text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Dəyərli tədqiqat əsəri. Azərbaycanın 1917-ci ildən sonrakı tarixini düzgün anlamaq üçün iki əsas şəxsiyyət var: Nəriman Nərimanov və Məmməd Əmin Rəsulzadə. Onların dövründə və onlardan sonra taleyimizdən keçən böyük hadisələrin hər biri onların qoyub getdiyi irslə bağlıdır. Rusiyada vətəndaş müharibəsi gedişində tarix ...
ANL
Adalet.az moderator.az-a istinadən Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun tanınmış şair, tərcüməçi Zakir Fəxri haqqında yazısını təqdim edir: Azərbaycan poeziyasında şairin dünyagörüşünü, əqidəsini, ən müxtəlif (hətta xaotik!) təzahürlərində həyata münasibətini, daxili enerjisinin - ruhunun təbiətini, nəhay...
ANL
Ömür də bir kitabdır... Yazıçı-publisist Mustafa Çəmənlinin "Ürəyimdən kimlər keçdi" xatirələr kitabı barədə düşüncələr. ...Kitab - zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir. Yaxşı kitab ən qiymətli xəzinədir. Bəşəriyyətin ən dəyərli kəşflərind...
ANL
Gəncə quberniyasında soyqırımı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu müharibələrdə qələbə əldə edən Rusiya Cənubi Qafqazda xristianların sayını artırmaq üçün erməniləri İran və Türkiyə ərazisindən kütləvi surətdə Qarabağ, Naxçıvan, İrəvan v...
ANL
YAŞAMAQ, YARATMAQ ONA YARAŞIRDI. filologiya elmləri doktoru, professor. Həyat qəribədir, bəzən təsadüfən tanış olduğun adam səndə elə dərin təəssürat yaradır ki, istər-istəməz onunla indiyə qədər tanış olmadığına təəssüflənirsən. İndiki kimi yadımdadır, bizi yazıçı Mustafa Çəmənli tanış edəndə o dedi: "Qəzənfər müəllim...
ANL
Gəncə quberniyasında soyqırımı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu kəndlər üzrə 200 nəfəri amansızlıqla qətlə yetirmişdilər. Gənc qubernatorunun ünvanına göndərilən 6 yanvar 1919-cu il, 152/10 saylı teleqramda isə Gorusa İngilis-fransız d...
ANL
Ömür də bir kitabdır... Yazıçı-publisist Mustafa Çəmənlinin "Ürəyimdən kimlər keçdi" xatirələr kitabı barədə düşüncələr. Mübahisələr də olurdu, çətinliklər də. Təbii ki, nəşriyyat-poliqrafiya düzənində heç də həmişə hər şey öz qaydasında, öz axarında getmirdi. "Hər yerdə olduğu kimi, bu sahədə də çəkişmələr, mübahisələ...
ANL
Dalğaya dönürəm dəniz görəndə. PAŞAZADƏ. Qoysana, yaşayım öz dərdlərimi. Bu qədər qəm-qüssə sənə bəs etmir, Keçirsən mənim də sərhədlərimi. Bu dərdlər mənimdir, sənin ha deyil, Qoysana yaşayım öz dərdlərimi. Ayrılıq odunda nəfəs almışam, Həsrətin havası məni boğmayıb. Dərdlərim gətirib məni dünyaya, Bəlkə də, heç məni ...
ANL
Şeir və nəsr yaradıcılığına görə qələm yoldaşımın həmin sanballı, elmi əsərinə bu dəfə başqa yöndən baxmalı oldum. Və ilk dəfə həmin sahədəki bilgimi səfərbər edib, qələmə sarılmaq ehtiyacım yarandı. Hər bir əsər (bədii, ya elmi-fərqi yox) ilk sətirlərindən oxucunu cığırına salıb müəllifin aləminə apara bilməlidi. Elə ...
ANL
BDU-nun baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" üzvü mükafatı laureatı. Sizə təqdim etdiyimiz şeirlər Sona xanımın bu günlərdə işıq üzü görəcək "Bəxtəvərlik yuxu imiş..." adlı kitabındandır. Biz bu şeirləri təqdim etməklə dünyaya gələn kitab münasibətilə həm də dəyərli Sona xanımı təbrik etmək...
ANL
Azərbaycan qəzəlindən söz açırıqsa, böyük Şəhriyarın adını çəkməmək olmaz. Cənub Azərbaycanda yaşayan şairlərimizin ustadı, ümumiyyətlə, XX əsr Şərq ədəbiyyatının korifey sənətkarı sayılan Məmmədhüseyn Şəhriyar qəzəl janrında da hünər göstərmişdir. Təbii ki, Şəhriyar da dahi Füzulini sevmiş, onun qəzəllərindən təsirlən...
ANL
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Yarandığı gündən erməninin bir məqsədi olub- qonşu ölkələrin torpaqlar...
ANL
Təklələr. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Tarixdə təklələr cəsur, qorxmaz, döyüşkən bir tayfa kimi xarakterizə olunur. Qarabağda xanlığın bünyadını qoyan Pənahəli xanın və ondan sonrakı xanların dövründə Təklə tayfasının seçkin şəxs...
ANL
Yazıçı-publisist Nemət Veysəlli ilə görüş. Bu günlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində yazıçı-publisist, Qarabağ müharibəsi veteranı, müharibə mövzusunda yazılmış "Haran ağrıyır, Vətən! Görüşü jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev açaraq yazıçı haqqında tədbir iştirakçılarına ətraflı məlu...
ANL
Şair Məmməd Kazımın xatirəsinə. Adətən insanın müdrikliyi həm də onun dediyi sözün əhəmiyyəti, çəkisi, qiyməti ilə dəyərləndirilir. Həm də deyirəm, ona görə ki, müdriklər təkcə dedikləri yox, demədikləri üçün də məsuliyyət daşıyırlar. Belə müdriklərdən biri də tanınmış şairimiz, sadə və təvazökar insan, ədəbiyyatımızı...
ANL
Təklələr. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Təkəli tayfası. Azərbaycanın qəhrəmanlıq eposu olan "Koroğlu" dastanından məlum olur ki, Azərbaycanın xalq qəhrənanı Koroğlu və Aşıq Cünun Təklə tayfasındandır. XVI yüzilin ilk onilliyində (1...
ANL
Necə deyərlər, o özü bizə xatırlatmaqla bizlərə də xatırladır. Elə sizə təqdim edəcəyim növbəti sayında da "Yada düşdü" özünün ilk baş redaktoru mərhum yazıçı-publisit, dramaturq, həm də son dərəcə dəyərli insan olan Nahid Hacızadədən bəhs edir. Yəni jurnalın bu sayı xüsusi olaraq Nahid müəllimə həsr edilib. Hə...
ANL
Tərtər Rayon Gənclər Mərkəzində "Yeni Tərtər" qəzetinin redaktor müavini, "Qızıl qələm" mükafatı laureatı Svetlana Bağırovanın əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuş "Ömrün mətbuatda keçən 50 ili" adlı tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə birgə rayon icra hakimiyyətinin başçısı Mü...
ANL
YARIMÇIQ QALMIŞ ARZULAR. filologiya elmləri doktoru, professor. Fani dünyanın keşməkeşlərindən, örnək ola biləcək həyat həqiqətlərindən bəhs edən "Yarımçıq qalmış arzular" əsəri insanı dərindən düşündürür. Gənclikdə çox romanlar oxumuşam, çoxu da sevgidən söz açan romanlar olub. Həqiqət xanımın 32 yaşında dünyas...
ANL
AZƏRBAYCAN POLİSİNİN YARANMA TARİXİ VƏ TƏŞƏKKÜLÜ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, hüquqşünas. Hökumətin 1918-ci il 25 iyun tarixli qərarı ilə Azərbaycan ərazisindəki bütün dəmir yolları...
ANL
mükafatı laureatı. Bazar günü toy-bayram olur evdə. Səringül dolu zənbilləri gətirən kimi uşaqlar tökülüşür üstünə, gülüşə-gülüşə, tələsə-tələsə yazıq arvad nə alıbsa hamısını qamaralayıb yeyir və bir-birindən "oğurluq" da edirlər: əzgili, almanı, heyvanı, turpu, əllərinə nə keçdi dürtürlər qoyun-qoltuqlarına, ne...
ANL
Şeirin səadət nuru. Mənim 30 illik ali məktəb müəllimi kimi stajımda istedadlı tələbələrimin yaradıcılığını imkanım daxilində izləməkdir, uğurlarına sevinməkdir. Və bunu ən böyük sevincim kimi qiymətləndirirəm. Zaman Əsgərli, Əli Rəşidoğlu, Səxavət Qarayev, Elşad Səfərli, Yegizar Cəfərligİntiqam Yaşar. Aylar keçd...
ANL
Bir sözlə, şair və şeir bolluğunda boğuluruq, yoxsa şeir bizi bu mürəkkəb dünyanın qayğılarından xilas edir, yaşamağa, düşünməyə, sevməyə səsləyir? "Nə yaxşıdır, nə pisdir" prinsipi artıq ədəbi tənqidin köhnəlmiş iş metoduna qayıtmaq deməkdir. Vaxtilə bizim tənqidçilərdən biri 1998-ci ildən sonra meydana çıxan p...
ANL
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının. Həmin hadisə ilə əlaqədar Heydər Əliyev ümumittifaq büdcəsindən İsmayıllı üçün 22 milyon manat ayrılmasına nail oldu. Neçə-neçə obyektlər bir neçə yeni məktəb, uşaq kitabxanası və qəsəbələr salındı. Bu məqamda bir məsələ yadıma düşür. Heydər Əliyev İsmayıllıd...
ANL
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə aparılan quruculuq işlərinin istiqamətlərini şərh edərkən deyir: "...Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar...
ANL
AZƏRBAYCAN POLİSİNİN YARANMA TARİXİ VƏ TƏŞƏKKÜLÜ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi. Almaniyada Frayburq Dağ-Mədən Akademiyasını bitirmiş ilk milli dağ-mədən mühəndislərindən biri. Behbud x...
ANL
Ədəbi Zəkanın bu günü və gələcəyi. (Şair KƏRAMƏTLƏ gözlənilən söhbət). - Hörmətli Kəramət müəllim, biz bütün ədəbi mühtü çox mənalı olaraq sizin istedadınız, ədəbi vicdanınızı qəbul edir. Amma bütövlükdə götürəndə "ədəbi vicdan" nəyi həll edir ki? - Dünyada elə deyişməz dəyərlər var ki, onlar konyuktural deyil, gündəli...
ANL
Romanlarındakı qorxunc hadisələri həyatında yaşayan yazıçı. Aqata Kristi - detektiv roman pərəstişkarlarının yaxından tanıdığı bir addır. Adalet.az Aqata Krsiti haqda bilinməyən məlumatları oxuculara təqdim edir. Oxumağı 5 yaşında öz başına öyrəndi. Aqata Kristinin anası, qızının erkən oxumasını istəmirdi, baxmayara...
ANL
Ölkə başçısının fındıq bağlarının genişləndirilməsi məqsədilə qarşıya qoyduğu vəzifələrin icrası olaraq 2018-ci ilin yaz mövsümündə Şəkidə 115 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. Rayonun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də dinamik inkişa...
ANL
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və əziz xatirəsinə. XX əsrdə xalqımız keçməkeşli mübarizələrlə dolu tarixi bir yol keçmişdir. Bu mübarizələrin hamısının bir məqsədi, bir məramı olmuşdur: Azadlığa və müstəqilliyə qovuşmaq. XX əsrin sonunda xalqımızın çətinliklə olsa da qazand...
ANL
Bir sözlə, şair və şeir bolluğunda boğuluruq, yoxsa şeir bizi bu mürəkkəb dünyanın qayğılarından xilas edir, yaşamağa, düşünməyə, sevməyə səsləyir? "Nə yaxşıdır, nə pisdir" prinsipi artıq ədəbi tənqidin köhnəlmiş iş metoduna qayıtmaq deməkdir. Vaxtilə bizim tənqidçilərdən biri 1998-ci ildən sonra meydana çıxan p...
ANL
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının. Həmin hadisə ilə əlaqədar Heydər Əliyev ümumittifaq büdcəsindən İsmayıllı üçün 22 milyon manat ayrılmasına nail oldu. Neçə-neçə obyektlər bir neçə yeni məktəb, uşaq kitabxanası və qəsəbələr salındı. Bu məqamda bir məsələ yadıma düşür. Heydər Əliyev İsmayıllıd...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Anda qonmuşdu oğuzlar biədəd. Bu faktlar oğuzların Azərbaycan ərazisində VII əsrdən qabaq yaşadıqlarını göstərir. Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər Azərbaycanda, Şərqi Anadoluda və İranda so...
ANL
Kəndin qız-gəlinləri, uşaqları meyvəsi yığılan bağların, bostanların "ura" gününü səbirsizliklə gözləyirdilər. "Ura" vaxtı yığılan üzüm salxımları, küncdə-bucaqda qalmış yemiş, qarpız tağlarının arasından tapılanlar daha şirin, ləzzətli idi. O böyüklükdə bağlardan, bostanlardan üzümə qoz düşəndən ta solana qədər...
ANL
QAX: İNKİŞAFIN VƏ MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİ. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli 3781 nömrəli Sərəncamına uyğun olaraq cari ildə ray...
ANL
Hərb tariximizdə Heydər Əliyev fonemeni. Dünyada elə müdrik, elə uzaqgörən dövlət xadimləri olublar ki, onlar öz ölkəsinin taleyində mühüm rol oynayıblar. Müstəqil Azərbaycanın memarı olan ümummilli liderimiz Heydər Əliyev də tarixdə dərin iz salmış dahi şəxsiyyətlərdən biridir. Azərbaycanlı olmağı ilə həmişə fəx...
ANL
Son illərdə bir şair kimi özünü təsdiq etmiş və ədəbi ictimaiyyətdə də etiraf olunmuş Fəxrəddin Teyyubun yeni şeirlər kitabı çapdan çıxıb. Onun yaradıcılığını mən də diqqətlə izləyirəm və sevinməyə əsas var ki, Fəxrəddin Teyyub kitabdan kitaba bir şair kimi inkişafdadır. Bu inkişaf onun həyata, gerçəkliyə, yaşa...
ANL
Qaryagin rayon məhkəməsinin yeddiillik kənd məktəbinin binasında keçirdiyi səyyar məhkəmə iclasında (1946) Məhəmmədəli dayıma "Qəsdən adam öldürmək" maddəsi ilə altı il azadlıqdan məhrum ediblər və ona son söz veriblər. Evimizə gedim, evimizlə, həyətimizlə vidalaşım. Məhkəmə dayımın bu arzusunu yerinə yetirir. K...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Teymuri qoşunun Azərbaycandan çıxarılması, Qaraqoyunluların Azərbaycanın cənubunda möhkəmlənməsi Qara Yusiflə Sultan Əhməd arasındakı münasibətləri pozdu. Qara Yusifin siyasi və hərbi uğurları Sultan ...
ANL
Lələdağ. Ulu Öndərimiz, Ümumilli liderimiz Heydər Əliyev haqqında düşünərkən fikrimin fonunda çox əzəmətli, məğrur, sınmayan, əyilməyən bir sima, incə, həssas həm də son dərəcə bir istedad canlanırdı. Ulu öndər bu zirvəyə çatana qədər mürəkkəb həyat yolu keçmiş, ağır və böhranlı bir təkamül dövrü yaşamışdır. Mən Ümumm...
ANL
Bayramov, tənqidçi- ədəbiyyatşünas. Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkana hər yazar işıq sala bilmir. Bu məkanın içərisinə daxil olub qərarlaşa bilmir. Xoşbəxtlik ondadır ki, çağdaş ədəbiyyatımızda bir-birindən bənzərsiz yazıları ilə minlərlə insan qəlbini fəth edən şairlərimiz, söz adamlarım...
ANL
Qazaxıstanın ən böyük şəhəri olan Almatıda Dünya Axıska Türkləri Birliyinin təşkilatçılığı ilə Xalq Şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş gecə keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə birliyin sədri Ziyaetdin Kassanov böyük söz ustadının təkcə Azərbaycanda deyil, türk dünyasının hər yerində sevildiy...
ANL
Uşaqlar, yeniyetmələr kəlinmi, öküzünmü boyunduruğundan samıqarışıq bərk-bərk yapışmışdılar ki, yıxılmasınlar. Günəş rənginə çalan buğda sünbüllərdən aralanandan, havaya sovrulandan sonra xırmanın bir qırağına yığılırdı, tayalanırdı. Kənar gözdən, əyri əldən uzaq olsun deyə keşikçilər, hazır məhsullara cavabde...
ANL
Heykəl ömrü. Mən, fizika müəllimiyəm, poeziyanı çox sevirəm. Hərdən dolaşıq fikirlərlə yüklənən beynimi açmaq üçün şeir oxuyuram. Belə vaxtlarda insanı düşündürən, dərin mənalı şeirlər yazan şairlərimizdən Səməd Vurğunun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Vaqif Aslanın, Ramiz Rövşənin yaradıcılığına müraciət...
ANL
KÜRDƏMİR: YENİ ZƏFƏRLƏRƏ DOĞRU. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Dövlət Proqramına uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2018-ci ilin 3 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmişdir. Rayonun M...
ANL
DEMOKRATİYANIN GERÇƏK GÖSTƏRİCİLƏRİNDƏN BİRİ. Azərbaycan ədliyyəsinin keçdiyi yola bir baxış. Ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının elan etdiyi kimi bütün Azərbaycan Xalq Cümhuriyyətimizin 100 illiyini böyük bir sevgi və qürurla qeyd edir. Təbii ki, biz öncə qürur hissimizi, bizə mübarizlik bəxş edə...
ANL
Ədəbi Zəkanın bu günü və gələcəyi. (Şair KƏRAMƏTLƏ gözlənilən söhbət). - Hörmətli Kəramət müəllim, biz bütün ədəbi mühtü çox mənalı olaraq sizin istedadınız, ədəbi vicdanınızı qəbul edir. Amma bütövlükdə götürəndə "ədəbi vicdan" nəyi həll edir ki? - Dünyada elə deyişməz dəyərlər var ki, onlar konyuktural deyil, gündəli...
ANL
Romanlarındakı qorxunc hadisələri həyatında yaşayan yazıçı. Aqata Kristi - detektiv roman pərəstişkarlarının yaxından tanıdığı bir addır. Adalet.az Aqata Krsiti haqda bilinməyən məlumatları oxuculara təqdim edir. Oxumağı 5 yaşında öz başına öyrəndi. Aqata Kristinin anası, qızının erkən oxumasını istəmirdi, baxmayara...
ANL
Bıçaq kəsməz qatığını, südünü aparıb Martunidə, Cartazda satırdım. Satdığım ağartıların hesabına əldə etdiyim pul ilə ilk növbədə çörək alırdım, bazarlıq edirdim. Gün üfüqdən qalxan kimi hər ikisi ayağa qalxırdı, evimizin ikinci mərtəbəsinə qalxan pilləkənlərin sonuncu pilləsində qoşalaşıb intizarla mənim bazard...
ANL
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Müasir Azərbaycan dövlətinin sələfi AXC-nin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq...
ANL
Söhbət Məmməd Orucun Rusiyada yaşayan soydaşımız, RF Əməkdar Mədəniyyət işçisi Knyaz Qoçaqla birlikdə rus şairi Aleksandr Kerdanın «Obereq» (Ümid mələyi) kitabı əsasında tərtib və tərcümə etdiyi «Ümid mələyi» kitabına görkəmli şair, tərcüməçi, Əməkdar İncəsənət xadimi Səyavuş Məmmədzadənin yazdığı «Körpü» adlı ön söz...
ANL
Hər şey beynimdə hazır idi. Qalırdı kağıza, daha doğrusu kompyuterə köçürmək. Görkəmli şəxsiyyətlərə həsr etdiyim portret yazılarım sırasına biri də əlavə olunacaqdı. Amma Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi günlərində prosesi sürətləndirmək fikrinə gəldim. Mən tarixçi deyiləm. Düzünü desəm tarix ...
ANL
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Mövcud olduğu dövrdə Bakıda ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, İsveç, İsveçrə, İtaliya kimi dövlətlərin nümayəndəlikləri fəaliyyət...
ANL
Sonra da ölkədə baramaçılığın inkişafı ortaya düşdü. Qonşu erməni kəndləri - Çartaz, Keşkənd, Məşədkənd barama təsərrüfatları üçün qabaqcadan yarpaq tədarükü görmüşdülər. Məhz baramaçılıq sahəsini inkişaf etdirmək üçün xüsusi, cavan bağlar, toxmacarlıq salmışdılar. Hətta, onlar uzaq-uzaq ölkələrdən, məsələn, Y...
ANL
Müharibənin yaraları sağalmır. Yeni nəşrlər. Keçmiş döyüşçü Rey Kərimoğlunun Qarabağ müharibəsindən bəhs edən "Kod adı: Rey" kitabının işıq üzü görməsindən mətbuat səhifələrindən xəbər tutmuşdum. Hərbi jurnalist kimi illərdən bəri ağrı-acısını yaşadığımız Qarabağ müharibəsindən bəhs edən belə kitabların yazılıb ...
ANL
AZƏRBAYCAN REALLIĞININ QOBUSTAN NÜMUNƏSİ. "...Ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tuta bilmişdir, daxildə proseslər müsbət istiqamətdə getmişdir, islahatlar aparılmış, böyük nailiyyətlər əldə edilmişdir. Biz hamımız ulu öndərin siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk". Azərbaycan Respublikasının Prezide...
ANL
Müstəqilliyimizin açdığı üfüq. Bu il tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir. Yubileyin dövlət səviyyəsində qeyd olunmasında ölkə başçısı cənab İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsinin çox yüksə...
ANL
Səpkilərəm, səpərəm. Bu günümnən dünənimə. Rəngli günlərimin qəmini. Muncuq tək düzəsiyəm. Səhərdən bir az keçmiş. Axşama xeylax qalmış. Ölüm günü günorta üstü. Ölüb, ölüm üstə gedəsiyəm. Gedəcək yerim həmişəlik. Qara xallı bənövəlik. Zaman-zaman yaşamaq üçün, Üstümə düşən düşük yükü. Üst başımda daşımaq üçün, Gözümdə...
ANL
Şair-publisist, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun imzası Azərbaycan oxucularına çox yaxşı tanışdır. Rafiq müəllim təkcə elmi-ədəbi fəaliyyətlə deyil, həm də naşirliklə məşğul olduğundan onun redaktoruluğu ilə çıxan "Göyərçin" jurnalının oxucuları tərəfindən də sevilən ziyalılarımızdandı. B...
ANL
Vaqif İsaqoğlunun ilk dəfə sözünü, sonra isə özünü tanımışam. Özünü tanıyanda bilmişəm ki, mənə simsardır, qohumdur. Bizi vaxtıyla Bakıda bacısı Cəmilə müəllim tanış edib. Cəmilə müəllim Şəmkirli nəslinin gəlinidir. Tanış olduğumuz günün səhəri 20 Yanvar metrosunun yanında görüşdük. Bir neçə kitabını mənə hədiy...
ANL
AZƏRBAYCAN REALLIĞININ QOBUSTAN NÜMUNƏSİ. Artıq Şıxzahırlı kəndinin qazlaşdırılması bu il təmin olunacaq və rayon üzrə qazlaşdırma 96 faizə çatacaqdır. Növbəti illərdə Cəngi, Qaracüzlü, Sədəfli və Təsi kəndləri də qazlaşdırılacaq. Əhalinin keyfiyyətli və fasiləsiz təbii qazla təminatı daim diqqətdə saxlanılmalıdır...
ANL
Elçin Əfəndiyev: "Vəzifə kiminsə boynuna biçilməyib". Adalet.az Modern.az saytına istinadən Xalq yazıçısı, baş nazirin sabiq müavini Elçinin müsahibəsini təqdim edir. Belə yüksək ordenə layiq görülməyinizi necə qiymətləndirirsiz? - Fürsətdən istifadə edib cənab prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirə...
ANL
Hər bir aktyorun teatrda və filmdə oynadığı obrazlardan əlavə onun bu sənət haqqında fikirləri oxucuya maraqlı olur. Belə aktyorlardan biri də Əməkdar artist Anar Heybətovdur. O, həm teatrda, həm də filmlərdə oynadığı obrazlarla tamaşaçıların sevgisini qazanıb. Biz də istədik ki, onunla teatr və film haqqında söh...
ANL
Kənddə tibb məntəqəsi, poçt xidməti, enerji xətti də çox-çox sonralar fəaliyyətə başlayıb. Belə məişət problemləri ilə üzləşən təkcə elə bizim kəndin əhalisi idimi? Rayonun Cəmilli, Yuxarı və Aşağı Divanalılar, Dördlər, Xatınbulaq, Ağbaşlı kəndləri də həmin taleyi yaşayırdılar. Füzuli rayonunun əksər yaşayış məs...
ANL
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Mayın 28-də Ə.M.Topçubaşovun ABŞ nümayəndə heyətinin üzvü Q.Morqentau ilə görüşündə isə ABŞ-ın Azərbaycan hökumətinə maliyyə yardımı göstərməsinin müm...
ANL
Mən hər dəfə pedaqoqlardan yazmaq istəyəndə tərəddüd keçirməyə bilmirəm və özümdən soruşuram: - Səbəb nədir, məsuliyyətmi, ehtiyatlılıqmı, diqqətsizlikmi? Pedaqoq yaşamaq sənətindən, cəmiyyətə vətəndaş hazırlamaq məsuliyyətindən, cəmiyyətlərdəki ziddiyyətlərin durulması qayğısını çəkməkdən. Digər müqayisələr də ...
ANL
Mirzə Cavad bərk yorulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil olub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qoydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qoyub, özünü yıxdı ocağın qırağına. Arvad əlində toxuduğu corabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qoydu. Mirz...
ANL
Bu hallar Qaryagin rayonunun erməni yaşayış məskənlərinə bitişik kəndlərində - Yuxarı Veysəlli, Ağbaşlı, Yuxarı Divanalılar, Cəmilli və Dördlərdə daha çox baş verib. Son dərəcə eybəcər və anlaşılmaz dərəcədə həyata keçirilib. Rus, erməni yerölçənləri bu kəndlərin xüsusi, qədim torpaqlarını xəngəl kimi doğrayıbla...
ANL
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Azərbaycanla ...
ANL
Xalq şairi Qabil. Özü bu dünyada yoxdur, amma xatirəsi qəlbimizdə yaşayır, poeziyamızın yaddaşında yaşayır. Bir ay əvvəl oğlu Mahir Qabilin təzəcə çapdan çıxan yeddi cildliyini mənə hadiyyə etdi (bu yeddi cildliyin tərtibçisi və redaktoru Mahirdir). Dedi ki, atam sizin xətrinizi çox istəyirdi. Bu yeddi cilddə Xalq...
ANL
İşıqlı ömürlər təkcə ömür yiyəsinin deyil, onun əhatəsindəkilərin də yolunun işığına dönür, müəyyən mənada, işığı cəmiyyətin də işığına qarışır. Hərdən yerin göyə, göyün yerə sədaqəti kimi baxırıq belə ömürlərin işığına. Bu işığı Dan ulduzunun işığına bənzədəni də, ona arzuların göy qurşağı deyəni də kimsə qınay...
ANL
Abır-həya pərdəsinə bürünmüş misralar. üzrə fəlsəfə. Bu yaxınlarda şairə-publisist, Respulika Xatirə Kitabı Redaksiyasının baş redaktoru və "Yada düşdü" jurnalının baş redaktoru və təsisçisi Nəzakət Məmmədova "Yurd dediyim bu torpaq" kitabını mənə bağışladı. Bir poemadan və şeirlərdən ibarət, həcmcə kiçik, lakin...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin və Ədliyyə Nazirliyinin 100 illiyi. Azərbaycanın mübarizə tarixində 28 may ən unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşub, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini elan edib. Xalq Cümhuriyyəti son dərəcə çət...
ANL
ÖMRÜMDƏKİ ADAM. Əbülfət MƏDƏTOĞLU. Yazıçı-publisist Əlövsət Bəşirliyə yubiley öncəsi dost sözü. Amma təxmin etmişdim. Necə deyərlər, özünün davranışından və bir də barəsində oxuduğum yazılardan. Anlamışdım ki, bu günlərdə çox sayğı və sevgi bəslədiyim bir dəyərli insanın yubileyi olacaqdır. Ona görə də kağız...
ANL
Şəfi dayının qızı Nisə Rzalar obasına - Həsən kişinin kiçik oğlu, adlı-sanlı mexanizator Rzaya gəlin gələcəkdi. Məsələ burasında idi ki, Dadaş dayının həyat yoldaşı Sayad xala Rzanın doğmaca bacısı idi. Dadaş dayı həm özü, həm arvadı, uşaqları, atlar bu şadyanalıq, toy mərasimi üçün xüsusi hazırlaşmışdılar. Amma ...
ANL
TÜRK DÜNYASININ AZADLIĞI AZƏRBAYCAN ŞAİRLƏRİNİN YARADICILIĞINDA. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Müsəlman Şərqində ilk demokratik və parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin-100 illiyi münasibətilə. XIV əsrdə islam a...
ANL
Akif Cabbarlı. Kiminsə ekspressiv qaydada yaydığı qaranlıq məzmunlu xəbər ildırım sürətilə bütün Yaşıltəpənin hər yerində əks-səda verdi. Dağlar qoynundakı kiçik, qədimliyi ilə yanaşı, müasirliyi ilə də seçilən Yaşıltəpə ətraf rayon mərkəzlərindən bir çox xüsusiyyətləri ilə fərqlənir. Bu şəhərin sakinləri olduqc...
ANL
Gördüklərimizi görməyimizdən, Çəkdiklərimizi çəkməyimizdən. Bəd əməllərimizdən. Yoxsa yenə qara kostyum geyib, Qara eynək taxıb, Qara maşınlara minib, Qaranlıq gecələrdə döyərik. lal qapıları. Ürəyimizdə, beynimizdə. Ədavət, kin-küdurət toxumunu. cücərtməyimizdən. Özümüzün özümüzə qənim. kəsilməyimizdən. Hüseyn Cavid, ...
ANL
Bu günlərdə Yazıçılar Birliyində sözə, ədəbiyyata qiymət olan, dəyər sayılan Rəsul Rza mükafatının təqdimat keçirildi. Və bu mənada biz də sözlə yaşayanların uğurlarına həmişə sevinmişik. Barəsində söhbət açdığımız mükafatın budəfəki təqdimatı bizim üçün xüsusilə önəmli olduğundan biz təqdimetmə mərasiminin həm detal...
ANL
Kinomuz da ədəbiyyatımızın tayı olub... Müasir Azərbaycan ədəbiyyatında təsdiqini tapmış bir neçə əsərlər var ki, onlar haqda filmlər çəkmək olar. Bəs yazarlarımız hansı əsərin üstündə dayanır. Adalet.az bu barədə yazıçıların münasibətini öyrənib. Yazıçı Səfər Alışarlı: "Bizim kinomuz da ədəbiyyatımızın tayı olub....
ANL
Bu dəfə Cəlilədən danışacağam. Nazim Hikməti dünyaya gətirən qadından! Qorxunun nə olduğunu bilməyən fədakar qadından… Alagözlü kaplandan… Osmanlı dönəminin ilk qadın rəssamından. Yəhya Kamal Bayatlının eşqindən. Oğlunun azadlığa qovuşması üçün ixtiyar yaşında sarsılmaz iradə nümayiş etdirən, Qalata körpüsünün üst...
ANL
...Qurultayda iştirak edəcək yazıçıların dəvətnamələrini alıb bayıra çıxdıq. Vağzalyanı küçələr izdihamlı, haylı-küylüydü. Adamlar dəstə-dəstə gəzirdi, günü-gündən gərginləşən, alovlanan hadisələri müzakirə edirdilər. Adamlar elə bil havalanmışdılar, birinin dediyinə o biri qulaq asmırdı. Sabiq Çapayev küçəsind...
ANL
TÜRK DÜNYASININ AZADLIĞI AZƏRBAYCAN ŞAİRLƏRİNİN YARADICILIĞINDA. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Müsəlman Şərqində ilk demokratik və parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin-100 illiyi münasibətilə. Bilməm vətənin gü...
ANL
İnsan oğlu mənim nəzərimdə bir planet, kəşf edilməmiş bir dünyadır. Bu aləmi kəşf etmək, bu obyekti insanlıq aləminə tanıda bilmək isə çox şərəfli bir vəzifədir. Bəşər aləminə tanıdılası alimlərimiz arasında professor Babək Qurbanovun adını xüsusi çəkmək lazımdır. Çünki dərin fikirlərlə yoğrulmuş elmi çalışmaları Azə...
ANL
Siz yaradıcılığınızın çoxşaxəli olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindənsiniz. Teatr üçün yazdığınız əsərlər ədəbi aləmdə sizi həm də dramaturq kimi tanıtmışdır. Ölkəmizdə, habelə dünyada gedən ədəbi-bədii proseslər barədə dövri mətbuatda müntəzəm olaraq dərc etdirdiyini...
ANL
Göstərdiyimiz bu faktlar professor Babək Qurbanovun alimlik qüdrətinin təntənəsidir. Bu baxımdan Osmanoğlunu "Elm adlı bağça"nın təcrübəli-peşəkar bağbanı adlandırmaq olar. Əminliklə deyə bilərik ki, Babək Qurbanovun uluslararası arenadakı elm məkanında əkdiyi ağaclar Rusiyada, Özbəkistanda, Qırğızıstanda, Qazaxıst...
ANL
Mirzalı oğlu Teymurun, Ədil Rzayevin daş evi düz Qulu qayasının qarnına girmişdi. Evlərin arxası dikdi, kəskin yoxuşdu. Qarda, qışda, yağışda, yağmurda Qulu qayasından qopub aşağılara dığırlanan iri qaya parçaları müxtəlif yerlərə pərçimlənmişdi. Allah eləməsin bu qaya parçaları yerindən qopsaydı, üzü aşağı dığırl...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin yüz il bundan öncəki tarixinə baxış. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Digər tərəfdən, erməni silahlı dəstələrinin Bakı, Yelizavetpol və İrəvan quberniyalarının türk-müsəlman əhalisinə qarşı törətdiyi soy...
ANL
Rafiq Yusifli, Həkim-kardioloq, tibb elmləri namizədi. Rayon yerində, özü də Füzuli kimi bir yerdə yaşamaq xoşbəxtlik imiş. Əhalisi yüz iyirmi mini çoxdan adlamış Füzulidə, hətta adını bilmədiyin sakini də sənə yad kimi gəlmir. Həmin adamın kim olduğunu soruşanda, dərhal onun kimlərdən olduğu, nəsli, kökü sənə bəlli o...
ANL
Azərbaycan Ədliyyəsinin inkişaf tarixi. Azərbaycan Ədliyyəsinin inkişaf tarixi. Müstəqil Azərbaycan dövlətinin Ədliyyə Nazirliyi ilk dəfə 1918-ci ilin may ayının 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün yaradılmış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və h...
ANL
“Biz insanların haqqı olan Qarabağ torpağımız işğaldan azad edilməlidir”. Bu gün tanınmış şair Vaqif Bəhmənlinin doğum gündür. Moderator.az-ın əməkdaşı hörmətli şairimizi təbrik edib və fikirlərini öyrənib. Vaqif Bəhmənli saytımıza açıqlamasında torpaq nisgilindən və doğum günündə ən böyük hədiyyəsindən söz açıb: "Di...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin yüz il bundan öncəki tarixinə baxış. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Parlamentin ilk iclasında Əlimərdan bəy Topçubaşov sədri, Həsən bəy Ağayev sədrin birinci müavini seçildilər. Azərbaycan parlamentini...
ANL
Kəndin ətrafını dolaşırdı-dolaşırdı, nəhayət, arağınmı, çaxırınmı istisi canından çıxandan sonra kənd arasına çıxırdı. Nə qadınlar, nə də kişilər bir-birinə nümayişyana baxmazdılar, baxışların qovuşduğu, uzaqdan-uzağa salamlaşan, hal-əhval tutanlar da çoxdu. Bütün bunlar qaş-göz hərəkətləriylə, him-cimlə həyat...
ANL
Babək Qurbanov mənəvi dəyərlərin paylaşdırılmasını xalqlar, millətlər arasında qarşılıqlı zənginləşmə və inkişafında, insanların bir-birilərini daha yaxından tanımalarında, eyni zamanda bir-birilərinin mədəniyyətini əxz edib öyrənməkdə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, onlara sahib çıxılmasını ö...
ANL
Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin ilk günlərindən başlayaraq Azərbaycan Polisinin keçdiyi xidmət və döyüş yolu. Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır. Heydər Əliyev. Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bunu etmək üçün g...
ANL
“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı təqdim edildi. Sona Vəliyeva: «Bayrağımız dalğalandıqca, dövlətimiz inkişaf etdikcə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının da ruhu şad olur”. «1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçili...
ANL
Gördüm məclisdə əyləşənlər mənə maraqla qulaq asırlar. Bundan istifadə edib fikir və düşüncələrimə bir az da genişlik verdim. Ümumiyyətlə, azərbaycanlıların, Azərbaycan Yazıçılar İttifaqının beynəlmiləlçilik ənənələrindən danışdım. Hətta, erməni mədəniyyətinə, ədəbiyyatına bələdçiliyimi də nümayiş etdirməyə cəhd...
ANL
İnsan öz-özünə sığışmayanda. İnsan öz-özünə sığışmayanda- Qeyri-adiliklər sığır qəlbinə. Dünyanı ovcunda görürsən onda, Ağlına gələnlər dönür kəşfinə, Qeyri-adiliklər sığır qəlbinə. İnsan öz-özünə sığışmayanda- Tanrı dərgahına sığınıb gedir. Tutur əllərindən inam o anda, Olursan həyatda hər şeyə qadir. Tanrının vəh...
ANL
Fərid Muradzadə. Ərşə dirənmişdi səndə haraylar, Hay-küydən titrəyir, əsir divarlar, Şəninə əl çalır, sənin insanlar, Sən nəyə ağlarsan, söylə kamança. Kipləşən dodaqda ,,kaş" duracaqsa, Kiprik arasında yaş donacaqsa, Səsin kimlərisə coşduracaqsa, Sən nəyə ağlarsan, söylə kamança. Əvəzsiz ifadır, Habil ifası, Sağald...
ANL
Zirvədən zirvəyə gedən şərəfli yollar. Onlar bir neçə il Respublika Prokurorluğunda mühüm işlər müstəntiqi kimi bir kabinetdə işləyiblər, gənc hüquqşünas o zamanlar təcrübəli hüquqşünasın qayğısını görüb, məsləhətlərini, ibrətamiz söhbətlərini eşidib və aradan uzun illər keçsə də onu unutmayıb: "Əli müəllim nadir ş...
ANL