text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Keyfiyyətli müəllim kadrları. Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli kadr potensialından, ilk növbədə, müəllimdən asılıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyin...
ANL
Sağlamlıq imkanları məhdud. olan şəxslər ali təhsil ala bilirlərmi? Məlumdur ki, son illər dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud olan şəxslərə xüsusi diqqət və qayğı göstərilir. Onların sosial rifahının yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası, yüksək səviyyədə təhsil alması istiqamətində mühüm addımlar at...
ANL
“Arzum xarici ölkələrin birində. təhsilimi davam etdirməkdir”. Hazırda Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin tələbəsidir. - Firuz, orta məktəb illərində dərslərini hazırlayarkən evdə sənə kömək edən olurdumu? Valideynlərimin mənə böyük dəstəyi olub. Amma XI sinifdə məktəbdə kompleks şəkildə hazırlaş...
ANL
inkişafında dünya təcrübəsi. Ölkəmizin iqtisadi və siyasi sferasındakı uğurları onun dünya dövlətləri arasında xüsusi çəkisini və mühüm strateji əhəmiyyətini artırmaqdadır. Dünyada olan 206 ölkədən inkişaf etmiş 20 ölkənin builki toplantısına Azərbaycanın da dəvət edilməsi, bir daha ölkəmizin strateji əhəmiyyətini göst...
ANL
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi. olmaq hər bir müəllimin arzusudur. Artıq bir neçə ildir ki, respublikanın ümumtəhsil məktəbləri və eyni zamanda müəllimlər ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində iştirak etmək imk...
ANL
Dünyada elə dahi tapılmaz ki... Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik zirvəsinə gedən yolun mahir bələdçisi müəllimdir. Dünyada elə bir dahi tapılmaz ki, onun yoluna nur səpən müəllim olmasın, o, dahi müəllimdən dərs almasın. Aqillərimiz deyiblər ki, bağ bağbansız, bəşər övladı müəllimsiz keçinə bilməz! Müst...
ANL
Məktəblərə analitiklər lazımdır. Uşaqlarda XXI əsrin vərdişlərinin inkişaf etdirilməsi təcrübəsindən. Yalnız son vaxtlarda qeyri-akademik bacarıqlar - tənqidi düşüncə, komandada işləmək vərdişləri, müştərək iş, kompüter savadlılığı barədə ciddi surətdə danışmağa başlayıblar. Standartlaşdırılmış testlərin məktəblərə axı...
ANL
Akif Əmirxan oğlu Bayramovu tanınmış alim, yorulmaz tədqiqatçı, almanşünas, klassik irsimizdən Mirzə Şəfini bizə uzun tədqiqatdan sonra tanıdan kimi 2008-ci ildə onun 70 illiyi münasibətilə keçirilən tədbirdən tanıyıram. Bir ədəbiyyatçı alim, müəllim kimi A.Bayramov çox dəqiq, haqqı-nahaqqa verməyən, bacarıqlı, əsl vət...
ANL
SABAH qrupu tələbələrinin. Dekabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2-ci SABAH Forumu öz işinə başlayıb. Foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və y...
ANL
Tələbələr forum haqqında nə düşünürlər? Dekabrın 4-5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə II SABAH Forumu keçirildi. Foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə. tikilmiş “Məzun evi”ndən reportaj. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu günlərdə Abşeron rayonu Masazır kəndində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, internat məktəblərindən ayrılmış gənclər üçün 13 mərtəbəli, 120 mənzilli bina- “Məzun evi” istifadəyə ve...
ANL
Təhsil Nazirliyi cavab verir. HÜQUQİ MƏSƏLƏLƏR. Sual: Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür? Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə ölkəmizdə təhsilin aşağıdakı formaları tətbiq olunur: 1. formal;. Formal təhsil - dövlət təhsil sənədinin verilməsi il...
ANL
Azərbaycan gəncləri dünyanın 379. ən nüfuzlu universitetində təhsil alır. Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilirlər və onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. Peyğəmbərimiz Məhəmməd Əley...
ANL
Azərbaycan xalqı qarşısında. böyük xidmətləri olan insan. XIX əsrin ikinci yarısında Rusiya öz inkişafının yeni mərhələsinə-kapitalizmin inkişafı mərhələsinə qədəm qoydu. Təhkimçilik hüququnun ləğvi feodal istehsal üsulunun kapitalist üsulu ilə əvəz edilməsində yeni bir mərhələ idi. Belə bir şəraitdə çarizm mövcud sosi...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Hər bir ölkənin gələcəyi onun gənclərinin yüksək bilik və bacarıqlara sahib olması ilə yanaşı, milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda böyüməsindən daha çox asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 15-də - “Bilik günü”ndə Bakıdakı 148 n...
ANL
Azərbaycan dilindən dərs nümunəsi. Azərbaycan dili fənni. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır. Dinlədiyi məlumatlardakı əsas faktları seçir. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır. Müsbət və mənfi ədəbi qəhrəmanları fərqləndirir, fikrini izah edir. Dinlədiyi mətnin əsas ideyasın...
ANL
İnteraktiv dərs nümunəsi. Azərbaycan dili fənni. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözləri müəyyənləşdirir. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir. Məqsəd: Omoni...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Aznaurov İsgəndər Söhrab oğlu. O, burada cihazqayırma zavodunda çalışıb. Erməni faşistlərinin torpaqlarımıza basqınları İsgəndəri narahat edirdi və o, 1992-ci il aprelin 21-də Milli Ordu sıralarına yazılır. İsgəndəri "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirl...
ANL
Yeni nəslə yeni dərs vəsaiti. Təhsil nazirinin müvafiq əmri ilə dərs vəsaiti kimi təsdiqlənən “Kimya-7” vəsaitinin istifadəyə verilməsi kimya müəllimləri və şagirdlər üçün sözün əsl mənasında əhəmiyyətli hadisə sayıla bilər. Müasir tərtibata malik olan dərs vəsaiti ilk baxışdan xoş təəssürat oyadır. Vəsaitin məzmunu, h...
ANL
İmtahan sessiyasının təşkili. və keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və ...
ANL
Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib. Dekabrın 14-də Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan Könüllüləri: Dünən, Bu gün və Sabah” videoçarxı təqdim olunub. Təh...
ANL
Azərbaycanın ilk veb-saytının. iyirmi yaşı qeyd edildi. Bu il Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan Milli Elmlər Akademiyasının www.science.az veb-saytının 20 yaşı tamam olur. Portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər...
ANL
“Təhsildəki islahatlar. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin son iki ildə atdığı mühüm addımlar kifayət qədər müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Dünyanı iqtisadi böhran bürüdüyü, neftin qiymətlərinin 3 dəfəyə yaxın aşağı düşdüyü bir dövrdə neft ölkəsi olan Azərbaycan məh...
ANL
Dünyanın ən yüksək reytinqli universitetlərində. təhsil alan azərbaycanlı tələbələr. Xəyalə EYLAZOVA, Kembric Universitetinin tələbəsi. 2003-cü ildə Xəzər Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə...
ANL
Azərbaycan məktəblilərinin tarixi qələbəsi. Şagirdlərimiz növbəti dəfə təhsil ictimaiyyətini sevindiriblər. Dövlətimizin istedadlı şagirdlərin aşkara çıxarılması və onlara hərtərəfli diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan təhsilinin yetirmələrinin budəfəki qələbə sorağı dünyanın nüfuzlu elm, bilik yarışması he...
ANL
Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması. və seçimi üzrə müsabiqənin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xara...
ANL
Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 85 illik yubileyinə həsr edilən tədbir keçirilib. Tədbir iştirakçıları öncə UNEC-in tələbə və əməkdaşlarının əl işlərindən ibarət rəsm, karikatura və kitab sərgisi ilə tanış olublar. Yubiley tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi...
ANL
Təhsil Nazirliyi “Thomson. Reuters”lə müqavilə imzaladı. Dekabrın 22-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov çıxışında dü...
ANL
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) özünün “Gənclik” mahnı və rəqs ansamblının 50 illik yubileyini təntənəli şəkildə qeyd edib. Dekabrın 21-də Dövlət Akademik Milli Dram Teatrında baş tutan konsert proqramında təhsil nazirinin müavini Firudin Qurbanov,...
ANL
Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə. həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Səbail Rayon İcra Hakmiyyətinin nümayəndəsi Azər Məmmədov, telejurnalist Ələddin Əsədov, paytaxtın bir sıra tanınmış məktəblər...
ANL
Müsabiqə qalibləri ölkə. Prezidentinə minnətdarlıq edirlər. Müsabiqələrdə qalib gələn məktəblərin hər birinə 10 min manat, müəllimlərin hər birinə isə 5 min manat məbləğində birdəfəlik pul mükafatları verilib. Mükafat alan məktəblərin rəhbərlərindən və müəllimlərdən bir qrupu ilə əlaqə saxlayıb bu böyük uğurları ilə ba...
ANL
Lütfi Zadə qəzetimizə müsahibə verdi. Azərbaycan dünya elminə çox görkəmli alim və mütəfəkkirlər bəxş edib. Onlar dünya elm xəzinəsini öz qabaqcıl ideyaları, kəşfləri ilə zənginləşdiriblər. Hazırda Amerikada yaşayan, Kaliforniya Berkli Universitetinin professoru olan Lütfi Zadə də dünya miqyasında tanınan və hörmət edi...
ANL
Azərbaycanın ilk veb-saytı. İnformasiya cəmiyyəti quruculuğu dövründə elmi-texniki sahədə tərəqqi İnternet-medianın meydana çıxmasına, vətəndaş jurnalistikasının (sosial media) vüsət almasına zəmin yaratdı. Cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsində ənənəvi kütləvi informasiya vasitələri (KİV) ilə yanaşı e...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Alıcanov Rafiq Cəfər oğlu. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüyündən Rafiq səkkizinci sinfə kimi bu kənddə təhsil almışdı. O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdu. R. Alıcanov 1988-ci ildə təhsilini biti...
ANL
Məktəb psixoloqları öz vəzifə. funksiyalarını necə yerinə yetirirlər? Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik. Nəzərə çatdıraq ki, əvvə...
ANL
hisslərini yaşadan bir mükafat". Zafiq Xəlilov, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev. irsinin tədqiqi və elmi araşdırmalar departamentinin. aparıcı mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru. İlk təhsilini Xətai rayonundakı 95 nömrəli tam orta məktəbdə alıb. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2014-cü ildə "...
ANL
IV Respublika muğam. müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. İstedadlı muğam ifaçılarının üzə çıxarılması və onların IV Beynəlxalq Muğam Festivalında iştirakının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutar...
ANL
İlk-peşə və orta ixtisas təhsili müəssisələrinin. şagird və tələbələri arasında Respublika. ifa müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıları və təsniflərin, milli rəqslərimizin şagird və tələbələr arasında təbliğ olunması, eyni z...
ANL
"Elmi işlərimə iyirmi. Böyük Britaniyada çalışan həmyerlimiz. Qərib Mürşüdov rubrikamızın qonağıdır. Xarici ölkələrin təhsil və elmi-tədqiqat müəssisələrində çalışan həmvətənlərimiz haqqında yazıların dərcini davam etdiririk. Bu silsilədən növbəti yazımız Böyük Britaniyanın Kembric şəhərində yerləşən Molekulyar Biologi...
ANL
Azərbaycanlı müəllim Zigen. Universitetində mühazirə oxuyub. Alman tələbələri ADİU-nun kreditini qazanıblar. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Anar Rzayev fevralın 2-dən 6-dək, bir həftə müddətində Almaniyanın Zigen Universitetində "Beynəlxalq nəqliyyat əməliyyatları" fənnini tədris edib. ADİU-n...
ANL
Beynəlxalq uşaq kino. məktəbinin açılışı olub. Bakı Avropa Liseyi Yaponiyanın "TokyoCinema" studiyası ilə birlikdə "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbi layihəsinə başlayıb. Nizami Kino Mərkəzində layihə çərçivəsində "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbinin açılışı münasibətilə tədbir keçirilib. T...
ANL
Azərbaycan Texniki Universiteti. "Mənim universitetim" layihəsinin budəfəki. hədəfi Azərbaycan Texniki Universitetidir. Ölkəmizin texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında ya...
ANL
"Vətənə yaxşı mütəxəssis. kimi dönməliyəm". tələbəsi Rüstəm Əkbərli ilə söhbət. Orta təhsilini həmin rayonun M.F. Axundov adına 1 nömrəli məktəbində alıb. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra Türkiyə Cümhuriyyətinin təşkil etd...
ANL
Bərdə şəhəri akademik Zərifə Əliyeva. adına texniki fənlər təmayüllü məktəb-lisey. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Bərdə rayonu akademik Zərifə Əliyeva adına şəhər orta məktəbi adı altında 10 sentyabr 2004-cü il tarixindən fəaliyyətə başlamışdır. Məktəbin açılışında Azərbaycan Respubli...
ANL
Humanist pedaqogikanın prinsipləri. əsasında qurulan qeyri-standart dərslər. Müəllim şagirdin mənəvi-əxlaqi dünyasına nüfuz edə bilən ən güclü şəxsiyyətdir. Bütün dövrlərdə o öyrədən, həm də özü öyrənən, tərbiyə edən, cəmiyyət üçün layiqli vətəndaş yetirən şəxsiyyət olmuşdur. Müəllimin gərgin əməyi hesabına şagirdin di...
ANL
İbtidai siniflərdə informatika. dərslərində intellektual oyunlar. Müasir dövrdə ibtidai təhsil səviyyəsində informatikanın tədrisi zamanı istifadə olunan oyunlar uşaqların yaradıcı fəaliyyəti, intellektual inkişafı üçün geniş imkanlar açır, dərs prosesini əyləncəli etməklə bərabər tərbiyəvi, maarifləndirici funksiyalar...
ANL
Müəllim-şagird münasibətləri. dərsin məqsədlərini reallaşdırmaq. üçün zəruri amildir. Ənənəvi dərsdə olduğu kimi, müasir, fəal dərs də təlim-tərbiyə və inkişaf vəzifələrini özündə ehtiva edir və müəllim bunların hər birini diqqətdə saxlamalıdır. Mən də şagirdləri sadəcə olaraq öyrətmirəm, onları öyrədə-öyrədə inkişaf e...
ANL
Qafqaz Universiteti tələbələrinin hazırladığı. Fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı, görkəmli dramaturq, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə Qafqaz Universiteti Mədəniyyət şöbəsi dram dərnəyinin hazırladığı "Qarabağnamə" tamaşasının nümayişi olu...
ANL
"Çin kinematoqrafı: keçmişdən bu. günümüzə" adlı tədbir keçirilib. Fevralın 3-də Azərbaycan Dillər Universitetində universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Çin kinematoqrafı: keçmişdən bu günümüzə" adlı tədbir keçirilib. Tədbiri Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abba...
ANL
Xocalı soyqırımının iyirmi üçüncü. ildönümünün keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından iyirmi üç il keçir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 26 yanvar 2015-ci il tarixl...
ANL
Ali təhsil, keyfiyyət və əmək bazarı. Qloballaşan dünyada ölkələr arasında rəqabətin gündən-günə daha da güclənməsi, sürətli texnoloji irəliləyiş nəticəsində ixtisas profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da artırmışdır. Bu da qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyə...
ANL
"Sabahın alimləri" IV Respublika. müsabiqəsinin açılış mərasimi keçirilib. Fevralın 12-də Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib. "Sabahın alimləri" müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm v...
ANL
Nazir ali məktəblərin. rəhbərləri ilə görüşüb. Təhsil Nazirliyində nazirliyin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti məsələlər müzakirə edilib. Təh...
ANL
Qafqaz Universiteti. "Mənim universitetim" layihəsinin. budəfəki hədəfi Qafqaz Universitetidir. Qafqaz Universiteti üç tədris binası və iki yataqxanadan ibarətdir. Universitetdə proyeksiya cihazı ilə təchiz olunmuş 50-sində ağıllı lövhə olmaqla 80 məşğələ və 3 mühazirə dərsləri üçün auditoriya, 350 ədəd kompüterlə təch...
ANL
Səmərəli əməkdaşlıq əlavə. təhsilin başlıca amili kimi. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkiş...
ANL
Doktorantların və gənc tədqiqatçıların XIX. Respublika elmi konfransının keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə "...
ANL
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları"nın və "Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fizik...
ANL
Beynəlxalq uşaq kino. məktəbinin açılışı olub. Bakı Avropa Liseyi Yaponiyanın "TokyoCinema" studiyası ilə birlikdə "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbi layihəsinə başlayıb. Nizami Kino Mərkəzində layihə çərçivəsində "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbinin açılışı münasibətilə tədbir keçirilib. T...
ANL
"Xaricdə təhsil almaq. Böyük Britaniyanın Oksford Universitetinin tələbəsi Cahangir Məmmədovla söhbət. Orta məktəb təhsilini Bakı Özəl Türk Liseyində bitirib. Respublika üzrə bir çox fənn yarışmalarının qalibi olub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında II qrup üzrə 660 bal toplayıb. 2011-2014-cü illər ərzində ...
ANL
Yetirmələri ilə fəxr edən müəllim. Hər birimizin taleyində xüsusi rol oynayan insanlar olur. Biz həm də ictimai varlıq olduğumuzdan bəşəriyyətin min illər boyu topladığı və hər kəsin yaşaması üçün zəruri olan ictimai təcrübəni onların vasitəsi ilə əxz edirik. Belə insanların arasında müəllimlərimiz xüsusilə seçilir. Çü...
ANL
Siz də, mən də şəhərin küçələrində, xüsusilə mərkəzində onlara tez-tez rast gəlirik. Amma nədənsə həmin günə qədər bir çoxları kimi mən də bu uşaqların açılan əllərinə pul qoyub yanlarından keçməklə kifayətlənmişəm. Küçədə yaşayan bu uşaqların bəziləri kimsəsizlikdən, bəziləri isə valideynlərinin, yaxud onları qazanc m...
ANL
Fəaliyyət planı bizdən nələri tələb edir? Ölkəmizdə təhsil islahatlarının başlanmasından on beş ildən çox bir vaxt keçir. Bu müddətdə həyatımızın müxtəlif sahələrində olduğu kimi, təhsildə də irəliləyişlər əldə etmişik. Bu irəliləyişlərin başlıca leytmotivini cəmiyyətin ehtiyac və tələbatlarına uyğun olan təhsil sistem...
ANL
Beynəlxalq uşaq kino. məktəbinin açılışı olub. Bakı Avropa Liseyi Yaponiyanın "TokyoCinema" studiyası ilə birlikdə "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbi layihəsinə başlayıb. Nizami Kino Mərkəzində layihə çərçivəsində "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbinin açılışı münasibətilə tədbir keçirilib. T...
ANL
Əziz Əfəndizadə məktəbinin davamçısı. Pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov XX əsr Azərbaycan pedaqoji fikrinin inkişafında böyük xidmətləri olan görkəmli alim, professor Əziz Əfəndizadənin layiqli davamçılarındandır. Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Bab...
ANL
Bütöv ziyalı şəxsiyyəti. Azərbaycanın ən gözəl bölgələrindən biri olan Quba təkcə bağlar diyarı yox, həm də istedadlar diyarıdır. Quba zaman-zaman Azərbaycan elminə, mədəniyyətinə, tarixinə öz əvəzsiz töhfələrini vermiş və bu müqəddəs ənənə günümüzdə də qorunub saxlanılır. Belə istedadlardan biri də 70 sənəlik ömrünün ...
ANL
Azərbaycan Dövlət Pedaqoji Universitetinin. tələbəsi Rübabə Qasımova ilə söhbət. Son günlər bir çoxları 26 yaşlı azərbaycanlının təqribən 5 min kitab oxumasından danışır. Tovuz sakini olan Rübabə Qasımovanı mən də tanımaq və onun kitablara olan sevgisindən danışmaq istəyirəm. Rübabə xanımla əlaqə yaradıram. Tovuzda old...
ANL
İstedadlı yeniyetmə iyirmidən. çox musiqi əsərinin müəllifidir. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ingilis qrupu üzrə X sinifdə təhsil alır. Hazırda Bakıdakı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq şöbəsində musiqi təhsilini davam etdirir. Bəstəkarlıq üzrə rəhbəri Pikə Axundova i...
ANL
Səkkiz yaşlı ifaçı beynəlxalq. müsabiqənin qalibi olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin III sinif şagirdi, 8 yaşlı pianoçu Röya Hüseynova Rusiyada keçirilən musiqi alətləri üzrə beynəlxalq festivalın qalibi olub. Müsabiqə-festival 2007-ci ildə "Ümumrusiya Musiqi Cəmiyyəti" və "Rusiya Bəstəkarlar İttifaqı" t...
ANL
XV Beynəlxalq ekoloji uşaq. rəsm müsabiqəsinin qalibi. Kubra Binnətova Bakıdakı Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin ən fəal üzvlərindən biridir. Uşaqlıqdan onda şəkil çəkməyə böyük həvəs oyanıb. Bunu hiss edən valideynləri 6 yaşında onu mərkəzin rəsm dərnəyinə yazdırıb. Hazırda Nərmin Abdul...
ANL
Qran-pri mükafatının sahibi. Sədəf Budaqova ilk təhsilini Laçın rayonundakı 11 nömrəli tam orta məktəbdə, musiqi təhsilini isə Xırdalan şəhər uşaq musiqi məktəbinin xanəndəlik sinfində alıb. Muğam və təsniflərimizin sirlərini xalq artisti Gülyaz Məmmədovadan öyrənib. 2011-ci ildə Azərbaycan Dövlət filarmoniyasında dövl...
ANL
Türkdilli ölkələrin gözdən. Xatirə Hacıyeva 2005-ci ildə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin xanəndəlik və fortepiano ixtisası üzrə I sinfinə qəbul olub. O, dəfələrlə Əlillərin bədii yaradıcılıq və baxış müsabiqəsində uğurla iştirak edərək diplomla təltif olunub. 2012-ci ildə Gözdən əlil uş...
ANL
Nurlan III Beynəlxalq xeyriyyə festivalının. xüsusi diplomuna layiq görülüb. Nurlan Əhmədov Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin şagirdidir. 2012-ci ildə Moskva şəhərində keçirilmiş III Beynəlxalq xeyriyyə festivalında Nurlan Əhmədov Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə çıx...
ANL
Gərəkli dərs vəsaiti. Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi "Azərbaycanşünaslıq etüdləri" seriyasından ikinci kitabını təqdim etdi. 2014-cü ilin sonlarında işıq üzü görmüş nəşr bu qəbildən respublikamızda buraxılmış nadir kitablardandır. Düzdür, son illər Azərbaycanşünaslıq və onunla...
ANL
Güləşçilərimiz Parisdə. üç qızıl medal qazanıb. Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran-pri 2-ci beynəlxalq turniri keçirilib. Yarışda hər üç güləş növü üzrə yığma komandalarımız iştirak edib. Qadın güləşçilərimiz ilk yarış günündə 2 gümüş medal qazanıb. 80 kiloqram çəkidə mübarizə aparan Elvin Mürsəliyev bü...
ANL
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin. anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil. müəssisələrində keçiriləcək tədbirlər haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Müstəqil Azərbaycan dövlətinin qurucusu və dahi siyasətçi, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliy...
ANL
Məktəblilərin mini futbol üzrə Bakı. şəhər çempionatının keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələri yerinə yetirmək, yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, məktəbli futbo...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət. Universitetində "Şur" dəstgahına. həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı ərəfəsində növbəti tədbir baş tutub. Musiqi sənəti fakültəsi "Muğam sənəti" kafedrası müəllimlərinin yaradıcıl...
ANL
"Azərbaycan müəllimi" qəzetinin. redaksiyasında dərsliklərin müzakirəsi. Son illər ölkəmizdə ümumi təhsil sahəsində aparılan məzmun islahatlarının nəticəsi olaraq meydana gələn yeni dərslik komplektləri cəmiyyətimizdə ümumən müsbət qarşılansa da onlardan, eləcə də digər dərsliklərdən giley-güzarlar da eşidilməkdədir. M...
ANL
Xocalı soyqırımının canlı şahidləri. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoalayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımını törətmişdir. Ermənilər Xocalı şəhərinin əhalisinə divan tutmuş, həmin hadisə zamanı yü...
ANL
Naxçıvan Dövlət Universitetinin I kurs tələbəsi Lətif Şahgərdiyevlə söhbət. Bir neçə gün əvvəl Tacikistan vətəndaşı olan 70 yaşlı Qulamheydər İsgəndərovun yerli universitetlərdən birinin tacik filologiyası fakültəsində təhsil alacağı barədə oxuduğum xəbər də buna nümunə idi. Bəs ölkəmizdə necə? "Oxumaq heç vaxt gec dey...
ANL
Bakı Modern Məktəbində ədəbi-bədii. Böyütmək üçün seçinFevralın 17-də Bakı Modern Məktəbində 21 fevral Beynəlxalq Ana dili Gününə həsr edilmiş "Ana dilimizi sevək, sevdirək" adlı ədəbi-bədii kompozisiya keçirildi. Kompozisiya məktəbin 3 A1 sinfinin şagirdləri tərəfindən hazırlanmışdı. Tədbirin keçirilməsində məqsəd şag...
ANL
Bilikləri möhkəmləndirən, vətənpərvərlik hissləri aşılayan yarışma. Bakı şəhər 22 nömrəli tam orta məktəbdə fevralın 15-də keçirilən bilik yarışını qısa şəkildə belə qiymətləndirmək olardı. Məktəblərdə təşkil olunan bütün tədbirlər, konkret məqsədlərindən asılı olmayaraq, şagirdlərin əqli inkişafına, dünyagörüşlərinin ...
ANL
Yox kimsədə insafü-mürüvvət, İblisəmi uymuş bəşəriyyət? Hüseyn Cavid. Biri var idi, biri yox idi, axar-baxarlı, başı ağ çalmalı, həyatın hər səhnəsinin şahidi, dünənini keçmişlərə fəxarətlə gömən, bu günləri inamla salamlayan, sabahlara ümidlə göz dikən dağların qoynunda Xocalı adlı bir cənnətməkan var idi. Qarabağın s...
ANL
tamaşası tələbələrin ifasında. Böyütmək üçün seçinFevralın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında dram teatrı və kino aktyoru kafedrasının müdiri, professor, əməkdar artist Gülşad Baxşiyevanın rəhbərlik etdiyi IV kurs tələbələrinin ifasında N.V.Qoqolun "Evlənmə" tamaşası...
ANL
Avropa çempionu, olimpiadalar qalibi. Hazırda Bakı Avropa Liseyinin 10-cu sinfində təhsil alır. İlk beynəlxalq yarışına 5 yaşında ikən Moskvada qatılmışdır və dünya çempionu Anatoliy Karpov tərəfindən diplomla mükafatlandırılmışdır. 2007-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşlıların ilk Avropa çempionatın...
ANL
"Müasir Azərbaycan teatrı və. media: problemlər, perspektivlər". Fevralın 18-də AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsi tərəfindən "Müasir Azərbaycan teatrı və media: problemlər, perspektivlər" mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan "Teatr, kino və televiziya" şöbəs...
ANL
"Əsas işim universitetimizə. xaricdən tələbə cəlb etməkdir". Şimali Kipr Türk Cümhuriyyətində çalışan həmyerlimiz. Orxan Həsənoğlu rubrikamızın qonağıdır. Tərcümeyi-haldan sətirlər. Saltaq kənd məktəbini bitirib. Şimali Kiprə getməzdən öncə Azərbaycanda bir sıra müəssisələrdə işləyib. Azərbaycan Türk Sənayeçi və İş Ada...
ANL
Lütfi Zadənin azərbaycanlı tələbəsi. ABŞ-ın Kaliforniya Berkli Universitetinin tələbəsi Səbinə Şahbazzadə ilə söhbət. 2003-cü ildə Respublika İncəsənət Gimnaziyasını bitirərək Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olunub. Universiteti fərqlənmə diplomu i...
ANL
Tofiq Bakıxanovun Qara. Qarayevlə bağlı xatirələri. Qəzetimizin yeni layihəsi olan "Ömrün gizli səhifələri"ndə həyatları, sənətləri, peşəkarlıqları və insanlıqları ilə hər kəsə örnək ola biləcək şəxslərdən danışacağıq. Onları yaxşı tanıyan insanlarla birlikdə yad edəcəyik. Layihəmizə dahi bəstəkar Qara Qarayevlə bağlı ...
ANL
elektron sistem vasitəsilə həyata keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Vətəndaş müraciətlərinə qanunauyğun və operativ baxılmasında, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunmasında və şagird kontingentinin planlaşdırılmasında elektron xidmətlərin sayının genişləndirilməs...
ANL
Uşaqların I sinfə qəbulu ilə. bağlı qanunvericiliyin əsasları. Uşaqların I sinfə qəbulu "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə, Azərbaycan Respubl...
ANL
Azərbaycan Dillər Universiteti. "Mənim universitetim" layihəsinin budəfəki. hədəfi Azərbaycan Dillər Universitetidir. Azərbaycan SSR Xalq Komissarları Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan Pedaqoji İnstitutunda xarici dillər fakültəsinin təşkil edilməsi haqqında" qərar qəbul edib. 1959-cu ildə Azərbaycan KP...
ANL
"Azərbaycan müəllimi" qəzetinin. redaksiyasında dərsliklərin müzakirəsi. "Tarix" dərslikləri ilə bağlı müəllimlərin irad və təklifləri. Ədibə Abbasova, "Elitar" gimnaziyanın tarix müəllimi: - Kurikulum üzrə hazırlanan dərsliklər yaxşıdır. VII sinif dərsliklərində isə mövzular yarımçıqdır. Azərbaycan tarixinə xüsusi diq...
ANL
Gənc nəslin vətənpərvərlik tərbiyəsi. Gənclər bizim gələcəyimizdir. Zaman-zaman ən mötəbər kürsülərdən səslənən və nəsillərin bir-birini əvəz etməsi fonunda gəncliyə böyük ümidləri ifadə edən bu deviz - şüar həmişə aktual olub. Çünki bəşəriyyətin sadə yaşam məntiqi belədir. Bu gün həyatın bütün sahələrində quruculuq iş...
ANL
Adada yerləşən məktəb. Sahildən 32 km məsafədə yerləşən Çilov adasına səyahət. Çilov adası. Bakının Pirallahı rayonunun ərazisində, Xəzər sahillərindən 32 kilometr məsafədə yerləşir. Sakinlərin əksəriyyəti neft və qazçıxarma idarəsində çalışanlardır. Son bir neçə ildə adada ciddi abadlıq və yaşıllaşdırma işləri aparılı...
ANL
Məktəbli mütaliəsinin. səmərəli təşkili üçün vəsait. Mütaliə nitq təfəkkürünün inkişafına yönəlmiş mənəvi fəaliyyət formasıdır. Oxumaq, yazmaq bacarığı olan hər bir insanın həyat, cəmiyyət haqqında ətraflı biliklərə yiyələnməsində mütaliənin çox böyük əhəmiyyəti vardır. Görkəmli fransız filosofu və yazıçısı Deni Didro ...
ANL
MEDAL QAZANMIŞ İDMANÇILARIMIZ. Abdulqədir ABDULLAYEV. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Boks idman növü ilə məşğul olur. Məşqçisi Maqomed Aripqadjievdir. Dünya üzrə silsilə boks yarışlarının iştirakçısıdır. I Avropa Oyunlarının boks yarışları çərçivəsində 91 kq çəki dərəcəsində döyüşən i...
ANL
"Öz ölkəmi təmsil etməkdən məmnunam". Söhbət böyük hissəsini tələbələrin təşkil etdiyi və sayı on mindən çox olan könüllülərdən gedir. Möhtəşəm idman yarışında onlara bir çox vəzifənin icrası etibar edildi. Sonda aldıqları təşəkkür də onu göstərdi ki, işlərinin öhdəsindən layiqincə gəliblər. Ətrafımda olan, bütün günün...
ANL
"Jurnalist sənətkarlığı" adlı. yeni kitab işıq üzü görüb. Bakı Dövlət Universitetinin professoru Alxan Bayramoğlunun "Jurnalist sənətkarlığı" adlı yeni kitabı professor Cahangir Məmmədlinin redaktorluğu və professor Nəsir Əhmədlinin, fəlsəfə doktoru Akif Rüstəmovun birgə rəyi əsasında 2015-ci ildə "Elm və təhsil" nəşri...
ANL
Fərdi təhsil üzrə nümunəvi. tədris planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər ...
ANL