text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
millət" layihəsinin məqsədi. Ekoloji problemlərlə üz-üzə qaldığımız zamanda bizi daha çox bir məsələ düşündürür: Necə edək ki, ömür payımızı sağlam yaşayaq. Övladlarımız sağlam və gümrah olsun. Uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi amansız xəstəliklərdən necə qoruyaq? Qısa bir araşdırma apardıqdan sonra bizə mə...
ANL
Böyük şairimiz Səməd Vurğunun incə rübabından süzülmüş bu misra ilin ən gözəl fəsli olan bahar haqqında çoxumuzun fikir, hiss və duyğularımızı sərrast ifadə edir. Onun hər gəlişini hamımız sevinclə, toy-bayramla qarşılayırıq. Görünür, elə Novruzu da baharın müjdəsi olduğu üçün çox sevirik. Baharın, Novruzun gəlişini öm...
ANL
regional məktəb çempionatının keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan R...
ANL
keçirilməsi haqqında" Azərbaycan Respublikası. Prezidentinin Sərəncamının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli, 1132 nömrəli Sərəncamının icrasını təmin etmək məqs...
ANL
On səkkiz günün gəlininin acı taleyi. Azərbaycan Dövlət Neft Akademiyasında terror zamanı həyatını itirən Şəfa Məmmədovanın anası Xuraman xanımla söhbət. Həmin terror hadisəsindən 6 il ötür, hər il o qurbanlar anılır, anaların, doğmaların qaysaq bağlayan yarası qanayır, göz yaşları sel olur. Yenə o ildönümlərindən biri...
ANL
Coğrafiyadan fəal dərs nümunəsi. COĞRAFİYA FƏNNİ. Külək anlayışını və yaranma səbəblərini şərh edir. Küləyin növlərini müəyyənləşdirir. Küləyin səciyyəvi xüsusiyyətlərini açıqlayır, "külək gülü"nü tərtib edir.Böyütmək üçün seçin. Küləyin əhəmiyyətini müəyyənləşdirir. İnteqrasiya: Həyat bilgisi, ədəbiyyat. Təlim forması...
ANL
Ötən müddət ərzində məktəbin müəllim kollektivi işlərini daim günün tələbləri səviyyəsində qurmağa çalışmış, şagirdlərin ibtidai musiqi təhsilinə yiyələnməsində fəallıq göstərmişdir. Fəaliyyəti dövründə onlarla yetirməsi təhsil aldıqları məktəbdə müəllim kimi çalışaraq gənc nəslin musiqi tərbiyəsində fəallıq göstərir. ...
ANL
Ən yaxşı müəllimin dərs nümunəsi. COĞRAFİYA FƏNNİ. Coğrafi obyektləri sadalayır və xəritə üzərində göstərir. Dənizlərin, körfəzlərin, yarımadaların hansı okean hövzəsinə aid olduğunu müəyyən edir. Xəritədə dənizləri müəyyən edir. Kontur xəritədə coğrafi obyektləri qeyd edir. Böyütmək üçün seçin. İnteqrasiya: ədəbiyyat,...
ANL
AzScienceNet-in imkanları. və inkişaf perspektivləri. AzScienceNet elm-kompüter şəbəkəsi (EKŞ) AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2...
ANL
Sağlam təhsillə bağlı layihənin. fəaliyyəti müsbət qiymətləndirildi. Azərbaycan Tibb Universitetinin mütəxəssisləri "Sağlam təhsil sinifləri"ndə monitorinq keçiriblər. Tibbi monitorinqin birinci yarımilliyinin nəticələri "Sağlam təhsil sinifləri"ndə oxuyan şagirdlərin intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf ...
ANL
Azərbaycan Memarlıq və. İnşaat Universiteti. "Mənim universitetim" layihəsinin budəfəki hədəfi. Azərbaycan Memarlıq və İnşaat Universitetidir. 1920-ci ilin may ayında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamına əsasən Bakıda Politexnik İnstitutunun açılması ilə bağlı komissiya təşkil olunur. Komissiyanın fəaliyy...
ANL
"Azərbaycan təhsilində baş verən keyfiyyət. dəyişikliklərini diqqətlə izləyirik". Harvard Universitetində təhsil alan ən gənc azərbaycanlı tələbə Əlikram İsayevlə söhbət. Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi". 2007-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olunub. 2009-cu ilin iyun-avqust a...
ANL
Kurikulum üzrə dərs nümunəsi. Kurikulum üzrə təlim əzbərçiliyə deyil, həyati bacarıqlara, başlıca nəticəyə aparan yoldur. Bu yolda müəllim və şagirdlərin fəaliyyət mexanizmi dəyişir. Müəllim şagirdləri müstəqil, yaradıcı fəaliyyətə istiqamətləndirməklə onun öz fəaliyyətinin nəticələrini qiymətləndirməyi bacaran şəxsiyy...
ANL
Əsl müəllim necə olmalıdır? Avstraliyada müəllimlərin peşə standartı. Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi". "Uçitelskaya qazeta"dan. Böyütmək üçün seçinSon illər dünyanın bir çox ölkələri müəllimin peşə standartlarını qəbul ediblər. Bu cür standartlar İngiltərədə, Avstraliyada, eləcə də ABŞ və Kanadanın ayrı-ayrı şta...
ANL
"Ümumtəhsil kurikulumunun əsasları" fənni. ali təhsilin məzmununda uğurlu yenilikdir. Hər bir ölkənin təhsil sisteminin durumu həmin ölkənin dayanıqlı və ardıcıl inkişafını təmin edən başlıca amillərdən biridir. Təhsilin keyfiyyəti və onun hamı üçün əlçatan olması bütün dünya ölkələrinin təhsil siyasətinin əsas priorit...
ANL
Respublika fənn olimpiadalarının qalibləri. Ötən həftə təhsil ictimaiyyəti üçün daha bir sevincli hadisə ilə yaddaqalan oldu. Aprelin 18-dən start götürən respublika fənn olimpiadalarının final mərhələsi aprelin 20-də qaliblərin mükafatlandırılması ilə yekunlaşdı. Təhsil Nazirliyinin verdiyi məlumata əsasən, əvvəlki il...
ANL
Son illər ölkəmizdə təhsil sahəsində, xüsusən də ümumi təhsilin məzmununda aparılan islahatlar 12 illik ümumi təhsilə keçidi aktuallaşdırıb. Nəticədə bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üz...
ANL
Təhsil Nazirliyi cavab verir. Hüquqi məsələlər. Hörmətli oxucular! Bu sayımızdan qəzetimizdə "Hüquqi məsələlər" rubrikası fəaliyyətə başlayır. Bu rubrika altında vətəndaşların təhsil hüquqları ilə bağlı Təhsil Nazirliyinə ünvanladıqları və nazirliyin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi tərəfindən ümumiləşdiri...
ANL
"Ədəbiyyat biliciləri". müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü...
ANL
"Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə. xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin. müəyyənləşdirilməsi Qaydası"nın təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Üm...
ANL
"Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta. təhsil səviyyələrinin eksternat təhsilalma formasında. vaxtından əvvəl bitirilməsi Qaydaları"nın təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.0.39-cu bəndinə uyğun olaraq, ...
ANL
Tələbələr arasında informatika üzrə ümumrespublika. olimpiadasının final mərhələsi. Mayın 2-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika olimpiadasının final mərhələsi ke...
ANL
Təhsilimizin bu gününə. müəllim baxışı. Hər bir millətin dirçəlişi və onun digər millətlər içərisində özünütəsdiqi təhsilinin inkişafından asılıdır. Son illər cəmiyyət həyatının müxtəlif sahələrində çox ölkələr üçün əlçatmaz sayılan uğurlara imza atmışıq. Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar da nət...
ANL
Təhsilin keyfiyyətinə informasiya- kommunikasiya texnologiyalarının təsiri. Bu gün dünya iqtisadiyyatı biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexaniz...
ANL
Ümumi təhsil müəssisələrinə və. peşə liseylərinə müəllimlərin. işə qəbulunun tənzimlənməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsini və işə qəbulunu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə təşkil etmək məqsədilə "Azərbaycan Re...
ANL
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan. ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın. müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu. Azərbaycan Respublikası Təhsil Nazirliyinin. təsdiq edilmişdir. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə ...
ANL
Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına. Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzi. rəsmən Oksford Universitetinin saytında yer alıb. Mayın 5-də M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslı...
ANL
“Ədəbiyyat biliciləri” müsabiqəsinin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin. Müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə, bir qayda olaraq, dərs ilinin noyabr ayında başlayıb aprel ayında yekunlaşdırılır. Mərhələlər hə...
ANL
Ümumi təhsil müəssisələrində ümumi orta təhsil. üzrə xüsusi nümunəli şəhadətnamə almağa. namizəd şagirdlərin müəyyənləşdirilməsi. Azərbaycan Respublikası təhsil nazirinin. əmri ilə təsdiq edilmişdir. tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında. dövlət sənədlərinin nümunələri v...
ANL
Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və. tam orta təhsil səviyyələrinin eksternat təhsilalma. formasında vaxtından əvvəl bitirilməsi. Azərbaycan Respublikası təhsil nazirinin. əmri ilə təsdiq edilmişdir. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci. ibtidai, ümumi orta və tam orta təhsil ...
ANL
“Ədəbiyyat biliciləri” müsabiqəsinin. ölkə mərhələsini keçirən. Təşkilat Komitəsinin tərkibi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin. Təşkilat Komitəsinin sədri. Ceyhun Bayramov – Azərbaycan Respublikası təhsil nazirinin müavini. Təşkilat Komitəsi sədrinin müavini. Rəşad Məcidov – Azərbaycan Yazıçılar Birliyinin G...
ANL
Şuşada ermənilərin törətdikləri. vəhşiliklərin canlı şahidiyəm. Qarabağ adlı Vətənimizin bir guşəsində Şuşa adlı bir şəhər yaşayır. Bu möhtəşəm Qala şəhərinin bünövrəsini böyük zəka və qüdrət sahibi olan Pənahəli xan Cavanşir öz əlləri ilə qoymuş, onun oğlu İbrahim xan və nəvəsi Mehdiqulu xan tərəfindən şəhər səviyyəsi...
ANL
Azərbaycan Dövlət Neft Akademiyası. "Mənim universitetim" layihəsinin budəfəki hədəfi. Azərbaycan Dövlət Neft Akademiyasıdır (ADNA). 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılıb. 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradıl...
ANL
İnformasiya Texnologiyaları İnstitutunda konfrans. Mayın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktik konfrans keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya T...
ANL
Təhsil işçilərindən Avropa Oyunlarına dəstək. Dövlətimiz tərəfindən yüksək səviyyədə hazırlıq işləri görülən bu mötəbər yarış ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu möhtəşəm idman yarışının yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəmir. Təhsi...
ANL
Oyunlarında təmsil edəcək. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən. I Avropa Oyunlarında iştirak edəcək idmançılar. Orta təhsillidir. Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbində məşqçi-müəllim Ziyad Xəlfəyevin rəhbərliyi altında atletikanın hün...
ANL
Xəlil Rza Ulutürklə bağlı xatirələr. Bu dəfə "Ömrün gizli səhifələri"ndə həyatını bir amala, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, övladını vətən yolunda qurban vermiş istiqlal şairimiz Xəlil Rza Ulutürkdən danışacaq, ömür kitabını həyat yoldaşı Firəngiz Ulutürklə birlikdə vərəqləyəcəyik...
ANL
"Bu layihə Azərbaycan. təhsilinin böyük uğurudur". Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, professor Vladimir Bazarnıyın qəzetimizə müsahibəsi. Məlum olduğu kimi, Təhsil Nazirliyi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"...
ANL
Şagirdlərimiz beynəlxalq. olimpiadada 2 qızıl medal qazanıb. Azərbaycanı müxtəlif beynəlxalq bilik yarışlarında təmsil edən məktəblilərimizin hər dəfə medallarla Vətənə dönmələri sevindirici haldır. Bakıdakı "İstək" liseyinin şagirdləri növbəti dəfə təhsil ictimaiyyətimizi sevindirib. Liseyin VIII sinif şagirdləri Alsu...
ANL
Beynəlxalq olimpiadaların. bürünc medalçıları. Mayın 3-dən 8-dək Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən məktəblilərin 32-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasından da şagirdlərimiz medallarla qayıdıblar. Bakı "İstək" liseyinin X sinif şagirdi Məhəmməd Şirinov, Quba məktəbliləri - XI sinif şagirdi İsmət Ağ...
ANL
"Hər bir azərbaycanlı tələbə. öz ölkəsinin gənc səfiridir". Böyük Britaniyanın Kembric Universitetinin tələbəsi Şahin Abbasovla söhbət. Elə həmin ildə ali məktəblərə qəbul imtahanında III qrup üzrə keçirilmiş test imtahanlarında 670 bal toplayıb. Təhsilini Böyük Britaniyada davam etdirmək arzusu ilə Kembric şəhərinin B...
ANL
Ən yaxşı müəllimin tarix dərsi. AZƏRBAYCAN TARİXİ FƏNNİ. Mövzu: Slavyanların Azərbaycana hərbi yürüşləri. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir. Dövrə aid xəritə və xəritə-sxemlərdəki müxtəlif tarixi hadisə, proses və təzahürlərə dair məlumatları izah edir. Azərbaycanda dövlətçilik ...
ANL
İbtidai siniflərdə nümunəvi riyaziyyat dərsi. Mövzu: Kütlənin ölçülməsi. Kəmiyyətin vahidləri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir. Ölçmənin dəqiqliyini aparmaq üçün daha kiçik vahidlərdən istifadə edir. Kəmiyyətlər arasında əlaqəni daha asanlıqla başa düşdüyünü ifadə edir. - kütlə ölçü vahidlərinin qarş...
ANL
İki dəfə müsabiqə qalibi olmuş məktəb. Prezident İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiqi haqqında Sərəncamı ölkəmizdə təhsilə yüksək səviyyədə qayğı göstərildiyini bir daha sübut edir. ...
ANL
Valideyn, müəllim və. abituriyentlərin nəzərinə! Qəbul imtahanları ərəfəsində nələri bilmək lazımdır? Ali məktəblərə qəbul imtahanlarına qısa bir vaxt qalır. Abituriyentlər bir neçə gündən sonra qəbul imtahanlarına girərək nəticələr qazanacaq və bundan sonrakı həyatlarının istiqamətlərini az-çox müəyyən etmiş olacaqlar...
ANL
larının nəticələri barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2014-2015-ci tədris ili üzrə keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının başa çatdığını nəzərə alaraq, nəticələrin elan edilməsi və qaliblərinin mükafatlandırılması məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasna...
ANL
Təhsil nazirinin başçılıq etdiyi nümayəndə. heyəti Dünya Təhsil Forumunda iştirak edib. İnçon şəhərində Dünya Təhsil Forumu keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak etmək məqsədilə Koreya Respublikasının İnçon şəhərinə səfər ...
ANL
Moskva Dövlət Tibb Universiteti. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb. Bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti dünyanın ali tibb təhsili verən ən...
ANL
Jurnalist olmaq istəyirsinizsə... Mübarizləri olan Vətən basılmaz! Tanınmış pedaqoqlar, psixoloqlar, fizioloqlar sübut etmişlər ki, şəxsiyyətin formalaşmasında düzgün peşəseçimi həlledici rol oynayır. Peşəyönü bəşəri mədəniyyətin mühüm elementlərindən birinin ümumiləşmiş anlayışı olaraq insanların ictimai fəaliyyətinin...
ANL
Səid Rüstəmovla bağlı xatirələr. Bu dəfə "Ömrün gizli səhifələri"ndə tanınmış bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti Səid Rüstəmovun həyat və yaradıcılıq səhifələri vərəqlənəcək. Əvvəlkilərdən fərqli olaraq bu sayımızda qəhrəmanımız barədə həm qızı, həm də tələbəsi danışacaq. Səid Rüstəmovun qızı Rəna Rü...
ANL
mükafat yerlərinə layiq görülmüş şagirdlərin siyahısı. Sıra №- si Soyadı Adı Atasının adı Ümumi təhsil müəssisəsinin adı. Balakən rayonu, Nizami adına şəhər. 4 Muradov Fərid Cavanşir Avropa-Azərbaycan məktəbi Tarix I. 6 Hacıyev Elvin Rizvan Yevlax şəhəri, Nəsimi adına. 7 Əliyev Cavad Əbdülhəsən TDV Bakı Türk Liseyi Coğ...
ANL
Şərəfli pedaqoq ömrü. Müəllim adı ali, müqəddəs bir müraciət forması olmaqla yanaşı, həm də şübhəsiz, daşıyıcısının üzərinə böyük məsuliyyət qoyur. Müəllimlik peşəsinə gəlincə isə bu təkcə elm öyrədən, gəncləri, insanları elmin sirlərindən hali edən demək deyil. Müəllim öz şəxsi nümunəsi ilə hamıya həyat dərsi keçir, a...
ANL
Ümumrespublika Proqramlaşdırma. Mayın 16-da "Bakı" nəşriyyatının dəstəyi ilə keçirilən ALPlogo ümumrespublika proqramlaşdırma olimpiadasının finalı olub. Qeyd edək ki, ALPLogo Azərbaycan dilində yaradılmış ilk proqramlaşdırma mühitidir. Təxminən yarım əsrdir ki, bütün dünyada kiçikyaşlı məktəblilər proqramlaşdırmanı, ə...
ANL
Ötən müddət ərzində məktəbin müəllim kollektivi işlərini daim günün tələbləri səviyyəsində qurmağa çalışmış, şagirdlərin ibtidai musiqi təhsilinə yiyələnməsində fəallıq göstərmişdir. Fəaliyyəti dövründə onlarla yetirməsi təhsil aldıqları məktəbdə müəllim kimi çalışaraq gənc nəslin musiqi tərbiyəsində fəallıq göstərir. ...
ANL
Ən yaxşı müəllimin dərs nümunəsi. COĞRAFİYA FƏNNİ. Coğrafi obyektləri sadalayır və xəritə üzərində göstərir. Dənizlərin, körfəzlərin, yarımadaların hansı okean hövzəsinə aid olduğunu müəyyən edir. Xəritədə dənizləri müəyyən edir. Kontur xəritədə coğrafi obyektləri qeyd edir. Böyütmək üçün seçin. İnteqrasiya: ədəbiyyat,...
ANL
Azərbaycan Memarlıq və. İnşaat Universiteti. "Mənim universitetim" layihəsinin budəfəki hədəfi. Azərbaycan Memarlıq və İnşaat Universitetidir. 1920-ci ilin may ayında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamına əsasən Bakıda Politexnik İnstitutunun açılması ilə bağlı komissiya təşkil olunur. Komissiyanın fəaliyy...
ANL
"Azərbaycan təhsilində baş verən keyfiyyət. dəyişikliklərini diqqətlə izləyirik". Harvard Universitetində təhsil alan ən gənc azərbaycanlı tələbə Əlikram İsayevlə söhbət. Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi". 2007-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olunub. 2009-cu ilin iyun-avqust a...
ANL
Kurikulum üzrə dərs nümunəsi. Kurikulum üzrə təlim əzbərçiliyə deyil, həyati bacarıqlara, başlıca nəticəyə aparan yoldur. Bu yolda müəllim və şagirdlərin fəaliyyət mexanizmi dəyişir. Müəllim şagirdləri müstəqil, yaradıcı fəaliyyətə istiqamətləndirməklə onun öz fəaliyyətinin nəticələrini qiymətləndirməyi bacaran şəxsiyy...
ANL
"Ümumtəhsil kurikulumunun əsasları" fənni. ali təhsilin məzmununda uğurlu yenilikdir. Hər bir ölkənin təhsil sisteminin durumu həmin ölkənin dayanıqlı və ardıcıl inkişafını təmin edən başlıca amillərdən biridir. Təhsilin keyfiyyəti və onun hamı üçün əlçatan olması bütün dünya ölkələrinin təhsil siyasətinin əsas priorit...
ANL
“Sabahın alimləri” V Respublika. Müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdır...
ANL
işgüzar səfərdə olub. Mikayıl Cabbarov Rusiya Federasiyası təhsil və elm naziri Dmitri Livanovla görüşüb. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Moskvada işgüzar səfərdə olub. Səfərin ilk günü Mikayıl Cabbarov Rusiya Federasiyası təhsil və elm naziri Dmitri Livanovla görüşüb. Görüşdə Elm və Təhsil sa...
ANL
Təhsil naziri Mikayıl Cabbarovun. Fransaya işgüzar səfəri. Azərbaycanın təhsil naziri fransalı həmkarı ilə görüşüb. UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov fransalı həmkarı Najat Vallo-Belkasem ilə görüşüb. Nazirlər Azərbaycan-Fransa münasibətlə...
ANL
70 il xalqımızın və elmimizin xidmətində. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin Akademiyanın 70 illik yubileyi münasibətilə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsi. “XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi tutumlu texnologiyalara malik ölkələr öz xalqları üçün xoşbəxt və ...
ANL
“Məktəbi müəllimin iş. yerinə çevirmək lazımdır”. Qəzetimizin bu sayından etibarən “Müzakirə” rubrikası fəaliyyətə başlayır. Təhsil sistemimizdə mövcud olan problemləri, bu sahədə ictimaiyyəti maraqlandıran ayrı-ayrı məqamları tanınmış alimlər, mütəxəssislər və ekspertlərlə birgə müzakirə edib bu rubrika altında oxucul...
ANL
İndiyədək 57 abituriyent bu yüksək nəticəni əldə edib. “Azərbaycan müəllimi” olaraq, biz də təhsilimizin ildən-ilə yüksələn bu addımlarını böyük uğur hesab edirik və bu məsələnin təbliği ilə bağlı qəzetimizdə mütəmadi olaraq yazılar veririk. Ancaq məsələnin digər tərəfi isə 700 bal toplayanların həyatlarının sonrakı mə...
ANL
Təhsil Nazirliyi cavab verir. Hüquqi məsələlər. Sual: Ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün hansı əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyən edilir? Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bit...
ANL
“Müəllimlər də tələbələrin. təcrübələrindən yararlanmaq istəyir”. ABŞ-ın Yel Universitetinin tələbəsi Vüsal Kərimovla söhbət. 2005-ci ildə Türkiyənin Ankara Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2007-2011-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, o cü...
ANL
Rusiyanın ən yaxşı müəllimi. qəzetimizə müsahibə verdi. Sergey Koçerejko 1989-cu il oktyabrın 8-də Rusiya Federasiyasının Samara vilayətinin Tolyatti şəhərində anadan olub. Ali məktəbdən fərqlənmə diplomu ilə məzun olub. 2011-ci ildən Samara Dövlət İqtisadiyyat Universitetinin iqtisadi tarix kafedrasının aspiranturasın...
ANL
Musiqi fənninin tədrisi zamanı. şagirdlərin milli-mənəvi tərbiyəsi. Müasir dövrdə şagirdlərin XXI əsrin tələb etdiyi kompetensiyalara malik olması tədris prosesinin maraqlı təşkilindən, şagirdlərin motivasiyasının, idrak fəallığının dərs boyu saxlanması və artırılmasından, istifadə olunacaq iş üsulları və formalarının ...
ANL
Coğrafiya dərslərində elektron. və interaktiv xəritələrdən istifadə. Coğrafiyanın tədrisində xəritələr mühüm bilik mənbəyi olan başlıca əyani vasitədir. Xəritə nəinki tədris məqsədi ilə, həm də ərazi ilə bağlı bir çox məsələlərin həllində istifadə olunur. Gəmilər və hava nəqliyyatı xəritələrə görə hazırlanmış xüsusi ma...
ANL
...Müharibənin ilk günləri idi. Orta məktəbi yenicə bitirmiş Azər anasına (uşaq ikən atasını itirmişdi) demədən könüllülərdən ibarət dəstəyə üzv yazıldı. Müharibəyə gedirəm! Qonşumuz Sabir kişinin oğlu Əsədin qisasını almağa! Tək oğlansan. Sənin müharibədə nə işin?! Görmürsən dünya qana çalxanır. Bəyəm Əsəd tək oğul dö...
ANL
Ürəyimin səcdəgahı. Dil açıb ruhumda ötən, Laylamsan, laylamsan mənim. Gözəllərin çiçək kimi, İgidlərin şimşək kimi. Vətən, sənə qurban olum- Sinəmdəsən ürək kimi. Dağların çiyin-çiyinə, Hər birisi ər oğuldu. Vurğunam gözəlliyinə, Çölün-düzün bir nağıldı. Qarabağ-başımın tacı, Naxçıvan-sönməyən nurum. Təbriz-dərdimin ə...
ANL
Sən hardan biləsən mənim halımı, Tufanlar kükrəyir, küləklər bilmir. Sən hardan biləsən qeyli-qalımı, Çiynimdə oturub mələklər bilmir. Seçənlər qaranı ağdan seçiblər, Səpilib cığıra yoldan keçiblər. Arzudan boylanıb arzu içiblər, Ürəkdən keçəni diləklər bilmir. Arxada dayanıb arxa durdular, Haramdan yapışıb hala qurdul...
ANL
Ümidlər xərclənib sonda qurtarsa, Ölümü ümidin sanasan gərək... Yenə gedirsən. Gedirsən ömürdən, elə bil qatar, Mənzili bilinməz, yolu bilinməz. Ayrılıq acını şirinə qatar, Sənli xatirənin tozu silinməz... Dumanamı döndü getdiyin yollar, Gözlərin gözümdə qeybə çəkildi. Sonuncu baxışın qəlbimi odlar, İzlərin yuxumda tən...
ANL
“Ülkərin könül dünyası”nın əlvan rəngləri. Noyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Ülkər Zeynalovanın “Ülkərin könül dünyası” adlı fərdi rəsm sərgisi açılıb. Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən və gənc fırça ustasının sayca ikinci olan sərgisində 2...
ANL
Gənc azərbaycanlı pianoçu. Avstriyada Qran-priyə layiq görülüb. Avstriyanın Salzburq şəhərində ikinci dəfə “Salzburq star” adlı beynəlxalq musiqi müsabiqə-festivalı keçirilib. Bu müsabiqədə ölkəmizi T.Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbinin VI sinif şagirdi, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin ...
ANL
Məktəbdə “Fövqəladə hallar. uşaqların gözü ilə” müsabiqəsi keçirilib. Əvvəlki illərdən fərqli olaraq Xətai rayonunda bu işlə bağlı 55 nömrəli tam orta məktəb pilot müəssisə seçildiyindən ayrı-ayrı məktəblərdən daxil olan əl işlərinə baxaraq məktəbin şagirdləri bu işdə daha məsuliyyətli olmağa çalışıb. Elə onun nəticəsi...
ANL
Mütaliə ibtidai sinifdən başlamalıdır. Şagirdlərdə oxu bacarığının inkişafı təcrübəsindən. Təhsil Nazirliyinin həyata keçirməyə başladığı yeni layihələr - “Mütaliə vərdişlərinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsi və “Ədəbiyyat biliciləri” müsabiqəsi bir müəllim kimi böyük sevincimə səbəb oldu. Son illərdə b...
ANL
Təhsil fəlsəfəsinin inkişaf. tendensiyalarının bəzi aspektləri. Dünyada gedən qlobal proseslər, müasir dövrdə cəmiyyətin inkişaf tendensiyaları təhsilin problemlərinə, o cümlədən onun məzmununa, idarə olunmasına və digər məsələlərinə yeni baxış tələb edir. Bu gün təhsil bütöv bir sistem kimi başa düşülməklə yanaşı, həm...
ANL
böyük məsuliyyət qoyub. Prezident təqaüdçüsü Nihad Abbasovla söhbət. 2015-ci ildə Qubadlı rayonunun Aşağı Mollulu kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Məktəbli olduğu illərdə müxtəlif fənn olimpiadalarında yüksək yerlər tutub. Eyni zamanda “İNEPO” beynəlxalq layihə olimpiadasının və “Sabahın alimləri” müsab...
ANL
Aqressiya və onu yaradan səbəblər. Müasir dövrdə biz uşaqlarda aqressiya hallarını tez-tez müşahidə edirik. Bu hal ilə uşaqların olduğu hər bir yerdə, demək olar ki, qarşılaşırıq. Amma orta təhsil məktəbləri aqressiv usaqların özlərini daha da qabarıq şəkildə göstərən yerlərdəndir. Bəs aqressiya və onu yaradan səbəblər...
ANL
Uşaq tərbiyəsində 7 məqam. Valideynlər uşağın şəxsiyyətinin formalaşdığı 3-4 yaşdan etibarən onun davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrətməyə başlamalıdırlar. Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə on...
ANL
Sol əllə yazmağa meyil. anadangəlmə haldır. Əziz valideynlər, gəlin, uşağımız niyə solaxaydır deyə narahatlıq keçirməyək. Sol əllə iş görməyə meyil anadangəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş-beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən...
ANL
Akademik Məmməd Arif Dadaşzadənin. yaradıcılığına dair kitab çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə. Məqalələr. Xatirələr. Məktublar” kitabı çap...
ANL
“Kitabi-Dədə Qorqud”un tədrisi. – müəllimlərin müzakirəsində. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dövlət rəhbərinin “Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyinin qeyd edilməsi barədə Sərəncamına uyğun olaraq, Bakıda və ölkənin müxtəlif bölgələrində sil...
ANL
Rusiyanın təhsil və elm naziri. Azərbaycanda səfərdədir. Noyabrın 20-də Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ruhuna hörmət və ehtiramını bildirib. Sonra Rusiya nümayəndə heyəti Şəhidlər xiyabanı...
ANL
Xaricdə təhsil adı ilə dələduzluq. Budəfəki mövzumuz Azərbaycan vətəndaşlarının qeyri-qanuni yollarla xaricdə təhsil almaları ilə bağlıdır. Hamımıza məlumdur ki, son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin universitetlərinə “əl...
ANL
İki yaşınadək uşaqların. İstanbul Universitetinin Cərrah Paşa tibb fakültəsinin məzunu, İstanbul Göztəpə Təhsil və Araşdırmalar xəstəxanasının uzman oftalmoloqu, Bakıdakı “Medera Hospital”ın həkimi Fariz Sadıqovla söhbət. Bəs görəsən bizi ətraf mühitlə bağlayan, bütövlükdə dünyanı görməyə imkan verən ən vacib orqanımız...
ANL
700 bal toplayan tələbə Kamran Abdulrəhimovla söhbət. Çoxlu sayda sertifikatlara və tərifnamələrə layiq görülüb. Hazırda Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alır. Onunla BDU-da həmsöhbət oldum. Səmimi və mehriban bir gəncdir. Verdiyim sualları cavablandıranda yüksək əxlaqi keyfiyyətlər nümayiş...
ANL
təlimli internat məktəbi. Məktəb əqli cəhətdən geri qalan oliqofren uşaqlar üçün yaradılmış 11 nömrəli yardımçı internat-məktəbi adı altında 1961-ci ilin sentyabr ayından fəaliyyətə başlamışdır. Uzun illər “Sağlamlıq imkanları məhdud” uşaqlar üçün həm təhsil ocağı, həm də yaşayış yeri olan internat məktəbində şagirdlər...
ANL
“Böyük Britaniyada müəllimlərin. imtahan seçimi sərbəstdir”. Kembric Universitetinin tələbəsi Murad İsmayılovla söhbət. 1998-2004-cü illərdə Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə əvvəlcə bakalavr və daha sonra magistr təhsili alıb. Hər iki təhsil pilləsini əla qiymətlərlə başa vurub. 2007-20...
ANL
Səmərəli planlaşdırma. təhsilin inkişafının əsasıdır. Pedaqoji mətbuatda məktəbin fəaliyyətinin planlaşdırılması, təlim metodları, metodik iş və təhsilin digər sahələrinin problemlərinə adətən müxtəlif mövqelərdən yanaşılır, bununla əlaqədar irəli sürülən təklif və tövsiyələr əsasən nəzəri xarakter daşıyır, təklifin hü...
ANL
“Kitab ixtiyar sahibidir, idarə. Kitablar qoynunda yaşadığımız bu kainatın sirlərini özündə əks etdirən, ətraf aləmdə baş verən proseslərdən xəbərdar sonsuz məlumat mənbəyi, bütün elmlərin açarını özündə gizləyən bir xəzinədir. Elə xəzinə ki, elmə, biliyə, mədəniyyətə, tərbiyəyə gedən yola sahiblik edir. Zamanın durmad...
ANL
Rusiyanın nüfuzlu ali məktəblərinin. rektorları qəzetimizə müsahibə verdilər. Xəbər verdiyimiz kimi, noyabrın 20-də Bakıda Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimi ke...
ANL
Mən direktor olsam... Məktəb direktoru təhsilin inkişafında aparıcı rol oynayan əsas simalardan biri, bəlkə də birincisidir. Tanınmış təhsil mütəxəssisləri də bizimlə söhbətlərində direktorun kim olmasının təhsilin inkişafında çox böyük əhəmiyyəti olduğunu dəfələrlə vurğulayıblar. Etiraf edək ki, Təhsil Nazirliyi də so...
ANL
yanına getməmişəm”. Əli Allahverdiyev 1998-ci ildə Naxçıvan MR Şərur rayonunun Zeyvə kəndində anadan olub. Riyaziyyat fənni üzrə respublika olimpiadasında gümüş, Nigeriyada keçirilən olimpiadada qızıl, Türkiyədə riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda isə 2 qızıl, 2 bürünc medal qazanıb. - Əli, riyaziyyat və fiz...
ANL
Şərəfli müəllim ömrü. Hər dəfə müəllimlərdən söhbət gedərkən yadımıza, ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür. O müəllimlərimiz ki, qayğılı bir təbəssümü ilə qəlbimizi işıqlandırmış, ürəklərə yol tapmışlar. O müəllimlərimiz ki, elmi, ustalığı, tələb və tapşırıqları ilə bizi zirvələrə yüksəltmişlər. Belə...
ANL
“Ölkəmizi tanıyaq” tur-aksiyası gənc nəslin. vətənpərvərlik tərbiyəsinə mühüm töhfədir. Bu gün müstəqil Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ...
ANL
Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühiti böyük rol oynamışdır. Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə 1982-ci ilin yanvar ayının 12-də Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan KP MK Bürosunun qərarını imzalamış və bu qərar əsas...
ANL
Dərs elə qurulmalıdır ki... Məşhur fransız yazıçısı Anatol Frans deyirdi: “Dərs elə qurulmalıdır ki, sinifdə başında fikir, əlində məşğuliyyət olmayan bir şagird olmasın”. Mən dərslərimi məhz bu prinsiplə qurmağa çalışıram. Müasir dövrdə yeni texnologiyalar şagirdlərin maraq dairəsinin çox hissəsini təşkil edir. Buna g...
ANL