text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Müəllimlər. İnstitutunun beynəlxalq əlaqələri. Əsası 1929-cu ildə qoyulmuş Azərbaycan Müəllimlər İnstitutu 2000-ci ilə qədər pedaqoji kadrların ixtisasının artırılması və təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmişdir. 2000-ci ildə həmin institutun bazasında ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə 12... | ANL |
"Bakı və regionlarda təhsilin keyfiyyətinin. yaxşılaşdırılmasında valideynlərin iştirakı". layihəsi ilə bağlı mətbuat konfransı. Dekabrın 15-də Bakıdakı "Caspian Plaza" otelində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ş... | ANL |
Görkəmli alim və yazıçı barədə. zəngin biblioqrafik mənbə. Elmi araşdırmalar aparmaqla yanaşı, bədii yaradıcılıq sahəsində də tanınıb özünü təsdiq etmək çox az insana nəsib olan tale payıdır. Azərbaycan elm və mədəniyyət tarixində bu qəbildən olanlar sırasında Kamal Mehdi oğlu Abdullayevin öz yeri var. SSRİ EA Dilçilik... | ANL |
Sənətini düzgün seçənlər. uğur qazanırlar. Azərbaycan Dövlət İqtisad Universitetində peşə yönümünü seçmək istiqamətində orta məktəb şagirdləri ilə keçirilən görüşlər artıq ənənə halını alır. Bu, həyatda öz yolunu axtaran və gələcəkdə yiyələnəcəyi ixtisası dəqiq seçmək istəyən gənclər üçün faydalıdır. Məhz bu baxımdan A... | ANL |
buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə. Coğrafiya fənnini səciyyələndirən xüsusiyyət gələcək nəslə dünyanı dərk etməyi, təbii resurslardan səmərəli istifadə etməyi öyrətmək və ətraf mühiti qorumaq istiqamətində elmi araşdırmaların aparılmasına kömək etmək, əsas məqsədi isə təbiət və cəmiyyət haq... | ANL |
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil. pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili. Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri kəmiyyət və keyfiyyət göstəricilərinə görə araşdırılıb və bu nömrədən başlayaraq respublikanın bölgələrinin tam ... | ANL |
"Milli kurikulum və qiymətləndirmə. Bu günlərdə Tbilisi şəhərində Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən "Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans keçirilib. Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar a... | ANL |
Nanotexnologiyalar və. onların texnikada tətbiqi. Bu günlərdə Azərbaycan Texniki Universitetində "Nanotexnologiyalar və onların texnikada tətbiqi" mövzusunda I Beynəlxalq konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov açmışd... | ANL |
Şagirdlərin ümumtəhsil məktəblərinə. qəbulu və yerdəyişməsi haqqında Qaydalar. Bu "Qaydalar" ümumtəhsil məktəblərinə şagird qəbulu və ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları müddətdə ölkə daxilində, eləcə də ölkədən kənara, habelə digər ölkələrdən Azərbaycanın məktəblərinə yerdəyişməsi ilə bağlı qaydaları müəy... | ANL |
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin. möhkəmlənməsinə geniş imkan yaranıb. Xəbər verildiyi kimi, noyabrın 23-24-də İtaliyanın Turin şəhərində Avropa Təlim Fondu İdarəetmə Şurasının iclası keçirilib. İclasa Avropa Birliyi ölkələri ilə yanaşı, Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə -... | ANL |
Milli TEMPUS İnformasiya. Gününə həsr olunmuş konfrans. Dekabrın 15-də Azərbaycan Dillər Universitetində Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans keçirildi. Avropa Birliyinin TEMPUS proqramının Bakı ofisinin və ADU-nin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, ADU-nun rektoru, mil... | ANL |
"Açıq dərs"lər pedaqoji-metodik. baxımdan yüksək qiymətləndirildi. Dekabrın 15-də Bakıdakı 42 nömrəli orta məktəbdə yeni təlim metodları və texnologiyaların tədrisə tətbiqi ilə bağlı "açıq dərs"lər keçirildi. Biz dəvət olunmuş mütəxəssislərlə birlikdə əvvəlcə XI "D" sinfində həndəsə fənnindən "Konus və onun müstəvi kəs... | ANL |
Müəllimlər İKT üzrə təlimlərin. səviyyəsindən razıdırlar. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində müəllimlər üçün informasiya və kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi yolları üzrə biliklərin verilməsi üçün treninqlər ... | ANL |
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin. vəhdəti" mövzusunda elmi konfrans. Naxçıvan Dövlət Universitetində görkəmli alim, akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi münasibətilə elmi konfrans keçirilmişdir. "Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda keçirilən k... | ANL |
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub. Dekabrın 15-də Bakı şəhəri 177 nömrəli orta məktəbdə yazıçı-publisist Fatma Həsənqızının Qarabağ savaşının ilk könüllülərindən müharibə veteranı Baba Şükürovun həyatı və döyüş yolundan bəhs edən "Döyüşçü fəryadı" kitabının təqdimat mərasimi, əsərin müəllifi və qəhrəmanı... | ANL |
Tələbə elmi konfransı. Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə-1" fakültəsində Tələbə Elmi Cəmiyyətinin fakültə tələbə elmi konfransı keçirildi. Maliyyə və vergi ixtisasları üzrə təhsil alan tələbələrin və professor-müəllim heyətinin qatıldığı tədbiri təşkilat komitəsinin sədri, "Maliyyə-1" fakültəsinin deka... | ANL |
İnklüziv təhsil günün tələbidir. Təhsil sosial proseslərə təsir göstərən mühüm faktorlardandır, şəxsiyyəti şərtləndirən keyfiyyətlərin - dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqlarını t... | ANL |
Azərbaycanda innovativ. müəllimlər müsabiqəsi elan olundu. Təhsil Nazirliyinin dəstəyi ilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda innovativ müəllimlər müsabiqəsini elan etdi. Müsabiqə Təhsil Nazirliyinin Microsoft korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və "2008-2012-ci ill... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Mirzəyev Kərəm Ərşad oğlu. Kəndlərindəki orta məktəbi bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Sonra gənc polis zabiti DİN-in göndərişi ilə Kalininqrad Ali Hüquq Akademiyasında təhsil alıb. Vətənin başının üstünü qara buludlar alanda o... | ANL |
Yerləşir: Böyük Britaniya, İngiltərə, Koventri şəhəri. Uorvik Universiteti (Warwick University) İngiltərənin Koventri şəhərində yerləşən dövlət ali məktəbidir. Universitet Böyük Britaniyanın nəhəng elmi-tədqiqat universitetləri qurumu olan "Russell Qrupu"nun, MBA Assosiasiyasının, Universitetlərin Biznes Məktəblərinin ... | ANL |
Doktorantların və gənc tədqiqatçıların XV. Respublika elmi konfransının yekunları barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Konfransın keçirilməsi məqsədilə təhsil nazirinin sədrliyi ilə Təşkilat Komitəsi, "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına mükafat uğrunda müsabiqənin keçirilməsi üçün ... | ANL |
İxtisasartırma təhsilinin. Kurikulum Çərçivəsinin. təsdiq edilməsi barədə. Azərbaycan Respublikası. təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil ... | ANL |
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı. "Akademik Şəfaət Mehdiyev böyük alim, böyük ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı, yaxşı kişi idi. O zamanlar isə yaxşı kişi olmaq çox çətin idi". Heydər ƏLİYEV. Bioqrafiyasında o tay-bu tay Azərbaycanı yaşadan görkəmli şəxsiyyətlərin həyat yolu ilə tanışlıq heyrət doğur... | ANL |
Dekabrın 17-də Bakı Dövlət Universitetinin və Bakı Təhsil Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə BDU-da "Xaricdə təhsil" sərgisi keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev Azərbaycanın elm və təhsil sisteminin sürətlə inkişaf etdiyini və dünya təhsil sistemi... | ANL |
Cəsur təyyarəçi, vətənpərvər gənc. Bu günlərdə Ağsu şəhərindəki 5 nömrəli orta məktəbdə "Cəsur təyyarəçi, vətənpərvər gənc" mövzusunda tədbir keçirilib. Tədbir məktəbin məzunu, hərbi təyyarəçi, polkovnik-leytenant, hərbi hissənin qərargah rəisi, "Su-25" qırıcı təyyarəsində qəzaya uğrayan Famil Məmmədliyə həsr olunub. F... | ANL |
Dekabrın 23-də Respublika İncəsənət Gimnaziyasında xalqımızın fəxri, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Əvvəlcə tədbir iştirakçıları gimnaziyanın şagirdlərinin hazırladıqları Mübariz İbrahimova həsr olunmuş rəsm sərgisi ilə tanış oldular. Gimnaziyanın xor qrupunun təqdimat... | ANL |
Dekabrın 22-də Bakıdakı 182 nömrəli orta məktəbdə Azərbaycanın vətənpərvər və qeyrətli oğulları, Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalı ilə təltif edilmiş (ölümündən sonra) baş leytenant Fərid Əhmədova həsr olunmuş "Vətənin igidləri " adlı tədbir keçirildi. Şagirdlərin ifasında Dövlət himninin oxunm... | ANL |
Öyrədənlər öyrədilir. Masallı şəhər 4 nömrəli (Digah) tam orta məktəbində məktəb direktorları, qabaqcıl müəllimlər və təhsil işçilərinin iştirakı ilə treninq-seminar keçirilib. Dekabrın 15-dən 25-dək davam edəcək seminar-treninqdə 31 nəfər təhsil işçisi aldıqları bilikləri rayonda təşkil edilmiş dayaq məntəqələrində mü... | ANL |
Versal Akademiyasının əməkdaşları. Fransanın Versal Akdemiyasının bir qrup professoru bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının qonağı olub. Nümayəndə heyətinin səfərinin əsas məqsədi filialın əlavə təhsil sahəsində görülən işləri nəzərdən keçirmək, ixtisasartırmada tədris prosesi ilə tanış olmaq,... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının keçirilməsi ilə əlaqədar "Açıq qapı - İnstitut günü" keçirilmişdir. İmtahan sessiyasının şəffaf və ədalətli keçirilməsinin şahidi olmaq, sessiyanın gedişini izləmək istəyən valideynlər, mətbuat işçiləri "Açıq qa... | ANL |
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların. ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət. Dekabrın 23-də "Ambassador" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Pro... | ANL |
Şərurun yeni və müasir tipli təhsil ocaqları. Təkcə bu il ərzində rayonda 3 yeni məktəb binası istifadəyə verilib. Şərur muxtar respublikanın inzibati-ərazi bölgüsünə daxil olan səkkiz rayon və şəhərdən biridir. Regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramları çərçivəsində aparılan genişmiqyaslı quruculuq təd... | ANL |
Akademik Abel Məhərrəmov. Koreya Respublikasında səfərdə olub. Dekabrın 12-dən 17-dək Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub. Nümayəndə heyəti səfər zamanı Koreyanın aparıcı ali təhsil ocaqlarının fəaliyyəti il... | ANL |
Naxçıvan Dövlət Universitetində "Sivilizasiyaların dialoqu: Nil çayından Araz vadisinədək" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi və Qahirə Universiteti ilə birgə gerçəkləşdirilən simpozium Universitet Televiziyasının hazırladığı tanıtma filminin ərəb... | ANL |
Əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan Universiteti təhsilin inkişafı və ölkəmizdə dövlət təşkilatları, peşəkar qurumlar və biznes strukturları ilə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq mühitinin formalaşdırılması, dünya elmi nailiyyətlərini... | ANL |
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət. İqtisadi durum, dövlətin təhsilə qayğısı. 2010-cu hesabat ili dünya iqtisadiyyatında baş vermiş qlobal maliyyə böhranının mənfi nəticələrinin aradan qaldırılması istiqamətində t... | ANL |
xidməti təşkil etmişik. Çalışdığım orta məktəbdə İKT-nin tətbiqi müxtəlif sahələr üzrə aparılır. Şagirdlərimiz aldığı bilikləri texnologiyaların vasitəsi ilə təcrübədə tətbiq edirlər. Xüsusən, İKT vasitəsi ilə hazırladıqları layihələr tərtib olunmuş meyarlar üzrə qiymətləndirilir. Məktəbdaxili müsabiqələrdən biri şagir... | ANL |
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə. buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili. Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Qəbələ rayonunun keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət və müv... | ANL |
Ədəbiyyat dərsliklərimiz. Ölkəmiz müstəqillik əldə etdikdən sonra cəmiyyətimizin demokratikləşməsi istiqamətində görülən tədbirlər təhsil sahəsində də müasir ideyaların meydana çıxmasına, beynəlxalq təcrübənin öyrənilməsinə, təhsilin forma və məzmunca yeniləşməsinə geniş şərait yaratmışdır. Təhsil Nazirliyi bu sahədə s... | ANL |
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı. Ali təhsil müəssisələrinin və elmi təşkilatların adları. Doktorantura təhsili. Azərbaycan Milli Elmlər Akademiyası üzrə Fizika-Riyaziyyat və Texnika elmləri bölməsi. fəlsəfə doktoru üzrə. elmlər doktoru üzrə.... | ANL |
Şagirdlər İKT biliklərinə. həvəslə yiyələnirlər. Təhsil ocaqlarında şagirdlər İKT-dən səmərəli istifadə edir, zəruri proqramlarla işləmə bacarıqları və kompüterdən istifadə vərdişlərinə həvəslə yiyələnirlər. Bakıdakı 102 nömrəli orta məktəbin direktoru Mayilə İsmayılova bildirdi ki, təhsil ocağında iki kompüter otağı y... | ANL |
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı. Dekabrın 29-da Təhsil Nazirliyində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə ali məktəb tələbələri arasında keçirilən XV Respublika fənn olimpiadası qaliblərini mükafatlandırma mərasimi keçi... | ANL |
tələblərinə cavab verdi. Bakıdakı 8 nömrəli orta ümumtəhsil məktəbi İKT-nin tətbiqi sahəsində qabaqcıl təcrübəyə malik tədris ocağı olmaqla yanaşı, həm də "Elektron məktəb" layihəsinin iştirakçısıdır. Bu günlərdə həmin tədris ocağının III "B" sinfində riyaziyyat fənnindən "Minlik həddində toplama, çıxma və məsələ həlli... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər). (Təlim Azərbaycan dilində olan məktəblər üçün). Ədəbiyyat fənni kurikulumu və onun xarakterik cəhətləri. Ədəbiyyat fənni kurikulumu ümumtəhsil məktəblərində ədəbiyyat təliminin məqsəd və vəzifələrini, ayrı-ayrı təlim pillə... | ANL |
Məktəblilərin idman uğurları. Bakıdakı 96 nömrəli orta məktəbin XI sinif şagirdi Elmar Həsənov idmanın karate növü ilə 7 yaşından məşğul olur. Dəfələrlə Azərbaycan çempionu olan Elmar 2003-cü ilin sonlarında Moskva şəhərində 32 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək p... | ANL |
"Birincilərin" hesabat konserti oldu. Bu günlərdə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin I kurs tələbələri geniş tamaşaçı auditoriyası qarşısında hesabat konserti ilə çıxış etdilər. Konsert proqramında dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun ... | ANL |
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir". Azərbaycan Dillər Universitetinin Heydər Əliyev adına muzey-lektoriyasında "Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir" adlı tədbir keçirildi. Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Mülki müdafiə kafedrasının müdiri Sevda Zamanova, respu... | ANL |
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ". Tərbiyəçilər Fənurə Hacıyeva, Dilbər Rüstəmova, Nigar Bayramova, Şəhla Vəliyeva, Nailə Hacıyeva, Rəhimə Kazımova və musiqi rəhbəri Aygün Quliyevanın orta, böyük və məktəbəhazırlıq yaş qruplarının 30-dək uşağı ilə apardıqları "Təbiəti qoruyaq" mövzusunda inteqrativ mə... | ANL |
Yerləşir: Kanada, Alberta əyaləti, Edmonton şəhəri. Alberta Universiteti (University of Alberta) Kanadanın Alberta əyalətinin Edmonton şəhərində yerləşir və əyalətin ən qədim ali təhsil ocağıdır. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dün... | ANL |
Təhsil Nazirliyində görüş. Dekabrın 25-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq Azərbaycan Milli Va... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək m... | ANL |
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar. Dekabrın 24-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərin... | ANL |
VIII Respublika müsabiqəsinə yekun vuruldu. Dekabrın 28-də Təhsil Nazirliyində uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında keçirilmiş VIII Respublika müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirildi. Təhsil Nazirliyinin məsul işçilərinin, şöbə və müvafiq struktur bölmə rəhbərləri... | ANL |
Yeni il təbrikləri. 2010-cu il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük nailiyyətlər qazanılmış, dövlətçiliyimizin möhkəmlənməsinə, tərəqqiyə və hərtərəfli inkişafa yönəlmiş Heydər Əliyev kursu Azərbaycan Respublikasının Prezi... | ANL |
Milli həmrəyliyimiz milli fəxarətimizdir. Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasında növbəti, 141-ci məşğələ keçirilmişdir. "Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda məşğələni giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli 31 dekabr - Dünya Azərba... | ANL |
Böyük həyatın səhifələri. Bəni-bəşərdən insan övladı işıqlı ideallar yolunda seçim edib, öz həyatına, rövnəqli yaradıcılığına çıraq tutan şəxsiyyətləri mənalandırıb, onların şərəf və ləyaqətlə dolu nümunələrindən istifadə yolu ilə öz həyatlarının da təzələnməsinə, yeniləşməsinə əbədi iz salıblar. Müqtədir ömür-gün sahi... | ANL |
Lənkəran Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbir belə adlanırdı. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov tədbiri açaraq iştirakçıları təbrik etdi. O bildirdi ki, 2010-cu il Azərbaycan tarixinə iqtisadi və sosial... | ANL |
Müasir texnologiyaların təqdimatı. Naxçıvan Dövlət Universitetində yeni elektron mühafizə sisteminin və virtual tədris üçün müasir avadanlıqların təqdimatı keçirilmişdir. Universitetin rektoru, akademik İsa Həbibbəyli son illər bu ali məktəbdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurlu bəhrəl... | ANL |
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanishini qəbul edib. Görüşdə ölkələrarası, parlamentlərarası əlaqələrə və təhsil sahəsində əməkdaşlığa toxunan rektor Səməd Seyidov ADU haqqında qonağa məlumat verib. Universitetdə mü... | ANL |
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri. Cəmiyyətin inkişafında böyük rol oynayan texnikanın, müxtəlif istehsal sahələrinin təbiətə, insan həyatı üçün mühüm olan ətraf mühitin zənginlik və əsrarəngizliyinə mənfi təsiri artıq bəllidir. İntellekt əsrində bütövlükdə dünyada ətraf mühitin - ekologiyanın mühafizəsi... | ANL |
Dekabrın 27-də paytaxtın Nərimanov rayonunda yerləşən "Günəş" şadlıq sarayında Bakıdakı Gözdən əlil uşaqlar üçün 38 nömrəli 11-illik musiqi məktəbinin 30 illik yubileyi ilə bağlı tədbir keçirildi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan tədbiri giriş sözü ilə ... | ANL |
Elmini əməllərdə göstərən alim. Mənim üçün dünyaya pəncərə olan, bir növ fəaliyyətimin salnaməsi hesab etdiyim "Azərbaycan müəllimi" qəzetində çalışdığım 38 il ərzində çoxunun ilk qələm məhsulunun çapına kömək etmişəm. Qonorarın maddi kömək olduğu dövrdə hər ay iki-üç məqaləsinin işıq üzü görməsinə çalışdığım alimlər i... | ANL |
Həm bu ildə, həm də həyatım boyu əldə etdiyim bütün uğur və nailiyyətlərimə görə öncə valideynlərimə, müəllimlərimə və sonra da məni əhatə edən yaxşı insanlara çox minnətdaram. Pedaqoji fəaliyyətimə 1996-cı ildə Xətai rayonundakı 204 nömrəli orta məktəbdə biologiya müəllimi kimi başladım. Hazırda da bu məktəbdə çalışır... | ANL |
Bakıdakı 5 nömrəli orta məktəb ölkəmizdə gedən təhsil islahatının yeniləşmə prosesindən kənarda qalmayıb. Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin olunub. Bu gün məktəbin fəaliyyət planı və idarə olunması demokratik prinsiplər əsasında qurulur. Məktəbin metodiki şurası ayrı-ayrılıqda təqvim planlarının qurulmasında,... | ANL |
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə. Biologiya təbiət fənlərinə aiddir. Canlılar aləmindən bəhs edən biologiya fənni şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların yaranması, quruluşu, yayılması, inkişafı, ... | ANL |
"Ekologiya ilinə töhfəmiz". Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində dekabrın 21-də "Ekologiya ilinə töhfəmiz" mövzusunda məktəblilərin Respublika Ekoloji Forumu keçirilmişdir. Forumda respublikanın rayon (şəhər) ETTM-nin, ümumtəhsil məktəblərinin 77 nəfər dərnək üzvü, V-XI sinif şagirdləri iştirak etmişdi... | ANL |
Sağlam cəmiyyətdə sağlam həyat tərzi. Ölkə Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərb... | ANL |
Dekabrın 24-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində "2010-cu ilin yekunları və qarşıda duran vəzifələ... | ANL |
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili. Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında şimal-qərb rayonlarının (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan) keyfiyyət və müvəffə... | ANL |
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas". Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbb... | ANL |
İlin ən yaxşı şahmatçısı. Respublikamızda idmanın bütün növləri kimi şahmat da böyük bir inkişaf mərhələsindədir. Şahmatçılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək Vətənə medallar qazandırır, bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Belə idmançılarımızdan biri də Bakıdakı 1 nömrəli İxtisaslaş... | ANL |
Balacaların bayram şənliyi. Bakıdakı 69 nömrəli körpələr evi-uşaq bağçasında balaca fidanların şaqraq gülüş sədaları ətrafa yayılırdı. Balacalar deyib-gülür, şənlənirdilər. Şaxta Baba və Qar qızın gəlişi tədbiri rövnəqləndirdi. Onlar Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə balaca dostla... | ANL |
Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Ulu öndər Heydər Əliyev tərəfindən 1991-ci ilin dekabr ayında Naxçıvan MR-də təsis edilmiş bu bayram illər keçdikcə geniş vüsət aldı, bütün dünyada yaşayan soydaşlarımızı silkələdi, oyatdı, milli birliyə çağırdı. Bu müqəddəs bayram bütün azərbaycanlıları azərbaycançılığa, milli... | ANL |
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi. Azərbaycan Texniki Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün ön... | ANL |
"Ekologiya məktəblilərin gözü ilə". Bakıdakı 8 nömrəli orta ümumtəhsil məktəbində "Ekologiya ili"nə həsr olunmuş tədbir keçirildi. Tədbirin təşkilatçısı ibtidai sinif müəllimi Mina Hüseynzadə iştirakçıları salamlayaraq onlara ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə elan olunan "Ekologiya ili"nin əhəmiyyəti barədə ... | ANL |
Təbiəti qoruyaq. Bakıdakı 27 nömrəli məktəbdə şagirdlərin təbiətə qayğı və diqqət ruhunda tərbiyəsinə xüsusi əhəmiyyət verilir. Təhsil ocağında ayrı-ayrı fənlərin tədrisi imkanlarından istifadə etməklə məktəblilərin ekoloji maariflənməsi, ekoloji biliklərə yiyələnmələri reallaşdırılır. Belə tədbirlərdən biri bu günlərd... | ANL |
"Açıq dərs" maraqla qarşılandı. Öncə Dövlət himni səsləndirildi. Sonra məktəbin direktoru Ələddin Əliyev çıxış edərək bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanın inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Məktəbin pedaqoji kollektivi də xe... | ANL |
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb. Bakıdakı 45 nömrəli orta məktəbdə dərsin təkmilləşdirilməsi hazırda kompleks şəkildə aparılır. Məktəbin direktoru Nazilə Məmmədova bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağında sinif müəllimləri arasında qarşılıqlı dərs dinləmə artıq bir ənənə halını alıb. Bu da ibtidai sinifl... | ANL |
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər. Orta ümumtəhsil məktəblərində İKT-nin tətbiqi genişlənərək şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları və kompüterdən istifadə vərdişləri xeyli artmışdır. Bakıdakı 9 nömrəli orta məktəbin direktoru Zinyət Əhmədova... | ANL |
Məktəbdə yazıçı ilə görüş. Dekabrın 24-də Bakıdakı 276 nömrəli orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin üzvi, H.B.Zərdabi mükafatı laureatı, Prezident təqaüdçüsü, filologiya elmləri üzrə fəlsəfə doktoru, yazıçı Kamran Nəzirli ilə görüş keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak e... | ANL |
Yerləşir: Böyük Britaniya, İngiltərə, London şəhəri. London Kral Kolleci (KingTs College London) Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir. Kollec ölkənin tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na daxildir. Bu kollec Avropada səhiyyə üzrə mütəxəssis hazırlayan bir nömrəli elm mərkəzidir. Koll... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə ayrı-ayrı ölkələrlə təhsil sahəsində əməkdaşlıq əlaqələri barədə fikirlərimi davam etdirmək, eyni zamanda azərbaycanlı gənclərin xaricdə təhsili üzrə ölkə Prezidenti tərəfindən təsdiq o... | ANL |
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədil... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasının Nazirlər Kabineti. "Məktəbəhazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli fə... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycanın xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəh... | ANL |
Tərcümə xidməti bölməsi fəaliyyətə başlayıb. Naxçıvan Özəl Universitetində "İdrak" tədris mərkəzi nəzdində tərcümə xidməti bölməsi fəaliyyətə başlayıb. Bölmənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında dəqiq, savadlı, elmi baxımdan səlis tərcümə işinə artan tələbatı ödəmək, müxtəlif bədii və elmi materialların, sən... | ANL |
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib. Fevralın 3-də Bakıdakı 1 nömrəli orta məktəbdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş müşavirə keçirdi. Müşavirədə TQDK-nın, Təhsil Nazirliyinin nüm... | ANL |
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində aspirant, doktorant və dissertantların iştirakı ilə müşavirə keçirildi. Müşavirədə tədqiqatçıların elmi rəhbərləri, fakültə dekanları, kafedra müdirləri və professor-müəllim heyəti iştirak edirdilər. Tədbiri ... | ANL |
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib. Fevralın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun akt zalında "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonlarında pilot icrası" layihəsi ilə bağlı seminar keçirib. Seminarda Təhsil N... | ANL |
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu bu ilin yanvarından başlayaraq ayda bir dəfə ölkənin təhsil sistemində aparılan islahatlara həsr olunmuş respublika seminarı keçirməyi nəzərdə tutub. Seminarlard... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər). Təhsil pillələri üzrə təlim nəticələri. Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri. Şagird: * emal texnologiyalarının özünəməxsus xarakterik cəhətlərini şərh edir;. * emal prosesi üçün lazım olan m... | ANL |
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb. Yanvarın 27-28-də "British Council" təşkilatı Skills@Work Challenge yarışının milli finalını keçirib. İki gün keçirilən yarışmada komandada iştirak edən şagirdlər qruplara bölünərək qarşıya qoyulan məsələyə dair öz layihələrini təqdim ediblər. ... | ANL |
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq. Məlum olduğu kimi, təhsil nazirinin 5 oktyabr 2009-cu il tarixli, 1116 nömrəli əmri ilə cari dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərinin buraxılış siniflərində və peşə liseylərində mərkəzləşdirilmiş qaydada keçiriləc... | ANL |
Gəncə məktəblərinin İnternetə qoşulması prosesi başa çatıb. 2008-2012-ci illəri əhatə edən "Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması" Dövlət Proqramına uyğun olaraq Gəncədəki 41 məktəbin sürətli İnternet şəbəkəsinə qoşulması prosesi başa çatmışdır. Bu barədə məlumat verən Dövlət Proqramının icraçısı, "AZE... | ANL |
Azərbaycan Universiteti ilə ABŞ-ın Oklahoma Dövlət Universiteti arasında videotelekonfrans keçirilib. Azərbaycan Universiteti ilə ABŞ-ın Oklahoma Dövlət Universiteti arasında videotelekonfrans keçirilmişdir. Azərbaycan Universitetindən bildirmişlər ki, videotelekonfransda hər iki təhsil müəssisəsinin fəaliyyəti barədə ... | ANL |
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb. Gənclər üçün Təhsil Mərkəzi "Work and Travel US proqramı gənclərin gözü ilə" mövzusunda elan etdiyi videoçarx müsabiqəsinin yekunlarını açıqlamışdır. Bu münasibətlə fevralın 4-də keçirilən tədbirdə mərkəzin direktor müavini Elnur Axundov bil... | ANL |
Xeyli müddətdir ki, Əlövsət Osmanlı adlı şəxsin "Azadlıq" qəzetinin səhifələrində tanınmış təhsil işçilərinə, ziyalılara ünvanlanmış böhtan və yalan dolu yazılarına münasibət bildirmək istəyirdim. Ancaq hər dəfə qələmi əlimə alanda daşıdığım vəzifənin məsuliyyətini hiss edərək, nə özümü, nə də 75 illik tarixi olan "Azə... | ANL |
Müasir elmin korifeyi. Ölkənin təhsil işçiləri tədris prosesində şagird və tələbələrin elmi dünyagörüşünün genişləndirilməsinin, bəşəriyyətin qazandığı biliklərin və milli-dünyəvi mənəvi dəyərlərin gənclərə mənimsədilməsinin səmərəli yollarını axtarıb tapır və optimal metodlarla əsl insan hazırlamağa çalışırlar. Təbii ... | ANL |
Yerləşir: Çin Xalq Respublikası, Honq Konq şəhəri. Honq Konq Universiteti (University of Hong Kong) Asiyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet Çinin Honq Konq şəhərindəki Pokfulam ərazisində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2... | ANL |
Təhsil Nazirliyinin kollegiyasında. Ötən ilin yekunları, bu il qarşıda duran vəzifələr müzakirə olunub. Fevralın 5-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirildi. Kollegiya üzvləri ilə bərabər bir sıra millət vəkillərinin, Təhsil Nazirliyi Aparatının məsul işçilərinin, nazirliyin struktur bölmə rəhbərlərinin... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.