini aşağıdakı misralarla bitirirdi: Hövsələmiz çatacaqmı. səksən iki...
ANL
Lakin illərin qocaltdığı, fəqət axırına çıxa bilmədiyi bir şey də var. Ağıllı söz, hikmətli ifadə, yaşarı deyim, qanadlı el bayatıları. Sınaqlardan uğurla çıxan zərbməsəllər, nəğmələr, rəvayətlər və s. Bütün bunlar insan düşüncəsinin bəhrəsi, idrak məhsuludur. Fəzail İsmayıl Böyükkişinin "60 yaşımın dastanı" kitabını o...
ANL
akademik Kamal Abdullanın sim-sim.az saytına verdiyi müsahibəni təqdim edir: – Kamal müəllim, bildiyiniz kimi AMEA-nın Dilçilik İnstitutu tərəfindən "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni nəşri hazırlanaraq AMEA rəhbərliyinin təşəbbüsü ilə ictimai müzakirəyə verildi. Bu haqda dilçilər və dilçi olmayanlar arası...
ANL
Üç dildə (gürcü, rus, Azərbaycan) şeirlər yazıb, bədii-poetik fikrini dürüst ifadə etməyi, hər üç dildən bir-birinə mükəmməl, ən başlıcası orijinalın qayəsinə sadiq qalıb tərcümə etməyi bacaran, qeyri-adi təfəkkür tərzi, xarakter kamilliyi, insanlığı ilə çoxlarına örnək olmağı bacaran gürcü qardaşım, dəyərli qələm əhli...
ANL
Məhsəti Gəncəvi. Rübailər. Yudun xətaləri, sən ey lütfkar, Qulluq sırğan bütün qulaqlarda var. Gəldiyi qapıdan o çıxıb gedər. Başınla öyünmə, şamə diqqət et! Məhv olur başından ayağa qədər. Çox da öyünmə ki, uzundur ömrün, Əcəl köhlənində hazırdır yəhər. Ayla Zöhrə kimi üzünlə gözün, Yusiflə quyutək xalınla üzün, Sən b...
ANL
Qərənfil. Səni kimdir sevən bica, qərənfil? Sənə mən aşiqi-şeyda, qərənfil! Səni gülşən ara aşüftə gördüm, Yəqin bildim tutub sevda, qərənfil! Belə pəcmürdə hal ilə durubsan, Düşər güllər əra qovğa, qərənfil! Üzündən pərdeyi-nazın kənar et! Nihani baxmağından iztirabi-könlüm, əfzundur, Nə cadudur ki, hər dəm kəşfi-əsra...
ANL
gecələr, Çırpıb qanadlarımı. yerdən üzülürəm. Geniş-geniş havalarda səf çəkən. Durnaların qatarında düzülürəm. Qanad salırıq, Uca-uca dağların başında. Əylənib qonaq qalırıq. Torpağın ətrini aparırıq. Ulduzların aləminə. Həyat səsi qatırıq. Göydə soyuq-soyuq işıqlanan. ayın yalqızlıq qəminə. Səhər. şəfəqlər oyadır məni...
ANL
Tufanlıdır ömrün qışı. Mən gülə bilmirəm. Şənlik içindəykən aləm, Nədir könlümdəki bu qəm? Dərdimi bilə bilmirəm. Qəm əyib məğrur başımı, İtirmişəm sirdaşımı, Selə dönən göz yaşımı. Üzümdən silə bilmirəm. Səhrada bitmiş bir güləm, Fəsli quraq keçən iləm. İstəyirəm sənsiz öləm, Neyləyim, ölə bilmirəm. Qırıq açar qapı aç...
ANL
Nurəngiz GÜN. MƏNƏ SOYUQDUR GÜNƏŞ. Mənə soyuqdur, Axı mən qütbə gedən tək gəminin. məzlum mənzərəsinə dözümsüz oluram. Axı üşüyürəm mən hərdən. azad qanad yoluna atəş açan. zalım ovçu üzündən. gGünəşim! Bir dəfə də xəyalımda. səninlə öpüşəndə, qucaqlaşıb demişdim: Məhvəşim! Atəşim! Məşum toxunur hər şey. Yerdə mənə yam...
ANL
Gəl gedək bu şəhərdən. Yığıb xatirələri də, Gəl gedək bu şəhərdən. Yarpaqlar saralıb, Töküləcək qəfildən. Sarı yarpaqlar içində, Hər şey itib gedəcək. Dəli xəzri küləyi, İçimi göynədəcək. Bu torpağın kədəri, Dumandır, başından çıxır. Payız qəmli qadın kimi, Gözünü min yerdən sıxıb. Çətin payızdan ötmək, Qışdan bahara n...
ANL
Kəmalə Abıyeva. Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir, Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir. Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış, Bu məhəbbət nəğməsini görən hardan bilir yağış. Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir, Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həs...
ANL
Sözünə hörmət etmək, özünə ən böyük hörmətdir…. Söz İlahi işarədir.Sözün gücü var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir.Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı şai...
ANL
"MƏNİM KİMLİYİMDİ MƏNİM ÜRƏYİM". Kimliyim, yəni mənim mənliyim, xasiyyətim, xarakterim və əlbəttə, duyğular aləmim. Duyğular aləmimdirsə, onu idarə eləyən ürəkdir. Şairlər üçün də ürək onların mənəvi dünyasıdır. Şahnaz xanımın bu təzə kitabında toplanan şeirlər onun mənəvi dünyasının etiraflarıdır - bu ktiraflarda sevi...
ANL
“Ramil Usubov incəsənətə meyilliydi, sonra müəllim işlədi”. AzEDU.az saytının "Sinif yoldaşı” layihəsində ölkə miqyasında tanınan ictimai-siyasi xadimlər, elm, mədəniyyət və ədəbiyyat adamları haqqında onların sinif yoldaşları danışır. Layihənin ilk qonağı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovn...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Biz 1948-ci ilin payızında rayonumuzdakı mərkəzi kitabxanaya dərnək üz...
ANL
Kəbirlilər. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Qarabağda isə xanlığın əsasını 1747-ci ildə Cavanşir sülaləsindən olan Pənahəli xan qoydu. Yeri gəlmişkən: Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri ...
ANL
Soldun günahımdan, məni bağışla. Müasir poeziyamızda öz poetik səsi, orijinal deyim tərzi ilə seçilən Adil Qasımlı ədəbiyyatımızın 60-cı illər ədəbi nəslinə mənsub olan şairlərdəndir. Şeirləri ilə müntəzəm olaraq respublika qəzet və jurnallarında çıxış edən şairin "Pıçıltılar" adlı ilk kitabı 1969-cu ildə işıq üzü görm...
ANL
Heç kimi gözləmirəm. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı. Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm? Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri...
ANL
Onlar İçəri şəhərdə yaşayırdılar. Tez-tez gedərdim evlərinə. Köhnə pilləkənin altında iki göz kiçik otaq. Otaqların birinin pəncərəsi balaca, çirkli həyətə açılırdı. İkinci otağın yerli-dibli pəncərəsi yox idi. Bu otaq indiki kimi yadımdadır. Balaca, lampanın zəif işığında ədəbiyyatdan ifadə yazıya hazırlaşardıq, qış a...
ANL
Əlibala Rəhimov, "Qızıl qələm" mükafatı laureatı. Ovçubərədə "dərin" dostlardan birinin baxçasında hər şeydən bol məclisimiz arəstədi. Danışırıq, gülürük, isti-isti kabab gəldikcə, hərəyə bir tikə götürüb, badələri qaldırırıq. Sözüm qəribə səslənir, amma hamının ürəyincə olur. Sözünü yarımçıq qoyuram: -İtimiz yoxdu. İt...
ANL
Kəbirlilər. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. (əvvəli ötən saylarımızda). Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. Sonra rus ordusunda İİ rus-İaran savaşına qatılmışdı. Praporşik rütbəsi almış, Müqəddəs Georgi ordeni...
ANL
Əsmər məni fikirlərimdən ayırdı: - Bilirsən Moskvayla Bakının fərqi nədədir? Bakı dənizə dirənir, qatar son dayanacağa dirənən kimi. Bakı dənizdə qurtarır, bitir, necə başa salım səni, belə elə bil ki, dənizə tökülür, dənizə aşır, bax bu sahil evlərinin, ağaclarının əksiylə birlikdə suya düşür. Moskva tez-tez mənim yux...
ANL
Şeirsiz bir dünya kədər,qəm kimi, Şeirsiz cənnət də cəhənnəm kimi. Sizi bilmirəm, mənim ruhumun, ac mədənin qidaya, yornuq bədənin istirahətə ehtiyacı olduğu qədər şeirə ehtiyacı var. Hətta şeir yazmaqdan çox şeir oxumağı sevirəm. Elə gözəl şeirlər yazılıb ki, onları oxuyanda özümün yazmağımı artıq hesab edirəm. Bəzilə...
ANL
(əvvəli ötən saylarımızda). Yaxşı kabab yemək istəyirəm. Deyirlər burda əntiqə bir kababxana açıblar. Amma ora uzaqdır. Biri də Bayıldadır. Kababxana kişilərlə dolu idi. Əsmər qadın çinsinin yeganə nümayəndəsi idi. Onun qeyri-adi görkəmi, geyimi hamının diqqətini cəlb edirdi və bizi hər tərəfdər süzürdülər. hamı bir ba...
ANL
Ömrün 80-ci mərtəbəsi... Bir insanın ömrünə neçə fəslin sığacağına zaman həmişə qərar verə bilmir, çünki özünü təqvimlərə, aylara, günlərə, saatlara məhkum edən zamanın da çərçivələyə bilmədikləri var. Bu çərçivəyə sığmayıb bütün zamanlarda adını yaşadan şəxsiyyətlər var... Adətən dünyanın böyük ölkələrinin belə dahilə...
ANL
Naxçıvanda Novruz ənənələri. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Dünyanın türk erası da buradan başlanğıc ...
ANL
Sabir Rüstəmxanlının şeirlərində bütöv Vətənin obrazı. Bərdəli. üzrə fəlsəfə. Şairlər öz ilkin ilhamını təbiətdən, onun gözəlliklərdən alırlar. İlk qələm təcrübələrini də məhz bu təbiətin vəsfinə, tərənnümünə həsr edirlər. Xüsusilə bu Vətənin göz oxşayan quşqonmaz dağları, al-yaşıl dərələri, sıx meşələri, buz bulaqları...
ANL
Coşğun hisslərin poeziyası: Nurəngiz Gün. İstedadlı şairə Nurəngiz Gün poeziyasına ötən əsrin son on illərindən bələdəm və bunun bir səbəbi yaşımla bağlıdır. Sakit, dəbdəbəsiz və coşğun şeirləri onun fərdi yaradıcılıq xüsusiyyətlərilə bağlı idi. Digər qadın şairlərimizdən şeirlərindəki təbii hissləri, fikir tutumu ilə ...
ANL
Əlövsət BƏŞİRLİ. "Ağacavad Əlizadənin poeziyadan ayrı həyatı yoxdur. O, ümumən Azərbaycan və dünya poeziyasının mahir təbliğatçısıdır". Ahıl kövrək olur, tez-tez olub keçənləri xatırlayır. Çox vaxt elə xatirələrlə yaşayır. O vaxt Salyan rayon mərkəzi kitabxanası ilə uşaq kitabxanası bir binada yerləşirdi. Mən yaşıdları...
ANL
Azərbaycan klassik poeziyasında Divan bağlamaq, bütün şeir külliyyatını müəyyən qaydalar çərçivəsində bir araya toplayıb təqdim etmək ənənəsi XI əsr şairi Qətran Təbrizidən başlayıb. Sonrakı əsrlərdə də bu ənənə davam edib. Qazi Bürhanəddin, Cahanşah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi ustad şairlərin şeir d...
ANL
Aqil ABBAS: AŞIQ ŞƏMŞİR DƏLİDAĞDAN KEÇƏNDƏ…. Mən cənnəti görmüşəm. Nəinki görmüşəm, hətta o cənnətdə yaşamışam. O cənnətdəki Zəmzəm bulağının (mənim gördüyüm cənnətdə Zəmzəm bulağı tək deyildi, yüzdən çoxuydu) suyundan ləzzətlə içmişəm. Hətta o Zəmzəm bulağında və ya bulaqlarında doyunca çimmişəm də. Üz-gözümdə bir az ...
ANL
Üzeyir bəyin gözünün nuru. Azərbaycan Cümhuriyyətinin qurucularından sayılan Ceyhun Hacıbəylinin faciəli həyatından bəhs edən tamaşa hazırlanıb. Dövlət Musiqili Teatrı bu günlərdə yeni səhnə əsərinin premyerasını tamaşaçılara təqdim etdi. Kollektivin bir neçə aylıq gərgin zəhmətindən sonra sənətsevərlərin mühakiməsinə ...
ANL
Novruz: ilkin qaynaqları və tarixi inkişafı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bayramın kütləvi hald...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Böyük Hun imperatorluğu iki hissəyə parçalanmışdı: quzey və güney hun dövlətlərinə. Müvəqqəti ərazi bütövlüyünü itirən və Çinə məcburi tabe olan bu dövlət qısa bir müddət ərzində öz itkilərini geri qaytara ...
ANL
Cəmi 52 il yaşadı Fərman Kərimzadə-indi ruhu Azərbaycan torpağını, Vedini, Gəncəbasarı, Beyləqanı, Təbrizi, Dərbəndi, Bakını dolaşan böyük yazıçı, ipək xasiyyətli insan, dostlarının və oxucularının xatirindən heç vaxt silinməyən şəxsiyyət. Yarandığı gündən müharibələr meydanına çevrilən Vedi torpağı XX əsrdə ən faciəli...
ANL