text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını elan e...
ANL
Azərbaycanın ümumi. təhsil sahəsində islahatlar. Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir. Hansı sahədə keçirilməsindən asılı olmayaraq, islahatlar hər bir ölkənin tarixində nəcib niyyətlərin reallaşdırılması ilə bərabər, müxtəlif yanaşma...
ANL
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının başlanması ilə əlaqədar "Açıq qapı - İnstitut günü" keçirilib. Filialda imtahan sessiyasının gedişini izləmək istəyən bütün valideynlər, mətbuat işçiləri "Açıq qapı - İnstitut günü"nə dəvət olunmuşdular. Tədbird...
ANL
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı. Naxçıvan Özəl Universitetində Tələbə Elmi Cəmiyyətinin xətti ilə 2009-2010-cu ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş XIV elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, dosen...
ANL
"Yol hərəkəti qaydalarını öyrənirik". Dünya Bankının Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyilə "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi iyunun 3-dən Suraxanı rayonu ərazisində yerləşən 5, 19, 268, 313 nömrəli körpələr evi - uşaq bağçalarında "Yol hərəkəti qaydalarını öyrənirik" layihəsinin icrasına başlamışdı...
ANL
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib. Transparency Azerbaijan İctimai Təşkilatının paytaxtda və dörd regional mərkəzdə - Gəncə, Lənkəran, Quba və Şəkidə keçirdiyi rüblük sorğunun nəticələrinə əsasən Təhsil, Ədliyyə və Daxili İşlər nazirliklərinə ...
ANL
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib. İyunun 10-da təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb. Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov öncə son illər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından və təhsil sahəsi üzrə ə...
ANL
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar. İyunun 8-də Təhsil Nazirliyində "Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, ...
ANL
Bakı Avrasiya Universitetinin yaranmasının 18 illiyi münasibəti ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilmiş tədbirdə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin, həmçinin TÜRKSOY-un nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər. Mərasimdə çıxış edən natiqlər təhsil ocağının ...
ANL
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər. "Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri bu il mayın 22-dən iyunun 3-dək Ukraynanın Aluşta şəhərində keçirilən Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər....
ANL
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib. Bu günlərdə Qafqaz Universitetində "Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları" mövzusunda beynəlxalq konfrans keçirilib. Universitetin Beynəlxalq Münaqişələrin Tədqiqatı Mərkəzinin təşkil etdiyi konfransda azərbaycanlı konfliktoloqlarla yanaşı, qardaş Türkiyəd...
ANL
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi. Dünyada ekoloji problemlərin getdikcə artması təbiət və cəmiyyət münasibətlərinin tənzimlənməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Ekoloji problemlərin həlli, ilk növbədə, insanların şüurunda köklü dəyişikliklərin aparılmasından, onların ətraf mühitə və təb...
ANL
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim. Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi baca...
ANL
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi". Təqdimat: Gülşən Səmədova respublikamızın ən fəal ingilis dili müəllimlərindəndir. 1988-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. 2005-ci ildə TEA Proqramı ilə Amerika Birləşmiş Ştatlarında təcrübə müba...
ANL
Müəllim adı Azərbaycan cəmiyyətində kifayət qədər hörmətli və şərəflidir. Çox vaxt görürsən ki, professora, nazirə, həkimə, mühəndisə və b. vəzifə və peşə sahiblərinə müəllim deyə müraciət edirlər. Bütün insanlar kimliyi, milliyyəti və dinindən asılı olmadan öz valideynlərindən daha çox müəllim tərbiyəsi alır, müəllim ...
ANL
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb. Mayın 26-da Azərbaycan Dillər Universitetinə (ADU) universitet statusu verilməsinin 10 illiyinə və 28 May Respublika gününə həsr olunmuş tədbirdə millət vəkilləri Məlahət Həsənova, Asim Mollazadə, Bəxtiyar Əliyev, Sabir Hacıyev...
ANL
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib. İyunun 3-də Ağstafa rayonunun Heydər Əliyev Mərkəzində "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "2008-2012-ci il...
ANL
Bakı Kompüter Kollecinin "Şəbəkə" Xeyriyyə Təşkilatı son dərəcə mühüm və müqəddəs missiyanı - xalqımızın mentalitetinə, mədəniyyətinə və əsrlər boyu formalaşmış ənənəsinə xas olan ən gözəl keyfiyyətləri özündə nümayiş etdirməklə, uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçk...
ANL
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb. İyunun 5-də Təhsil Nazirliyində 2010-2011-ci dərs ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarını təşkil edəcək 4 qeyri-hökumət təşkilatı ilə Təhsil Nazirliyi arasında müqavilələr imzalanıb. Təhsil naziri Misir Mərdanov imz...
ANL
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib. İyunun 10-da təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb. Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov öncə son illər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından və təhsil sahəsi üzrə ə...
ANL
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub. İyunun 9-da Cənc Tamaşaçılar Teatrında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu. 1921-ci ildə ittifaq incəsənət işçiləri həmkarlar ittifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həm...
ANL
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası. İyunun 5-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzində "Amerikada təhsil al" adlı təhsil yarmarkası keçirilib. Yarmarka ABŞ-ın ölkəmizdəki səfirliyinin, ABŞ təhsilli Azərbaycan Məzunları Assosiasiyası və Bakı Təhsil Məlumat M...
ANL
May ayının sonlarında Türkiyə Cümhuriyyətinin 19 mayıs Samsun Universitetində beynəlxalq simpozium keçirilmişdir. Simpozium torpaq və su üzrə regionlarda təbii ehtiyatların səmərəli istifadəsinə və onların idarə olunmasına həsr edilmişdir. Simpoziumda dünyanın 37 ölkəsindən 250-dən çox tədqiqatçı mütəxəssis və alim işt...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bir ildən artıq müddətdə Azərbaycan təhsilinin hər bir pilləsi və səviyyəsi üzrə inkişaf meyilləri, problemlər və perspektivlər barədə fikirlərimizi, həyata keçirilən konkret tədbirlər haqqında məl...
ANL
Biliklər iqtisadiyyatı və innovasiya. Bu gün yaratdığımız dünyanın problemləri, bu problemləri yaradarkən düşündüyümüz şəkildə düşünərsək çözülməz. Uğurlu innovasiya fərqli düşünmək və fərqli fəaliyyətlə gerçəkləşir. Bu gün Azərbaycan elminin qarşısında duran strateji hədəflərə çatmaq üçün biliklər iqtisadiyyatı haqqın...
ANL
Yerləşir: Kanada, Britaniya Kolumbiyası əyaləti, Vankuver şəhəri. Britaniya Kolumbiyası Universiteti (University of British Columbia) Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində yerləşir və əyalətin ən qədim ali təhsil ocağıdır. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universi...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Arazov Ənvər Talış oğlu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk v...
ANL
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir. Son beş ildə Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırmanın keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Etiraf edilir ki, əvvəllər respublikamızın müxtəlif rayonlarından təkmilləşdirmə kurslarına gələn müəlli...
ANL
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi. İmtahanların gedişini valideynlər və kütləvi informasiya vasitələrinin nümayəndələri də izlədilər. İyunun 16-da Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi. Həmin gün Təhsil Nazirli...
ANL
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin bir qrup tələbəsi Türkiyə Cümhuriyyətinin Kayseri - Erciyez, Elazığ - Fırat və İzmit - Kocaeli universitetlərində 6 - 9 ay müddətində internatura kursunda olmuşdur. Bu yaxınlarda həmin tələbəl...
ANL
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi. Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin ən qocaman və nüfuzlu ali təhsil müəssisəsi olan İordaniya Universitetinin iki əlaçı tələbəsinə Heydər Əliyev təqaüdü təqdim ...
ANL
Bu münasibətlə iyunun 9-da bağçada məzunların məktəbə yola salınması mərasimi keçirildi. Mərasimdə valideynlər də iştirak edirdilər. Yeri gəlmişkən qeyd edək ki, yola salmaqda olduğumuz dərs ili "Səadət" körpələr evi-uşaq bağçasının pedaqoji kollektivi, burada tərbiyə alan fidan balalar üçün çox uğurlu olub. Uzun müddə...
ANL
Təhsil naziri valideynlərlə görüşüb. Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər. İyunun 12-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə VMA rəhbərləri və üzvləri olan valideynlərlə görüş keçirildi. Görüşdə...
ANL
Nazir məzunların təqdimatından razı qaldı. Artıq bir neçə ildir ki, respublikamızda təhsilin məzmunu sahəsində islahatlar uğurla həyata keçirilir. Son illərdə birinci siniflərdə dərs deyəcək müəllimlər yeni tədris vəsaitləri ilə işləmək bacarığına yiyələnmək məqsədi ilə xüsusi treninqlərə cəlb edilir. Lakin bu da vəziy...
ANL
İyunun 4-də Azərbaycan Müəllimlər İnstitutunda "Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2010-cu il tarixli 681 nömrəli sərəncamının icrası ilə bağlı tədbir keçirildi. Tədbirdə AMİ-nin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Yazıçılar Birliyi İdarə...
ANL
Pərvin beynəlxalq yarışlara hazırlaşır. Pərvın Hüseynov 1995-ci ildə Ağdamın Zəngişalı kəndində anadan olub.Doqquzuncu sinif şagirdidir. Cüdo güləş növü üzrə dəfələrlə çempion adını qazanıb. Ağdam Uşaq-Gənclər İdman Məktəbinin cido üzrə açıq birinciliyində yüksək nəticə göstərib. 2007-ci ildə Pərvin Hüseynov yeniyetməl...
ANL
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib. İyunun 16-da Təhsil Nazirliyində Dünya Bankının nümayəndəsi Lire Ersadonun "Azərbaycan: təhsilə çıxış və təhsilin keyfiyyəti" mövzusunda təqdimatı dinlənilib. Misir Mərdanov tədbiri açaraq son illər Təhsil Nazirliyi ilə Dünya Bankı arasında qurulan əm...
ANL
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib. Azərbaycanın təhsil sistemində 10 ildən artıqdır ki, davamlı və məqsədyönlü islahatlar aparılır. Bu islahatların bir çoxu Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə reallaşdırdığı layihələrdən qaynaqlanır. Elə bu məqsədlə Təhsil Nazirliyin...
ANL
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib. İyunun 16-da "Excelsior" otelində Azərbaycan gənclərini Kipr Beynəlxalq Universitetində təhsil almağa cəlb etmək məqsədi ilə universitetin təqdimat mərasimi keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak...
ANL
Bakı Tikiş Evində dövlət imtahanı. 3 nömrəli Bakı Peşə Məktəbinin uğurları əvvəlki illərlə müqayisədə son illər xeyli artıb. Məktəbin maddi bazası ildən-ilə möhkəmlənib, qorunub və inkişaf etdirilib. Burada müəllim və şagirdlərin qüvvəsi ilə təşkil edilən, valideynlərin köməyi nəticəsində zənginləşdirilən fənn kabinetl...
ANL
İyunun 5-də ADU-nun rektoru, professor Səməd Seyidov Fransanın Strasburq Universitetinin professoru, Azərbaycan Dillər Universiteti ilə Strasburq Universiteti arasında əməkdaşlıq üzrə əlaqələndirici məsul şəxs Jan Kristof Pölanı qəbul etdi. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq, hər iki ölkənin təhsi...
ANL
Tələbə elmi konfransının yekunu. Naxçıvan Dövlət Universitetində 2009-2010-cu tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa dair ümumuniversitet elmi konfransı keçirilmiş, 17 bölmə üzrə iclaslarda tələbələrin müxtəlif sahələrdə apardıqları araşdırmaları, elmi-tədqiqat ...
ANL
Qafqaz Universitetində məzun günü. İyunun 11-də Qafqaz Universitetində bu ali təhsil müəssisəsinin XIII buraxılışına həsr olunmuş məzun günü keçirildi. "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında universitetin həyətində təşkil olunmuş möhtəşəm mərasimdə təhsil nazirinin müavini Elmar Qasımov, millət ...
ANL
Ucar rayonunun məktəbəqədər təhsil müəssisələrində 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü yaddaqalan tədbirlə qeyd olundu. Mədəniyyət evində keçirilən tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin şagird ...
ANL
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur. Kurikulum islahatı respublikamızın hər yerində olduğu kimi, Goranboy rayonunda da uğurla həyata keçirilir. 2008-2009-cu dərs ilindən ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni kurikulumlarla başlanılmışdır. İbtidai sinif müəllimləri kurikulum təlimi üzrə...
ANL
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər. Bu günlərdə Bakı Uşaq Teatrının nəzdindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası ilk tamaşasını göstərdi. Uşaq nağıllarının qəhrəmanları olan Qırmızı papaq, Tıq-tıq xanım, Göyçək Fatma, Ovçu Pirim kimi obrazları canlandıran uşaqlar heç də ...
ANL
Ölkənin bütün ümumtəhsil məktəblərində olduğu kimi, Quba rayonu Sərvər və Şəmsəddin Şəmiyev qardaşları adına İsnovqışlaq kənd orta məktəbində də dərs ilinin son günündə həyəcanlı anlar yaşanırdı, lakin bu, digər məktəblərdəkindən bir qədər fərqli idi. Həmin gün məktəbdə təkcə "son zəng" deyil, həm də bu təhsil ocağının...
ANL
Aysun Bədəlova Ağcabədi şəhər 2 nömrəli orta məktəbin IV sinfində oxuyur. Burada keçirilən təlim məşqlərində həmişə fəallıq göstərir. Elə bunun nəticəsidir ki, Aysun 2009-cu il 7-17 dekabr tarixlərində Astara şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Açıq Respublika Şahmat turnirində ...
ANL
Respublika müsabiqəsinin qalibi. Əşrəf Paşayev Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə yaxşı qiymətlərlə oxumaqla bərabər, rayon texniki yaradıcılıq mərkəzinin dərnək üzvüdür. "Əyləncəli fizika" dərnəyinin rəhbəri Fazil Alıyev onun gələcəyinə böyük ümidlər bəsləyir. Təsadüfi deyildir ki, Əşrəf dəfələrlə bu ümidləri doğ...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Suraxanı rayonundakı 154 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 101 nömrəli texniki peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Albert bir müddət Bakının Suraxanı rayonunda maşınqayırma zavodunda çalışıb. Vətənimiz erməni işğalına məruz qaldığı günlərdə o, kön...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə ümumi təhsil sahəsində mövcud olan problemlər və onların həlli istiqamətində atılacaq addımlar barədə fikirlərimi sizinlə bölüşməyə çalışacağam. Məlumdur ki, ümumi təhsilin insanın form...
ANL
Yerləşir: Avstraliya, Kvinslend ştatı, Brisben şəhəri. Kvinslend Universiteti (University of British Columbia) Avstraliyanın Kvinslend ştatının ən böyük şəhəri olan Brisben şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya ...
ANL
Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmri ilə təsdiq edilmiş fənn kurikulumlarının və tədris pl...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2010-2011-ci dərs ili üçün Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin IV-XI, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin IV siniflərinin tədris planları (ə...
ANL
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkiş...
ANL
Tədbirlər planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 30.08.2005-ci il tarixli, 982 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Gəncliyi Dövlət Proqramı" nda nəzərdə tutulmuş bəzi tədbirlərin icrasını daha dolğun təmin etmək məqsədilə. Tədbirlər Pla...
ANL
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik ...
ANL
Beynəlxalq müsabiqələr laureatı. Xüsusi ifaçılıq qabiliyyəti və istedadı ilə fərqlənən Prezident təqaüdçüsü Toğrul Hüseynlinin uğurları çoxdur. İlk öncə o, görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq Filarmoniyasının nəzdindəki "Aysel" uşaq teatrının solisti seçilib. Bakı Musiqi Akademiyasının nəzdindəki Pedaqoji hazırlı...
ANL
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər). GİRİŞ. Fizika fənni kurikulumu və onun xarakterik cəhətləri. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu fizika təliminin əsas məqsəd və vəzifələrini müəyyənləşdirməklə ümumi təlim nəticələr...
ANL
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı. İyunun 21-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclası oldu. Hər iki müsabiqənin nəticələrinə həsr olunmuş iclası açan təhsil naziri, Təşkilat Komitəsinin sədri Mi...
ANL
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb. İyunun 22-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi. Təhsil naziri Misir Mərdanov konfransı açaraq KİV nümayəndələrini salamladı,...
ANL
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar. İyunun 21-də "Park İnn" mehmanxanasında "Elektron təhsil" müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirildi. Tədbirdə Təhsil Nazirliyinin məsul işçiləri, Təşkilat Komitəsi və münsiflər heyətinin üzvləri, müsabiqəni dəstəkləyən şirkət və qurumların, Bakı ...
ANL
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub. İyunun 22-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin fənn proqramları müəllifləri ilə görüş keçirilib. Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 27 adda dərsliyin ha...
ANL
Amerikalı tələbələrlə görüş. İyunun 14-də Azərbaycan Dillər Universitetinin Heydər Əliyev adına Muzey-lektoriyasında Yay məktəbində iştirak edəcək amerikalı tələbələrlə görüş keçirildi. Tədbiri giriş sözü ilə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova açaraq universitetdə fəaliyyət göstərən şöbəl...
ANL
Növbəti xarici səfər: müqavilələr, görüşlər. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov bu yaxınlarda Latviyada xidməti ezamiyyədə olmuşdur. Əməkdaşımız səfərlə əlaqədar professor Asəf Zamanovdan müsahibə almışdır. Həmin mü...
ANL
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar. Yeni fənn kurikulumunun I və II siniflərdə tətbiqi vəziyyətini öyrənmək, öz fəaliyyətini uğurlu təşkil etməyi bacaran müəllimlərin müəyyənləşdirilməsi və təcrübəsinin öyrənilib yayılması məqsədilə bu günlərdə AMİ-nin əməkdaşları Bərdə rayonundakı 8 nömrəli şəhər orta məktəbi...
ANL
Ali təhsildə Boloniya prosesi. Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ali təhsilin müstəsna rolu vardır. Məhz buna görə də bütün dövrlərdə və bütün cəmiyyətlərdə ali təhsilin inkişafına xüsusi önəm verilir və onun cəmiyyəti...
ANL
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər. "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir". Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqın böyük təkidi ilə təkrar h...
ANL
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı". İyunun 22-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) "Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, BDU-nun So...
ANL
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir. Tenderdə nəşr və çap sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, ...
ANL
Bağçanın bütün tərbiyəçi və uşaq kollektivinin, valideynlərin və çoxlu qonağın qatıldığı bayram şənliyi təkcə məzunların məktəbə yola salınmasına həsr olunmamışdı, həmin gün həm də tərbiyə ocağı özünün 20 yaşını qeyd edirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən və digər bağçalardan gəlmiş qonaqlar əvvəlcə bağçanı gəzib ...
ANL
Bu münasibətlə iyunun 24-də tərbiyə ocağında "Əlvida bağça, salam məktəb" adı altında tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyindən, yerli icra hakimiyyətindən nümayəndələr, millət vəkilləri və digər qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbə hazırlıq qrupunun tərbiyəçisi Sevinc Behbudova açaraq balac...
ANL
Almaniyada peşə təhsili. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə "Dünyaya baxış" (World Vision) humanitar təşkilatının birgə həyata keçirdikləri "Gənclərin inkişafı və məşğulluq şəbəkəsinin yaradılması" layihəsi çərçivəsində nazirliyin bir qrup əməkdaşı bu günlərdə Almaniya Federativ Respublikasında səfərdə olmuşd...
ANL
"Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim". Dünya təhsilinə inteqrasiya olunan bir zamanda, başqa fənn müəllimləri kimi, ədəbiyyat müəllimi də öz fəaliyyətində dönüş yaratmalı, daha səmərəli metod, priyom, vasitələr tapmalıdır. Bunun ən optimal yolu yeni texnologiyalardan istifadədir. Qloballaşa...
ANL
Tələbələr kompüterlə imtahan verdilər. 2009-2010 -cu tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları vaxtında aradan qaldırmaq məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində lazımi tədbirlər görülüb. Bu barəd...
ANL
Respublika baxış-müsabiqəsinə yekun vuruldu. İyunun 24-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq Rəsm Qalereyasında "Azərbaycanı sev və öyrən" mövzusunda turist-diyarşünaslıq ekspedisiyasının respublika baxış müsabiqəsi keçirildi. Müsabiqəni keçirməkdə məqsəd gənc nəslə doğma diyarı sevdirmək, onlara...
ANL
Tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənləri üzrə tez-tez "açıq dərs"lər təşkil edirəm. İnteraktiv təlim metodlarının tələblərinə uyğun olaraq tədris etdiyim mövzularda fəndaxili və fənlərarası əlaqələr yaradıram. Direktorun Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə Azərbaycan dili fənnindən "Feli...
ANL
Şagirdlərin sevimlisi. Hər dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür. O müəllimlərimiz ki, qayğılı bir təbəssümü ilə qəlbimizi işıqlandırmış, ürəyimizi kövrəltmişlər. O müəllimlərimiz ki, tələb və tapşırıqları ilə bizi zirvələrə yüksəltmişlər. Bizdə həmişə belə...
ANL
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri. NDU-da Azərbaycan Respublikasının əməkdar müəllimi, universitetin Pedaqogika və psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Gültac Əliyevanın 70 illik yubileyi münasibətilə tədbir keçirildi. Yubiley mərasimini giriş sözü ilə açan rektor, akademik İsa H...
ANL
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı. "Təhsilin əsasları" fənninin tədrisinin əhəmiyyəti, onun məqsədi və vəzifələri haqqında "Azərbaycan müəllimi" qəzetində bir sıra müəlliflərin geniş mülahizələri verilmişdir. "Təhsilin əsasları" fənninin məqsədi nəzəri və praktik baxımdan səriştəli müəllimlər haz...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fik...
ANL
"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycana və azərbaycanlılara qarşı ermənilərin tarix boyu törətdiyi soyqırımları, qəddarlıqları, qətliamları, düşmənçiliyi tanıtmaq, böyüməkdə olan uşaq və gənclərdə erməni terroruna, ermən...
ANL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misil...
ANL
Yerləşir: ABŞ, Pensilvaniya ştatı, Pitsburq şəhəri. Karnegi Mellon Universiteti (Carnegie Mellon University) ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən özəl ali təhsil müəssisəsidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının dünya universitetlərinin...
ANL
Yeniyetmə rəssamlarımız beynəlxalq müsabiqələrdə uğur qazanırlar. Paytaxtın Nizami rayonundakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən dərnəklərin üzvləri şəhər, respublika əhəmiyyətli tədbirlərdə, beynəlxalq müsabiqə, sərgi və festivallarda da fəal iştirak edirlər. Xüsusilə gənc rəssamlar Hindistan, Yap...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) təşkilatları ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və p...
ANL
Paris Ali Normal Məktəbi. Yerləşir: Fransa Respublikası, Paris şəhəri. Paris Ali Normal Məktəbi (fransız dilində Ecole Normale Superieure) Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşir və Fransanın dövlət universitetləri çərçivəsində fəaliyyət göstərən nüfuzlu ali məktəblərdən biridir. Ali Normal Məktəb Fran...
ANL
Yeri görünən insan. Heç nəyin və heç kimin unudulmadığı bu dünyada hər kəs İlahi tərəfindən ona bəxş edilmiş özünəməxsus bir ömür yolu keçir. Belə nəsillərə örnək insanlardan biri, bu yaxınlarda 100 illik yubileyi qeyd ediləcək, dövrünün görkəmli pedaqoqu kimi böyük hörmət və nüfuz qazanmış Möhsün Axundov haqqında söz ...
ANL
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci. Müdrik bir deyimə görə, bağ bağbansız, bəşəriyyət müəllimsiz keçinə bilməz. Kimliyindən, həyatda tutduğu mövqeyindən asılı olmayaraq, hər bir insan özündəki bir sıra keyfiyyətlərə görə dərs aldığı ilk müəlliminə borcludur. Alimdən, mütəfəkkirdən tutmuş sadə insanlaradə...
ANL
Bakıdakı 261 nömrəli məktəb-liseydə son illər diqqətəlayiq bir ənənə yaranıb: məktəbi bitirən məzunlarla hər il görüş keçirilir, onlara hədiyyələr təqdim olunur. 2003-cü ildən keçirilməyə başlamış belə "məzun günləri"ndə adətən son dərs ilində məktəbi bitirərək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş t...
ANL
Görkəmli kinoşünasın yubileyi qeyd edilib. Martın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrında görkəmli kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin anadan olmasının 70 illik yubileyi təntənəli qeyd edilib. Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, professor Rafi...
ANL
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi. Dizayn, quruluş və məzmun baxımından müvafiq tələblərə cavab verən yeni sayt "Azərbaycan müəllimi" qəzetinin ictimaiyyət arasında daha geniş yayılması işinə xidmət edir və dövlətin təhsil siyasətinə uyğun olaraq görülən işləri əks etdir...
ANL
Saatlı rayonundakı 1 nömrəli orta məktəbdə "Ekologiya ili"nə aid "dəyirmi masa" keçirilib. Tədbiri məktəbin direktoru, respublikanın əməkdar müəllimi Oqtay Məmmədov açaraq qeyd edib ki, ətrafımızda gördüyümüz bütün canlı və cansız aləm təbiətin tərkib hissəsi olduğu kimi, insan da bu aləmin bir nümayəndəsidir. Kəsilən ...
ANL
Yerləşir: Kanada, Ontario əyaləti, Toronto şəhəri. Toronto Universiteti (University of Toronto) Şimali Amerikanın ən yüksək intellektual keyfiyyətə malik elmi-tədqiqat mərkəzlərindən biridir. Ali məktəb Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşir. 1926-cı ildən Toronto Universiteti "Amerika Universitetləri ...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin British Council (Britaniya Şurası) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm. Azərbaycan Res...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsinə dair T...
ANL
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri. Fortepiano çalırdım, müəllimim də məktəbin direktoru, professor Kövkəb xanım Səfərəliyeva idi. O illəri mən heç zaman unutmayacağam. Musiqi məktəbində 7 il oxuduqdan sonra, VIII sinfin I rübündə artıq qət etdim ki, mən musiqiçi olmayacağam. Atamın kitabxanasındakı ki...
ANL
Yerləşir: Sinqapur Respublikası, Kent Ric rayonu. Sinqapur Milli Universiteti (National University of Singapore) Sinqapur Respublikasında yaranan ilk ali təhsil müəssisəsidir. Universitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur. Böyük Britaniya...
ANL
Nəriman Həsənzadənin Nizami poeması. Son illər poeziyamızda yeni bir ədəbi hadisə kimi N.Həsənzadənin "Nizami" poeması diqqəti cəlb edir. Bu maraqlı əsərin yazılması ilə əlaqədar müəllifin özünəməxsus bir səmimiyyətlə etirafı çox maraqlıdır. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyindən ürəyimdə ayrıc...
ANL
Məktəbli rəssamın fərdi sərgisi. Martın 6-da Ucar şəhər Mədəniyyət Evində Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyətinin yaranmasının 90 illiyi və "Ekologiya ili" ilə əlaqədar Ucar şəhər 2 nömrəli orta məktəbin 6-cı sinif şagirdi Əhmədov İslam Aslan oğlunun fərdi rəsm sərgisi keçirilib. Tədbirdə çıxış edən rayon ...
ANL