text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Adları "Qızıl kitab"a yazılmış gənc istedadlarımız. Müasir dövrdə Azərbaycanda istedadlı yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının, potensiallarının üzə çıxarılması, inkişaf etdirilməsi, onların müxtəlif beynəlxalq müsabiqə və festivallarda fəal iştirakını təmin etmək istiqamətində çoxlu işlər görülür, müxtəlif t...
ANL
Mikroelektron texnologiyanın öyrənilməsi. və ondan istifadə zamanı gigiyenik qaydalar. Müasir informasiya cəmiyyətinin xüsusiyyətlərindən biri informasiyanın bütün sahələrdə aparıcı rol oynamasıdır. Bizi əhatə edən informasiya "xaosundan" səmərəli bəhrələnmək üçün ən gözəl və düzgün vasitə mikroelektron qurğularından, ...
ANL
Təhsil müəssisələrində müstəqillik günü qeyd olunub. Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib. Universitetin rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək bildirib ki, 22 il öncə xalqımızın apardığı azadlıq mübarizəsi nəticəsini verdi, Azərbaycan ...
ANL
Azərbaycan təhsilinin uğurları. Prezident təqaüdçüləri. Hər il olduğu kimi, bu il də tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş bir qrup tələbə (102 nəfər) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il ta...
ANL
Bakıdakı idman məktəbinin. 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya çempionatında qızıl medala layiq görülüb. Son illər Azərbaycan gənclərinin müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatı, Avropa kuboku, beynəlxalq turnir və olimpiya yarışlarında qələbələr qazanmaları ölkəmizdə idmanın yüksək ...
ANL
Naxçıvan Özəl Universitetində konfrans. Naxçıvan Özəl Universitetində Dövlət Müstəqilliyi Günü münasibətilə "Müstəqil Azərbaycan 22" mövzusunda konfrans keçirildi. Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli konfransı açaraq xalqların və millətlərin taleyind...
ANL
O müəllim xoşbəxtdir ki... Müəllim ömrünü haqlı olaraq şama bənzədirlər. O şam əridikcə yüzlərlə, minlərlə ürəkdə, beyində bilik və savad şöləsi yandırır. Müəllim müqəddəs yol yolçusudur, o, bu günümüzü və gələcəyimizi düşünür, mənalı ömründən şagirdlərinə təmənnasız pay verir. Müəllim vətəninə, xalqına, ailəsinə, bütö...
ANL
Ümumtəhsil məktəblərində "Şahmat" fənninin. tədrisinin davam etdirilməsi tədbirləri haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Şahmat" fənninin tədrisinin şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, həmin fənnin tədris olunduğu pilot ü...
ANL
Tədbirlər Planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2...
ANL
Statistik hesabatların formalaşdırılması, təqdimi və. qəbul olunması qaydalarının təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsilin dəqiq statistikasının aparılması mövcud vəziyyətin operativ təhlil edilməsi və əsaslandırılmış optimal qərarla...
ANL
Təlimatın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumi təhsil müəssisələrinin yeni təhsil proqramları (kurikulumları) tətbiq olunan siniflərində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və p...
ANL
Uşaq və gənclərin əl işlərinin respublika. müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi və uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədi ilə, "Azərbaycan Respublikası Təhsil ...
ANL
Təhsil Nazirliyi Müasir Azərbaycan. Peşəkarları Layihəsinin icrasına başlamışdır. Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili ilə bağlı sosial xarakterli geniş təbliğat kampaniyasına başlanmışdır. Kampaniyanın əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılmasını və gənclərin...
ANL
Ümumi təhsil məktəblərində məktəbdaxili. qiymətləndirmənin aparılmasına dair. Azərbaycan Respublikası təhsil nazirinin. əmri ilə təsdiq edilmişdir. Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iy...
ANL
Azərbaycanlı alim Rusiya Təhsil. Bu günlərdə Azərbaycan pedaqoji ictimaiyyəti Rusiya Federasiyasının paytaxtı Moskvadan şad bir xəbər almışdır. Elmi-pedaqoji sahədə səmərəli və yaradıcı fəaliyyətinə, pedaqoji kadr hazırlığı istiqamətində uğurlu nailiyyətlərinə və respublikada milli pedaqoji ideyaların təbliğində xidmət...
ANL
Zoologiyanın tədrisində müqayisə əsasında. təkamül anlayışlarının öyrədilməsi. Orta ümumtəhsil məktəb fənlərinin hər birinin özünəməxsus anlayışları vardır ki, müəllim onları şagirdlərə müxtəlif üsul və metodlarla öyrədir. Biologiyanın tədrisində bioloji, sitoloji, fizioloji, histoloji, anatomik, tibbi-gigiyenik, morfo...
ANL
Tanınmış təhsil mütəxəssisi Əlövsət. Tanınmış təhsil mütəxəssisi Əlövsət Cəlal oğlu Osmanlı vəfat etmişdir. Təhsil Nazirliyi Əlövsət Osmanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə G...
ANL
Qubada şahmat üzrə məktəblilər arasında. respublika çempionatına yekun vurulmuşdur. 27 avqust - 5 sentyabr tarixlərində Quba Rayon Uşaq-Gənclər Şahmat Məktəbində məktəblilər arasında şahmat üzrə respublika çempionatı keçirilmişdir. Çempionat ayrı-ayrılıqda olmaqla oğlanlar və qızlar arasında 6 yaş qrupu üzrə təşkil olu...
ANL
"Rəqiblərimiz Azərbaycan idmançılarından çəkinirlər". Səhifəmizin bugünkü qonağı sərbəst güləş üzrə Dünya. kubokunun sahibi, əməkdar idman ustası Gözəl Zutovadır. Turnirdə respublikamızla yanaşı, 46 ölkənin idmançıları qüvvələrini sınamışlar. İdman ustaları arasında keçirilən turnirdə 67 kiloqram çəki dərəcəsində döşək...
ANL
"Müsabiqə qalibi olmağımız ən böyük uğurumuzdur". Bu sözləri bizimlə söhbətində möhtərəm Prezidentimizin məlum sərəncamına əsasən artıq altıncı ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 2012-2013-cü dərs ili üzrə qaliblərindən biri olan Bakıdakı 263 nömrəli tam orta məktəbin direktoru Nəsimi Abbas...
ANL
Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti. Bakı Dövlət Universitetində olmuşdur. Sentyabrın 7-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti, İvo Slausu və Akademiyanın İdarə Heyətinin sədri Garri Ceykobsu qəbul etmişdir. BDU haqqında qonaqlara...
ANL
İlk peşə-ixtisas təhsili müəssisələrinin qarşısında. duran mühüm problemlər və inkişaf. perspektivləri müzakirə edilmişdir. 12 nömrəli Bakı Peşə Liseyində sentyabrın 12-də respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələri işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda Təhsil Nazirliyinin n...
ANL
yeni reytinq cədvəli açıqlanmışdır. Böyük Britaniyanın konsaltinq şirkəti "Quacquarelli Symonds" (QS) dünya universitetlərinin yeni reytinq (QS World University Rankings) cədvəlini tərtib etmişdir. 2004-cü ildən etibarən nəşr edilən reytinq dünya universitetlərinin fəaliyyətini artıq son 10 il ərzində dəyişilməz olaraq...
ANL
Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq gənclər. onlar üçün yaradılmış bu imkanı yüksək qiymətləndirirlər. Məqsədim vətənə layiqli mütəxəssis kimi qayıtmaqdır. Natəvan ƏHMƏDOVA, Böyük Britaniyanın Nyukastl Universitetinin magistrantı. 2008-ci ildə Bakının Xətai rayonundakı Heydər Əliyev adına liseyi bitirərək Tələbə...
ANL
2013-2014-cü dərs ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları artıq çoxdan başa çatmış, minlərlə gənc arzusunda olduğu tələbə adını qazanmışdır. Xatırladaq ki, bu il ölkənin ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul imt...
ANL
"Tərəqqi" liseyində birincilərin ilk bayramı. Ölkənin ümumi təhsil müəssisələrində ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunmuşdur. Ölkəmizin tanınmış ümumtəhsil müəssisələrindən olan Təhsil Nazirliyinin tabeliyindəki İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseyin birinci siniflərinə yeni dərs ilind...
ANL
Azərbaycan Dövlət Pedaqoji Universitetinin. müəllim və tələbələri ilə görüş. Sentyabrın 16-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bilik Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri ilə görüşmüşdür. Görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universi...
ANL
Təhsil naziri valideyn himayəsindən məhrum. internat-məktəbdə olmuşdur. Sentyabrın 16-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bilik Günü münasibəti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat-məktəbdə olmuşdur. Təhsil naziri ilk öncə təhsil müəssisəsi ilə tanış olmuşdur. ...
ANL
Xaricdə təhsil alacaq növbəti. Sentyabrın 17-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhs...
ANL
Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil. almaq üçün sənəd vermiş növbəti 251. namizəd barədə müsbət qərar verilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərini...
ANL
Təhsil sistemi milli dəyərlərə və peşəkar. kompetensiyalara malik Azərbaycan. vətəndaşı yetişdirməlidir. Təhsil naziri Mikayıl CABBAROV: "Azərbaycanın təhsil sisteminin və təhsil infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması əsas məqsədlərdəndir". Yeni dərs ili ərəfə...
ANL
Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün. sənəd vermiş növbəti 119 namizəd barədə müsbət qərar verilib. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü t...
ANL
Təhsil sistemində gedən prosesləri, tətbiq edilən. yenilikləri valideynlər necə qiymətləndirirlər? Bu tədris ilini bir sıra yeniliklərlə qarşılayan ölkə ictimaiyyəti son 5 ayda təhsil sahəsində gedən dəyişiklikləri maraqla izləməkdədir. Hazırda təhsilin müxtəlif sahələrində bir yeniləşmə, müasirləşmə və canlanma hiss o...
ANL
Heydər Əliyev adına tam orta məktəb. Uğurlu təhsillə gələcəyə doğru. Məktəb! Tarixin bütün zamanlarında insanların ömür yoluna işıq saçan məbəd, cəmiyyətin hərtərəfli inkişaf və tərəqqisinin başlandığı ünvan. Məktəb gənclərin fidan arzularının ilk çiçək açdığı nur bağçası, övladının gələcəyini müəllimlərə əmanət etmiş ...
ANL
Məktəb psixoloqu valideynlərə nələri tövsiyə edir? * Uşaq saatlarla kompüterdə, telefonda olan oyunlarla oynayır, televiziyada sevimli filmlərinə baxır və yorulmur. Lakin bu rahat "sakitləşdirici" vasitələrin çox zərərli tərəfləri var. Uşağın bu vasitələrdən saatlarla istifadə etməsi onun sinir sisteminə mənfi təsir ed...
ANL
Azərbaycan müəllimləri Moskvada keçirilmiş. elmi-praktik konfransda iştirak ediblər. Şəmkir rayonu Kür qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllimi də "Skype" vasitəsi ilə tədbirə qoşulub. Sentyabrın 9-10 tarixlərində Moskvada Rusiyanın Elm və Təhsil Nazirliyi və Müasir Təlim Texnologiyaları Mərkəzinin birgə təşəbbüsü...
ANL
Orta məktəblərimizin və məktəbşünaslığın. aktual və təxirəsalınmaz məsələləri. Bu məqalə bugünkü ümumtəhsil reallıqları və mənzərəsinə, müasir Azərbaycan məktəbşünaslığına konseptual və obyektiv yanaşma üçün şərait və istəyin gündəmə gəldiyi bir zamanda oxucuya təqdim olunur. Təhsil işçisi olaraq biz də elmi-pedaqoji v...
ANL
Serbiyanın ölkəmizdəki səfiri. Naxçıvan Dövlət Universitetində olub. Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Rəsmi qəbuldan sonra universitetin maddi-texniki bazası, tədris pro...
ANL
İnteraktiv dərs nümunəsi. İş forması: kiçik qruplarla iş. Dərsin tipi: İnduktiv. İnteqrasiya: Azərbaycan dili, texnologiya. Təlimin nəticəsi: Şagirdlər müqəddəs hesab etdiyimiz çörək və digər un məmulatlarının necə və nədən alındığını, onların hazırlanma texnologiyası, insanların taxılı yetişdirib ərsəyə gətirməsinə so...
ANL
Təlimdə inteqrasiya. İbtidai təlim dövrü uşaq həyatının çox əhəmiyyətli mərhələlərindən biridir. Burada onun təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaratmaq mümkündür. Şagirdlərdə qabiliyyətlərin vaxtında üzə çıxarılması, möhkəmləndirilməsi, materialın şüurlu surətdə mənimsədilməsi üçün təlimdə inteqrasiya ...
ANL
Vətənpərvərlik hissi ana dilinə sevgidən qaynaqlanır. Şagirdlərdə nitq mədəniyyətini necə inkişaf etdirməli? Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, milli dövlətçiliyimizin başlıca rəmzlərindən biridir. Ana dilimiz həm də milli məfkurəmizin, şüurumuzun və mil...
ANL
"Yarışlarda qızıl medal qazananda. müəllimlərim məndən də çox sevinirdilər". Müsahibimiz Avropa çempionu, idman ustası Səbirə Əliyevadır. Azərbaycanda idman inkişaf etdikcə idmançılarımız da hər il beynəlxalq turnirlərdə yüzlərlə medal qazanırlar. Respublikamızda idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevri...
ANL
Adı "Qızıl kitab"a yazılan istedad sahibi. Hazırda Bakıdakı 6 nömrəli tam orta məktəb-liseyin VII sinif şagirdidir. Vaxtı ilə istedadlı uşaqların təmsil olunduğu "Bəri bax" qrupunun solisti olan Yasin hazırda Azərbaycan Respublikasının xalq artisti Rauf Babayevin və gənc vokalçı Ramil Qasımovun şagirdidir. Yasin özünün...
ANL
Cahangirovlar soyunun pedaqoq oğlu, əsl xalq müəllimi. XX əsr Azərbaycanın qədim və çoxillik təhsil tarixinə sürətli inkişaf, tərəqqi dövrü kimi düşüb. Məhz ötən yüzillikdə ölkəmizdə geniş xalq kütlələrinin təhsilə cəlb olunması, məktəb şəbəkəsinin genişləndirilməsi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi,...
ANL
20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün qeyd edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur). Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 10-...
ANL
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində "1 şagird - 1 kompüter" müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemi...
ANL
Məktəbdaxili qiymətləndirmə ilə bağlı seminar-müşavirə. Dekabrın 28-də Təhsil Nazirliyində məktəbdaxili qiymətləndirmə ilə bağlı seminar-müşavirə keçirildi. Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, şöbələrinin, müvafiq struktur bölmələrinin rəhbərləri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları, dərslik...
ANL
Qusar rayonunun Çiləgir kəndində yeni məktəb binası açılıb. Dekabrın 28-də Qusar rayonunun Çiləgir kəndində regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 180 yerlik yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, bu münasi...
ANL
Məktəblərdə SMS gündəliklərin istifadəsi genişlənir. "Elektron məktəb" layihəsinə qoşulmuş ümumtəhsil məktəblərində SMS gündəliklərin istifadəsi genişlənir. Valideynlərə təklif olunan bu xidmət SMS vasitəsilə övladlarının davamiyyəti və hər hansı fənn üzrə aldıqları qiymətləri barədə məlumatları onların mobil telefonla...
ANL
Təhsil naziri Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Xəbər verdiyimiz kimi, bu günlərdə təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb. Təhsil Nazirliyində keçirilən görüşdə AMVMA-nın illik hesa...
ANL
Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzuları müzakirə olunub. Yanvarın 8-də Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə aça...
ANL
Xalq Təhsili Muzeyinin yaradılmasının 80 illiyinə həsr olunan sərgi açılıb. Dekabrın 28-də Xalq Təhsili Muzeyində bu müəssisənin yaradılmasının 80 illiyinə həsr olunan sərginin açılışı oldu. "Xalq Təhsili Muzeyi-80" adlı sərginin açılış mərasimində təhsil nazirinin müavini Qulu Novruzov, Təhsil Nazirliyinin Aparatının ...
ANL
Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Yanvarın 10-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil nazir...
ANL
Azərbaycan Dövlət Pedaqoji Kollecində konfrans keçirilib. Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İntellekt əsri... Müəllim hazırlığının komponentləri və effektivlik" mövzusunda keçirilən ümumrespublika konfransı pedaqoji təmayüllü orta ixtisas təhsili müəssisələrini bir araya gətirərək təhsil ictimaiyyətini...
ANL
Mənalı ömür yolu. Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir. Bu deyimdə böyük həqiqət var. O həqiqət həyatın mənasının yaşanmış illərin uzunluğu ilə deyil, görülmüş işlərin çəkisi, dəyəri, insanlara xidmətin böyüklüyü ilə ölçülməsi deməkdir. Məhz həyat, hadisələr insanları seçir, görülmüş işlərimizi, əməll...
ANL
Kurikulum Mərkəzində görüş. Yanvarın 4-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində beynəlxalq bir görüş keçirilmişdir. Kurikulum Mərkəzinin konfrans zalına respublikanın müxtəlif bölgələrindən olan bir qrup fəal müəllim toplaşmışdı. Görüşdə Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, koordinatoru İlham Ca...
ANL
İKT-dən istifadə tədrisin keyfiyyətini xeyli artırır. "2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində paytaxtın ümumi təhsil müəssisələrində bir çox işlər görülmüş, uğurlu layihələr həyata keçirilmişdir. Bakıdakı 9 nömrəli tam orta məktəbin direktoru Zinyə...
ANL
Doğu Ağdəniz Universiteti ilə müqavilə imzalanıb. Naxçıvan Müəllimlər İnstitutu müstəqil institut kimi fəaliyyətinin onuncu ilinə qədəm qoyduğu bir dövrdə Azərbaycanda və qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən bir çox təhsil müəssisələri ilə qarşılıqlı əlaqələr yaratmışdır. İnstitut bu günlərdə Kuzey Kıprıs ...
ANL
Respublikamızın yeniyetmə gəncləri incəsənətin müxtəlif sahələrində öz istedad və bacarıqlarını nümayiş etdirərək xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqə və festivallarda Azərbaycanı layiqincə təmsil edirlər. Yeniyetmə və gənclərimizin mötəbər müsabiqələrdən xoş soraqlarını eşidəndə qürur hissi keçiririk. Belə i...
ANL
"Şəhidlərin başdaşılarının üstündəki şəkilləri mən toplamışam". Müsahibim İctimai televiziyada "Carçı" film Yaradıcılıq Birliyinin baş direktoru, yazıçı, publisist Rafiq Səməndərdir. - Yanvarın əvvəlindən başlayaraq respublikada vəziyyət artıq nəzarətdən çıxmışdı. Marşrut gözləməyə, taksi axtarmağa dəyməzdi. Piyada, ya...
ANL
Şagirdlər aktyorluq məharətlərini göstərdilər. Azərbaycan Milli Konservatoriyası nəzdindəki Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin iştirakı ilə "Azadın qoçaqlığı" tamaşası nümayiş etdirildi. Qocaman jurnalist Ələsgər Qurbanovun qələminin məhsulu olan bu nağıl-pyes Azadın kimsəsiz qarını quldurların əlindən n...
ANL
Beynəlxalq müsabiqələrin qalibi. Artıq neçə illərdir ki, Azərbaycanın musiqi sahəsində gənc istedadları xarici ölkələrdə keçirilən bir sıra müsabiqə və konsertlərdə iştirak edərək ölkəmizi layiqincə təmsil edir, vətənə mükafat və diplomlarla qayıdırlar. Bu dəfə onlardan biri, gənc vokal ifaçısı Mərziyə Hüseynova barədə...
ANL
Jurnalistika tarixində yaşamaq hüququ qazanan insan. İbn Sina isə deyirdi: "Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi". Həyat çox qəribədir. Heç kəs ölüm haqqında fikirləşmək istəmir. Ölüm haqqında fikirlər ölümün özündən...
ANL
Akademik Mehdi Mehdizadənin 110 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans. Yanvarın 17-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan Respublikası Təhsil Şurası ilə birgə görkəmli təhsil qurucusu və təşkilatçısı akademik Mehdi Mehdizadənin 110 illik yubileyinə həsr olun...
ANL
Şamaxı şahmatçısı 6-cı dəfə finalda. Yanvar ayının 2-12-si tarixlərində Kürdəmir şəhərində yaş qrupları üzrə Azərbaycan birinciliyinin seçmə oyunları keçirilmişdir. Yarışda Bakı şahmatçıları istisna olmaqla respublikanın bütün şəhər və rayonlarının şahmatçıları təmsil olunmuşdur. 5 yaş qrupu üzrə oğlanlar və qızlar ara...
ANL
İki dəfə dünya, bir dəfə Avropa çempionu. Bu yolda hərə öz səadətini tapmaq, arzu və istəyinə çatmaq üçün mübarizə aparır. Danılmaz bir həqiqətdir ki, yalnız bütün çətinliklərə sinə gərənlər, məqsədinə çatanadək hər əzaba qatlaşanlar öz amalına, istəyinə, arzusuna nail olublar. Elə oxucularımızı tanış etmək istədiyimiz...
ANL
Müsahibimiz "Göyərçin" jurnalının baş redaktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, tanınmış şair, ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur. Qəribədir ki, indi də bu jurnalı övladlarımız, nəvələrimiz sevə-sevə oxuyurlar. "Göyərçin"in nəşri tarixi haqqında oxuc...
ANL
İngilis dilində ilk "Məhkəmə təbabəti" dərsliyi çapdan çıxıb. Qurucusu ulu öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası günü-gündən çiçəklənir, inkişaf edir və müasirləşir. Bütün bu inkişafın, stabilliyin qorunması və gələcək nəsillərə ötürülməsi ulu öndərimizin siyasi kursunun layiqli davamçısı cənab ...
ANL
Qafqaz Təhsil Dairəsinin yaradılması tarixindən. Fəaliyyətinin ilk dövrlərində dairə 5 məktəb direksiyasına bölünüb: Tiflis, Kutais, Şamaxı-Dərbənd, Stavropol və Qaradəniz ordu torpaqları direksiyası. Təhsil direksiyasını müdir (popeçitel) idarə edirdi ki, o da Zaqafqaziya diyar Baş İdarəsi Şurasının üzvü olurdu. Dairə...
ANL
Naxçıvan Dövlət Universitetində qarşıda duran vəzifələr müzakirə olunub. NDU-da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaqda universitetin rektoru, akademik İsa Həbibbəy...
ANL
Kanadalı qonaqlar Lənkəran Dövlət Universitetində olublar. Kanadanın ali təhsil müəssisələrinin bir qrup nümayəndəsi Lənkəranda olmuşdur. Lənkəran Dövlət Universitetində (LDU) qonaqlarla görüş keçirilmişdir. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov tədbiri ...
ANL
Təhsil Nazirliyində "dəyirmi masa". Yanvarın 16-da Təhsil Nazirliyində "Azərbaycanda erqoterapiyanın tədrisi" mövzusunda "dəyirmi masa" keçirilib. Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru Qvendolin Berçel erqoterapiyanın tədrisi haqqında məlumat verərək Azərbaycanda bu sahədə həyata keçirilmiş tədbirlərin...
ANL
Akkreditasiya Şurasının növbəti iclası. Yanvarın 12-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nö...
ANL
Zəhmətlə yoğrulan ömür sahibi. Pedaqogika üzrə fəlsəfə doktoru, baş elmi işçi, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar müəllimi, keçmiş Sovetlər İttifaqının və respublikamızın qabaqcıl maarif xadimi, Böyük Vətən müharibəsi iştirakçısı (əlili), Təhsil Problemləri İnstitutunun aparıcı e...
ANL
Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının iclası keçirilib. Yanvarın 11-də Naxçıvan Müəllimlər İnstitutunda dördüncü çağırış Naxçıvan MR Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulan vəzifələr müzakirə edilmişdir. İclasda çıxış edən institutun rektoru, professor O.Həsənli qeyd etdi ki, 22 dekabr 2012-ci il ...
ANL
Gənc alimin uğuru. Elnur hələ kiçik yaşlarından ağıllı və hər sahəyə maraq göstərən bir uşaq olub. Xoşladığı məşğuliyyətlər - kitab oxumaq və idmanla məşğul olmaq idi. O, çox diqqətli və məsuliyyətli idi, hər şeyin səliqəli, yerli-yerində olmasını xoşlayırdı. Təbiət qoynunda gəzməyi, rast gəldiyi təbii hadisələrə dərin...
ANL
Bu xatirələrdə ən əziz yer, əlbəttə ki, ona sevgi və qayğı ilə ilk dəfə qələm tutmağı, yazı yazmağı öyrədən, ali məktəbdə isə auditoriyada tələbələrinə dərin və hərtərəfli bilik almaları üçün əlindən gələni edən müəllimlərimizindir! Müəllimlik dünyada ən çətin, eyni zamanda şərəfli və gözəl peşədir. Müəllim əməyinin nə...
ANL
"İntellektə gedən yol" adlı müsabiqəyə yekun vuruldu. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin nümayəndəsi Adilə Mahmudova, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zaman...
ANL
Nüvə fizikasının banisi. İtaliyanın XX əsrdə yetişdirdiyi ən görkəmli elm dühalarından biri nəzəri fizika sahəsində məşhur alim Enriko Fermidir. O, İtaliya və Amerikada elmi məktəblərin yaradıcısı və neytron fizikasının banilərindən biridir. Kvant nəzəriyyəsi və elementar hissəciklər fizikası sahəsində bir sıra elmi iş...
ANL
"Ankara məktəbi" məktəb-liseyin şagirdi AFFA tərəfindən mükafatlandırılıb. Öncə iştirakçılara Valeh Seyidovla bağlı AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib ki, qurum tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və m...
ANL
Üçqat Azərbaycan çempionu. Oxucularımıza haqqında söhbət açmaq istədiyimiz Elmar Bədəlli 1995-ci ildə Bakı şəhərində anadan olub. Hazırda həmin məktəbin XI sinfində oxuyur. İdmanla da Moskva şəhərində 1-ci sinifdə oxuduğu zamandan məşğul olur. Burada onun məşqçi-müəllimi 3-cü dan qara kəmər ustası Sənan Həşimovdur. E.B...
ANL
Karatenin kiokshkay növü üzrə dünya ikincisi. Ötən ilin sonlarında vədələşdiyimiz kimi, Bakıdakı 104 nömrəli tam orta məktəbin direktor müavini Kamran Hüseynovla onun iş otağında görüşdük. Burada ucaboylu bir oğlan da var idi. Kamran müəllim həmin oğlanı bizə göstərərək dedi: -Tanış olun, sizə haqqında söylədiyim, məkt...
ANL
İdman məktəbinin uğurları. Respublikamızın qabaqcıl idman məktəblərindən biri "Təhsil" Respublika İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir. 1966-cı ildən yaradılmış məktəb respublika statuslu müəssisə kimi öz fəaliyyətində əsas vəzifələri həyata keçirir. ...
ANL
ibtidai siniflərdə müasir təlim. Son illər təhsilimizdə tətbiq olunmuş yeniliklərdən biri də Avropa standartlarına uyğun müasir tipli məktəblərin fəaliyyətə başlamasıdır. Belə məktəblərdən biri də ötən ilin sentyabrında açılmış Bakı Modern Məktəbidir. Müasir dizaynlı, yeni texnologiya ilə təmin olunmuş sinif otaqları, ...
ANL
Alimin "Xatirələrin ay işığında" kitabı çapdan çıxıb. Təhsil ictimaiyyəti arasında və çağdaş ədəbi mühitimizdə öz dəst- xətti ilə tanınan Neftçala 1 nömrəli tam orta məktəbin sabiq ədəbiyyat müəllimi, fərdi təqaüdçü, əməkdar müəllim, filologiya elmləri doktoru İmamverdi Əbilovun 2012-ci ildə "Elm və təhsil" nəşriyyatın...
ANL
Fizika dərslərində ekologiya elementləri. Ekologiya canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Ekologiya təbiət elmlərinin ən öncül, xüsusi əhəmiyyətə malik olan sahəsidir. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Beynəlxalq səviyyədə ətraf mühitin qorunması həll...
ANL
Mən niyə coğrafiya müəllimi olmaq istəyirəm. İnsanın həyatında verdiyi ən mühüm qərarlardan biri də peşə seçimidir. Hər bir sənətin özünəməxsus gözəlliyi var, əsas odur ki, seçdiyin sənəti sevəsən. Çünki belə olmazsa, sənətində uğur qazana bilməzsən. Fərqi yoxdur, həkim, müəllim, hüquqşünas, idmançı və s. olacaqsan, əs...
ANL
"Təhsil" jurnalına yeni baş redaktor təyin edilib. Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə Nizami Mirzə bu günlərdə "Təhsil" jurnalına baş redaktor təyin edilib. Nizami Mirzə (Nizami Əlipaşa oğlu Mirzəyev) İsmayıllı rayonunun Xanagah kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetini...
ANL
Müəllim-şagird qovğası: kimdir günahkar? Son günlərdə ayrı-ayrı mətbuat orqanlarında və internet şəbəkəsində bir-iki məktəbdə müəllimlərin şagirdləri döyməsi halları ilə bağlı video-süjetlər təqdim olunmaqda, şagirdlərin hüquqları ilə bağlı müzakirələr açılmaqdadır. Məsələnin birtərəfli təqdimatı əlbəttə ki, problemin ...
ANL
Türkiyə Ali Təhsil Şurasının sədri Qafqaz Universitetində olub. Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 17-də Qafqaz Universitetinin müəllim və tələbə heyəti ilə görüşmüşdür. Qardaş ölkədən bir qrup ali məktəb rektorunun daxil olduğu nüma...
ANL
ABŞ-ın Cons Hopkins Universitetinin professor və tələbələri ADU-da. Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Cons Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin professoru və həmin fakü...
ANL
Sumqayıt Şəhər Təhsil Şöbəsində dərslik müəlliflərinin iştirakı ilə seminar keçirildi. Respublikamızın böyük sürətlə inkişaf etdiyi son dövrlərdə bütün sahələrdə, xüsusən də dövlətimizin əsas strateji sahələrindən biri olan təhsil sahəsində də dinamik inkişaf gedir və yeniliklər özünü göstərir. 2006-cı ildə təsdiq olun...
ANL
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında təhsillə bağlı nəzərdə tutulan məsələlər. Müasir təhsil sisteminin formalaşdırılması. 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDM-dəki payı ilbəil artırılaraq, inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaqdı...
ANL
Təhsil naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb. Yanvarın 22-də təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirən Misir Mərdanov türkdilli ölkələrin əməkdaşlığının genişl...
ANL
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının bu ali təhsil ocağının 2012-ci ildə elmi tədqiqat sahəsindəki fəaliyyətinə həsr olunmuş iclası keçirildi. Elmi Şura üzvləri öncə universitetin 2012-ci ildəki elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış oldular. Elmi Şuranın rəhbəri, Naxçıvan Dövlət Universitetinin rek...
ANL
Bakı Uşaq Teatrının kollektivi dünya səhnəsində. Teatra İntiqam Soltan rəhbərlik edir. Yetmiş nəfərə yaxın peşəkar aktyor çalışan teatr beynəlxalq festivallarda bir çox uğurlara imza atıb. Kollektiv Ankarada keçirilən "IV ETHOS" Ankara Beynəlxalq teatr festivalında O.Henrinin "Allahın bəlası" tamaşası ilə iştirak edib....
ANL
Dünya ölkələrində ümumi təhsil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik ümumi təhsilə keçid strateji hədəflərdən biri kimi nəzərdə tutulub. Bununla da ümumi təhsili...
ANL
Niderland Krallığının Azərbaycandakı. səfiri Bakı Slavyan Universitetində olub. Bakı Slavyan Universitetində (BSU) "Səfir saatı" klubunun növbəti qonağı Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielse olmuşdur. BSU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, universitetin rəhbərliyinin, müəllim və ...
ANL
Sumqayıt Dövlət Universitetində Azərbaycanlıların. Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib. Sumqayıt Dövlət Universitetində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçirildi. Soyqırımı qurbanlarının xatirəsinin anıldığı konfransı universitetin rektoru Elxan Hüseynov giriş sözü ilə açaraq...
ANL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci. ildönümünə həsr olunmuş şahmat festivalının açılışı olub. Aprelin 1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib. Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivala paytaxt rayonl...
ANL