text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"ƏRGÜNƏŞDƏ OXUYUB SONRA ÖLMƏK İSTƏYİRƏM". Ona görə yada salmırlar ki, belələri kiminsə qapısını döyə bilmir və kimdənsə kömək istəmir. Amma heç bir istedadı, səsi və ifaçılıq texnikası olmayan "müğənnilər" fəxri ad da alır, mükafat da qazanır və həftə səkkiz, mən doqquz müxtəlif televiziya ekranlarından düşmürlər. Mən ... | ANL |
Ağılsız köpəklər elə beləcə, Hürür ulduzlara, hürür min ildi. İlkində, sonunda axtarış gedir, Sübhündə, danında axtarış gedir, Gedir, hər yanında axtarış gedir, Açılmır göylərin sirri min ildi. Dünən sönüb gedən od qançəkəndi, Çapılıb, talanan yurd qan çəkəndi, Sürü nə çəkibsə qurddan çəkəndi, Qurdla bir otlayır sürü m... | ANL |
Əzəldən qurulub mizan-tərəzi, Xəlbiri, ələyi, dəyirmanı var. Çalış ömrü, günü mənalı yaşa, Şirin arzuların dəyməsin daşa. Necə də gözəldi, şirindi həyat. Sevgidi insana verən qol-qanad. Üzmə ümidini həyatda heç vaxt. Köksünü ötürüb yollara baxma, Fikirlə, xəyalla evini yıxma. İnsafı, mürvəti sən vermə əldən, Yaxşılıq g... | ANL |
Gecə-gündüz yol gedirik. Qardaş, yollar yaman tozdu, Dəstəmizi yadlar pozdu. Qəm-qüssənin xeyri nədi, Bu fələyin xeyrinədi. Sinəmizsə daş sinədi, Dözər dağlara, dağlara. Ətirlisən, qəmlisən, Qəlblərə dəymə, dəymə. Ovsunlu duruşun var, Boyuna min göz baxar, Baxışın qəlblər yaxar, Özünü öymə-öymə. Günlər gəlib gedəndi, S... | ANL |
Ümumdünya Gömrük Təşkilatının konfransı keçirildi. Mayın 18-19 tarixlərində Norveç Krallığının Bergen şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev... | ANL |
Beynəlxalq Qida Sənayesi Sərgisi keçirilir. Dünən Bakıda Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (World Food Azerbaijan) işə başlayıb. Hollandiya, Serbiya və Tailand bu ilin debütantları sayılır. Belarus, Pakistan və Rusiya öz milli stendləri ilə çıxış edir. Bundan əlavə, ayrıca stenddə Tambov vilayətinin qida səna... | ANL |
İnsanlar uzun müddət muğama və xalq musiqisinə "tamarzı" qalıblar. Yəni milli ruhumuza sığal çəkən, içimizə işıq salan və ümidlərimizi göyərdən xalq musiqisi bir zamanlar unudulsa da, artıq bu musiqi yenidən "dirilməyə" başlayıb. Uzun müddət böyük sənətkarlar İslam Rzayev, Arif Babayev, Zeynəb Xanlarova, Qədir Rüstəmov... | ANL |
Ümumi pərakəndə dövriyyəsi artıb. Cari ilin yanvar-aprel aylarında ərzaq məhsullarına təlabat iki dəfə çox olub. manatı isə qeyri-ərzaq malların payına düşür. Dövlət Statistika Komitəsindən verilən məlumatına görə, ötən ilin yanvar-apreli ilə müqayisədə bu ilin analoji dövründə ümumi pərakəndə dövriyyəsi (mütləq qiymət... | ANL |
Məhərrəmli, Nuşirəvan. Biz güzəşt siyasəti həyata keçiririk. "Xarici radiostansiyaların yayımını gərək 6 il əvvəl dayandıraydıq". Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi. - Xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı qəti qərar nə vaxt veriləcək? -... | ANL |
Xeyriyyə tədbiri keçirildi. Bu günlərdə Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat Məktəbində "Qafqaz Media" İctimai Birliyinin xəttilə tədbir keçirilmişdir. Birliyin sədri Hacı Azadə Taleh Abbasqızı tədbiri açıq elan edərək demişdir: - Hörmətli qonaqlar, əziz valideynlər və şagirdlər, bu gün "Qafqaz Media" İctimai B... | ANL |
Bu günlərdə mətbuatda belə bir bilgiyə rast gəldim: - tanınmış jurnalist, millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun yeni kitabı işıq üzü görüb. Bu informasiya təkcə bir mətbuat adamı kimi yox, həm də yeni nəşrlərlə, böyük sözlə maraqlanan bir oxucu kimi mənim üçün sanki xoş müjdə oldu. Elə ... | ANL |
Yazıçının yeni kitabı işıq üzü görüb. Yusif Səmədoğlu mükafatı laureatı, tanınmış yazıçı Seyran Səxavət yeni bir romanını - "Bəhanə"ni kitab halında oxucuların ixtiyarına verib. "Mənim yazdıqlarımın hamısı Dünyanın mən baxan tərəfindən görünən hissəsidir. Nə vaxt darıxsan çıxıb gedərsəng" Adətən kitablarında oxucuların... | ANL |
Hər kəsə özünü tanıdan kitab. Yenicə çapdan çıxmış bu kitabı elə müəllifindən aldığım axşam oxumağa başladım və bir neçə günə bitirdim. İnanılması çətin olsa da, Cümşüd İsgəndər kitabda Adəmlə Həvvanın, eləcə də Nuh peyğəmbərlə İbrahim peyğəmbərin və onların törəmələrinin türk dilində danışdığını sübut edir, sonuncu mü... | ANL |
Baş nazirin müavini Elçin Əfəndiyev: "Kitab insanın ən böyük kəşfidir". Dünən I Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkası öz işinə başladı. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirdə iştirak üçün Muzey Mərkəzinə toplaşanları nəfəsli alətlər orkestrinin ifasında musiqilər qarşıladı. Muzey Mərkəzinin qarşısın... | ANL |
"Ağdamı dünyanın ən varlı şəhərinə çevirəcəyik!". Rayonun yeni icra başçısı Nizami Sadıqov: "Mən bilirəm insan necə yaşamalıdır. Başqasının azadlığına toxunmadan, başqasını özündən narazı salmadan". Ağdamda ikinci dəfə idi olurdum. 2005-ci ildə 82 saylı Ağdam-Ağcabədi seçki dairəsindən deputat seçilən Aqil Abbasın seçi... | ANL |
İnama söykənib yazar. Mətbuatda dərc olunan yeni şeirlərini və bundan əvvəl oxuduğum "Ad günləri qarşıdadır" kitabı məni Musa Aslanxanlı haqqında yazmağa vadar etdi. Mən Musanı ciyərləri vətən -yurd yanğısı ilə yanan və milli dərdlərimizi qələmə almağa çalışan şairlərimizdən hesab edirəm. "Şuşaya gedən yol" şeiri Azərb... | ANL |
Azərbaycanda Musiqi Günü qeyd olunur. Sentyabrın 18-i Azərbaycanda Musiqi Günüdür. Bayram münasibətilə ölkənin paytaxtında və bölgələrdə təntənəli tədbirlər keçirilir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü 1995-ci ildən etibarən prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə Musiqi Günü kimi qeyd edilir. Bu il i... | ANL |
ARİF KİNOREJİSSOR. Milli kinomuz dünya kinosu ilə demək olar ki, yaşıddı. Stajımız çox olsa da, dünya kinemotoqrafiyasının xəzinəsində bizim üçün ayrılmış rəfləri doldura bilməmişik. Çəkdiyi filmlərlə insanları heyrətləndirə biləcək rejissorlarımız barmaqla sayıla biləcək qədərdi. Onları saymağa başlasaq sözsüz ki, ön ... | ANL |
Qarabağ şəhidi, Qarabağ əlili. Vətənin hər bir qarışı üçün canından-qanından keçən, müharibə alovunda əlini, qolunu, gözünü, ayağını itirən , bədənində mərmi qəlpələri gəzdirən qeyrətli oğullarımızg Talelərinə müharibə qisməti düşmüş bu adamlar ömürlərini onlara oğul demiş Vətənin ömrünə calamış, soyuq səngərl... | ANL |
YADA DÜŞDÜ. Son vaxtlar içimdə qəribə bir qorxu yaranıb. Düşünürəm ki, böyüklərimiz bizi tərk etdikcə, onların fiziki yoxluğu, mənəvi yoxluğu həm də bir tarix, salnamə boşluğu da yaradacaq. Nə qədər söyüb yamanlasaq da, nəhəng bir dövlətin içində hardasa biz də var olmuşuq. Və var oluşumuz bizim də hardasa bir intibah ... | ANL |
Bilmirəm buğda (alma) yeyib Cənnətdən qovulduğunu unudub, ya o qədər arxayın, təkəbbürlü, özündənrazı olub ki, müqəddəslikləri unudub, hər nədirsə haq yolundan yaman dönüb millət. Bəlkə də elə bu yaxşıların hesabına hələlik Tanrının səbri tükənməyib, bizi Yer üzündə saxlayıb. Mənim də yalvarışım ona görədir ki, Özünün ... | ANL |
Baş Polis İdarəsində müşavirə keçirildi. Yanvarın 24-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2008-ci ilin yekunlarına həsr, olunmuş əməliyyat müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin ... | ANL |
Mərhum Xalq Artistimiz Yusif Vəliyev: Hər dəfə Tariyeli görəndə sanki cavanlaşıram, yenidən aktyor peşəsini seçmək istəyirəm. O, sözün həqiqi mənasında klassiklərin ənənəsini uğurla davam etdirir. Xalq Artisti Zəroş Həmzəyeva: Tariyelin Naxçıvana gəlişi bir canlanmaya səbəb oldu. O, az bir zamanda tamaşaçıların qəlbind... | ANL |
Yaxud dünya bir pəncərədir. Allah-Təala həmişə çox istədiyi insanları vaxtından tez öz dərgahına aparır. Ona görə öz dərgahına aparır ki, belələrinin qədrini çoxlarımız yaxşı bilmirik. Allah da görür ki, bu cür bəndələrin qədrini yaxşı bilmirik, ona görə də götürüb aparır göy üzünə. Vaqif Bayatlı Odər şeirlərinin birin... | ANL |
Uzun illərin tanışı,çox uzun illərin... yəni mənim Bakıya gəldiyim ilk illərin tanışı o vaxtkı aspirant Bəxtiyar Əkbərov, indinin çox tanınmış hüquqşünası, bu elmin nəzəri və praktiki durumu haqqında gözəl məqalələr və kitablar müəllifi Bəxtiyar Əkbərov mənə bir kitab tutumunda şeirlər verir, bunları oxu deyir. Oxu dey... | ANL |
FİRUDİN RÜSTƏMLİNİN ŞEİRLƏRİNDƏN. zəmanədə yaşayırıq. Gör nələri- təhqirləri, kinli-kinli baxışları. dərələri, yoxuşları. çiynimizdə daşıyırıq. çörəyimdən süfrə açan. Şovinistlər- qəlbi qara neçə pislər. bəyənməyir xalqı, dili. Gör kimlərə əlaltıdır- Nizaminin, Nəsiminin, Fizulinin. Oyanacaq milyonlarla yuxulular. qeyr... | ANL |
Musiqi barmaqla çalınan deyil, Ölçü qalıbına salınan deyil, O, Ruhun Göylərə qovuşmasıdır, İlahi Məqamdır, adi an deyil. Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhani... | ANL |
Evimizi dəyişdik, köhnə vərdişlər, tanışlar və təəssüratlar geridə qalırdı yavaş-yavaş. Səmimi məktəbimi, məhəlləmizi, xudmani evimizi və uşaqlıq dostlarımı arxada qoyan yolumun hara uzandığını bilmirdim. Universitetə qəbul olduğum il anladım ki, burda müəllimlər məktəbdəki kimi doğma deyil, heç olmayacaqlar da, qrup y... | ANL |
Fərqanə sözünü deyir. Qəlbində bir dünya poeziya duyğusu yaşadan istedadlı şairə Fərqanə Mehdiyeva bir vaxt nədənsə. Yanıb qovrulanda külə deyəcəm, Sözümü heç kəsə deməyəcəyəm. Vaxtında, yerində, sərrast qayəsi və ünvanı ilə. Onun sözü də özünün xanım-xatınlığı qədər vəznli, samballıdır. Qoy qadın şairlərimiz məndən in... | ANL |
Ayın görünməyən tərəfi. Adil Şirinin yeni çapdan çıxmış "Laçın şikəstəsi" şeirlər kitabını vərəqlədikcə sözlərlə çəkilmiş lirik-romantik təsvirlərlə, belə demək mümkünsə insan qəlbinin portreti ilə üz-üzə hiss edirsən özünü, lakin bu təsvirlərin arxasında bir insan ömrünün akkordlarını da eşitməyə bilmirsən. "Laçın şik... | ANL |
Sənə şirin söz demək, Üzümə xoş baxmasan. Səndən küsmək, incimək. Gülüm, səni izləmək, Səni izlədiyimi. Dostlarımdan gizləmək. Gözlərin nə gözəlmiş, Boy-buxunun elə bil. Qonşum nazlı yar imiş, Hələ tay-tuşlarımdan. Cəmi ikicə addım. Çətin yollar keçmişəm - Beşiyimdən məzara. Cəmi ikicə addım. Ömrümü girov qoyub. Məhəbb... | ANL |
Rəşad Məcidin hekayəsi Litva dilində nəşr olunub. Litva Yazıçılar Birliyinin “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Rəşad Məcidin “10 sentyabr” hekayəsini nəşr edib. Hekayəni Litva dilinə Edita Ratkuviene və Mahir Həmzəyev çeviriblər. Qəzetdə Azərbaycan ədəbiyyatı, Rəşad Məcid... | ANL |
Əmin ər-Reyhani yaradıcılığı Aida xanım İmanquliyevanın təqdimatında. XX əsrin 70-ci illərindən etibarən Əmin ər-Reyhani yaradıcılığı Bakıda əhatəli araşdırmaya cəlb olunmuşdur. Ərəb məhcər ədəbiyyatının bu fenomen nümayəndəsinin Azərbaycanda ilkin tədqiqatçısı Azərbaycan şərqşünaslığının parlaq simalarından biri, görk... | ANL |
Yaz gəldi, isti məmləkətlərdən köçüb gələn quşların səsində, təbiətin ilıq nəfəsilə baş qaldıran yaşılca otların cücərtisində… Novruzgülü baş qaldırdı, kol dibinən, qar altınnan. Bahar yağışlarınnan «cana gələn» çayların gurultusu həyat, bolluq haqqında nəğmə kimi səsləndi. Dağlar yavaş-yavaş ağ paltarını soyundu, güne... | ANL |
Parisin “Şamaxı şahzadəsi”. Adamlar dinməz-söyləməz növbə ilə böyük rus yazıçısı İvan Buninin məzarına yaxınlaşır, tabutun üstünə torpaq atırdılar. Hərbi geyimdə olan çar generalı göz yaşını saxlaya bilmirdi. O, cibindən səliqə ilə bükülmüş yaylıq çıxartdı, içindəki torpağı ovuclayıb məzarın üstünə səpdi və ucadan dedi... | ANL |
Taleyin təzadları. Meyxanalarda bir qayda olaraq çoxsaylı ötəri dostluq münasibətlərinin meydana gəlməsi içki həvəskarlarına çox yaxşı bəllidir. Bunun da başlıca səbəbi içilən meyin təsiri ilə cuşa gələn insanın öz duyğularını kiminləsə bölüşməyə kəskin bir ehtiyac duymasıdır. Görünür, bu da insan həyatının çətinlik və... | ANL |
“Aydın yol” qəzetinin “Tanınmışların övladları” rubrikasında respublikanın tanınmış şəxslərinin övladları öz valideynləri haqqında danışır. Bu dəfə mərhum şair-rəssam Adil Mirseyidin qızı Ayan Mirseyid atası haqqında acılı-şirinli xatirələrini bölüşür. Onun və ailəsinin Adil Mirseyidə böyük ehtiyac duyduğu anda şair on... | ANL |
Ürəkdən yazılmış sözlər. Məşhur ataların övladlarına məktubları. Rus aktyoru Yevgeni Livanovun oğluna məktubu. Heç bilirsən, sevgi necə böyük sərvətdi? Doğrudu, bəziləri hesab eləyir ki, mənim sevgim nəsə başqa cürdü və guya bu cür sevmək adama ancaq zərər verir. Bəlkə, doğrudan da, mənim sevgim sənin məktəbdə nümunəvi... | ANL |
“Rəşid Behbudov. Dekabrın 9-da M.F.Axundzadə adına Milli Kitabxanada SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudova həsr olunmuş fotoalbomun və “Rəşid Behbudov. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları kitabxana... | ANL |
Dayanıb səbirsizliklə gözləyərdik ki, Babayev iri buz parçalarını nə vaxt doğrayıb qurtaracaq, sonra onları iri taxta çəlləyə dolduracaq, biz də soyuq “Buratino” limonadından alıb ləzzətlə içəcəyik... Bəs diş həkimi Tağızadənin kabineti harada idi? Budur, bir addımlıqda da nənəmgilin dalanı... Aktyorların, şair və yazı... | ANL |
Elbəy Rzaquliyevin sənət dünyası. Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, professional kino rəssamı, yaradıcılığında kino rəssamlığı, rəngkarlıq və qrafika sahələrinin özəlliklərini və incəliklərini xüsusi məharətlə birləşdirməyi və kamil sənət nümunələri yaratmağı bacaran rəssam barədə söz açmaq istəyirik... | ANL |
Müharibə dövrünün kinosu. «Sosializm quruculuğunu başa çatdırmaq və tədricən kommunizmə keçmək» əzmində olan SSRİ yaxınlaşan müharibə təhlükəsindən yaxasını qurtara bilmədi. Müharibə ərəfəsində Azərbaycan mədəniyyətinin, eləcə də kinosunun başlıca qayğılarından biri ölkəmiqyaslı əlamətdar hadisəyə – böyük şair və mütəf... | ANL |
Biz hansı gedəni dönən görmüşük? Noyabrın 1-də tanınmış şair-publisist Taleh Həmid (Babayev Taleh Həmid oğlu) dünyasını dəyişdi. 2010-cu ildə şeir və poemalarından ibarət ikicildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. Mərhum qələm dostumuzun xatirəsin... | ANL |
Bakıda VII Avropa Film Festivalına start verilib. AZƏRTAC xəbər verir ki, açılışı “Park Bulvar”da baş tutan film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir. Açılışda “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Qu... | ANL |
Müharibə dövrünün kinosu. «Sosializm quruculuğunu başa çatdırmaq və tədricən kommunizmə keçmək» əzmində olan SSRİ yaxınlaşan müharibə təhlükəsindən yaxasını qurtara bilmədi. Müharibə ərəfəsində Azərbaycan mədəniyyətinin, eləcə də kinosunun başlıca qayğılarından biri ölkəmiqyaslı əlamətdar hadisəyə – böyük şair və mütəf... | ANL |
Şirvanşahların yadigarı. Daş dilində danışan tarix. Bəlkə də, hər tarixi abidə ayrı-ayrılıqda bir səsdir. Bu mənada Şərq fəlsəfəsinin, mədəniyyətinin əsas ifadə vasitələrindən olan muğamlarda, hardasa daşların, qayaların sükutu musiqiləşir. Muğamı dinlədikcə, sanki həmin daşların tarixin o üzündən bizə çatdırmaq istədi... | ANL |
Sözün hikməti. Yaşadığımız gəlimli-gedimli dünyada hər şey bitib-tükənir, zamanın gah əsən, gah kəsən küləyində sovrulub vaxtın dəyirmanında üyüdülür və sona çatır, asta-asta məhvə doğru sürüklənir, yavaş-yavaş saralıb solur, xəzana dönür, arxada qalan hər şey tarixin saxlancına düşüb üst-üstə qalanır. Əsrlərdir SÖZ öz... | ANL |
Məhbus xanımın ölüm rəqsi. İnsan niyə rəqs edir? Əhvali-ruhiyyəsini, ovqatını, qəlbini riqqətə gətirən hissləri bildirmək üçün. Bəzən insan sözlə deyə bilmədiyini, ürəyində yığılıb qalmış həsrəti, nisgili, sevgini, ən çətin və müəmmalı mətləbləri rəqsin dili ilə çatdırır. İnsanı əl qaldırıb oynamağa kim məcbur edə bilə... | ANL |
O, pəncərələri bağlamaq üçün otağa daxil olanda biz hələ yatağımzdan qalxmamışdıq. İçəri girən kimi, xəstə olduğunu hiss elədim. O titrəyirdi, sifəti ağappaq ağarmışdı. Asta yerişindən harasınınsa ağrıdığı hiss edilirdi və sanki hər addım atdıqca ağrısı daha da çoxalırdı. Amma mən aşağı düşəndə o, yerində uzanmamışdı. ... | ANL |
Atəşpərəstlərin inanc yeri. Dahi kimyaçı Mendeleyevi Atəşgaha bağlayan nə idi? Darvazadan içəri girərkən, sanki Zərdüştün ayaq izləri ilə qeyri-ixtiyari hərəkət etməli olursan. Bizdən neçə min illər qoca olan yaddaş sistemimiz bu izləri tanıyır, özü bizi harasa aparır. Bura II-III əsrdə əsası qoyulan, zərdüştilərin tap... | ANL |
Saday Budaqlı: “Bulqakov, bəlkə də, mistik qüvvələrin Yer üzündəki nümayəndəsi olub”. “Aydın yol” qəzetinin “Ən bəyəndiyim tərcüməm” adlı rubrikasının növbəti müsahibi tanınmış tərcüməçi-yazar Saday Budaqlıdır. O, bizimlə söhbətdə, tərcümə etdiyi Mixail Bulqakovun “Master və Marqarita” romanı haqqında fikirlərini bölüş... | ANL |
Məhbus xanımın ölüm rəqsi. Soyuq, yarıqaranlıq, ölüm kabusu dolaşan darısqal otağın divarı qan susayıb. Bu divarlar minlərlə ölüm hökmünə, bir güllə ilə xoşbəxt həyatını və şirin arzularını itirən insanların son anına şahidlik edib, zavallı, günahsız adamların ah-naləsinə, göz yaşına, hıçqırığına dözməyib, qaralıb, boz... | ANL |
“Atamı bir dəfə də yazı masası arxasında şeir yazan görmədim”. “Aydın yol” qəzetinin “Yazı masası” rubrikasında bu dəfə görkəmli şairimiz İsa İsmayılzadənin işığına yığışdıq. Uzun müddət “Azərbaycan” jurnalında baş redaktor müavini işləyən, çağdaş poeziyamıza orijinal məzmunlu şeirləri ilə rəng qatan şairin həyat yolda... | ANL |
Nə dərinmiş Xəznə dərəsi! Əlfi Qasımovun xatirəsinə. Sevgisini də özüylə aparan şair. Dilə aldananlar qulağıyla sevənlərdir. Sevginin də ən mötəbəri gözdən oxunandır... Şair Fikrət Sadıq gözlərindəki ünvanlı-ünvansız sevgilərini götürüb Haqqın dərgahına qovuşdu... ...Daim təvazökar, sakit, sayğılı... Mənə olan sevgisin... | ANL |
Macar şeirinin “tənhalığı”. Ürəyimdə bir düşüncə. yataqda yastıqlar arasında ölmək. Tərk edilmiş bomboş otaqda. İldırımın parçaladığı, qasırğanın. kökündən çıxarıb yıxdığı ağac olum, göy gurultusuyla dağdan bir uçqun. kimi düşən qaya olum. Məqsədimiz çağdaş macar poeziyasını incələmək olsa da, XIX əsr macar şairi Sando... | ANL |
Qız qalası. Səkkiz mərtəbəli abidənin doqquzuncu qatı. Qız qalasının ən hündür hissəsində dayanıb şəhərə baxan insanları demək olar, hər gün görürük. Həmin nöqtədə dayanmaq üçün qalanın daxilindəki səkkiz mərtəbəni adlayan ziyarətçilərin çoxu əslində böyük sirrin səkkiz qatını geridə qoyduqlarından xəbərsizdilər. 28 me... | ANL |
“Şirvanşahlar sarayı” Paris fotosərgisində. Parisdə məşhur “Cornette de Saint Cyr” qalereyasında tanınmış fotoqrafların əsərlərinin sərgisi təşkil edilib. Sərgidə dünya şöhrətli fotoqraf Reza Deqatinin İçərişəhərdə Şirvanşahlar sarayında 2012-ci ildə çəkdiyi “Azərbaycan. Saray məhrəmliyi” və Türkmənistanda çəkdiyi “Həm... | ANL |
İnsanların inanc yeri. Uzun müddət ateistliyimizlə öyünə-öyünə dinimizdən, mənəviyyatımızdan uzaq düşüb babalarımızın, nənələrimizin iman gətirdikləri, etiqad etdikləri pirləri, ocaqları az qala unutmuşduq. Bu unutqanlığımız bizi təkcə dinimizdən-imanımızdan ayrı salmamışdı, həm də doğma yurd-yuvamızın tarixi keçmişini... | ANL |
Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib. Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentli... | ANL |
ADMİU-da Musa Yaqubla görüş olub. Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində şair Musa Yaqubla “Payız ətirli poeziya” adlı yaradıcılıq görüşü keçirilib. Qonağı əvvəlcə universitetin prorektoru, professor Gülşən Əliyeva salamlayaraq onun universitetə təşrifindən böyük məmnunluq hissi duyduğunu... | ANL |
“Əli və Nino” filmi Nyu-York izləyicilərini heyran edib. Nyu-York şəhərində yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında Azərbaycanda çəkilən “Əli və Nino” bədii filminin premyerası baş tutub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu bu ... | ANL |
Türk tarixinin öncülləri. Alp – sözü qədim və yeni türk ləhcələrində qəhrəman, cəsur, igid, çətin mənalarında işlədilir. Bu söz şəxs adı olmaqla yanaşı mövqe, titul və alicənablıq ifadəsi kimi də anlaşılır. Türk dilinin izahlı lüğətlərində alp sözünün qarşılığı igid, qəhrəman, bahadır, cəsur, çətin şəklində izah edilir... | ANL |
Əcdadların izi ilə. “Qavaldaşı”nın sədası hər bir azərbaycanlının yaddaşında yaşayır. Bəzilərində illərlə susmağına, dillənib ruhunu oyatmamasına baxmayaraq, bu daşın səsi yaddaşımızın bir küncündə diridir həmişə. Bu səs bizə əcdadların getdiyi yolu–milli yaddaş sistemimizin başlanğıc nöqtəsini göstərir. “Qavaldaşı”nda... | ANL |
Qəbirstanlıqda məhəbbət əhvalatı. …sonra dəniz tərəfdən yüngülcə bir yaz mehi əsdi və o yaz mehi güllərin, çiçəklərin ətrini bütün ətrafa yaydı, elə bil, bura qəbirstanlıq yox, dağ yamacındakı o gözəl çəmənlik kimi bir yer idi – o gözəl çəmənlik ki, Şölünün uşaqlığı da, yeniyetməliyi, gəncliyi də kəndlərinin böyründəki... | ANL |
““Nigarançılıq”dan qəti nigaran deyiləm”. “Aydın yol” “Uğurlu əsərlər” rubrikasında bu dəfə 1998-ci ildə ekranlaşdırılan “Nigarançılıq” televiziya tamaşası haqqında söhbət açacaq. Böyük maarifçi Cəlil Məmmədquluzadənin hekayələrinin motivləri əsasında çəkilən “Nigarançılıq” bu gün də tamaşaçı tərəfindən sevilə-sevilə i... | ANL |
Bu günlərdə Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak Kadet Məktəbində Rusiya İmperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskiyə büst qoyulub. Son günlər “Rusiya məhvə sürüklənir, cənablar!” ifadəsi çar məmurlarının və generalların dilindən düşmürdü. Ölkəni cənginə almış inqilab xaosu h... | ANL |
Milli Kitabxanada ədəbiyyat bayramı. Migel Delibesin “Seçilmiş əsərləri”nin təqdimat mərasimi keçirildi. Noyabrın 23-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri olan, görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri”nin geniş təqdim... | ANL |
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar. Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar. Əmlak Məsələləri Dövlət Komitəs... | ANL |
Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində. Noyabrın 25-də Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonka Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Dünya ədəbiyyatı nümunələrinin Azərbaycana, Azər... | ANL |
Nuru Paşadan yadigar qalan məğlubedilməzlik rəmzi. 1918-ci il may ayının 28-də, olduqca mürəkkəb bir dövrdə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bütün dünyaya bəyan etdi. Həmin keşməkeşli günlərdə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Bakı şəhəri və ətraf rayonlar erməni-bolşevik qü... | ANL |
İki hekayə. Günorta idi. Günəş onun gözünü qamaşdırır, metro girişinə yaxın yerdə asfalt üzərində oturmuş dilənçi qarının fəryad dolu səsi isə əsəblərinə toxunurdu. Dilənçinin gözləri görmürdü. Cavid cibindən çıxardığı təkqaş brilyant üzüyü qarının ovcuna qoyaraq, metro girişinə yaxınlaşdı. Qarı ovcundakı üzüyə baxa-ba... | ANL |
Üç məzarsız qardaş. Nəvəsi Leyla Vəzirova: “Ağır durumda olan Çəmənzəminliyə cəmi 3 dollar maddi yardım təklif etdilər”. Bu uşaq böyüyəcək, gənc bir dövlətin iki ölkədə səfiri, olacaq, ictimai xadim, alim, yazıçı kimi məşhurlaşacaq. O balaca Yusif böyük Yusif Vəzir Çəmənzəminli olacaq. Amma harada olmasına baxmayaraq, ... | ANL |
Mədəniyyətimizin Paris təqdimatı. Kitablar, Şirvan aşıqları, qədim musiqi alətləri... Paris Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan da təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən bilgiyə görə, nazirliyin bu məqsədlə icarəyə götürdüyü stenddə Azərbaycanda işıq üzü görmüş 200-ə qə... | ANL |
Mənsum İbrahimov muğamı simfonik orkestrlə birgə səsləndirib. Xanəndə Kiyevdən qayıdıb. Xalq artisti Mənsum İbrahimov Kiyevdən qastroldan qayıdıb. Səfər təəssüratları barədə danışan xanəndə 1300 nəfərlik salonda çıxış etdiyini bildirib: "Salonda oturmağa yer yox idi. Orada olarkən öyrəndik ki, biletlər 4 gün əvvəldən s... | ANL |
Brilliant Dadaşova: "Mən sənətimi dəlicəsinə sevən insanam". Kiçik arayışımız: Brilliant Süleyman qızı Dadaşova Bakıda, tanınmış bir ailədə dünyaya göz açıb. Avtomobil qəzası... Avtomobildə olan digər ailə üzvləri isə sağ qalmışdılar. O zaman Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında gələcəyin superulduzu xüsus... | ANL |
Fərhad Xəlilov: "Bu mövzularda bir rəssam kimi söz söyləmək borcumuzdur". Azərbaycanlıların soyqırım günü mlə əlaqədar Muzey Mərkəzində təqdim olunan sərginin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən ümummilli bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təs... | ANL |
Amma milli mədəniyyəti ölkə-ölkə daşımaq lazımdır. Cazmen Vaqif Mustafazadənin 70 illik yubileyi münasibəti ilə Bakıya gələn və bir müddət burada qalan dünya şöhrətli Əzizə Mustafazadə mətbuat mənsubları ilə görüşə də vaxt ayırıb. Sadəliyi ilə diqqəti çəkən Əzizə xanım söhbətinə belə başladı: "Əslində mən mətbuat və te... | ANL |
Martın 30-da Gənc Tamaşaçılar Teatrında Almaz Mustafayevanın 60 illik yubileyi keçirildi. Həyatının 40 ilini səhnəyə bəxş edən aktrisa bir çox maraqlı rolları ilə yadda qalıb. Gecənin əvvəlində aktrisanın həyat və yaradıcılığına həsr edilmiş qısa film nümayiş etdirildi. Daha sonra səhnəyə Almaz xanımın özü çıxdı və sev... | ANL |
Jurnalın toxunduğu bir çox problemlər bu gün də yaşanır. Aprelin 7-si "Molla Nəsrəddin" jurnalının ilk sayının işıq üzü gördüyü gündür. Bu, milli jurnalistikamız üçün özəl bir tarixçədir. Tarixçi-alim Ataxan Paşayev bu xüsusda orijinal bir kitab hazırlamış və bu günlərdə nəşr etdirmişdir. Adı belədir: "Molla Nəsrəddin ... | ANL |
Cəfər Cabbarlının romanı tapılıb. Azərbaycan ədəbiyyatının görkəmli ismi, böyük dramaturq Cəfər Cabbarlının indiyədək heç yerdə adı açıqlanmayan romanı üzə çıxıb. Bu barədə dramaturqun nəvəsi, Cəfər Cabbarlı ev muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı məlumat verib. Ərəb əlifbası ilə yazılan romanın əlyazması Teat... | ANL |
Aşıqlar festivaldan qayıtdı. Proqramda zurna alətinin solo ifasına yer ayrılıb. Şirvan aşıqları Parisdə Dünya Mədəniyyətləri Evinin (Maison des cultures du Monde) təşəbbüsü ilə keçirilən "Təxəyyül" musiqi festivalında çıxış ediblər. Azərbaycan heyətinin və eyni zamanda proqramın rəhbəri, YUNESKO eksperti Sənubər Bağıro... | ANL |
Səttar Bəhlulzadənin ömür yolundan bəhs edən kitab belə adlanır. Azərbaycan rəssamlıq sənətinin görkəmli ismi, böyük rəssam Səttar Bəhlulzadənin saytı yaradılıb. Bu barədə rəssamın bacısı oğlu Rafael Abdinov məlumat verərək bildirib ki, Səttar Bəhlulzadənin ev muzeyi tərəfindən yaradılan saytın hər bölümündə rəssamın b... | ANL |
Teatr Xadimləri İttifaqında tanınmış muğam ustadı, xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibəti ilə mərasim keçirilib. Tanınmış sənət adamlarının, muğam ifaçılarının iştirakı ilə keçirilən tədbirdə yubilyarın ömür yolundan bəhs olunub. Bildirilib ki, 70 il əvvəl Lənkəranda musiqiçi ailəsində anadan olan, ... | ANL |
"Adım mərkəzə sağlığımda verildi". İlhamə Quliyeva adını daşıyan mədəniyyət mərkəzində böyük layihələr həyata keçiriləcəyini deyir. Ötən gün mətbuat konfransı keçirən xalq artisti İlhamə Quliyeva İstanbulda onun adını daşıyan Mədəniyyət Mərkəzinin açılışı barədə danışdı. Əvvəlcə fikirlərini bildirən və halallıq alan xa... | ANL |
Dərbənd Teatrı Azərbaycanda qastrol səfərindədir. Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə Azərbaycanda qastrol səfərindədir. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı ... | ANL |
Yuri Baliyev: "Onlar bu sözlərinə görə sabah cavab verəcəklərini düşünməlidirlər". Teatrlarımızın inkişaf etməsi, çiçəklənmə çağını yaşaması bizi sevindirməyə bilməz. Və hər premyeradan sonra bu inkişafı daha çox görürsən. Mənim üçün teatr həyat məktəbidir. Və teatrda əsas aktyorların tamaşaçıya baş verənləri yaşatmaq ... | ANL |
Nisə Qasımova: "Ələkbər Tağıyev məni həbsxana şəraitində saxlayırdı". Müğənni səhnənin idarəedici qüvvəyə ehtiyacı olduğunu deyir. Özündən çox sevdiyi anasını itirən xalq artisti Nisə Qasımovanın əzizi üçün axıtdığı göz yaşı artıq onun səsində problemlər yaradıb. Müğənni əvvəlki kimi oxuya bilməyəcəyindən ehtiyat edir.... | ANL |
Şirvanlı şair Naseh. 1903-cü ildə Firidun bəy Köçərlinin "Azərbaycan türklərinin ədəbiyyatı" kitabı Tiflisdə nəşr olunanda ədəbi içtimaiyyət bunu çox böyük maraqla qarşılamışdı. "Tiflisski listok" qəzeti yazırdı: "Müasir oxucunun böyük əksəriyyətinə Azərbaycan ədəbiyyatı haqqında heç bir şey məlum deyildir. Onunla anca... | ANL |
Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarı əsasında Lənkəran teatrının nəzdində "Ümid" teatr studiyası yaradılıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, həvəskar gənclərdən ibarət "Ümid" studiyasının yaradıcı kollektivi ilk dəfə olaraq tamaşaçıl... | ANL |
Yalçın Rzazadə: "Milli estradada yadlaşma sindromu yaşanır". Sənətkar ehtiyatlı olmağa səslədi. Retro mahnılarını yenidən gözdən keçirib onlara yeni nəfəs verən xalq artisti Yalçın Rzazadə bu addımı estradada yaranan boşluğu doldurmaq məqsədi ilə atdığını söylədi. Son illər meydana çıxan mahnıların əksəriyyətini ruhuna... | ANL |
Əbülfəs Qarayev: "Bütün kitabxana şəbəkəsində olan müəssisələr təmasda olmalıdır". "Mədəni irsin qorunmasında müasir texnologiyanın böyük rolu var. Və kitabxanalar şəbəkəsində rəqəmsal daşıyıcılara köçürmə, kataloqlaşma kimi proseslər vacibdir. Biz artıq Milli Kitabxanamızla bərabər bir neçə layihəhəyata keçirmişik. Dü... | ANL |
Modelyer dizayner Gülnarə Xəlilova: "Dünyada əl işinə çox böyük dəyər verirlər". İlin işgüzar xanımının sənət uğurları. "İlin işgüzar xanımı" yeni zirvələri fəth edir. Bu il onun üçün böyük işgüzarlıq ilidir. Bir neçə səfərləri olub, müxtəlif mükafatlara layiq görülüb. Modelyer dizayner Gülnarə Xəlilova öz sənət çalışm... | ANL |
"Bu gün rəssamlığa maraq güclənib. Çünki Azərbaycan xalqı sənətə meyilli xalqdır. Məndən soruşurlar ki, "Sizin əsərlərinizi bizim tamaşaçılar qavrayacaqmı?". Cavab verirəm ki, "Bəziləri qavrayacaq, çünki təbiətən qavrayırlar. Onlar da tək-tük adamlardır. O birilərinə nə isə deməyə nə mənim, nə sizin ixtiyarınız çatır. ... | ANL |
Xanəndə səsi olmayana bu sənətdə yer görmür. Xalq artisti Arif Babayev yetirmələrini özü kimi yetişdirmək istəyir. Onlarca tələbəsi olan xanəndə istəyir ki, hər birinin öz dəst-xətti olsun. Bağ evində yay istirahətində olan xalq artisti vaxt ayırıb qəzetimizə fikirlərini bölüşdü: - Müsahibələrinizin birində ürəyinizdə ... | ANL |
Səninlə və sənsiz. Keçən əsrin 60-cı illərinin ortaları idi. Sovet cəmiyyəti daxilində liberallaşma prosesi gedirdi. Bunun nəticəsi idi ki, Vəli Axundov, Şıx-Əli Qurbanov kimi liberal-demokrat partiya rəhbərləri, Ziya Bünyadov, Rüstəm Əliyev kimi coşqun alimlər, Əkrəm Əylisli kimi ötkəm qələm sahibi vardı. Həmin dövrdə... | ANL |
Dərsliklər təkmilləşir. Nizami Cəfərov bu fikirdədir. Dərsliklərdəki problemlərin əsas səbəbi SSRİ dönəmində bu işin qeyri-azərbaycanlılar tərəfindən görülməsi olub. Texniki elmlər, tarix, təbiət elmlərinə dair dərsliklər, sadəcə, rus dilindən Azərbaycan dilinə tərcümə edilirdi. Millət vəkili Nizami Cəfərov deyir ki, ə... | ANL |
Rasim Balayev: "Nəsimi qədər dərimin soyulmasına dözə bilmərəm". Xalq artisti Rasim Balayev xasiyyətinin kino aləminə vizit kartı olan "Nəsimi"yə çox oxşar olduğunu deyir. Amma müsahibim etiraf edir ki, Nəsimi kimi dərisinin soyulmasına qədər dözə bilməz. O olmaq istədiyimiz, amma ola bilmədiyimiz qəhrəmandır. Ona görə... | ANL |
Teatrda bədii əsərlərin sayı azalıb. Xalq artisti Yaşar Nuri problemdən söz açdı. Müasir Azərbaycan teatrı çoxsaylı problemlərlə üzləşib. Bina, aktyor və səhnə atributları sarıdan çətinlik çəkən teatrlar səhnələşdirmək üçün reallığa cavab verən əsər axtarışına çıxıb. Maddi marağı təmin olunmayan yaradıcı insanlar isə b... | ANL |
İstanbul Opera Festivalında uğurlar. İstanbul-2010 Avropanın mədəniyyət paytaxtı layihəsi çərçivəsində keçirilən Birinci Beynəlxalq İstanbul Opera Festivalı yekunlaşıb. Festivalın bağlanış mərasimi Azərbaycan üçün də əlamətdar olub. Dünya şöhrətli Rossinidən başlayaraq Verdi, Motsart, Hendel kimi klassiklərin əsərləri ... | ANL |
Musiqiçilərimizə "Avaza" festivalında ali mükafat. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə keçirilən və əsas məqsədi yeni istedadların üzə çıxarılması, mədəniyyətlərarası dostluq və yaradıcılıq əlaqələrinin yaradılması olan musiqi bayramında dünyanın və regionun 21 ölkəsinin, o cümlədən Azərb... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.