text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Vaqif İsaqoğlunun imzasını Azərbaycan oxucusu çoxdan tanıyır. O, həm hərbi jurnalist, həm yazıçı-publisist kimi xeyli sayda yazıları ilə ölkə mətbuatında öz imzasını oxuculara tanıda bilib. Çoxlu sayda cəbhə xəttindən hazırladıqları yazılar, oçerklər, məqalələr, həmçinin publisist qeydlərin və nəhayət, şair, yazıçı kim...
ANL
Müsahibimiz "Türkiyənin səsi" radiosu Azərbaycan Verilişləri Redaksiyasının rəhbəri, "Qorqud Ata" radiosunun səsini dünyaya yaymağı özünün müqəddəs işi bilən Seyfəddin Altaylıdır. - Seyfəddin bəy, bizdə belə bir deyim var: yaxşı iş görəni üzünə tərifləməzlər, amma Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə deyirdi ki,...
ANL
Dünən Yazıçılar Birliyində xalq şairi, millət vəkili Vaqif Səmədoğlunun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mərasimi giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yubilyarı Azərbaycan ədəbiyyatının böyük simalarından biri adlandırıb: "Vaqif Səmədoğlu istər ədəbiyyatda, istər azadlıq hərək...
ANL
ORDU HAMIMIZIN ÜMİD YERİDİR. Silahlı Qüvvələrə qarşı qara piar kampaniyası dövlətə və xalqa qarşı cinayətdir. Azərbaycanda ordu quruculuğuna 1991-ci ilin sonlarından başlansa da, 1993-cü ilin ortalarına qədər hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizliyi, ölkədə hökm sürən anarxiya, özbaşınalıq, hərc-mərclik bu sa...
ANL
Mən həyatda yaşıma görə çox şeylər görmüşəm, çox insanlar tanımışam, necə deyərlər, yaxşını pisdən, əyrini düzdən ayırmaq imkanım olub. Bax elə bu yaşıma görə gördüyüm insanların içində tək-tək fərdlər, şəxsiyyətlər, adamlar, kişilər, qadınlar olub ki, onlar barəsində düşünəndə mütləq hansısa bir özəl cəhət, özəl xüsus...
ANL
Belə insanlardan biri Füzulinin Aybasanlı kəndindən olan Nəriman Xəlil oğlu Əliyevdir. O Nəriman ki, Füzulinin ağır günlərində əlinə silah götürərək onun müdafiəsinə qalxıb, hər kənd, hər oba uğrunda döyüşdə irəli atılıb. Döyüşdə yaralanmış bir neçə silahdaşını ölümün pəncəsindən xilas edərək xəstəxanaya çatdırıb. Bəzi...
ANL
"Qədim Yunanıstanın mifləri və əfsanələri" Azərbaycan dilində. Bakı Slavyan Universitetinin (BSU) təcrübəli müəllim, tələbə heyəti də boş durmayıb. Universitetin rektoru Kamal Abdullanın rəhbərliyi altında növbəti uğurlu addımlarını atıblar. Dünən "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasının uzun müddət üzərin...
ANL
Azərbaycanda xüsusi iqtisadi zonalar yaradılır. Hökumət qeyri-neft sektorunun inkişafı üçün önəmli addım atdı. Dövlət başçısı İlham Əliyev "Xüsusi İqtisadi Zonalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqda fərman verib. Fərmanda Nazirlər Kabinetinə 3 ay müddətində qüvvədə olan qanunvericilik akt...
ANL
Misir Mərdanov: "Universitet yaratmaq, keyfiyyətli kadr hazırlamaq üçün müəyyən vaxt lazımdır". "Hazırda ölkədə mövcud olan özəl ali məktəblərin keyfiyyəti nə məni, nə də cəmiyyəti qane edir". Jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib ki, bu problemi yaradan səbəblər müxtəlifdir: "Bütün səbəblər...
ANL
Bütün müsbəti ilə, mənfisi ilə, qüruru ilə, neqativləri ilə Azərbaycan ordusu bizim hamımızındır. İqtidarının da, müxalifətinin də, bu yurdun vətəndaşı olub onu sevənin də, sevməyənin də. Əksəriyyətimizin balalarının xidmət elədiyi üçün, gurultulu da səslənsə, bu vətənin, bu millətin məhv olmaması üçün, itirilmiş ərazi...
ANL
("Görkəmli Adamların Həyatı" seriyasından "Heydər Əliyev" kitabından səhifələr). Kremldə SSRİ Ali Sovetinin sessiyası açılır. Rəyasət heyətində - Ali Sovetin palata rəhbərləri, hökumət və Siyasi Büro üzvləri əyləşiblər. Bu günü Heydər Əliyev belə xatırlayırdı: "Bəzən kimlərsə zaldan çıxır, kimlərsə daxil olurdu. Qorbaç...
ANL
Ümidlər, arzular pərən-pərəndir, Qəlbə təsəllidir xatirələrim. Axşamlar yadıma düşür səhərim. Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən. Mənsə səni sevirəm. Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm. iynənin ucu boyda. İşığa həsrət qalan göz işıq ...
ANL
SƏHNƏMİZİN YENİ AŞIQ QƏRİBİ - ELNUR ZEYNALOV. Daimi tamaşaçılarını yeniliklərlə sevindirməyi bacaran Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından daha bir təzə xəbər var. İki gün öncə kollektivin gənc solisti Elnur Zeynalov "Aşıq Qərib" operasında ilk dəfə Aşıq Qərib rolunda səhnəyə çıxdı. Hacıbəyovların "Aşıq ...
ANL
Və bu məşhur kamerada yatmaq üçün rəisə babat da pul vermişdi. Mən Şuşada onbeş nömrəli kamerada yatmışam. Bu hörmətli kameranı fərqləndirmək üçün qapının üstündəki "15" rəqəmini də qırmızı rənglə yazmışdılar, baxmayaraq ki, qırmızı hökumətin rəmzi olduğuna görə məhbuslar bu rəngə nifrət edirdilər. Və heç kəs də bunun ...
ANL
Cəmiyyətin ən üzdə olan və gündəlik həyatında yer alan məsələlərindən biri də asayişin, sabitliyin qorunmasıdır. Azərbaycan polisi bu vəzifənin öhdəsindən layiqincə gəlir. Məsələ təkcə cinayət hadisələrinin azalmasında deyil. Baş verən cinayət hadisələrinin açılma mexanizmi də ildən-ilə mükəmməlləşir. Cinayətkarlığın q...
ANL
"Ömrü boyu özgələrinin sevinci ilə yaşayan və hamıya kömək etməyə çalışan bir insan axtarsanız o mənəm". Bəxtiyar Əkbərov. Tanınmış hüquqşünas, porofessor, hakim, vəkil. Mənim bu ədəbiyyat vurğunu və gözəl hakim, həqiqi anlamda mehriban insan Bəxtiyar Əkbərovla tanışlığımın uzun bir tarixçəsi var. Bir neçə il öncə də m...
ANL
BAYRAMIN MÜBARƏK, QAÇQIN! Ən ağır, ən böyük faciəmizdən danışanda belə zarafat, lağlağı, lətifə, "it oynadan" motivlərdən istifadə edirik. "Qaçqınlar günü" ifadəsi də adamda bu mənada müxtəlif əhval yaradır. Lağlağıdan hönkürtüyədək... Amma bircə şeyi şəxsən mən tam anlamıram. Yəni əgər rəngləyəsi olsaydıq, bu günü təq...
ANL
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü qeyd ediləcək. Ali Baş Komandanımız, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azərbaycan ordusuna daim diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin arsenalı ildən-ilə modernləşdirilməklə, canlı resursları peşəkarlığını artırmaqla və NAT...
ANL
Ağa Cəbrayıl Abasəliyev: "İstedadı olmayanlar özlərini elə aparırlar ki, elə bil onlara borcumuz var". "Bir vaxtlar Muğam Teatrı ideyasına dodaqbüzənlər indi tədbirlərimizə gəlmək üçün dəvətnamə xahiş edirlər". Dövlət Muğam Teatrının yaranmasından 20 ildən bir qədər çox vaxt keçir. Bu yaxınlarda yubileyini təntənəli şə...
ANL
Gözümün yaşını qurutmaq üçün, Bir anlıq dərdimi unutmaq üçün, Kövrək ürəyimi ovutmaq üçün, Mən sənin yanına gələ bilmirəm. Bu ağrı ürəkdə nədir, bilmirəm, Daha dözəmmirəm, daha ölürəm. Sənsiz ağlayıram, sənsiz gülürəm, Mən sənin yanına gələ bilmirəm. Heç kim can dərdimi yarıya bölməz, Sənsiz xoşbəxtlik də yaxına gəlməz...
ANL
Yurdumda tikdiyim çoxdan dağılıb, Çəmən yerindəmi, çöl yerindəmi? Deməki qan axan yaram sağalıb, Ağac yerindəmi, kol yerindəmi? Sıldırım qayalı dağlar gəzərdik, Meyvəli meşələr, bağlar gəzərdik. Bostana girərək tağlar gəzərdik. Cığır yerindəmi, yol yerindəmi? Bir xəbər gətirən olmadı bizə, Ceyranlar, cüyürlər çıxırmı d...
ANL
Bir cüt gözün dəlisiyəm. Çölün-düzün dəlisiyəm. Daha sənsizliyə yetişdim - Neçə illər bu yolları gəlhagəl. Sevgi sevməz çalhaçalı, qapımı. Şair qəlbi gizli qalmaz. Xoş tale-şahlıq tacıdı. Namiq sözün möhtacıdı.
ANL
Neylədin, ömür neylədin? Adamlardan seçdin məni. Gedib hamıya söylədin. Sünbül tək dənə dolmadım, Zəmi kimi biçdin məni. Gördüklərim yuxuydumu? Neylədin, Tanrı neylədin? Məni də şair eylədin. Düyünümdən açdın məni. Söyləməyə nə qaldı ki? Eləcə ikimiz qalaq, Şəkərim, balım danışaq. Hərdən-hərdən küsdüyünü, Ürəyimi üzdüy...
ANL
Gəncədə Teatr Festivalı keçirilir. Dünəndən Gəncədə "Yeni Teatr" Respublika Festivalı keçirilir. Bu festival şəhərdə ilk dəfədir, təşkil olunur. İyunun 28-nə kimi davam edəcək festivala respublikanın 14 teatr kollektivi qatılacaq. Teatrsevərlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşa...
ANL
Salyanda Xəlil Rza Ulutürkün anım mərasimi keçirilib. Biz tükləriz, vətənimiz, Başdan-başa yer kürəsi. Bayrağımız al günəşdir. Çadırımız göy qübbəsi. Xalq şairi, istiqlal mübarizəsinin öncüllərindən olan Xəlil Rza Ulutürkün xatirəsi doğulduğu Salyanda həmişə etiramla yad edilir. Həmyerliləri onun doğum və anım gününü b...
ANL
KOREYA İLƏ AZƏRBAYCAN ARASINDA QRANT RAZILAŞMASI. Dünən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə (DTXK) Koreya Respublikasının xarici işlər və ticarət nazirliyi arasında "Azərbaycanda Torpaq Kadastr Sisteminin təkmilləşdiriliməsi layihəsi"nə dair qrant razılaşmasına həsr olunmuş tədbir keçir...
ANL
MÜASİRLƏŞMƏ ZAMANIN TƏLƏBİDİR. Bu yaxınlarda Mingəçevir Turizm Kollecinin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən məqalə dərc etmişdik. Yazıda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin kollecdə olub buradakı yeniliklərlə maraqlanmasından, eləcə də müasir dövrün təhsil müəssisəsi kimi beynəlxalq əlaqələrind...
ANL
Hərbçilərimiz beynəlxalq tədbirlərdə. NATO ilə Azərbaycan arasında imzalanan fərdi proqrama uyun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində dünən Brunsum şəhərində (Niderland) Açılan Birgə Qüvvələrin Qərargah təlim kursu başlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, tədbir martın 13-dək ...
ANL
KİTAB TƏQDİMATINDAN GÖRÜŞƏ... Xocalı hadisələrinin əks-sədasının ağrı-acısını poetik dilə çevirən şair Ədalət Əsgəroğlunun yeni kitabının təqdimatı elə Xocalı hadisəsi ərəfəsində, yəni fevralın 24-də Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirildi. Tədbiri xalq şairi Fikrət Qoca açdı. O, faciə barəsində, onun ədəbiyy...
ANL
"Azercell"in prezidenti Ali Ağan: "Azərbaycanın inkişafı bir çox ölkələr üçün nümunə olacaq". "Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan son illər iqtisadi inkişaf yolundadır. Əminəm ki, Avrasiya regionunun dünya üçün önəmliliyinin artdığı bir dövrdə Azərbaycanın göstərdiyi inkişaf yolu bir çox ölkələr...
ANL
"Günəşin çıxmasına, yağışın yağmasına etiraz edənlər varsa, yağış yağmamalı, günəş çıxmamalıdır?..". Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ikinci maliyyə yardımı müsabiqəsinin ilk mərhələsini arxada qoyub. Birinci müsabiqədən fərqli olaraq, bu dəfə Şuraya daha çox QHT layihə ilə müraciət ...
ANL
Azərbaycan "Nabucco"ya qoşulsa Rusiya Qarabağ münaqişəsini alovlandıracaq. Azərbaycan və Orta Asiya qazının Avropaya ixracını nəzərdə tutan, bununla belə, Rusiya hakimiyyətinin sərt şəkildə əleyhinə çıxdığı "Nabucco" layihəsi ilə bağlı yeni sensasion məlumat yayılıb. Məlumata görə, rəsmi Moskva layihənin əsas tərəfdaşl...
ANL
Respublikada ali təhsillə yanaşı, orta ixtisas kadrlarının yetişdirilməsinə də xüsusi diqqətlə yanaşılır. Bu istiqamətli təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın zənginləşməsi, müasir metodların tətbiqi son illər daha geniş miqyas almaqdadır. Belə təhsil ocaqlarından biri də Şək...
ANL
Ötən ilin uğurları. Statistik rəqəmlər də bunu sübut edir. Ölkəmizin intensiv inkişafı üçün uğurlu hesab olunan ötən il də regionlarımıza diqqət bir az da artdı. Bir vaxtlar Azərbaycanın ən böyük taxılçılıq təsərrüfatı olan Cəlilabadda bu sahə yenidən ölkə həyatında öz sözünü demişdir. Taxılçılıqla yanaşı, üzümçülüyün ...
ANL
Bu gün gündən-günə çiçəklənən ölkəmizin ayrı-ayrı bölgələrində ötən ilə yekun vurulur, görülən işlər nəzərdən keçirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Qədim Gəncə, tarixə şer-sənət yurdu, sənətkarlar məkanı, müstəqil Azərbaycanın ilk paytaxtı kimi düşən və bu gün, sözün əsl mənasında, gündən-günə çiçəklənə...
ANL
"Azercell" jurnalistlər üçün ingilis dili kurslarına başladı. Ali Ağan: "Jurnalistlərin Azərbaycanı dünyaya tanıtması üçün dil bilməsi vacibdir". Qloballaşan dünyada KİV nümayəndələrinin daha çox xarici dil bilmələri onların daha etibarlı mənbələrə çıxışını təmin edir. Məhz bu səbəbdən inkişafı paylaşmaq prinsipini əsa...
ANL
BİZ HƏR GÜN ANLAŞSAQ. Mənim polisim məni qoruyur. Başqalarını deyə bilmərəm, mən bu yazını yazmağa başlamazdan xeyli əvvəl təsadüfdən Sovet dönəmində işıq üzü görmüş "Azərbaycan milisi" adlı bir kitab əlimə düşdü. Və o kitabı vərəqlədim, oradakı tanış simaları təkrar göz önündən keçirtdim və bir də yaxından tanıdığım, ...
ANL
Musiqi barmaqla çalınan deyil, Ölçü qalıbına salınan deyil, O, Ruhun Göylərə qovuşmasıdır, İlahi Məqamdır, adi an deyil. Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhani...
ANL
Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov dedi. - Elçin müəllim, Fransaya və Tehrana yola düşməmişdən öncə biz sizinlə görüşəndə çox nikbin idiniz. Dediniz ki, kuboku Bakıya gətirə bilsək, bundan böyük idman xoşbəxtliyi ola bilməz. - Düzdür, Fransada keçirilən yunan-roma üzrə Dünya kubo...
ANL
MƏTBUAT ŞURASI MONİTORİNQİN NƏTİCƏLƏRİNİ AÇIQLADI. Fevral ayı ərzində aparılmış monitorinq nəticəsində mətbuatda 2545 peşə etikası pozuntusu aşkarlanıb. Dünən Azərbaycan Mətbuat Şurasının həyata keçirdiyi daha bir monitorinqin nəticələri açıqlanıb. "Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi" adlı layihə...
ANL
Avropada su həyəcanı. BMT İnkişaf Proqramının mütəxəssisi Marina Olşanskaya: "Azərbaycanı da ağır su problemi gözləyə bilər". BMT-nin insan inkişafına aid son hesabatlarından biri qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunub. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda dav...
ANL
Ceyn Fonda bu filmdə baş rolu oynayırdı. Qısa məzmununu xatırladım - 30-cu illərin Amerikası - Böyük Depressiyanın yıxıb-dağıdan vaxtıdı. Aclıq çəkən, iş tapa bilməyən bir qrup adam rəqs marafonuna qatılır. Bu yarışma elə-belə yarışma deyil, gecə-gündüz meydançada olub rəqs eləməlisən. Arada bir neçə dəqiqə fasilə veri...
ANL
Hələ Sovet dönəminin dillər əzbəri olan bir şer vardı və o şerin bir misrası - "Cənnət görmək istəyən Azərbaycana gəlsin! "- misrası hələ Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə də hər kəsin diqqətini çəkirdi. Sanki bu misralar Azərbaycanın təkcə gözəlliklərindən deyil, həm də onun özünəməxsus özəlliklər...
ANL
Yazar dostumuz Qalib Toğrulun teatra neçənci ildən başlayaraq getdiyini bilmirəm, bu gedişin hansı təsirdən, nədən belə başlandığından da xəbərim yoxdur. Özü də çox zaman Rus Dram Teatrına meylli olan (indinin özündə də bu teatrı seçir çox zaman, özünün işidir bu, ayrı yazının mövzusudur,) bu yazar dostumuz son günlərd...
ANL
Musiqi barmaqla çalınan deyil, Ölçü qalıbına salınan deyil, O, Ruhun Göylərə qovuşmasıdır, İlahi Məqamdır, adi an deyil. Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhani...
ANL
ANAR: - GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN TƏRƏFLƏRİYLƏ. "Əslində, həyat insanın necə yaşadığı deyil, onu necə xatırladığı və başqalarına anlatmaq məharətidir". Anarın bütün əsərlərində bir Obraz var və bu obraza yazıçı müxtəlif rakurslardan baxır, fərqli yönlərdən yanaşır, bu obrazı müxtəlif obrazlarla süsləyir. Biz görmək istədiy...
ANL
Bu günlərdə şəxsiyyətinə və qələminə böyük sayğı ilə yanaşdığım Mətləb Misir redaksiyamıza gəlmişdi... Sözarası dedi ki, may ayında 70 yaşım tamam olacaq. Doğrusu, onun bu sözünə içimdə inanmadım. Çünki mən Mətləb Misiri tanıdığım gündən indiyə qədər onun xarici görkəmində elə bir ciddi dəyişikliklər hiss etməmişəm. Sa...
ANL
Fələk bağlayıb yolumu, Kələfçələyib qolumu. Kim deyir qaranlıqda. İşıq tək sönəcəyəm. Dağlar, gözləyin məni. Bir gün geri dönəcəyəm. Ya qalxanla dönəcəyəm, Ya da qalxan üstündə. Ana, laylan ovutmaz, Ovutmaz qərib könlümü. Fələk göydən boylanıb, Baxıb görüb könlümü. Ana, burda qürbətdəyəm, Dərdlərimi oyatma. Durnalarla ...
ANL
Adının önünə dərviş sözünü qazanmış şairin son kitabı haqqında kaç kəlmə. Şair Vəli Xramçaylının son kitabı haqqında çoxdan planlaşdırdığım yazını kağıza köçürməyə nəhayət ki, macal tapa bildim. Əslində "Şairin kitabı"nda toplanan şeirlər barəsində ölkənin tanınmış söz xiridarlarından ünlü fikirlər gözləməkdəydim. Bəzi...
ANL
Fəxriyyə Xələfova: BİZDƏ QEYRİ ADİ GÖRÜNTÜLƏR QƏBUL OLUNMUR. Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın APA-ya eksklüziv müsahibəsi. - Bizdə olan məlumata görə, maraqlı bir layihə üzərində işləyirsiniz. Layihənin mahiyyətinin açıqlaya bilərsiniz? Adətən elektron poçtumu açanda orada çox maraql...
ANL
Ağsaqqal yerində gördüyüm növbəti adam indiyə kimi söhbət açdıqlarımın ən gəncidir. Üstəlik, gənclik illərindən tanıdığım, ömür və yaradıcılıq yolunu izləyə bildiyim bir amal və kamal sahibidi. Bu günlərimizdə, çoxsahəli və çoxşaxəli yarıdıcılığa malik barmaqla sayılan ədiblərimizdəndi. Həm də külüng vurduğu, araşdırma...
ANL
Məzahir Pənahov: "Biz referenduma hazırıq". Referendumu 2000 beynəlxalq müşahidəçi izləyəcək. Sabah-martın 18-i ümumxalq səsvermə keçiriləcək. ANS-ə müsahibə verən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiyə hansı səviyydə hazırlaşdıqlarına dair sualları cavablandırıb. MSK sədri "Referendumun keçirilməsi...
ANL
Bu gün 18 mart referendumunda təşviqata ayrılmış müddət başa çatır. Sabahdan təşviqat qadağandır. Mərkəzi Seçki Komissiyasında qeydə alınmış 9 təşviqat qrupu - "Yeni Azərbaycan" (hakim Yeni Azərbaycan Partiyasının yaratdığı qrup), "Şəhər" (bir sıra rayon və şəhər bələdiyyələrində, universitetlərdə yaradılmış qrup), "Tə...
ANL
Həqiqətən camaatın təskinlik kimi istinad etdiyi hava proqnozları müəyyən dövr ərzində əsasən özünü doğruldurdu. Əslinə baxsan bu, elə də çətin bir iş deyil, konkret elmə əsaslanır - meteorologiyaya. Hərçənd, keçmişlərdə quşların, heyvanların, ağacların, hətta bəzi xəstələrin davranış və hal dəyişiklikləri əsasında yaş...
ANL
Bu ovqatın gözəlliyi ondan ibarət olur ki, Novruzda bütün insanlar sevinir və fərəh hissi keçirir. Əlbəttə, həmişə insanlar Novruzun gəlişinə böyük ümidlə baxıblar. Çünki torpağın oyanması ilə hər yan yaşıllaşır və dünyamız güllərə, çiçəklərə bələnir. Novruzda elə adam olmur ki, evinə-eşiyinə nə isə təzə bir şey alması...
ANL
I Zərdüştlüyümüz - Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz - Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız - müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız...
ANL
Bahar bayramı, xalq oyunları və qadın obrazı. Azərbaycanda xalq oyun və tamaşalarının qədim tarixi vardır. Professor Əli Sultanlı hələ ötən əsrin ortalarında xalq tamaşalarını təhlil edərkən onları iki əsas qrupa bölmüşdü ki, bunlar da daha çox yaz-tarla işləri ilə əlaqədar olan mərasim oyunları və dini tamaşalardan, ş...
ANL
Vaqif Mustafazadənin 69 illiyi qeyd olunub. Martın 16-da Bakıda pianoçu, bəstəkar, caz muğamının yaradıcısı Vaqif Mustafazadənin ev-muzeyində onun anadan olmasının 69 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə millət vəkili Vaqif Səmədoğlu, müğənni Eyyub Yaqubov və digər incəsənət nümayəndələri də iştirak edib. Təd...
ANL
11 ölkə səfirinin müxalifətlə qapalı görüşündən çıxan ilkin nəticələr. Mətbuatda xəbər verildiyi kimi, ötən həftə Azərbaycanda akkreditə olunmuş xarici səfirliklərin nümayəndələri, hətta bəzi səfirlərin özləri də iştirak etməklə müxalifət liderləri ilə gizli görüş keçirilmişdir. Söhbət ondan gedir ki, bu görüş guya Azə...
ANL
QƏBƏLƏDƏN QƏLƏBƏ İYİ GƏLMİR. Arxiciddi məsələyə bir az diletant münasibəti. Sovetin vaxtında Azərbaycanın fəxrlərindən biri sayılaraq milləti şikəst eləyən Qəbələ Radio-Lokasiya Stansiyası (öyrəşdiyimiz adı RLS-di, indi nəsə araşdırma, nə bilim nə adı qoyublar, bundan sonra elə RLS deyək və bilək ki, söhbət adının nə o...
ANL
İslamabada "etiraz yürüşü". Pakistan müxalifətinin lideri, keçmiş baş nazir Nəvaz Şərifin tərəfdarları prezident Zərdari qarşısında tələb qoyurlar. Ötən bir neçə gündə Pakistan rəhbərliyi hökumət əleyhinə çıxışların dalğasını səngitməyə cəhd edərək müxalifət lideri Nəvaz Şərifin həbsinə qərar vermişdir. Ancaq nə bu add...
ANL
Deyə bilmərəm ki, bu bir il ərzində nəsə böyük qlobal dəyişmələr yaşamışıq. Qlobal böhranı nəzərə almasaq. Bir də ki, iqtisadi inkişaf nazirinin dəyişməsini nəzərə almasaq. Mən də bu yazını yenidən olduğu kimi çap eləmək qərarına gəldim. Uşaqlığımızın unudulmaz xatirələrindən biri də Sabir babamızın qanımıza, canımıza ...
ANL
Srağagün Həsənqulunun xoruzu bərk əsəbiləşib ki, nə qədər hər səhər gözümüzü açıb görəcəyik ki, yenə bu çadır şəhərciyindəyik? Belə səhərlər day məni boğaza yığıb. Acıqnan üzümüzə açılacaq səhər banlamayacam, qoymayacam səhər açılsın və bir də deyir ki, duxu var şəhərcikdə hər hansı başqa bir xoruz banlasın? Bu sözləri...
ANL
Doğrudan da inanclı-inamlı olmaq böyük şeydi. Və beləcə həmin o inamın, inancın işığında insan bir ömür yaşayır... Hamı kimi mən də Tanrının yazdığı, verdiyi bir ömrü yaşayıram. Başqalarını deyə bilmərəm, mənim üçün verilən bu ömür, bu Tanrı yazısı qaçılmaz bir qismətdi. Onun istər tünd rəng, istər açıq-saçıq, istərsə ...
ANL
Mehriban Əliyeva insanlığa səsləndi. Gözlənilən gün. Çoxdandır haqqında danışılan hadisə, nəhayət ki, dünən baş verdi. Milli Məclis deputat, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hazırladığı amnistiya aktı layihəsini 111 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul etdi. Azərbaycan xalqını sevindirməyə yönə...
ANL
Yaddaş insan övladının ən böyük saxlancı, ən böyük yatırıdır. Çünki yaddaşın hesabına təkcə dünəni yox, həm də bu günü və sabahı da ipə-sapa, sonra isə onu çözə-çözə yaşanan ömrü təkrar gəzib qayıtmaq mümkündür. Bu həm də bir növ özünü özünə göstərməkdir, özünün həyat güzgüsündə əksindir. Yaşlıları kimi o da orta məktə...
ANL
Əli Həsənov: "Dialoq insanları öz inanclarından imtina etməyə vadar etmir". Ziyalıların, dövlət adamlarının və dini liderlərin iştirakı ilə "Dialoq Avrasiya" Platformasının və "DA" jurnalının Azərbaycanda fəaliyyətə başlamasının 10 illiyi ilə bağlı Gülüstan sarayında "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusu...
ANL
Quzanlıda atılan toplara niyə sevindik? Bəzən mühüm tarixi hadisələri xüsusi qeyd etmək üçün türklər demiş, altını çizmək lazımdı. "Qarabağ" doğma azarkeşlərindən, meydançasından may ayında ayrıldığı kimi, mayda da geri döndü. Amma bu may özgə bir may idi. Quzanlıya erkən çatmışdıq. Həm gözəl hava, həm də maraqlı futbo...
ANL
BİR YAZ GÜNÜNDƏ GÖYƏRƏN ÜMİDLƏR. Bu gün məmləkətimizdə çox böyk quruculuq, abadlıq və tikinti işləri görülür. Təkcə bu quruculuq və tikinti işləri şəhərlərə deyil, artıq əyalətlərə də ayaq açıb. Ona görə ki, məmləkətimizin ən ucqar yerində belə abadlıq işləri ölkə başçısının diqqət mərkəzində saxlanılıb. Günbəgün dəyiş...
ANL
"Bu ilin üç ayı bir daha göstərdi ki, bizim siyasətimiz düzgün siyasətdir. Bu siyasət Azərbaycanı qoruyur, Azərbaycan xalqına xeyir gətirir, bu siyasət Azərbaycan dövlətini, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir.". Azərbaycan Respublikasının Prezidenti. Cənub bölgəsinin başlanğıcı olan Biləsuvar rayonu pay...
ANL
REKLAMLAR NİYƏ AZƏRBAYCAN DİLİNDƏ YAZILMIR? Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində deyilir: 1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Məlumdur ki, respublikamızın hər yerində olduğu kimi Sumqayıt şəhərində də bö...
ANL
Dində dinsizliyə qadağa. Hökumət terrorla cidldi mübarizəyə başlayır. Əli Hüseynov: "Qeydiyyatsız fəaliyyət göstərən dini qurumlara qarşı sanksiyalar sərtləşdiriləcək". Əvvəllər dini qarşudurmalar arasındakı gərginlik faciələrə yol açırdısa, son vaxtlar geopolitik durum son nəticədə güclünün gücsüzə hücumu ilə yekunlaş...
ANL
HADİ RƏCƏBLİ: "OBAMANIN BƏYANATINI TƏZYİQİN QEYRİ-REAL FORMASI HESAB EDİRƏM". Məlumdur ki, ABŞ prezidenti Barak Obamanın mayın 1-də hər il mayın 3-də qeyd olunan Dünya Mətbuat Azadlığı günü ilə bağlı bəyanatı Azərbaycanda birmənalı qarşılanmayıb. Artıq ölkəmizin bir sıra dairələri və tanınmış şəxsləri bu məsələyə öz mü...
ANL
HEYDƏR ƏLİYEV ABİDƏSİ XALQIN ÜRƏYİNDƏDİR. Bütün zamanların fövqündə durmaq, bütün dövrlərin insanı olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Lakin Tanrı sevgisi böyük olanda O, özünün ən sevimli bəndələrinə məhz belə bir ömrü, belə bir taleyi, həyatı qismət edir. Bu mənada Azərbaycan xalqının böyük oğlu Ümummilli Lid...
ANL
Dahi və əbədiyaşar lider. Rəfael İsmayılov: "Heydər Əliyev olmasaydı indiki Azərbaycan da olmazdı". Ağdam rayonundan köçkün düşmüş, Yeni Azərbaycan Partiyasının üzvü Rəfael İsmayılov da bizimlə görüşərkən qəlbindəki sevgidən, böyük insana olan sevgisindən danışdı: "Görkəmli dövlət xadimi Heydər Əliyev hələ sağlığında A...
ANL
Bu mənada Azərbaycanın dünya arenasında sözün böyük mənasında tanınıb, qəbul edilməsində əvəzsiz və şəriksiz xidməti olan böyük oğlu Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xidmətləri danılmazdır. O, Azəbaycanın səsinin keçmiş SSRİ-nin hüdudlarından çox-çox uzaqlarda eşidilməsinə şərait yaradıb, rəvac vermişdi. Mə...
ANL
"Heydər Əliyev: Şəxsiyyət fenomeni" mövzusunda konfrans keçirildi. Dünən Azərbaycan Milli Elmlər Akademiyasında "Heydər Əliyev: Şəxsiyyət fenomeni" mövzusunda konfrans keçirilib.Tədbiri giriş sözü ilə açan hüquq elmləri namizədi Aytən Mustafayeva tədbirin AMEA-nın bir ənənəsinə çevrildiyini deyib. Daha sonra konfransda...
ANL
Cəmiyyət həyatı önəmli insanlarla, böyük tarixi şəxsiyyətlərlə zaman-zaman zənginləşir. Təbii ki, şəxsiyyətlərin tarix və cəmiyyəti zənginləşdirməsi bu və ya digər xalqın həyatında say və kəmiyyət etibarı ilə həmişə fərqli olubdur. Hər dəfə xalqımızın tarixində silinməz və danılmaz yeri olan böyük simaların, müdrik ins...
ANL
HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQI İLƏ BİRGƏ YAŞAYIR. Vidadi Məhərrəmov Kəlbəcər rayon icra hakimiyyətinin başçısı. Hər il may ayının ilk günlərindən Azərbaycanda sanki bir qəribə mühit yaşanır. Bu qəribəliyin kökündə insanların öz xilaskarına, xalqın öz böyük oğluna sevgisi dayanır. Təbii ki, bu sevgini qazanmaq, xalqın ü...
ANL
O, SƏHİYYƏMİZİN DƏ QAYĞIKEŞİ İDİ. İnsanın təkcə cismani sağlamlığı yox. Onun ruhu, sağlamlığı da zamanla, o zamanın hakim mühiti ilə, ictimai yükü ilə və ən nəhayət, tarixi şəxsiyyətləri idarə edənləri ilə sıx bağlı olur. Bu təmas istər-istəməz insanı xəstəliklərdən, ağrı-acılardan qorunmağa, ruhən sağlam olmağa və hət...
ANL
Hər il may ayının 10-u yaxınlaşanda hər birimizin ürəyindən fərəh, qürur dolu hisslər keçir. Çünki bu tarix Azərbaycanı dünyaya tanıdan, dövlətçiliyimizi yaradan və xilas edən, onun işıqlı sabahlara gedən yolunda mayak olan Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin doğum günüdür. Hələ ötən əsrin 90-cı illərinin ortalar...
ANL
O, BÜTÜN ZAMANLARDA XALQI İLƏ BİRLİKDƏDİR. Hər bir tarixi şəxsiyyət özünün həyat fəaliyyəti ilə xalqını tanıtmaqla yanaşı, həm də yaşadığı dövrü də bəşəriyyətin diqqət mərkəzinə çatdırıb. Yəni həmin tarixi şəxsiyyətin həyat yolu və fəaliyyəti araşdırılır, öyrənilir və hər kəs də bu yoldan, fəaliyyətdən özü üçün nəsə gö...
ANL
ƏBƏDİYAŞAR ÖMÜR. Dünyanın ən xoşbəxt xalqlarından biri də bizlərik, çünki tarix bizə Heydər Əliyev kimi böyük bir düha bəxş etmişdir. Məhz onun böyüklüyü, onun əzəməti və onun xidmətləri Azərbaycanı dünyaya tanıdan əsas amillərdən biri olmuşdur. Bu gün hər bir Azərbaycan vətəndaşı dünyanın istənilən nöqtəsində fəxrlə d...
ANL
Məşəqqətlərdən keçmiş veteran. Bu gün faşizm üzərində qələbə günüdür. Bu bayramı sevinclə qeyd edən Böyük Vətən Müharibəsi iştirakçılarının sırası getdikcə seyrəlir. İndi onlar daha kövrəkdirlər, daha çox qayğı və diqqət umurlar. Sizə həmin dəhşətli müharibənin indi bizimlə bir sırada olan iştirakçılarından biri haqınd...
ANL
ÖTƏN GÜNLƏRDƏN BİR XATİRƏ. O zaman Böyük Vətən Müharibəsinin ən ağır dövrünü yaşayırdıq. Qanlı Hitler orduları Ukrayna, Beloriusiya, Pribaltika respublikalarını tutmuş, vətənimizin içərilərinə soxulmuşdu. Qışın şiddətli şaxtalarından sonra yazın gəlməsinə donu açılan ilan kimi Alman faşistləri qəddini düzəldərək yeni h...
ANL
ƏSRİN HEYDƏR TARİXİ. var bu millətin, Dərd düşməndən, dərman dostdan, güc Haqdan gəlir. Onu torpaq yaddaşından. ayırmaq çətin, Güvəndiyi hər na varsa. dikəldi Heydər. Ona görə arxamızda. Qafqaz dağıydı, Ona görə qəlbimizdə. heykəldi Heydər. Haqdan gələn bir işarə. onun bəsiydi, Dövlət qurdu, millət sevdi, torpaq saxlad...
ANL
Qarabağ türkündür, türkün olacaq. Türkiyəli jurnalistlərlə azərbaycanlı jurnalistlər arasında baş tutan dialoq bu şüarın hakim olduğunu təsdiq etdi. Yenə öndə qəzetçilərdir. Siyasətçilərin başladığı müzakirələri həmişə mətbuat davam etdirməli olur. Bəzən bir siyasi fikir lazım olandan daha çox qəzetçilərin gündəmini mə...
ANL
Yolboyu düşünürdüm ki, görəsən, muzey yaratmaq ilk dəfə kimin ağlına gəlib? Həyatın, ömrün faniliyini dərk edib, istəyib ki, canlıların əbədi yaşamadığı dünyada heç olmasa, onların ruhunu cansız əşyalara köçürüb nəsillərə çatdırsın. Bir parça daşa, qayaya, ağac gövdəsinə yazılanlar, qazılanlar da bu amaca xidmət edib, ...
ANL
ƏLİQİSMƏT LALAYEV: "MUSİQİLİ KOMEDİYA TEATRI TAMAŞAÇILARIN ƏN ÇOX SEVDİYİ SƏNƏT OCAĞIDIR". Yaxından tanıdığımız müsahibi daha yaxından tanıyaq: Əliqismət Lalayev 1956-cı ildə anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc rejissor kimi səkkiz il Cəlil Mə...
ANL
Bəlkə bundadı ləzzəti. ruh kimi uçub Allaha, söz kimi görünüb gözə, yoxladım dünyanın sözə, sözün dünyaya tabını, beləcə batıb günaha. Elə dünyadan qurtarcaq. yazı içində yazı, can içində can kimi, qəfil güllədən sıçrayıb. ən uzaq ulduza qonan. BAŞQA BİR DÜNYADAN DOĞMA KİMƏSƏ OXŞAR. Mən hara, dağlar, dəryalar, ümmanlar...
ANL
BU GÜN ATATÜRKÜN İSTİQLAL SAVAŞINI BAŞLAMAQ ÜÇÜN ANADOLUYA GEDİŞİNDƏN 90 İL ÖTÜR. Bu sevgi mənim ürəyimdə çoxdan yaşayır - yeniyetməlik çağlarından. Yaddaş heç bir yasağa, qadağaya baxmır. Eşitdiyin söhbətlər, ixtiyarların ara-sıra danışdığı nağılabənzər əhvalatlar çocuq qəlbinin hansısa bir guşəsində özünə yer salır. ...
ANL
"Laçının heç bir hissəsi Ermənistana verilə bilməz". Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il ötür. Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək 1992-ci il mayın 18-də Laçını işğal edib. Azərbaycanın cənub-qərbində dağlıq ərazi...
ANL
Oxumaqda üçüncü, oynamaqda birinci. Müstəqillik qazanmağımızdan düz 18 il ötüb. Amma hələ də gözümüzü Moskvadan çəkə bilmirik. Çox vaxt şad xəbərin məhz Rusiyadan gələcəyinə ümid edirik. ATƏT-in boş-bekar həmsədrlərindən biri - rus Yuri Merzlaykovun Qarabağla dediyi hər sözün nöqtə-vergülünə həssas yanaşırıq. Elə bilir...
ANL
Qarabağ hər yerdə. Türkiyədə, Azərbaycanda, Rusiyada, Polşada. Hamımız Ərdoğana minnətdarıq. Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğanın Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsindəki açıqlamaları demək olar bütün şübhəli məqamlara aydınlıq gətirdi. Azərbaycan ictimaiyyətinin nigarançılığına da son verildi desək, ya...
ANL
RƏSUL RZANIN ANIM GÜNÜ KEÇİRİLDİ. Şairin adına təsis edilən beynəlxalq ədəbiyyat mükafatı laueratlarının adları məlum oldu. Dünən böyük Azərbaycan şairi Rəsul Rzanın anım günü keçirilib. Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda mərhum şairin məzarını ziyarət ediblər. Sonra tədbir Yazıçılar Birliyində davam olunub....
ANL
Bu il ərzində Azərbaycanın turizm sahəsində 10%-lik artım müşahidə olunacaq. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazirin sözlərinə görə, qlobal maliyyə böhranı ilə əlaqədar Azərbaycanın turizm sahəsində artım əvvəlki səviyyədə olmayacaq: "Əlbəttə, b...
ANL
NURLU VƏ İŞIQLI BEYLƏQAN. Bu torpağa, bu yurda ayaq basanda adam gözlərinə inanmır. İnanmır ki, az bir vaxtda qədim və müasir Beyləqan şəhərində bu qədər böyük tikinti, quruculuq, abadlıq işləri görülüb. Sanki şəhər müasir memarlıq üslubunda tarixi köklərə əsaslanaraq yenidən qurulub. Bir-birindən gözəl abidələr, yaraş...
ANL
KÖNLÜM KEÇƏR QARABAĞDAN... Azərbaycan Respublikasının Kiçik Qafqaz dağlarından başlayaraq Kür və Araz çayları arasındakı torpaqları əhatə edən ərazisi qədim zamanlardan "Qarabağ" adlanır. Qarabağ ərazisində bizim eradan əvvəl II minilliyə və I minilliyin əvvəllərinə aid zəngin və maraqlı arxeoloji kəşflər o dövrlərdə b...
ANL
NATO-Azərbaycan əlaqələri genişlənir. Etibarlı tərəfdaşlıqda Azərbaycan ordusunun payı az deyil. May ayında Azərbaycan-NATO əlaqələrinin 15 ili tamam oldu. Azərbaycan Respublikası ilə NATO arasında hərbi, strateji münasibətlər hələ 1994-cü ilin may ayında yaradılıb. O vaxtdan bu günədək bu əlaqələr yüksələn xətlə inkiş...
ANL
Amma həyat öz axarı ilə məni də gətirib o məqama çatdırandan sonra baxıb gördüm ki, əslində İlhamə Quliyevanın dediyi "Yaşın nə fərqi var" məsəli daha gerçək yanaşmadı. Mən bu sözləri təsəlli üçün yazmıram. Çünki başına gələn başmaqçı olub deyiblər. Yaşayıb gördüklərim, şahidi olduğum məqamlar mənə bunları dedi. Şair d...
ANL