text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Vətənpərvər gənclər yetişdirmək təhsilimizin ən önəmli vəzifələrindəndir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci il fevralın 1-də müstəqil Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun birilliyi ilə əlaqədar keçiriən mərasimdəki yekun nitqində demişdir ki, gələcəyimiz olan gənclər dövlətimizə, ... | ANL |
Bilik və mənəviyyat ocağı. Ölkəmizin ilk orta ixtisas məktəblərindən birinin, Azərbaycan üçün elm, sənət, mədəniyyət xadimlərinin, istedadlı pedaqoqlar nəslinin hazırlanmasında böyük rolu, özünəməxsus tarixi ənənələri olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 yaşı tamam olur. Bu zəka və ülviyyət məbədinin əsrə yaxı... | ANL |
Tələbələr qaçqın məktəblərində təcrübə keçiblər. Bakı Slavyan Universitetinin tələbələri öz ənənələrinə sadiq qalaraq bu il də Ağcabədi, Biləsuvar, Şəki rayonlarında, Mingəçevirdə yerləşən Laçın, Xocavənd, Cəbrayıl və Ağdam qaçqın məktəblərində pedaqoji təcrübə keçiblər. BSU-da növbəti illərdə pedaqoji təcrübənin coğra... | ANL |
Xarici dil fənn kurikulumu layihəsi müzakirə edildi. Noyabrın 9-da Azərbaycan Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində Xarici dil fənn (V-XI siniflər) kurikulumu layihəsinin (məzmun standartlarının) geniş müzakirəsi keçirildi. Tədbirdə Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər A... | ANL |
Kollegiya qərarının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyində 24 oktyabr 2009-cu il tarixdə keçirilmiş kollegiyada təhsil naziri Misir Mərdanovun "Pedaqoji kadrlarin ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model" mövzusund... | ANL |
"Narkomanlığın acı nəticələri" mövzusunda seminar-disput. Noyabrın 10-da Azərbaycan Müəllimlər İnstitutunda "Narkomanlığın acı nəticələri" mövzusunda seminar-disput keçirildi. Tədbirdə çıxış edən institutun rektoru, professor A.Naxçıvanlı dünyada sosial problemlər kontekstində diqqət mərkəzində olan narkomaniyanın törə... | ANL |
İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər. Dünya Bankı 27-29 oktyabr 2009-cu il tarixlərində Monteneqro Respublikasının Budva şəhərində "İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi" mövzusunda beşinci konfransını keçirmişdir. Konfransda Azərbaycanın ... | ANL |
Kollegiya qərarının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "2008-09-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr haqqında" Təhsil Nazirliyinin 24.10.2009-cu il tarixli kollegiya qərarının icrasını t... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular! Son illərdə təhsil sahəsində əldə etdiyimiz ciddi nailiyyətlərdən biri məhz dərslik hazırlığı ilə bağlıdır. Bununla əlaqədar olaraq ölkəmizdə dərslik hazırlığının tarixi, bu sahədə əldə olunan nail... | ANL |
Yerləşir: ABŞ, Massaçusets ştatı, Kembric. Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology - MIT) ABŞ-ın Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologi... | ANL |
Təhsil naziri Bərdə və Ağdam rayonlarında olub. Noyabrın 12-də "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015- ci illər)" çərçivəsində Bərdə şəhər qarışıq tipli internat orta məktəbi nəzdində yaradılan "Günər... | ANL |
Tələbələrin 58-ci elmi-texniki konfransı öz işinə başladı. Noyabrın 16-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Konstitusiya gününə həsr olunmuş 58-ci elmi-texniki konfransı öz işinə başladı. Konfransda Təhsil, Rabtə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri, ADNA-nın professor-müəllim he... | ANL |
Doktorant və gənc alimlər üçün Təqaüd Proqramı. İslam İnkişaf Bankı (İİB) tərəfindən Elm və Yüksək Texnologiya sahəsində Təqaüd Proqramının həyata keçirilməsi planlaşdırılır. Proqram çərçivəsində doktorantlara və gənc alimlərə elmi və texnoloji sahələrdə tədqiqat aparmaq məqsədilə qrantlar ayrılır. Təqaüd Proqramı dokt... | ANL |
Uşaq hüquqları ilə bağlı müsabiqə qalibləri mükafatlandırıldılar. Xəbər verildiyi kimi, ölkəmizdə elan olunmuş "Uşaq ili" və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr 2009-cu il tarix... | ANL |
Təhsil Nazirliyində görüş. Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib. Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla i... | ANL |
Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə gününə həsr olunmuş tədbir. 17 noyabr - Beynəlxalq Tələbə Günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirildi. Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edirdi. Tədbiri giriş sözü ilə aça... | ANL |
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası. Noyabrın 14-də Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının açılış mərasimi keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq ali məktəb tələbələrinin respublika fənn olimpiadasının ölkəmizin ali məktəblərində təh... | ANL |
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd olundu. Noyabrın 18-də ölkəmizin ilk orta ixtisas məktəblərindən birinin Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd olundu. Yubiley mərasiminə dəvət olunmuş qonaqlar, kollecin müəllim və tələbə kollektivinin üzvləri öncə Fəxri xiyabana gələr... | ANL |
Noyabrın 19-da S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında konfrans zalının açılışı oldu. Tədbirdə gimnaziyanın direktoru Novruz Dəmirov konfrans zalında qoyulmuş kompüter vasitəsilə ekranda gimnaziyanın ümumi fəaliyyəti və qazandığı uğurlar haqqında məlumat verdi.Qeyd olundu ki, "Ən yaxşı ümumtəhsil ... | ANL |
Məktəblərdə bilik yarışı keçirildi. Noyabrın 13-də paytaxtın bütün ümumtəhsil məktəblərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi fənn olimpiadaları keçirildi. Bilik yarışını təhsil ocaqlarından birində - Yasamal rayonundakı 18 nömrəli məktəbdə müşahidə etdik. Olimpiadanın keçirilməsi üçün binanın ikinci və ... | ANL |
Bir müəllimin izahatında 40 səhv varsa... Goranboy rayonunun Faxralı kənd orta məktəbinin ibtidai sinif müəllimi Əliyeva Nəzirə Məhəmməd qızı dərs saatının azalması ilə bağlı müxtəlif idarə və təşkilatlara ərizə və müraciətlər ünvanlayıb. Surəti bizim redaksiyaya da daxil olan izahat və müraciətlə Nəzirə müəllim məktəb... | ANL |
Noyabrın 5-də Xızı Rayon Təhsil Şöbəsi ilə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının Xızının ümumtəhsil məktəblərində fəaliyyət göstərən dayaq məntəqələri, onların işinin təkmilləşdirilməsi ilə bağlı birgə konfransı keçirildi. Tədbirdə hər iki müəssisənin əməkdaşları, dayaq məntəqələrinin nümayəndələri və ... | ANL |
Qəbələ məktəblərində qış mövsümünə hazırlıq görülüb. Onlardan şəhər 5 nömrəli orta məktəbin məzunu, hazırda Qafqaz Universitetinin kompüter mühəndisi fakültəsinin I kurs tələbəsi Musabəyli Müsaqil Müsənnif oğlu 670 bal topladığına görə Prezident təqaüdünə layiq görülüb. Ölkə Prezidenti İlham Əliyevin 30 sentyabr 2009-c... | ANL |
"Uşaq ili"nə həsr edilmiş xeyriyyə konserti və qaliblərin mükafatlandırılması. Noyabrın 19-da Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının akt zalında 2009-cu ilin "Uşaq ili" elan edilməsi münasibətilə qaçqın və məcburi köçkün ailələrin uşaqları üçün xeyriyyə kons... | ANL |
İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər. (Əvvəli qəzetimizin ötən sayında). Konfransda Niderlandın Tventi Universitetinin ali təhsil siyasətinin öyrənilməsi üzrə mərkəzin koordinatoru Hans Vossenşteyn "Xərclərin bölüşdürülməsi və ali təhsildə ədalət: on üç təkli... | ANL |
"Təhsil lüğəti" kitabının təqdimatı oldu. Tədbiri Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə açaraq "Təhsil lüğəti" kitabının Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə icra olunan Təhsil Siyasəti Forumu layihəsi çərçivəsində hazırlanaraq çap olunduğunu bildirdi. Qeyd... | ANL |
Görkəmli pedaqoq alimin yubiley tədbiri. Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli pedaqoq-alim, əməkdar elm xadimi, professor Mərdan Əsədulla oğlu Muradxanovun anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziy... | ANL |
Təhsil Nazirliyinin İnternet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnternet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Dizayn, quruluş və məzmun baxımından müvafiq tələblərə cavab verən yeni sayt nazirliyin fə... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, ötən məqalədə ölkəmizdə dərslik hazırlığı tarixindən bəhs edilmişdi, bu məqalədə mövzu davam etdirilməklə yanaşı, daha çox müstəqillik illərində dərslik hazırlığı, əldə olunan nailiyyətlər, problem... | ANL |
Təhsil naziri Gürcüstanda səfərdə olub. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasındakı qarşılıqlı razılaşmaya əsasən, 24-25 noyabr tarixlərində təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Gürcüstanın Təhsil və Elm Nazirliyind... | ANL |
Təhsil naziri Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının təmsilçiləri ilə görüşüb. Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı çərçivəsində həyata keçirdiyi Akademik Təqaüdçülər Proqramının ölkəmizdə fəaliyyətinin 5 ili tamam olur. Bu münasibətlə noyabrın 21-də Təhsil Nazirliyində proqramın bir... | ANL |
Con Hopkins Universiteti (Johns Hopkins University) ABŞ-ın Merilend ştatında - Baltimor şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzidir. Universitetin Merilend ştatında salınan şəhərciklərindən əlavə, Vaşinqtonda, Kolumbiyada, İtaliyada, Çində və Sinqapurda da kampusları mövcuddur. Con Hopkins Universiteti Amerika Uni... | ANL |
İcra hakimiyyəti və təhsil. Laçın təhsilində dönüş. Rayon icra hakimiyyətində keçirilən "dəyirmi masa"da bunun səbəbi təhsilə göstərilən qayğı ilə izah olundu. Oxuculara vəd etdiyimiz kimi, redaksiyamız dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində rayon icra hakimiyyətlərinin rolunu, bölgələrdə icra strukturla... | ANL |
"Metallar fizikasının müasir problemləri"nə dair elmi-praktik konfrans. Noyabrın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində "Metallar fizikasının müasir problemləri" mövzusunda II respublika elmi-praktik konfransı keçirilib. Tədbirdə AzMİU-nun Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov bildi... | ANL |
Futbol üzrə I respublika turnirinin final mərhələsinin açılış mərasimi keçirildi. Noyabrın 23-də "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin meydançasında Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbləri arasında I respublika turnirinin final mə... | ANL |
Alimin yubileyinə həsr olunmuş konfrans. Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində professor A.Verdizadənin 95 illik yubileyinə həsr olunmuş "üzvi reagentlər analitik kimyada" mövzusunda respublika konfransı keçirildi. Konfransda ADPU-nun professor-müəllim heyəti, ali məktəb rəhbərləri, tələbələr və KİV... | ANL |
Yeni məktəblərimiz. Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızda təhsil müəssisələrinin tikintisi və əsaslı yenidənqurma işləri uğurla davam etdirilir. Növbəti yeni məktəb Abşeron rayonunun Masazır kəndində istifadəyə verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən ... | ANL |
Naxçıvan Dövlət Universitetində beynəlxalq konfrans keçirilib. Naxçıvan Dövlət Universitetində "Kəhriz sistemləri - memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının Naxçıvandakı konsullar... | ANL |
London İmperial Kolleci. Yerləşir: Birləşmiş Krallıq, London şəhəri. London İmperial Kolleci (Imperial College London) Böyük Britaniyada Cənubi Kunsinqtonda yerləşir və London Universitetindən 2007-ci ildə ayrılıb. öz 100-illik yubileyində kollec müstəqil universitet statusu qazanıb. 1907-ci il iyulun 8-də VII Edvard t... | ANL |
Dərsə yaradıcı yanaşmağa imkan verən dərslik komplekti. 2-ci sinif "Təsviri incəsənət" dərslik komplekti haqqında qeydlər. Təsviri incəsənət fənn kurikulumu. Təhsil islahatının mühüm hissəsi olan Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)n tətbiqi Azərbaycanda təhsilin keyfiyyətcə yeni mə... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). "Proyekt Harmoni" təşkilatının layihə çərçivəsində həyata keçirdiyi ən mühüm işlərdən biri də Təhsil portalının yaradılmasıdır. Azərbaycanda belə təhsil portallarının olmadığı bir dövrdə bu, çox əhəmiyyətli bir addım... | ANL |
Təşkilatın beşillik fəaliyyəti yüksək qiymətləndirildi. Sentyabrın 25-də "Landmark" otelində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin 5-illiyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimi açan MTTYM-in idarə heyətinin sədri, Bakıdakı Britaniya Məktəbinin direktoru David Draper qonaqları salamladı və dəvəti qə... | ANL |
Peşə kurikulumları hazırlanarkən işəgötürənlərin tələbləri nəzərə alınıb. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNESKO tərəfindən reallaşdırılan "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin əsas məqsədi turizm və İKT sahəsində müəyyən ixtisaslar üzrə kurikulumların və dərsli... | ANL |
Azərbaycan Dillər Universitetində "Alman dili günü" qeyd olunub. 1949-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun nəzdində alman dili fakültəsi yaradılıb. ADU-nun alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) bu təhsil ocağında təmsilçisi M... | ANL |
Sentyabrın 25-də Bakı Slavyan Universitetində Çexiya Parlamenti Senatının sədri Prşemisl Sobatkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.Tədbiri BSU-nun rektoru, Azərbaycan MEA-nın müxbir üzvü Kamal Abdullayev açaraq bildirdi ki, bu görüş universitetin tarixində əlamətdar bir hadisə olaraq yaddaşlarda q... | ANL |
Təhsil Nazirliyində görüş. Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çul ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində görülən işlər və perspektiv məsələlər müzakirə olunub.... | ANL |
Daha iki günərzi qayğı mərkəzi açıldı. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı"nın Tədbirlər Planına və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən sağlamlıq imkanları məhdud olan uşaqların təl... | ANL |
Bakı Avropa Liseyinin şagirdlərinə 100 noutbuk verildi. Sentyabrın 25-də Bakı Avropa Liseyində "İntel" korporasiyasının və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində məktəblilərə 100 noutbukun verilməsi mərasimi keçirildi. Təhsil naziri Misir Mərdanovun iştirak etdiyi məras... | ANL |
Təhsil Nazirliyində imzalanma mərasimi. Oktyabrın 1-də Təhsil Nazirliyində Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Azərbaycanda Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin imzalanma mərasimi keçirildi. Mərasimi açan təhsil naziri Misir Mərdanov Dünya Bankının Azərbaycandakı nümayəndə... | ANL |
İki ölkənin elm və təhsil sahəsindəki əməkdaşlığı yüksək səviyyədədir. Oktyabrın 1-də təhsil naziri Misir Mərdanov "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Almaniyanın bir qrup təhsil işçisindən ibarət nümayəndə heyəti ilə görüşüb. Qonaqları Təh... | ANL |
Amerikalı müəllim azərbaycanlı tələbələrin səviyyəsindən razıdır. Fasiləsiz təhsilin bütün pillələri üzrə müəllim və tərbiyəçilərin, rəhbər pedaqoji kadrların ixtisasının artırılması, nəzəri-metodik səviyyəsinin yüksəldilməsi və yenidənhazırlanması sahəsində kifayət qədər işlər görmüş Azərbaycan Müəllimlər İnstitutunda... | ANL |
Bakıda Almaniya universitetlərinin Təhsil Yarmarkası keçirilib. Oktyabrın 1-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası çərçivəsində sərgi keçirildi. Təhsil Nazirliyi, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyi və Almaniya Akademik Mübadilə Xidmə... | ANL |
"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə dair simpozium. Sentyabrın 30-da Bakı Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə həsr edilmiş simpoziumun açılış mərasimi oldu. Mərasimdə BSU-nun professor-müəllim hey... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Azərbaycanda İKT-nin təhsil sisteminə inteqrasiyası ilə əlaqədar mövzunu davam etdirərək təhsilin informasiyalaşdırılması üzrə qarşıda duran vəzifələri diqqətinizə çatdırmaq istəyirəm. ... | ANL |
Yerləşir Prinston şəhəri, Nyu-Cersi ştatı, ABŞ. Prezidenti Şirli M. Tilqman. Prinston Universiteti (Princeton University) ABŞ-ın ən qədim və tanınmış universitetlərindən biridir. Prinston şəhərində, Nyu-Cersi ştatında yerləşən və məşhur Sarmaşıq liqasının səkkiz ali məktəbindən biri olan bu universitet 2001-2008-ci ill... | ANL |
İlin ən yaxşı müəlliminin beynəlxalq "açıq dərs"i. Bakı şəhərinin Xətai rayonundakı şəhid, Milli Qəhrəman Ələkbər Əliyev adına 204 nömrəli orta məktəbin biologiya müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Almaz Həsrət 5 oktyabr Beynəlxalq Müəllim Gününü özünəməxsus şəkildə qeyd edib. Əlbəttə, ilk baxışdan burad... | ANL |
Bilik yarışmasının qalibi ilə görüş. Ağcabədi rayonunda Təhsil Nazirliyinin və Azad Azərbaycan Teleradio şirkətinin təşkilatçılığı əsasında təşkil olunmuş "LC - Bilik Akademiyası" yarışmasının qalibi 2 nömrəli məktəbin şagirdi Fərhad Həsənovla görüş keçirilib. Görüş iştirakçıları öncə Heydər Əliyev meydanına toplaşaraq... | ANL |
"Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans keçirildi. Oktyabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti təşkilatı ilə (DAAD) təhsil sahəsində əməkdaşlığı çərçivəsində "Azərbaycan-Almaniya ali təhsil günləri" m... | ANL |
"Elektron məktəb" layihəsinin tətbiq olunması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Elektron məktəb"in nümunəvi modeli təsdiq edilsin. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov): 2.1. Təhsil müəssisəsinin vahid informasiya mühitinin yaradılmasını nəzərdə tutan "Elektron məktəb" mod... | ANL |
“Təbiət bizim sərvətimizdir” məktəblilərin respublika müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxş... | ANL |
Peşə təhsili müəssisələri üçün tədris planlarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Peşə təhsili müəssisələri üçün tədris planlarının təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasında peşə məktəbi və peşə liseylərinin 5 günlük iş həftəsinə keçməsi, imtahanların təşkili və keçir... | ANL |
Yarmarkada məzunlara iş yerləri təklif olundu. Oktyabrın 3-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Amerikada təhsil almış məzunlara ölkəmizdə müvafiq iş yerlərinin tapılmasına kömək məqsədilə əmək yarmarkası keçirildi. ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbir ... | ANL |
Beynəlxalq Müəllim Günü qeyd olundu. Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim Gününə həsr olunmuş mərasim keçirildi. Tədbirdən öncə Təhsil Nazirliyinin, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, ak... | ANL |
Beynəlxalq əlaqələr genişlənir. Bu yaxınlarda Ukrayna Respublikasında (Kiyev vilayəti, Belaya çerkov şəhəri) adıçəkilən ölkənin, Azərbaycan, Belarus və Rusiyanın müvafiq ali məktəbləri ilə birgə təşkil etdikləri "Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və regional prioritetlər" mövzusunda beynəlxalq elmi... | ANL |
Bərdədə daha bir məktəb binası istifadəyə verildi. Bərdə rayonundakı Kətəlparaq kəndində dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binası tikilib istifadəyə verildi. Müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş 3 mərtəbədən ibarət bu təhsil ocağı 640 şagird üçün nəzərdə tutulub. Açılış mərasimində t... | ANL |
Ölkə üzrə milli qiymətləndirmənin 2011-ci ildə aparılması nəzərdə tutulub. Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş Qiymətləndirmə Konsepsiyasına əsasən təhsildə proqnozlaşdırma və perspektivlərin müəyyənləşdirilməsi məqsədi ilə hər 4-5 ildən bir təhsilin bir pilləsindən digərinə keçid zamanı milli qiymətləndirmə ... | ANL |
Təhsil Nazirliyi Avstriyanın "Hilfswerk" təşkilatı ilə birgə yeni layihə həyata keçirəcək. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən ... | ANL |
Sumqayıtda beynəlxalq fənn olimpiadalarında uğur qazanmış şagirdlərlə görüş keçirilib. Ötən dərs ilində beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş Sumqayıt özəl Türk Liseyinin şagirdləri ilə Sumqayıt Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək fənn olim... | ANL |
Əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Son dörd ildə ölkənin müxtəlif bölgələrində, 2008-2009-cu dərs ilində isə respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində orta təhsil kursu üzrə burax... | ANL |
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanları barədə. 2009-2010-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarına hazırlıq məqsədi ilə... | ANL |
Təhsil Nazirliyində görüş. Oktyabrın 14-də təhsil naziri Misir Mərdanov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotemlə görüşüb. Qonağı səmimi salamlayan nazir öncə Azərbaycanla İsrail arasında mövcud olan əlaqələrdən, ikitərəfli münasibətlərdəki irəliləyişdən söz açıb, ölkəmizdə yəhudi xa... | ANL |
Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi Cenevrədə keçirilən forumda təqdim olunub. Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi oktyabrın 5-dən 9-dək Cenevrədə keçirilən "ITU World Telecom 2009" forumunda təqdim olunmuşdur. Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, forum çərçi... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). İctimai-siyasi və sosial-iqtisadi quruluşlarından asılı olmayaraq, bilik bütün cəmiyyətlərdə zəruri ehtiyac, inkişafın mənbəyi kimi qəbul edilmişdir. Biliklər aləminə gedən yol isə həyati təcrübədən başlanır. Yer üzü... | ANL |
Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı müzakirə edilib. Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin Heydər Əliyev adına muzey-lektoriyasında Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı çərçıvəsində tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd dilçilik sahəsində Fransanın tanınmış mütəxəssisləri... | ANL |
Şagirdlərin İKT-dən istifadə imkanları artır. Bu da şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları və kompüterdən istifadə vərdişlərini xeyli artırır. Məktəbin direktoru Jalə Hacıyeva bildirir ki, bu gün rəhbərlik etdiyi məktəbdə şagirdlər ilk gündən informatika fənni ... | ANL |
Daha bir məktəb binası inşa edilir. Bu günlərdə Tərtər rayonunun Sarıcalı kəndində dövlət vəsaiti hesabına ikimərtəbəli, 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası əsas və yardımçı binalardan ibarət olacaq. Bununla bərabər, məktəbin həyətində içməli su anbarı,qazanxana, artezian ... | ANL |
Şahmatın inkişafına dövlət qayğısı artır. Oktyabrın 9-da Təhsil Nazirliyində ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Təhsil Nazirliyinin, Gənclər... | ANL |
Kolumbiya Universiteti (Columbia University) ABŞ-ın ən məşhur universitetlərindən biridir və Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq liqasına daxildir. Universitetin rəsmi sənədlərində belə qeyd olunub: "Nyu-Yorkda birinci, ölkədə beşin... | ANL |
Müəllimlərlə yanaşı şagirdlər də bəhrələnə bilərlər. Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi, Bakı şəhərindəki 285 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şövkət Aslanovanın "İnşa yazılar.Şagirdlərdə yaradıcı təfəkkürün formalaşdırılması"(Metodik tövsiyə) və "Azərbaycan dili və ədəbiyyatın... | ANL |
Aşağı siniflərdə ingilis dilinin tədrisi. Bu gün dünyanın inkişaf etmiş ölkələri ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda xarici dilin öyrənilməsi sahəsində təhsil islahatı vəzifələri uğurla həyata keçirilir. Dillərin tədrisi ilə bağlı xarici ölkələrdə keçirilən kurslarda qazandığım təcrübədən səmərəli istifadə edirəm... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, ötən məqalədə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və 1999-cu ildə təsdiq olunmuş təhsil sahəsində İslahat Proqramı ilə əlaqədar bir sıra məlumatlarla sizi tanış etmişdim. Bu m... | ANL |
Yerləşir: ABŞ, Kaliforniya ştatı. Stenford Universiteti (Leland Stanford Junior University - Kiçik Leyland Stenford adına universitet) Palo-Alto şəhəri yaxınlığında, Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-ın və bütün dünyanın... | ANL |
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi. "START" İdman Sağlamlıq Kompleksində Bakı şəhər məktəblilərinin XXII spartakiadasının açılışına həsr edilmiş bayram tədbiri keçirilmişdir. Tədbirdə giriş sözü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş təlimatçısı Salman Əbdülov ötən tədris ilində müva... | ANL |
Milli müstəqilliyin banisi. Naxçıvan Dövlət Universitetindəki Heydər Əliyev lektoriyasının "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda 128-ci məşğələsi keçilmişdir. 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə keçilən məşğələni giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliye... | ANL |
Millilik və ziyalılıq rəmzi. Naxçıvan Dövlət Universitetində ali məktəbin rektoru, akademik, əməkdar elm xadimi, millət vəkili İsa Həbibbəylinin 60 illik yubileyi qeyd olunmuşdur. Yubiley mərasimi universitet televiziyasının İsa Həbibbəylinin 60 illik mənalı və şərəfli ömür yolunu əks etdirən "Ziyalı ömrü" filminin nüm... | ANL |
Son illər ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Bakı Slavyan Universitetində də beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində mühüm işlər görülür. İxtisas və şöbələrin, fakültə və kafedraların, elmi-tədqiqat laboratoriyalarının, müxtəlif xalqların tədris- mədə... | ANL |
Təhsil Nazirliyində görüş. Oktyabrın 20-də təhsil naziri Misir Mərdanov Koreya universitetlərinin I Təhsil sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun (NIIED) Beynəlxalq Təhsil Mübadiləsi Departamentinin direktoru cənab Çunq Nam Jonun başçılıq etdiyi ... | ANL |
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu. Oktyabrın 19-da Təhsil Nazirliyində "Siqma" İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin 2008-2009-cu tədris ilində I siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı apardığı sosioloji sorğunun nəticələr... | ANL |
Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi şurası yaradılacaq. Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, bu qurum tərəfindən təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması planlaşdırılır. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təh... | ANL |
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı. Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində "Respublikamızın ali təhsil müəssisələrində mətbuat xidməti: işin təşkili, vəzifələr, reallıqlar, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbiri açıq elan edən ADU-nun rektoru, profess... | ANL |
Koreya universitetlərinin təhsil sərgisi keçirildi. Oktyabrın 20-də Bakının "Hyatt Regency" otelində Koreya Respublikası universitetlərinin təhsil sərgisi keçirildi. Sərgi Azərbaycanın Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya turizm təşkilatının dəstəyi ilə təşkil olunmuşdur. Sərgidə ... | ANL |
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi. Oktyabrın 19-da "Təhsil" Respublika İdman Mərkəzində futbol meydançasının açılışı oldu. Təhsil Nazirliyinin vəsaiti hesabına qurulmuş və AFFA tərəfindən lazımi avadanlıqlarla təmin edilmiş futbol meydançasında 12 yaşınadək uşaqlar bu idman növünün incəlikləri ilə y... | ANL |
Sumqayıt şəhərindəki S.Vurğun adına Mədəniyyət Sarayında Sumqayıt Dövlət Texniki Kollecinin 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirildi. Yığıncaqda təhsil naziri Misir Mərdanov, şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə və müəssisə rəhbərləri, ali və orta ixtisas məktəblərinin profes... | ANL |
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanları barədə. 2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələri tərtib edilərkən mövcud proqram və istif... | ANL |
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması. "Azərbaycan müəllimi" qəzetinin 11.09.2009-cu il tarixli nömrəsində "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları"nın layihə variantı çap edilmişdi. ötən müddət ərzində bu layihə yerlərdən daxil olmuş rəy və təkliflər əs... | ANL |
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur bir kəlamı var: "Bizim ziyalıların, mədəniyyət xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Bu baxımdan zaman-zaman öz biliyi, elmi, istedadı və işgüzarlığı sayəsində adını Azərbaycanın elm və təhsil tarixinin səhifələrinə yazmış görkəmli alimi Abuzər... | ANL |
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq. Hər bir xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi onun elm və təhsilinin inkişafı ilə şərtlənir. Bu mənada, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ə... | ANL |
Maarif cəfakeşi, qayğıkeş insan. Biz altmışıncı illərdən tanışdıq. O, maarif şöbəsində inspektor idi, mən kənd məktəblərinin birində dərs deyirdim. Məktəbimiz Gülağa müəllimin xidmət etdiyi 36 təhsil ocağından biriydi. Kəndlər bir-birindən xeyli aralı olsa da, hər rüb məktəblərə gedər, tədrisin təşkili ilə maraqlanar, ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, ötən məqalədə ulu öndər Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş müstəsna əhəmiyyətə malik tarixi bir dövlət sənədinin - "Azərbaycan Respublikasının təhsil sahəsində ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.