text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfrans. Fevralın 9-da "Landmark" otelində Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkətinin birgə "Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfransı keçirildi. Konfransda təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin Təhsil siste... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsi barədə. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı. Azərbaycan xalqının ümummilli lid... | ANL |
"İlin ən yaxşı məktəbdənkənar müəssisəsi" nominasiyası üzrə respublika müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı. Məktəbdənkənar müəssisələrdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq və onların fəaliy... | ANL |
Təhsil Nazirliyində görüş. Fevralın 10-da təhsil naziri Misir Mərdanov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Pastkeviç də iştirak ... | ANL |
Şəmkir rayonunda daha üç məktəb binası tikilir. Rayon təhsil şöbəsindən aldığımız məlumatda bildirilir ki, son illərdə respublikamızın bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da 3 yeni məktəb binasının tikintisi sürətlə davam edir. Hazırda rayonun Səməd Vurğun adına Təzəkənd orta məktəbi üçün 960 yerlik məktəb... | ANL |
Şagirdlər İKT biliklərinə yiyələnirlər. Bakıdakı 103 nömrəli orta məktəbdə iki kompüter otağı yaradılmış və bu kompüter otaqlarında I sinif şagirdləri ilk gündən informatika fənni üzrə kompüter biliklərinə dərindən yiyələnirlər. Məktəbin III və IV siniflərində isə dərslərin hamısı müəllimlər tərəfindən elektron dərslik... | ANL |
Məktəbdə yapon dilinə maraq artır. Ötən ilin oktyabrından Bakıdakı 225 nömrəli məktəbdə respublikada ilk dəfə olaraq yapon dilinin tədrisinə başlanılıb. Bu günlərdə Yaponiyanın Azərbaycandakı səfiri məktəbdə olub, beşincilərlə sorğu aparıb, onların bu dilə olan maraqlarını yüksək dəyərləndirib,şagirdlərə həvəsləndirici... | ANL |
Azərbaycan ilə Belarusun təhsil sahəsində əməkdaşlığı genişlənir. Fevralın 8-də Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin (BDİRU) nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olmuşlar. Azərbaycan-Belarus I biznes forumu çərçivəsində keçirilən görüşdə AzTU-nun rektoru, professor Havar Məm... | ANL |
Bu gəldi-gedər dünyaya göz açan hər bir insan bacarıq və əməllərilə yaşayıb-yaradaraq özünəməxsus iz qoyub gedir bu dünyadan. Sağlığında əməyinə verilən qiymət onu yaşamağa, daha yeni nailiyyətlər qazanmaqla xalqına, vətəninə xeyir verməyə ruhlandırır. Belə insanlardan biri, respublikanın xalq artisti, "Şöhrət" ordenli... | ANL |
Coğrafiya dərslərində interaktiv təlim metodlarının və İKT-nin tətbiqi. Yeni təlim metodlarından istifadə müasir dərsin əsas xüsusiyyətlərindəndir. Müəllim hansı metodlardan necə və nə zaman istifadə edəcəyini bilməli, sinifdə şagirdlərin öz rəylərini, təkliflərini sərbəst və azad ifadə etmələrinə, müəllim-şagird əməkd... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, ötən məqalələrdə ayrı-ayrı ölkələrlə təhsil sahəsində əməkdaşlıq əlaqələri barədə məlumat vermişdik. Bu məqalədən başlayaraq Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla təhsil sahəsində əlaqələri,... | ANL |
Yerləşir: Yaponiya, Honşu adası, Kyoto şəhəri. Kyoto Universiteti (Kyoto University) Yaponiyanın Honşu adasının mərkəzindəki Kyoto şəhərində yerləşir. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın ikinci ən qədim universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplem... | ANL |
Hazırda respublikamızın ümumtəhsil məktəblərində hər 20 şagirdə 1 kompüter düşür. 5 il bundan əvvəl isə bu 1:1063 nisbətində idi. Təhsil Nazirliyindən aldığımız məlumata görə, Dövlət Proqramı çərçivəsində ölkənin bütün ümumtəhsil məktəbləri İKT ilə tam təmin edilmişdir. Bundan başqa, 500 təhsil müəssisəsi Azərbaycan Tə... | ANL |
Ötənilki test sualları müəllimlər üçün də çətin oldu. Ölkənin ən tanınmış məktəblərinin yüksək titullu müəllimləri test suallarını nəzərdə tutulan vaxtda həll edə bilmədilər. Ötən il ali məktəblərə keçirilmiş qəbul imtahanlarındakı test tapşırıqlarının çətin olması barədə fikirlər ictimaiyyət arasında hələ də birmənalı... | ANL |
Uşaq Qaynar Xətt Xidməti fəaliyyətə başladı. Fevralın 18-də Uşaq Qaynar Xətt Xidmətinin açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azercell Telekom şirkətinin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevord, xarici ölkələrin Azərbaycandakı səfir... | ANL |
Respublika ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı. Azərbaycanda şahmat geniş yayılmış ənənəvi idman oyunlarından biridir və xalqımızın mədəniyyətində... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2010-cu il mayın 10-da müstəqil Azərbaycanın qurucusu, dünya azərbaycanlılarının iftixarı, müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin ... | ANL |
Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Xocalı soyqırımının on səkkizinci ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə. Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq... | ANL |
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi. Fevralın 12-də Azərbaycan Müəllimlər İnstitutunda "Təhsilin əsasları" fənninin tədrisi üzrə müəllimlərin cəlb olunduğu treninqlərin ikinci mərhələsinin başa çatmasına dair "dəyirmi masa" keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələ... | ANL |
Monitorinq və qiymətləndirmə şöbəsinin. 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi. Fevralın 13-də Təhsil Nazirliyində Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənilib. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Monitorinq və qiymətləndirmə şöbəsinin işinin büt... | ANL |
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər. 2009-2010-cu illər üçün III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının sualları əvvəlki illərlə müqayisədə süni şəkildə, heç bir məntiqə əsaslanmadan çətinləşdirilmiş və mürəkkəbləşdirilmişdir. Nəticədə bu ixtisas qrupu üzrə ə... | ANL |
Yeni təhsil modeli öz üstünlüklərini göstərir. Bu gün cəmiyyətə çoxlu bilik daşıyıcılarından çox bu biliklərini həyatda tətbiq edə bilənlər, hər hansı fakt və hadisə barədə sərbəst mülahizə yürütməyi bacaranlar, geniş analitik təfəkkürə, müstəqil bilik və məlumat əldə etmək bacarığına yiyələnmiş, fəal vətəndaşlıq mövqe... | ANL |
"Uğurlarıma görə müəllimlərimə borcluyam". Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil etmək hər bir azərbaycanlı gəncin arzusudur. Bu arzunu reallaşdırmaq üçün gənclərimizdə yüksək savad və bacarığın olması isə vacib amillərdəndir. Azərbaycanımızı elm sahəsində beynəlxalq olimpiadalarda uğurla təmsil edənlərdən biri ... | ANL |
Yerləşir: Böyük Britaniya, İngiltərə, Mançester şəhəri. Mançester Universiteti (Manchester University) İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın nəhəng elmi-tədqiqat universitetləri qurumu olan "Russell Qrupu"nun və elmi-tədqiqat layihələri ... | ANL |
Xocalı faciəsinin on səkkizinci ildönümü təhsil müəssisələrində qeyd olundu. Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim başlamazdan əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqə... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir. "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə. Bu Əsasnamə "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin (bundan sonra - Sistem) yaradılması, zənginləşdirilməsi və ondan istifadə qaydalarını müəyyən ... | ANL |
Muğam ustadları ilə görüş. Bülbül adına Bakı orta ixtisas musiqi məktəbində muğam ustadları Əlibaba Məmmədovun 80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Əsgərova açaraq qonaqları salamladıqdan sonra sözü Azərbaycan Milli Elmlər Ak... | ANL |
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Fənn olimpiadalarının yekun turunun mütəşəkkil keçirilməsi məqsədilə. Olimpiadaların yekun turunun iştirakçıları 17 mart 2010-cu il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər: - Azərbaycan dili v... | ANL |
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi. Fevralın 25-də Bakıdakı M.Müşfiq adına 18 nömrəli orta məktəbdə ibtidai siniflərdə kurikulumların tətbiqi ilə əlaqədar "Açıq qapı" günü keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəl... | ANL |
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans. Naxçıvan Özəl Universitetində pedaqoji fakültənin əyani şöbəsinin Azərbaycan dili və ədəbiyyatı, xarici dil (ingilis), tarix və ictimaiyyat, riyaziyyat-informatika ixtisasları üzrə III kurs tələbələrinin 2009-2010-cu tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə... | ANL |
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb. Ölkəmizdə istedadlı uşaq və gənclərin aşkara çıxarılması və onlarla iş sahəsində tədqiqatlara başlanılıb, 21 bölgədə 32 pilot məktəbi yaradılıb. 2010-cu ildə respublikamızın 8 bölgəsində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Lənkəran, Quba, Ağdaş rayonl... | ANL |
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu. Ölkəmizin qocaman təhsil müəssisələrindən biri olan Laçın rayonundakı Minkənd kənd orta məktəbinin 120 yaşı bu il tamam olur. Bu münasibətlə fevralın 20-də Xırdalan şəhər mədəniyyət evində yubiley mərasimi keçirildi. Mərasimdə bir sıra dövlət qur... | ANL |
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında. Müasir dünyada yaxşı ali məktəb elmi tədqiqatlara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını daim inkişaf etdirməklə, keyfiyyətli təhsil verməklə tanınır. çağdaş dünyamızda ali məktəb də müasir, modern olmalıdır, dünyanın inkişa... | ANL |
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər. Məlum olduğu kimi son illər müəllim hazırlığı sahəsində aparılan islahatlar çərçivəsində bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlanması üçün yeni kurikulum tərtib edilmiş və onun respublikamızın üç ali pedaqoji təhsil müəssisəsində ekspe... | ANL |
Müəllim hazırlığı: Türkiyə təcrübəsi. Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur. Bakalavr dərəcəsini 1983-cü ildə Hacəttəpə Universitetinin sosiologiya bölümündə, magistr dərəcəsini isə 1986-cı ildə təhsildə proqramlama bölümündə alıb. 1988-1992-ci illərdə İngiltər... | ANL |
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar". Həmsöhbətim Xocalı sakini, 33 yaşlı Musayev Ramil Səlim oğludur. Onunla Xocalı soyqırımının on səkkizinci ildönümü ərəfəsində görüşdüm. Qəlbində yurd həsrəti, Xocalı yanğısı olan Ramil özünün və bu şəhərin sakinlərinin ermənilər tərəfindən başlarına gətirilən müsibətlərdən, və... | ANL |
Müəllimlərin işə qəbulu elektron vasitələr tətbiq edilməklə aparılacaq. Ölkəmizdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müxtəlif müsabiqə və yarışların təşkili, layihə və proqramların həyata keçirilməsi sahəsində bir sıra qurumlarla səmərəli əməkdaşlıq əlaqələri yaradılıb, birgə tədbirlər həyata keçirilib. ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə təhsilin bir pilləsindən, səviyyəsindən digərinə keçid, bu sahədə olan problemlər və onların həlli yolları barədə mülahizələrimi diqqətinizə təqdim edirəm. Təhsilin keyfiyyətli, səmərəl... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Əliyev İlham Müzəffər oğlu. O, 1982-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Gədəbəy rayonunda müxtəlif sahələrdə çalışmışdı. Bir az sonra isə Gədəbəy Rayon Polis Şöbəsinin mühafizə bölməsinə dəyişilmişdi. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə Şəhər Polis Şöbəsin... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. 1987-ci ildə doğma kəndlərindəki məktəbdə səkkizinci sinfi bitirmiş, sonra Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. Xidmət etdiyi hərbi hissədən Naxçıvan MR-na göndərilmiş, Sədərək və Batabat yaylağında erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir. O, Ağdam, Füzu... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Bayramov Soltanağa Nəhmət oğlu. O, orta təhsilini Astara rayonunda alıb. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirib, sonra təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlayıb. 1990-cı illərdə bəzi xarici dövlətlər erməni separatçıları ilə birlikdə bir qrup adamı öz əlaltılarına çe... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Eyvazov Qorxmaz Abış oğlu. Q.Eyvazovun erməni faşistlərinə qarşı olan döyüş yolu elə doğma yurddan - Qazdərəsi, Suarası və Mazutlu kəndlərindən başlamışdı. Onun yüksək fəaliyyəti nəticəsində Qızartı dağı uğrunda gedən döyüşlərdə ermənilərin bir tankı ələ keçirilmişdi. O, sağalan kimi ye... | ANL |
Yerləşir: Yaponiya, Honsyu adası, Osaka şəhəri. Osaka Universiteti (Osaka University) Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşir. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS W... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Cəfərov Faiq Əliqulu oğlu. 1991-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirərək Bakı Maşınqayırma Texnikumunda təhsilini davam etdirmişdi. Naxçıvanın ilk sərhəd dəstəsinin üzvlərindən biri olmuşdu. F.Cəfərov Şərur rayonundakı 3-cü zastavada xidmət edərək sərhədlərimizin erməni təcavü... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə hazırda cəmiyyətdə ən çox müzakirə obyektinə çevrilən repetitorluq barədə mülahizələrimi diqqətinizə təqdim edirəm. Tədqiqatlar göstərir ki, tarixilik baxımından dünyada repetitorluq XV... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə uzun müddət kölgədə qalan, lakin müəllimlərin metodik hazırlığı və peşəkarlıq səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıyan metodik xidmət barədə mülahizələrimi diqqətinizə təqd... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə uzun müddət kölgədə qalan, lakin müəllimlərin metodik hazırlığı və peşəkarlıq səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıyan metodik xidmət barədə mülahizələrimi diqqətinizə təqd... | ANL |
El içində uğurları ilə seçilib tanınmaq peşəkarın seçdiyi sahəyə vurğunluğu, fədakar əməyi ilə sıx bağlıdır. Şairlik, memarlıq, ...kimi el məhəbbəti qazanan sənətkarlıq isə İlahi Varlığın seçdiyi bəndələrə tale payıdır. Eyni mühitdə, eyni ailədə həyata göz açıb böyüyən qardaş-bacılardan ancaq birinin şaqraq, məlahətli,... | ANL |
Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub. 1930-cu ildə Lerik rayonunun Kirəvud kəndində anadan olan Surxay Əsədovun təhsil aldığı illər Böyük Vətən müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdü. Müharibənin tüğyan etdiyi illər... Ərazidə orta məktəbin olmaması Surxayın oxumaq, təhsil almaq həvəsini az... | ANL |
Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur. Ali təhsil müəssisələrinin mövcud maliyyələşmə sistemində köklü islahat aparılmadan keyfiyyətli mütəxəssis hazırlığına nail olmaq mümkün deyil. Bu vaxta qədər maliyyələşmə və budcə vəsaitlərinin ali məktəblər arasında bölüşdürülməsi mexanizmi aşağıdakı səbəblərə g... | ANL |
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu. Naxçıvan Dövlət Universiteti ardıcıl dövlət qayğısı sayəsində dünya təhsilinə inteqrasiya edərək, müasir texnologiyalarla təmin olunaraq təhsilin informasiyalaşdırılması istiqamətində mühüm nəticələr əldə etmişdir... | ANL |
Yeni dərs ilində paytaxtımızın məktəbəqədər təhsil müəssisələrindən məktəbə yollanacaq 8 min 500-dən çox uşağın 55-i Yeni Günəşli yaşayış massivində yerləşən 23 nömrəli körpələr evi-uşaq bağçasının yetirməsidir. Bu günlərdə tərbiyə ocağında onların məktəbə yola salınması ilə əlaqədar təntənəli mərasim keçirildi. Tədbir... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, ötən məqalədə cəmiyyətin inkişafında müəllimin rolu, müəllim nüfuzu barədə fikirlərimi sizinlə bölüşmüşdüm. Bu məqalədə müəllim nüfuzunun bərpası istiqamətində atacağımız addımlar barədə mülahizələ... | ANL |
"Azərbaycan milli mətbuatının dünəni və bu günü". Naxçıvan Özəl Universitetində Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş "Azərbaycan milli mətbuatının dünəni və bu günü" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açdı. Sonr... | ANL |
Jurnalistin intellekti və vətəndaş məsuliyyəti. Bəllidir ki, jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında çox fəal rol oynayan peşə sahəsidir. Bu peşənin lazımınca icra edilməsi üçün qarşıda mühüm vəzifələr, jurnalistin bilməli olduğu çoxsaylı incə məsələlər, mətləblər vardır. Əvvəlcə jurnalist sənətkarlığı a... | ANL |
Konfransda Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol təhlil edildi. İyulun 20-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş "Milli dərk aynasında özünüdərk" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları seminar keçiriblər. Azərbaycan Müəllimlər İnstitutu Əlavə təhsil kabinetinin metodisti, pedaqoji elmlər namizədi Yeganə Cəlilovanın və qabaqcıl məktəbşünas, metodist Solmayə Əmirəliyevanın Zaqatala filialında keçirdikləri dərslər regionun pedaqoji kadrlarının yaddaşında uz... | ANL |
Bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Məmmədxan Soltanovun "Şair və yazıçılarımızın həyatından maraqlı anlar" kitabı işıq üzü görüb. Kitabda şair və yazıçılarımızın həyat və yaradıcılığından qeyri-adi və qəribə hadisələr, maraqlı anlar toplanmışdır. Kitabın hazırlanmasında ədəbiyyatşünas Kamr... | ANL |
"Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumi təhsilin məzmununun, şagird nailiyyətlərinin qiymətləndirilməsi meyarlarının mütərəqqi dünya təcrübəsi əsasında yeniləşdirilməsi istiqamətində aparılan islahatlar artı... | ANL |
Həsən bəy Zərdabi - xalq yaradıcılığının bilicisi. Təbiətşünas alim, ilk qəzetin naşiri. Xalqın milli yaddaşında əbədi iz buraxan şəxsiyyətləri yaşadan onların mənsub olduqları millətə, xalqa, doğulub böyüdükləri vətənə olan təmənnasız xidmətləridir. Belə şəxsiyyətlərdən biri Həsən bəy Səlim bəy oğlu Məlikov (Zərdabi) ... | ANL |
BDU-nun Elmi Şurasının iclası keçirilib. Bakı Dövlət Universitetinin Altıağac tədris-təcrübə bazasında Elmi Şurasının iclası keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham... | ANL |
"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı oldu. İyulun 12-də İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovun "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı keç... | ANL |
Qərarın elan edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydalarının təsdiq edilməsi haqqında" 22 iyun 2010-cu il tarixli 115 nömrəli qərarını elan edirəm: "Təhsil haqq... | ANL |
"Qaydalar"ın təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları" təsdiq edilsin (əlavə olunur). Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Na... | ANL |
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və dövlət standartlarına uyğun olaraq ümumi təhsilin təhsil səviyyələri üzrə müddətini və bir səviyyədən digər səviyyəyə keçid qaydaları... | ANL |
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları. Bu "Qaydalar" "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı prosedurları müəyyən edir. Ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olara... | ANL |
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı. İyulun 7-də "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi"nin açılışı oldu. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri Bəxtiyar Əliyev, Nizami Cəfərov, Azərbaycan Jurn... | ANL |
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı. Əməkdaşımız müsabiqə qalibi oldu. Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstə... | ANL |
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi. Azərbaycanın təhsil sferasında aparılan islahatlar artıq 10 ildən çox bir müddəti əhatə edir. Belə ki, ümummilli lider, Prezident Heydər Əliyevin 1998-ci ildəki müvafiq sərəncamı ilə təhsil sahəsində İ... | ANL |
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu. Çin Xalq Respublikasının Sias Beynəlxalq Universitetində Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu keçirilmişdir. Asiya qitəsinin və Sakit okean hövzəsinin 26 ölkəsi beynəlxalq simpoziumda iştirak etmişdir. Naxçıvan Dövlət Universi... | ANL |
Xüsusi istedada malik şagirdlərin. aşkara çıxarılması tədbirləri haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2009-2010-cu dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək sahəsində müəyyən işlər görülmüş, müvafiq təşkilati tədbirlər həy... | ANL |
Yerləşir: İsveçrə, Lozanna şəhəri, Ekublens qəsəbəsi. Lozanna Federal Politexnik Məktəbi (Federal Polytechnic School of Lausanne) İsveçrənin Vaud kantonunun (bəzi ölkələrdə inzibati ərazi bölgüsü) Lozanna şəhərinin ətraf qəsəbəsi olan Ekublensdə yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World... | ANL |
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə. Naxçıvan Dövlət Universitetində bu layihə çərçivəsində 5 beynəlxalq konfrans və simpozium keçirilib. Elmi-texniki tərəqqi əsri sayılan XXI yüzillikdə informasiya cəmiyyətinə keçid, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə özünü sivilizasiyalı dünyanı... | ANL |
Sənət yolu fərqlidir, özəllikləri ilə seçilir, "bədii yaradıcılıq bütövlükdə sənət ixtirasıdır, novatorluqdur, poetik kəşflər sistemidir, obrazlar dünyasıdır" (F.Əsgərli) və sənətkar bu kəşflər sistemi ilə yaşayır, obrazlar dünyasındakı surətlərin mənəvi-əxlaqi xüsusiyyətlərində özünü təmsil edir. Bu baxımdan uşaq yazı... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Azərbaycanda məktəb tikintisi, onların təmiri, avadanlıqlarla təchiz edilməsi, istiliklə təminatı məsələləri ilə əlaqədar məlumatları diqqətinizə təqdim etmək istəyirəm. Məktəb tikintis... | ANL |
Yerləşir: Avstraliya, Yeni Cənubi Uels ştatı, Sidney şəhəri. Sidney Universiteti (University of Sydney) Avstraliyanın Yeni Cənubi Uels ştatında Sidney şəhərinin Kemperdaun şəhərətrafı qəsəbəsində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə ap... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ümumi tarix fənni kurikulumu (VI-XI siniflər). GİRİŞ. Ümumi tarix fənni kurikulumu və onun xarakterik cəhətləri. Ümumi tarix fənni kurikulumu bu fənnin məqsəd və vəzifələrini, onun əhəmiyyətini, fənnin özünəməxsus cəhətlərini, ümumi orta və tam orta təhsil səviyyələ... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Ağayev Bəylər Tapdıq oğlu. O, hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdı. B.Ağayev 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq ordu s... | ANL |
Ölkə məktəblərində "son zəng" çalındı. "Son zəng" həyatda bir dəfə olan və bütün ömür boyu xoş hisslərlə xatırlanan hadisələrdəndir. Bakıdakı İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə builki məzunlar üçün keçirilən "Son zəng" tədbirini isə nəinki bu təhsil ocağını başa vuran 73 gənc, həm də mə... | ANL |
Buraxılış imtahanlarından azadolunma barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Son vaxtlar respublikamızda baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilmiş müşavirələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş tapşırıqlar həmin... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək m... | ANL |
Mahnı teatrında musiqili kompozisiya. Mayın 29-da Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə 46 nömrəli orta məktəbin 28 May Respublika Gününə həsr olunmuş birgə "Mənim Azərbaycanım" adlı bayram mərasimi keçirildi. Tədbir Dövlət himninin ifası ilə başlandı. Sonra 46 nömrəli məktəbi... | ANL |
Bakıdakı 20 nömrəli məktəbdə möhtəşəm məzun günü keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Sabir Məmişov qonaqları salamladı, məzunları və onların valideynlərini təbrik... | ANL |
Hamını kövrəldən an. Paytaxtın bütün ümumtəhsil məktəblərində olduğu kimi, Yasamal rayonundakı 158 nömrəli orta məktəbdə də mayın 31-də həyəcanlı anlar yaşanırdı. Baxışlarda sevinclə bərabər bir kədər də duyulurdu. Axı gənclər üçün bu zəng 11 il təhsil aldıqları məktəblə vida rəmzi idi. Nəhayət, Azərbaycanın Dövlət him... | ANL |
Şirvan şəhərində müşavirə. Daşqın və sel sularının yaratdığı təbii fəlakətdən zərər çəkmiş ərazilərdəki məktəblərin şagirdləri builki buraxılış imtahanlarından azad olundular. İyunun 2-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə Şirvan şəhərində müşavirə keçirilib. Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı... | ANL |
Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı iclas keçirilib. İyunun 1-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq və onların aparılması ilə bağlı iclas keçirilib. İclası təhsil naziri Misir Mərdanov açaraq ölkəmizin təhsil işçiləri üçün məsul bir dövrün başlandığın... | ANL |
Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir. İyunun 1-də Təhsil Nazirliyində 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq öncə bu günün tarixi barədə məlumat verdi. Qeyd olundu ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfi... | ANL |
Liseyin builki məzunları ötənilki uğuru təkrar etmək fikrindədirlər. Mayın 31-də Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyində "son zəng" mərasimi keçirildi. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, məktəbin müəllim-şagird kollektivləri və qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü i... | ANL |
Müdrikliklə əməksevərlik qovuşanda. Bölgənin Kükü kənd məktəbində orta təhsil alıb. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. ...Hazırda BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının professoru, ali məktəbin nəzdində olan "Gənc istedadlar" li... | ANL |
Buraxılış imtahanlarına start verildi. Dünən Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. İmtahan ana dili, riyaziyyat, Azərbaycan tarixi, ... | ANL |
Bəxtiyar Vahabzadənin 85 illik yubileyi qeyd olundu. İyunun 2-də Bakı Dövlət Universitetinin (BDU) böyük akt zalında xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik Bəxtiyar Vahabzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov böyük ... | ANL |
Uşaqlar üçün bayram tədbiri. Mayın 31-də Gənc Tamaşaçılar Teatrında 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Sülh göyərçiniyik biz" adlı bayram tədbiri keçirilib. "Uşaqların xoşbəxt gələcəyi" İctimai Birliyinin Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkillə... | ANL |
"Təhsilin əsasları" fənni müəllim hazırlığına verilən müasir tələblər baxımından. Artıq neçə ildir ki, respublikada təhsil sisteminin müxtəlif istiqamətləri üzrə ciddi islahatlar həyata keçirilir. Təhsilin strukturu, məzmunu, kadr təminatı, informasiya, tədris və elmi-metodiki təminatı, idarəolunması, maddi-texniki baz... | ANL |
Səhnəciklər bayram əhvalını yüksəltdi. İyunun 1-də Bakıdakı 68 nömrəli körpələr evi-uşaq bağçasında 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə bağçanın kollektivi ilə birlikdə valideynlər də iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Ofelya İmamverdiyeva uşaqla... | ANL |
O, yaşıdları arasında ən güclü şahmatçı kimi tanınır. Masallı rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat Məktəbinin uğurlarından danışarkən məktəbin yetirməsi Sücaət Orucovu xususi qeyd etmək lazımdır. O, Respublika Şahmat Mərkəzində bu il martın 22-dən aprelin 2-dək yeniyetmələr arasında keçirilən ölkə birincili... | ANL |
Fəridin uğurları. Haqqında söhbət açmaq istədiyimiz Fərid Abdullayev Ağcabədi şəhər 1 nömrəli orta məktəbin 5-ci sinfində oxuyur. O, kiçik yaşlarından şahmata böyük maraq göstərir. Şahmat məktəbinin direktoru ustalığa namizəd Cavanşir Məmmədov Fəridin uğurlarından söhbət açaraq bildirdi ki, o, 2009-cu ilin 21-30 avqust... | ANL |
Yerləşir: ABŞ, Kaliforniya ştatı, Berkli şəhəri. Berkli Kaliforniya Universiteti (University of California, Berkeley) ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin r... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Həmin ilin oktyabrında cəbhəyə yollanmışdır. Bir müddət Qubadlı bölgəsində, sonra Füzuli, Murovdağ əməliyyatlarında qəhrəmanlıq nümayiş etdirmişdir. 1994-cü ildə Tərtər, Ağdərə bölgələrinə göndərilmiş və o, cəbhədəki məlum vəziyyətlə əlaqədar ordu sıralarında müddətdən artıq xidmət etmi... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə ölkəmizin ümumtəhsil məktəblərində yeni maliyyələşmə mexanizminin tətbiqi və məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə fikirlərimi sizinlə ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.