text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ağrıların, acıların şəxsiyyət. Bizim başqa millətlər arasında uduzmağımızın əsas səbəblərindən biri də öz həmvətənlərimizi başqa millətlər arasında layiqincə təbliğ etməməyimizdir. Ona görə də tarixlər boyu xalqımzın nəinki adi insanları, az-çox xidməti olan həmvətənlərimiz və hətta ən məşhur insanlarımız belə çox vaxt... | ANL |
Öz dəsti-xətti olan sənətkar. Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 70 yaşı tamam olur. Ömrünün müdrik çağını yaşayan və böyük məhsuldarlıqla işləyən Ağalar İdrisoğlu həyatdakı uğurlara özünün istedadı,... | ANL |
Hər birimiz azərbaycanlı. Xaricdəki soydaşlarımız öz milli mənsubiyyətlərini dərk edərək onu qoruyub saxlamağa nail olublar. Xaricdə yaşayan soydaşlarımızın diaspor quruculuğu istiqamətində fəaliyyəti bir neçə mərhələni əhatə edir. Hazırda Azərbaycan diasporunun quruculuğu istiqamətində nələr baş verir və nəticə etibar... | ANL |
Allah sizə rəhmət eləsin, ey əbədiyaşarlar - ulu Mirzə Ələkbər Sabir və ulu Cəlil Məmmədquluzadə. Tamaşaçı çox az dəyirdi gözə. Hamı bir tikə çörək hayındadı. Çörək də qalxıb ceyran belinə, ha qovurlar, çata bilmirlər. Görən, Allah bizim kişiləri niyə belə zəlil günə saldı? Yazıq teatr fədailəri. Cibləri boş, qarınları... | ANL |
Yetmişinci pillə. Tanınmış rejissor, yazıçı və dramaturq, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun 70 yaşı tamam olur. Məndən soruşsalar ki, Ağalar İdrisoğlunu necə bir insan kimi tanıyırsan? Cavab verərəm: - İstedadlı rejissor, nasir və jurnalist, gözəl insan və sədaqətli dost kimi! 2009... | ANL |
Milli birlik diasporumuzun nail. olmaq istədiyi əsas vəzifədir. İspaniyada azərbaycanlıların təşkilatlanma işini qənaətbəxş saymaq olar. Son illər diaspor sahəsində müsbət tendensiya müşahidə edilməkdədir. Xüsusilə, bu sahə ilə məşğul olan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində edilən dəyişiklik qeyd etdiyi... | ANL |
Qapı döyüldü, içəriyə cavan, səliqəli geyinmdə, yaraşıqli bir oğlan daxil oldu. Əlində o zaman dəbdə olan bir diplomat çanta da vardı. Özünü rəsmi qaydada təqdim etdi: - Ağalar İdris oğlu Mehdiyev. Sumqayıt Gənclər Xalq Teatrının bədii rəhbəri və Sumqayıt Dövlət Dram Teatrının aktyoruyam. Gəlmişəm ki, sizin məktəblə ma... | ANL |
Memar Əcəminin müasir. və layiqli davamçısı. Rauf Abdullayev: «Gədəbəyin mənzərəsi mənim əl işlərimi özündə əks etdirir». Tarixən və bu gün də el sənətkarlarına diqqət daim yüksək olub. Bu mənada ölkəmizin abadlaşdırılması, quruculuq işlərinin həyata keçirilməsində peşəkar, ustad sənətkarlarımızın zəhməti inkaredilməzd... | ANL |
Ciddi lobbiçilik fəaliyyətinə ehtiyacımız var. Diaspor amili dövlətçiliyimizin inkişafı və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir. Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur. İndiki tarixi mərhələdə Vətənə məhəbbət hər şeydən əvvəl... | ANL |
Vətəni təmsil etmək çox. məsuliyyətli bir işdir. Adətən söhbətə ənənəvi bir sualla başlayıram. Bəzən sadə, bəzən konkret, bəzən də müsahibin öz tərzinə uyğun olur cavablar. Amma bu dəfə eşitdiyim cavab qeyri-adi, bir az da qəlizliyə yaxın oldu, elə onun bəstələdiyi mahnılar kimi. Tamaşaçı sevir onun mahnılarını, müğənn... | ANL |
Dünya azərbaycanlıları milli. maraqlar ətrafında sıx birləşməlidir. Gənclərin də diaspor hərəkatına önəm verməsi yaxın illərdə Azərbaycan diasporunda ciddi qələbələrdən xəbər verir. Diaspor təşkilatlarının problemlərinin aradan qaldırılması istiqamətində onların fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsinə y... | ANL |
Onun bu mənalı, maraqlı ömrünə, bədii yaradıcılığına, rejissorluğuna, aktyorluğuna və hayatına həsr olunan 200-dən çox məqalə, oçerk, ressenziya işıq üzü görüb. Bütün bu yazılar və şeirlər “Ömür yolları” adlı kitab kimi çapa hazırlanır. İndi isə biz həmin kitabdan oxuculara Ağalar İdrisoğlunun 70 illiyi münasibətilə aş... | ANL |
Səhnəmizin Ağaları. Bir çox ağası olubdur, bilirik səhnəmizin, Ağalar bir dənədir, kimsə küsüb inciməsin! Necə həssas bir insan, bax onun gözlərinə, Qəlbinin sən eşidərsən bir həzin zümzüməsin! "Sağlığında gərək insanlara qiymət verilə", Sevmək üçün və sevilməkçün, ay ellər, tələsin! | ANL |
(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr olunur). Şam kimi əridi sənətdə ömrün, Yüksək pilləsində dayandın səbrin. Səhnəni öz evin, ocağın sandın, Bəzən gecələri uyudun, qaldın. Millətə xidmətdir ən böyük andın, Çəkdiyin zəhmətin göründü hər an, Ömrün uzun olsun ey gözəl insan. Sevdin Allahını, səcdə eylədin, ... | ANL |
Yubileyin mübarək. (Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr edirəm). təbrik edirəm, Ömür gödəlsə də. Sənət gödəlmir. Qalxdığın bu zirvə. ölçüyə gəlmir. Baxıram zəhmətlə. ucalır insan, Sənə töhfə düşür. Sənin gözəl üzün, Xoş təbəssümün. Hər bir oxucuya. Sənət zirvəsinə. bu yüksəlməyin, Hər bir oxucuya. Ötsə də ... | ANL |
Yetmiş nədir ki. (Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna ithaf eləyirəm). Asta-asta ötüb keçən günlərin, Hərəsində bir oylağın qalıbdı. Yetmişinə gəlib çatan illərin, Hərəsində bir növrağın qalıbdı. Bölüşübsən sevincini, qəmini, Ömür adlı gül-çiçəkli zəmini. Dənizlərdə ləpələnən gəmini, Hərəsində bir varlığın qalı... | ANL |
İçindən nur saçan ömür. (Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr edirəm). Uca Tanrının payıdı, İçindən nur saçan ömür. Günəşin əkiz tayıdı, İçindən nur saçan ömür. Dünyanı qərq edər nura, İçindən nur saçan ömür. Sabarlara çıraq tutar, İçindən nur saçan ömür. Min il uzaqdan görünər, İçindən nur saçan ömür. Söz ... | ANL |
Müqtədir sənətkar. XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin inkişafı tarixində müstəsna xidmətləri olan “Əməkdar Mədəniyyət işçisi”, mahir tarzən, pedaqoq, muğam bilicisi Kamil Əlisəttar oğlu Əhmədov 3 aprel 1920-ci ildə Bakıda zərgər ailəsində anadan olmuşdur. Atası onu zərgər görmək istəsə də, balaca Kamilin büt... | ANL |
Onda heç məktəbə də getmirdim. Ölüm xəbərini eşidən kimi atam məni də özü ilə kəndə aparmışdı. Babamın xəstəliyi şiddətlənən vaxtdan anam kəndə gedərək, ona qulluq edirdi. Axı, babamın anamdan başqa övladı yox idi. Mən də elə babamın bircə nəvəsiydim. Anam məni çox istədiyi kimi, babam da məni çox istəyirdi. Anam babam... | ANL |
Son bir neçə ilin əzablarını xatırladı. Kiçicik fiziki hərəkət onda təngənəfəslik yaradırdı. Ona kəskin ürək çatışmazlığı diaqnozu qoyulmuşdu və o, bir ildən çox ona uyğun ola biləcək donor ürəyini gözləməli olmuşdu. Nəhayət, avtomobil qəzasında həyatını itirmiş bir gəncin ürəyi onun orqanizminə tam uyğun gəlmişdi. Gən... | ANL |
Saxta ittihamlarla həbs edilib güllələnən maarifpərvər qadın. Repressiya qurbanları. Mədinə Qiyasbəyli Salahlı kəndində ilk rus qız məktəbinin yaradıcısı kimi adını ilklər sırasına yazmışdır. Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq, jurnalist və ictimai xadim kimi tanınan Mədinə Qiyasbəyli (V... | ANL |
Mənim də sənət taleyimə. Həzi Aslanovu yaşatmaq düşüb. Ramiz Novruz: “Yolda gedərkən kimsə “Həzi Aslanov rolunda oynayan aktyordur” deyəndə sanki dünyanı mənə bağışlayırlar”. Həmsöhbətimiz Akademik Milli Dram Teatrının aktyoru, respublikanın Xalq artisti, “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı, iki dəfə ... | ANL |
Ey sinəsi dağlı Qoca Sədərək. Vətən, torpaq, el deyərək yazdığı bütün şerlərində vətən sevgisi, torpaq sevgisi, cavanlara öyüd nəsihət, böyük-kiçik hörməti, ağsaqqal nəsihəti ilk misralarda yer alardı. Həmişə ən böyük Qələbə öz Qələbəmiz olacaq deyərdi şair Ələsgər. Sədərəklilərin yaddaşında silinməz xatirələri ilə qal... | ANL |
O, bütün gecəni imtahanlara hazırlaşdığından yatağına səhərə yaxın uzanmışdı. Bazar günü olduğundan günortaya qədər yatacağına qərar vermişdi. Amma gördüyü yuxu onu bərk sarsıtmışdı və o üzdən yuxusunu tam ala bilməmişdi. Yatağından qalxmayaraq yerindəcə gördüyü yuxunu düşünürdü. Balaca qızcığazın başına gələn o bədbəx... | ANL |
23 il Nyu- Yorkda yaşadığı dövrdə burada onu təəccübləndirən çox şeylər olmuşdu, amma it dili kursları daha çox təəccübləndirmişdi. O, elanda yazılmış telefona zəng edib soruşmuşdu da, bəlkə, itlərə hansısa təlimlərdən söhbət gedir? Demişdilər ki, təlim kursları deyil, məhz itlərlə danışmağı öyrədirlər. Bu nəhəng şəhər... | ANL |
Payızın sonunda havalar soyusa da, dənizin suyu isti olur. Dənizin bütün yay dövründə günəşdən yığdığı böyük enerjiyə görə dənizətrafı yerləşən ərazilərə qış da gec gəlir. Məhz belə günlərdə çimməyin öz ləzzəti olur. Xəzərin Corat, Novxanı sahilinin bəzi yerlərində hələ özəl çimərliklər qurulmayıb. Məhz belə bir yerdə ... | ANL |
Adam da var ki, bu xalqın baş tacıdı... Adam var ki, sadəcə vəzifə borcunu çoxlu sayda məmurla müqayisədə vicdanla yerinə yetirir, gördüyü işi ürəklə, can-başla həyata keçirir, kimsəyə minnət qoymur. Nə xalqdan, nə də dövlətdən bir umacağı olmur. Üstəlik də haqqında nələr yazılmır ki?! "İnsanlığı, xeyriyyəçiliyi belə, ... | ANL |
Azərbaycan arxeologiya elminin. görkəmli nümayəndəsi-Vəli Baxşəliyev. Azərbaycan tarix elminin inkişafına töhfələr bəxş edən tanınmış arxeoloq alim, professor, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin bu il 65 yaşı tamam olur. O, iyun ayının 5-də Kəngərli rayonunun Böyükdüz kəndində anadan olub. Hazırda isə həmin institu... | ANL |
XANDAN İRƏVAN QALA – ŞƏHƏR YADİGARI. Problemə tarixi zəmində aydınlı gətirmək üçün haqqında söhbət gedəcək "Aza ölkəsi"nin əhalisi, tarixi coğrafiyası və onun B. B. Piotrovskinin "yerli əhali" dediyi sakinlərinin etnomənsubiyyətləri barədə söyləyəcəyimiz qısa fikir Azərbaycan türklərinin Ön Qafqaz tarixi üçün elmi dəyə... | ANL |
XANDAN İRƏVAN QALA – ŞƏHƏR YADİGARI. Erməni tarixçiləri ilk mənbədə iki türk əhalisinin – biainilərin və azalıların tarixini "özününküləşdirmək" üçün açıq saxtakarlığa əl atırlar, "Biaini" ölkə adını "Urartu", qala şəhərin "İrpuni" adını uydurma "Erebuni" namında eybəcərləşdirirlər. Əksinə, erməni arxeoloqlarının "Ereb... | ANL |
Allah qüvvət versin! Qələbə sənindir, müzəffər ordum! Düşmən torpağımda batıb günaha. Sənin arxandadır vətəndə hər kəs, Düşmən namərd düşmən, əhədini kəs! Vətən tapdanıbdı, əzmin müqəddəs. Sənə qoşulacaq hər nəfər, ordum! Bəlamız - iblisdən dolaşıq hiylə, Düşmən imkan gəzir, qudursun hələ. Qoyma qəddimizi qırsın bu na... | ANL |
Milli-mənəvi dəyərlər millətin müqəddəs, toxunulmaz xəzinəsidir. "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir". Ümummilli lider Heydər Əliyev. Bu gün adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik... | ANL |
Xəstələrin ümid qapısı: “Bilgəh” Kardioloji Sanatoriyası. Muxtar Əhmədov: “Biz tibb işçilərinin borcudur ki, həm döyüşən ordumuzun, həm də arxa cəbhədəki insanlarımızın sağlamlığının qorunmasına çalışaq”. Azərbaycanda xəstələrin daha çox müraciət etdiyi müalicə mərkəzlərindən biri də “Bilgəh” Kardioloji Sanator... | ANL |
Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol. qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim xalqın da Milli Dirçəliş Günü onun özünü təsdiqi idi. XX əsr xalqımızın yaddaşınd... | ANL |
Kəndimizin könüllü şəhidi. Biz dövlət olaraq da, millət olaraq da artıq birmənalı şəkildə qalibik. Bu zəfərin əldə edilməsində fədakarlıq edən hər kəsə minnətdaram. Xüsusilə, döyüşçülərimizə, döyüşüb şəhid olan və ya yaralanan igidlərimizə! Vətənimizin bütövlüyü uğrunda apardığımız haqq savaşında kəndimiz üç ... | ANL |
Tarix yazan igid qəhrəmanlarımız. II Qarabağ savaşı xalqımızın ürəyinə su səpdi, bütün xalqlar arasında başımızı dik tutmağa, məğrur dayanmağımıza zəmin yaratdı. Təbii ki, xoş günləri, tarixi hadisəni bizlərə yaşadan ilk növbədə qəhrəman əsgərlərimiz oldu. Belə qəhrəmanlarımızdan biri də Babayev İqbal Zəki oğlud... | ANL |
Tanrı sizi qorusun, Azərbaycan əsgəri! Kəndimizin Şuşa uğrunda yaralanan qazisi. Vətənimizin işğalçı ermənilərdən azad edilməsi uğrunda rəşadətlə vuruşub, xüsusi sücaət göstərərək Şuşa döyüşlərində ağır yaralanan igidlərimizdən biri də həmkəndlim Şəmsidir. Orta məktəbi eyni məktəbdə oxumuşuq – öz doğma kəndimizdə.... | ANL |
Televiziyanı cavabsız məhəbbətlə sevən həmkarımız. Bəzən gözləmədiyimiz hadisələrə tabe olmaq məcburiyyətindəyik. Bu da yaşadığımız həyatın bir qanunudu. Sizlərə təqdim etdiyimiz və maraqla qarşılanan “Həmkar” rubrikasınin ilk buraxılışından sonra bir müddət görüşə bilmədik. Səbəblərə toxunmayaq, qoy elə özlüyün... | ANL |
Şəhid Fariz Həsənovun həyat yoldaşının xatirələrindən... (Elegiya). Qəndqabıdan iki şokolad götürüb "uşaqlara verərəm, çay içərlər" dedi ...Başımı qucaqlayıb öpdü. Hər gecə yuxuma gəlir. Biz çox əziyyətli günlər yaşamışıq. Həmişə deyirdi mən səngərdə böyümüşəm, mənim valideynim torpaqdır. Biz 8 illik evliliyimizin 6 i... | ANL |
Əsrlər boyu xalqımızı qoruyan bizim ənənələrimiz olub. Milli mədəniyyətimizin formalaşmasında əsas amil tarix boyu bir-birimizə. göstərmiş olduğumuz sevgi, səbr, şəfqətdir. Hər bir xalqın qarşısında əsrlər, minilliklər boyu formalaşmış yüksək milli-mənəvi dəyərlərini, milli məfkurəsini pak və sağlam niyyətlərlə qoruy... | ANL |
Ən uca zirvə Şəhidlik zirvəsidir. 1988-ci illərdə Dağlıq Qarabağda yaşayan erməni əhalisi Ermənistandan və Livandan gəlmiş terrorçuların təhrikiylə Xankəndində mitinqlər keçirdir və Qarabağın mərkəzi olan dağlıq hissəsini qopardaraq Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Keçmiş Sovetlər birliyinin baş... | ANL |
Səbrimiz aşıb-daşıb, Hücumdadır igidlər. Bizi saxlamaz yetən. Tarix şans verib bizə, İndi sınaq vaxtıdır. Üfüqdən doğan günəş. Millətimin baxtıdır. Döyüşlərə girmişik. Ləyaqətli, şərəfli. Üstünə çökə bilməz. Canımızdan əzizdir. Torpağında hər tikə. Şəhid qamətlərindən. Sərhədlər çəkə-çəkə. Yenidən olur məskən, Gəliri... | ANL |
Biz haqq savaşındayıq. Müstəqillik tariximizdə son günlərdə yaşadığımız zəfər sevincləri kimi xoş anlarımızın şahidi olaraq özümü hədsiz dərəcə şanslı bir vətəndaş olaraq görürəm. Uzun illərdir həsrətini çəkdiyimiz Qarabağ torpaqlarının düşmən işğalından gündən-günə təmizlənməsi, azad edilməsi hər bir Azərbay... | ANL |
Qarabağım azadlığa qovuşur. An içində sən dəyişdin dünyamı, Qarabağım azadlığa qovuşur. Mərd oğullar haray salıb çöllərə, Bayrağımız Murovdağda ucalır. Alınıbdır bu günlərdə Ağdərə, İnanın ki, qələbəyə az qalır. İgid qanı qarışmasa torpağa, Qələbədən danışmağa dəyərmi?!. Lüzum yoxdur ermənidən qorxmağa, Türk oğlu da dü... | ANL |
Şikar Məstəlidən iki şeir. Şərqşünas-fars dili tərcüməçisidir. İranda-Əfqanıstanda tərcüməçi işləyib. Bir neçə şeir kitabının, elmi tərcümələrin və fars klassik ədəbiyyatından tərcümə etdiyi yazıların müəllifidir. Azərbaycan Dövlət Televiziyasında maraqlı yazıları gedib. İran bədi filmlərindən etdiyi tərcümələr bö... | ANL |
- deyən vətənpərvər şair Vaqif İbrahimin bugünlər 75 illik yubileyidir. Azərbaycanın unudulmaz şairi, M.Qorki adına Beynəlxalq mükafat laureatı, Respublika Ədəbi Birliyinin yaradıcısı Vaqif İbrahim bütün varlığı ilə vətənpərvər, yurdsevər şair idi. Onun hələ ötən əsrin 70-ci illərində yazdığı şeirlərdə Vətənə, x... | ANL |
Çox dəyərli alim, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun və Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist, publisist Ağalar İdrisoğlunun məsləhəti və təklifi ilə 2020-ci ilin iyun ayında “Azad Azərbaycan”, “Təzadlar” qəzetlərində və çoxli internet saytlarında dərc olunan və indiyə kimi Azər... | ANL |
Üzü gülür xalqımın - gözlərində iftixar, Səhərləri günəşli, gecəsi nur ölkəmin. Ucal xalqınla birgə, ucal, mənim rəhbərim! Sənin arxanca gedən ilhamlı gənclərin var, Yaşa xalqınla birgə, var ol, mənim rəhbərim! Ucal xalqınla birgə, ucal, mənim rəhbərim! Səninlə Qarabağda biz görüşək, rəhbərim! Çox ali kürsülərdən ucal... | ANL |
Musiqi dünyamız. Koronavirusun dünyada tüğyan etdiyi 2020-ci ilin mart ayının son günlərini yaşayırdıq. Ölkəmizə bahar gəlmişdi. Meyvə ağacları çiçəklənmiş, təbiət oyanmış, qaranquşlar öz köhnə yuvalarına qayıtmışdılar. Arabir bülbüllərin yanıqlı səsləri eşidilirdi, ancaq onların səslərində şaqraqlıq çatışmırdı. ... | ANL |
Şanlı Vətənin qəhrəman övladı: Dövlətçilik tariximizin mahir təbliğatçısı olan Əhməd Cavad. Anlatayım nəsiyəm: Mən çeynənən bu ölkənin. Haqq-bağıran səsiyəm. Əhməd Cavad. Qasırğalar gələndə təkcə güllər, çiçəklər sınıb tökülmür. Həm də qollu-budaqlı ağaclar parçalanır, yarılır, yıxılır. Amma təbiətin də öz qanuna... | ANL |
Xaraba Gilan arxeoloji ekspedisiyasının uğurlu nəticələri. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının cari ildəki nəticələrinə həsr olunan tədbir keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev muxtar r... | ANL |
Dərəşam: oğuz-türk məzarlığı": Professor Əjdər Tağıoğlunun növbəti elmı əsəri çapdan çıxıb. Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “... | ANL |
Vaxtdan yüksəkdə dayanan elm adamı: Rəfael Hüseynov. Dünyada hərənin özünə görə bir yolu və bu yolun enişi-yoxuşu, sevinci-kədəri, acısı-şirini olur. İnsanlar bir-birinə bənzəmədiyi kimi onların tale yolları da bənzərsiz olur. Hərə öz ulduzunun işığına düşür, baş alıb gedir, sonu görünməyən, vaxtı bilinməyən həya... | ANL |
Bizim haqlı müharibəmiz: Bu gün hər bir yazar, qələmi ilə bir əsgərdir. Bu gün ölkəmizlə işğalçılıq müharibəsi aparan və hər cür şərəfsizliyə, hər cür alçaqlığa yol verən erməni faşistləri dinc əhalini top və uzaqvuran raket atəşinə tutaraq vandalizmə yol verməklə beynəlxalq ictimaiyyət arasında nüfuzdan düşmüşdür. La... | ANL |
Allah qüvvət versin! Qələbə sənindir, müzəffər ordum! Düşmən torpağımda batıb günaha. Sənin arxandadır vətəndə hər kəs, Düşmən namərd düşmən, əhədini kəs! Vətən tapdanıbdı, əzmin müqəddəs. Qoyma qəddimizi qırsın bu nalə. Vətəninə sevgisi saf, ər ordum. Qorxma, səninlədir haqqın qüdrəti. Qələbən qəlblərə bir cövhər,... | ANL |
Turan ellərinin bütövlüyünü arzulayan sənətkar. Namiq Dəlidağlı: “Heyif ki, xatirələri təzədən yaşamaq olmur. Elə xatirə olaraq xatırlanır”. Həmsöhbətim söz adamıdı. Həm də çörəyi sözdən çıxır, jurnalistikayla məşğuldu. Bu il yubileyim olduğu üçün ənənəni pozdum. Sənəddə göstərilən tarixdə yubileyim olacaq”. Beləl... | ANL |
O, Şuşanı yenidən görmək istəyirdi. Taleyin hökmünə bax. Noyabr ayının əvvəlində Kərbəlayi Nadirlə dostluğumuzun 50 illiyini qeyd edəcəydik. Mat qalmışam. Şok vəziyyətindəyəm. Dostlar var ki, dərman kmidir sənə pis olanda axtarırsan. Dostlar var ki, xəstəlik kimidir, onlara pis olanda səni axtarırlar. Onlarsız yaşa... | ANL |
Sən mənim evimin ruh memarı idin. Yaman qəribsəmişəm Səninçün ata. Mənim dəyərlim. Uca Allahın mənim ömür payıma bəxş etdiyi bir möcüzə, misli bərabəri olmayan ən böyük hədiyyəm idin sən. Mən Səninlə mükəmməl bir həyat itirmişəm. Özün biləsən bunu. Sənsiz elə bil hər şey yarımçıq qalıb. Hətta yaşadığım ömür belə sənsiz... | ANL |
Ədəbiyyatımızın böyük fədaisi: Xalq yazıçısı Mirzə İbrahimov. Ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə tariximizdə xüsusi yeri olan görkəmli ədib Mirzə İbrahimov XX əsrin 30-cu illərindən başlayaraq ömrünün sonunadək Azərbaycanın mədəni və ideoloji siyasi həyatında silin... | ANL |
Haqsızın qələbəsi təslim olmaqdır. Müharibə dəhşətdir, qandır, ölümdür, dağıntıdır və itkisiz olmur. İnsan tələfatı yoxdursa, sözün həqiqi mənasında müharibə də yoxdur. Bunu ağlı kəsən hər bəşər övladı anlayır. Belə olmasaydı bəşəriyyət ömrü boyu müharibəyə qarşı mübarizə aparmazdı. Yalnız arabir səngiyir. Səbəb?... | ANL |
abidələri işğal altındadır. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev deyib. Erməni vandalları tərəfindən Naxçıvan Muxtar Respublika... | ANL |
Zəngilanın igid övladlarının ruhları şaddır. Təcavüzkar hərəkatın əsas ideyası Dağlıq Qarabağı Ermənistana birləşdirmək, Ermənistan və Qarabağda yaşayan azərbaycanlıları bu ərazilərdən çıxartmaq idi. Mixail Sergeyeviç Qorbaçov 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçildi... | ANL |
Əbədi ölməzlik zirvəsinə yüksələn şəhidimiz: Kapitan Emin Mahmudov. İkinci Qarabağ müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıqla düşmənə layiq olduğu cavabı döyüş meydanında verməkdədir. Xalqımız da yüksək peşəkarlıq qabiliyyətinə malik vətənpərvər, ... | ANL |
Yazıçı-publisist Hacı Ağəddin Mansurzadənin 80 illik yubileyidir. Sanki dünənə kimi bizimlə idi, yorulmadan yazıb-yaradırdı. Çox məhsuldar işləyirdi (20-dən artıq kitabı nəşr edilib), onun hər məqaləsi, oçerki oxucular və həmkarları tərəfindən ədəbi hadisə kimi qarşılanırdı. O, Mirzə İbrahimov, Rəsul Rza, Bəxtiyar Vaha... | ANL |
Tarixin ağır günahkar illəri ilə üz-üzə gələn Bəhlul Əfəndi Bəhcət. Novruz bayramına düz bir həftə qalıb. Və xalq adından güllələnir. Həmin gün məhkəmə kürsüsündə daha bir əqidə, məslək mübarizi əyləşdirilir. Salonda sanki ölüm abı-havası hökm sürür. Haqsızlıq, böhtan ayaq tutub həqiqəti susdurur. Dövrünün mütərəqqi zi... | ANL |
Fenomenal ədib: Qəzənfər Paşayev. Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşğun üfüqləri isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı, ulduzları, öz güllü-çiçəkli yazları, vaxtlı-vaxtsız saralıb solan payızları, əsrarəngi... | ANL |
Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşir. Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq. bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli adət-ənənələrimiz tarixən xalqın ruhunu, estetik duyumunu və sənətkarlıq məharətini özündə yaşadıb. Buna görə də cəmiyyətdə milli adət və ənənələr... | ANL |
Tarixdə özünə qəhrəmanlıq səhifəsi yazmış Azərbaycan qadınlarının əksi bu günümüzə də təcəssüm edilmişdir. Qadınlıq ilahi qüvvə, ulu varlıq, alilik, adilik, yaradan, yaşadan, qoruyan varlıqdır. Qadın eyni zamanda “bəşərə zinnət, insanlığa şöhrətdir, ucalıq, ülvilik timsalıdır. Gözlərə işıq, qəlblərə yaraşıqdır. Bu gün ... | ANL |
Sabirin gördüyü göy qurşaqları. (Aktyor haqqında düşüncələrim). İlk dəfə olaraq gözünü açıb sirlərlə dolu ətrafına baxanda, təbii ki, ilk baxışdan bir şeyi anlamır, lakin illər keçəndən sonra, bəlkə də, uşaqlıq çağlarından başlayaraq sehirli dünya, öncə doğulduğu ata evinın, doğma kəndinin tozlu-torpaqlı küçələrinin in... | ANL |
Şair bir torpaqdır: Fatimə Əlihüseyn dünyası. Bir müddət idi ki, maraqlı şairə, istedadlı jurnalist və yüksək peşəkar aparıcı, bədii qiraətçi olan Fatimə Əlihüseynlə müsahibə aparmağı planlaşdırırdım. Budur, biz onunla qarşı-qarşıya oturub, Fatimə xanımın keçdiyi həyat yoluna və yaradıcılığına birlikdə işıq salırıq. Çü... | ANL |
Bazarın köhnə şeylər satılan yerinin yanından keçərkən piştaxtanın üzərinə düzülmüş qol saatlarından biri nəzərimi cəlb etdi. Piştaxtaya yaxınlaşıb saata diqqətlə baxdım.Mənin çox illər bundan qabaq itirdiyim saata çox oxşayırdı. İtirməmişdim, onu oğurlamışdılar. Küləkli gün olsa da, çimərliyə getmişdim. Adamlar az idi... | ANL |
Qorbaçovun üzərində əbədilik qalacaq ləkə: SSRİ-nin sonunu gətirən “Aşkarlıq” və “Yenidənqurma. 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarında göstərilir ki, “İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını ... | ANL |
Diaspor hərəkatı məntiqi davamlılıqla genişlənməkdədir. Azərbaycan diasporunun uğurlu fəaliyyəti təsədüfi deyil, ciddi və mədsədyönlü siyasətin nəticəsidir. Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunandan sonra qurumun fəaliyyətində bir canlanma müşahidə olunmaqdadır. Elə komitə sədri Fuad Muradov d... | ANL |
Duyğulu və həzin mahnılar müəllifi: Elza İbrahimova. Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. Bu mahnılar bizləri mənən formalaşdırıb, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin m... | ANL |
İntiqam Babayev: Könüllülük hərəkatının daha geniş vüsət alması gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edəcək. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə “Könüllülər ili” elan olunan 2020-ci ildə görüləcək işlər, n... | ANL |
Odlar yurdu Azərbaycanımızın qədim və ayrılmaz bir hissəsi olan Naxçıvanı “Şərqin qapısı” adlandırırlar. Mövcudluğu dövründən bu diyar dünya sivilizasiyasının aparıcı mərkəzlərindən biri olmuş, bəşər mədəniyyətinin, həmçinin qədim Şərqin mədəni ocaqları sırasında durmuşdur. Tarixin səhifələrini vərəqlədikcə görürük... | ANL |
Məktəbin yanından keçib evə doğru gəlirdim ki, balaca bir oğlan uşağının ağaca söykənərək ağlamağı diqqətimi çəkdi. Əynində ağ köynək, qara şalvar, əlində məktəbli çantası tutan bu balaca oğlanın yanından etinasız ötə bilmədim. Ona yaxınlaşıb, başını sığallayaraq, niyə ağladığını soruşdum. Uşaq buna bənd imiş ... | ANL |
İstedadlı gənc şairənin yaradıcılığına qısa baxış. Qısa tanıtma: Sevinc Qərib Laçın şəhərində doğulub. Orta məktəb illərindən şeir yazmağa başlayıb. 1992-ci ildən məlum işğal hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb. Yeniyetmə yaşlarından məcburi köçkün həyatı yaşayan, yurd acısı çək... | ANL |
Şəhidliyin uca zirvəsində dayanan dağ vüqarlı igid: Orxan Dənziyev. Vətənini ürəkdən sevən, çəkinmədən onun yolunda şirin canından keçən mərd oğullardan biri də Orxan Mübariz oğlu Dənziyevdir. Lerik rayonu, Laman kəndindən olan bu dağ vüqarlı igid ulu yurd yerimiz Qarabağ uğrunda gedən haqq savaşımızda şəhid olanda ... | ANL |
Milli-mənəvi dəyərlər insanı təkamülə aparan davranış qaydalarıdır. Zəngin dünyəvi irsə malik milli-mənəvi dəyərlərimiz Azərbaycanın tarixi sərvətidir. Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan fərqli dəyərlərin mövcud olduğu bir dövlətdir. Azərbaycan Şərqin ... | ANL |
O, sabahı dünəndən görən sənətkarlardan idi. Yaradıcılığı ilə keçmişi gələcəyə qovuşdurmaq yazıçıdan istedadla yanaşı, həm də öz tarixinin bilicisi olmağı tələb edir. Bu yolda Kərimzadə qələmi ilə özünü təsdiq elədi. Onun romanlarının hər biri tariximizin, soyumuzun yaddaş salnaməsidir. “F.Kərimzadə (Respublika... | ANL |
Bilirdim ki, hamı məni tanıyacaq. Hər dəfə teatrdan söz düşəndə, Stanislavskinin kəlama çevrilən deyimini xatırlayıram: “Teatr asılqandan başlayır”. Və hər dəfə teatra gedəndə tamaşadan əvvəl asılqanın ətrafında gəzişən insanları görərkən, bu fikrin həqiqiliyinin şahidi oluram. Etiraf edim ki, teatra çox vurğunam ... | ANL |
Ömrünü qurub-yaratmağa həsr edən nüfuzlu inşaatçı. Bu gün respublikanın tanınmış inşaatçılarından olan Əməkdar mühəndis. Taleyi həmişə üzünə gülüb. Ancaq bütünlükdə ömür yolları heç də tam hamar olmayıb. Çətinlikləri, problemləri də, istəməyənləri, işinə pəl vurmağa çalışanlar da olub. Əvvəllər tikinti idarəsi... | ANL |
Milli dəyərlərimizin xalqımızın formalaşmasına təsiri böyükdür. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə. güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Hər bir xalqın milli simasının formalaşmasında, onun milli kimliyinin meyar ölçüsünün müəyyənləşməsində məskunlaşdığı tarixi-coğr... | ANL |
Qeyrətdən doğulan Vətən sevgisi. Ramil çağırış vərəqəsini alanda başqa həmyaşıdları kimi təmkinini pozmadı. Ürəyində intiqam, üzündə qürur hissi vardı. Azğın düşmən təxribatları, dinc sakinlərin snayper güllələri nəticəsində həyatını itirmələri nə vaxta qədər cavabsız qalacaq? Ramil hələ 9 yaşında olanda birin... | ANL |
Vətəni üçün gərəkli bir ömür yaşamış qəhrəman: Şəhid Kənan Hacıyev. Vətən müharibəsinə qeyrətli cəngavər oğullar silaha sarılıb 30 il Azərbaycan torpaqlarını işğal edən erməni faşistlərinə öz yerini göstərmək üçün gedəndə 18 yaşlı Kənan İmran oğlu Hacıyev də onların sırasında idi. Odun-alovun içinə köksündə Vətən... | ANL |
Hünəri dillərdən düşməyən qəhrəman: Zaur Hüseynov. Zaur Vaqif oğlu Hüseynovun adı Masallı camaatının dilindən düşmür. Bu, ər igid Vətən müharibəsində torpaq naminə döyüş meydanında göstərdiyi hünərlə millətin şərəfini uca tutaraq şəhid olub. Beləcə, Zaur gəldiyi işıqlı dünyada 25 il yaşasa da, layiqli bir övlad olara... | ANL |
Milli Televiziyamızın bu günü. İstər Ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə kütləvi informasiya vasitələrinə diqqət və qayğının nəticəsi göz önündədir. Orijinal ekran, efir ənənələri olan Azərbaycan Televiziyası da həmin sıradan kənarda qalmayıb. Milli televiz... | ANL |
Vətəni canından əziz bilən qəhrəman Tarzan. 44 gün çəkən, tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda vuruşub canlarını fəda edən igidlər sırasında Tarzan Qəhrəman oğlu Həşimovun adı da böyük iftixarla çəkilir. 1989-cu ildə dağlar diyarı Lerik rayonunun Bibihoni kəndində düny... | ANL |
Azərbaycan və dünya poeziyasının qiymətli incisi: Nizami Gəncəvi. Bu meydanda sanma asandır durmaq, Nizamilə pəncə-pəncəyə vurmaq. Nizamiyə pəncə uzatsa hər kəs, Qırılar pəncəsi, murada yetməz. Şir pəncəsi gərək şirlə edə cəng. Nizami bir fildir, yox bərabəri, Söz incisi ondan aldı dəyəri. Dünya mədəniyyət tarixinin zə... | ANL |
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Abay Kunanbayevə həsr olunmuş xüsusi buraxılış çap olunub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının qazax yazılı ədəbiyyatının görkəmli nümayəndəsi Abay Kunanbayevə həsr edilən xüsusi buraxılışı çap ol... | ANL |
“Bulaq”ın qızıl səsli aparıcısı. Azərbaycan radiosunda “Bulaq” verilişini dinləmiş hər kəs Məhluqə Sadıqovanı yaxşı xatırlayır. “Bulaq” verilişinin qızıl səsli aparıcısı teatrda da yaddaqalan obrazlar canlandırıb - Pəri, Yaxşı, Gülüş, Turac, Sona… saymaqla bitməyən xarakterik rollar. Dünən Xalq artisti, görkəmli ak... | ANL |
Araz qırağından Xəzər dənizinədək yaşanan ömür. Kamran İmranoğlu haqqında kövrək xatirələr. O vaxtı ömrümüzün bahar çağı idi. Oğuz yurdu Şərur mahalının təbiəti nə qədər al-əlvan, gözoxşayan, qəlb ovsunlayan olubdursa, adamlarının da sinələri söz boxçalı, duyğuları şeiriyyətli, söhbətləri cəlbedici olubdur. Təbi... | ANL |
Adına və andına sadiq qalan Şəhid. Vətən müharibəsində düşmən üzərində qazanılan qələbənin sevincini xalqımız hələ uzun illər yaşayacaqdır. Vətənin müdafiəsinə qalxmış oğullar bu ölüm-dirim savaşında canlarından keçdilər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlərimiz də oldu. Yurdumuzun azadlığı uğr... | ANL |
mənim səadətim o ocaqdadı. Həmid Araslını mən orda gördüm, Şəfaət Mehdiyev süfrə başında, Şıxəli Qurbanov cavan yaşında. Köynəyin üstündən qayış kəməri, sözdən doğulmuşdu söz peyğəmbəri. o evdə həmişə təriflənərdi. Elmira, Ədibə şux bacıdılar. Biri o birindən daha mehriban. Onda Moskvanın tələbəsiydi. Onda yadımdadı, ... | ANL |
Görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevanın dövlətimiz, xalqımız qarşısında xidmətləri əvəzsiz olmuşdur. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. Elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-... | ANL |
Dünya şöhrətli filosof şair, bütün elmlərin mahir bilicisi, bənzərsiz düha Nizami Gəncəvi haqqında cild-cild kitablar yazılmış, elmi məqalələr çap olunmuş, şərəfinə qiymətli fikirlər söylənmişdir. Hindistanın türk əsilli şairi N.Gəncəvinin xələfi Ə.X.Dəhləvi şairin yaradıcılığını belə qiymətləndirir: Nizami hər sö... | ANL |
Şəhadəti ölüm bilməyən Niyamin Niftalızadə. Vətən Müharibəsinin zəfər dastanını yazan igidlərimizdən biri də 23 yaşlı Niyamin olub. Özündən iki yaş böyük bacısının yeganə qardaşı olan Niftalızadə Niyamin Xaliq oğlu 15 yanvar 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Nursu kəndində doğulub. Şəhidimizin m... | ANL |
Öz elimin, yurd-yuvamın qızıyam. Bu ilin aprel ayında dəvət aldığım bir ədəbi məclisdə əlimə bir kitab keçdi. “Mənim tale yolum” adlanan kitabın üz qabığında əsl azərbaycanlı bir xanımın baxışları ilə rastlaşdım. İstənilən kitaba mündəricatdan boylanmaq kimi bir adətim var. Bu dəfə də adətimə uyğun kitaba baxarkə... | ANL |
“Hardasa o uzaqlarda”nın cazibəsində. Yel qanadlı duyğuların, düşüncələrin cilovunu yığıb ram etmək istəyə, planlaşmaya baxmır çox vaxt. Amma bir də ulduz işığı salan cazibəli hədəfi olur ruhun. Sonda ürəyinin ehtiyac duyduğu o cazibənin mənbəyinə yetişərsən - istəyinə əminsənsə. Nə zamandır bir ulduz parıltısı ilə öz... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.