text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı. Kiçik yaşlarından musiqiyə olan marağını hiss edən valideynləri 6 yaşlı İsmayılı Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinə gətirir, onu vokal və fortepiano dərnəyinə yazdırırlar. Orada təhsil aldığı müddətdə İsmayılın istedadı üzə çıxır. O, Nizami rayonu...
ANL
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu. Bakıdakı 1 nömrəli uşaq evinin "Azəri" mahnı və rəqs ansamblı bu il 19-25 sentyabr tarixlərində Sankt-Peterburq Şəhər Meriyasının maliyyə və "Kastalskiy Klyuç" İctimai Birliyinin təşkilatı dəstəyi ilə keçirilən yetim və valideyn himayəsindən məhrum olmuş...
ANL
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb. Bu günlərdə tanınmış şair Ağacəfər Həsənli Mədəniyyət və Turizm Nazirliyinin xəttilə Türkiyədə yaradıcılıq ezamiyyətində olmuşdur. Türkiyənin paytaxtı Ankarada TÜRKSOY-un Ankara Bələdiyyəsi ilə birgə həyata keçirdiyi "Böyük Kültür Sənət Yarışması"nda iştirak edən şair, xüs...
ANL
İngilis dili dərslərində rollu oyunlardan istifadə. İki ildir ki, məktəblərimizdə yeni təhsil proqramlarının - kurikulumların tətbiqinə başlanılmışdır. 2008-2009-cu dərs ilindən başlayaraq birinci sinfə gedən uşaqlar yeni fənn kurikulumları əsasında hazırlanan dərsliklərlə oxuyur, müəllimlər yeni məzmunun mənimsənilməs...
ANL
Müəllim-şagird münasibətləri. Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyə...
ANL
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir. "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri bütün müəllimlər ...
ANL
Müəllimlərin səviyyəsindən razı qaldım. Uşaqların gələcəyi qayğısına qalmaq, onların xoşbəxt və rahat həyatını təmin etmək üçün əlindən gələni əsirgəməmək azərbaycanlıların milli xüsusiyyətlərindəndir. Deyə bilərik ki, biz bu aspektdə daha çox səy göstəririk. Uşaqlarımız məktəbə getməyə başlayandan onların mükəmməl təh...
ANL
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş. Məktəb tarixində ilk dəfə olaraq 3 məzun ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladıqları üçün Prezident təqaüdünə layiq görülüb. Tədris ocağının bir müəllimi ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Oktyabrın 9-da 11...
ANL
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib. Oktyabrın 12-də Bakı Slavyan Universitetində Belarus Respublikasının ölkəmizdəki səfirliyi və BSU-nun birgə təşkilatçılığı ilə Belarus dili və mədəniyəti mərkəzində BSU və BDPU-nun (Belarus Dövlət Pedaqoji Universiteti) elmi-pedaqoji kollektivlərinin birgə fəaliyyə...
ANL
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir. Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlının təşəbbüsü ilə fənn kurikulumlarının tətbiqi ilə bağlı təlimçi hazırlamaq məqsədilə treninq-seminar keçirilir. Seminara institutun müxtəlif kafedra və metodiki kabinetlərinin və on ...
ANL
Hər bir şagird kitabları sevməli və qorumalıdır. Ulu öndərimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" müdrik sözlərini həmişə bəyənmiş və təqdir etmişəm. Bir millətin işıqlı istiqbala və gələcəyə yiyələnə bilməsi üçün təhsilin önəmi danılmaz və şübhəsizdir. Odur ki, hazırkı iqtisadi inkişaf və dünyaya inteqrasiy...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. 1975-ci ildə Ağdam şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmuşdu. Muxtar yeddi il Xankəndində həkim işləmiş, 1988-ci ildə erməni işğalçılarının torpaqlarımıza hücumu başlayanda, iş yerini dəyişərək Ağdam şəhər Mərkəzi Xəstəxanasında çalışmağ...
ANL
Yerləşir: Niderland Krallığı, Amsterdam şəhəri. Amsterdam Universiteti (University of Amsterdam) Niderland Krallığında, Amsterdam şəhərinin mərkəzində yerləşir və Avropanın ən böyük universitetlərindən biridir. Amsterdam Universiteti beynəlmiləlləşmiş ali məktəbdir və burada dərslər ingilis və holland dillərində keçili...
ANL
"Yüksələn təhsilimizin bayraqdarı –Azərbaycan məktəblisi". Oktyabrın 16-da Qafqaz Universitetində "Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi" mövzusunda təhsil öncüllərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, ombudsman Elmira Süleymano...
ANL
Oktyabrın 15-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Bakının Biləcəri qəsəbəsində yerləşən 299 nömrəli məktəbdə olub, bu tədris ocağının Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşdən öncə nazir məktəbi gəzərək burada şagirdlərin təhsili, müəllimlərin fəaliyyəti üçün yaradılan şəra...
ANL
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı. Oktyabrın 15-də Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Bakı şəhəri Bül-bül prospekti, 36 ünvanda yerləşən Mərkəzi ofisinin rəsmi açılışı mərasimi keçirildi. Açılışda Azərbaycan Respublikasının təhsil naziri cənab Misir Mərdanov, YU...
ANL
Təhsil naziri Azərbaycan Universitetində olub. Ölkəmizin ilk özəl ali təhsil müəssisəsi olan Azərbaycan Universiteti 2010-2011-ci dərs ilinə yeni inşa olunmuş və ən müasir avadanlıqlarla təmin edilmiş binada başlayıb. Yeni bina, burada yaradılmış şəraitlə tanış olmaq, görülmüş işləri dəyərləndirmək məqsədi ilə Azərbay...
ANL
Təhsil Nazirliyində görüş. Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb. Qonağı səmimi salamlayan Misir Mərdanov onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanın Misir Ərəb Respublikas...
ANL
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı. Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımız bu yaxınlarda inamlı qələbə ilə vətənə qayıtmışlar. Ağırlıqqaldırma üzrə ölkəmizi təmsil etmiş Nicat Rəhimov uğurla çıxış edərək olimpiya oyunlarının qızıl mükafatına la...
ANL
NDU-da yeni laboratoriya istifadəyə verilib. Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsində yeni laboratoriya istifadəyə verilmişdir. Açılış mərasimində çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli laboratoriya üçün lazımi avadanlığın alınıb gətirilməsində yaxından kömək göstərmiş Naxçıvan Muxtar Respub...
ANL
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim. 13-16 oktyabr 2010-cu il tarixlərində Almaniyanın dvv international təşkilatı Avropa Komissiyası və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi ilə həyata keçirdiyi "Qeyri-hökumət və Yerli səlahiyyətli qurumlar inkişafda" layihəs...
ANL
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir". Müsahibimiz Cənubi Rusiya Universitetinin rektoru, həmyerlimiz, iqtisad elmləri doktoru, professor, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Kollegiyasının üzvü İmran Əkbərovdur. Təqdimat: İmran Hürrü oğlu Əkbərov 1958-ci ildə Naxç...
ANL
Dinləyicilərə sertifikatlar təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olub. "Azərbaycan dövlətçiliyinin həqiqi əsasları və inzibati islahatlar" istiqaməti üzrə keçirilən kursda dövlət hakimiyyətinin ...
ANL
Azərbaycan Dillər Universitetində "Gənclər və sağlam həyat tərzi" və "Bəzi genetik xəstəliklər və reproduktiv sağlamlıq" mövzusunda tədbir keçirilib. Tədbirdə "Sağlam nəsil" İctimai Birliyinin əməkdaşı Könül Abbasova sağlamlığın ətraf mühitə olan müsbət təsiri və əvəzolunmaz roluna, gələcəyin potensial qüvvəsi olan uşa...
ANL
Folklor İnstitutunun hədiyyəsi. Sumqayıt Dövlət Universitetindəki "Folklorşünaslıq" elmi-tədqiqat laboratoriyası 2001-ci ildən fəaliyyət göstərir. İndiyə qədər "Dədə Qorqud" dastanı ilə bağlı bir neçə elmi konfrans, professor M.H.Təhmasibin 100 illik yubileyi, Novruz bayramı və s. mövzularda tədbirlər professor-müəllim...
ANL
Qaliblər mükafatlandırıldılar. Dövlət Müstəqilliyi Günü münasibətilə Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilər arasında şahmat yarışı və "Yaşa, müstəqil Azərbaycanım!" adlı tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi ...
ANL
Ağcabədi şahmatçıları fərqləniblər. Ağcabədi rayonunda müasir tələblərə cavab verən Uşaq Şahmat Məktəbi və Yaradıcı Gənclər Mərkəzi üçün ikimərtəbəli yeni bina inşa edilir. Tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilir. Onu da qeyd edək ki, 5-14 sentyabr 2010-cu il tarixlərində "Təhsil" Respublika İ...
ANL
Məktəblilərin idman uğurları. O, hələ uşaq yaşlarından idmanın şahmat növünə maraq göstərər, keçirilən yarışlarda qrupda olan idmançı yoldaşlarından həmişə fərqlənərdi. Elxanın bu idman novünə həvəsini görən valideynləri onu 6 yaşında Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama...
ANL
Dövlət Müstəqilliyi Günü qeyd edilib. Lənkəran Dövlət Universitetində Dövlət Müstəqilliyi Gününə həsr edilmiş təntənəli yığıncaq keçirilmişdir. Yığıncağı universitetin rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov açmış, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş...
ANL
Treninqlərin təşkili davam edir. 18 nömrəli Bakı Peşə Liseyində fəaliyyət göstərən ümumtəhsil fənn müəllimləri üçün təlim kursları (treninqlər) keçirilmişdir. Sayca artıq üçüncü dəfə təşkil olunan həmin təlim kurslarının keçirilməsində əsas məqsəd pedaqoji kollektivi yeni dövlət standartları və proqramlarının (kurikulu...
ANL
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar. I. Ümumtəhsil məktəblərinə şagird qəbulu. Ümumtəhsil məktəblərinə şagird qəbulu I və X siniflər üzrə aparılır. Uşaqların I sinfə qəbulunu ümumtəhsil məktəbində direktorun əmri ilə təşkil olunmuş komissiya həyata keçirir. Komissiyanın tərkibin...
ANL
Yaradıcı axtarışlara gedən yol. Son illər təhsilimizə göstərilən diqqət və qayğı güclü inkişafa yol açmışdır. Təhsilin hər bir sahəsində faydalı islahatlar aparılır, uğurlu nailiyyətlər əldə olunur. Ölkəmizdə təhsil sahəsində atılan yeni addımlardan biri də kurikulumların hazırlanması və tətbiqidir. Bununla əlaqədar ku...
ANL
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi. Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi kontekstində. Qədim və zəngin tarixi olan Azərbaycanın ikiyə bölünməsi xalqımızın bədii mədəniyyətinin milli-bəşəri və dünyəvi dəyərlər əsasında zənginləşməsinə heç də əks-təsir göstərməyib. Ədəbi-tari...
ANL
Antroponimika sahəsində faydalı araşdırma. Dilçiliyin xüsusi adların yaranması, dildə işlənməsi, inkişaf qanunauyğunluqlarının araşdırıldığı onomalogiya şöbəsində istənilən xüsusi ad barədə məlumat verilir. Onomastik vahidlər keçmişi özündə əks etdirməklə mühüm informasiya daşıyıcısı kimi çıxış edir. Hələ XI əsrdə M.Ka...
ANL
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib. "Azərbaycan dünyası" beynəlxalq jurnalı və "Dədə Qorqud" Milli Fondunun əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun vaxtı ilə təhsil aldığı Biləsuvar rayonunun Əliabad kəndindəki tam orta məktəbdə olublar. Qonaqlar əvvəlcə Azərbaycanın Milli Qəhr...
ANL
Pedaqoji elmlər doktoru, professor Şükür Əlizadə 25 oktyabr 1940-cı ildə Lənkəran rayonunun Viyən kəndində kolxozçu ailəsində doğulmuşdur. 1958-ci ildə Kərgəlan kənd orta məktəbini bitirən, fizika elminə maraq göstərən, müəllimlik sənətinin vurğunu olan Şükür Əlizadə ADPU-nun (keçmiş V.İ.Lenin adına ADPİ-nin) fizika fa...
ANL
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres. Oktyabrın 15-17-də Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçirilib. Qafqaz Universitetinin təşəbbüsü, bu ali məktəbin və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Azərb...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Quliyev Aqil Sahib oğlu. 1980-ci ildə orta məktəbi bitirmiş və indiki Azərbaycan Dövlət Neft Akademiyasının axşam şöbəsinə daxil olmuşdu. Üçüncü kursdan əsgəri xidmətə çağırılmışdı. Hərbi xidmətini və təhsilini başa çatdırdıqdan sonra 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşd...
ANL
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Son illər respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərk...
ANL
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqı...
ANL
Bakı Slavyan Universitetinin ali və orta təhsilin koordinasiyası istiqamətində layihələrinə dəstək verilir. Ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri də təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələridir. Hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin dahi uzaqgörənli...
ANL
Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilib. Oktyabrın 22-də Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Novxanı qəsəbəsində yerləşən AF Hotel Akva-park kompleksinin konfrans zalında iki beynəlxalq tədbir keçirilib. Bunlardan biri "Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda və mədəniyyətlərdə arx...
ANL
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının elan edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında. "Təhsil haqqında" Azərbaycan Resp...
ANL
Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Azərbaycanda akkreditə olunmuş xarici ölkələ...
ANL
Məktəbdə metodiki işlərə geniş yer verilir. Bakıdakı 229 nömrəli orta məktəbin pedaqoji kollektivi 2010-2011-ci tədris ilində böyüyən nəslin təlim - tərbiyəsini yüksək səviyyədə qurmaq, qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün ilk gündən ciddi səy göstərir. Bununla əlaqədar məktəbin direktoru Fəridə Bağır...
ANL
Balacaların "Payız" tədbiri. Bakıdakı 21 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Sona Nağıyeva bildirdi ki, rəhbərlik etdiyi bağçanın işində əvvəlki illərlə müqayisədə xeyli dönüş yaradılıb. Son vaxtlar müxtəlif mövzularda keçirilən rəngarəng tədbirlər tərbiyəçiləri daha yaxşı işləməyə həvəsləndirir. Burada 73 uşağ...
ANL
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kurslarının açılışı olub. Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş ofisi Böyük Britaniyada yerləşən beynəlxalq "Global Certification Limited" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin iştirakı ilə yeni təlim kursları...
ANL
Bakıdakı 250 nömrəli orta məktəbdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin və Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Mavi planet, dünya və ekoloji sfera" mövzusunda tədbir keçirilib. Məktəbin direktoru Nazim Adıgözəlov bildirib ki, tədbiri...
ANL
18 nömrəli Bakı Peşə Liseyində təhsil alanların "Tələbə parlamenti" yaradıldı. 18 nömrəli Bakı Peşə Liseyinin Pedaqoji Şurasında qəbul edilmiş qərara, eləcə də illik fəaliyyət planında nəzərdə tutulmuş müvafiq müddəaya uyğun olaraq tədris müəssisəsində təhsilalanların ictimai təşkilatı - "Tələbə Parlamenti" yaradılm...
ANL
İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə. Təhsilalanların bilik və bacarıqları haqqında məlumatların toplanması, yəni qiymətləndirmə ibtidai təhsil pilləsində diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (kiçik və böyük) olmaqla üç fo...
ANL
Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktoruna sertifikat verildi. Oktyabrin 23-də Təhsil Nazirliyində həmin kursları başa vurmuş təlimçilərlə görüş keçirildi. Görüş iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov "Məktəb uşağin dostudur" layihəsinin şagirdlərə bərabər imkanların yaradılması, s...
ANL
Təhsil Nazirliyində görüş. Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb.Təhsil naziri Misir Mərdanov öncə qonağı səmimi salamlayaraq bu görüşdən məmnunluğunu ifadə edib. Azərbaycanla Amerika Birləşmiş Ştatları arası...
ANL
ATU-da Virtual Layihə - Texnoloji Tədris Mərkəzi açılıb. Oktyabrın 26-da Azərbaycan Texniki Universitetində Virtual Layihə-Texnoloji Tədris Mərkəzinin (VLTTM) açılışı oldu. Tədbirdə təhsil nazirinin müavini İradə Hüseynova , "Abplanalp Engineerinq AG" şirkətinin prezidenti Eji Henke və şirkətin Orta Asiya nümayəndəliyi...
ANL
Birinci kurs tələbələri ilə görüş. Lənkəran Dövlət Universitetində birinci kurs tələbələri ilə görüş keçirilmişdir. LDU-nun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov ali məktəbə qəbul olunanları təbrik etmiş, kredit sisteminə keçidlə əlaqədar yeni təhsil texnologiyalarının vacibliyindən, bu ...
ANL
Azərbaycan alimi Ümumdünya Fəlsəfə Forumundan qayıdıb. Yunanıstanın paytaxtı Afinada 4-8 oktyabr 2010-cu il tarixində Ümumdünya Fəlsəfə Forumunun "Ən yaxşı fəlsəfi ideyalar bəşəriyyətin firavanlığı naminə" devizi altında I tarixi Dialektik Simpoziumu keçirilib. Simpoziumda ölkəmizi Astara Pedaqoji Kollecinin direktoru,...
ANL
Kollegiya iclasında ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olundu. Oktyabrın 22-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevr...
ANL
Veteran müəllimlərin çağırışçı gənclərlə görüşü. Bu günlərdə Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində çalışan veteran müəllimlər Hərbi Komissarlıqda çağırışçı gənclər və onların valideynləri ilə görüşüblər. Tədbirdə Sumqayıt Şəhər Təhsil İşçiləri Veteranlar Şurasının sədri Məşdi Zeynalov, şəhər müharibə, əmək, silah...
ANL
Qaraqoyunlu dövlətinin 600 illiyinə həsr olunmuş konfrans. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasının 600 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Muzeyin, Hərbi Akademiyanın, AMEA Tarix İnstitutunun elmi əməkdaşlarının iştirak etdiklə...
ANL
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının elmi konfransı keçirildi. Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının milli inkişaf və tərəqqi partiyası, xalqın rifah mənbəyi olduğunu vurğuladı. Qeyd olundu ki,ümummill...
ANL
Səbail rayonundakı 130 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. Bakının Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən 130 nömrəli uşaq bağçası əsaslı təmir olunaraq balacaların istifadəsinə verilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon sakinlərini təbrik edərək, son ...
ANL
Yeni məktəblərimiz. Yevlax rayonu Cırdaxan kənd orta məktəbinin müəllim və şagirdləri yeni dərs ilini yeni məktəb binasında qarşılamışlar. Məktəb müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz edilmişdir. Dövlət vəsaiti hesabına inşa olunmuş ikimərtəbəli, 180 şagird yerlik binada 9 sinif otağı, 2 laboratoriya,...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Həsənov Eldar İsfəndiyar oğlu. Bir il sonra ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidmətini başa çatdıraraq doğma kəndlərinə qayıtmışdı. O, döyüşlərdə əsl igidlik nümayiş etdirmişdi. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fər...
ANL
Yerləşir: İrlandiya, Dublin şəhəri. Dublin Triniti Kolleci (Trinity College Dublin) İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşir və Böyük Britaniyadan kənarda yerləşən ingilisdilli ölkələrin yeddi ən qədim universitetindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Ranking...
ANL
Kadr hazırlığı: ənənələr, yeniliklər. Respublikamızda səhiyyənin inkişafı və ümumən vətəndaşlarımızın sağlamlığı ulu öndər Heydər Əliyev fəaliyyətinin ana xətlərindən birini təşkil edirdi. Respublikamızda təhsili, xüsusilə səhiyyə təhsilini daim diqqət mərkəzində saxlayan ulu öndərimiz dəfələrlə Azərbaycan Tibb Univers...
ANL
Bakı Avropa Liseyi. Direktoru: Zülfiyyə Veysova. Rəsmi saytı: www.evrolyceum.az. Yaranma tarixindən. BDU-nun nəzdində fəaliyyət göstərən "Yaradıcı istedad" Elmi Praktik Mərkəzin və QHT olan "İstedad" Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı nəticəsində yaranan liseyin 19 buraxılışı olub. Assosiasiya və elmi mərkəz ...
ANL
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Akkreditasiya şöbəsi (H.Zərbəliyev) və Hüquq sektoru (E.Həsənov) "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"...
ANL
Dünyada elə insanlar var ki, İlahi tərəfindən ona bəxş edilmiş ömür yolunda yaşadığı zamanın hökmünə görə çoxlu əzab-əziyyətlərlə rastlaşır, bəzən dözülməz işgəncəli anlardan keçməli olur. Gələcək arzularına çatmaq üçün qorxmadan sinəsini çətinliklərə sipər edərək mübarizə aparanlar qalib gəlir. Belə insanlar nisgilli,...
ANL
Ümumi orta təhsil səviyyəsində icbariliyin tətbiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (19.14-cü maddə) ümumi orta təhsilin icbariliyinin təsbit olunması ilə əlaqədar bu sahədə müvafiq tənzimləmə tədbirlərinin həyata keçirilməsi zərurətin...
ANL
Avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqoji və metodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirildi. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr...
ANL
Latın Amerikasından ilk qonaq. Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paulo Antonio Pereira Pinto Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetin rektoru, akademik İsa Həbibbəylinin qəbulunda olan səfir Azərbaycan və Naxçıvan haqq...
ANL
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı. Sentyabrın 1-də təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Cari ilin iyul ayının 8-də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə ...
ANL
Mentalitetlə bağlı düşüncələr. Hər millətin öz mentaliteti, milli ruhu, milli təfəkkürü var. Azərbaycanlı təfəkkürü poetik-fəlsəfi təfəkkürdür. Bu təfəkkür tərzinin daşıyıcısı olan professor Ramiz Əliyev son illərdə hamının yeri gəldi, gəlmədi işlətdiyi mentalitet və onun formalaşmasının sosial-psixoloji əsaslarını ara...
ANL
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi". Dünya təhsilinə inteqrasiya milli təhsilin elmi-nəzəri, elmi-pedaqoji əsaslarla idarə olunmasını tarixi bir tələb kimi qarşıya qoyur. Bu idarəolunma demokratikləşdirmə, humanitarlaşdırma, humanistləşdirmə... kimi prinsiplər əsasında, tarixi təcrübə və müasir dövrün t...
ANL
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir. ABŞ-ın "Sülh korpusu" humanitar təşkilatı son illər ölkəmizdə məktəb tikintisi və təmirinə sanballı töhfələr verib. Təşkilat Bərdədə bir neçə məktəb və uşaq bağçasının tikinti və təmirini həyata keçirib. Son vaxtlar isə "Sülh korpusu"nun maliyyə dəstəyi ilə Bər...
ANL
Hüseyn Cavidin "İblis" faciəsinin tədrisində yeni təlim texnologiyalarının tətbiqi. Azərbaycan bədii ədəbiyyatında və fəlsəfi fikir tarixində özünə əbədiyyəti təmin etmiş ulu söz sənətkarımız Hüseyn Cavidin yaradıcılığı elə ədəbi qaynaqlarımızdandır ki, buraya hər dəfə müraciət edəndə sənətkar dühasının yeni-yeni möcüz...
ANL
Yeni tədris ilinə hazırlıq işləri görülür. Bakıdakı Ə.Eyvazov adına 275 nömrəli orta məktəb yeni dərs ilinə diqqətəlayiq uğurlar və mütəşəkkil hazırlıqla gəlir. Tədris ocağının pedaqoji kollektivinin ötən dərs ilində əldə etdiyi ən böyük uğur möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ölkədə artıq üçüncü ildir...
ANL
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb. Bu il avqustun14-dən 26-dək Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdikləri qələbələr hər birimizin qəlbində qürur hissi oyatdı. 204 ölkənin idmançılarının təmsil olunduğu bu oyunlarda ...
ANL
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb. AzərTAc xəbər verir ki, Qafqaz Universitetində bu ali məktəbin Almaniyanın Siegen Universiteti ilə birgə təşkil etdiyi "Yay məktəbi" başa çatmışdır. Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə keçirilən "Yay məktəbi"ndə Azərbaycan, Almaniya, Gürc...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Həsənov Tabil Qasım oğlu. 1982-cı ildə Qazaxıstan Respublikasında əsgəri xidmətini başa çatdırıb doğulduğu Kosalara qayıdaraq kənd rabitə şöbəsində əmək fəaliyyətinə başlamışdı. Azərbaycan torpaqlarına erməni işğalçıları hücum etdikləri zaman isə o da canından çox istədiyi doğma Vətənin...
ANL
Yerləşir: Avstraliya, Viktoriya ştatı, Melburn şəhəri. Monaş Universiteti (Monash University) Avstraliyanın Viktoriya ştatında Melburn şəhərinin Kemperdaun şəhərətrafı qəsəbəsində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya uni...
ANL
Təhsil işçilərinin respublika konfransı keçirildi. Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb məzarı önünə tər güllər qoydular. Görk...
ANL
Bakı şəhəri təhsil işçilərinin konfransı. Sentyabrın 6-da "Hyatt Regency" otelinin Quba zalında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi. Konfrans başlanmazdan əvvəl nümayəndələr Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular. Gö...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil Nazirliyinin məlumat bankında adları olan Azərbaycan Beynəlxalq Universiteti tələbələrinin aşağıda göstərilən ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri təmin edilsin: - "Riyaziyyat və informatika", "müalicə işi", "pediatriya", "hüquqşünaslıq", "neft ...
ANL
İşçi qrupunun yaradılması haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi,...
ANL
Təşkilat Komitəsinin yaradılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyinin keçirilməsi ilə əlaqədar. Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyinin mütəşəkkil və yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşk...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il...
ANL
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə. Bildiririk ki, həmin sənədlər hər bir pedaqoji kollektivə çatdırılmalı, müsabiqədə iştirak etmək istəyən məktəblərin rəhbərliyi...
ANL
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə. Müsabiqədə iştirak etmək istəyənlər tərəfindən Təşkilat Komitəsinə aşağıdakı sənədlər təqdim olunmalıdır: "Ən yaxşı ümumtəhsil...
ANL
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar. Təhsil bütövlükdə xalqın bu günü, sabahı və daha uzaq gələcəyi ilə bağlı olan, onun intellektual inkişafına yönələn məqsədyönlü, planlı bir prosesdir. Burada öyrədən də, öyrənən də məhz xalqın özüdür. Həmin prosesin nəticələri xalqın gələcəyinə hesablanır. Bu gün - dünya təh...
ANL
"İntel"in kursları müəllimlər üçün faydalıdır. İKT-nin tətbiqi təhsilin keyfiyyətinə, müasir dünyada tələb olunan bilik və bacarıqlara malik olan vətəndaşların formalaşmasına birbaşa təsir edir. Təhsil Nazirliyi dünyada tanınmış və İKT sahəsində lider olan şirkətlərlə əməkdaşlıq münasibətləri qurur. Bir neçə il ərzində...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Hüseynov Elşən İbrahim oğlu. 1993-cü ildə kəndlərindəki orta məktəbi bitirdikdən bir il sonra Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdı. Elşən xidmət etdiyi "N" saylı hərbi hissədə verilən bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə h...
ANL
Çin Honq Konq Universiteti. Çin Honq Konq Universiteti (The Chinese University of Hong Kong) Honq Konqun Yeni sahə adlanan ərazisində, Şa Tin rayonunda yerləşir və Honq Konqun ikinci çoxillik tarixi olan universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının ...
ANL
Müəllifin qeydləri. Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab. Mənim və T.Əsədovanın müəllifliyi ilə iki dəfə nəşr olunmuş "Azərbaycan dili" dərsliklərinin (VIII və IX siniflər üçün) yenidən nəşri nəzərdə tutulmuş mətnlərinə dörd nəfər orta məktəb müəllimi öz münasibətini bildirmişdir. Bu müəllimlər...
ANL
"Azərbaycan tarixi: Baharlılar". Tarix sözünün müxtəlif məna yozumları var. Tarix həqiqəti, olub-keçənləri özündə əks etdirən, bəşəriyyətə keçmişi öyrədib, gələcəyi düşünməyi diktə edən müdrik bir müəllimdir. Haradan gəlirik? - suallarına cavablar tarixin yaddaşında - torpaq qatlarında saxlanılan arxeoloji materiallard...
ANL
I Pyotrun xəbis, türk dünyasına qarşı məkrli və dəhşətli nəticələri gözlənilən planı reallaşdırılırdı: I Nikolayın 20 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları əsasında "Ermənistan" vilayəti yaradıldı. Beləcə, Qafqazda əzəli və əbədi türk torpaqlarının parçalanması, aborigen xalqın - Azərbaycan ...
ANL
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovadan aldığımız məlumata görə, 2010-2011-ci tədris ilində ADU-nun Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində iki yeni - qafqazşünaslıq və hindistanşünaslıq ixtisasları açılıb. Artıq yeni tədris ilindən univer...
ANL
Təfəkkür nurunun qaynağı. Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar" liseyinə qəbulun nəticələri ilə bağlı yazı hazırlamaq məqsədilə direktor Qasım Hüseynovun kabinetinə daxil olarkən orada daha bir neçə nəfər vardı. Professor Q.Hüseynov informasiya verərkən: - Liseyə builki qəbul imtahanında şagirdləri yüks...
ANL
Daim öyrənməklə keçən ömür. İnanmaq olmur ki, Nizami rayonundakı Eldar Quliyev adına 145 nömrəli məktəbin direktoru Nikolay Zinovyeviçin 65 yaşı tamam olur. Nikolay Zinovyeviç Beynəlxalq Pedaqoji Cəmiyyətin əlaqələndirmə şurasının "Moskva merinin təqaüdü" hamilik şurasının üzvüdür. Təhsilin inkişafındakı xidmətlərinə g...
ANL
Balaca Səma hamını heyrətləndirdi. Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə liseyin direktoru Südabə Mikayılova açaraq müəllimləri, məktəbə ilk qədəm qoyan birinciləri və onların valideynlərini təbrik etdi. O, şagirdlərə həmişə dərslərini yaxşı oxumağı, müəllimlərinin tapşırıqlarına əməl etməyi tö...
ANL
Naxçıvanda təhsil yarmarkası. AzərTAc xəbər verir ki, Naxçıvan şəhərindəki 7 nömrəli orta məktəbdə təhsil yarmarkası keçirilmişdir. Yarmarkanı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açaraq artıq ənənə halını alan təhsil yarmarkalarının muxtar respublikada təhsilin keyfiyyət və kəmiyyə...
ANL