text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ömər Eldarovun əsərlərinin fotoşəkilləri Torontoda nümayiş etdirilib. Kanadanın Toronto və Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb. Sərgi Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi festiv... | ANL |
"Bəstəkarlara "mahnını bəyənmirəm" deyə bilmərəm" İndiki mahnılar Aygün Kazımovanın oxu tərzini dəyişib. Sonuncu plastik əməliyyatdan sonra kütlə qarşısına yay konserti proqramı ilə çıxan xalq artisti Aygün Kazımova yaxın aylar üçün bir sıra yaradıcı layihələr düşünür. Bunlardan biri növbəti dəfə "Best Model of Azerbai... | ANL |
Kinematoqrafiyamızın gələcəyinə nikbin baxış. "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri və "Start" Beynəlxalq Tələbə filmləri Festivalının direktoru Fehruz Şəmiyev ixtisasca ssenaristdir. Gürcüstanda "İncəsənətin marketinqi və prodüser" kurslarında iştirak etmişdir. Yəni bu sahəni bilir. Hazırda "Sinema" Gənc Ki... | ANL |
İctimai teleradio 5 yaşını qeyd edir. İsmayıl Ömərov bu yayım modelini "xalq üçün yayım" kimi izah edir. İctimai televiziyanın efirə çıxmasından 5 il keçir və dünən bu yubiley münasibətilə Filarmoniyada bayram toplantısı təşkil olunmuşdu. Beş il əvvəl avadanlıqsız, texnikasız, hətta ünvansız bir vəziyyətdə İTV-nin fəal... | ANL |
Milli kinomuzun şah əsərlərindən sayılan "O olmasın, bu olsun" filminin çəkilişlərindən olan unikal fotolar Dövlət Film Fonduna təqdim olunub. Bu barədə fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. O bildirib ki, fotoları fonda kinorejissor Ələkbər Muradov verib. Dahi Üzeyir Hacıbəylinin musiqi... | ANL |
Azərbaycanla Rusiya birgə. tammetrajlı bədii film çəkir. "Salnamə" kinostudiyası Rusiyanın "Weit Media" şirkəti ilə birgə tammetrajlı bədii film istehsalına başlayıb. Kinostudiyadan bildirilib ki, "Qırmızı bağ" adlı filmin hazırlıq prosesinə start verilib və natura seçimi aparılır. Filmin ssenari müəllifi və quruluşçu ... | ANL |
Fəridə Hüseynova: "Heç kim Aydan gəlib əvəzimizə... ekoloji problemlərimizi həll etməyəcək". Bəlli olduğu kimi, bu il dövlət başçısı tərəfindən "Ekologiya İli" elan edilib. İlin əvvəlində ekoloqlar buna çox sevinmişdilər. Bir çox problemlərin həllində böyük ümidlər vardı. Hər halda, bu il ekoloji problemlərin həllinə h... | ANL |
Səbətdə gedən sovqatın dadı. yaxud Gəncə səbətinin keçmiş şöhrəti. Bolluq-bərəkət rəmzi, natürmortların yaraşığı... Deyəsən, "texnoloji mədəniyyət"in təsirinə davam gətirməyərək məişətdən çıxır. İndi onu yalnız bayram günlərində sovqat göndərənlər alır. Gəncənin Bağmanlar küçəsində yaşayan səbəthörmə ustası Vilayət Qur... | ANL |
Rəşid Behbudovun. Tədbirdə hər kəs iştirak edə bilər. SSRİ xalq artisti Rəşid Behbudovun doğum günü qeyri-adi şəkildə qeyd olunacaq. Belə ki, xalq artistinin 95 illik yubileyi ilə əlaqədar Bakıda fleşmob təşkil olunacaq. "FLASNMOB Azerbaiyan [OFFICIAL]"dan qəzetimizə verilən məlumata görə, tədbir dekabrın 14-də olacaq.... | ANL |
Alim Qasımovun sənədləri. arxivə qəbul olundu. Dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub. O qeyd edib ki, qəbul olunan sənədlər arasınla Alim Qasımovun müxtəlif konsertlərinin afişaları, müsahibələri, jurnalları... | ANL |
çox böyük maraqla qarşılandı". "Tamaşaçıların marağını və istəyini nəzərə alaraq Heydər Əliyev Sarayı eyni layihəni ikinci dəfə təşkil etmək qərarına gəldi. Mən də yenidən layihənin rəhbəri olmaq təklifini böyük məmnuniyyətlə qəbul etdim". Bunu dekabrın 28-də Heydər Əliyev Sarayında keçiriləcək "Gəncləşən muğam-2" layi... | ANL |
Arzuların teatrı. Sənubər İsgəndərli ümidini itirmir. "Teatrın durumu bu günə qədər məni qane etmirdi. Amma indi o əyər-əskiklikdən danışmaq istəmirəm. Çünki inanıram ki, bundan sonra hər şey gözəl olmalıdır. Bu baxımdan teatrımızda islahatları səbirsizliklə gözləyirəm. Allahdan ömür diləyirəm ki, arzu etdiyim teatrda ... | ANL |
Bu ölkəni uzaqdan da görüb tanımaq olur. Bu həftə dekabrın 7-də Rəssamlıq Akademiyasında keçirilən tədbirdə "Amerika arzularımda" adlı müsabiqənin qalibləri elan olundu. Akademiya ilə əməkdaşlıq şəraitində Amerikanın Bakı səfirliyi tərəfindən təşkil olunan 2-ci illik rəsm müsabiqəsində 52 azərbaycanlı tələbə rəssam işt... | ANL |
Yeniyetmə rəssamlara qızıl medal. Daşkənddə "Nəsillərin harmonik inkişafı" dövlət proqramı çərçivəsində "Daşkəndin sevinci" adlı Beynəlxalq Uşaq Festivalı keçirilib. Layihədə məqsəd istedadlı gənclərin digər ölkələrdə yaşayan yaşıdları ilə əlaqələrinin qurulmasına şərait yaratmaq, müxtəlif mədəniyyətlərin əlaqələrini i... | ANL |
Onlar bəyənildiklərini deyirlər. Meqa-star Tarkanı, Rafet El Romanı, Sərdar Ortac və Alişanı müxtəlif konsertlərdə müşayiət edən, gənc olmasına baxmayaraq tarda ifası ilə ürəkləri oxşayan tarzən Humay Qədimova yeni bir uğura imza atdı. İfaçı bu yaxınlarda rəhbərlik etdiyi "Humay" Qızlar Ansamblı ilə birgə İstanbulda ya... | ANL |
"Azərbaycan xalçaları. Bu adda kitab çapdan çıxıb. Heydər Əliyev Fondunun dəstəyi ilə "Azər-İlmə" MMC-nin rəhbəri Vidadi Muradovun "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı layihənin növbəti kitabı çapdan çıxıb. "Azər-İlmə"dən verilən məlumata görə, nəfis və yüksək poliqrafik tərtibatda nəşr olunmuş "Azərbaycan ... | ANL |
Rəssamların heyranlıq ünvanı. Səməd Vurğun təsviri sənətdə. Bu günlərdə "Qız Qalası" qalereyasında "Səməd Vurğun təsviri sənətdə" adlı sərginin açılış mərasimi və eyniadlı albomun təqdimatı idi. Sərgi milli şairimizin ev-muzeyinin yaradılmasının 35 illiyinə (1975) həsr olunmuşdu. Eksponat bolluğundan ilk təəssürat belə... | ANL |
Məktəbli rəssamlara hədiyyələr. Tbilisidə azərbaycanlı uşaqların. rəsm sərgisi xoş təəssürat oyadıb. Tbilisdə Gürcüstan rəssamlıq məktəbinin yetirməsi olan neçə-neçə istedadlı azərbaycanlı rəssam tanıyırıq ki, bu bədii yaradıcılıq sahəsində öz orijinal sözlərini deməyi bacarmışlar. Kim bilir, bu gün hələ orta məktəbdə ... | ANL |
Türk filmləri festivalı başa çatdı. Bunlar mükafatlar qazanmış filmlər idi. Bakıda 7-ci türk filmləri festivalına yekun vurulub. "Ayna" qəzetində olan bilgiyə görə, festivalın son filmi rejissor Xudaverdi Yavuzun ekran əsəri olub. Bu kinolent iki qardaşın həyata fərqli baxışlarını əks etdirir. Türkiyə Mədəniyyət və Tur... | ANL |
Növrəslilər Azərbaycanın səsini ucaltmağa iddialıdır. "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün finala vəsiqə qazanan müğənni Nurlan Növrəsli bu müsabiqədə iştirak qərarı barədə danışıb. Bildirib ki, bu fikir ailəsindən, qardaşlarından və işlədiyi komandasından gəldi: - Mənə "Nurlan,... | ANL |
Diasporla iş üzrə komitə hesabat verib. Dünən Yeni Azərbaycan Partiyasının qərargahında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib ("Turan"). N.İbrahimov Moskvada milli-etnik zəmində baş verən son hadisələrin Azərbaycanı narahat etdiyini deyib. "Hələ az... | ANL |
Xalq çalğı alətləri üzrə müsabiqəyə yekun vurulub. Respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 10... | ANL |
Mariya Kunax Rasim Balayevlə tərəf-müqabildir. Yeni bədii filmin çəkilişlərinə başlanır. Filmin prodüseri Sirac Mustafayevin verdiyi məlumata görə, tammetrajlı psixoloji trillerdə Azərbaycanın tanınmış aktyor və aktrisaları da rol alıb. Filmin prodüseri aktyor heyətini açıqlamasa da, onlardan bir neçəsinin adını çəkib.... | ANL |
Beynəlxalq qrossmeysterimiz Şəhriyar Məmmədyarovu Azərbaycanda yaxşı tanıyırlar. Elə təkcə Azərbaycanda deyil, bu zəka sahibinin adı dünya şahmat aləminə də tanışdır. Şəhriyar 20 yaşınadək şahmatçılar arasında iki dəfə dünya çempionu olan dünyada yeganə şahmatçıdır. Yeri gəlmişkən, Məmmədyarovlar Azərbaycanda üç beynəl... | ANL |
Tədbir "online" sistemində yayımlanan ilk layihə kimi yadda qalıb. "Gəncləşən muğam-2" adlı böyük konsert proqramı keçirilib. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə ikinci ildir keçirilən "Gəncləşən muğam-2" layihəsinin bədii rəhbəri xalq artisti Mənsum İbrahimov olub. Konsert sarayda "online" sistemdə yayımlanan i... | ANL |
Caz festivalı "Euronews"un siyahısına düşüb. Bu ilin oktyabrında paytaxtımızda keçirilmiş "Bakı Beynəlxalq caz festivalı-2010" Avropada ilin ən yaddaqalan tədbirləri sırasına daxil edilib. Bu statistika "Euronews" kanalı tərəfindən aparılıb və Bakı caz festivalı siyahıda yaddaqalan tədbirlər sırasına salınıb. Mədəniyyə... | ANL |
Bülbül haqqında sənədli film. Məşhur vokal ifaçısı Bülbül haqqında ikiseriyalı sənədli film çəkilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Fuad Dadaşovun məlumatına görə, Bülbül haqqında film hazırlamaq ideyası Rəşid Behbudov haqqında "Rəşid ömrü" filminin təqdimatı zamanı yaranıb: "Bir il sonra filmin ssenari... | ANL |
Gənc Tamaşaçılar Teatrı qastrol səfərindən qayıdıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qazax, Şəmkir və Gədəbəydə qastrol səfərində olublar. Teatrdan verilən məlumata görə, səfərə teatrın 20 nəfərlik yaradıcı heyəti qatılıb. Regionların İnkişafı İctimai Birliyi və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasın... | ANL |
Aktrisa Günel Məmmədova: "Mən teatr sənətinə gəlməyəcəkdim". Bu yaxınlarda təzəcə təmirdən çıxmış Gənc Tamaşaçılar Teatrında gözəl bir tamaşanı izlədim. Hələ premyeradan öncə gördüyüm afişa diqqətimi cəlb etmişdi. Bu, Norveç yazıçısı Knut Hamsunun "Viktoriya" əsərinin əsasında Bəhram Osmanovun qurduğu tamaşa idi. Çox k... | ANL |
Azərbaycanın muğamı Kaliforniyada qiymətləndirildi. 15 dəqiqəlik film ikinci mükafatını alıb. Amerikalı jurnalist Tomas Qoltsun 2007-ci ildə çəkdiyi "Montanada muğam" adlı 15 dəqiqəlik sənədli filmi Kaliforniyada keçirilən beynəlxalq kinofestivalda növbəti mükafata layiq görülüb. Qeyd edək ki, mükafat "Syear Nevada Awa... | ANL |
Türkdilli əlyazmalar kataloqunun ikinci cildi çap edilib. Topluya bir neçə dildə poetik əsərlər daxil edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan türkdilli əlyazmalar kataloqunun ikinci cildi çap olunub. Bu barədə institutdan məlumat verilib. "Nurlan" nəşriyya... | ANL |
Gəncə Dövlət Dram Teatrı repertuarını təzələyir. Tezliklə Gəncə Dövlət Dram Teatrının repertuarında bir sıra yeni tamaşalar əksini tapacaq. Teatrın direktoru Əli Qasımovun məlumatına görə, tamaşalar aktual mövzulardan bəhs edəcək. Onun sözlərinə görə, yaradıcı kollektiv Oqtay Altunbəyin "Şeyx Nizami" əsəri üzərində işl... | ANL |
"Bəxtəvərsən ki, dünya yaşadıqca dirisən". Unudulmaz şairimiz, əməkdar incəsənət xadimi Əliağa Vahidin doğumundan 115 il ötür. XX yüzilin qəzəl yazan şairləri içərisində Əliağa Vahidin adı birinci çəkilir. Təkcə qəzəl yazmayıb, lirik və satirik şeirlər müəllifi kimi də tanınmışdır. Ailəsinin ağır vəziyyəti, məişət prob... | ANL |
"Dünyaya sübut edəcəyəm ki, Azərbaycanda ədəbiyyat var". Elxan Xanəlizadənin yeni kitabı 5 dilə tərcümə edilir. Yanvar ayında "Əli və Nino" kitab mağazasında təqdimatı keçirilən "Yol" romanı hazırda beş əcnəbi dilə tərcümə edilir. Yazıçı Elxan Xanəlizadə bu barədə məlumatı özü verib. Azərbaycanda ilk dəfə kitabla birgə... | ANL |
Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında. Əvvəlki illər əsasən ən yaxşı 5.000 universitet müəyyənləşdirildiyi halda, bu il ilk dəfə olaraq elektron məkanda araşdırılan 18.000 ali məktəbdən ən yaxşı 8.000 universitetin siyahısı elan olundu (universitetlərin qiymətləndirilməsi dörd nominasiya üzrə ap... | ANL |
Cavanşir Quliyev:"Fəxri ad konkret sənət əsərinə görə verilsin". Fəxri adların verilməsi hansısa məntiqə əsaslanırmı? Qış tətilində vətənə üz tutan əməkdar incəsənət xadimi Cavanşir Quliyev səfər tarixinin əsas günlərini doğulduğu Şəki rayonunda keçirib. Azərbaycanda baş verən hadisələri fəaliyyəti ilə bağlı uzaq Kipr ... | ANL |
Bu ilin mayında "Böyük olmayan teatr" adlı rus prodüser mərkəzi Bakıya gələcək. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından verilən xəbərə görə, mərkəzin yaradıcı kollektivi teatrın səhnəsində "Bir dəfə bürkülü gecədə..." adlı tamaşa ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Andrey Noskovdur. Rolları Anf... | ANL |
Qarabağ xalçaları təqvimdə. Azərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ həm də sənət və mədəniyyət mərkəzi kimi şöhrətlənib. Qarabağda daşişləmə, dulusçuluq, metalişləmə sənətləri ilə yanaşı, toxuculuq sənəti də özünəməxsus inkişaf yolu keçib. Bu sənət növünün meydana gəlməsi və in... | ANL |
Novruz dəyərləri sınaq qarşısında. Bayramın orijinallığını qoruya biləcəyikmi? Novruz yaxınlaşır. Niyə Novruzu xatırladım? Bildiyimiz kimi, tarixən ölkəmiz kimi, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də varolma mücadiləsi verib. Sonra Sərbəstlik. Özünə Qayıdış. İndi isə Qloballaşma... Yenə də milli-mənəvi dəyərl... | ANL |
İran türkləri bu günü məyusluq və hiddətlə qarşılayacaq. Məqsəd dünyada "dillərin ölməsinin" qarşısını almaqdır. Bir çox mütəxəssislər bu baxımdan Güney Azərbaycan türklərinin ana dilinin də məhvolma təhlükəsi ilə üzləşdiyini deyirlər. Buna səbəb həmin dildə məktəbin olmaması, milli mədəniyyətin inkişafının qarşısının ... | ANL |
Per Stankina: "Ana Tereza mənə deyib ki, ətrafdakılara kömək etmək insana məmnuniyyət verir". Almaniya Federativ Respublikasının səlahiyyətli və fövqəladə səfiri ilə müsahibə. Cənab Stankina ilə bizim görüşümüz "Ayna" və "Zerkalo" qəzetlərinin Almaniya Federativ Respublikasının səfirliyi ilə birgə layihəsi çərçivəsində... | ANL |
Bu fikri özünə deviz seçən alman səfirinin xanımı ölkəmizdə böyük layihəyə imza atıb. Bu adın sahibəsini Sarayda, Şağanda, Şamaxıda sağlamlıq imkanları məhdud olan uşaqlar, böyüklər yaxşı tanıyırlar. Onu gördüyü işlərə görə çox sevirlər. Təsadüfi deyil ki, UNICEF-in Azərbaycandakı ofisi valideyn qayğısından məhrum olan... | ANL |
Alman dili Azərbaycanda. İstənilən əcnəbi dilin, o cümlədən alman dilinin öyrənilməsi insanın dünyagörüşündə yeni pəncərə açır. Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra onun daxili və xarici siyasətində çox şey dəyişdi. Əksər dövlətlərin ölkəmizdə səfirliyi, nümayəndəliyi, firma və şirkətləri var. Bu da, tə... | ANL |
Azərbaycanda Almaniya Mədəniyyət İli. Dolğun məzmunu və çeşidliliyi ilə heyrətləndirdi. Ölkələr arasında mədəni mübadilə beynəlxalq münasibətlərdə prinsipial əhəmiyyət kəsb edir. Dövlətlərarası münasibətlərin xüsusi vektoru - mədəni dialoq ölkənin obrazının formalaşmasında və xalqlar arasında münasibətlərin transformas... | ANL |
Zahid Oruc:"Orduda islahatları nəzərdə tutan sənəd hazırlanır". Orduya nəzarətlə bağlı Qərb modelinin tam tətbiqi bu gün mümkünsüz sayılır. Silahlı Qüvvələrə demokratik nəzarət mexanizmlərinin tətbiq olunması ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Millət vəkili, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzv... | ANL |
Diktatorun qəzəbindən qorxmamaq... Vurğun belə Vurğun idi. Səməd Vurğunun bir xasiyyəti vardı: namuslu qadına qul kimi itaət edərdi, uşaq kimi qulluğunda durardı. "Aygün"ü oxuyarkən Səməd Vurğunun istedadı qarşısında bir daha baş əyirəm. Bu əsər qadını müqəddəsləşdirir, ailədə yolunu azanlara bələdçilik edir - bu sözlə... | ANL |
Bahar təravətli şeirlər dünyası. 78 yaşını qeyd edən Nəriman Həsənzadənin qəlbi indi də şeirlərilə döyünür. Onun adı çağdaş şeirimizdə layiqli yerdədir. Həssas qəlbli bu söz ustasını səciyyələndirən əsas cəhət şeirlərindəki insanpərvərlik, gözəllik, vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şei... | ANL |
"Şelkunçik"ə belaruslu rejissordan quruluş. Bu həftəsonu Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru Nataliya Basıyeva dünya şöhrətli "Şelkunçik" tamaşasına quruluş vermək üçün Bakıya gələcək. Gənc Tamaşaçılar Teatrı mətbuat xidmətindən verilən bilgiyə görə, rejissor bi... | ANL |
İzmirdə növbəti Azərbaycan Novruz Festivalı. İzmirdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Məmmədxanoğlunun məlumatına görə, artıq 3-cü dəfə təşkil olunan festival çərçivəsində bir neçə mərasim planlaşdırılır. Bu gecəyə xalq artisti Flora Kərimova və aşıq Zülfiyyə dəvət olunub. Bundan başqa, İ... | ANL |
Ölkənin yeni paytaxtları elan edildi. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramını t... | ANL |
Nailə Mirməmmədli: "Məkkədə yaşamaq istəyirəm". Bəstəkar "yetər ki, ətrafımda saf insanlar görüm" deyir. Həyat yoldaşını itirəndən bəri daxili sarsıntılar keçirən əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli sirlərini bizimlə bölüşdü. Əvvəlcə bildirdi ki, Hikmət Mirməmmədlinin ölümündən sonra ətraf mühitin ona ... | ANL |
Şair Ramiz Rövşən sonuncu kitablarından birini "Nəfəs - kitablar kitabı" adlandırıb. İndiyə qədər dörd kitabım çıxıb. Bundan sonra elə bilirəm ki, kitabların arası ən çoxu iki il çəkər. - Belə çıxır ki, yaradıcılığınızın məhsuldar dövrü hələ qarşıdadır? Son on-on beş il yaradıcılığımda o qədər də məhsuldar dövr olmayıb... | ANL |
Fərhad Bədəlbəyli: "Klassik əsər yazan bəstəkarın qarşısında diz çökürəm". Rektor indiki mühitdə ciddi bəstəkar olmağı böyük fədakarlıq hesab edir. "Simfonik əsərlər yazan gənc bəstəkarlarımız barmaqla sayılacaq qədərdir. Ancaq bu gün bütün dünyada klassik və simfonik musiqi yazanların sayı azalıb. Hətta Bethoven və Br... | ANL |
Zümrüd Dadaşzadə: "Bizim sənətimizə soyuq münasibət məni təəccübləndirir". İştirak etdiyim mədəni tədbirlərin birində Zümrüd xanımla tanış oldum. Onun söylədikləri məndə çox böyük təəssürat oyatdı. İnsanın musiqinin tarixini, musiqi dilini bu qədər gözəl bilməsi mümkünmü? Amma sualın cavabını elə orada aldım. Və əslind... | ANL |
Ağaxan Abdullayev: "Gənclər çox işləməyi öyrənməlidirlər". Xanəndə xatırladır ki, bütün dövrlərdə sənətkar yetişdirmək çətin olub. Xalq artisti, xanəndə Ağaxan Abdullayev bu qənaətdədir ki, bu gün sənətkar yetişdirmək çox çətindir. Xatırladır ki, yaxşı sənətkarın yetişməsi üçün illər lazımdır. Amma Ağaxan Abdullayevin ... | ANL |
Azərbaycanlıların adqoyma fantaziyası zəifdir. Körpələrə niyə çayların, göllərin, dağların, yazılı ədəbiyyat qəhrəmanlarının adları verilməsin? Öyrəndik ki, Milli Elmlər Akademiyasında yaradılan komissiya bununla bağlı konsepsiya hazırlayıb. MM mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, bu sonluqlu s... | ANL |
Bu həftə ədibin yubileyidir. Yubileyi həmin gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında qeyd ediləcək. Tədbirin bədii və musiqili hissədən ibarət olacağını bildirən ədib söhbəti zamanı bu yaşda içində bir kədər hiss etdiyini dedi. Bəlkə çatmaya da bilərdim. Amma aşağıdan boylananda böyüklüyünü göstəri... | ANL |
Məmləkətin ilk qəzetinin nəşrini düşünərkən. Son 150 illik tarixdə milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov-Zərdabinin parlaq xatirəsini hər birimiz ehtiramla yad edirik. Həsən bəy Moskva Univers... | ANL |
Milli Kitabxana Dünya elektron kitabxanasında. Mirzə Fətəli Axundov adına Milli Kitabxana Dünya elektron kitabxanasında təmsil olunmaq hüququ qazanıb. Kitabxanadan verilən məlumata görə, Dünya elektron kitabxanası ideyası 2009-cu ildə yaranıb. Bu haqda təklif kitabxanaçıların beynəlxalq toplantısında ABŞ-ın Konqres, Mi... | ANL |
Qədim alətlərin yeni ifaçıları yoxdur. On qədim aləti bərpa edən Məcnun Kərimov onların sonrakı taleyindən narahatdır. 1988-ci ildə yaradılan Qədim Musiqi Alətləri Ansamblı rəsmi dövlət statusu alsa da, bu vaxta qədər yalnız Fransada keçirilən beynəlxalq festivalda təmsil oluna bilib. 2002-ci ildə yenidən həmin ölkəyə ... | ANL |
Naxçıvan rəqs ustalarının Türkiyədə uğuru. Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilib ki, kollektiv Türkiyədə hər il keçirilən XVIII Beynəlxalq Quşburnu Sərgi, Mədən... | ANL |
Beş hesabatın ana xətti. Uşaqlara qayğı sistemi təkmilləşsin. Ötən ilin oktyabrında Azərbaycan hökuməti BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanda uşaqların vəziyyətinə dair hesabatını təqdim edib. Cari ildə hesabata bəzi əlavələr gözlənir. Aydın məsələdir ki, bütün hökumətlər hesabatlarda gördükləri işləri, nailiy... | ANL |
Onlar İdman Akademiyasında test imtahanlarsız təhsil ala biləcəklər. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında məlumat verib. TQDK sədri bildirib ki, ali məktəblərə ərizə verən abituriyentlərin 50 faizi sınaq imtahanlarında iştirak edənlərdir. Bütün ... | ANL |
Fəxriyyə Xələfova: "İmkanlarımız ancaq festivallara çatır". Moda həftəsi bizim üçün böyük rəqəmdir. Modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın plastik əməliyyat olunması ilə bağlı söz-söhbətlər gəzir. Hər yaş dövründə zahiri təravətini itirməyən modelyer bizimlə söhbətində bunu plastik əməliyyat yolu ilə q... | ANL |
Erkən nikahların əksəri ayrılıqla nəticələnir. Odur ki, nikah yaşını qaldırmaq təklif olunur. Ailə Məcəlləsinə dəyişikliklər məsələsi artıq neçə illərdir müzakirə mövzusudur. Həmin dəyişikliklərin gündəmə gəlməsi də təsadüfi məsələ deyil. Bunlar aparılan təhlillərdən, araşdırmalardan irəli gəlir. Ailə, Qadın və Uşaq Pr... | ANL |
Dünən "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı keçirilmişdir. Festival xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirildiyi barədə məlumat verilmişdir. Festivalda Heydər ... | ANL |
Akademik Ramiz Mehdiyevdən "Fəlsəfə" dərs vəsaiti. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin "Fəlsəfə" dərs vəsaiti işıq üzü görüb ("Trend"). Kitabda müstəqil elmi fənn və insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli şərhi, o cümlədən fəlsəfənin mövzusu, onun metodları... | ANL |
"Fred Asif" romanının təqdimatı keçirilib. Ötən gün Yazıçılar Birliyində yazıçı-publisist Mustafa Çəmənlinin "Fred Asif" sənədli romanının təqdimat mərasimi keçirilib. Yazıçı Aqşin Babayev çıxış edərək "Fred Asif" romanına yüksək qiymət vermişdir. Söhbət bu romanın ikinci nəşrindən gedir. Mustafa Çəmənli deyir: "Bu, da... | ANL |
Qətərdə Azərbaycan Mədəniyyəti Günləri başa çatıb. İyunun 1-dən 3-nə kimi Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi 150 nəfərlik nümayəndə heyəti tədbirdə iştirak məqsədi ilə Qətərin paytaxtı Dohada səfərdə olub. Mədəniyyət günləri çərçivəsində ilk ... | ANL |
Musiqiçilər ailəsi. Bu ailədən bir vaxt film də çəkilmişdi. Xalq artisti Kamil Vəzirovla söhbətimizin əvvəlində öz ailəsinin musiqi bioqrafiyasından başladı. Elə danışırdı ki, müdaxilə etməyə lüzum görmürdüm. O deyirdi: - Atam Səfərəli Vəzirov o vaxt Azərbaycanda üç qarmonçalan var ilisə, onlardan biri idi. Məni əvvəl ... | ANL |
Azərbaycanlı rəssamın Moskva sərgisi. Moskvada fəaliyyət göstərən Beynəlxalq Bədii Fondda həmvətənimiz, istedadlı rəssam Qüdrət Qurbanovun əsərlərindən ibarət sərgi açılıb. Vernisaja gələnlər azərbaycanlı fırça ustasının əvvəllər sərgilənən boyakarlıq və qrafika işləri ilə yanaşı, yeni əsərləri ilə də tanış olmaq imkan... | ANL |
"Tərsinə çevrilmiş dünya". Tanınmış aktyor, xalq artisti Fuad Poladov yeni rola çəkilir. Bu dəfə aktyor milis polkovniki obrazını yaradır. Aktyorun söylədiyinə görə, milis polkovniki obrazı "Tərsinə çevrilmiş dünya" detektiv filmində əsas rollardan biridir. Filmdə xalq artisti Rasim Balayev və məşhur iranlı aktyor Məhə... | ANL |
Alim Qasımov və Fərqanə İstanbulda. Xalq artisti Alim Qasımov və qızı xanəndə Fərqanə Qasımova ötən gün İstanbula yola düşüblər. Xanəndənin ailəsindən verilən bilgiyə görə, musiqiçilər iyunun 5-də İstanbulda konsert proqramı ilə çıxış edəcəklər. Xəbərdə bildirilir ki, konsert İstanbulun Yerəbatan Sarıncı konsert salonu... | ANL |
Sumqayıtda Üzeyir Hacıbəyli abidə kompleksi. Sumqayıtda dahi bəstəkar Üzeyir Hacıbəylinin şəhərdə adını daşıyan küçədəki abidə kompleksində işlər yekunlaşıb. Bu barədə Sumqayıt şəhər icra nümayəndəliyindən xəbər verilib. Ümumilikdə, 1 340 kvadratmetrlik sahənin təxminən 740 kv.m hissəsində tamet döşəmə salınıb, yaşılla... | ANL |
İyunun 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçiriləcək. Bu barədə "Ayna"ya mərasimin təşkilatçısı Sevinc Nəcəfova məlumat verərək bildirib ki, hazırda hazırlıq işləri görülür. "Məndən bir də olmayacaq" adlanan bu musiqili gecədə ... | ANL |
Ələsgər Məmmədov: "Mənə verilən rolları heç kim oynamaq istəməyib". Aktyor rejissorları serial çəkməyə səslədi. Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədov kinodakı işsizlikdən şikayətlənir. Bir neçə filmdəki obrazlarla yadda qalan aktyor son illər kinoya dəvət almır. Amma 30 ildən bəri səhnədə olmağıma, bu ... | ANL |
Bizimkilər isə az gəlirlə ayaq üstə güclə dayanırlar. İddia edilir ki, son illər Azərbaycan şou-biznesində irəliləyiş var. Avropa ilə, Türkiyə ilə ayaqlaşmasalar da, bir qədər yaxınlaşdıqlarını deyirlər. Xalq artisti Brilyant Dadaşova həm yerli, həm də Türkiyə şou-biznesində olduğundan onun müşahidələrini və bu iddianı... | ANL |
Şəfiqə Axundova: "Ömrümün son akkordlarındayam". Bəstəkar bir xoş sözə ehtiyac duyur. Amma səhhətim pianonun arxasına keçməyə imkan vermir. Dünən gecəyarısı yuxum qaçıb, durub gözümü alətə zilləmişəm, onun şirmayı dillərinə toxunmaq istədim. Amma ayaqlarım sözümə baxmadı. Uzun-uzun düşündüm, saatlarla çalışdığım günlər... | ANL |
Şəkidə "İpək yolu" Musiqi Festivalı. Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 2-dək Şəki şəhərində "İpək yolu" I Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 5 gün davam edəcək festival iyunun 27-də axşam saatlarında Şəki Xan Sarayında Q.Qarayev a... | ANL |
Alim Qasımov və qızı İstanbuldan qayıtdılar. Şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova İstanbulda keçirilən beynəlxalq konsertdə çıxış ediblər. Artıq vətənə dönən Alim Qasımovun bildirdiyinə görə, konsert İstanbulun Yerəbatan Sarıncı konsert salonunda baş tutub: "Bura yeraltı məkandır. ... | ANL |
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında Tuncer Cucenoğlunun əsəri əsasında hazırlanmış "Ziyarətçi" tamaşasına ictimai baxış keçirilmişdir. Teatrdan verilən bilgiyə görə, dövlət sifarişi ilə hazırlanmış tamaşaya ilk baxış iyunun 10-da olub. Quruluşçu rejissor Könül Şahbazova, quruluşçu rəssam Sev... | ANL |
Azərbaycan Dövlət Akademik Milli Teatrının səhnəsində ilk dəfə olaraq məşhur italyan dramaturqu, aktyoru və rejissoru Eduardo de Filipponun əsəri səhnələşdirilib. Teatrın mətbuat xidmətindən verilən bilgiyə görə, "Oğru cənnətdə", yaxud digər adı ilə "Heç kəs" adlanan pyes "Oğru cənnətdə, yaxud Vinçenso de Pretore" adı ... | ANL |
Sənubər Bağırova: "Aşıq musiqisinə münasibəti dəyişmək gərəkdir". Muğamı isə dünyaya tanıda bilmişik. Sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova hesab edir ki, aşıq musiqisinə münasibəti dəyişməyə ehtiyac var. Sənətşünasla söhbətimizə onun gördüyü işlərdən başladıq. Sənubə... | ANL |
Azərbaycanlı rəssamın əl işi jurnalistə təqdim edildi. Teymur Taştəkinin çəkdiyi portret Uğur Dundara qismət oldu. İstanbulda Vəfa liseyində keçirilən mərasimdə azərbaycanlı rəssam Teymur Taştəkinin çəkdiyi Uğur Dundar portreti Türkiyənin məşhur televiziya jurnalistinə təqdim edilib. Türk mətbuatının yazdığına görə, li... | ANL |
Piter Fellerin Bakıda fərdi sərgisi açıldı. Rəssamın yağlı boya və qrafika üslubunda 23 əsəri təqdim olunur. İyunun 9-da "Qız qalası" qalereyasında tanınmış alman rəssamı Peter Fellerin fərdi sərgisinin açılışı olub. Sərgi "Qız qalası" qalereyası, Berlindəki "Berlin-Bakı" qalereyası və Almaniyanın Azərbaycan səfirliyi ... | ANL |
"İnstrumental muğam" not kitabı təqdim olundu. Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Arif Əsədullayevin "İnstrumental muğam" not kitabının təqdimatı keçirildi. Tədbiri açıq elan edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti, pro... | ANL |
Bəlli problemlər və anlaşılmayan yanaşma. Media mərkəzində bu adda kitab təqdim olundu. "Borçalı dünən, bu gün və sabah" kitabında yer alan araşdırmalarda 90-cı illərin əvvəllərindən bizə məlum problemlərin hələ də qaldığı aydın olurdu. Toplantıda ardınca Gürcüstanın cənub-şərq regionunda azərbaycanlıların sıx yaşadıql... | ANL |
I Şah Abbasın saray tarixçisinin əsəri çapa hazırlanır. Söhbət Şahin Fazilin tərcüməsindən gedir. Orta yüzillər Azərbaycan tarixinin ən qiymətli qaynaqlarından biri - Azərbaycan tarixçisi İsgəndər bəy Türkmanın məşhur "Tarixi-aləmaraye-Abbasi" ("Aləmi bəzəyən Abbasın tarixi") adlı salnaməsi şərqşünas alimlərimizdən, ta... | ANL |
Moskvada Cəmil Həsənlinin növbəti kitabı nəşr olundu. Görkəmli tarixçi, millət vəkili Cəmil Həsənlinin "Azərbaycan Demokratik Respublikasının xarici siyasəti - 1918-1920" kitabının birinci cildi Moskvada "Flint" və "Nauka" nəşriyyatlarında çapdan çıxmışdır. Müəllifin "Turan" agentliyinə bildirdiyinə görə, tezliklə kita... | ANL |
Sevən ata Saturna çevriləndə. Çingiz Abdullayevin bu kitabı azərbaycanca təqdim olundu. Bakı Kitab Klubunda xalq yazıçısı Çingiz Abdullayevin "Saturnun tövbəsi" kitabının təqdimatı keçirildi. Bu kitabı ruscadan Təbəssüm Muxtarova tərcümə edib. Qeyd edək ki, "Saturnun tövbəsi" Təbəssüm Muxtarovanın Çingiz Abdullayevdən ... | ANL |
Vaqif Səmədoğlu - bütün zamanların şairi. O, sadəcə Vaqif Səmədoğlu deyil. Zamanın sınağından çıxa biləcəyəmmi? Ayağımı zamanın cızığından kənara qoymağa cəsarətim çatacaqmı? Yoxsa zamanın sözəbaxan övladı olaraq qalıram? - şairəm deyə əlinə qələm götürüb meydana çıxan hər kəs özünə bu sualı verməlidir. Bunda bir fayda... | ANL |
Üzeyir Hacıbəyli: açılmamış səhifələr. Tədqiqatçı-alim, professor Şirməmməd Hüseynov "Üzeyir Hacıbəyli: nəşrlərdən kənara qoyulmuş, ixtisar və redaktə edilmiş nəşrləri" adında bir kitab tərtib etmiş və bu kitabın təqdimat mərasimi keçirilmişdir. Kitaba Ü.Hacıbəylinin indiyə kimi nəşr edilən kitablarına bu və digər səbə... | ANL |
"Tovuzun toponim dünyası" gələcək nəsillər üçün həddən artıq qiymətli kitabdır" - bunu Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində çıxışı zamanı kitabın elmi redaktoru, professor Qazənfər Paşayev bildirib. Onun sözlərinə görə, kitablar xalqın tarixini yaşadır və bu kitab da tariximizin bir parçasıdır. Müəllif Zir... | ANL |
Bakıda Avstriya kitabxanasının açılması ilə bağlı cümə axşamı müqavilə imzalanıb. Azərbaycan Dillər Universiteti (ADU) ilə Avstriyanın ölkəmizdəki səfirliyi arasında bağlanan müqaviləyə əsasən, iyunun 23-də Bakıda Avstriya kitabxanasının açılışı olacaq. Avstriyanın Azərbaycan səfiri xanım Silviya Mayev Kaybic deyib ki,... | ANL |
Bu gün dünyada amansız bir informasiya müharibəsi gedir. Azərbaycan bu müharibənin mərkəz hissələrində dayanır. Bizə qarşı olan bu müharibə ədalətsiz müharibədir. "Trend"in məlumatına görə, bu sözləri çərşənbə günü Azərbaycan Respublikası prezidenti İşlər İdarəsi Prezident Kitabxanasında keçirilən Azərbaycan tarixi kit... | ANL |
Dəryadan bir damla. Azərbaycan şairləri Pakistanda ingiliscə təqdim olunub. Azərbaycan şairləri Pakistanın ədəbiyyat sərraflarına ingiliscə təqdim olunub. "Azərbaycan şairləri" ("Poetry of Azerbaiyan") almanaxı paytaxt İslamabadda "Leaf Publications" nəşriyyatında nəfis şəkildə çap olunmuşdur. Kitaba "Azərbaycan şairlə... | ANL |
Onu xatırlayanlar üçün. Milli teatrımızın görkəmli isimlərindən Möhsün Sənanini unutmayanlar üçün bu gün onun 110 illik yubileyidir. Teatr və kinosunda silinməz izlər qoydu. Möhsünün hələ yeniyetmə yaşlarından musiqi alətlərində çalmağa, oxumağa marağı varmış, o zamanın həvəskar truppalarında əvvəlcə sözsüz, sonra isə ... | ANL |
Oqtay Mirqasımov: "Özəl filmlər zövqümə cavab vermir". Amma kütləyə qarşı da çıxa bilmir. "Yerli kino səsyazma avadanlıqları günün tələblərinə cavab vermir. Bunlar o qədər köhnəlib ki, işləmək mümkün deyil. Bu səbəbdən kinonun bəzi işlərini ölkədən kənarda aparmaq məcburiyyətindəyik. Çalışdığımız stereosistem bir qədər... | ANL |
Nazir çəkilən filmlərin keyfiyyətindən narazıdır. Film çəkilişlərinə dövlət ildə 6 milyon manat ayırır. Azərbaycanda son illər çəkilən filmlər tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat işçiləri ilə söhbətində bildirib. Nazir son illər çəkilən filmlərə m... | ANL |
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktrisası, yeddi ildir bu sənət ocağında çalışan Səbinə Vahabzadə. Mən Asəf Zeynallı adına Musiqi Kollecinin aspiranturasını bitirən kimi konservatoriyaya daxil oldum. Aspiranturanı bitirən kimi Opera və Balet Teatrına gəldim. Mənə verdiyi təhsilə görə ona çox minnətd... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.