text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azsaylı xalqların uşaqları üçün hazırlıq. aid tədris planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Resp...
ANL
Cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinin. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-c...
ANL
Təhsil Nazirliyi cavab verir. HÜQUQİ MƏSƏLƏLƏR. Sual: Ali təhsil pilləsinin hansı səviyyələri var? Bakalavriat, magistratura və doktorantura dedikdə nə başa düşülür? Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.5-ci maddəsinə görə ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyy...
ANL
aid tədris planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq. Azərbaycan Respublikasın...
ANL
Xüsusi təhsil məsələləri barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ilə müəyyən edilən xüsusi və inklüziv təhsilin keyfiyyətinin...
ANL
Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının. və mentorluq xidmətinin təşkili barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) maliyyələşdirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinin 1-c...
ANL
Birinci Avropa Oyunlarında uğur. qazanmış idmançılarla görüş. İyulun 10-da təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən "Bakı-2015" I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb. Görüş iştirakçılarını salamlayan nazir qeyd edib ki, tarixdə ilk dəfə ölkəmizdə...
ANL
Məktəblilərimiz Balkan Riyaziyyat. Olimpiadasında 4 medal qazanıb. Ölkəmizi müxtəlif beynəlxalq bilik yarışlarında, olimpiadalarda təmsil edən məktəblilərimizin son illər ayrı-ayrı ölkələrdən olan həmyaşıdları arasında yüksək intellektual bilik və bacarıq nümayiş etdirmələri, hər dəfə vətənə medallarla qayıtmaları təhs...
ANL
Coğrafiyanın tədrisində. əyani vasitələrdən istifadə. Coğrafiya fənninin tədrisində əsas şərtlərdən biri əyanilikdir. Əyanilik tədris prosesində şagirdlərin təfəkkürünün formalaşmasında və hafizəsinin inkişafında mühüm rol oynayır. Əyani vasitələrdən istifadə etmək bütün nəzəri məlumatları yadda saxlamağa kömək edir. T...
ANL
Fəal dərsin mərhələləri. üzrə planlaşdırma nümunəsi. Son illər ənənəvi dərslərə nisbətən öz yüksək səmərəliliyi ilə fərqlənən fəal dərslərdən istifadə xeyli çoxalmış, müəllimlərin təlim fəaliyyətlərinin planlaşdırılmasına aid olduqca maraqlı, faydalı nümunələr meydana gəlmişdir. Bu sahədə uğurlar qazanmış digər həmkarl...
ANL
təhsil almaq istəyirəm". Beynəlxalq olimpiadaların 11 yaşlı qalibi danışır. Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır (M.K.Atatürk). Yazıma bu sitatla başlamağımın səbəbi var. 11 yaşlı müsahibim Turqay Qaybalıyev Baku Oxford School-un VI sinif şagirdidir. Onu yaşıdlarının bir çoxundan fərqli edən cəhət bu yaşında ri...
ANL
Ali məktəblərdə mühəndis. hazırlığı necə aparılmalı? Müxtəlif sənaye texnologiyaları üzrə kifayət qədər mühəndis hazırlansa da bir sıra sənaye müəssisələri, onların nəzdində olan elmi-tədqiqat və layihə qurumları mühəndis çatışmazlığından şikayətlənir. Təhlil göstərir ki, bu şikayətlər bir sıra hallarda bakalavrdan tam...
ANL
Füzuli yaradıcılığında qitə. formasında yazılmış şeirlərin tədrisi. Qitə sözünün mənası haqqında şagirdlərdə təsəvvür yaratmaq məqsədilə beyin həmləsi metodundan istifadə edib aşağıdakı şəkildə sual-cavab aparılır: 1. Yer kürəsinin bölündüyü altı böyük quru hissəsi necə adlanır? Coğrafi termin kimi bu sözün ifadə etdiy...
ANL
Təhsilin təmayüllər üzrə. təşkili zamanın tələbidir. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovla müsahibə. Son illər ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlar çərçivəsində tətbiq olunan yeniliklərdən biri də ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsilin təmayül...
ANL
I Avropa Oyunlarının bürünc mükafatçısı, Naxçıvan. Dövlət Universitetinin tələbəsi Tayfur Əliyevlə söhbət. Dünya idman hərəkatı tarixinə Avropa oyunlarının Azərbaycan standartları kimi daxil oldu. Azərbaycan bu oyunlara layiqli ev sahibliyi etməklə çox qısa zaman kəsiyində əsl möcüzə, əfsanə yaratdı. Ən müasir, gözoxşa...
ANL
Gənclərin çağırışaqədərki hazırlığı. fənninin əhəmiyyəti və hədəfləri. Müasir dövrdə gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin əhəmiyyəti böyükdür. Çünki torpaqlarımızın işğal altında olması bu fənnin tədrisini zəruri edir. Bu əsasnamənin I bəndinə əsasən "Gənclərin çağırışaqədərki hazırlığı" Azərbaycan Respub...
ANL
Tədrisyönümlü krossvord. Müasir dövrdə "savadlı" insan dedikdə onun həm də kompüter savadına yiyələnməsi nəzərdə tutulur. Kompüterlə işləmə bacarıqları hər bir şəxsin gələcək inkişafı üçün geniş imkanlar açır. İnformatika fənninin əsas anlayışlarının daha yaxşı mənimsənilməsi, şagirdlərin söz ehtiyatının, dərslərdə fəa...
ANL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 14-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. Aşağıda onların adlarını təqdim edirik. I qrup üzrə ali məktəbə imtahan verib. Ən böyük dəstəyi ailəsindən gördüyünü deyən Ə...
ANL
Daha bir məktəblimiz beynəlxalq. olimpiadada bürünc medal qazanıb. Azərbaycanlı şagirdlər beynəlxalq səviyyəli daha bir bilik yarışmasında uğura imza atıblar. Bakıdakı "İstək" liseyinin X sinif şagirdi Məmməd Əliyev iyulun 12-dən 19-dək Danimarkada keçirilən XXVI Beynəlxalq Biologiya Olimpiadasında (International Biolo...
ANL
Naxçıvan Dövlət Universitetində. Naxçıvan Dövlət Universitetində "Azərbaycan milli mətbuatı - 140" mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140...
ANL
Naxçıvan Dövlət Universitetində. beynəlxalq elmi konfrans keçirilib. NDU-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi "Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar" mövzusunda beynəlx...
ANL
Avrasiyada biomüxtəliflik". mövzusunda beynəlxalq simpozium. 1-5 iyun tarixlərində Bakıda AMEA, Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi, Belarus Dövlət Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstan Bitki...
ANL
Azərbaycanda İnternet-media mətbuatın ən inkişaf etmiş sahələrindən biridir. Bu gün cəmiyyətin inkişafında, ictimai fikrin formalaşmasında İnternetin, informasiya texnologiyalarının rolu əvəzsizdir. Məhz informasiya cəmiyyətinin həyatımıza gətirdiyi yeniliklərin nəticəsidir ki, müasir dövrdə mətbuatımızın inkişafı isti...
ANL
Təhsil Nazirliyi cavab verir. HÜQUQİ MƏSƏLƏLƏR. Sual: Təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) neçə il müddətinə verilir və lisenziya verilməsi üçün rüsumun miqdarı nə qədərdir? Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenzi...
ANL
Təhsil Problemləri İnstitutunun əməkdaşları. Bakı-Moskva-Astana görüşündə. Beynəlxalq Mətbuat Mərkəzində RİA Novostinin akt zalında "Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda "vasitəçi dil" kimi" mövzusunda Moskva-Bakı-Astana videokörpü keçirildi. Rusiyaya canlı olaraq yayınlanan "dəyirmi masa"da ölkəmizi ...
ANL
Azərbaycan Dövlət İqtisad. Universitetinin tələbəsi maraqlı sayt yaradıb. Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinin II kurs tələbəsidir. Bu günlərdə onun startap layihəsi olan sinaqimtahanı.net - "Özünü sına" layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Mədəniyyət v...
ANL
Beynəlxalq müsabiqənin birincisi. 2006-cı ildə Bakıda anadan olan Banu Tağıyeva hələ 3 yasında olarkən musiqi səsi eşitcək çiçəklərdən- çiçəyə qonan kəpənəklər tək rəqs edirmiş. Bu istək qızcığazı "Səma" rəqs qrupuna gətirib. Azərbaycan və dunya xalqlarının rəqslərini həvəslə öyrənib. Dövlət tədbirlərində, telekanallar...
ANL
Bülbül adına orta ixtisas musiqi məktəbinin. şagirdi V Muğam müsabiqəsinin qalibidir. Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi Nisbət Sədrayeva V Muğam televiziya müsabiqəsində I yerə layiq görülüb. Qeyd edək ki, Muğam televiziya müsabiqəsi 2005-ci ildən başlayaraq Heydər Əliyev ...
ANL
Ədəbiyyat müəllimi hazırlığı. və tədris problemləri. Ölkəmizin və eləcə də qloballaşan dünyanın sosial-iqtisadi istiqamətlərində davamlı və dinamik inkişafa uyğun yeni təhsil sisteminin qurulması, təhsilin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi prioritet məsələlərdən biridir. Tədqiqatçıların fikrincə, "Təhsil ...
ANL
Mirzə Ələkbər Sabirlə bağlı. nəvəsi Sevda Tahirlinin xatirələri. Bu dəfə "Ömrün gizli səhifələri"ndə vəfatından əsrdən də çox zaman keçən dahi bir insandan- görkəmli şair, əsərləri hər dövr üçün müasir olan tanınmış satira ustadı Mirzə Ələkbər Sabirdən bəhs olunacaq. Nəvəsi Sevda Tahirli ilə görüşmək üçün vaxtı dəqiqlə...
ANL
Tarix dərslərində interaktiv. texnologiyaların tətbiqi. Müəllimlərin hazırladığı rəqəmsal interaktiv tədris resurslarının (RİTR) təhlili. Bu gün təhsildə həm forma, həm də məzmunca ciddi dəyişikliklər gedir: beynəlxalq təcrübənin son nailiyyətlərinə əsaslanan müasir milli təhsil sistemi yaradılır. Hər bir müəllim təhsi...
ANL
Pedaqoji ünsiyyəti ilə fərqlənən müəllim. Salyan rayonunun Borankənd kəndində Alimə müəllim daha çox bu keyfiyyəti - şagirdlərlə yüksək ünsiyyət qurmaq qabiliyyəti ilə tanınır. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1981-ci ildə oranı bitirib. Müəll...
ANL
"Almaniyada oxuyan azərbaycanlı. tələbələrə köməyimi əsirgəmirəm". Almaniyada yaşayan həmyerlimiz Pərviz Əmiraslanov rubrikamızın qonağıdır. Ölkəmizin, o cümlədən Təhsil Nazirliyinin sıx əməkdaşlıq etdiyi Alman Akademik Mübadilə Xidməti (DAAD) bir çox həmvətənimizin karyerasında mühüm rol oynayıb. Müsahibimiz Pərviz Əm...
ANL
İstedadlı şair, filoloq alim. Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi bu ilin avqustunda tamam olur. Az...
ANL
Məktəblinin ilk fərdi sərgisi. Bakıdakı "Evrika" liseyinin təşəbbüsü ilə "Natəvan" qalereyasında VII sinif şagirdi Ləman Əfəndiyevanın ilk fərdi sərgisi keçirilib. Paytaxt məktəblisinin "Lyamans World" adı altında təşkil olunan sərgisində 100-dən artıq rəsm əsəri nümayiş olunub. İstedadlı yeniyetmə rəssamın müraciət et...
ANL
Novator müəllim və alim. Adətən valideynlər uşaqları üçün məktəb müəyyən edərkən, ilk növbədə, müəllimlərin elmi-metodiki hazırlığı ilə maraqlanırlar. Çünki müəllim, sözün əsl mənasında, şagirdin beynini işıqlandırmalıdır. Müəllim şagirdə biliyin verilməsinin ən səmərəli yolunu öyrətməlidir. Müəllim şagird üçün ikinci ...
ANL
Uşaqlar böyüyəndə hansı. sahələrdə çalışmaq istəyir? Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bakıdakı. 240 nömrəli körpələr evi-uşaq bağçasından reportaj. "Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz". Jan Jak Russonun bu fikrini çox bəyənirəm. Uşaqlar Tanrının biz...
ANL
quruculuq və inkişaf yolu. İyirmi dörd ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. İstər millətin tale məsələsi olan dövlət müstəqilliyinin əldə edilməsi, istərsə də onun qorunub saxlanılması otuz ildən artıq bir müddət ərzində Azərbaycanın məsuli...
ANL
Azərbaycan Dövlət. "Mənim universitetim" layihəsinin budəfəki hədəfi. Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Ali Pedaqoji İnstitut adı ilə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1921-ci ildə imzaladığı "Azərbaycan Dövlət Pedaqoji İnstitutunun...
ANL
"Məqsədim təhsilimizin. inkişafına töhfə verməkdir". Böyük Britaniyanın Şeffild Universitetinin tələbəsi Leyla Cabbarzadə ilə söhbət. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı müddət ərzində bir sıra beynəlxalq layihələrdə (FIFA Women's World Cup, Eurovis...
ANL
istiqaməti üzrə görülən işlər. Sağlam təhsil texnologiyalarına verilən əsas tələblər layihənin elmi məsləhətçisi, Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, professor Vladimir Filippoviç Bazarnıy tərəfindən təqdim edilib. Bu müddət ərzində sağlam təhsil texnologiyalarının nəzərdə tutulduğu şəkildə tətbiqinə...
ANL
"Sağlam təhsil sinif"ləri şagirdlərdə bir. sıra problemlərin azalmasına zəmin yaradır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Təhsil Texnologiyaları Mərkəzi ilə birgə reallaşdırdığı "Sağlam təhsil - sağlam millət" layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin ekspertlər qrupu təhsilalanların fiziki v...
ANL
Şərəfli, ləyaqətli alim ömrü. Əslində alimliklə bərabər həm də müəllim ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur. Çətin və keşməkeşli, enişli, yoxuşlu həyat yolundan keçərək zirvələri fəth edən, ömrünün 75-ci baharına qədəm qoyan bu şəxs həm də gözəl insan, el ağsaqqalıdır. Haqqında söhbət açdığımız şəxs Bakı Dövlə...
ANL
Tarix dərslərində interaktiv. texnologiyaların tətbiqi. Müəllimlərin hazırladığı rəqəmsal interaktiv. tədris resurslarının (RİTR) təhlili. Ötən məqaləmizdə müasir dərsin və interaktiv resursların vacib mərhələləri. olan motivasiya və tədqiqat sualının qoyulması məsələləri şərh olunmuşdu. Bu yazımızda isə interaktiv tap...
ANL
Ədəbiyyatın aktual məsələlərinə. həsr olunmuş dərs vəsaiti. İstedadlı filoloq alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Pərixanım Soltanqızının bu günlərdə yeni kitabı çapdan çıxıb. "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis şəkildə çapdan buraxılmış kitab "Klassik və müasir ədəbiyyatın a...
ANL
Çiçəkləmək istəyən arzuların. Çağdaş Azərbaycan mətbuatında özünəməxsus yeri və rolu olan "Tumurcuq" qəzeti 20 yaşını qeyd etməyə hazırlaşır. Azərbaycan uşaq mətbuatının yaşı bir əsrdən çoxdur. Həmin məcmuələr görkəmli Azərbaycan ziyalılarının qayğısı sayəsində yaşamış, uşaq ədəbiyyatının balacalara çatdırılmasında böy...
ANL
Balaca Həsənbala doğulduğu ailədə anasının əməksevərliyinə və hədsiz qayğıkeşliyinə elə isinmişdi ki, adi iş üçün həyətə düşəndə, mətbəxə gedəndə onun əlindən yapışıb ardınca yollanardı. Anaların və uşaqların naləsi, qışqırtısı, göz yaşları, qar və buz üstündə yalın ayaqlarının donması, erməni vəhşilikləri ilə körpələr...
ANL
Səni axtarmağı sevirəm. Necə sevirmişəm axtarım səni, Gözlərim dörd gəzsin səni hər yerdə. Başqası özünə dərd eləyərdi, Mənsə, vurulmuşam bu acı dərdə. Sevirəm arxanca düşdüyüm zaman, Keçdiyin yollarda qalan qoxunu. Sevirəm gecələr yatdığım zaman, Dəvətsiz gəldiyin şirin yuxunu. Səni axtarmağı sevirəm ancaq, Bəlkə də r...
ANL
Azərbaycan əsgərinə. Dan yeridi son damla qan, Doğulan danına söykən! Meydan Vətən meydanıdı, Dayan, meydanına söykən! Dəli nərən qırılmasın, Qızıl qanın qaralmasın. Vuran qolun yorulmasın, Oğuzun şanına söykən! Mərd oğullar candan keçib, Haqq deyib, divandan keçib. Ərlik sənə qandan keçib, Babanın qanına söykən! Dar g...
ANL
Müəllim ömrü. Ən parlaq ulduzdu, nur saçan aydı, Dalğalı dənizdi, ləpəli çaydı, Ömrü ömürlərə paylanan paydı, Safdı, müqəddəsdi müəllim ömrü! Həlimlik gözünün qarasındadı, Əzizlik qəlbinin parasındadı, Hər an şagirdlərin arasındadı, Kövrəlmiş bir səsdi müəllim ömrü! Günəş hərarətli, dağ vüqarlıdı, Saçları dalğındı, bəy...
ANL
Mənim ağrılarım. dünyanın heç bir dilinə tərcümə edilə bilməz. Bizi cərgə ilə düzdülər. Sonra güllələdilər. Bir-birinə top atırdı uşaqlar. Susdular qaçdılar. Sonra biz qaçdıq. Saçımız ilişdi barmaqlıqlarda, Saçımızı qoyub qaçdıq. Mənim sükutum. dünyanın heç bir dilinə tərcümə edilə bilməz. Bizi cərgə ilə düzdülər. Sonr...
ANL
MEDAL QAZANMIŞ İDMANÇILARIMIZ. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə təhsil alıb. Karate ilə məşğul olmağa yeddi yaşında başlayıb. Uşaqlıqda dəcəl olduğu üçün valideynləri karate ilə məşğul olmağına qərar veriblər. "Qəbələ" idman klubunun yetirməsidir. İndiyədək iştirak etdiyi bütün yarışlarda I yer qazanıb. Azər...
ANL
Məktəb dərsliklərinin ekspertizası. keyfiyyətli təlimin mühüm şərti kimi. Böyütmək üçün seçinMüasir dərslik təhsil standartlarında nəzərdə tutulmuş bilik və bacarıqların reallaşmasını təmin edən ən mühüm informasiya qaynağı olub təlim prosesinin təşkilində başlıca vasitə rolunu oynayır. O, konkret fənn üzrə sistemləşdi...
ANL
Təhsil Problemləri İnstitutunda. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının seminarı keçirildi. "Zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı u...
ANL
Milli Qurtuluş Gününə həsr olunmuş. "Heydər Əliyev və milli dövlət quruculuğu". mövzusunda tədbir keçirilib. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə "Heydər Əliyev və milli dövlət quruculuğu" mövzusunda tədbir keçirildi. Tədbirdə institutun p...
ANL
"İlk Avropa oyunlarının. açılışını İtaliyada izlədim". İtaliyanın La Sapienza Universitetinin tələbəsi Fərid Abbasov ilə söhbət. İlk təhsilini Şəmkirdə alıb. VI sinfin sonunda imtahan verərək Gəncə Özəl Türk Liseyinə daxil olub. Liseydə beşillik təhsilini başa vuran Fərid 15 yaşında Qafqaz Universitetinin beynəlxalq iq...
ANL
Asiya universitetlərinin. yeni reytinq cədvəli açıqlanıb. Böyük Britaniyanın təhsil xidmətləri sahəsində nüfuzlu şirkəti olan The Times Higher Education dərgisi iyunun 11-də 2015-ci il üzrə Asiyanın 100 ən yaxşı ali məktəblərinin reytinq cədvəlini təqdim edib. Asiyanın ən yaxşı ali məktəblərinin reytinq sıralamasına Ya...
ANL
Paytaxtdakı 158 nömrəli tam orta məktəbində dörd il təhsil aldıqdan sonra Bakı Xoreoqrafiya Məktəbinə qəbul olub. 2013-cü ildə məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub və hazırda həmin ali təhsil ocağında oxuyur. Çinarə ilə söhbətimiz qısa olsa da çox m...
ANL
Ən yaxşı müəllimin dərs nümunəsi. AZƏRBAYCAN DİLİ FƏNNİ. Müasir dərsə verilən tələblərə görə şagirdlər dərs prosesində fəal, yaradıcı olmalı, başqa dərslər zamanı aldıqları bilik və bacarıqlarını inteqrasiya yolu ilə bir-biri ilə əlaqələndirməyi bacarmalı, təhlillər etməli, tədqiqat aparmalı, nəticə çıxarmağı bacarmalı...
ANL
Riyaziyyat fənnindən fəal dərs. Mövzu: Kəsrlər və hissələr. Təlim məqsədləri: 1.Ədədin hissəsini tapır. 2.Ədədin hissəsini sadə kəsrlər vasitəsilə yazır. 3.Ədədin hissəsini sxemlər vasitəsilə izah edir, göstərir. Qiymətləndirmə standartları: 1. Hissələri tanıyır. Hissələri sadə kəsrlər vasitəsilə ifadə edir. Sxemlər əs...
ANL
Düzgün kitab seçimi. mütaliədə əsas şərtdir. Şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması və oxuya motivasiyanın yüksəldilməsində kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Bu gün uşağın nə oxuması ilə maraqlanmaq valideyn, müəllim və kitabxanaçılar üçün çox vacibdir. Valideyn, müəllim və kitabxanaçılar uşaqları ...
ANL
Məqsədim Vətənə layiq. övlad yetişdirməkdir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli təhsil siyasəti ölkəmizdə bu gün uğurla davam etdirilir. Xeyli müddətdir ki, ölkəmizdə təhsil sahəsində islahatlar aparılır. Məqsəd təhsildə keyfiyyətin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək, tən...
ANL
Ötən günlərin söhbətidir. Qax Rayon İcra Hakimiyyəti başçısının şəhər nümayəndəsi, gənc olmasına baxmayaraq şəhərin abadlaşmasında, problemlərinin həllində məqsədyönlü işlər aparan Elbrus Tağıyevlə küçədə görüşdük. Söhbətimiz əsnasında E.Tağıyev küçənin qarşı səkisi ilə gedən qadını görcək: - Məni bağışlayın, indi qayı...
ANL
Kukla Teatrının uşaqlara yay sürprizləri. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının. baş rejissoru Qurban Məsimovla söhbət. Kuklalar, onların arxasında gizlənən böyük adamlar, müxtəlif heyvanların dilindən deyilən sözlər, uşaqlara, hətta böyüklərə verilən maraqlı mesajlar. Bütün bunlarla tanış olmaq istəyənl...
ANL
Uğurlarına sevinən gənc istedad. Pərviz Fərhadov 1989-cu ildə Füzuli rayonunun Bala-Bəhmənli kəndində anadan olub. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMK-nın dəstəyi ilə 2009-cu ilin dekabrında keçirilən "Gəncləşən muğam" layihəsində iştirak edib. 2011-ci ildə Azərbaycan Mil...
ANL
Ümumdünya Əqli Mülkiyyət. Təşkilatının mükafatçısı. Bakı Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Məktəbli uşaqların mükafatlandırılması proqramı çərçivəsində mükafata layiq görülüb. 2013-cü ildə "Microsoft Azerbaij...
ANL
Beynəlxalq uşaq "Eko rəsm gündəliyi. 2013-cü il noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə olaraq məktəblilər arasında "Eko rəsm gündəliyi 2013" beynəlxalq müsabiqəsinin təqdimat mərasimi keçirilib. Məqsəd gənc nəslin nümayəndələri arasında ekoloji mədəniyyətin təbliği, fauna və floraya qayğının aşıla...
ANL
Gənc ifaçı beynəlxalq müsabiqənin. qızıl medalına layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Musiqi Kolleci mədəniyyətimizə neçə-neçə görkəmli simalar, böyük sənətkarlar bəxş edib. Çoxlu gənc istedad musiqi sənətinin və elminin sirlərinə bu təhsil ocağında yiyələnib. Kollecdə oxuyan tələbələrin bö...
ANL
BMA-nın məktəb-studiyasının şagirdi. Barselonadan qələbə ilə qayıdıb. Bu festival-müsabiqədə ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisaslaşdırılmış musiqi məktəb-studiyasının VI sinif şagirdi Emil Hüseynov layiqincə təmsil edib. İştirakçılar arasında Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan...
ANL
Beynəlxalq musiqi müsabiqəsinin. qalibi olan gənc istedad. Son illər musiqi və incəsənət məktəblərində təhsil alan bir çox istedadlı yeniyetmələr beynəlxalq müsabiqə və festivallarda iştirak edərək uğurlar qazanırlar. Onlardan biri də T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə 5-ci...
ANL
Müsabiqə və festivallar qalibi. Musiqi sədaları altında böyüyən qızcığaz fortepianoda ilk dərslərini 5 yaşından almağa başlayıb. Hazırda məktəbin VIII sinfində təhsil alır. Bu illər ərzində müxtəlif müsabiqə və festivallara qatılaraq uğurlu çıxışlar nümayiş etdirib. Çünki məhz həmin ildə o ilk uğuruna imza ataraq Gənc ...
ANL
2008-ci ildən Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində skripka ixtisası üzrə Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyevanın sinfində təhsil alır. Hazırda paytaxtdakı 279 nömrəli tam orta məktəbin şagirdidir. Bu illər ərzində konsertlərdə, tədbirlərdə, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, festi...
ANL
Amerika Musiqili və Dramatik. Akademiyasının ilk azərbaycanlı tələbəsi. Beynəlxalq müsabiqələr laureatı olan 18 yaşlı Emin Eminzadə bir il ABŞ Dövlət Departamentinin və Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı "Marshall High School"da musiqi təhsili alıb. Amerikada təhsil aldığı bir il müddətində o, sənədlərini...
ANL
"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Bakı Slavyan Universitetidir. 1946-cı ildə SSRİ Xalq Komissarları Sovetinin sərəncamı və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında ikiillik M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılıb. 1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu ru...
ANL
MEDAL QAZANMIŞ İDMANÇILARIMIZ. İdman gimnastikası ilə məşğul olur. Oleq 2012-ci il Yay Olimpiya Oyunlarında Ukraynanın milli komandasında iştirak edib. İlk beynəlxalq uğurlarını 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanan Oleq bu yarışlarda gimnastika atı və paralel qollarda hərək...
ANL
Bu, indiyədək qalib gəldiyim. 3-cü erməni güləşçi idi. Təhsil Nazirliyinin tabeliyində olan Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Avropa Oyunlarının bürünc medalçısı Hacı Əliyevlə söhbət. Böyüklərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü, 3 dəfə ölkə çempionu, dünya və Avropa çempionatlarının ...
ANL
SABAH qruplarında təhsil alan. tələbələr bir ili başa vurdu. Bu müddət ərzində onları qane edən və etməyən. məsələləri tələbələrin öz dilindən eşidək. "Savadlı", "bacarıqlı", "hazırlıqlı" sözləri bütünləşdi və Azərbaycan təhsilində seçilmiş tələbələrin SABAH-nı yaratdı. Pilot layihə olaraq start verilən SABAH fərqliliy...
ANL
Asiyanın ən yaxşı universitetlərinin. növbəti reytinq sıralaması (QS) açıqlanıb. Qəzetimizin ötən nömrəsində Böyük Britaniyanın "Times Higher Education Rankings" jurnalı tərəfindən Asiyanın 100 ən yaxşı universitetinin reytinq sıralaması təqdim olunub. İyunun 16-da isə Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixt...
ANL
"Oksford Universitetinin şərqşünaslıq. fakültəsinin ilk azərbaycanlı tələbəsi". Böyük Britaniyanın Oksford Universitetinin doktorantı Leyla Nəcəfzadə ilə söhbət. 2004-cü ildə Ali Diplomatiya Kollecini beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra Böyük Britaniyanın Birmingem Univers...
ANL
İmtahanın xofu və demokratiyası. Bu gün ali və orta ixtisas təhsili müəssisələrində pedaqoji prosesi səmərəli etməyin mühüm amillərindən biri də təhsilalanların ideya-siyasi, əxlaqi-mənəvi hazırlıq səviyyəsini, intellektual bacarıq və vərdişlərini, peşə-ixtisas səriştəliliyini yüksəltmək üçün onlara fundamental nəzəri-...
ANL
Təhsil Şurası yeni metodik. Heç kimə sirr deyil ki, təhsil sahəsində aparılan islahatların gözlənilən səmərəni verməsi, bütövlükdə təhsilin keyfiyyəti ilk növbədə müəllimdən asılıdır. Müəllimin fəaliyyətinin səmərəliliyini təmin edən amillər içərisində isə onun peşəkarlığı, xüsusən də metodik hazırlığı mühüm yer tutur....
ANL
Həyat bilgisinin tədrisində inteqrasiya. III sinifdə 9 fənn tədris olunur ki, onlardan da biri həyat bilgisidir. Bilirik ki, başqa fənlərdən fərqli olaraq, həyat bilgisi konkret bir elmin əsasını öyrətmir. Fənnin tədrisində şagirdlərdə mənəviyyat, sağlamlıq, təhlükəsizlik, fövqəladə hallarda mühafizə, vətəndaşlıq, ekol...
ANL
Riyaziyyatdan nümunəvi dərs. Riyaziyyat fənni. Mövzu: "İkirəqəmli ədədi ikirəqəmli ədədə vurma". Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini nümayiş etdirir. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı əlaqədən istifadə edir. Dərsin məqsədi: 1) ikirəqəmli ədədlər üz...
ANL
Sumqayıt Dövlət Universiteti. "Mənim universitetim" layihəsinin budəfəki hədəfi Sumqayıt Dövlət Universitetidir. Sumqayıt Dövlət Universiteti SSRİ Nazirlər Sovetinin qərarına əsasən 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılıb. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azər...
ANL
Bayramınız mübarək, əziz qadınlar! Müəllimlərimizin bayram arzuları. Gülnarə İSMAYILOVA, Bakı şəhər Heydər Əliyev adına liseyin. direktor müavini, "Tərəqqi" medallı. Bütün dünyada qeyd edilən bu gün, xanımların ən sevimli və sevincli günlərindən biridir. Ümummilli lider Heydər Əliyev 8 mart - Beynəlxalq Qadınlar bayram...
ANL
Cəbhədə erməni helikopterini vuran İlkin Muradovun yaşadığı evdən reportaj. Yəqin ki, ötən ilin sonlarında, bütün Azərbaycana, hətta dünyaya yayılan bu nidanı hər birimiz yaxşı xatırlayırıq. Torpaqlarımızın üzərində havalanan düşmən helikopterini bir mərmi ilə külə çevirən Milli Ordumuzun əsgəri İlkin Muradov uzun müdd...
ANL
700 bal toplayan tələbələr imtahan sessiyasını. hansı nəticələrlə başa vurublar? Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplayanlar daim qəzetimizin diqqət mərkəzindədir. İlk dəfə 2007-ci ildən başlayaraq bu uğuru əld...
ANL
Dünyasını vaxtsız dəyişmiş Sumqayıt Dövlət Universitetinin. prorektoru İbrahim Ömərovun əziz xatirəsinə. Haqqında danışmaq nə qədər rahat olsa da, onu xatirələr işığında yada salmaq mənim üçün bir o qədər ağırdır. Qəfil açılan güllə kimi amansız ölüm onu gülə-gülə aramızdan vaxtsız apardı. Qapılarımızın Novruz müjdəsil...
ANL
Dərsliklər dövrün. tələblərinə cavab verməlidir. Azərbaycan təhsili yeniləşmə mərhələsini yaşamaqdadır. İlk növbədə, ümumtəhsil məktəbblərində daha qabarıq şəkildə hiss edilən və onun keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş bu yeniləşmə təhsilin məzmununda, təlim prosesinin təşkili və idarə olunmasında ...
ANL
Lütfi Zadənin yüksək qiymət. verdiyi Azərbaycan alimi. "Mənim Dr.Şahnaz Şahbazova ilə tanışlığım 15 il bundan öncəki zamana təsadüf edir... Dr.Şahbazova bacarıqlı tədqiqatçı və istedadlı araşdırıcıdır. ...Dr. Şahnaz Şahbazovanın Berklidə olan müddətdə və Azərbaycanda fəaliyyəti zamanı qüsursuz işi, ədalətli proqram rəh...
ANL
Məktəblilər arasında daha. bir müsabiqə başa çatıb. Artıq üçüncü ildir ki, məktəblilər arasında Google SketchUp qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq üzrə müsabiqə keçirilir. 2011-ci ildə 7-ci sinif "İnformatika" dərsliyinə daxil edilən Google SketchUp proqramı şagirdlərin çox böyük həvəslə işlədikləri...
ANL
Müasir cəmiyyətdə siyasi fəallıq əsas faktordur. Cəmiyyətin müxtəlif sosiomədəni tipləri özünəməxsus dəyərlərə malikdir. Cəmiyyətdə sosial-siyasi fəallığı universal xarakterli qarşılıqlı fəaliyyət prosesləri ilə yanaşı öyrənmək lazımdır. İnkişaf, hərəkət və dəyişiklik yalnız predmet və hadisələrin qarşılıqlı təsiri zam...
ANL
Söz azadlığı vətəndaş cəmiyyətinin əsasını təşkil edir. Hüquq və azadlıqlar içərisində vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək hüququ əsas yer tutur. Bu gün vətəndaşların siyasi proseslərdə fəal iştirakını siyasi hüquq və azadlıqlar təmin edir. Bütün bunlar vətəndaş cəmiyyəti və hüquqi dövlə...
ANL
Bu misra Azərbaycanın çox sevilən xanəndələrindən biri, görkəmli muğam bilicisi və ifaçısı, xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenli Əlibaba Məmmədovun özünün bəstələdiyi və uzun illər sevə-sevə oxuduğu bir mahnıdandır. Yaşayıb və ecazkar sənəti ilə çoxsaylı pərəstişkarlarını, musiqisevərləri də mənən, ruhən yaşadı...
ANL
Muğam müsabiqəsi qaliblərinin. mükafatlandırılması və yekun konserti. Böyütmək üçün seçin Martın 5-də Azərbaycan Milli Konservatoriyasında IV Respublika Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Konservatoriyasının rektoru Si...
ANL
Bakı Dövlət Universiteti. "Mənim universitetim" layihəsinin budəfəki hədəfi Bakı Dövlət Universitetidir. Bakı Dövlət Universitetini 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti təsis edib və ölkəmizin ilk ali təhsil ocağıdır. 1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azər...
ANL
Şirməmməd Hüseynovun Bəxtiyar. Vahabzadə ilə bağlı xatirələri. Bu dəfə rubrikamızda Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ömrünün gizli səhifələrindən söz açılacaq. Yaxın dostu, Bakı Dövlət Universitetinin professoru, "Şərəf" ordenli Şirməmməd Hüseynov böyük şairin keşməkeşli həyatı ilə bağlı maraqlı xatirələrini ...
ANL
83 yaşlı professorun Novruz xatirələri. Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfovla söhbət. Artıq üç çərşənbəni geridə qoymuşuq. Novruz ərəfəsindəyik. Xalqımızın uzun illərdən süzülüb gələn yüksək ənənələrini, milli-mənəvi dəyərlərini özündə əks etdirən bu müqəddəs bayramı qarşılamağa hazırlaşırıq. Əlbəttə,...
ANL
Dünya universitetlərinin. yeni reytinq cədvəli açıqlanıb. nüfuza malik universitetinin növbəti reytinq cədvəlini. Ali məktəblərin. akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından. hesab olunan Times Higher Education-nun növbəti. araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi. əhatə edib. Reytinq Tho...
ANL
Taleyinə acı qismət. Respublika xüsusi internat məktəbindən reportaj. Əl hərəkətləri, mimika və jestlərlə ünsiyyət. Bu dəfə taleyinə lal və karlıq yazılmış uşaqlardan, onların təhsilindən söhbət açılacaq. Doğrusu, bu insanların yaşam tərzi, təhsili, ünsiyyət dili məni daim böyük bir maraqla cəlb edib. Amma hər dəfə bu ...
ANL