text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı. Sentyabrın 13-də 7 nömrəli Bakı Peşə Liseyində ölkənin ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin ənənəvi konfransı keçirildi. Tədbiri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq konfransın 2009-2010-cu dərs ilinin yek...
ANL
Təhsil Nazirliyində görüş. Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur. Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden sentyabrın 8-də Təhsil Nazirliyində olmuşdur. Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan-Niderland əlaqələrinin, o cümlədən, ...
ANL
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib. Sentyabrın 15-də Bakı Dövlət Universitetində "Bilik günü"nə həsr olunmuş tədbir keçirilib. BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını "Bilik günü" münasibətilə təbrik edib. Akademik ...
ANL
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci. Təhsilin, elmin, biliyin tərəqqi üçün açar, inkişafın hərəkətverici qüvvəsi hesab olunduğu ölkəmizdə yeni dərs ilinin ilk günü - "Bilik günü" həmişə ümumxalq bayramı kimi qeyd olunur. Bütün təhsil müəssisələrində "Bilik günü"nə həsr olunmuş təntənəli bayram mərasimlər...
ANL
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu. Azərbaycan Texniki Universitetində 15 sentyabr - yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirildi. Mərasim iştirakçıları əvvəlcə universitetin birinci mərtəbəsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə tər qərənfil dəstələri düzdülər. Sonra bu təhsil ...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Hüseynov Tofiq Mirsiyab oğlu. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsinə daxil olmuş , orada təhsilini başa çatdırdıqdan sonra 1974-cü ildə hərbi xidmətə çağırılmışdı. Tofiq əsgəri xidmətini Qazaxıstanın Alma-Ata şəhərində başa vurmuşdu. Sonra Xocalı şəhər ...
ANL
Yerləşir: Cənubi Koreya, Seul şəhəri, Kvanakku rayonu. Seul Milli Universiteti (Seul National University) Cənubi Koreyanın paytaxtı Seul şəhərinin Kvanakku rayonunda yerləşir və ölkədə yaradılmış ilk milli universitetdir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının...
ANL
Gəncə təhsili inkişaf yollarında. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyev öz hakimiyyəti dövründə təhsilin inkişafına xüsusi diqqət yetirmiş, müəllimlik peşəsini ən şərəfli peşə adlandırmış, təhsil alanlara və təhsil verənlərə qayğı göstərmişdir. Sevindirici haldır ki, ulu öndərin...
ANL
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu. 2001-ci ildə ilk dəfə müəllim kimi sinfə daxil olarkən, düzü, çətinliklə qarşılaşacağımdan qorxurdum. Səbəb isə aydın idi. Özüm ənənəvi təlimdə təhsil almışdım, təhsil islahatının isə ilk illəri idi. Bu baxımdan, üzərimə böyük məsuliyyət düşürdü. Elə ilk gündən şagi...
ANL
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə. 75 illik tarixi olan "Azərbaycan müəllimi"nin son 5 ilə qədərki saylarında həmişə, məqsədyönlü və sistemli şəkildə dərc olunan mövzulardan biri qabaqcıl müəllim və məktəb təcrübəsi olub. Respublikanın şəhər və kənd məktəblərinin, yaxud da həmin təhsil müəssisələr...
ANL
Görkəmli yazıçı, tanınmış alim-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, ictimai xadim və xalqın sevimlisi Əzizə Cəfərzadənin XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri vardır. O, Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, elimizin adət-ənənələrinin ya...
ANL
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan olunmuşdur. Bununla əlaqədar bütün fənn müəllimlərinin, o cümlədən kimya müəllimlərinin qarşısında böyük vəzifələr durur. İlk öncə şagirdlə...
ANL
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait. Son illər təhsilimizdə baş verən yeniliklər, təlimin təşkilinə innovativ yanaşmalar, onun forma və üsullarının təkmilləşdirilməsi yönündə atılan addımlar müəllimlərin fəallığını artırmış, yaradıcı axtarışlarını gücləndirmişdir. Hazırda təhsil müəssisələrim...
ANL
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir. Məlum olduğu kimi, 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində müxtəlif fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyət göstərir. Həmin seminarların əsas vəzifəsini fənlər üzrə qəbul imtahanlarının məzmununa aid materialların...
ANL
İtaliyalı alim Qərb Universitetinin qonağı olub. Sentyabrın 17-də Qərb Universitetində İtaliyanın Peruca Universitetinin rektoru, professor, xanım Stefani Giannini ilə görüş keçirildi.Görüşün məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminarlar, dərslər, konfranslar keçirmək və elmi araşdırmaları genişləndir...
ANL
"Ekologiya ili" çərçivəsində tədbir. Sentyabrın 21-də Bakının Badamdar qəsəbəsindəki 239 nömrəli orta məktəbdə Beynəlxalq Sülh Günü və "Ekologiya ili" çərçivəsində "Adama bir ağac əkək" devizi altında tədbir keçirildi. Məktəbin həyətində təşkil olunmuş tədbiri giriş sözü ilə təhsil ocağının direktoru Sədaqət Əzimova aç...
ANL
XIX əsrin sonlarında Azərbaycanın qabaqcıl fikirli ziyalıları xalqın balalarının dünyəvi təhsil alması üçün yeni üsullu məktəblər açırdılar. Belə məktəblərdən biri də Ağsu rayonunun Kalva kəndində 130 yaşı tamam olan təhsil ocağıdır. Məktəb Osman adlı bir kənd sakininin evində fəaliyyət göstərib. Tanınmış pedaqoq Solta...
ANL
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib. Bu günlərdə A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının 90 illik yubileyinə həsr olunmuş "İnfokommunikasiya: İnkişaf problemləri və perspektivləri" mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Tədbiri giriş s...
ANL
Azərbaycan Dillər Universitetində sentyabrın 23-də 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 41 illiyi münasibətilə anım mərasimi keçirildi. Mərasimdən əvvəl universitetin müəllim-tələbə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, şəhidin məzarı önünə qərənfillər düzdülər. Tədbir ADU-d...
ANL
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb. Sentyabrın 14-də "Biliklər Mərkəzi Azərbaycan" tərəfindən "START UP" layihəsi çərçivəsində həyata keçirilən müsabiqənin qaliblərinə təntənəli şəkildə mükafatlar təqdim olunub. Dörd tələbə "Biliklər Mərkəzi Azərbaycan" bazası əsasında CİS...
ANL
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir. Sentyabrın 17-də Azərbaycan Dillər Universiteti və İtaliyanın Peruca Universiteti arasında mövcud əməkdaşlığın davam etdirilməsinə dair müqavilənin imzalanması mərasimi keçirildi. ADU-un rektoru, professor Səməd Seyidov bildirdi ki, rəhbərlik etdiyi tə...
ANL
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib. Bakı Dövlət Universitetində Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycan dilində çapdan çıxan "Yüksək mənəviyyat - yenilməz güc" adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri açan BDU-nun rektor...
ANL
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər. Türkiyə Cümhuriyyətinin Elazığdakı Fırat Universitetinin təmsilçiləri Naxçıvan Dövlət Universitetində oldular. NDU-nun rektoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq, "bir millət, iki dövlət" məramının universitetlərarası əlaqələrdə də uğurla təzahür etd...
ANL
Valideyn nəzarəti üçün yeni imkanlar. Təhsil Portalında (www.edu.az) yerləşən Elektron Dərslər İdarəetmə Proqramı AeL-ə loqo-linkinə daxil olan valideyn şagirdin qiymətləri və davamiyyəti haqqında məlumatları öyrənə bilər. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə D...
ANL
Qitə birinciliyində ardıcıl 3 qələbə. Batumidə yeniyetmə və gənc şahmatçılar arasında keçirilən Avropa çempionatında 3-cü turun oyunları olmuşdur.
ANL
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar. AFFA ilə Regional Futbol Federasiyaları İctimai Birliyinin 15 yaşadək futbolçulardan ibarət komandalar arasında birgə təşkil etdiyi "Region kuboku" turnirinə yekun vurulmuşdur. Üçüncü yer uğrunda oyunda Şəkinin "Gənclik" komandası ilə Qusarın "Şahdağ" klubu qar...
ANL
Zərif duyğular şairi. Hər il olduğu kimi, yanvarın 6-da poeziyamızın həmişəcavan klassiki Mikayıl Müşfiqin xatirəsi yad edildi. Havanın yağmurlu olmasına baxmayaraq Bakıda Müşfiqin büstü önündə xeyli poeziya həvəskarı toplaşmışdı. İşıqlı dünyadan necə əl çəkim? Bu göylə çarpışan, yerlə əlləşən. Dostdan, aşinadan necə ə...
ANL
Yubiley nəşrləri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin keçirilməsi ilə əlaqədar imzaladığı 6 fevral 2009-cu il tarixli sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 11 fevral 2009-cu il tarixli t...
ANL
Gənclik illərimdə mənim üçün ən sevimli Azərbaycan yazıçısı Cəfər Cabbarlı idi. Onun pyeslərini dəfələrlə oxumuşdum. Maraqlıdır ki, neçə ildən sonra, belə demək mümkünsə, "bir ömür keçdikdən sonra" C.Cabbarlı yaradıcılığını yenidən vərəqləyəndə, yaxud xəyalən nəzər salanda məni yenə də hamısından çox bu iki pyes cəlb e...
ANL
Azad Şərifov. Amansız ölüm yazıçı-publisist Azad Şərifovu aramızdan apardı. 6 nömrəli Bakı şəhər orta məktəbində təhsilə başlamış, sonra musiqi məktəbinə dəyişilmiş, 1949-cu ildə bu təhsil ocağını bitirmişdir. Eyni zamanda "Molodyoj Azerbaydjana" qəzetində şöbə müdiri, redaktor müavini və redaktor vəzifələrində işləmiş...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kinodramaturgiyanın aktual problemləri" mövzusunda seminar-konfrans keçirilmişdir. Yığıncağı sənətşünaslıq fakültəsinin dekanı Vəfa Əliyev açmış, ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müdiri Aqşin Babayev keçirdikləri tədbirlər haqqında danışmı...
ANL
Palermo və Trapani əyalətlərinin sərhədində şəhər boyda böyük kənd. Birinci Dünya müharibəsi gedir. Və sanki bu bəs deyilmiş kimi, kəndin öz daxilində də müharibə var: cəbhədə şəhid olan vətəndaşlarının sayına bərabər ardıcıllıqla qurbanlar aparan qanlı bir müharibə. İki mafiya klanı çoxdandır ki, qan düşmənidir. Orta ...
ANL
C.Cabbarlının ev muzeyində. Görkəmli ədibin ev muzeyində tədqiqatçı-alim Asif Rüstəmlinin "Cəfər Cabbarlı: Həyatı və mühiti" kitabının təqdimat mərasimi keçirilmişdir. Cəfər Cabbarlının 110 illik yubileyinin tədbirləri silsiləsinə daxil olan yığıncağı dramaturqun qızı, ev muzeyin direktoru Gülarə Cabbarlı açaraq Asif R...
ANL
Hüseyn Cavid. Din adından doğrayan, İnsanın Allahına. Şeytana oldun nökər. Bu aşura günündə. Baban Yeziddən də sən. Cavan balalarımı. Qanına qəltan etdin. Allahın hüzuruna. Nə üzlə gedəcəksən? Əlində günahsız qan. Mələk geyimli şeytan. Su töksən söndürməyə.
ANL
Əziz şairəmiz Mədinə Gülgünün. unudulmaz xatirəsinə. Həsrət ürəyimə dolmuşdu yenə, Sənin görüşünə gəlmək istədim. Xəyalın həmdəmim olmuşdu yenə, Mən sənin özünü görmək istədim. Yenə qarşılayıb sən gülə-gülə, Üzümə mehrinlə işıq saçarsan. Amma düşündüyüm bir xəyal imiş, Qapı açılarkən tutuldu dilim. Yolumu gözləyən bir ...
ANL
Qopara bilmədi. Yayın istisini qovdu otaqdan. Sərinə büründü yollar, küçələr, Külək tərifləndi, qızışdı yaman. İti qılıncını aldı əlinə, Böyüyə, kiçiyə meydan oxudu. Meyvə bağlarının durdu qəsdinə, Xeyri birdən-birə bəd əməl oldu. Çırpdı qapıları, pəncərələri, Şüşələr tökülüb çilikləndilər. Bir anın içində gəzdi hər ye...
ANL
Totalitarizm dəhşətləri və tarixin ibrətləri. Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" - "Kvartirantı ada" mistik komediyasının Səməd Vurğun adına Rus Dram Teatrında premyerası haqqında təəssürat. Etiraf edim ki, həmin əsəri əvvəlcədən oxumuş, yaşamışdım. İlk tanışlıqda da sarsıdıcı təsirinə məruz qalmış, otuz yeddin...
ANL
Aqata Kristinin "Tələ" pyesi Akademik Milli Dram Teatrının səhnəsində. XX əsr dünya ədəbiyyatının nümayəndələrindən biri, ingilis yazıçısı Aqata Kristi detektiv ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınır. 80-dən çox romanın, onlarla pyesin müəllifi olan İngiltərənin bu xanım yazıçısının kitabları əsa...
ANL
Universitetdə görüş. Xəzər Universiteti "Maraqlı insanlarla ünsiyyət" salnaməsinin ilk səhifəsini professor Qəzənfər Paşayevlə görüşlə açdı. Tədbirin aparıcısı, folklorşünas alim Bəhlul Abdullanın ürək sözlərindən sonra milli rəqs və mahnı nümunələri ifa olundu. Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərr...
ANL
"Çinar-çap" nəşriyyatı tanınmış qələm sahibi Xeyrəddin Qocanın anadan olmasının 60 illiyi ilə bağlı "Xeyrəddin Qoca-60" xüsusi bukletini buraxmışdır. Yeni nəşrdə yazıçının avtobioqrafiyasına qısa nəzər salınmış, yaradıcılığı barədə yığcam məlumat verilmiş, görkəmli yazıçıların, elm və mədəniyyət xadimlərinin onunla bağ...
ANL
"Azərbaycan" jurnalının noyabr sayı Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi ilə əlaqədar Vaqif Yusiflinin "Sənət məbədimiz" məqaləsi ilə açılır. Poeziya həvəskarları bu yeni sayda İslam Sadığın, Bilal Alarlının, Əlihəsən Şirvanlının, Şakir Xanhüseynlinin, Atif İslamzadənin və Sahib Aslanzadənin yeni şeirləri ilə "Poe...
ANL
Bizim toyumuz bir tarix idi. Əhməd Cavad məclisin tamadası idi… Kimlər yox idi bu məclisdə? Görkəmli şairimiz Səməd Vurğunun unudulmaz Xavərinin xatirələrindəndi bu yazılanlar. Bu xatırlamaların dəyərli bir tarix olması şəksizdi. Ancaq deyilənlərin alt yapısında tariximiz, milli-mənəvi, ədəbi düşüncəmiz üçün daha bir ö...
ANL
Lap yaxın keçmişimizdə baş verən ictimai-siyasi olayların doğurduğu yaşantılar, meydan olaylarının tanış səhnələri, fraqmentləri öz bədii təcəssümünü tapıb Əlövsət Bəşirlinin "Biz hara gedirik" ("Araz" nəşriyyatı - 2009) kitabında. Kitaba daxil edilən eyniadlı povestin qəhrəmanları oxucuya müəllifin bir neçə il əvvəl ç...
ANL
Mədəniyyətlərin qovşağında. Rüstəm Müstafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində tanınmış yazıçı və sənətşünas Sara Oğuzun (Nəzirovanın) ingilis dilində nəşr olunmuş "Seçilmiş əsərləri"n ("Selected Works") təqdimat mərasimi keçirilmişdir. Yığıncağı kitaba sponsorluq etmiş "Qarabağ sement" ASC-in nümayəndəsi Me...
ANL
Miçiqan Universiteti. Miçiqan Universiteti (University of Michiqan) Amerikanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet ABŞ-ın Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apard...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədən başlayaraq Azərbaycanda təhsil sahəsində beynəlxalq əlaqələr, onun təşəkkülü, əməkdaşlıq etdiyimiz ölkələr və təşkilatlar, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqram və layih...
ANL
Ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib. Yanvarın 7-də Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib. Müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı"...
ANL
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının qalibləri. Şahbazov Rahim İsmayıl oğlu - Bakı Dövlət Universitetinin III kurs tələbəsi. Qədməliyev Rəşadət Nüsrəddin oğlu - Qafqaz Universitetinin III kurs tələbəsi. Məmmədova Aygün Malik qızı - Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi. Baba...
ANL
Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr kompüter vasitəsi ilə imtahanları verdilər. 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədilə Azərbaycan Dövlət Peda...
ANL
Bakı məktəblisinin dünyada tanınan rəsm əsəri. Hələ körpəlikdən ziyalı ailəsində tərbiyə aldığı üçün incəsənətə meyilli olub. Belə ki, AzTV-də rejissor işləyən atası Azər və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deyən anası Lalə xanım övladlarının tərbiyəsi ilə ciddi məşğul olsalar da, peşə seçimində ona t...
ANL
Kurikulum mərkəzində "dəyirmi masa". Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum mərkəzində "2008-2009-cu dərs ilində I siniflərdə yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib. Kurikulum mərkəzinin direktoru, pedaqoji ...
ANL
Arzusu böyüyəndə rəssam olmaqdır. Bakıdakı 28 nömrəli orta məktəbin direktoru Gülarə Verdiyeva bildirdi ki, əvvəlki illərdən fərqli olaraq 2009-cu ildə "Uşaq ili" çərçivəsində məktəbdə xeyli rəngarəng silsilə tədbirlər keçirilib. Elə bu günlərdə məktəbin I sinif şagirdi Əlihəsən Həbibovun rəsm əsərlərindən ibarət sərgi...
ANL
Orijinaldan tərcümə. Romanda ilk dəfə olaraq italyan mafiyasının kəndlərdəki hökmranlığının şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə L.Şaşa görkəmli həmyerlisi L.Pirandelloya həsr olunmuş "Pirandello və Siciliya" adlı elmi-tənqidi esselər toplusunu da çap etdirir. Bu baxımdan, yazıçının 1979-cu ildə çap olu...
ANL
Mikayıl Müşfiq yad edildi. Yanvarın 6-da görkəmli şair Mikayıl Müşfiqin Yasamal rayonundakı parkda ucalan abidəsi önündə anım mərasimi keçirildi. Mərasimə müşfiqsevərlərlə bərabər, şairin yaxınları da qoşulmuşdu. Müşfiqşünas alim, şair Gülhüseyn Hüseynoğlu mərasimdə şairin acı taleyindən söz açdı, dedi ki, Mikayıl Müşf...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, ötən məqalədə qeyd edildiyi kimi, təhsil sahəsində beynəlxalq əlaqələrin mühüm istiqamətlərindən biri də ayrı-ayrı ölkələrlə birbaşa təhsil əlaqələrinin qurulması, əməkdaşlıq haqqında saziş və prot...
ANL
İsveçrə Federal Texnologiya İnstitutu. Yerləşir: İsveçrə, Sürix şəhəri. İsveçrə Federal Texnologiya İnstitutu (ETH Zurich - Swiss Federal Institute of Technology) Avropanın ən nüfuzlu, yüksək tədqiqat göstəricilərinə malik elm və texnologiyalar mərkəzidir. İnstitut İsveçrənin böyük şəhəri Sürixdə, Avropanın mərkəzində ...
ANL
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 iyun 2009-cu il tarixli, 682 nömrəli əmrinə əsasən 2009-cu il 4-5 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ...
ANL
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına. Yaponiyanın ölkəmizdəki səfirliyi ilə yeddi qeyri-hökumət təşkilatı və bir təhsil şöbəsi arasında ötən ilin dekabrında imzalanmış müqavilələrə əsasən Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardım Proqramı çərçivəsində bu il ölkəmizdə səkkiz layih...
ANL
Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, yanvarın 8-də "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində texniki peşə təhsilinin kurikulumları və yeni standartlarının hazırlanması, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ...
ANL
Kurikulum islahatı zamanın tələbidir. Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifələri dəyişir. Ağılın, intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirili...
ANL
Ali məktəblərdə qış imtahan sessiyası davam edir. Təkcə təhsil sahəsində çalışanların deyil, geniş ictimaiyyətin belə həmişə diqqət və maraqla izlədiyi yay və qış imtahan sessiyalarının yüksək səviyyədə təşkili və obyektiv keçirilməsi üçün son illər Təhsil Nazirliyi tərəfindən bir çox məqsədyönlü tədbirlər həyata keçir...
ANL
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar. Yanvarın 14-də "Park İnn" otelində ali təhsildə maliyyələşdirmə mexanizmləri üzrə seminar keçirildi. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov hörmətli qonaqları və rəsmi dövlət nümayəndələrini salamlayaraq giriş sözü ilə çıxış etdi. Nazir qeyd etd...
ANL
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi. Yanvarın 10-da respublikamızda məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi. Bu turda I mərhələnin qalibləri olan IX, X, XI sinif şagirdləri riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, ...
ANL
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub. Yanvarın 11-də akademik Zərifə Əliyeva adına orta məktəbdə Azərbaycanda ingilis dili müəllimləri üçün ilk dəfə olaraq İngilis dilinin Onlayn tədrisi (ETTO) ixtsasartırma layihəsinin başlanmasına həsr olunmuş mə...
ANL
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri. Şagirdlərin, xüsusilə, kiçikyaşlıların məktəbdə ingilis dili dərsinə sərf etdiyi vaxt adətən çox olmur. Onlar ancaq müəllimlə danışa bilirlər, əksər uşaqların isə danışmaq imkanı olmur. Qruplarla və cütlərlə işləmək isə onlara daha çox ünsiyyətdə olmaq imkani ver...
ANL
Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında şair-publisist, filologiya elmləri namizədi, dosent Əbülfəz Muxtaroğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli yubilyarı bu əlamətdar hadisə münasibətilə təbrik edib, şairin həyat və yaradıcıl...
ANL
Yerləşir: Böyük Britaniya, Edinburq şəhəri. Tələbələrin. Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universi...
ANL
Təhsil Nazirliyində müşavirə. Nazir bir sıra lisey və gimnaziyaların direktorlarını ciddi tənqid etdi. Yanvarın 15-də Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan lisey və gimnaziya direktorlarının iştirakı ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov nazirliyin bilavasitə tabe...
ANL
Türkiyənin milli təhsil naziri ilə görüş. Yanvarın 21-də Təhsil Nazirliyində Türkiyənin Bakıda işgüzar səfərdə olan milli təhsil naziri xanım Nimet Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdən öncə qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Gö...
ANL
"Tələbələrin sayına görə Avropada liderik". Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə müsahibəsi. İxtisasca hüquqşünasdır. Ali təhsilini Litvada alıb, eyni zamanda Qərbin 4 universitetində təhsilini davam etdirmək imkanı olub. Nazir vəzifəsinə təyin olunanadək son 10 ildə Viln...
ANL
İstedadlı alim, görkəmli elm və təhsil təşkilatçısı. Qədim Azərbaycan diyarı olan Zəngəzur əsrarəngiz təbiəti, alicənab, mərd, vüqarlı insanları ilə yanaşı, dünya elm və mədəniyyətinə böyük töhfələr vermiş onlarla işıqlı ziyalı bəxş etmişdir. Belə görkəmli şəxsiyyətlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universiteti...
ANL
Kamalı böyük, qəlbi sadə sənətkar. çoxəsrlik Azərbaycan və türk xalqları folkloru və poeziyasının, aşıq yaradıcılığının, etnoqrafiya və müsiqi yatırımızın bilicisi, hafizi, sələflərini dərin sevgi ilə təbliğ və təhlil edən, müdrik tədqiqatçısı olan, qüdrətli şair və alovlu vətənpərvər, türk dünyasının tanınmış sənətkar...
ANL
Orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı qəbul olunub. Yanvarın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" təsdiq edilib. Proqramda məqsəd orta ixtisas təhsili s...
ANL
Yerləşir: Yaponiya, Tokio şəhəri. Tokio Universiteti (University of Tokyo) dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universite...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələrin miqyası xeyli genişlənmişdir. Bu məqalədə ayrı-ayrı ölkələrlə qurulmuş təhsil əlaqələri, təhsil sektorunun müxtəlif sahələri üzrə əməkda...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli, 5 nömrəli qərarını elan edirəm: "Azərbaycan Respublikasının Nazirlər Kabineti. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsin...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını elan edirəm: "Azərbaycan Respublikasının Nazirlər Kabineti. "Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust t...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasının Nazirlər Kabineti. "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası "nın təsdiq edilməsi haqqında. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan R...
ANL
Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi. Son illərdə ölkəmizdə təhsil islahatlarının geniş vüsət alması, təhsilin inkişafı, intellektual potensialın möhkəmləndirilməsi, müəllim şərəfinin və əməyinin uca tutulması istiqamətində böyük miqyasda işlər...
ANL
Regionlarda təhsilin inkişaf perspektivlərilə əlaqədar Ağstafa, Qazax və Tovuz rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Yanvarın 25-də Ağstafa rayonunda regionlarda təhsilin inkişafı ilə əlaqədar Ağstafa, Qazax və Tovuz rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə keçirildi. İlk öncə təhsil n...
ANL
Türkiyə-Azərbaycan təhsil əlaqələrini genişləndirmək üçün böyük potensial var. Türkiyənin milli təhsil naziri xanım Nimet Çubukçunun qəzetimizə müsahibəsi. Nimet Çubukçu 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman vilayətinin Ayrancı kəndində anadan olub. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini ...
ANL
"Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda konfrans keçirilib. Naxçıvan Özəl Universitetində 2 fevral - Gənclər Günü münasibətilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq qeyd etdi k...
ANL
Birinci qrupun birincisi. Şahbuz rayonu A.Quliyev adına Kükü kənd orta məktəbinin məzunu Aygül Salahlı repetitor yanında hazırlaşmadan ötən il ali məktəblərə qəbul imtahanlarında 695 bal toplayıb. Azərbaycan təhsilinin yeniləşməsi, müasir tələblər səviyyəsinə yüksəlməsi yönündə həyata keçirilən kompleks tədbirlərin, ap...
ANL
Yaradıcılıq müsabiqəsinə yekun vurulub. Ötən il Gəncədə start götürmüş orta məktəb şagirdlərinin yaradıcılıq müsabiqəsinə yekun vurulmuşdur. AzərTAc xəbər verir ki, 11 nominasiya üzrə keçirilmiş müsabiqənin yekun turunda 45 orta məktəbdən 36 ən bacarıqlı şagirdin çıxışı dinlənilmiş, təsviri və tətbiqi sənət növləri üzr...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Yusifov Zakir Tofiq oğlu. 1974-cü ildə paytaxtdakı 194 nömrəli orta məktəbi bitirərək, Leninqraddakı (indiki Sankt-Peterburq) Sasovski adına Mülki Təyyarəçilik Məktəbinə daxil olub. 1977-ci ildə təhsilini başa çatdıraraq Yevlax aviadəstəsində fəaliyyətə başlayıb. AN-2 təyyarəsinin koman...
ANL
Yerləşir: Niderland Krallığı, Utrext şəhəri. Utrext Universiteti (Utrecht University) Niderland Krallığında, Utrext şəhərinin mərkəzində yerləşir. Hollandiyanın böyük dövlət universitetlərindən biri olan bu ali məktəbin qədim bağları, binaları, yaxınlıqdakı küçələrin adları onun zəngin tarixə malik olmasının sübutudur....
ANL
"Beynəlxalq Kimya İli"nə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2011-ci ilin YUNESKO tərəfindən "Beynəlxalq Kimya İli" kimi qeyd olunduğunu, habelə ali təhsil müəssisələrinin "Beynəlxalq Kimya İli"nin keçirilməsi ilə bağlı təkliflərini nəzərə alaraq. Azə...
ANL
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci...
ANL
Təhsil naziri ABŞ səfiri ilə görüşüb. Martın 29-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb. Öncə təhsil naziri qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ist...
ANL
Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin təqdimat-məruzələri dinlənilib. Martın 30-da Təhsil Nazirliyində nazirliyin bir neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi dinlənilib. Öncə Təhsil Nazirliyinin Hüquq sektorunun müdiri Elmir Həsənov "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ...
ANL
ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru, professor Hikmet Koçak və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan rektor Səməd Seyidov ADU ilə Atatürk Universiteti arasında əlaqələrin qurulmasına hazır olduğunu söyləyib. Universitetin ...
ANL
Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının təşkilatçılığı ilə filialın dislokasiyasında olan Siyəzən rayonunun 6 nömrəli məktəbində "Pedaqoji kadrların ixtisasının artırılması günün başlıca tələbidir" mövzusunda seminar keçirildi. Konfransda Təhsil Nazirliyinin baş məsləhətçisi M.Əhmədov, Azərbaycan Müəllimlər...
ANL
Naxçıvan Dövlət Universitetində "Araz çayı hövzəsi parazitar xəstəliklər" mövzusunda I beynəlxalq simpozium keçirilmişdir. Qars Qafqaz Universiteti ilə birgə gerçəkləşdirilən simpoziuma AMEA-nın Naxçıvan Bölməsi, Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universiteti və Elazıq Fırat Universitetinin təmsilçiləri də qatılm...
ANL
Böyük Britaniyaya səfərimiz faydalı və maraqlı oldu. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "British Council" təşkilatı ilə birgə həyata keçirdiyi "Gələcək uğura aparan körpü" layihəsi çərçivəsində ölkəmizin bir qrup təhsil işçisi - əsasən ingilis dili müəllim və mütəxəssisləri bu il fevralın 27-dən martın 8-dək B...
ANL
Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ADU-da olub. Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycan Dillər Universitetində olub. R.Kobia universitetin Heydər Əliyev adına muzey-lektoriyasında "Şərq əməkdaşlığı və Avropa Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti...
ANL
Təhsilin keyfiyyətinin dəyərləndirilməsi. Hazırda ictimaiyyət arasında ən müxtəlif səviyyələrdə geniş müzakirə olunan məsələlərdən biri təhsilin keyfiyyətidir. "Təhsilin keyfiyyəti" termini ilk baxışda hamı tərəfindən başa düşülsə də, buna yanaşmada qeyri-müəyyənlik hələ də mövcuddur. Bu səbəbdən də, ilk növbədə, təhsi...
ANL
Ötən il Kurikulum Mərkəzi üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələri. 2010-cu ildə Kurikulum Mərkəzində aparılmış elmi-tədqiqat işlərindən aşağıdakı nəticələr əldə olunmuşdur: 1. Məktəbəqədər təhsil üzrə nəticəyönümlü standart və kurikulumların hazırlanması qloballaşma şəraitində ən müasir təhsil texnologiyaları...
ANL
Elmi seminarın növbəti məşğələsi keçirilib. Azərbaycan Dillər Universitetinin Heydər Əliyev muzey-lektoriyasında milli pedaqogikanın mütərəqqi ideyalarından, onun nəzəri-metodik əsaslarından, pedaqoji fəaliyyətin məzmununa gətirilən elmi yeniliklərdən bəhs edən elmi seminarın növbəti məşğələsi keçirilib. Elmi-pedaqoji ...
ANL
IELTS proqramı haqqında nə bilirik? IELTS (International English Language Testing System - Beynəlxalq İngilis Dilini Yoxlama Sistemi) proqramı ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və işləmək istəyən namizədlərin ingilis dili biliyini 4 meyar üzrə qiymətləndirmək üçün müəyyənləşdirilmiş imtahandır. I...
ANL
Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. Bu gün kiçik yaşlarından uşaqları təbiətə qayğı ilə yanaşmaq ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq olduqca zəruridir. Paytaxtımızın Nərimanov rayonundakı nümunəvi tərbiyə-təlim xidməti göstərən məktəbəqədər təhsil mü...
ANL