text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
ADMİU-da növbəti. ADMİU-da sentyabr ayından mütəmadi olaraq keçirilən "Ustad dərsləri" layihəsi davam edir. Növbəti dərsi 25 ildir ki, Türkiyədə yaşayıb, fəaliyyət göstərən, Azərbaycan milli xalq çalğı aləti olan balabanı dünyaya tanıdan, virtuoz ifaçı Əlixan Səmədov verib. Elə dərsinin əvvəlindən "Bildiklərimi öyrətmə...
ANL
Ümumtəhsil məktəb şagirdlərinin. mütaliə vərdişlərinin təkmilləşdirilməsi. və onlarda mütaliə mədəniyyətinin. formalaşdırılması ilə bağlı tədbirlər barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının,...
ANL
Naxçıvan Dövlət Universitetində. beynəlxalq konfrans keçirilib. Naxçıvan Dövlət Universitetində "Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi kon...
ANL
Orta ixtisas təhsilimizin flaqmanı. Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 yaşı tamam oldu. Təhsil tariximizə şərəfli səhifələr yazmış, "Azərbaycanın ən qocaman maarif ocaqlarından biri kimi milli təhsil sistemimizin inkişafında böyük rol oynamış" (Heydər Əliyev), yetirmələrinin sədası ölkəmizin hər bir şəhər və kənd...
ANL
Şagirdi xilas etmək. naminə özünü qurban verdi. Sabirabad şəhərinin Nizami Gəncəvi adına 5 nömrəli orta məktəbinin texnologiya müəllimi, 2 noyabr 1957-ci il təvəllüdlü Əhliman Hüseynovun əfsanələşən fədakarlığının gerçəklərini zaman təhriflərə uğratmasın deyə qələmə almaq, tarixin yaddaşına yazmaq üçün hərtərəfli araşd...
ANL
M.Y.Lermontov yaradıcılığında. Qafqaz və Azərbaycan mövzusu. Böyük rus şairi M.Y.Lermontovun 200 illik yubiley tədbirləri Azərbaycanda da geniş şəkildə qeyd olunmaqdadır. Yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer alan şairə yubiley ilində yeni əsərlər həsr edilmiş, şeirlərinin yeni tərcümələri işiq üzü görmüş,...
ANL
Nobel mükafatı laureatının. azərbaycanlı tələbəsi. Böyük Britaniyanın Kembric Universitetinin doktorantı Günel Hüseynova ilə söhbət. Orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olub. 2006-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin biokimya kafe...
ANL
Uşaq bağçasından görünən gələcək. Səhər günəşini təzə əkilmiş güllərin və ağacların yarpaqları üzərində, şehlərin parıltısında görmək, onların çöhrəsindəki incə təbəssümləri sezmək ona xüsusi zövq verir. Təzə əkilmiş ağaclara və güllərə xüsusi qayğı ilə yanaşır, onların körpə balalar kimi nazını çəkməkdən xüsusi zövq a...
ANL
"Atamı Azərbaycan dili məsələsini gündəmə. gətirdiyi üçün işdən azad etdilər". Xalq yazıçısı Mirzə İbrahimovun qızı Sevda İbrahimovanın atası. ilə bağlı indiyədək mətbuatda dərc olunmamış xatirələri. Səni təbrik edirik. Sən təbiətdə ən müqəddəs zümrə olan analar cərgəsinə daxil olsan da bizim sevimli balamız Sevdasan"....
ANL
"Məktəblilərin fənn olimpiadalarının təşkili. və keçirilməsi Qaydaları"nın təsdiq olunması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək m...
ANL
Olimpiadasında çıxış edəcək milli. komandaya namizədlərin seçilməsi. Qaydaları"nın təsdiq olunması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan məktəblilərinin 47-ci Beynəlxalq Kimya Olimpiadasında uğurlu çıxışının təmin edilməsi üçün milli komandada təmsil olunacaq namizədlərin seçilməsini mütəşək...
ANL
Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında. çıxış edəcək milli komandaya namizədlərin seçilməsi. Azərbaycan Respublikası təhsil nazirinin. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədi ilə ümumtəh...
ANL
Almaniyada "Azərbaycanda təhsilin inkişaf. strategiyası" adlı monoqrafiya nəşr olunub. Yeni nəsil Azərbaycan pedaqoji elminin istedadlı orta nəsil nümayəndələrindən biri olan pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil Akademiyasının akademiki Hümeyir Əhmədovun bu yaxınlarda Almaniyada ingiliscə nəşr edilmiş "...
ANL
Mərkəzin yetirmələri. müsabiqə qalibləridir. Bakıdakı 21 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin başlıca vəzifəsi hərtərəfli biliyə və bacarığa, dünyagörüşünə malik olan, onu daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi və mənəvi keyfiyyətləri özündə əks etdirən vətənpərvər gənclər yetişdirməkd...
ANL
müsabiqələrinin qalibləri mükafatlandırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də 2013/2014-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında sərəncamlar imzalayıb. Qaliblərin siyahısını təqdim edirik: "...
ANL
Təhsil Nazirliyi yeni layihənin təqdimatını keçirib. Dekabrın 16-da Təhsil Nazirliyi "Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi" layihəsinin təqdimatını keçirib. Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə keçirilən təqdimatda təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri, Az...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və. İncəsənət Universitetində konfrans keçirilib. Dekabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyəti və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimayi Birliyinin dəstəyi ilə "...İşğaldakı...
ANL
ADMİU-nun tələbəsi beynəlxalq. festivalda birinci yerin qalibi olub. 2003-cü ildə F.Əmirov adına musiqi məktəbində Y.Xəlilulinanın sinfində fortepiano təhsili alıb. 2010-cu ildə əla qiymətlərlə musiqi məktəbini bitirib və həmin il A.Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2014-cü ildə kolleci bitirib, Azərbaycan Dö...
ANL
Uşaqlıqdan musiqiyə həvəs göstərib. Uşaqlıqdan musiqiyə, əsasən tar alətinə böyük həvəs göstərib. İlk musiqi müəllimi İmaməli İmaməliyev olub. Musiqi məktəbində oxuduğu illərdə konsertlərdə iştirak edib. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin Xalq çalğı alətləri ixtisasının tar sinf...
ANL
Paytaxtdakı 210 nömrəli tam orta məktəbin II sinif şagirdidir. Yaşının az olmasına baxmayaraq qeyrı-adi istedad sahibidir. 5 yaşından Nizami rayon Uşaq -Gənclər Yaradıcılıq Mərkəzində "Bal" rəqsləri qrupunda məşğul olur. Milli Konservatoriyada bal rəqsləri üzrə keçirilən müsabiqədə I yeri tutaraq diplom və medalla təlt...
ANL
Beynəlxalq müsabiqənin. 2010-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixtisası üzrə -İlhamə Ağayevanın sinfinə daxil olub. Z.Alxazova respublika və beynəlxalq müsabiqələr laureatıdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş ümummilli lider Heydər Əliyevin anada...
ANL
Uşaqlıqdan musiqiyə böyük həvəsi olduğunu görən valideynləri ona dəstək olublar. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin xanəndəlik ixtisası fakültəsinə qəbul olunub. Musiqi Kollecində oxuduğu müddətdə xalq artisti, professor Mənsum İbrahimovdan muğam dərsi alıb. Müəlliminin və kolle...
ANL
Mahir tar ifaçısı Azərbaycan Milli. Konservatoriyasında oxumaq arzusundadır. Uşaqlıqdan musiqiyə, xüsusilə tar alətinə böyük həvəsi olub. Valideynləri musiqiyə yüksək dəyər verdiyinə görə ona dəstək olublar. Zamin müəllim bu sənətin sirlərini ona dərindən öyrətməyə çalışıb. Musiqi məktəbində oxuyarkən bir çox tədbir və...
ANL
Arzusu təhsilini İngiltərədə. davam etdirməkdir. İlk təhsilini Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında alıb. Sonra Fiziki imkanları məhdud uşaqlar üçün 5 nömrəli internat məktəbini əla qiymətlərlə bitirib. Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə Aliy...
ANL
olimpiadasının qızıl medalçısı. "Ankara məktəbi" məktəb-lisey"in VII sinif şagirdidir. 2014-cü ilin aprelində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA təbiəti mühafizə üzrə ictimai təşkilatı və İctimai Televiziyanın təşkilatçılığı ilə Bakıda keçirilən "...
ANL
müsabiqələr laureatıdır. Vokal ixtisası üzrə dosent İradə Xəlilovanın sinfində təhsil alır. 2009-cu ildə keçirilmiş M.Rostropoviç adına "Gənc ifaşıların Bakı müsabiqəsi"nin laureatıdır. 2012-ci ildə vokal ixtisası üzrə SSRİ xalq artisti Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş musiqi festivalının qalibi adın...
ANL
Vokal musiqimizi dünya. arenasında şərəflə təqdim edəcək. 2012-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin vokal ixtisası üzrə dosent İradə Xəlilovanın sinfinə daxil olub. Həmçinin saksofon sinfi üzrə fakültativ məşğul olub. 2012-ci ildə Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən gənc vokalçıların VII akademi...
ANL
Tanınmış memarlar universitetdə. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Naxçıvanda keçirilmış II plenumunun iştirakçıları Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində olublar. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qonaqları salamlay...
ANL
Məktəblilərin əl işlərinə aid sərgi. Bakıdakı 219 nömrəli evdə təhsil tam orta məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məktəblilərin əl işlərinə aid sərgi keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Tahirə Ağayeva bildirib ki, sərgidə 16 şagirdin əl işləri nümay...
ANL
təhsili üçün istifadə etmək istəyirəm". İlin ən yaxşı müəllimləri danışır. Ötən həftə ölkə Prezidenti İlham Əliyev "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Azərbaycanın bütün bölgələrindən olan müəllimlərin mübarizə apardığı bu möhtəşəm yarış sona qədər qəzetimizin ...
ANL
"Dövlət Proqramı tələbələrimiz. Avstraliyanın La Trobe Universitetində. bakalavr təhsili alan Kənan İzzətlə söhbət. Peşəkar şahmatçı, gənclər üzrə milli yığmamızın üzvü olaraq respublika, Avropa və dünya şahmat yarışlarında ölkəmizi təmsil edib. Müxtəlif səviyyəli yarışlara hazırlıqla əlaqədar VII sinifdən təhsilini 21...
ANL
Ekspertlər Təhsil Nazirliyinin bir. illik fəaliyyətinə qiymət verdilər. 2014-cü ildə təhsil sahəsində aparılan islahatlar nəzərəçarpan uğurlara yol açmaqla yanaşı, həm də gələcək nailiyyətlər üçün etibarlı zəmin yaradıb. Bütün bunlarla bağlı millət vəkillərinin, tanınmış ziyalıların və təhsil ekspertlərinin fikirləri m...
ANL
"Azərbaycan müəllimi". qəzetinə ünvanlanan təbriklər. "Azərbaycan müəllimi". qəzetinin kollektivinə. "Azərbaycan müəllimi" qəzetinin 80 illik yubileyi münasibətilə bütün redaksiya heyətini öz adımdan və Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim, tələbə heyəti adından ürəkdən təbrik edirəm! Azərbaycan mətbu...
ANL
Azərbaycan Dövlət Pedaqoji. Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ölkəmizin ilk orta ixtisas təhsili müəssisələrindən biri, fəaliyyət göstərdiyi illərdə Azərbaycan təhsilinin inkişafına dəyərli töhfələr vermiş Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 illik yubileyi qeyd olunub. Yubiley mərasimi...
ANL
Orta ixtisas təhsili müəssisələrində. kredit sistemi ilə tədrisin təşkili. Azərbaycan Respublikası Nazirlər Kabinetinin. Azərbaycan Respublikasının Nazirlər Kabineti. "Orta ixtisas təhsili müəssisələrində kredit. sistemi ilə tədrisin təşkili Qaydaları"nın. təsdiq edilməsi haqqında. "Təhsil haqqında" Azərbaycan Respubli...
ANL
Kompüter virusları və. İnformasiyanın qorunması üçün əsas təhlükələrdən biri kompüterə "girmiş" ziyanverici proqramlardır. Belə ziyanverici proqramlar verilənlərin tamlığı üçün təhlükə yarada bilər. Kompüterdə saxlanılan verilənlərə və proqramlara zərər vuran proqramlara ziyanverici proqramlar deyilir. (i) Əksər ölkələ...
ANL
Azərbaycan təhsilinin uğurları. Prezident təqaüdçüləri. Solmaz ƏSƏDZADƏ, Azərbaycan Respublikasının Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyasının tələbəsi. Orta məktəbdə oxuduğu müddətdə Azərbaycan, ingilis, ərəb dilləri üzrə lisey daxilində keçirilən bilik yarışmalarında həmişə uğur qazanıb. Ali məktəblərə keçi...
ANL
Uşaqlıq dövründə hansı qorxular. normal olaraq qəbul edilir? Psixoloq məsləhəti. İnsanlarda müəyyən vəziyyətdə və şəraitdə yaranan qorxu hissi "fobiya" adlanır. Mütəxəssislərin fikrincə, fobiyaların yaranmasına əsas səbəb insanın uşaqlıq illərində keçirdiyi sarsıntı, yaxud onu dərindən təsirləndirən hadisələr ola bilər...
ANL
ABŞ prezidenti tərəfindən təltif olunmuş azərbaycanlı. Kolumbiya Universitetində təhsil alan azərbaycanlı tələbə ilə söhbət. Həsənova Qərənfil Vaqif qızı 1991-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Orta təhsil illərinə xüsusi imtahan verərək birbaşa II sinifdən başlayıb. Əvvəlcə Veravul 2 nömrəli tam ...
ANL
məktəbliləri siz də tanıyın. Gənc istedadlar. Fevralın 3-dək davam edən bu sərgidə Yaponiyanın Tokio şəhərində YUNİSEF-in dəstəyi ilə "Yer kürəsində dostcasına yaşamaq" adı altında keçirilən Beynəlxalq Uşaq Ekoloji Rəsm Müsabiqəsində 2012-ci ilin qızıl medalçısı olmuş 12 yaşlı Məhəmməd İsmayılovun, həmçinin eyni müsabi...
ANL
Bayrağımızdakı simvolikanın. Böyük Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin yubileyinin ölkə miqyasında dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014-cü il t...
ANL
İxtisasartırma və Yenidənhazırlanma. İnstitutunda Gənclər Günü qeyd edilib. Fevralın 4-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirildi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbayca...
ANL
beynəlxalq əlaqələri genişlənir. Bakı Slavyan Universiteti hər zaman Azərbaycanda təhsilin inkişafına öz töhfəsini verməkdədir. Bu təhsil ocağının bir sıra xarici ölkə universitetləri ilə sıx əlaqələri var. Bu günlərdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti...
ANL
Ali təhsil sahəsində aparılacaq. islahatların əsas istiqamətləri. Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyevlə müsahibə. Sual: Məlumdur ki, Təhsil Nazirliyi ötən il ümumi təhsil sahəsi üzrə əsas prioritetləri açıqlamışdı. Bu il isə ali təhsil sahəsində həyata keçiriləcək islahatların elan ...
ANL
Yubiley təbrikləri. - Mənim nəzərimdə "Azərbaycan müəllimi" qəzeti iki mühüm sahəni - təhsil və jurnalistikanı bir araya gətirməsi baxımından xüsusi önəm daşıyır. Bu qəzetin səhifələrində işıq üzü görən materiallar müəllim və jurnalist əməyini əks etdirdiyi üçün ikiqat dəyər və maraq kəsb edir. Müxtəlif vaxtlarda ayrı-...
ANL
Bəxtiyar Vahabzadə: "Hər millətin övladı. orta təhsilini ana dilində almalıdır". Xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan müəllimi" qəzetinə müsahibəsi. - Bəxtiyar müəllim, təhsilimizin indiki vəziyyətini necə qiymətləndirərdiniz? Təhsilimizin indiki vəziyyəti qənaətbəxş deyil. Bunun bir çox səbəbləri var, mən onla...
ANL
İstedadlı və yaradıcı gənclərin. mükafatlandırılması mərasimi keçirilib. Fevralın 5-də "Buta Palace"da 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif s...
ANL
AMEA Nizamnamə Komissiyasının yekun iclası. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Nizamnamə Komissiyasının yekun iclası keçirildi. İclası giriş sözü ilə Nizamnamə Komissiyanın sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq komissiyanın fəaliyyəti ilə bağlı məlumat verdi....
ANL
Təhsil Nazirliyi ali təhsil sahəsində. həyata keçiriləcək islahatların əsas. prioritetlərini müəyyənləşdirdi. Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq ...
ANL
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin. "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə. tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədr...
ANL
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin. və Vətəndaşların Qəbulu Mərkəzinin açılışı olub. Fevralın 6-da Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ("Qaynar xətt" xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Mərkəzlər Azərbaycan Respublikasının Prezidenti...
ANL
Ali təhsil müəssisələrində yaradılacaq "SABAH". qruplarının təqdimat mərasimi keçirilib. Fevralın 13-də "Hyatt Regency" otelinin "Quba" zalında Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimi keçirilib. Mərasim iştirakçılarını salamlayan Azərbaycan Respubli...
ANL
"Sabahın alimləri" III Respublika. Müsabiqəsinin açılış mərasimi olub. Fevralın 13-də "Kempinski Badamdar" otelində "Sabahın alimləri" III Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından AB...
ANL
Təhsilin informasiyalaşdırılması. tədris prosesinin şəffaflığını təmin edir. Təhsil strategiyası - hədəflər. Bu günlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı islahatların əsas p...
ANL
Mentorluq sisteminin yaradılması. Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulması məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmri...
ANL
Universitetində Azərbaycanşünaslıq Mərkəzi açıb. Azərbaycanşünaslığın inkişafı, xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan gənclərin Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı, iqtisadi yüksəlişi ilə bağlı həqiqətlərlə tanış edilməsi, xalqımızın qədim tarixi və zəngin mədəniyyətinin, dili və ədəbiy...
ANL
Müəllimlik və ziyalılıq məktəbi. Azərbaycanda çoxsaylı mətbuatın mövcud olduğu və fəaliyyət göstərdiyi bir dövrdə "Azərbaycan müəllimi" qəzeti möhkəm davamlı ənənələri və daim müasirlik ruhu ilə seçilən mətbuat orqanı kimi özünü isbat etmişdir. "Azərbaycan müəllimi" ölkəmizdə maarifçi ziyalıların, müəllimlərin sözünü d...
ANL
Müsahibimiz Azərbaycanın xalq şairi Mirvarid Dilbazidir. - Mirvarid xanım, bir ziyalı kimi təhsilimizin indiki vəziyyətini necə qiymətləndirirsiniz? - Orta və ali məktəblərdə pedaqoji təhsil aldığım üçün əvvəllər mən də müqəddəs sənət olan müəllimliklə məşğul olmuşam. Bu müqəddəs sənətin acılı-şirinli günlərini yaşamış...
ANL
Məktəb dostlarıma. Durur beş il əvvəl durduğu kimi. Üzümə baxmayır keçən uşaqlar, Ah onlar acıqmı verirlər mənə? Bu məktəb mənimdir, deyimmi ona. Deyimmi titrəyir qəlbimin teli, Yaddaşın, hafizən əmi hardadır? Deyimmi ömrümün dörd əziz ili. ...Onda fizikanı çətin sayırdım, Yanıram düşəndə hər yada indi. Cəbr bilənləri ...
ANL
"Qismətimi bu elmdə tapdığım üçün. indi də özümü xoşbəxt sayıram". Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, professor Əbdül Əlizadə ilə söhbət. - Əbdül müəllim, Sizin həyat yolunuz tanınmış, ölkənin psixologiya elminə dəyərli töhfələr vermiş psixoloq alimin ömür yoludur. Bəlkə söhbətə keçməzdən öncə tərcümeyi-halınızı...
ANL
Təhsil Problemləri İnstitutunda. ABŞ səfirinin xanımı ilə görüş keçirilib. Fevralın 7-də Təhsil Problemləri İnstitutunda ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Feys Pirs Morninqstar ilə görüş keçirildi. Görüşdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov tədbir iştirakçılarını salamladı, onlara görüşün məqs...
ANL
"Elitar" gimnaziyada məktəb. psixoloqlarının iştirakı ilə "dəyirmi masa". Fevralın 11-də Bakıdakı "Elitar" gimnaziyada Təhsil Nazirliyinin təşəbbüsü, paytaxtın bir qrup orta ümumtəhsil məktəblərində çalışan psixoloqların iştirakı ilə "dəyirmi masa" keçirildi. Qeyd edək ki, "dəyirmi masa"nın moderatoru ABŞ-ın Azərbaycan...
ANL
"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura. səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə. dair müvəqqəti Qaydalar"ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.19...
ANL
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura. səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair. MÜVƏQQƏTİ QAYDALAR. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi...
ANL
ildönümünün keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından iyirmi iki il keçir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 27 yanvar 2014-cü il tarixli 8 nömrəli sərəncamı ilə Xocalı s...
ANL
Xalq artisti, professor Arif Məlikovla söhbət. Vaxtilə musiqi təhsilinə Asəf Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan Arif Məlikov Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənib. XXI əsr musiqimizin salnaməsini yaradan sənətkarlar sırasında Arif Məlikovun ...
ANL
Yubiley təbrikləri. Cahangir MƏMMƏDLİ, İctimai Teleradio Yayım Şurasının sədri, filologiya elmləri doktoru, professor. Dünyanın ən böyük şəxsiyyətlərindən, ünlü alimlərindən, məşhur sənət adamlarından tutmuş adi insanlara qədər hər kəs öz həyatı, uğurları, tutduğu mövqeyinə görə müəllimə minnətdar olduqlarını etiraf ed...
ANL
"Müstəqillik Azərbaycan. Tanınmış yazıçı Qılman İlkinlə söhbət. "Azərbaycanın Dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmaqdan ibarətdir". Bu sözlər Azərbaycan Respublikasının Prezidenti Heydər Əli...
ANL
və Yenidənhazırlanma İnstitutu ilə British. Councilin əməkdaşlığı uğurla davam edir. Fevralın 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) ilə British Councilin əməkdaşlığının iki illiyinə həsr olunmuş "Davamlı Peşəkar İnkişaf" (DPİ) pilot layihəsinə dair birgə beynəlxalq konfran...
ANL
Təhsil Nazirliyində brifinq. Fevralın 19-da Təhsil Nazirliyində "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ın şərhinə həsr olunmuş brifinq keçirilib. Brifinqdə Təhsil Nazi...
ANL
Mükafat fevralın 5-də "Buta Palace"da qaliblərə təqdim olunub. Onları daha yaxından tanıyaq. "Mükafata layiq görülməyim. mənim üçün xüsusilə dəyərlidir". Şahin İSMAYILOV, Azərbaycan Tələbə Gənclər. Təşkilatının (ATGT) sədri. İlk təhsilini Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbdə alıb. Hər iki təhsil pilləsini...
ANL
"Müstəqil Azərbaycan tarixi" mövzusunda. əlavə dərslərin tədris olunmasına başlanılıb. Təhsil Nazirliyi tərəfindən rayon və şəhərlərdəki ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb. 2014-cü ilin fevral...
ANL
sessiyasında hansı nəticələr əldə ediblər. Məlum olduğu kimi, 2013-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında üçüncü ixtisas qrupu üzrə 4 nəfər, dördüncü ixtisas qrupu üzrə isə 2 nəfər abituriyent maksimum nəticə - 700 bal toplayaraq respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə...
ANL
Xocalı faciəsinin ən körpə. Ermənilərin əlinə keçməmək üçün ana körpəsini öldürməyə məcbur olub. Ağ qar üstünə qırmızı qanları çilənən Xocalı körpələri... artıq iyirmi ikinci qış keçir o qanlı gecədən, amma siz böyümədiniz ki... Bəyaz qar üstündə donmuş al rəngli təbəssümləriniz tarixin yaddaşında "Xocalı uşaqlarının s...
ANL
"Səadət" məktəbinin müdiri. Əli bəy Hüseynzadə. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında 21 yanvar 2014-cü il tarixli sərəncam imzalayıb. Sərəncamda Əli bəy Hüseynzadə "Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapması...
ANL
Cabbarlışünas alimin. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbi...
ANL
Şagirdlərdə coğrafi mədəniyyətin. formalaşması və inkişafı. Coğrafiya orta məktəblərdə tədris olunan ən vacib ənənəvi fənlərdən biridir. Hələ 1894-cü il sentyabrın 27-də xalqımızın görkəmli mesenat oğlu H.Z.Tağıyevin təşəbbüsü ilə Mərdəkanda açılmış ilk milli kəndli məktəb-internatda tədris olunan beş fəndən biri coğra...
ANL
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin. yetirməsi beynəlxalq müsabiqələrdə. Bakıdakı Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2000-ə yaxın yeniyetmə və gənc müxtəlif dərnəklərdə məşğul olur. Onlar asudə vaxtlarından səmərəli və faydalı istifadə edir, müxtəlif tədbirlərdə istedad və bacarıqları ilə seçilirlər. Belə...
ANL
Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına. daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi. Qaydaları"na əlavə edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil Nazirliyinin 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazir...
ANL
Azərbaycan xalqının ümummilli lideri. ildönümü ilə əlaqədar təhsil müəssisələrində. keçiriləcək tədbirlər haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 91...
ANL
Xatirələr insanı yaşadır... Görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin 100 illiyinə. Həyatda elə insanlar var ki, yoxluqları heç vaxt hiss olunmur. Onlar cismən ölsələr də, mənən hər bir kəsin qəlbində yaşayırlar. İllər bir-birini əvəz etsə də, onların xeyirxah əməlləri, fədakarlıqları və yük...
ANL
Azadlığın töhfələri. Böyük Oktyabrın parlaq günəşi yurdumuzdan əbədi olaraq zülməti qovdu. Əsrlərdən bəri əsarətin ağır pəncəsində inləyən xalqlar yalnız Böyük Oktyabr sosialist inqilabından sonra zülmün zəncirini qırıb atdı, öz hüququnun, öz torpağının, öz mədəniyyətinin əsil sahibi oldu. Xalqımız cəhalətin, ətalətin ...
ANL
"Qaraca qız" əsəri bu günədək oxuculara sovet. ideologiyasının təsiri ilə dəyişdirilmiş formada təqdim edilib. "Məktəb" jurnalında dərc edilmiş ilk nəşrini əldə edib. Süleyman Sani Axundovun "Qaraca qız" əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-este...
ANL
Azərbaycanın istedadlı yazıçısı, eyni zamanda tələbələrinin sevimli müəllimi olan İsmayıl Şıxlı həmişə deyərdi ki, dünyada bütün peşələr gözəl və gərəklidir. Lakin bir peşə də var ki, bütün insanlar bu və ya digər dərəcədə o peşə sahiblərinə borcludurlar. Çünki gələcək nəslin necə insan, necə vətəndaş olacağı məhz müəl...
ANL
hazırlanmış ən yaxşı üçölçülü model". müsabiqəsi keçirilib. Dörd il əvvəl 7-ci sinif "İnformatika" dərsliyinə daxil edilmiş Google SketchUp proqramı şagirdlərin çox böyük marağına səbəb olmuşdur. Google SketchUp proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir proqramlardandır. Autodesk Ma...
ANL
Əsl müəllim necə olmalıdır? Psixoloq məsləhəti. Yaxşı bir müəllim ola bilmək üçün peşəmizə və ümumiyyətlə, insanlara xas olan bir çox xüsusiyyətlərə sahib olmalı, malik olduğumuz bu xüsusiyyətləri də hər gün artırmalı və çox üstün bir şəkildə peşəmizi təmsil etməliyik. Çünki bizim hər şeyimiz: malımız, dövlətimiz, canı...
ANL
təhsil müəssisələrində qeyd olunub. Fevral 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan "Xocalı soyqırımı: ədalət harayında" adl...
ANL
Azərbaycan Dillər Universitetinin. Fevralın 21-də Azərbaycan Dillər Universitetində universitetin İctimaiyyətlə əlaqə və mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə millət vəkilləri, ölkənin tanınmış jurnalistləri, ali təhsil müəssisələrinin və dövlət orqanlarının analoji str...
ANL
"Rəngli həyat" sərgisinin açılışı olub. Bu günlərdə "1969" qalereyasında "Da-ART" Təsviri İncəsənət Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət işçisi Dilarə Atakişiyevanın yaradıcılıq fəaliyyətinin 40 illiyinə həsr olunmuş "Rəngli həyat" sərgisi açılıb. Sərginin ekspozisiyasında Dilarə xanımın yetirmələri olan rəssamların ...
ANL
Tələbə və müəllimlər dünya şöhrətli. həsr olunan mühazirələri dinləyiblər. Qərb Universitetində Tur Heyerdalın 100 illiyinə həsr olunan silsilə tədbirlərə start verilib. Məlumat üçün bildirək ki, tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdalın həyat və fəaliyyətinin bir qismi də məhz Azərbaycanla b...
ANL
Dilimizi sevək və sevdirək. 21 fevral - Beynəlxalq Ana Dili günü münasibətilə BSU Məktəb-Lisey Kompleksində maraqlı bir tədbir keçirildi. Tədbirin təşkilində liseyin V, VIII və X sinif şagirdləri yaxından iştirak etdilər. Tədbirin aparıcıları VIII sinif şagirdləri Həmidəxatun Əlixanlı və Kamran Əliyev iştirakçılarla bə...
ANL
Müəllim hazırlığı sistemində internatura. modelinin tətbiq edilməsi. Müasir dövrümüzdə hamımız bir reallığın şahidiyik: dünya sürətlə dəyişir, inkişaf edir. Böyük şairimiz Səməd Vurğunun nəsillərin bir-birini əvəz etməsi anlamında işlətdiyi "Dünən ömür sürən bu gün can verir" ifadəsi bu gün dünyada baş verən dəyişmə və...
ANL
Baharın müjdəçisi Novruz. Bu gün əsirlikdə qalan torpaqlarımızın bu çəkidə, bu böyüklükdə əminliyə ehtiyacı var: "Əgər bir gün günəş doğmağı, rüzgar əsməyi, zaman keçməyi, mövsümlər dəyişməyi unudarsa, biz də onda unudarıq səni- Novruz tonqallarına həsrət Xocalı, Şuşa, Laçın, Xankəndi, Ağdam, Kəlbəcər... yəni cəmi bir ...
ANL
Təhsilin inkişafı strategiyasında milli. və ümumbəşəri dəyərlər konsepsiyası. Təhsil strategiyası - hədəflər. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır. Baxın, indi demək olar ki, bütün dünyada Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. 50-dən yuxarı ölkədə Azərbaycan səfirlikləri fəaliyyətə başlamışd...
ANL
Təlimdə şəxsiyyətyönümlü yanaşmanın. texnologiya, metod və üsullarından istifadə. Şagird və müəllimin yaradıcı fəallığını nəzərdə tutan, hər bir məktəblinin özünü komfort hiss etdiyi, öyrənilən problem üzrə öz fikrini bildirmək imkanı olan, öz şəxsi maraqlarını, sərbəstliyini, işdə tədqiqatçılıq bacarığını büruzə verən...
ANL
Şagirdlərin şəxsiyyət kimi. formalaşmasında riyaziyyatın rolu. Fənn kurikulumlarının səciyyəvi cəhətlərindən biri onun şəxsiyyətyönümlü olması, təhsilalanın fəaliyyəti əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır. İnsan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə tədr...
ANL
"Ali təhsil müəssisəsində təhsilalanların elmi. tədqiqat işinin təşkili haqqında Əsasnamə"nin. və "Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi. Əsasnamə"nin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə" təsd...
ANL
Azərbaycanlı alim dünyanın görkəmli. alimlərinin siyahısında yer alıb. Dünyanın ən nüfuzlu elm jurnallarından hesab olunan "Tompson Röyter" beynəlxalq miqyasda tanınan və elmi məqalələrindən ən çox sitat gətirilən görkəmli alim-tədqiqatçıların siyahısını dərc edib. Bütün dünya üzrə 3215 alimin yer aldığı siyahıda Azərb...
ANL
yarışda 5 medal qazanıblar. Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin şahmatçıları növbəti dəfə beynəlxalq yarışdan uğurla qayıdıblar. Yunanıstanın Kavala şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında Azərbaycanın 5 zəka sahibi medal qazanıb. Blits yarışında isə zə...
ANL
Ən yaxşı müəllimlərimiz. Alagöz QULİYEVA, Ağcabədi rayonu Pərioğullar kənd. tam orta məktəbinin kimya müəllimi. 1988-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Həmin ildən Pərioğullar kənd tam orta məktəbində kimya müəllimi işləyir. Pedaqoji fəaliyyəti dövründə dəfələrlə rayon icra hakimiyyət...
ANL