text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Müraciətlərdən 5-i sorğu xarakterlidir. Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 28, Gəncə şəhər ümumtəhsil məktəblərindən 5, Abşeron rayonundan 6, Yardımlı rayonundan 3 müraciət daxil olub. Müraciətlərdən 6-sı ali təhsil müəssisələr... | ANL |
Heydər Əliyev və Azərbaycan dili. Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kim... | ANL |
Təhsil Nazirliyində görüş. İyunun 5-də təhsil naziri Misir Mərdanov Fransanın Pyer və Mari Küri Paris VI Sarbon Universitetinin vitse-prezidenti, Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat, qeyd olunan universitetin beynəlxalq əlaqələr üzrə direktoru Sabine Lopez və Fransanın ölkəmizdəki səfirliyinin ... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün informatika fənn kurikulumu (V-XI siniflər). Təhsil pillələri üzrə təlim nəticələri. Əsas təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri. İnformasiya və informasiya prosesləri. Şagird: * informasiyanın xassələri haqqında biliklərini nümayiş etdirir;. * infor... | ANL |
Təhsil Nazirliyində görüş. İyunun 12-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki ilə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Yaponiyaya etdiyi səfər, təhsil sahəsində səmərəli əməkdaşlığın yara... | ANL |
Kurikuluma dair kurslardan keçən tələbələrə sertifikatlar verilib. Tədris prosesini yüksək peşəkarlıqla təşkil etmək üçün 9000 ibtidai sinif müəllimi Milli Kurikulum üzrə keçirilən xüsusi kurslara cəlb olunmuşdur. Lakin onlar kurslarda iştirak etmək üçün işdən ayrılırlar. Bu işin təşkili üçün çoxlu ezamiyyə xərcləri sə... | ANL |
Dövlət Proqramının birinci ili başa çatdı. İyunun 12-də "Gülüstan" sarayında ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın illik iş fəaliyyətinə həsr olunmuş... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, ötən məqalədə özəl ali təhsil müəssisələrinin yaranması mərhələləri, bu sahədə çətinliklər, onların aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar, o cümlədən 1999-20... | ANL |
Ucar rayonunda 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Artıq ikinci ildir ki, rayonun məktəbəqədər yaşlı uşaqları may və iyun aylarındakı bayramları rayon miqyasında keçirdikləri böyük tədbirlərlə qeyd edirlər. Həmin münasibətlə bu günlərdə keçirilən konsertdə 2009-2010-cu dərs ilində məktəb təliminə hazı... | ANL |
Naxçıvanda ilk kulinariya sərgisi. Naxçıvan Dövlət Universitetində təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə I kurs magistrantı Səyyarə Sadıxovanın kulinariya incəsənəti sərgisi təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə açan NDU-nun magistratura bölməsinin dekanı, tarix elmləri namizədi Elbrus İsayev m... | ANL |
Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının dislokasiyasına daxil olan Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad rayon və Şirvan şəhər təhsil şöbələri metodmərkəzlərinin müdirləri, metodistləri, fəal dayaq məntəqələrinin rəhbərləri, habelə qabaqcıl müəllimlərin iştirakı ilə Salyanda "Azərbaycan təhsil sistem... | ANL |
İkinci sırada qalmış birinci dərəcəli məsələ. yaxud məktəbdə keçirilən tərbiyəvi tədbirlər şagirdə nə verir. Şəxsiyyətin formalaşmasında tərbiyə təhsil-təlimdən heç də az rol oynamır. İstər klassik pedaqogikada, istərsə də müasir pedaqoji nəzəriyyələrdə və məktəb təcrübəsində şəxsiyyətin yetişməsində tərbiyənin aparıcı... | ANL |
Şagirdlər müxtəlif peşələrə yiyələnirlər. Bakıdakı 10 nömrəli Bakı qız peşə məktəbində görülən işlər, həyata keçirilən tədbirlər sayəsində əldə edilən nəticələr fərəh hissi doğurur. Bu, ilk növbədə, şagirdləri yaxşı oxumağa və fənn müəllimlərini, istehsalat təlimi ustalarını daha yaxşı işləməyə ruhlandırır. Peşə məktəb... | ANL |
Azərbaycan dilini öyrənənlər üçün dərs vəsaiti. Son zamanlar Azərbaycanda yüksək templə inkişaf, Avropaya inteqrasiya ölkəmizin mədəniyyətinə, tarixinə, iqtisadiyyatına, dilinə olan marağı xeyli artırmışdır. Ölkəmizlə, buradakı insanlarla təmasda olmaq, ünsiyyətə girmək, hər hansı bir işbirliyi qurmaq istəyən xarici öl... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədən başlayaraq ölkəmizdə təhsilin digər pillələri üzrə mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri barədə fikirlərimi sizə çatdırmağa çalışacağam. İlk növbədə, hər bir ölkənin so... | ANL |
"Ümumdünya Rəqəmli Kitabxana" layihəsinin Azərbaycan məktəblilərinə töhfəsi. Azərbaycan məktəbliləri dünya mədəniyyətini birbaşa öyrənmək üçün çox gözəl imkan əldə etmişlər. Bu, YUNESKO-nun "ümumdünya Rəqəmli Kitabxana" layihəsi sayəsində mümkün olmuşdur. "ümumdünya Rəqəmli Kitabxana" layihəsi (WDL) dünyanın ən böyük k... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fiziki tərbiyə fənn kurikulumu (V-XI siniflər). Təhsil pillələri üzrə təlim nəticələri. Əsas təhsil pilləsi üzrə təlim nəticələri. İnformasiya təminatı və nəzəri biliklər. Şagird: * hərəkətlərin və sağlamlaşdırıcı vasitələrin orqanizmə təsirini əsaslandırır;. * müxt... | ANL |
Peşə təhsilinin inkişafına həsr olunmuş seminar. İyunun 25-də Bakıdakı "Kraun" otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində "Azərbaycanda turizm sektorunda kadrları təkmilləşdirmək ü... | ANL |
Peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş imtahanların nəticələrinə dair iclas keçirilib. Bu günlərdə ölkəmizdə fəaliyyət göstərən peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə dair iclas keçirilib. İclasda təhsil nazirinin müavini İsgəndər İsgəndərov ümumt... | ANL |
İnformatika müəllimləri üçün treninq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informatika müəllimləri üçün treninq keçirir. Budəfəki kurslarda Qax rayonunun ümumtəhsil məktəblərinin informatika fənnini tədris edən müəllimləri iştirak edəcəklər. Nazirliyin təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi və AMEA-nın İnfor... | ANL |
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi keçirilir. Təhsil Nazirliyinin dəstəyi ilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda növbəti "İnnovativ müəllimlər" müsabiqəsini elan etmişdir. Dünya İnnovativ Müəllimlər Forumunun Azərbaycan mərhələsi olan bu müsabiqə ölkəmizdə Təhsil Nazirliyinin "Microsoft" korporasiyas... | ANL |
Çalışıram ki, uşaqların informatika fənninə olan münasibətini dəyişim. İnformatika fənninin Milli Kurikulumda özünəməxsus yeri var. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi, bütün fəaliyyət növlərinin mobilləşdiyi bir vaxtda informatika fənninin tədrisi mühüm əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentim... | ANL |
İsmayıllı şəhər 1 nömrəli orta məktəbi Türkiyədə Azərbaycanı təmsil edib. Şəhər 1 nömrəli orta məktəbin müəllimləri Ü.Tahirova, Ş.Nəcəfova, İ.Heydərova və başqalarının şagirdlərlə birgə hazırladıqları layihələr artıq beynəlxalq aləmdə tanınaraq Azərbaycan təhsilinin nailiyyətlərini dünyaya yayır. Məktəbimizin biologiya... | ANL |
İki ölkənin təhsil sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirilib. İyunun 19-da təhsil naziri Misir Mərdanov Ankara Universitetinin rektoru Cemal Taluğun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycana ilk dəfə gələn qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə e... | ANL |
Təhsil Nazirliyində mətbuat konfransı. Orta məktəb kursu üzrə buraxılış imtahanlarının nəticələri ötən ildəkindən yüksəkdir. İyunun 22-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə dair mətbuat konfransı keçirildi. Konfransı açaraq KİV nümayəndələrini salamlayan təhsil naziri Misir... | ANL |
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə ... | ANL |
Hamıya nur paylayan insanla yarım saatlıq söhbət. Hamımızın, istisnasız olaraq, sevdiyimiz qadınların bayramı. Əslində hər gün onlar üçün bayram olmalıdır. Lakin bəşəriyyətin zərif cinsi saydığımız, ana, bacı, ömür-gün yoldaşı kimi sevdiyimiz, pərəstiş etdiyimiz qadınları, ayaqları altında olan cənnəti qazanmaq üçün öz... | ANL |
Pedaqoji universitetdə Elmi Şuranın iclası keçirildi. Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov zala toplaşanları salamlayaraq bu iclasın bir qədər qeyri-adi - daha geniş tərkibdə keçirild... | ANL |
Birinci Respublika Muğam müsabiqəsi başladı. Martın 5-də Azərbaycan Dövlət Kukla Teatrında I Respublika Muğam müsabiqəsinin 1-ci turu keçirildi. Tədbirdə ölkənin nüfuzlu muğam ustalarından ibarət münsiflər heyəti və qonaqlar iştirak edirdi. Muğam müsabiqəsinin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov ... | ANL |
İnnovativ müəllimlər" müsabiqəsi başa çatdı. "Mikrosoft Azərbaycan" şirkətinin Təhsil Nazirliyinin dəstəyi ilə bu ilin əvvəlindən keçirdiyi "İnnovativ müəllimlər" müsabiqəsi başa çatıb. Bu münasibətlə fevralın 28-də paytaxtın "Park İnn" otelində yekun mərasimi keçirildi. Mərasimdə təhsil naziri cənab Misir Mərdanov, mü... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əm... | ANL |
Fənn olimpiadalarının Respublika turunun keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Fənn olimpiadalarının Respublika turunun mütəşəkkil keçirilməsi məqsədilə. Olimpiadaların Respublika turunun iştirakçıları 18 aprel 2009-cu il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər: - A... | ANL |
Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr edilmiş məktəblilərin şahmat üzrə Respublika çempionatının keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasında uşaq və gənclər arasında şahmatın daha da inkişaf etdirilməsi, onlar arasında dostluq və idman əlaqələrinin möhkəmləndirilməs... | ANL |
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həv... | ANL |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrinin direktorlarına. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yar... | ANL |
Heydər Əliyev Fondu son iki ildə. Fond yarandığı gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan edib. Xalqımızın böyük oğlu, həyat amalı varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olan və bu istiqamətdə uzun illər titanik fəaliyyət... | ANL |
Təhsil Nazirliyində müşavirə. Fevralın 28-də Təhsil Nazirliyində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonlarının ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə keçiriləcək yoxlama imtahanı ilə bağlı müşavirə oldu. İclasda nazir müavinləri, nazirliyin mərkəzi aparatının və struktur bölmələrinin rəhbərləri, y... | ANL |
Təlim keyfiyyətinin təmin olunmasında əyanilik mühüm şərtdir. "Kosmos əsri", "Kompüter əsri", "İntellekt əsri", "Təhsil əsri" kimi ifadələrlə səciyyələndirilən əsrimizin, əslində ən başlıca səciyyəvi cəhəti problemlərin, ayrı-ayrı ölkələrdə mövcud olan çətinliklərin qloballıq kəsb etməsidir. Belə məsələlərdən biri bu g... | ANL |
Təhsil işçiləri referendumu dəstəkləyirlər. 1993-cü il milli qurtuluşumuzun əsasının qoyulmasından başlayan demokratik dövlət quruculuğu yolunda atılan ən mühüm addımlardan biri də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə ilk Konstitusiyamızın qəbul olunması oldu. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ... | ANL |
Gəncə təhsili inkişaf yollarında. Son günlər ulu Nizami yurdu - Gəncəyə qədəm basan hər bir kəs bu qədim şəhərdə aparılan quruculuq-abadlıq işləri ilə yanaşı, təhsilin də sürətli inkişafından heyrətlənməyə bilmir - "Cəmiyyət genişdir, maarif isə onu işıqlandıran Günəşdir", - deyən ulu öndər Heydər Əliyevin təhsilimizə ... | ANL |
Təhsil Nazirliyində görüş. Martın 7-də təhsil naziri Misir Mərdanov Avropa İttifaqının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğunun TEMPUS üzrə nümayəndəsi xanım Helen Skikos və Azərbaycanda Milli TEMPUS ofisinin rəhbəri Pərviz Bağırovla görüşüb. Qonaqları səmimi salamlayan Misir Mərdanov son illər ölkəmizdə ali təhsi... | ANL |
Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı. Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı keçirildi. Konfransın təntənəli açılış mərasiminin iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mə... | ANL |
Sumqayıtda dərslik müəllifləri ilə görüş keçirildi. Martın 14-də Sumqayıt Şəhər Təhsil Şöbəsində respublikanın ümumtəhsil məktəbləri üçün Milli Kurikulum əsasında hazırlanmış I sinif dərslik komplektlərinin tətbiqi ilə əlaqədar ibtidai sinif müəllimləri ilə dərslik müəlliflərinin görüşü keçirildi. Tədbiri giriş sözü il... | ANL |
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həv... | ANL |
Milli Qəhrəmanın ad günü qeyd edildi. Bahar bayramı ərəfəsində Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun adını daşıyan Bakıdakı 39 nömrəli orta məktəbdə xüsusi bir canlanma var idi. O gün təhsil ocağının pedaqoji kollektivi və şagirdləri Milli Qəhrəmanın ad gününü qeyd etdilər. Məktəbin direktoru Qaçay Tamoyev A... | ANL |
Amerikalı musiqiçi ilə görüş. Martın 19-da Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecində Amerika Birləşmiş Ştatlarının musiqiçisi Cefri Verbakın kollecin tələbələri ilə görüşü keçirilmişdir. Konsertdən öncə qonaq Musiqi Kollecinin otaqlarını gəzdi, korifey sənətkarların şəkilləri ilə tanış oldu, təl... | ANL |
Əzəli və bəşəri bayram. Azərbaycan xalqı, ümumilikdə türk xalqları üçün bu bayram xəlqi-milli Yeni il olub, yazın bayram edildiyi sistemli ictimai-iqtisadi hadisələr toplusu kimi cəmiyyət miqyasında qeyd edilib. 12 min ildən artıq yaşı olduğu təsdiqlənən Novruz tarixən əkinçilik bayramı, əkin-səpin, əmək bayramı kimi y... | ANL |
Məktəblərdə bayram tədbirləri. Martın 14-də Bakıdakı 54 nömrəli orta ümumtəhsil məktəbində xalqımızın müqəddəs bayramlarından biri olan Novruz bayramına həsr olunan "Bahar gəlir yurdumuza" adlı tədbir keçirildi. Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən məktəbin direktoru Sahibə Abbasova Novruz bayramının ... | ANL |
Novruz bayramınız mübarək! Hörmətli təhsil işçiləri! Sizi, Sizin şəxsinizdə bütün xalqımızı əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə böyük uğurlar arzulayıram. Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehr... | ANL |
Təhsil Nazirliyinin kollegiyasında. Sumqayıt Şəhər Təhsil Şöbəsinin təcrübəsi müzakirə olundu. Xəbər verdiyimiz kimi, martın 11-də Sumqayıt şəhərində Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilmişdir. Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin bəzi şöbə və struktur-bölmə rəhbərlərinin, rayon (şəhər) təhsil şöbəl... | ANL |
Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin, Nazirlər Kabinetini... | ANL |
O, zəhmətkeş alim, qayğıkeş ana idi. Susuz həyat olmadığı kimi, elmsiz yaşayış qeyri-mümkündür. Allahın sevərək işığına yönəltdiyi insanlar elmə yiyələnməklə vətəninə, xalqına və bütün dünyaya misilsiz xeyir verirlər. Həmin insanlar dünyalarını dəyişib əbədiyyətə qovuşandan sonra həyatda qoyduqları xeyirxah və ləyaqətl... | ANL |
Yaşlıların təhsilinə dair konfrans. Aprelin 30-da Azərbaycan Müəllimlər İnstitutunda "Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər" mövzusunda respublika elmi konfransı keçirildi. Plenar iclası Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq müasir şəraitdə təhsilin mühü... | ANL |
Təhsil naziri Rusiya Federasiyasının səfirini qəbul edib. Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib. Azərbaycanla Rusiya Federasiyası arasında təhsil sahəsində mövcud olan əlaqələrdən, səmərəli ə... | ANL |
Gəncə Dövlət Universitetinin 70 illik yubileyinə həsr olunmuş tədbir. Aprelin 27-də Gəncə Şəhər İcra Hakimiyyətinin akt zalında Gəncə Dövlət Universitetinin 70-illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.Tədbir iştirakçıları əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında ucaldılmış ulu öndər Heydər Əl... | ANL |
Aprelin 25-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirildi. Müsabiqənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mis... | ANL |
"Milli dövlətçiliyimizin qurucusu, memarı" mövzusunda "açıq dərs". Aprelin 22-də Yasamal Rayon İcra Hakimiyyətinin Heydər Əliyev məktəb-muzeyində Bakıdakı 158 nömrəli orta məktəbin X sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev milli dövlətçiliyimizin qurucusu, memarıdır" mövzusunda "açıq dərs" keçildi. Ulu öndər He... | ANL |
Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada səfərdə olub. Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərlik etdiyi bir qrup təhsil işçisindən ibarət nümayəndə heyəti aprelin 19-dan 24-dək İordaniya Haşimilər Krallığında səfərdə olub. Səfərdə məqsəd İordaniyanın təhsil sis... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). XX əsrin ortalarından etibarən aparıcı dünya dövlətlərinin ən mühüm prioritetləri sırasında təhsilin inkişafına əsaslanan "bilik iqtisadiyyatı"nın formalaşdırılması, insan kapitalının yaradılması və beləliklə, davaml... | ANL |
Təhsil Nazirliyində görüş. Aprelin 28-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yannyan ilə görüşüb. Azərbaycanda təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi yönündə görülən kompleks işlərdən, həyata keçirilən islahatlarda... | ANL |
Təhsil Nazirliyinin rəhbər işçiləri və ali məktəb rektorları Heydər Əliyev Fondunda olublar. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri, paytaxtda yerləşən ali məktəblərin rektorları ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildön... | ANL |
Təhsil naziri Yevlax və Zaqatala rayonlarında olub. Mayın 5-də Yevlax rayonunun Mərkəzi Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev- müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda elmi-praktik konfrans və Heydər Əliyev adına sarayda təhsil iş... | ANL |
İngilis dili təlim kursunu bitirən müəllimlərə sertifikatlar təqdim olundu. Mayın 1-də Bakıdakı 23 nömrəli orta məktəbdə "British Council" beynəlxalq təşkilatı tərəfindən 7 pilot məktəbinin 55 ingilis dili müəllimi üçün keçirilən birhəftəlik təlim kursunun başa çatması ilə əlaqədar təqdimat mərasimi keçirildi.Tədbiri g... | ANL |
"Azərbaycan - dünyam mənim" müsabiqəsinə yekun vuruldu. Mayın 7-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Azərbaycan - dünyam mənim" yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Bakı Şəhəri üzrə Təhs... | ANL |
"Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı. Mayın 4-də Təhsil Nazirliyində məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazir... | ANL |
“Heydər Əliyev və təhsilin inkişafı” mövzusunda elmi-praktik konfrans. Mayın 7-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Heydər Əliyev və təhsilin inkişafı" mövzusunda elmi-praktik konfrans keçirildi. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə BPKİYİ-nin rektoru, prof... | ANL |
Heydər Əliyevin tövsiyələri həyat devizimizdir. Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın... Əgər biz bu yolla gediriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik. Heydər ... | ANL |
Şəmkirdə rayon icra hakimiyyətinin təhsilə qayğısını bu cür dəyərləndirirlər. Redaksiyamız yerlərdən irəli sürülən təklif və təşəbbüslərə sayğı ilə yanaşaraq təhsil islahatı çərçivəsində bölgələrimizdə görülən işləri, atılan inkişafyönümlü addımları işıqlandırmaq, rayon icra hakimiyyətlərinin təhsilə qayğısı sahəsində ... | ANL |
Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını 17 ildir ki, "dumanlar" alıb. 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunan Şuşanın hər qarış torpağı tarixi hadisələrin, memarlıq abidələrinin, görkəmli şəxsiyyətlərin, istedadlı insanların məskəni idi. Dəniz səviyyəsindən 14... | ANL |
"Enerji və ətraf mühit" beynəlxalq müsabiqəsində fərqlənənlərə mükafatlar təqdim olundu. Mayın 5-də "Kaspian plaza" otelinin konfrans zalında Norveç təbiəti mühafizə cəmiyyətinin "Enerji və resurslardan səmərəli istifadə" məktəbli proqramının təşkilatçılığı, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyil... | ANL |
Respublika İncəsənət Gimnaziyasında elmi-praktik konfrans. Mayın 4-də Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının akt zalında Dövlət Proqramı çərçivəsində "Xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması və inkişaf etdirilməsi üzrə" II elmi-p... | ANL |
Bakıdakı 189 nömrəli orta məktəbdə "Vətən dərsləri"nin keçilməsi ənənə halını alıb. Məktəbdə təşkil olunan sayca doqquzuncu növbəti tədbir "Mavi gözlü, al duvaqlı, yaşıl donlu" adlanırdı. "Vətən dərsləri" görkəmli yazıçı-dramaturq C.Cabbarlının 110 illiyinə həsr olunmuşdu. Mərasimi giriş sözü ilə açan məktəbin dil-ədəb... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Ötən hissədə dünya səviyyəli universitet yaratmağın üç yolundan birincisi - mövcud universitetlərin səviyyəsinin yüksəldilməsi və müasirləşdirilməsi barədə məlumat verməyə çalışmış, nümunə kimi uzun müddət kommunist ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Məlumdur ki, müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsil... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Xalqımızın böyük oğlu, müstəqil Azərbaycanın memarı, bütün həyatını vətəninin çiçəklənməsinə həsr etmiş ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibəti ilə təhsil ocaqlarında ümummilli liderin ... | ANL |
Məktəblilərin ulu öndərə sonsuz məhəbbətləri rəsm əsərlərində. Mayın 14-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında ulu öndərin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm əsərlərindən ibarət sərginin açılışı oldu. Sərg... | ANL |
Müsabiqənin qalibləri mükafatlandırıldı. 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzində DYP ilə birgə mayın 8-də keçirilən "Yol hərəkəti qaydaları və mən" adlı müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmişdi. 10 nominasiyada 100-ə yaxın şagirdin iştirak etdiyi rəsm müsabiqəsi... | ANL |
Təhsil naziri Yevlax və Zaqatala rayonlarında olub. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov 5-6 may 2009-cu il tarixində Yevlax və Zaqatala rayonlarında olub. Nazir hər iki rayonda yeni təhsil ocaqlarının açılış mərasimlərində, səfər proqramı çərçivəsində keçirilən bir sıra digər ... | ANL |
Ulu öndərə həsr olunan respublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Mayın 8-də "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyas... | ANL |
Zamanın dühası. Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev lektoriyasının növbəti, 123-cü məşğələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş respublika elmi konfransı şəklində keçirildi. "Heydər Əliyev siyasi kursu: böyük siyasət və dinamik inkişaf" mövzusun... | ANL |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iclas zalında 147 nömrəli texniki-humanitar liseyin 10 illiyi və görkəmli alim, akademik Azad Mirzəcanzadənin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilmişdir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, paytaxtın bir sır... | ANL |
Ölkəmizin 52 bölgəsində milli qiymətləndirmənin tədqiqat mərhələsi keçiriləcək. 12 may 2009-cu il tarixindən başlayaraq ölkəmizin 52 bölgəsində milli qiymətləndirmənin tədqiqat mərhələsi keçirilir. Şagirdlərin bilik və bacarıqları ana dili və riyaziyyat fənləri üzrə yoxlanılacaq. Milli qiymətləndirmədə yalnız şagirdin ... | ANL |
Respublika fənn olimpiadalarının qalibləri haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2009-cu il respublika fənn olimpiadalarının qalibləri aşağıdakı qaydada müəyyənləşdirilsin: AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ. Məhərrəmova Kövsər Vəli qızı - Şirvan şəhəri 21 nömrəli orta məktəbin IX sinif şagirdi.... | ANL |
"İnformatika-1" dərslik komplekti İKT müsabiqəsinin "Ən yaxşı kitab" nominasiyası üzrə qalibi oldu. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi müsabiqə başa çatmışdır. Yeni kurikulum əsasında "Bakı" nəşriyyatı tərəfindən hazırlan... | ANL |
Görkəmli alimin yubileyi qeyd edildi. Mayın 12-də Təhsil Nazirliyində respublikanın görkəmli alimi, tanınmış pedaqoq, əməkdar müəllim, "Şöhrət" ordenli, professor Yəhya Şəfi oğlu Kərimovun anadan olmasının 82 illiyi münasibətilə tədbir keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq respublikanın görkəmli pedaqo... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). "Rasionallaşdırma və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi" alt-komponenti çərçivəsində beynəlxalq və milli məsləhətçilər tərəfindən hər bir pilot rayon üzrə məktəb şəbəkələrinin rasionallaşdırılması... | ANL |
(Universitety of Chicago) ABŞ-ın Çikaqo şəhərində, İllinoys ştatında yerləşən elmi-tədqiqat axtarış mərkəzidir. Bu universitet ABŞ-da Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. Ali məktəb özünün fərqli tədris planı və 1930-cu ildə universiteti... | ANL |
Uşaq-gənclər idman məktəbləri arasında respublika futbol turnirinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, uşaq və yeniyetmələr arasında futbol idman növ... | ANL |
2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə. Qeyd edək ki, qəzetin növbəti saylarında digər yeddi fənn üzrə hazırlanmış qiymətləndirmə vasitələrini təhlil edən yazıların verilməsi də nəzərdə tutulur. Buraxılış imtahanları üçün qiymətləndirmə vasitələri, yəni ... | ANL |
Təhsil ocağının 15 illik yubileyi qeyd olundu. Noyabrın 3-də Azərbaycan Beynəlxalq Universitetində bu təhsil müəssisəsinin yaranmasının 15 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirildi. ABU-nun Moskva filialı ilə təşkil olunmuş tədbirdə, eyni zamanda Azərbaycan Respublikası 12 Noyabr Konstitusiya Günü "İns... | ANL |
Azərbaycan-Almaniya təhsil əlaqələri genişlənir. Baden-Vürttenberq Torpağına səfər: tədbirlər, perspektivlər. Almaniya ilə ali təhsil sahəsində əməkdaşlığın təməli hələ sovet dövründə Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı xəttilə qoyulmuşdur.... | ANL |
Malayziya universitetlərinin növbəti sərgisi keçirildi. Oktyabrın 31-də "Hyatt-Regency"otelində Bakı Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə Malayziya ali təhsil ocaqlarının növbəti sərgisi keçirildi. Sərgidə Təhsil Nazirliyinin və Malayziyanın 5 universitetinin nümayəndələri, ali məktəb müəllimləri, elm adamları,... | ANL |
"Qaynar xətt" xidmətinə sentyabr-oktyabr aylarında 62 müraciət daxil olub. Müraciətlərdən 3-ü sorğu xarakterli olmuşdur. "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 29, məktəb... | ANL |
"Mənəviyyat və narkomaniya" mövzusunda tədbir keçirilib. Oktyabrın 29-da Bakıdakı 29 nömrəli orta məktəbdə psixoloq müəllim Rəfiqə Səmədzadənin təşkilatçılığı ilə "Mənəviyyat və narkomaniya" mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Ələddin Əliyev bildirib ki, narkotiklərə nəzarət, narkomaniya ilə mübari... | ANL |
Şahmat ənənələrini layiqincə davam etdirən məktəb. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən idmanın bütün sahələrinə, o cümlədən şahmatın inkişafına göstərilən diqqət və qayğı bu intellektual oyunla məşğul olan uşaq, yeniyetmə və gənclərin kifayət qədər uğurlar qazanmasına imkan və şərait yaradır. İdmançılarımızın əl... | ANL |
Bölgələrdə peşə təhsilinə diqqət artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın təsdiq edilməsi haqqında 3 iyul 2007-ci il tarixli sərəncam imzalamışdır. Dövlət Proqramından irəli gələn vəzifələri... | ANL |
Donuz qripindən necə qorunmalı? Meksikada başlayan donuz qripi (A/H1N1) epidemiyası tez bir zamanda dünyanın başqa ölkələrinə də yayılmaqda davam edir. Rusiya və Türkiyə məktəblərində baş verənlərin analoji olaraq təkrarlanmasının qarşısını almaq üçün ölkəmizdə aidiyyəti orqanlar tərəfindən bununla bağlı müvafiq tədbir... | ANL |
"Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili tədbir keçirilib. Noyabrın 7-də Bakıdakı E.Tağızadə adına 164 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən "Kimlik" şagird studiyasının təşkil etdiyi "Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili məclisi keçirildi. Dövlət himni səsləndikdən sonra tədbiri açan 164 nömrə... | ANL |
Dünya universitetləri. Yerləşir: Böyük Britaniya, Mərkəzi London, Blumsberi rayonu. London Universitet Kolleci (University College London) Londonun mərkəzində Qover küçəsində yerləşir və hazırda London Universitetinin tərkibində fəaliyyət göstərir. Kollec Birləşmiş Krallığın ən aparıcı ali təhsil ocaqlarından biridir. ... | ANL |
Böyük elmə bəxş edilmiş ömür. Görkəmli elm xadimi, böyük filoloq alim Yusif Mir Əhməd oğlu Seyidov filologiya elmləri doktoru, professordur, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiridir. Dövlət mükafatı laureatı, əməkdar elm xadimidir, Prezident təqaüdçüsüdür. Görkəmli alim Azərbay... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.