text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Sumqayıtdakı “Təfəkkür” ailəsi: İnam həyatın sərmayəsidir. Qönçə Səftərova: “Əsgərlərimizin Vətən Müharibəsindəki qələbəsi, rəşadəti sübut elədi ki, biz yüksək vətənpərvər şagirdlər yetişdirmişik”. Sumqayıtda təhsil ocaqları arasında biri var ki, bura özünəməxsusluğu ilə daim seçilib. Bəsirə xanım Ağayevanın rə...
ANL
Torpaq uğrunda döyüşlərdə düşmənlərə qan udduran, canından keçən Azərbaycan oğlunun döyüş yolunu işiqlandırmaq hamımızın vətəndaşlıq borcudur. Şəhidlər öz canlarından keçərək Vətən uğrunda, torpaq uğrunda adlarını tarixin qızıl səhifələrinə yazıblar…. Vətənpərvərlik böyük məhfumdur. Onun bir çox komponentləri va...
ANL
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşunda tərcüməçi-dramaturq Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” monotamaşasına elmi-təcrübi yanaşma. Ekzpozisiya sadə bir görüntü ilə vizuallığa uğrayır: yarıqaranlıq məkanda gördüyümüz yeganə detal çarpayıdır. Bu, proloqdan finala qədər faciə məkanına çevri...
ANL
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşunda tərcüməçi-dramaturq Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” monotamaşasına elmi-təcrübi yanaşma. Ekzpozisiya sadə bir görüntü ilə vizuallığa uğrayır: yarıqaranlıq məkanda gördüyümüz yeganə detal çarpayıdır. Bu, proloqdan finala qədər faciə məkanına çevri...
ANL
Ürəklərə girmək, əsrlərə getmək üçün. Yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı Səyavuş Süleymanlı ilə söhbət. Onunla uzun illərdir ki, dostluq edirəm. Qələm dostum kimi də həmişə yaradıcılığını izləmişəm və belə qənaətə gəlmişəm ki, dostum ...
ANL
Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür.O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu, bütün zamanlarda seviləcək lirik nümunələr qoyub. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atas...
ANL
Masallı şəhidləri. İki il əvvəl Hərbi Akademiyanı da başa vuraraq “N” saylı hərbi hissədə xidmətə başlamışdı. Sentyabrın 27-də səhər saatlarında erməni yaraqlıları Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edər...
ANL
Vətən sevgisindən doğan hünər. 44 günlük Azərbaycan xalqının tarixi zəfərində astaralı gənclərin də xüsusi yeri vardır. Belə ki, ötən ilin 27 sentyabrında başlanan Qarabağ müharibəsində qəhrəman igidlərimizdən biri olan Abbas İbrahimli sözün əsl mənasında erməni dığalarına qan qusdurub. Həmişə vətən, torpaq qeyrəti çək...
ANL
Sədərəkli Şuşa fatehləri o günləri xatırlayır. «O uca dağların başında yerləşən şəhəri yüzlərlə düşməndən azad etmək. Sədərək kəndi Muxtar Respublikada tanınmış kəndlərdən biridir. Bu kənd öz qəhrəman oğulları ilə daim fəxr edib. Kəndin qəhrəmanlıq tarixini yazan igidlər hər zaman olmuşdur. Vətən Müharibəsində Sədərə...
ANL
Əvvəl-axır çıxınmalıyıq bu borcdan. Çünki qədər adlı ömür payını doğulan gün Tanrı bəşər övladının alnına həkk edir. Elə mən də sənin ölüm xəbərini astanadan evə daxil olan kimi alanda, inanmadım, sadəcə inanmaq istəmədim. İnanandan sonra isə düşündüm ki, kaş Tanrı vaxtsız ölümü heç kimin payına yazmayaydı. Cəm...
ANL
Milli adət və ənənələrin öyrənilməsi həmişə aktualdır. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Müasir dövrümüz kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq, "mədəni dünya"nı özündə təcəssüm etdirməkdədir. Zahirən bəzəkli görünə...
ANL
Tarix yazan igidlərimiz: Şəhid Ruslan Cəfərli. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolunu tanıtmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igid...
ANL
Müəllifini unutduğum şairin bir bəndi həmişəlik olaraq qəlbimə həkk olub: Adamlar cürbəcür, adamlar min-min, Öz gizli aləmi var ürəklərin. Onların heç də hamısı insanlıq təsiri bağışlamayıb. Lakin təsadüfən elə insanlarla rastlaşmışam ki, keçmişini yaxından tanımasam da özünün yüksək insani keyfiyyəti ilə həmişəl...
ANL
Həyətdən gələn maşın siqnallarının səsini eşidən balaca Mədinə otaqdan çıxıb tez aynabəndə qaçdı. Aynabəndin küncündə olan kətili sürüyüb pəncərənin yaxınlığına çəkdi. Ehtiyatla kətilin üstünə çıxıb, pəncələrinin üzərində dayanaraq həyətə, qırmızı lentlərlə bəzənmiş toy karvanına baxmağa başladı. Neçə illərdir ...
ANL
Kərəmin əhvalatları. Ağızdan söz çıxarmaq olmur ki, o dəqiqə sözü yiyəsinə çatdırırlar. Söz sahibinə çatır və olursan günahkar. Nə qədər and-aman edirsənsə, xeyri olmur. Bütün bunları fikirləşə-fikirləşə yolda həmişə ayağımı düz atıram. Qorxumdan o tərəf-bu tərəfə də boylanmıram. Deməsinlər ki, gözü dağınıqdır.Qo...
ANL
Şəhidlik məqamına əbədi ucalanlar. Şəhid əsgər Əli Nəcəfov. Ali təhsilini başa vurduqdan sonra Əli Nəcəfov Vətənə olan vətəndaşlıq borcunu da yerinə yetirməyə hazırlaşırdı. Hərbi xidmətini ilk dəfə Suymqayıt şəhərində yerləşən «N» saylı hərbi hissədə, daha sonra isə Qobustan rayonunda yerləşən «N» saylı hərbi h...
ANL
Mərdlərə şöhrət halaldır: Asif kimi oğullarla öyünməyə dəyər. Müqəddəs Vətən torpaqlarının mənfur erməni dığalarından azad olunması uğrunda Şanlı Ordumuzun apardığı zəfər döyüşlərində Asif Tağıyev də qəhrəmanlıqla vuruşub. Döyüşə-döyüşə Ulu yurdun hər qarışına can qoyan qeyrətli oğullardan olub. Məqamında ürəkd...
ANL
Jurnalist fikir və düşüncələrinin tərcümanı olmalıdır. Bu gün sizlərə təqdim edəcəyim müsahibim söhbət əsnasında bir fikri dəfələrlə vurğuladı: “Jurnalist dürüst, düzgün faktlara söykənən, ədalətli, haqq tərəfdarı olmalıdı”. Elə onun bu fikri ilə yazımın girişinə rəvac verdim. Çox dəyər və hörmət etdiyim bir həm...
ANL
Parlaq musiqiçinin poetik. yaradıcılığının ən yaxşı nümunələri. Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı. haqqında iki cildlik kitabın birinci cildi nəşr olunub. İncəsənət tarixində elə bir zaman gəlir ki, müəyyən bir dövr ərzində toplanmış təcrübənin yaradıcılıqda ümumiləşdirilməsi və mədəni dəyərlərin yarad...
ANL
Sərcamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Respublika Gənclər Kitabxanası 26 yanvar 2021-ci il tarixdə Zoom proqramı üzərindən “Nizami-Eşq bağının bağbanı” adlı tədbir təşkil etmişdir. Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,YAP sədri, filologiya üzrə fəlsəfə dokto...
ANL
Çində "Nizami irsi" layihəsinə start verilib. Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, layihə bir il ərzində həyata keçiriləcək tədbirlər silsiləsindən ibarət olacaq. Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq,...
ANL
Namiq Dəlidağlının. Poeziya ruhun və düşüncənin sözlə emosional ifadəsidir. Ədəbiyyatın digər köklü qolu olan nəsr də insan duyğularının bədii ifadəsi olmasına baxmayaraq min illərdir ki, insan oğlu qəlbinin ən munis hisslərini daha çox şeirlə, nəğməylə ifadə edir. Həm də poeziya nəsrlə müqayisədə daha yığcam, e...
ANL
Bir ömrün qəhrəmanlıq dastanı. Bununla da xalqımız 30 il həsrətini çəkdiyi doğma torpaqlarına qovuşdu. 44 gün çəkən müharibədə azğın erməni dığalarına qarşı rəşadətlə vuruşan, müqəddəs şəhidlik zirvəsinə ucalan yüzlərlə damarlarında qaynayan qızıl qandan torpaq eşqi, ana mehri duyulan, başında qeyrət sevdası yuva...
ANL
Şəhidlik ən uca zirvədir. Atasının döyüşçü yolunu davam etdirən Şəhidimiz Niyaməddin Ələkbərov. Vətən müharibəsinin müdafiəsində isə dörd şəhid, qanı ilə, canı ilə Vətəni müdafiə etmişdir. Şəhidlik zirvəsi ən uca zirvədir. Lakin ata-babalarımızın nəsihətinə əməl edərək şəhidlik zirvəsinə ucalan övladlar qəhrəma...
ANL
Yarımçıq arzular, əbədi həyat…. Şəhid əsgər Kənan Şahbazov ürəklərdə əbədi yaşayacaq. 2010-cu ildən Kənan valideynlərinin işi ilə əlaqədar Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş, orta təhsilini orada davam etdirmişdir. Sonra yenidən Bakı şəhərinə qayıtmış və Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə tə...
ANL
TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR. Xüsusi təyinatlı qrup komandiri SAHİB ŞİRƏLİYEV. “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olub. Əlaçı olub, nizam-intizamı, fə...
ANL
İndiki zəmanədə əsl ziyalı kimi qalmaq, yeri gələndə sözünü üzə demək və hər bir adamın dərdinə, sərinə yanmaq, bacardığın kimi hamıya kömək etmək hər insana nəsib olmur bu həyatda. Bax, belə əsl sülh tərəfdarı olan ziyalılardan biri idi Məmmədəli müəllim. Həm də bacardığı qədər küsülüləri barışdırır və əsl ağsa...
ANL
Səhiyyənin əsas sahələrindən olan fizeoterapiya. Aybəniz İbrahimova: “Fizeoterapiya səhiyyənin şah əsərlərindən biri. olmaqla, təbii üsulla müalicə tarix boyu böyük. sınaqlardan çıxmış klassik müalicə metodudur”. Sumqayıt səhiyyəsini Azərbaycan tibb sahəsinin ən aparıcı qollarından biri hesab etmək olar. Belə ki, ...
ANL
Əslində həyatını elmə həsr etmiş insanlar haqqında yazmaq çətindi. İlk cümləni yazmaq üçün fikirlərini toparlamağa çalışırsan, amma suallar Ərəbzəngi kimi önünü kəsir: "Necə yazacaqsan? Nədən yazacaqsan? Və sən qalırsan bu suallar qarşısında aciz. Baxırsan onların yaradıcılıqlarına, görürsən ki, nə yazmaq lazım...
ANL
Çünki biz onunla “Ağdaban harayı” adlı pyes üzərində işləyirdik.Çox istəyrdim ki, o, bu pyesin premyerasında iştirak eləsin. Biz onunla bir vaxtlar “Caninin etirafı” romanı əsasında eyni adlı pyesini işləmişdik. O, pyesin məşqləri ilə tez-tez maraqlanırdı, amma xəstə olduğuna görə Mingəçevirə gələ bilmirdi. Qənbə...
ANL
Əyyubun ilk ovu və böyük qələbəsi. Bu mövzunu mənə danışan dəyərli ziyalı, özünün təfəkkürü, xeyirxahlığı, mübarizliyi, vətənpərvərliyi ilə ömrünü xalqın yolunda. çıraq eləyən, müstəqilliyimiz, dövlətçiliyimiz. üçün həmişə böyük təbliğat aparan sadiq dostum. Həyatda Əyyub peyğəmbər kimi səbrli insan olan Əyyubun ...
ANL
Konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri, Qaradağ rayon uşaq musiqi məktəblərinin direktorları və ictimayyət nümayəndələri iştirak ediblər. Aktyor və bədii qiraətçi, əməkdar...
ANL
Ölməzliyə qovuşanlar. Haqqın dərgahında əbədiyyətə qovuşan, ruhi ölməzlik səviyyəsinə çatan,böyük Zəfəri, möhtşəm Qələbəni xalqımıza bəxş edən, misilsiz fədakarlıq göstərərək ölkəmizin ərazi bütövlüyüuğrunda canlarından keçən, hər birimizə sonsuz qürur və fərəh hissləri yaşadanşəhidlərimizürəklərə, yaddaşlara hə...
ANL
Söz qoşan yanıqlı dildi Natəvan. Xalqımızın böyük iftixarı Xurşidbanu Natəvan xanım Cavanşirin 190 illik yubileyinin Azərbaycanın hər bölgəsində təşkil olunması xalqımızın böyük tarixi hadisəsidir. Ölkə başçımızın sərəncamı ilə bu yubileyinin dövlət səviyyəsində keçirilməsi isə bir daha Şuşa iftixarımız olmaqla...
ANL
Teatrı ikinci evi bilən sənətkar. Rauf Ağakişiyev: “Səhnədən fərqli olaraq həyatda heç vaxt rol oynamamışam”. Onunla etdiyim söhbət zamanı nə yaxşı təvözkar, istedadlı, gözü-könlü tox, sənətini ürəkdən sevən, Vətənə qəlbən bağlı, təəssübkeş insanlarımız var,- deyə düşündüm. O, sadəliyi və səmimiliyi ilə bütün sö...
ANL
Həsirçilik sənəti bu gün də yaşayır. Həsirçilik minilliklər əvvəl Azərbaycanda təşəkkül tapmış xalq sənəti növüdür. Cənub bölgəsi Masallı, Lənkəran və Astara rayonlarında indinin özündə də bu qədim xalq sənətini yaşadanlar vardır. Həsir toxumaq üçün yaz-yay aylarında qamış toplanılır və 2 həftə ərzində qurudulu...
ANL
Zəhmətinin bəhrəsini dadan sənətkar. Ağalar İdrisoğlu: “Çox da böyük ümidlərlə, arzularla işə başlamayın ki, işiniz alınmayanda heyifsilənməyəsiz”. Əlli ildən çoxdur Azərbaycan ədəbiyyatına, teatr sənətinə, jurnalistikasına, publisistikasına bacardığı qədər xidmət edən, aktyor kimi 40-dan çox rolda oyanayan, rejis...
ANL
QAZAN KÖŞKÜ. Cəlilabad rayonunun tarixi abidələrindən biri Qazan köşküdür. Qazan köşkü tarixi abidə olmaqla yanaşı eyni zaman da rayonda ən hündür ərazi hesab olunur. Buradan nəinki Cəlilabad, həm də qonşu əraziləri də seyr etmək mümkünür. Musalı kəndinin şimal-şərqində, Burovar silsiləsinin ən ucqar nöqtələrindən biri...
ANL
“Ulu öndərimiz, xalqımızın ölməz oğlu, millətimizin şərəfi Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük ömrün dastanı” poeması isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirədir, elegiyadır”. Bu xatirə-elegiyanın ilk cümləsindəki səmimiyyət əsərin bütün ruhuna hakim kəsilib. Söhbət Zəlimxan Yaqubun...
ANL
Məmmədəlinin həyat yoldaşı Yasəmən il yarım idi ki, haqq dünyasına qovuşmuşdu. Ev onunçün cansıxıcı keçdiyinə və hər yerdə Yasəməni gördüyünə görə, çalışırdıki, evdə çox az olsun. Altımış beş yaşı təzə tamam olduğuna görə artıq işdən də çıxmışdı. O, böyük bir tikinti şirkətinin baş mühəndisi işləmişdi. Yasəmən ö...
ANL
Hələ ki, özümlə mübarizə aparmaqda acizəm. Yəqin ki, sonra Yasəmən yavaş-yavaş sənin yadından çıxar. İstəyirsən ki, mənim elə birdən-birə ürəyim partlasın? Bunu eləmək olmaz. Biz təzə ailə qurmuşuq. Biz harasa yeməkxanaya, gəzməyə gedəndə sən başqa adam olursan. Qaradinməz olursan və ən azı iki saat stulda oturub,...
ANL
Foto və video salnaməmizin. yaradıcılarından biri olan sənətkar. Tarixi şəxsiyyətlərin dediyi sözlər: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”. əvvəli ötən sayımızda. Beləliklə, bu gün mənim arxivimdə Rasimin çəkdiyi çoxlu şəkillər və məqalələr, o illərdən əziz bir xatirə kimi qal...
ANL
təşkilatçısı, sənət fədaisi. Əlli ildən çoxdur ki, ədəbiyyat, incəsənət sahəsində çalışan, tanınmış yazıçı, rejissor, dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İDRİSOĞLU “Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlar və teatr direktorları” adlı kitab üzərində işləyir. Bu sayımı...
ANL
Azərbaycan xalqının əbədi sevgisi. Molla Pənah Vaqif ömrünün son illərini Qarabağ xanının vəziri olaraq Şuşada yaşamışdı. Vaqifin yaradıcılığının məhsuldar illəri məhz bu dövrə təsadüf edir. 1797-ci ildə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy hakimiyyətə gəldikdən sonra şairi oğlu Əli bəylə birlikdə edam e...
ANL
Foto və video salnaməmizin. yaradıcılarından biri olan sənətkar. Əvvəli ötən saylarımızda. Tarixi şəxsiyyətlərin dediyi sözlər: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”. Eləcə də Xocalı faciəsində çəkilən unukal şəkillrin də çoxunun müəllifi Rasimdir. Məhz həmin nadir şəkillər, vi...
ANL
Dünyanın ən axarlı-baxarlı, torpağının altı da, üstü də böyük sərvət olan Masal adlı ölkəsinə Böyük Yaradan bütün nemətləri versə də, amma həmin ölkənin adamlarını bir şeylə zəlil eləmişdi. Bu ölkəyə çox əzazil, qaniçən bir hökmdar bəxş eləmişdi. Bu ölkədə yaşayan ulular bu cənnətməkan yerə Masal adı vermişdilər. Rə...
ANL
Milli sahibkarlığın ideya müəllifi, yaradıcısı və böyük memarı. Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. Heydər Əliyev. Tarixlər boyu xalqımızın elə dahi şəxsiyyətləri olub ki, onlar Azərbaycanın tarixində əbədi yaşayıb və xalqımız tərəfindən sevilib, həmişə h...
ANL
Adı tarixə qızıl hərflərlə yazılan böyük şəxsiyyət. Paşa Qəlbinur: “Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı və siyasət elmi yaşayana, insanlıq qalana qədər Heydər Əliyev yaşayacaq”. Dahi Liderimiz, əbədiyaşar Heydər Əliyevi təkcə adi insanlar yox, ziyalılar daha çox sevirdi. Elm, təhsil, səhiyyə, ədəbiyy...
ANL
Azalmasın poetik naxışları. (Əlizadə Əsədovun yaradıcılığına bir baxış). Əlizadə Əsədov ismi çoxdan məşhurdur Azərbaycan ölkəsində, xüsusən Cənub bölgəsində. Sevirlər onu Cənub bölgəsində “boksun atası” kimi. Boks arenasında şöhrətlidir SSRİ idman ustası, Beynəlxalq dərəcəli hakim kimi. Əzizdir-doğmadır yaşadığı Liman...
ANL
Qaradağda "Ümummilli lider Heydər Əliyev və milli-mədəni irsimiz" mövzusunda akademik seminar keçirilib. Dünən Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin və Zərifə...
ANL
Məmləkətin vəziyyəti çox qarışmışdı... Mixail soyadlı, başı xallı iblisin hakimiyyətə gəlişilə böyük anarxiya yarandığından və kommunistlər hakimiyyəti idarə eləyə bilmədiklərindən, 1990-cı ilin 19-20 yanvar tarixlərində faşist xislətli sovet əsgərlərinin azərbaycanlılara qarşı qanlı terror törətməsilə Sovetlər ölk...
ANL
Azərbaycan kinosuna böyük. yeniliklər gətirən insan. Həmin vaxt bu, dünya insanları arasında bir möcüzə təsiri bağışlayıb. O vaxtlar artıq Bakı nefti dünyada tanınırdı və bu neft bumuna görə ölkəmizə dünyanın hər yerindən çoxlu insan işlməyə gəlirdi. Bunların içərisində sənət adamları da vardı. Və beləliklə də, dü...
ANL
Azərbaycan kino tarixində əvəzsiz operator, rejissor, ssenarist olan, kinomuzun inkişafı üçün böyük, tarixi işlər görən, Azərbaycanın və Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Rasim Mirqasım oğlu Ocaqovun 2023-cü...
ANL
Onun kimi olmaq mümkün deyil. Azərbaycan kino tarixində əvəzsiz operator, rejissor, ssenarist olan, kinomuzun inkişafı üçün böyük, tarixi işlər görən, Azərbaycanın və Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Rasi...
ANL
Sözün, nəğmənin ilahi. gücünü yaşadan sənətkar. "İlahidən pay yoxsa, dəyərli bir sənət nümunəsi yaratmaq mümkün deyil". Müğənni, bəstəkar Zəka Vilayətoğlu ilə müsahibə: -Salam Zəka müəllim. Xoş gördük. Sizə ənənəvi olaraq bir sual verəcəm. Zəka Vilayətoğlu kimdir? Təşəkkür edirəm! Zəka Vilayətoğlu mənim çox yaxşı tanıd...
ANL
Xuraman xanım Muradovanın ad gününə, yeni uğurları. Xuraman xanım Muradova- sahibkar, xeyriyyəçi, iş adamı, Türk dünyası “Onur-Şərəf” medalı mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Türkiyə İlisam Birliyinin üzvü, “Vektor” Beynəlxalq Akademiyasının fəxri professoru, çox istedadlı yazar vəoxucular tərəfindən s...
ANL
Torpaq yarası sağalmaz. Bacılar qardaş axtarar, Balalar ata haraylar. Vətənin əlindən getsə, Şəhid yarası sağalmaz. Alınmazdır, danılmazdır, Tək bircə qarış torpağım. Vətəni möhkəm qoruyaq, Qapansın şəhid yarası. Xalidə HİCRAN Seyidova.
ANL
Alim ömrü ömürlərə işıqdı... Naməlumluğu tanımağa kəşf etmə deyirlər. Kəşf edilən araşdırılır, öyrənilir, digər məlumatlarla analogiyalar əsasında xarakterizə edilir. Tanımadığın insanı tanımaq da kəşf etməkdirmi? Kəlmələşirsən, onun düşüncələrindən düşüncələrinə işıq düşür, işıq bu gün düşsə də zaman anlamında saba...
ANL
layiq görülən yazıçı Xuraman Muradova. İkinci Türk Dünyası Ədəbiyyatı və Kitab festivalında, Milan Hospitalın rəhbəri, sahibkar, xeyriyyəçi iş xanımı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xuraman Muradova Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Cahit Bağcının təqdimatı ilə Türk Dünyası Onur-Şeref mad...
ANL
Teatr Xadimləri İttifaqının son uğurları. Azərbaycan Teatr Xadimləri İttifaqı ictimai təşkilat olsa da, yaranışından bu günə kimi teatrlarımızın inkişafı üçün əlindən gələni edir. Çünki bir vaxtlar- 1991-ci ildə Xalq artisti, mərhum Həsənağa Turabovun prezident seçildiyi, Azər Paşa Nemətovun sədr, Bala Qasımovun, Qəzə...
ANL
Nicat Kazımov: “Mən artıq məşq prosesində bilirəm ki, tamaşanın hansı səhnəsi tamaşaçıda daha böyük maraq yaradacaq və onun daha çox xoşuna gələcək”. O vaxtlar mən, Dağıstandan yenicə qayıtmışdım. 1997-ci ildə Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri-direktoru vəzifəsindən ayrılandan sonra Dağıstana...
ANL
Müasir düşüncəli teatr. rəhbəri olmağa layiq insan. Allahverdi Musayev: “Teatr rəhbəri kollektivin ən yaxın dostu, yeri gələndə valideyni olmalıdır və onların bütün problemlərinin həllinə lazım olan kimi köməklik etməlidir”. Allahverdi Əhməd oğlu Musayevlə söhbət eləyəndə onun təfəkkürünə heyran oldum. Çünki mən ö...
ANL
Həyatdan vaxtsız getmiş sənət dostlarıma ithaf edirəm. Rəşidin ölüm xəbəri yaman sarsıtdı məni... Atanı övlad itkisi, qardaşı qardaş faciəsi yandıran kimi. Heç belə sarsılmamışdım... Tez-tez əlimdəki qəzetə, ordakı gülümsər üzə baxır, onun ölümünə inana bilmirdim. Nekroloqdakı hər sətri dəfələrlə oxusam da, oxuduğuma h...
ANL
Səbaildə "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib. "Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 31-də Beynəlxalq Muğam Mərkəzində YAP Səbail rayon təşkilatı tərəfi...
ANL
Nəsr əsərləri nə deməkdir və onların hansı janrları var? - (Araşdırmalarım silsiləsindən). Bu gün məmləkətimizdə nasirlərin, şairlərin, jurnalistlərin sayı durmadan artır. Amma çoxları, çox vaxt nə yazdıqlarını belə bilmirlər və beyninə ilk nə gəlirsə həmin janrı da ora yazır. Oxuyanda görürsən ki, bu yazının bu ...
ANL
Qismətəli, yeməkxana iti, saralmış yarpaq. Qismət Əli əyalət teatrında baş rəssam işləyirdi. Bu gün-sabah yaşının əlli və teatrda işləməsinin iyirmi beş ili tamam olacaqdı. Dəfələrlə bu barədə teatrın müdirinə və əyalətin baş məmuruna, hətta mədəniyyətin lap böyük məmuruna xəbər göndərsə də, kağız yazsa da, hətt...
ANL
Mənəvi yardımçı, mənəvi dəstəkçi. Vətən məbəddir, səcdəgahdır, qiblləgahdır Şah İsmayıl Xətaiyə. Pərvanəsi – divanəsidir Şah İsmayıl Xətai o müqəddəs od-ocağın, qucağında dahilər, sərkərdələr böyüdən o ulu torpağın. Keşikçisidir, qarovulçusudur, yorulmadan ətrafında at cövlan elətdirəndir Şah İsmayıl Xətai Azərb...
ANL
Ömrün qızıl qoşa beşi və ya Səhiyyəmizə yenilik gətirmiş insan. Elxan Yaqubov: “Bizim Klinikada elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikroskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında tam məlumat ala bilirik. Hansı ki, bu məlumatları Azərbaycanda heç bir başqa laboratoriyada...
ANL
... Ezamiyyətdən yenicə qayıtmışdım. Portretimi masanın üstünə qoyub, bir daha əyər-əskiyini yoxlamaq istəyirdim, qonşu qızı. Bu portreti ezamiyyətdə olduğum iki ay müddətində çəkmişdim. Sabah milli bayram günündə sənə hədiyyə verəcəkdim. Bu vaxt sənin səsini eşitdim, qonşu qızı. Həmin mahnını oxuyurdun. Həmişə məni gö...
ANL
Qala İstirahət Mərkəzinin. gözəllikləri insanları valeh edir. Sucayət Qasımov: “İnsan sözü ona görə böyük həriflə yazılır ki, özünün əlində olan imkanları başqa insanlara böyük həvəslə, sevinclə çatdırır və bölüşür”. Mənim Sucayət Qasımovla tanışlığımın on yeddi ildən çox tarixçəsi var. Bütün bu illərdə mən onu çox bac...
ANL
Canlı orqanizm olan teatr. Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 150 illiyinə həsr olunur. (Milli dramaturgiyamız, rejissor, aktyor sənəti və teatrlarımızın sabahı haqqında qeydlərim, düşüncələrim). “Teatr, cəmiyyətin kiçildilmiş modeli və canlı orqanizmdir”. Bu fikir və deyim bilmirəm hansı dahi şəxsiyyə...
ANL
Oxunaqlı, maraqlı şeirlərin müəllifi. Xuraman xanım Muradovanın “Sənə məktub yazacam” kitabı haqqında düşüncələrim. Çox istedadlı şairə Xuraman xanım Muradovanın yenicə çapdan çıxan “Sənə məktub yazacam” kitabını demək olar ki, birnəfəsə oxudum. Bir həqiqəti deyim ki, “Azad Azərbaycan” qəzetinə rəhbərlik etdiyim ...
ANL
Kamran o vaxt Liman şəhər 1 nömrəli orta məktəbində oxuyurdu. Məktəbdə keçirilən “Mən Vətəni sevirəm” mövzusunda inşa müsabiqəsinə xeyli yazı təqdim olunmuşdu. Münsiflər heyəti inşa yazılarını nəzərdən keçirəndə 11-ci sinif şagirdi Kamran Səmədovu müsabiqənin qalibi elan etdi. Bu inşa yazısı hamının ürəyindən x...
ANL
(Ali Baş Komandan İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin ruhuna müraciəti). Sülhə dəvət elədik, güldü bizə düşmənimiz! Türkiyəm, Azəribaycanım hələ şənlik edir, Daha Turana yayılmaqdadı bayram, atacan! Haqqın sözünü birgə deyir Ərdoğan, İlham! Turan elini qaldıracaqdır bu məhəbbət! Düşmən çökəcək, yalvar...
ANL
Analoqu olmayan xəyanət. Onlar avtobusla yaşadıqları ailəvi yataqxanaya gəlirdilər. Artıq günəş qüruba enmiş, hava qaralırdı. İstirahət günü olduğundan avtobusda adam az idi. Birinci qadın- Mən yataqxananın yanındakı dayanacaqda düşəcəm. Sən iki dayanacaq gedərsən, sonra düşərsən ki, bizi bir yerdə görməsinlər və heç...
ANL
Nəsibənin sənət dünyası. O, böyük zövq və təxəyyüllə, mürəkkəb, qeyri-adi texnika ilə yaddaqalan, rəngarəng sənət əsərləri yaradır. Deyir ki, qədim abidələrimizdə olan kaş bəzəklərinə böyük heyranlıqla baxırdım və öz-özümə sual verirdim ki, bunlar nədi, nədən yaranıb. Onun bu işə sevgisi öz peşəsinin mükəmməl bil...
ANL
Sizə xalqımızın fəxri, elm, ixtira və ədəbiyyat sahəsində çox böyük işlər görən bir insan haqqında söz açmaq istəyirik. Əli Ələmi çox yüksək intellektə malik bir insandır. Orta məktəbi medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Böyük Tanrı tərəfindən ona təkcə maraqlı mühəndis-ixtiraçı istedadı verilməy...
ANL
Canlı orqanizm olan teatr. Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 150 illiyinə həsr olunur. (Milli dramaturgiyamız, rejissor, aktyor sənəti və teatrlarımızın sabahı haqqında qeydlərim, düşüncələrim). Biz, ədəbiyyat tarixindən bilirik ki, dramaturgiya əsasən bu mövzular üzərində qurulur. Müharibələr və o...
ANL
Ömrünü ədəbiyyata, jurnalistikaya, teatra həsr edən insan. Ömrünü ədəbiyyata, jurnalistikaya və teatra həsr edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu ilə doğum günü ərəfəsində həmsöhbət olduq. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və ...
ANL
Ədəbiyyatımızda öz yeri. Hərdən dünyamızı bir anlıq ağsaqqallarsız, böyüklərsiz təsvir edəndə ruhuma qaranlıq çökür. Dünyadan yaşlı insanlar köçdükcə elə bilirəm dünya yiyəsiz qalır, kimsəsiz qalır, başsız qalır. Son illərin COVİD- 19 bəlası həyatımıza girib həyatımızı cəhənnəmə çevirəndə anlayanlar Ulu Tanrının...
ANL
Zarafat şairiyəm. (“Novruz” zarafatları silsiləsindən). Dərk eləsin dostlarım, Dərc eləsin dostlarım, Mətbuat şairiyəm. Qaçqın,köçkün, didərgin. Yanındayam hər türkün. Həm şəhidəm, həm sürgün, Qazamat şairiyəm. Bir azad şairiyəm. Bəyanat şairiyəm. Öyrəşmişəm dözümə, Yuxu getməz gözümə. Zəmanət şairiyəm. Sinəm bir söz...
ANL
Musiqi mədəniyyətimizin inkişafında. Azərbaycan musiqisinin inkişafında çox böyük xidmətləri olanlardan biri də Rasim Quliyevdir. Təhsil dövründə o, respublikanın məşhur, tanınmış pedaqoq – ifaçı tarzənləri – Əməkdar mədəniyyət işçisi Kamil Əhmədov, Xalq artisti Ramiz Quliyev, Əməkdar artist Baba Salahov, tarzən...
ANL
Canlı orqanizm olan teatr. Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 150 illiyinə həsr olunur. (Milli dramaturgiyamız, rejissor, aktyor sənəti və teatrlarımızın sabahı haqqında qeydlərim, düşüncələrim). əvvəli ötən saylarımızda. Rejissor hər gün mütaliə etməli, gördüyü hadisələri özü üçün təhlil etməli və ...
ANL
Eşidəndə ki, hörmətli alim, bədii söz ustası, dəyərli insan Əli Ələminin 75 illik yubileyi münasibətilə işıq üzü görəcək dərginin redaktorluğu mənə həvalə edilir, çox sevindim. Çünki onu orta məktəb illərimdən tanıyıram. Sevimli sinif rəhbərim olmuş, kimya müəllimim, mərhum Güllü Əmirovanın həyat yoldaşı kimi yadd...
ANL
sənətkarlardan biri. Əlli ildən çoxdur ki, ədəbiyyat, incəsənət sahəsində çalışan, tanınmış yazıçı, rejissor, dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İDRİSOĞLU “Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlar və teatr direktorları” adlı kitab üzərində işləyir. Bu sayımızdan ba...
ANL
Bir həkim kim həyatım boyu bir çox hadisələrlə rastlaşmışam. Amma bir hadisəni indiyə qədər heş cürə unuda bilmirəm. Bəlkə də heç olmayıb... Tibb Universitetinin göz müalicəsi fakultəsini cərrah kimi bitirib respublikamızın hüdudlarından uzaqlarda da yaxşı tanınan və o vaxtlar hətta ölkəmizdə yeganə olan ən böyü...
ANL
Foto və video salnaməmizin. yaradıcılarından biri olan sənətkar. Tarixi şəxsiyyətlərin dediyi sözlər: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”. Bu ad və soyad Azərbaycan mətbuatına, mədəniyyətinə, incəsənətinə və bütövlükdə ictimaiyyətinə çox yaxşı tanışdır. Çünki 45 ildən çoxdur ...
ANL
MİLLİ MÜKAFATÇISI” oldu. Milan Hospitalın sahibkarı, iş adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Vektor Elmlər Akademiyasının Fəxri Professoru, Türkiyə Onur Medalına layiq görülən, Ankara Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru, Akademiyanın Beynəlxalq Qızıl Ulduz Medalı Mükafat...
ANL
Sənət dünyasında layiqli. qiymətini ala bilməyən aktrisa. Mən onu ilk dəfə səhnədə 1986-cı ildə Xalq şairi Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” tamaşasında Seda rolunda Sumqayıt Dövlət Dram Teatrının səhnəsində, mərhum rejissor Yusif Əkbərovun çox peşəkar quruluşda qoyduğu tamaşada görmüşdüm. Səhnəyə ilk çıxı...
ANL
Otuz il yolunu gözlədiyimiz. Zəfər bayramımız. Şanlı qəhrəmanlıq səhifəmiz. Biz otuz ildən çox gözlədiyimiz Zəfər bayramımızın üç ili tamam oldu. Və bu bayram millətimizin tarixində əbədi qalacaq. Bizim bu qələbə bayramımız düyna tarixinə də yazılacaq. Vətənini öz canından çox sevən hər bir soydaşımız kimi, mən də ...
ANL
Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda müxtəlif partiyalar meydana çıxdı. Lakin yaranan hər partiya xalq arasında siyasi nüfuz qazana bilmirdi. İnsanlar isə bütün cəmiyyəti, sosial zümrələri öz ətrafında birləşdirə bilən bir partiyanın yaranmasını arzu edirdilər. Bu partiya Ulu Öndər Heydər Əliyevin l...
ANL
Zəfər günü. Tarixlərə dastan oldu, Ana Yurdun Zəfər Günü. Bayramlardan başda durdu, Vətənimin Zəfər Günü. Düşmənlərə qan qusdurdu, Qalib Yurdun Zəfər Günü. Əsgərlərim, Zəfər Günü. Komandanım mərd, igiddir, Xalqın öndə Gedənidir. Qalib gələn Əsgərimdir, Xalqla birdir, Zəfər Günü. Qarabağa basdı ayaq, Şuşamıza asdı Bayr...
ANL
Qul bazarının qulları. Mənim təhsil almağımda, bir şəxsiyyət kimi yetişməyimdə, formalaşmağımda böyük xidmətləri olan, valideyinlərim qədər sevdiyim müəllimlərimə ithaf eləyirəm. Yalan olmasın, qul bazarında iynə atsaydın, yerə düşməzdi. Ayrı-ayrı boy-biçimdə kişilər, qadınlar bəziləri divara söykənib, bəziləri səkid...
ANL
Zəfər günü. Tarixlərə dastan oldu, Ana Yurdun Zəfər Günü. Bayramlardan başda durdu, Vətənimin Zəfər Günü. Düşmənlərə qan qusdurdu, Qalib Yurdun Zəfər Günü. Əsgərlərim, Zəfər Günü. Komandanım mərd, igiddir, Xalqın öndə Gedənidir. Qalib gələn Əsgərimdir, Xalqla birdir, Zəfər Günü. Qarabağa basdı ayaq, Şuşamıza asdı Bayr...
ANL
Büllur külqabı. Bu gecə, onun burda keçirəcəyi sonuncu gecəsiydi. Sevincindən yata da bilmirdi. Yuxusu ərşə çəkilmişdi, elə bil. Həm də içində bir narahatçılıq vardı, görən sabah onu evdə necə qarşılayacaqdılar.Yerində qurcalanıb, əllərini başının altına qoydu, gözünü onsuz da qaranlıq olan otağın tavanındakı kiçicik ...
ANL
Gur işıqlı şəhərim. Alqış sənin qələbənə, Gündən-günə ucalırsan. Nəsillərə şərbət olub, Nəsillərdən güc alırsan. Sumqayıt şəhəri azərbaycanlıların milli və mənəvi simasını özündə əks etdirən, çətin və ağır günlərdə ləyaqət və şərəfini qoruyub saxlayan möhkəm iradəli, vətənpərvər, əməksevər insanların şəhəridir. Haqlı ...
ANL
Zəfər günləri ərəfəsində Abşeron rayonunun Xırdalan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyinin təşəbbüsü ilə, AYB-də "İrs” komissiyasının üzvü, AYB-nin Sumqayıt şöbəsinin məsləhətçisi, həmçinin "Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin və "Zərif” Qadın Ədəbi Məclisinin sədri, "mitmedia.az” s...
ANL
Şəhid kapitan Ceyhun Əhmədxanovun doğum günüdür. Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının tibb xidməti kapitanı olan Ceyhun Xanlar oğlu Əhmədxanov 18 oktyabr 1988-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub. QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hə...
ANL
Büllur külqabı. … İş vaxtının çoxdan qurtarmasına baxmayaraq Ramiz hələ də kabinetində idi. O, bu gün görülən işlərin sənədlərini gözdən keçirir və gələn həftə görüləcək işlərin planını tuturdu. Həmişə olduğu kimi, cümə günlərində işdən gec çıxırdı. Yorğun olsa belə cümə günlərində əhvalı həmişə yaxşı olurdu. Çünki şən...
ANL
Qul bazarının qulları. Mənim təhsil almağımda, bir şəxsiyyət kimi yetişməyimdə, formalaşmağımda böyük xidmətləri olan,valideynlərim qədər sevdiyim müəllimlərimə ithaf eləyirəm. Müəllimlər gördükləri bu mənzərədən elə bil durduqları yerdə mıxlanmışdılar. Təəccüblə bir-birinə baxırdılar. Hərəsi onun bir üzündən ö...
ANL