text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Vətənə sevdalanan qəhrəman: Elşən Sultanlı. Şanlı zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində hünəri ilə tarix yazan qəhrəman Vətən oğulları çox oldu. Onlardan biri Yardımlı rayonunun Teşkan kəndində dünyaya göz açmış Elşən Nazim oğlu Sultanlıdır. Torpaq naminə haqq savaşımız başlananda Elşən ömrünün on səkkizi... | ANL |
Arzuları yarımçıq qalan igid: Ramin İbadlı. Torpaq insanın alın təri ilə yoğrulduqca qiymətlənir, şəhidlərin qanı ilə suvarıldıqca müqəddəsləşir. Bu torpaqları öz qanı ilə müqəddəsləşdirən belə igid oğullardan biri də Beyləqan rayon İkinci Aşıqlı kəndində zəhmətkeş bir ailədə doğulmuş İbadlı Ramin Qubad oğludur. Böyü... | ANL |
Ölümsüz qəhrəmanlar: Şəhid Gündüz Əliyev. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnənlərin ömür yolu qısa da olsa, şərəfli və örnək sayılır. Hamının sevimlisi olan Gündüz verilən tapşırıqları vaxtında yerinə yetirdiyi üçün dəfələrlə komandanlıq tərəfindən qiymətləndirilib. Xidməti dövründə özunə... | ANL |
Kamranın Vətən sevgisi ilahi sevgi idi. Vətənə məhəbbət, torpağa bağlılıq lap uşaq yaşlarında Kamran Ceyhun oğlu Səmədovun qəlbində özünə yer etmişdi. Elə bu saf və ülvi dəyərlərlə müstəqil həyata qədəm qoyan Kamran yalnız nəcib, xeyirxah əməllərə can atır və nə edirsə onu insanların xoşbəxt yaşayışına yönəldir. Məh... | ANL |
Bu yaxınlarda Sumqayıt şəhərindəki 9-cu mikrorayonda yerləşən bir poçt idarəsinə getmişdim. Elə idarənin içərisinə təzə daxil olmuşdum ki, poçtun müdiri, dostumuz, dəyərli nasir Arif Ərşada rast gəldim. Arif müəllim məni görən kimi özü yaxınlaşdı, hal-əhval elədi. Bir az onunla həmsöhbət olduq. Söhbət əsnasındı həmkar... | ANL |
Akademik Arif Paşayevin Milli Aviasiya. Akademiyasının təşəkkül tapmasında müstəsna rolu. Azərbaycan tarixi silsiləsindən. Məqalə Azərbaycanın görkəmli alimi, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin həyat və yaradıcılığına həsr olunub. Məqsəd, Akademik Arif Paşayevin çağdaş dö... | ANL |
məzar daşıma vurarsınız”. 44 günlük Vətən müharibəsində Aşağı oba kəndinin ilk şəhidi. Dünyaya göz açan hər körpəyə Uca Tanrı müxtəlif tale bəxş edir, fərqli istedad və qabiliyyətlə yaradır. Yaşının az və çox olmasından asılı olmayaraq bəziləri sakit bir ömür sürməklə Haqq dünyasına qovuşur və həyatda heç bir iz... | ANL |
HAVZAVA TOPONİMİ. Havzava Lənkəran rayonunda kənd adıdır. Lənkəran şəhərindən 15 km şimal-qərbdə, Talış dağlarının ətəyində yerləşir. Havzava talış dilində Havziəvə adlanır. Havzava Havziəvənin Azərbaycan dilinə transliterasiyasıdır. Kəndin adı bəzən yanlış olaraq Havzova, Havzavu kimi də yazılır. Azərbaycan Res... | ANL |
Eşidəndə ki, Qubad mənim doğulduğum və boya-başa çatdığım, canımdan çox sevdiyim Ağdamın hərbi hissəsinin əsgəri olub və mənim doğma yurdumu, Qarabağı erməni gavurlarından azad edərkən şəhid olub, bir ana kimi göz yaşlarımı saxlaya bilmədim. Bu bala qartala sevgim çox artdı. Sumqayıt şəhər 1 nömrəli Peşə Liseyində... | ANL |
Müzəffər bu gün yuxudan erkən qalxmışdı. Tövlənin qapısını açıb, qoyun-quzunu çölə çıxartdı. Qoyunlarını qarşıdan gələn kəndin nobat sürüsünə qatıb geri döndü. Həyətin ortasındakı su krantını açıb əl-üzünü yuduqdan sonra tut ağaçının altında açılmış süfrəyə əyləşdi. Xanımının nazik yuxa arasına qoyduğu yumurta ... | ANL |
Soltanağa Talıbzadənin. qəhrəmanlıq dastanı. 44 günlük Vətən Müharibəsi zamanı könüllü hərbi xidmətə gedərək qəhrəmanlıq göstərən, xeyli sayda düşməni məhv edən, alnı acıq, üzü ağ el-obasına qayıdan Soltanağa Fəxrəddin oğlu Talıbzadəyə həsr edilir. İnsanlıq dərsidir vətəni sevmək, Vətənin yolunda hər cövrə dözmək.... | ANL |
Milli-mənəvi dəyərlərimiz. kimliyimizi təsdiqləyən vəsiqəmizdir. Xalqların kimliyinin formalaşmasında milli-mənəvi dəyərlər müstəsna rola malikdir. Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılması hər zaman dövlət səviyyəsində prioritet vəzifələrdən olub. Sağlam cəmiyyətin formalaşdırılmasında, milli dəy... | ANL |
Qarabağın salnaməsinə. Haqq qalib gəldi, torpaqlarımıza uzanan xain əllər kəsildi. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qorxmadan düşmən üzərinə şığıyan igid əsgərlərimizin əzmkarlığı, fədakarlığı ilə qazanılan Böyük Qələbədə Famil Əlizadə... | ANL |
Onların arzuları yarımçıq qalmadı…. Şəhid əsgər Murad Nefesov. Həmin ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində, “N” saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirib. Azərbaycan Ordusunun əsgəri Murad Nefesov 27 sentyabr 2020-ci ... | ANL |
Bu nəğməm sənədir, doğma Naxçıvan! “Naxçıvan… Azərbaycanın cənubuna bitişik, şimalından yad nəfəsiylə ayrılmış qədim, ulu Vətən torpağı! Dadlı-duzlu, bərəkətli, cövhərli torpaq! Ulu tarixi abidələrin, böyük sənətkar, alim övladların - güvənclərin öz yerində! Sənin yenə də ümidin - Vətən eşqini bayraq-bayraq başı üs... | ANL |
İslamda intihar ən böyük günahlardan biri sayılır. Psixoloq: «Özlərini asanların boyun nahiyəsinə baxanda çırmaq izləri görunür, bu, o deməkdir ki, peşman olur, amma özünü qurtara bilmir». İki gün öncə Ağcabədi Pedaqoji Kollecində təhsil alan tələbənin intihar etməsi xəbəri yenə ildırım sürəti ilə sosal şəbəkələrdə yay... | ANL |
Ölümsüz qəhrəmanlar... Şəhid əsgər Mehrab Niftəliyev. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrun... | ANL |
Akademik İsa Həbibbəylidən ədəbiyyatşünaslıq elminə yeni dəyərli töhfə. İsa Həbibbəylinin yeni monoqrafiyası (Ədəbiyyatımızda ortaq zaman mövqeyində yaranmış yazılı qəhrəmanlıq eposu və Qorqud şəxsiyyətinə əhatəli elmi baxış, yaxud “Kitabi-Dədə Qorqud” yazılı epos və ya epopeya” monoqrafiyası) haqqında qeydlər. D... | ANL |
Milli-mənəvi dəyərlər xalqımızın kimlik vəsiqəsidir. İnsanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan onun. mənsub olduğu xalqın milli-mənəvi dəyərləridir. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında hər zaman mövcud olub. Bizi digər xalqlardan fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniy... | ANL |
Birimiz “Xoruz” deyib dalınca qaçmışıq, birimiz “Keçi” deyib buynuzlarından yapışmaq üçün onu qovmuşuq. Həccə gedən tülküyə sadəlövhcəsinə inanmışıq, saçı uzun suray xanımı su çuxurundan çıxarmağa tələsmişik. Bəhs edən ağaclara diqqətlə qulaq asmışıq, gözəl gül deyib öyünən qərənfili dərib döşümüzə taxmışıq. Az... | ANL |
Şahzadə Əbulqasım türbəsi. Lerik rayonunun dini-tarixi abidələrindən biri Şahzadə Əbulqasım türbəsidir. Türbə rayon mərkəzindən 18 km aralıda, Rvarud kəndi ərazisində, qəbirstanlıqda yerləşir. Ziyarətgah adından da göründüyü kimi Əbulqasım adlı şəxsin adı ilə bağlıdır. Sual olunur, görəsən Əbulqasım kimdir və qəbri niy... | ANL |
Qələm olmasa, gecələrim səhəri açmaz. Özündən razılıq kimi səslənməsin, dəfələrlə insanların ilk görüşdən mənimlə çoxdanın tanışı kimi ünsiyyət qurmasının şahidi olmuşam, hətta dərdini bölüşəcək qədər. Əvvəllər mənə təəccüblü gələn bu hal, sonralar adiləşdi, çünki artıq adətkərdə olmuşam. Bugünkü müsahib həmka... | ANL |
Vətənpərvərliyi formalaşdıran əsas amillər: milli-mənəvi dəyərlər və folklor. Millətin milli mənlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Milli mənlik şüuru isə məhz tarixi yaddaşa əsaslanır. Xalqın yaxın və uzaq keçmişi, elm, mədəniyyət,... | ANL |
Bu gün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Həsən oğlu Eyyubovun 70 yaşı tamam olur. 16 mart 2020-ci ildən indiyə kimi isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışır. Hərbi rütbəsi general-polkovnikdir. Dəyərli dövlət qulluqçusu ola... | ANL |
Mübarizələrdə keçən həyat. 2 iyul Polis işçilərinin peşə bayramıdır. Məlum olduğu kimi Azərbaycan polisi mübarizələrlə dolu şanlı həyat yolu keçmişdir. General-polkovnik cənab Vilayət Eyvazovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin əməkdaşlarının müstəqil Azərbaycan Respublikasına şərəflə xidmət etməsi, bölg... | ANL |
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin etimadını ləyaqətlə doğruldan, Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən, ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə əməyini əsirgəməyən, asayişimizin keşiyində igidlik nümayiş etdirən Azərbaycan Respublikası Daxili işlər naziri general–polkovnik Vilayət Ey... | ANL |
Azərbaycan polisi ayıq-sayıqdır. Daxili işlər orqanlarının yenidən qurulması Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peş... | ANL |
Qəlbimizdə cövlan edən ən ülvi hissdir doğma yurda sevgi, ana torpağa məhəbbət duyğusu. Hər birimiz Vətənə xidmətdəyik, vəzifəsindən, peşəsindən aslı olmayaraq. Çünki üzərində gəzdiyimiz, əcdadlarımızın ruhu dolaşan torpaq müqəddəsdir, lap elə Məkkə, Mədinə kimi. Alınan torpaqları, o cənnət Qarabağı hamılıqla ziyarə... | ANL |
Vətənə sevdalanan igid ömrü. Astara rayonu, Maşxan kəndində dünyaya göz açmış Rauf Xəyyam oğlu Cahangirov ürəkdən bağlandığı Vətəni yolunda şəhid oldu. Müqəddəs amallar işığında müstəqil həyata qədəm qoyan Rauf üçün ən böyük xoşbəxtlik Vətəninə, xalqına xeyirxah əməllər hesabına gərəkli bir ömür yaşamaq idi. Uca Tanrı... | ANL |
Qalaaltı Tibb Mərkəzi: Erkən qocalmanın qarşısını alan məkan. “Səhiyyə Vətənimizin müqəddəs sahələrindən biridir”. Heydər Əliyev. Qalaaltı Tədris Mərkəzi Sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Aparılan elmi araşdırmalar nəticəsində suyun bir çox xəstəliklərdə faydalı olduğu müəyyən edilmişdir. Qalaaltı sa... | ANL |
Ailə öndə gələn müqəddəs dəyərlərdən biridir. Millət vəkili: «Ailəni qorumaq üçün ilk növbədə adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq». Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq özünəməxsus adət-ənənələrini əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Əsrlərin sınağından çıxan bu adət-ənənə... | ANL |
Ölümü Tanrıdan gələn qardaşım. Zəfər günlərini yaşayır Vətən, Sevinc içindədir torpağım, daşım. Ölümü Tanrıdan gələn qardaşım, Dözmədin dözülməz haqsızlıqlara. Canından keçsən də torpaq vermədin, Şərəfin itirmiş çaqqal “yan”lara. Kərbəla düzündən, Bəzz qalasından, Tanrı ən müqəddəs ölüm göndərir. Qəbrin nurla do... | ANL |
75 yaşın tamam olması insan ömrünün ən xoşbəxt anlarından biridir. Bu yaş dövrü insan həyatının kamillik məqamıdır. Kamil insanlar isə ağsaqqal, yolgöstərən, həyatın enişinə-yoxuşuna bələd olanlardır. Bunun üzərinə ziyalılıq ali etalonunu da əlavə etsək belə şəxsiyyətlərin varlığının cəmiyyətimiz üçün nə qədər va... | ANL |
Bütün sumqayıtlılar həmin günü böyük maraqla, səbrsizliklə gözləyirdilər. Şəhərdə hamı qabaqcadan bilirdi ki, yaxın günlərdə ölkə rəhbəri, Ulu öndər Heydər Əliyev Sumqayıta gələcək, Etilen-polietlen zavodunda yeni inşa edilmiş nəhəng, unikal bir enerji qurğusunun – Yaponiyadan iki il əvvəl alınaraq gətirilmiş Bux... | ANL |
Görkəmli müğənni Cavad Rəcəbov haqqında mətbuatda çox yazılıb. Mavi ekranda onun konsertlərinə çox baxmışıq. Kliplərinə hətta bütün dünya xalqları baxır. Dövlət tədbirlərində nəğmələrini çox eşitmişik və bu gün də eşidirik. Bu gün mənim bu sənətkar haqqında nə isə tərifli bir söz yazmağıma onun heç ehtiyacı da y... | ANL |
O, bütün gecəni imtahanlara hazırlaşdığından yatağına səhərə yaxın uzanmışdı. Bazar günü olduğundan günortaya qədər yatacağına qərar vermişdi. Amma gördüyü yuxu onu bərk sarsıtmışdı və o üzdən yuxusunu tam ala bilməmişdi. Yatağından qalxmayaraq yerindəcə gördüyü yuxunu düşünürdü. Balaca qızcığazın başına gələn o ... | ANL |
Gənc azərbaycanlı musiqiçiyə Çexiyanın nüfuzlu mükafatı verilib. Çex Respublikasının Plzen Konservatoriyasında təhsil alan gənc və istedadlı soydaşımız Canel Nəcəfliyə “Orfeus” (Plzeský Orfeus) mükafatı təqdim edilib. Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Mükafatların təqdimol... | ANL |
Hər zaman tarixi dəyərlərimizi qorumağı bacarmalıyıq. Yeni yaranan hər bir mənəvi dəyər tarixi ənənələrimizin varisi kimi təşəkkül tapıb. Milli adət və ənənələrin öyrənilməsi, onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olub. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictim... | ANL |
Əbədiyaşarlıq zirvəsinə ucalanlar. Baş leytenant Əlimərdan Quluzadə. Orta təhsilini beşinci sinfi Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə davam etdirib, 2008-ci ilə kimi, səkkizinci sinfi qurtarana qədər həmin məktəbdə təhsil alıb. Sonra Azərbaycan Ordusunun baş leytenantı kimi Azərbaycan Silahlı Qüvvələrinin Quru ... | ANL |
Adına və andına sadiq qəhrəman. Əliqismət Vətən üçün böyümüşdü. İnsan dünyaya göz açarkən onu qarşıdakı həyatda nələr gözlədiyindən xəbərsiz olur. Eşitdiyi ilk dualar məhz ana laylasında gizlənir və şirin yuxuya bənzəyir. Bəlkə də Vətən uğrunda vuruşan, ata, ana, bacı, qardaş gözünə dik baxmağı bacaran, babaları... | ANL |
Eldən gedən Rafiq Əsgərov. Azərbaycan ictimaiyyətinə dərin itki üz verib. Belə ki, müasir Mingəçevirin qurucularından biri, ömrünün son illərini şəhər İşıqlandırma İdarəsinin rəisi kimi çətin və məsuliyyətli təsərrüfat sahəsinə rəhbərlik edən Rafiq Dadaş oğlu Əsgərov ömrünün 69-cu baharında dünyasını dəyişib. Onun haqq... | ANL |
Dünənlə sabahın şairi. Respublika Gənclər Kitabxanası Sabir Rüstəmxanlının 75 illik yubileyi münasibətilə silsilə materiallar hazırlayıb. Respublika Gənclər Kitabxanası müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının 75 illik yubileyi münasibətilə mat... | ANL |
Tarixi adət və ənənələrimiz: Toy mərasimləri. Adət və ənənələr daim insan münasibətlərinin tənzimləyicisi və istiqamətvericisi olmuşdur. Uzun illər öz müstəqilliyini itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Keçmiş Sovet dövlət... | ANL |
bədii rəhbəri Amaliya xanım Pənahovaya həsr olunur). Görkəmli dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə obrazı ilə. Fitri istedad, yüksək qavrama qabiliyyəti, təmiz diksiya, məlahətli səs, səhnəni, tərəfmüqabili duymaq bacarığı, obrazın mahiyyətini dərk edərək onun daxili aləminə n... | ANL |
Övladları perik düşən xarabama!”. Bu dünyanın haqsızlıqlarına üsyan eləyən ustad, Xalq şairi, Xalqın Şairi Musa Yaqubun belə ölməz misralarını və “Bu dünyanın qara daşı göyərməz”, “Sən Allah özünə öyrətmə məni” və başqa yüzlərlə şeirlərini, əsərlərini daha yaradan olmayacaq. Köçdü haqq dünyasına. Xalq şairi kimi payta... | ANL |
Onun ürəyi hər zaman Vətənlə bir döyünürdü. Vətən müharibəsində tarix yazan, doğulub boya-başa çatan Lənkəran elinin qürur, iftixar yerinə dönən İqbal Bayramovun 43 ilik ömür yolu başdan-başa saflıq dünyasına bənzəyir. Yaşadığı illərin səfində onun mənəviyyat fəlsəfəsində yalnız gözəl dünya naminə qurub-yaratmaq, hər b... | ANL |
Bu gün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Həsən oğlu Eyyubovun 70 yaşı tamam olur. 16 mart 2020-ci ildən indiyə kimi isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışır. Hərbi rütbəsi general-polkovnikdir. Dəyərli dövlət qulluqçusu ola... | ANL |
Şərəf dolu tarix yazan Qəhrəman. Müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. 2013-ci ildən bu günə qədər atası Mirzə və nənəsi Tamara xanım Fəridi və Fuadı böyüdüb, təlim-tərbiyələri ilə məşğul olublar. Füzulidə - Haramı düzündə N saylı hərbi hissədə, ön xətdə xidmətə başlayır. 2020-ci ildə Tovuz döyüşlərindən ... | ANL |
Hekayə danışan adam: Arif Ərşadın kitabı haqqında bir neçə söz. Uzun illər şair kimi tanıdığım dostum Arif Ərşadın hekayə, roman yazmağa başladığını eşidəndə ilk əvvəl bunu bir həvəs və ya özünü bu sahədə də sınama kimi qəbul etdim. Bu yaxınlarda çapdan çıxan və müəllif tərəfindən mənə hədiyyə olunan “Hekayələr”... | ANL |
Dahi Azərbaycan şairi Mirzə Məhəmməd Əli Saib Təbrizi dünya ədəbiyyatının ölməz simalarından olan XVII əsrdə yaşamış qüdrətli Azərbaycan şairidir. Onun əsərlərində öz xalqının mənəvi dünyası, bədii dühası öz əksini tapıb. Tamamilə yeni üslubda şeirlər yazan Saibin şöhrəti az bir zamanda bütün farsdilli ölkələrə ... | ANL |
Maarif Həsənoğlu yaradıcılığına bir baxış…. “Burnumun ucundan arı sancdığı, Bağçalar olaydı, bağlar olaydı” misraları özündə bir topa arzunu cəmləşdirib. Bunlar sadəcə keçmişin hənirtisi deyil, həm də Maarif Həsənoğlu poeziyasının gül açmasıdır. Şeirin başqa misralarında sözün gücündən elə formada istifadə olunub ki... | ANL |
Füzulidə bayraq asmağa bir hündürmərtəbəli bina tapa bilmədik. hamımız sevincdən ağlayırdıq”. Emili hələ məktəb illərindən tanıyıram. Onun atası rəhmətlik Fərman kişi ailəsi ilə Qazax rayonunun Birinci Şıxlı kəndindən Sumqayıta köçmüşdü. Emilin məktəbdə oxuduğu illərdən sözübütöv, qorxmaz, işgüzar olduğunu və li... | ANL |
Əsl teatr rəhbəri. 1973-cü ildən fəaliyyətə başlayan Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının keçdiyi yol həm böyük tarix, həm də bir nəslin yetişməsində uğurlu iş deməkdir. Ali məktəbi bitirib, ilk addımlarını bu teatrda atan gənc aktyorlar artıq bu illərdə ustad sənətkarlar olublar. Və özlərindən sonra ... | ANL |
Vətən sevgisi ilə vətənləşən igid. Bu, müqəddəs haqq savaşında Vətən və xalq yolunda canını fəda edən Babək qeyrətli, polad biləkli , el-oba təəssübkeşliyi varlığına hakim kəsilən minlərlə igidlərdən biri də Nail Rəfail oğlu Orucov idi. O, 1978-ci ildə Astaranın Məscid məhəllə kəndində mənəvi təmələ tapınmış, pak niy... | ANL |
“Məxmər pərdə”lər arxasından başlanan dünya. Daş dövründən bu yana insanların tamaşaya həmişə ehtiyacı olub. Məkr və məhəbbət, əyləncə dolu mərasimlər, məhkəmə və edam səhnələri, qladiator döyüşləri, hətta müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist ionlarla yüklənmiş biri bu gerçək tamaş... | ANL |
Quşların cəh-cəhləri hər yandan duyulan yazın ilıq nəfəsilə qarışaraq insanın ruhunu oxşayırdı. Gül dükanına daxil olub bir bəyaz gül alıb maşınına əyləşib yola düşdü... Elcan yol boyu gözlərinin yaşını saxlaya bilmirdi, "necə unuda bildim?" Həyəcandan ikiəlli sükandan bərk-bərk yapışan Elcan heç vaxt unuda bilmədiyi o... | ANL |
Ölüm qoy sevinməsin…. Təbiətin dünya şöhrətli alimi. Ulu peyğəmbərimiz buyurub ki, insan son mənzilə qədər oxumalı, elm öyrənməlidir. Yaşadığımız elmi-texniki tərəqqi əsrində bu, xüsusilə vacibdir. Axı, indi həyatımızı elmsiz, biliksiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan elmin yükünü öz çiyinlərində ləyaqətl... | ANL |
Adət və ənənələr mədəni tədbirlər üçün rəmzi məna kəsb edir. Xalqımızın milli, tarixi-ənənələri bayramları və mərasimləri. kütləvi tədbirlər içərisində xüsusi yer tutur. Milli-mənəvi dəyərlər millətin müqəddəs, toxunulmaz xəzinəsidir. Onun tərəqqisi milli varlığın mövcudluğu və əbədiliyini tərənnüm edir. Hər bir xalqın... | ANL |
Fotoaparatını süngüyə çevirən sənətkar. Bu ad Azərbaycan mətbuatına, mədəniyyətinə, incəsənətinə və bütövlükdə ictimaiyyətinə çox yaxşı tanışdır. Çünki 45 ildən çoxdur ki, Azərbaycan mətbuatında onun çəkdiyi fotoşəkillər və yazdığı məqalələr KİV-ləri bəzəyir. Həmçinin Azərbaycan mədəniyyətində, incəsənətində onun çək... | ANL |
"Sağlığında qiymət verin insanlara". Cabir Novruz sağlığında dəyərini layiqincə alan şair idi. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruz yaşasaydı 88 yaşı qeyd ediləcəkdi. Ədəbiyyatımızda xüsusi yeri olan incə ruhlu, zərif duyğulu, ulduz kimi parlayıb oxucularının rəğbətini qazan... | ANL |
Nizami Gəncəvi haqqında biblioqrafik icmal hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadı olan Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini n... | ANL |
"İrəvan xanlığının bölgə mətbəxi"ndəki tarixi həqiqətlər. Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan "İrəvan xanlığının bölgə mətbəxi" kitabının İstanbulda nəşr olunması diqqətçəkən hadisə kimi qarşılanıb. Kitabın layihə rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivam... | ANL |
Vətən sevgisi ilə vətənləşən igid. Bu, müqəddəs haqq savaşında Vətən və xalq yolunda canını fəda edən Babək qeyrətli, polad biləkli , el-oba təəssübkeşliyi varlığına hakim kəsilən minlərlə igidlərdən biri də Nail Rəfail oğlu Orucov idi. O, 1978-ci ildə Astaranın Məscid məhəllə kəndində mənəvi təmələ tapınmış, pak niy... | ANL |
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Bütün varlığı ilə, necə deyərlər, iliyinə qədər azərbaycanlı-türk olan III Kalbalı xan Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvana sonsuz məhəbbətlə bağlı idi. Ona görə də erməni daşnaklarının... | ANL |
Şuşada bələdçim "Budağın xatirələri" olacaq. Keçən ilin elə bu vədələri idi. Koronavirus Azərbaycanın da qapısını döyməyə başlamışdı. Ölkə karantin rejiminə keçmişdi. Həmin ərəfələrdə işdən illik məzuniyyətimi də götürüb doğulub boya-başa çatdığım Yurdçu kəndinə üz tutdum. Onlardan biri də uzun illər haqqında e... | ANL |
Vidadi Babanlı: ömrün poeziyası. Vidadi Babanlı onun oxucularının, eləcə də ədəbi cameənin yaddaşına ustad bir nasir kimi köçüb. Akademik Nizami Cəfərov onun yaradıcılığını səciyyələndirərkən yazır: "Vidadi Babanlı istər 70-ci, istər 80-ci, istərsə də müstəqillik illərində qələmə aldığı əsərləri dövrün, zamanın ə... | ANL |
“Rabindranat Taqor və dünya ədəbiyyatı”. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Rabindranat Taqorun (1861-1941) anadan olmasının 160 illiyinə həsr olunmuş “Rabindranat Taqor və dünya ədəbiyyatı” adlı onlayn Beynəlxalq Elmi Konfrans keçirilib. 525.az-a verilən məlumata görə, ko... | ANL |
Dağlar diyarının ilk Əməkdar jurnalisti. Sovet dönəmində həmin günü Mətbuat bayramı kimi qeyd edərdik. Həmzə müəllim məhz həmin gün işıqlı dünyaya vida dedi. Gözləmədiyim, inanmaq istəmədiyim bu xəbər iliyimə qədər üşütdü məni. Bizi yaxşı-yaxşı yandırsın deyə, Ölüm də ən yaxşı dostları seçir. Şəkər Aslanın bu mis... | ANL |
Vətən üçün doğulan igid. İkinci Qarabağ müharibəsində müqəddəs Vətən torpaqlarını yağı düşməndən azad etmək uğrunda Amid Yədulla oğlu Salayev qəhrəmancasına şəhid olanda ömrünün 18-ci baharına təzəcə qədəm qoymuşdu. Vətənsevərlik, el-obaya bağlılıq, yurda sədaqət lap kiçik yaşlarından onun qəlbinə hakim kəsilmişdi. ... | ANL |
“Şəhidlər zirvəsinin fatehləri”. Masallıda şəhidlərə həsr edilmiş kitabların təqdimatı keçirilib. Dünən - 19 may tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Gülsüm Adilqızının 2021-ci il tarixdə Bakının “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə, təbaşirli kağızda və qalın qabıqda çapdan çıxmış “Şəhidlər zirvəs... | ANL |
Müstəqil Azərbaycan dövlətinin media quruculuğu salnaməsi. Tanınmış qələm sahibi, istedadlı şair-publisist, demokratik media quruculuğunun nüfuzlu rəhbərlərindən biri, Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri Mədət Məmmədovun bu yaxınlarda “Adiloğlu” nəşriyyatında yüksək poliqrafik... | ANL |
Mir Cəlalın satirik hekayələrində gülüş, bu gülüşü doğuran reallıqlar... Ötən əsrin 20-ci illərində Azərbaycanda Sovet hakimiyyəti quruldu. Yeni quruluş yeni dövrün yeni ab-havasını yaratdı, Azərbaycan ədəbiyyatı yeni təkamül mərhələsinə qədəm qoydu, necə deyərlər yeni dövr öz yeni yazarlarını ərsəyə gətirdi. Qə... | ANL |
Bollivud filmlərinin vokalisti və ulduzu: Lata Mangeskar. Şərq mədəniyyəti dünya üçün böyük dahilər yetişdirib. Mədəniyyət və incəsənət, ədəbiyyat və sənətin müxtəlif sahələrində Şərqin bu günə qədər dünya sivilizasiyasındakı rolunu yüksək qiymətləndirmək lazımdır. Eyni zamanda, Şərq musiqisinin zərif və ecazkar... | ANL |
Nə yatıbsan? Doyunca üzünü görə bilmədim, ay dədə. Araq içmirdin, siqaret çəkmirdin. Niyə məni sağır qoydun bu zatıqırıq dünyada zatıqırıqların, simiclərin içərisində... Niyə məni eşitmirsən? Deyirəm məni niyə sağır qoyub getdin bu dünyadan? Cavab vermə. Səndən bir sözü maqqaşla da qoparmaq olmurdu. Elə-belə kirimi... | ANL |
Azərbaycanın bir çox görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri ilə müxtəlif janrlarda Respublika radiosunda, Azərbaycan televiziyasında, mətbu orqanlarda yaradıcılıq ünsiyyətində olmuşam. Mərhum Rüstəm müəllimlə görüşümüz Nizami Gəncəvinin anadan olmasının 850 illiyi münasibətilə baş tutdu. O zaman mən üç ve... | ANL |
Axşam saatlarında əl telefonuma gələn zəngin səsi məni televizorda maraqla baxdığım serialdan ayırdı. Eynəksiz olduğumdan səs mənə tanış gəlsə də, telefonda yazılan adı oxuyub ayırd edə bilmədim. Amma zəng vuran adamın mənə “qağa” deyə müraciət etməsindən və eləcə də səsindəki şirinlikdən mənə doğma gəldi. Sən n... | ANL |
Dünya şöhrətli hind müğənnisi: Məhəmməd Rəfi Sahab. Xatirələr işığında. Keçmiş retro hind filmləri yaşlı nəslin uşaqlıq və gənclik illərinin yaddaşlara hopan, heç bir zaman unudulmayan, indinin özündə belə, dünyasını dəyişən, lakin özündən sonra bir iz qoyan böyük aktyorlar nəslinin bizim üçün yadigar qoyduqlar... | ANL |
Şair qardaşım Musa Yaquba. Qayaları yarıb çıxır. Biz Vətənin qonağıyıq. Bu əbədi vətəndaşdı. Tarixləri aşan səssən. Elə sən də müqəddəssən! Sizə ümid edəmməzdik. Qoyun-quzu güdəmməzdik! Burdan ayıq gedəmməzdik. Tez-tez zəngləşirik. Adam çoxluğundan qaçıb getmisən. Ya vaxtsız boş qoyub ev-eşiyini. Məzara gedənin dərdi... | ANL |
Azərbaycanda kitabxanaçılıq fəaliyyəti tarixi ənənələrə malikdir. Kitabxana işinin inkişafında Ulu öndər Heydər Əliyevin rolu. Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi xüsusi yer tutur. Dahi şəxsiyyətin bu sahədəki əvəzedilməz xidmətləri iki mər... | ANL |
Mayın özünəməxsus rəngi var. Həm yazın ilıq, həm yayın isti halı duyulur bu ay (Əlbəttə, burada Bakının dəyişkən havasının da rolu var. Bölgələrdə bir qədər başqa cür duyulur may havası). Vaxtilə, ötən sovet dönəmi illərində 1 May kimi həyatımızı rəngləyən bir don geyinirdi may. Ümumkütlə halında hər kəsin küçədə ol... | ANL |
Vətənə sədaqət nümunəsi. Murtuz Çingiz oğlu Abbasov həyatı dərk edən gündən öz xoşbəxtliyini Vətəninə, xalqına nümunəvi xidmətdə görür. Yaxşı işlər görməklə insanlar arasında hörmət də qazan bilir. Ürəyi ilahi bir sevgi ilə döyünən bu gənc yalnız gözəl dünyaya, saf məqsədlərə doğru can atır. Qaldı ki, yağı düşmənin əzə... | ANL |
SabirRüstəmxanlıfenomenivəyazəmanəmizinZərdüştatası. Xalqşairi,millətvəkili,dəyərliziyalıSabirRüstəmxanlının65illikyubileyinə. Onunlahərdəfəgörüşəndə,söhbəteləyəndə,təmasdaolanda,nəüçünsəmənəeləgəlirki,neçə-neçəəsrlər,qərinələrgeriqayıdıb,qarşımdaSabirRüstəmxanlınıyox,UluZərdüştatanıgörürəm.Birvaxtlartamaşayahazırladığ... | ANL |
A.Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində yazır: “Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını "Hay ölkəsi"- Şərqi Ermənistan adlandırırlar”. Ermənilərin özlərini dünyanın ən qədim xalqı hesab etməsi, Yaxın Şərq və Qafqazda “Böyük Ermən... | ANL |
XATİRƏYƏ DÖNƏN ÖMÜR. Tale xalqımızı çox sınaqlara çəkib. Bu gün torpaqlarımız mənfur düşmənin çirkin caynaqlarından azad olunub. İndi torpaq uğrunda canlarını qurban vermiş yüzlərlə, minlərlə igidimiz, ərənimiz var. Belə oğullardan biri də tankçı Elnur Təvəkgül oğlu Abdullayevdir. O, dostlarından, yoldaşlarından, h... | ANL |
Mən onu aldatmamışdım! 52 əsgərimin 48-i könüllü idi. Bəzisi idmançı, bəzisi də Aprel döyüşləri iştirakçısı olduğuna görə onların hərbi həyata adaptasiyası sürətlə baş verdi. Fiziki hazırlıqları, demək olar ki, yerində idi. Çətin məqam onları psixoloji cəhətdən müharibəyə hazırlaşdırmaq idi. Artıq döyüşə girmə anı yax... | ANL |
Tale xalqımızı çox sınaqlara çəkib. Bu gün torpaqlarımız mənfur düşmənin çirkin caynaqlarından azad olunub. İndi torpaq uğrunda canlarını qurban vermiş yüzlərlə, minlərlə igidimiz, ərənimiz var. Belə oğullardan biri də tankçı Elnur Təvəkgül oğlu Abdullayevdir. Adi bir vətəndaş idi. Ancaq döyüşlər təsdiq etdi ki, onun... | ANL |
Mən onu aldatmamışdım! 52 əsgərin 48-i könüllü idi. Bəzisi idmançı, bəzisi də Aprel döyüşləri iştirakçısı olduğuna görə onların hərbi həyata adaptasiyası sürətlə baş verdi. Fiziki hazırlıqları, demək olar ki, yerində idi. Çətin məqam onları psixoloji cəhətdən müharibəyə hazırlaşdırmaq idi. Artıq döyüşə girmə anı yaxın... | ANL |
Böyük şücaətlər göstərən zabit. 44 günlük Vətən Müharibəsi çoxlu gənclərimizin igidliyini, qəhrəmanlığını, şücaətini ortaya qoydu. Hansı ki, biz onlara adi gənclər kimi baxırdıq. Çoxumuzun ağlına belə gəlməzdi ki, bu gənclər Vətən Müharibəsində böyük tarix yazacaqlar və hamımız onlarla həmişə qürur, fəxarət duyacağıq... | ANL |
Bir həkim-yazıçı kimi son zamanlar ədəbi ictimaiyyətin və sosial şəbəkə istifadəçilərınin diqqətini çəkən Hümbət Həsənoğlu ilk gündən yaradıcılıq üslubu, həyata, cəmiyyətə və təbiətə öz fərdi, qeyri-adi baxışı, müdrik-fəlsəfi düşüncələri, orijinal deyimləri ilə fərqlənən bir yazıçıdır. Yaradıcılığı ədəbi janr m... | ANL |
Səhər-səhər qrupda dostlarımdan biri mənə bir link atdı. Oxudum, uğundum, az qaldı qəşş eləyib gedim işimin dalınca. Son vaxtlar bu qədər heç gülməmişdim. Ay sənin evinəcən, Rəsul Quliyev! Onun siyasi hazırlığını qoyuram bir kənara. Bu dəfə tam ciddi şəkildə dilləndi: - Bizim dığaların xətrinə dəymisiniz. Başbilənləri... | ANL |
Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun Ramiz İslamoğluna (Ramiz İslam oğlu Hüseynov) həsr etdiyi əsrarəngiz çalarlarla, çox maraqlı bədii ümumiləşdirmələrlə, estetik cəhətdən tutarlı bədii təsvir vasitələrilə çoxsaylı folklor nümunələri, atalar sözləri, dahilərin qızıldan qiymətli kəlamları ilə zəngin olan bədii,... | ANL |
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Şuşada musiqi məktəbinin yaradıcısı, məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğludur. Xarrat Qulunun təşkil etdiyi musiqi məktəbində 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, bir müəllim kimi öz məktəbinə gözəl səsi olan gəncləri cəlb ed... | ANL |
Azərbaycan şifahi xalq ədəbiyyatının, daha doğrusu, milli dəyərlərimizin mayasını təşkil edən xalq mahnılarımızın və milli oyun havalarımızın tədqiq olunmasında, toplanmasında, eyni zamanda nota köçürülməsində böyük xidmətləri olan Ərtoğrul Cavidin 102 yaşı tamam olur. Sovet rejiminin repressiya qurbanlarından ... | ANL |
Arzusuna çatan Şəhidim. Şəhidlik zirvəsi uca zirvədir. Ona hər adam yüksələ bilməz. “Torpağa su qatılsa palçıq olar, torpağa şəhid qanı tökülsə Vətən olar”. Bu Vətəni də igid Azərbaycan əsgərləri qoruyur. Belə qəhrəmanlardan biri də Şəhid kapitan Cabbarov Seymur İlham oğlu idi. Seymur Cabbarov 16 mart 1987-ci ildə Nax... | ANL |
Əbədiyaşarlıq zirvəsinə ucalanlar. Baş leytenant Əlimərdan Quluzadə. Orta təhsilini beşinci sinfi Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə davam etdirib, 2008-ci ilə kimi, səkkizinci sinfi qurtarana qədər həmin məktəbdə təhsil alıb. Sonra Azərbaycan Ordusunun baş leytenantı kimi Azərbaycan Silahlı Qüvvələrinin Quru ... | ANL |
Sədərəyin qəhrəman Şəhid oğlu. Şəhidlərimizin göstərdiyi şücaət, cəsarət əsl qəhrəmanlıq nümunəsidir. Bu qəhrəmanlıq salnaməsinin yazılmasında Sədərək şəhidlərinin də özünəməxsus payı var. Abdullazadə Tağı İlham oğlu da belə şəhid qəhrəmanlarımızdandır. Ailədə üç bacının bir qardaşı olan Tağı mehriban, gülərüz, cana... | ANL |
Xankəndində Azərbaycan bayrağı mütləq dalğalanacaq. Onunla iş otağında görüşdük. Otağın abu-havasından kənar göz belə hiss edər ki, yaradıcı insanın məkanıdı bura. Eyni dövrün yetirmələri, eyni ilin həmyaşıdları, eyni məktəbin məzunlarıyıq. Mən sual verəcəəm, o isə özünəməxsus pafosla cavablandıracaq. Olsaydı, b... | ANL |
Asimana qovuşan müqəddəs ruhlar. Könlüm pərvaz etdi qalxdı havaya. Dahi şairin misralarında eşq şərabı içən lirik qəhrəman həmin sevdanın təsirindən asimana yetişir... Eşq şərabı verilən qəhrəman İlahi eşqə varanda onun ruhu pərvazlanıb asimana yüksəlir. Saflaşan, büllurlaşan eşq Tanrıya yönələrək asimana yüksə... | ANL |
Tariximizin yeni səhifəsində özünə yer alan ŞƏHİDİM. Müharibənin bitməsinə cəmi bir neçə saat qalmış şəhid olan QƏHRƏMANIMIZ. Azərbaycanda Vətən müharibəsi başlanan gündən Şərur rayonundan da igid oğullar ölkəmizin müdafiəsinə qalxdılar. Bu qəhrəman şəhid oğullarımız, torpağını, Vətənini canlarından çox sevənl... | ANL |
Laçın haqqında, onun əlçatmaz dağları, geniş düzləri, sıx meşələri, gur və saf sulu çayları haqqında ancaq atasından eşidib, o yerləri yalnız şəkillərdə, köhnə videolarda görüb. Vətən müharibəsi başlayanda qeyrətli bir oğul kimi evdən xəbərsiz könüllü olaraq Milli Orduya yazılıb. Rəsmi çağırışı gözləməyə səbri ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.