text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Noyabrın 22-də Bakı şəhərindəki 132-134 nömrəli təhsil kompleksinin akt zalında "Milli İKT və Təhsil Strategiyasının inkişafı" mövzusunda seminar keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, YUNESKO-nun, müxtəlif şirkətlərin nümayəndələri və Böyük Britaniya, Moskva, Ukray...
ANL
Avstriyanın səfiri Dövlət İdarəçilik. Akademiyasının qonağı olub. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Avstriya mədəniyyət günlərinin keçirilməsi ilə əlaqədar Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç və sabiq...
ANL
"Ali təhsildə elektron tədris". mövzusunda seminar. Noyabrın 22-də Azərbaycan Dillər Universitetində "Ali təhsildə elektron tədris" mövzusunda seminar keçirildi. Seminarda ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, ABŞ-ın Edinboro Universitetinin professorları Hemiş Makloud və Çarlz Anderson iştirak edirdilər...
ANL
Azərbaycanın futbol əfsanəsi - Banişevski. XX əsrin 60-cı illərində futbol üzrə SSRİ çempionatında bir fırtına əsirdi. Bu dövrdə, demək olar, şəhər əhalisinin böyük bir hissəsi futbolla yatıb, futbolla oyanırdı. Stadiona iynə atsaydın yerə düşməzdi. Xalq öz komandasını o qədər böyük məhəbbətlə sevirdi ki, bunu sözlə if...
ANL
Məktəblilərin idman uğurları. Komandanın rəhbəri Rəcəb Vəliyevin sözlərinə görə, yetirmələri Qaradağ rayonu üzrə keçirilən yarışlarda fərqlənərək Bakı şəhər məktəbləri arasında keçirilən spartakiadaya vəsiqə qazanıblar. 11 rayonun məktəblilərinin iştirak etdiyi turnirdə II yeri tutan komanda gələn il də müxtəlif yarışl...
ANL
Şagirdlər kompüter biliklərinə. həvəslə yiyələnirlər. Paytaxtın orta ümumtəhsil məktəblərində İKT-dən istifadə əvvəlki illərlə müqayisədə xeyli genişləndiyindən şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları və kompüterdən istifadə vərdişləri artmışdır. Biz bununla əla...
ANL
Azərbaycanlı alimin beynəlxalq konfransda. məruzəsi böyük maraq doğurub. Noyabrın 18-də qurumun əsas binasında Dünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Əsas hissədən sonra konfrans öz işini müxtəlif bölmələrdə davam etdirmişdir. "Əl-Fərabi və Avropa intibahı" adlı bölmə əsasən Şərq aləm...
ANL
Tələbə Elmi Cəmiyyətinin. Noyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı keçirildi. Konfransı giriş sözü ilə ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev açaraq TEC-in fəaliyyətini müsbət qiymətləndirdi. Qeyd edildi ki, son illər universitet rəhb...
ANL
VI Uluslararası folklor konfransı. İkiillik fasilədən sonra bu mötəbər tədbir yenidən 25 noyabrda Bakıda öz işinə başlayıb. İkigünlük konfrans Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu ilə KKTC Doğu Akdeniz Universitetinin birgə tədbiridir. "Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə" VI Uluslararası folk...
ANL
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində". respublika elmi-praktik konfransı. Noyabrın 25-də TPİ-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" mövzusunda respublika elmi-praktik k...
ANL
Paytaxt məktəblərində reydlər keçirildi. Noyabrın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü, teleradio və media nümayəndələrinin iştirakı ilə paytaxtın 11 rayonundakı ümumtəhsil məktəblərində reydlər keçirildi. Reydlərdə məqsəd təhsil ocaqlarında məktəbli formasından istifadə edilməsi vəziyyətini və davamiyyət...
ANL
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi. istiqamətində uğurlu işlər aparılır. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin olunması istiqamətində bir sıra ciddi addımlar atılıb. Məktəbdə müasir tədris-təlim prosesinin qurulmasında həlledici faktorlardan biri olan keyfiyyətin idarə olunması mə...
ANL
Məktəbdə xeyriyyə tədbiri. Noyabrın 25-də Bakının Xətai rayonunda yerləşən 257 nömrəli orta ümumtəhsil məktəbində SOS uşaq kəndlərinin yaranma tarixinin 10 ili münasibətilə tədbir keçirildi. Tədbirin aparıcıları IX sinif şagirdləri İsmayıl Cabarlı, Jalə Qocayeva təhsil aldıqları məktəb haqqında iştirakçılara geniş məlu...
ANL
Kürdəmirin Carlı kəndində yeni. məktəb binası istifadəyə verilib. Bu ilin aprel-may aylarında Kürdə suyun səviyyəsinin qalxması və qrunt sularının üzə çıxması nəticəsində Kürdəmir rayonundakı Carlı kənd orta məktəbi uçmuşdu. Respublika Fövqəladə Hallar Nazirliyinin keçirdiyi baxışdan sonra "İntelligent qrup" MMC avqust...
ANL
Şeir müsabiqəsinə yekun vurulub. Masallı rayonu C.Kazımov adına Qodman kənd orta məktəbində şagirdlər arasında şeir müsabiqəsi keçirilmişdir. Şagirdlər Azərbaycanın görkəmli şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün şeirləri ilə yanaşı, həmkəndliləri Azad Talışoğlu, Zülfüqar Qodmanlı, Nurəddin ...
ANL
Məktəbdə yaradıcılıq gecəsi. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Solmaz Süleymanova qabaqcıl təhsil işcisi Kəmalə Abıyevanın həyat və yaradıcılığından geniş söhbət açdı. Tədbirin aparıcıları şairin 31 nömrəli məktəbdəki 35 illik pedaqoji fəaliyyəti haqqında məlumat verdilər. Şagirdlər Kəmalə Abıyeva...
ANL
Səmimi insan, səriştəli təhsil işçisi. Bu yaxınlarda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərbiyə işləri üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Həmid Ənvər oğlu Zeynalovun 70 yaşı tamam oldu. Həmid Ənvər oğlu Zeynalov 1940-cı il sentyabrın 25-də Azərbaycanın qədim şəhərlərindən biri olan Dərbənddə düny...
ANL
XIX əsrin əvvəllərində Azərbaycanda ilk dünyəvi məktəblərdən biri musiqi incəsənətimizin mərkəzi sayılan, dünyaya tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərində açılmışdır. Yubiley ərəfəsində məktəbin şərəfli fəaliyyət yolunun araşdırılması istiqamətində xeyli iş görülmüş və bir sıra maraqlı ...
ANL
"Şimal-Şərqi Azərbaycanın. maddi mədəniyyəti". Şimal-Şərqi Azərbaycan digər etnoqrafik bölgələrdən bununla fərqlənir ki, bu bölgədə başqa rayonlarda rast gəlinməyən etnoslar məskunlaşıblar, yaxud başqa yerlərdə nadir hallarda rast gəlinən etnoslar bu yerdə tarixin müxtəlif zamanlarında yurd-yuva salıblar. Bu məskunlaşm...
ANL
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası. Təhsilə dövlət səviyyəsində qayğı və diqqəti təsdiq edən fakt və hadisələr çoxdur. Bu sahədə fəaliyyəti daha da canlandırmaq, yaradıcı müəllimləri aşkara çıxarmaq, təhsilin səmərəliliyi naminə məqsədyönlü və sistemli axtarışlar aparan pedaqoji kollektivlərin uğurlar...
ANL
Qədim Çin filosofu və. Məşhur qədim Çin müdriki, "Jutszya" fəlsəfə məktəbinin yaradıcısı Konfutsi (e.ə. Lakin o, həm də təkcə xronoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda təhsilin və pedaqoji fikrin inkişafına verdiyi töhfələrin əhəmiyyətinə görə Çinin ilk böyük pedaqoqudur. Məhz Konfutsinin sayəsində Çin müasir bəşə...
ANL
Uşaqlara sevinc, təbəssüm bəxş edildi. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının növbəti xeyriyyə tədbiri Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli yardımçı internat-məktəbdə baş tutdu. Xeyriyyəçilik missiyasına sadiq qalan gimnaziyanın müəllim və şagirdlə...
ANL
Taekvando üzrə respublika birinciliyi. Noyabrın 26-da Quba rayonunun Olimpiya mərkəzində taekvando üzrə uşaq, yeniyetmə, gənc oğlan və qızlar arasında "Təhsil" Respublika İdman Mərkəzinin Açıq Respublika birinciliyinə start veriləcək. İki gün davam edəcək birinciliyə respublikanın şəhər və rayonlarından ümumilikdə 11 k...
ANL
tətbiqinə həsr olunmuş "dəyirmi masa". Kişinyov şəhərində Avropa Birliyinin təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da "eTwininq platforması: məktəblər üçün birlik", "eTwininq: XXI əsrin pedaqogikası", "Müəllimlərin eTwininq çərçivəsində peşəkar inkişafı", ...
ANL
mövzusunda sərgi keçirilib. Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyi 60 nömrəli orta məktəblə birlikdə "Təbiət uşaqların gözü ilə" mövzusunda uşaqların əl işlərindən ibarət sərgi keçiribdir. Burada rəsmlər, yağlı boya ilə kətan üzərində çəkilmiş tablolar, əl işləri, hətta heyvan və bitkilərin təsvir edildiyi bütöv m...
ANL
Naxçıvanlı müəlliflər. "Gümüşkalem" dərgisində. Naxçıvanda yaşayan qələm sahibləri təkcə muxtar respublika və ölkə mətbuatında deyil, xarici mətbuat səhifələrində də tez-tez öz yazıları ilə çıxış edirlər. Belə mətbuat orqanlarından biri də Ankarada nəfis tərtibatla nəşr olunan "Gümüşkalem" adlı aylıq elm, sənət və ədəb...
ANL
sərgisində geniş şəkildə. "Microsoft Azərbaycan" şirkəti BakuTel 2010 Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" sərgisində "Xalq kompüteri" layihəsini təqdim etdi. Layihə "Hər ailə üçün kompüter" şüarı altında həyata keçirilir və artıq on min adam layihə çərçivəsində güzəştli şərtlərlə ko...
ANL
üzrə "Koordinasiya görüşü". Noyabrın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihə çərçivəsində "Koordinasiya görüşü" keçirildi. Milan, Hacəttəpə, Esseks, Strasburq universitetlərinin professorla...
ANL
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır. "Sentr Znaniy Azərbaycan" şirkəti "Start Up" layihəsi çərçivəsində qrantların alınması üçün Azərbaycan tələbələri arasında müsabiqə keçirəcəkdir. AzərTAc xəbər verir ki, layihənin əsas məqsədi respublikada informasiya texnologiyaları sahəsində kadr potensialını inkişaf...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. İbrahimov Nurəddin İslam oğlu. 1981-ci ilin mayında isə SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk Şəhər Ali Milis Məktəbinə qəbul olunmuşdu. 1986-cı ildə hüquqşünas ixtisası üzrə ali təhsilini başa çatdırdıqdan sonra 1988-ci ildə cinayət axtarışı şöbəsinin rəisi vəzifəsınə təyin edilmişd...
ANL
Yeni Cənubi Uels Universiteti. Yerləşir: Avstraliya, Yeni Cənubi Uels ştatı, Kensinqton. şəhərətrafı qəsəbəsi. Yeni Cənubi Uels Universiteti (University of New South Wales) Avstraliyanın Yeni Cənubi Uels ştatında, Sidneyin şəhərətrafı qəsəbəsi olan Kensinqtonda yerləşir və qitənin aparıcı ali təhsil ocaqlarından birid...
ANL
Kollegiya qərarının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq haqqında" arayış nəzərə alınsın (əlavə olunur). Aparatın rəhbəri (İ.Pirməmmədov), Mon...
ANL
Yeniyetmələr arasında açıq respublika birinciliyi. Yarışda respublikanın şəhər və rayonlarından ümumilikdə 19 komanda tərkibində 14 çəki dərəcəsi üzrə 140 idmançı iştirak edib. Yarışın rəsmi açılış mərasimində "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov çıxış edərək idmançılara yarışlarda uğurlar arzu...
ANL
Vüqarın növbəti uğuru. Son illər yeniyetmə və gənclərimiz arasında idmana maraq artmaqda, bu sahədə qazanılan nailiyyətlərin sayı çoxalmaqdadır. Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünya və Avropa çempionat və birinciliklərində, bir çox mötəbər turnirlərdə göstərdikləri uğurlu nəticələr təbii ki, azərbaycan...
ANL
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik. Kurikulum – qloballaşmanın yetirməsi. Qərbdə kurikulumlar daha çox "aşağıdan yuxarı" prinsipi ilə formalaşıb. Orada bineyi-qədimdən müəllimlər şagirdlərin nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif çalışma modelləri düşünür və tətbiq edirdilər. Sonra rasionalist Qə...
ANL
Maraqlı mozaik lövhələrin müəllifi. Bu sözlər İslam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Müəllim elm-bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Hər birimizin əlindən tutub əlifbanın ilk hərfini, "ana", "Vətən" kəlmələrini yazmağı öyrədən ilk müəllimini kim xatırlamır? Müəlli...
ANL
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır". Bu dünyaya göz açan hər bir insan öz yaxşı əməlləri ilə xalqın gözündə yüksəlir. Çalışır ki, millətinə, dövlətinə fayda versin. Belə insanlardan biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol və tennis kafedrasının müdiri, əməkdar idman xa...
ANL
Şamaxı təhsili bu gün. 1967-ci ildə həmin məktəbi gümüş medalla bitirən Viktor V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatla Şamaxı rayonuna göndərilib. V...
ANL
"Şagirdləri öyrətmək həyat amalımdır". Bəzən həyatda elə insanlara rast gəlirsən ki, onların əməksevərliyi, zəhmətə qatlaşması, sənətə vurğunluğu, dünyagörüşü, savadı, Vətənə bağlılığı adama ruh verir. Belə insanlardan biri də Abşeron rayonu Saray qəsəbəsindəki 2 nömrəli orta məktəbin riyaziyyat müəllimi İsrael Hümbəto...
ANL
Yetirmələri ilə fəxr edən müəllim. Pedaqoji fəaliyyətini elmi-metodik yaradıcılıqla, ustalıqla əlaqələndirən, öz işinə məsuliyyətlə yanaşan müəllimlərimiz çoxdur. Belə müəllimlərdən biri də Şükufə Məmmədovadır. O, 1961-ci ildə Sabirabad şəhər orta məktəbini bitirdikdən sonra bir müddət burada pioner baş dəstə rəhbəri i...
ANL
Uşaqlarda təbiətə məhəbbət aşılanması. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda ümumi təhsilin qarşısında duran vəzifələr belə ümumiləşdirilib: təhsilalanlara elmlərin ümumi əsasları öyrədilməli, zəruri bilik, bacarıq və vərdişlər aşılanmalı, onlar həyata və əmək fəaliyyətinə hazırlanmalıdırlar. Təhsilala...
ANL
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağ...
ANL
Ekologiya mövzusunda tədbir. Heydər Əliyev Fondu Xəzər rayonunun məktəbliləri ilə "Ekologiya ili" çərçivəsində tədbir keçirib. Xəzər sahilində 156, 230 və 237 nömrəli məktəblərin şagirdləri arasında keçirilən tədbirdə əvvəlcə onlarla ekologiyaya aid söhbətlər aparılıb. Sonra 3 komandaya ayrılan məktəblilər arasında bil...
ANL
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində "Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib. "Elektron məktəb" sisteminə qoşulmuş məktəblərin müəllimləri servis və...
ANL
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar. Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar. AZEDUNET təşkilatının direktoru Səməd Abbasov bununla əlaqədar bildirdi ki, 300 təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində, qalanlar...
ANL
Fransalı alimlə görüş. Fransa Beynəlxalq Münasibətlər İnstitutunun RAMSES proqramının rəhbəri, Paris Siyasi Elmlər İnstitutunun mühazirəçisi, keçmiş diplomat Filipp Moro Defarj Bakı Dövlət Universitetində olub. Qonaq öncə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Elxan Hüseynov tərəfindən qəbul edilib. ...
ANL
"British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da. Sentyabrın 28-də "British Council"in Azərbaycandakı ofisinin direktoru Paul Klementson və Proqramlar üzrə direktoru Nigar Baimova Azərbaycan Dillər Universitetində (ADU) oldular. Tədbirdə "British Council" ilə əməkdaşlıqdan, universitetlərarası əlaqələrin quru...
ANL
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin prorektoru Arqun Karacabəy, hüquq fakültəsinin dekanı Mustafa Ağqaya və həmin fakültənin müəllimi Cavid Abdullazadəni qəbul edib. Akademik Abel Məhərrəmov universitetin yaranma ta...
ANL
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı. Sentyabrın 28-də Bakı Slavyan Universitetində BSU ilə Türkiyənin Qazi Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdullayev bildirdi ki, bu gün uni...
ANL
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı. 226 müəllim Bakının və ölkənin digər şəhər və rayonlarının ümumtəhsil məktəblərindəki vakant yerlərə işə qəbul olundu. Ölkəmizdə ilk dəfə olaraq 2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərindəki vakant yerlərə müəllimlərin işə qəbulu elektron vasitələr əsası...
ANL
Yeni qəbul olunan müdavimlərlə görüş. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında cari tədris ilində rəhbər kadrların ixtisasının artırılması fakültəsinə qəbul edilən 75 dövlət qulluqçusu ilə görüş keçirildi. Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlə...
ANL
"Üzeyir ömrü" filmi maraqla qarşılandı. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Azərbaycan Müəllimlər İnstitutunda tədbir keçirildi. İnstitutun professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə AMİ-nin rektoru, professor A.Naxçıvanlı açaraq bildirdi ki, bu i...
ANL
Uşaqlar sülhə səsləyirlər. Sentyabrın 20-də Dövlət Musiqili Komediya Teatrında valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərən "SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası"nın Azərbaycanda ilk mobil operator olan "Bakcell" şirkəti ilə birgə tədbiri keçirilib. Uşaqlar Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. İsmayılov Etibar Bəylər oğlu. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra çilingər kimi əmək fəaliyyətinə başlamışdı. Etibar 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edərək igidlik göstərmiş və Ağdamdakı özünümüdafiə batalyonuna daxil olmuşdu. O, Naxçıvanik, Şe...
ANL
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ba...
ANL
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı. Oktyabrın 7-də "Bakı Ekspo Mərkəzi" sərgi kompleksində "İteca Caspian" MMC və onun tərəfdaşı "İTE Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışı oldu. Açılış ...
ANL
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı. Oktyabrın 6-da "Trend" İnformasiya Agentliyində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "İteca Caspian" şirkətinin, "Təhsil və karyera" sərgis...
ANL
Oktyabrın 5-də Azərbaycan Tibb Universitetində bu təhsil ocağının 80 illik yübileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə nazirlər, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, ali məktəblərin rektorları, tanınmış alimlər, ATU-nun professor-müəllim heyəti, tələbələr və KİV təmsilçiləri iştirak ed...
ANL
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib. Oktyabrın 5-də Bakı Slavyan Universitetində Rusiya Yazıçılar İttifaqının və Rusiyanın PEN klubunun üzvü, müasir rus nəsrinin görkəmli nümayəndəsi, şair, esse ustası Boris Timofeyeviç Yevseyevlə görüş keçirildi. Tədbirdə əvvəlcə yazıçının əsərlərinin təqdimatı old...
ANL
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (CEMİİB) ilə birgə hazırlanmış "Müridlik-müdrikliyin gənclik sədasıdır" mövzusunda tə...
ANL
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi. Sentyabrın 29-da Təhsil Nazirliyində Bakı və Sumqayıt şəhərlərində yerləşən və birbaşa nazirlikdən maliyyələşən təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əl...
ANL
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb. Bu günlərdə Ukraynanın Odessa şəhərində astronomiya üzrə dəyişən ulduzlar sahəsində növbəti beynəlxalq elmi konfrans keçirilib. Dörd ildən bir keçirilən konfransda, bir qayda olaraq, keçmiş SSRİ ərazisində olan ölkələ...
ANL
Məktəbdə metodiki işlərə geniş yer verilir. Bakıdakı 229 nömrəli orta məktəbin pedaqoji kollektivi 2010-2011-ci tədris ilində böyüyən nəslin təlim - tərbiyəsini yüksək səviyyədə qurmaq, qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün ilk gündən ciddi səy göstərir. Bununla əlaqədar məktəbin direktoru Fəridə Bağır...
ANL
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır. Qax şəhərindəki 2 nömrəli məktəb-liseydə 2 ildən artıqdır ki,fəaliyyət göstərən "Kiçik Akademiya"nın istedadlı uşaqların üzə çıxarılmasında böyük rolu vardır. Hazırda tərkibində 42 nəfər şagirdi birləşdirən "Kiçik Akademiya"nın üzvləri məktəbdə tez-tez maraqlı tədbirlər keçir...
ANL
Həyatın tarix dərsi. İndi alimlərimiz, o cümlədən təhsil sahəsində çalışan çoxsaylı müəllimlərimiz milli ideologiyanı yaratmalıdırlar, gözləmək lazım deyil. AMEA-nın Azərbaycan Tarixi Muzeyində "Elm, təhsil və sivilizasiya" mövzusunda keçirilmiş seminarda AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Bakı şəhər ümumtə...
ANL
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu. Azərbaycan Müəllimlər İnstitutunda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü böyük ruh yüksəkliyi ilə qeyd edildi. İnstitutun rektoru, professor A.Naxçıvanlı bu münasibətlə professor-müəllim heyətini təbrik etdi və onlara çətin, şərəfli peşələrində uğurlar arzuladı. Bu...
ANL
Beynəlxalq təhsil yarmarkası keçirilib. Bakı Təhsil-Məlumat Mərkəzindən müxbirimizə bildirmişlər ki, bu qurumun təşkilatçılığı ilə paytaxtdakı "Landmark" otelində Beynəlxalq təhsil yarmarkası keçirilib. Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən və Amerika Dövlət Departamenti tərəfindən dəstəklənən mərkəzin əsas mə...
ANL
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans. Lənkəran Dövlət Universitetində "Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq elmi seminar-konfrans keçirilmişdir. Konfransdan əvvəl iştirakçılar universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar. Konfransı ...
ANL
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilib. Bütün fənlərin tədrisində olduğu kimi, ingilis dilinin öyrədilməsi prosesində də şagirdlərə eko...
ANL
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir. Azərbaycan Gənclər İttifaqı yeni tədris ili üçün müsabiqə elan etdi. Bu gün bəşəriyyəti narahat edən problemlərdən biri qlobal iqlim dəyişməsidir. Atmosferə atılan qazların artması səbəbindən yaranan istixana effekti Yer səthinə düşən Günəş şüalarının miqdarını azaldı...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Kərimov Elgiz Kərim oğlu. Əsgəri borcunu yerinə yetirdikdən sonra doğma yurduna qayıtmışdı. Elgiz 1991-ci ildə silaha sarılaraq doğma Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ torpaqlarına hücum etmiş erməni işğalçılarına qarşı mübarizəyə qalxmışdı. O, Əsgəran yaxınlığında gedən şi...
ANL
Tsinxua Universiteti (Tsinghua University) Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində yerləşir və ölkənin ən yaxşı ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, ...
ANL
Şəhid Mübariz. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub. Vətən torpağı. İgid Mübariz! Açdın atəşi, Qırdın yağını, Verdin düşmənə. Verdi qeyrətin. Şəhid adını, Aldın elindən. Ürək odunu! Yurdun, məskənin. Tanrı məqamı, Desin mübarək. Diri sayılır, Cənnət sizlərin. Adın şərəfdir, Şərəf bizl...
ANL
Mübarizləri olan Vətən basılmaz! Bu gün adı dillər əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yüksəldiyi zirvə təkcə onun doğulub, boya-başa çatdığı kənddən deyil, Azərbaycanın və eləcə də bütün türk dünyasının hər yerindən görünür. Bu zir...
ANL
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri. Qloballaşdırılma və beynəlmiləlləşdirilmə anlayışları. Son illərdə dünyada baş verən tendensiyalar haqqında fikirləşdikdə ilk öncə ağlımıza qloballaşdırma və beynəlmiləlləşdirmə sözləri gəlir. Alimlər bu pr...
ANL
Quba məzarlığı: faktlar, sənədlər. 1917-ci ildə Rusiyada baş vermiş Böyük Oktyabr Sosialist İnqilabının nəticəsində S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik erməni olan və Böyük Britaniya hökumətindən bir milyon qızıl rubl məbləğində ilkin yardım alan...
ANL
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb. Hər il olduğu kimi, bu il də Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisi orden və medallarla, "Əməkdar ...
ANL
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi. Oktyabrın 9-da Təhsil Nazirliyində Ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirildi. Mərasim iştir...
ANL
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da. Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqi qəbul edib. Səfiri salamlayan Səməd Seyidov ADU ilə Norveç universi...
ANL
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək. Naxçıvan Dövlət Universiteti Avropa, Asiya, Şərq universitetləri ilə tərəfdaşlıqla yanaşı, bir sıra beynəlxalq layihələrdə də fəal iştirak edir. Elə bu məqsədlə Naxçıvan Dövlət Universiteti, British Council, Naxçıvan MR Təhsil Nazirliyi arasında üçtərəfli ...
ANL
Ötən illərin unudulmaz xatirələri. Yaşı bilinməyən dünyanın insanı riqqətə gətirən yazılmamış qanunları ilə yanaşı, sirli, ecazkar gözəllikləri də vardır. Ağac barı, bəhrəsi, dağ çayı şaqraq səsi, şəlalə füsunkar nəğməsi, şır-şır axan bulaqlar pıçıltısı, güllər, çiçəklər ətri, rayihəsi ilə sevildiyi kimi, insan da İlah...
ANL
Heydər Əliyev adına lisey. Direktoru: Fikrət Xəlilov, əməkdar müəllim. Rəsmi saytı: www.heydaraliyev_litsey.rabita.az. Heydər Əliyev adına lisey respublikamızda öz ənənələri və uğurları ilə tanınan ən qabaqcıl təhsil ocaqlarından biridir. Ulu öndərimiz Heydər Əliyev 4 iyun 2000-ci ildə Xətai rayonu ərazisində "Azərneft...
ANL
Sənəti ilə ürəklərdə yaşayan şair. Xalq şairi Mirvarid Dilbazi haqqında yazı hazırlamaq tapşırılanda əvvəl tərəddüd etdim. Və xoşbəxt, qayğısız uşaqlıq illərimdən boylanan bir hadisə xəyalımdan keçdi. Dağlar qoynunda, meşə ətəyində yerləşən kənddə anamın qərib olduğunu bilirdim. Başkeçid bölgəsində yeganə doğması dayım...
ANL
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir. Müsahibimiz Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, filologiya elmləri doktoru Təranə Hacıyevadır. - Təranə xanım, ölkəmizdə aparılan təhsil islahatları öz uğurlu nəticələrini verməkdədir. Təhsil sahəsində gedə...
ANL
İmişli təhsili bu gün. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil sahəsində İslahat Proqramı bu gün onun layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempi...
ANL
Xüsusi qabiliyyəti olan uşaqlarla işin reallaşdırılması mexanizmi. İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan bu proqram ümumtəhsil məktəblərimizdəki istedad və qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, şəxsiyyət kimi formalaşmalarına, düzgün peşə seçmələrinə şərait yaradır. Xüsusi qabiliyyətli uş...
ANL
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir. Oktyabrın 9-da Azərbaycan Texniki Universitetində "İnsan alverinə qarşı mübarizə" mövzusuna həsr olunmuş tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin baş məsləhətçisi Eldar Əlizadə, Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis...
ANL
Naxçıvan Dövlət Universitetində "Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans keçirildi. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Daxili İşlər, Ədliyyə və Səhiyyə nazirlikləri ilə birgə təşkil olunan tədbiri giriş sözü ilə Tibb fakültəsinin dekanı, pedaqoji elmlər namizədi Bəhruz Məmmədov açaraq narkoman...
ANL
Azərbaycan aliminin kitabı İranda nəşr olunub. Müəllifi: Professor Fərrux Rüstəmov (Ustad-e Daneşqah). Tərcüməçi: Həsən Cəfəri Qənbəri. Son dövrlərdə tarixi - pedaqoji irsin araşdırılmasına maraq və diqqət demək olar ki, hər yerdə artmışdır. Bunu təbii hal kimi qəbul etmək olar. Çünki geriyə baxmadan, keçmiş pedaqoji t...
ANL
Tətbiqi pedaqogika yollarında. İlkin olaraq onu qeyd edək ki, müasir pedaqogikanın nəzəri və təcrübi problemlərinin öyrənilməsi üzrə ciddi axtarışlar sorağında olan alimlər sırasında pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun müstəsna yeri vardır. O, elmi-pedaqoji ictimaiyyətimizin çox yüksək dəyər verdiyi, ...
ANL
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz. Təhsilin uğurlarını təmin edən amillər arasında dərsliklər mühüm yer tutur. Şağird dərsliklə işləyir. Qarşısındakı kitab onu hər cəhətdən qane etməlidir: bədii-estetik cəhətdən onun zövqünə, elmi-metodik baxımdan yaş və inkişaf səviyyəsinə uyğun olmalı, pedaqoji-tərbiyəvi ...
ANL
İkiqat Azərbaycan və Avropa çempionu. Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat- Dama Məktəbinin 8 yaşlı yetirməsi Abdulla Qədimbəyli Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin III sinif şagirdi, dərs əlaçısıdır. Hələ 4 yaşında idmanın şahmat növünə maraq göstərən Abdulla, artıq 5 y...
ANL
Həmyerlimizin idman uğurları. Ölkə başçısının idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün yeniyetmələrin və gənclərin böyük əksəriyyəti idmanla məşğul olur, sağlam həyat tərzi keçirirlər. Əlbəttə, bu, çox sevindiricidir. Belə yeniyetmələrdən biri də Bakıdakı 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi...
ANL
O, Microsoft şirkətinin yaradıcılarından biri və başkanıdır. Varidatının həcmi 60 milyard dollardır. Amerikalı iş adamı Qeyts 2 nəfərlik şirkətini (Microsoft) məşhur bir kompüter şirkətinə çevirdi. Qeyts 20-ci yüzilliyin son vaxtlarında ən uğurlu şirkət rəhbərlərindən biri oldu. Vəkil ata ilə müəllim ananın oğlu olaraq...
ANL
Dünyanın məşhurları. Tələbələrdən biri cəsarətlə cavab verdi: - Bəli, Allah yaradıb. - professor təkrar soruşdu. Belə bir cavab eşidən tələbə susdu. Professor özündən çox razı qaldı. O, Allahın varlığı haqqında inancın əfsanə olduğunu bir daha "sübut etdiyi" üçün tələbələrin önündə qürurlandı. Tələbə ayağa qalxaraq sor...
ANL
Yaddaşlarda qalan müəllim. Bəşəriyyət tarixində müəllimin müdrik insanlar arasında həmişə xüsusi yeri olub. Əsl müəllim yüksək mənəvi keyfiyyətlər sahibidir. Məhəmməd peyğəmbər (s.ə.s) buyurur ki, müəllimin, alimin mürəkkəbi şəhidin qanından zirvədədir! Bir müdrikdən soruşurlar ki, atanı çox istəyirsən, yoxsa müəllimin...
ANL
Şərəfli pedaqoq-alim ömrü. 70 illik ömrünün 46 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmək, bu illərdə öz pedaqoji ustalığını daim təkmilləşdirmək, adi məktəb müəllimindən tanınmış alim-pedaqoqa çevrilmək, kimya müəllimlərinin və təlim verdiyi on minlərlə digər insanların sevimlisi olmaq həqiqətən də böyük zəhmət və...
ANL
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması. Ölkəmizdə aparılan islahatlar, bazar iqtisadiyyatına əsaslanan yeni istehsal münasibətlərinin formalaşması, əməyin təşkilinin müasir formaları mükəmməl bilik, bacarıq və vərdişlərə yiyələnmiş, dəyişən iqtisadi şəraitə asanlıqla uyğunlaşan,...
ANL
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır. Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsildə aparılan islahat məhz həmin zərurətdən yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda...
ANL
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi. Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın mühüm bölməsi olub, bədii əsərin xüsusiyyətini, həyatı əks etdirmə prinsipini... öyrədir. Ədəbiyyat nəzəriyyəsi tədrisinin ən çox praktik əhəmiyyətə malik olan bölmələrindən biri nəzm sisteminin, şeir şəkillərinin spe...
ANL