text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirilib. Bu günlərdə Azərbaycan Dillər Universitetində doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, professor - müəllim heyəti, tələbələr və KİV nü... | ANL |
Təhsil işçiləri yüksək dövlət mükafatları ilə təltif olundular. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2009-cu il tarixli Sərəncamları ilə ölkənin rabitə və informasiya sahəsində çalışan bir sıra şəxslər yüksək dövlət mükafatları ilə təltif olunublar. Mükafatlandırılanlar sırasında İKT sah... | ANL |
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin məlumatı. Müraciətlərin 18-i Bakı şəhərinin ümumtəhsil məktəblərindən daxil olub. Sorğular əsasən olimpiadaların keçirilməsi, imtahanlara hazırlıq, uşaq bağçaları, müəllimlərin işə qəbulu ilə bağlıdır. Şikayətlər isə daha çox məktəblərin istilik sistemi ilə təchizatı barədəd... | ANL |
Təhsil Nazirliyində müşavirə. Dekabrın 16-da Təhsil Nazirliyində "Beynəlxalq mühasibat üçotu standartlarına keçidlə əlaqədar maliyyə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkilinə dair" mövzusunda müşavirə keçirildi. Müşavirədə Təhsil və Maliyyə nazirliklərinin rəhbər işçiləri, Dünya Bankının Azərbaycandakı ... | ANL |
Dövlət Proqramının icrası ilə bağlı beynəlxalq konfrans. Dekabrın 15-də "Excelsior" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində "2009-cu ilin yekunları və qarşıda duran vəzifəl... | ANL |
Dünyanın ən nüfuzlu universitetləri sırasına çıxmağı hədəfə almış ali məktəb. Azərbaycan Universitetində son iki ildə həyata keçirilən tədbirlər bu məqsədin reallaşdırılmasına istiqamətlənib. Hər bir ölkənin mədəni, iqtisadi inkişaf səviyyəsi, milli təhlükəsizliyinin təminatı təhsilin məzmunundan və inkişaf səviyyəsind... | ANL |
Boks üzrə açıq respublika birinciliyi. Dekabrın 15-də "Təhsil" respublika idman mərkəzinin yeni boks zalında 1994-1995-ci təvəllüdlü yeniyetmələr arasında əməkdar məşqçi, SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim Süleyman Süleymanovun şərəfinə boks üzrə açıq respublika birincil... | ANL |
Təhsil naziri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb. Dekabrın 17-də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb. Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanın Fransa ilə digər istiqamətlərdə olduğu kimi, təhsil sa... | ANL |
Təhsil müəssisələrində metodik işin təkmilləşdirilməsi məsələsi müzakirə olundu. Dekabrın 14-də Təhsil Nazirliyində təhsil müəssisələrində metodik işin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə keçirildi. Tədbirdə Təhsil Nazirliyinin məsul işçiləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin v... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə,bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə müstəqillik illərində ölkəmizin ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, qarşılaşdığımız çətinliklər və onların həlli ist... | ANL |
Təhsil Nazirliyində "Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının strateji inkişafı" mövzusunda konfrans keçirilib. Dekabrın 19-da Təhsil Nazirliyində nazirlik, Milli Valideyn-Müəllim Assosiasiyası, YUNİSEF və "ümidli gələcək" Gənclər Təşkilatının "Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının strateji inkiş... | ANL |
Təhsil naziri "açıq dərs"də iştirak etdi. Dekabrın 18-də 6 nömrəli məktəb-liseydə "Müasir təhsil, müasir məktəb, müasir yanaşmalar" mövzusunda konfrans keçirildi. Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, nazirliyin müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbə... | ANL |
BDU-da təlim kursunun müdavimlərinə sertifikatlar təqdim olundu. Dekabrın 22-də Bakı Dövlət Universitetində BDU və Rusiya Elmlər Akademiyasının Rentgenstruktur Analiz Mərkəzi arasında təsdiqlənmiş layihə çərçivəsində təşkil olunmuş təlim kursunun müdavimlərinə sertifikatların təqdim olunma mərasimi keçirildi. Tədbiri g... | ANL |
Dekabrın 19-da Azərbaycan Dillər Universitetində alman dili fakültəsinin müstəqil fəaliyyətinin 60 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfransın plenar iclasında ADU-nun professor-müəllim heyəti, Türkiyənin Mərmərə və Samsun universitetlərinin, Almaniyanın Frayburq Universitetinin, Alman dil... | ANL |
Avstraliya Milli Universiteti. Yerləşir: Avstraliya, Kanberra şəhəri. Avstraliya Milli Universiteti (Australian National University ) Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Universitet Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir. Avstraliya Milli Universiteti Avstraliyanın ən nüfuzlu səkkiz ... | ANL |
Summativ qiymətləndirmənin tətbiqi ilə aparılan bilik yarışı. Son illər təhsilimizdə aparılan islahatların bir istiqaməti də şagirdlərin biliklərinin qiymətləndirilməsini əhatə edir. Hazırlanmış yeni qiymətləndirmə mexanizmi indi dərsdə şagirdlərin hər hansı mövzuya cavabını deyil, bütün dərsdəki fəaliyyətini, onun təl... | ANL |
Summativ qiymətləndirmənin tətbiqi ilə aparılan bilik yarışı. Son illər təhsilimizdə aparılan islahatların bir istiqaməti də şagirdlərin biliklərinin qiymətləndirilməsini əhatə edir. Hazırlanmış yeni qiymətləndirmə mexanizmi indi dərsdə şagirdlərin hər hansı mövzuya cavabını deyil, bütün dərsdəki fəaliyyətini, onun təl... | ANL |
Azərbaycanlı müəllimlər Kent Universitetində təcrübə keçiblər. Hazırda Azərbaycan İngilis dili Müəllimləri Cəmiyyətində (Azerbaijan English Teachers Association - AZETA) respublikanın 800-ə yaxın ən peşəkar pedaqoqları toplaşıb. Bu cəmiyyət ingilis dili müəllimlərinin təkmilləşməsində, Azərbaycanda bu dilin keyfiyyətli... | ANL |
20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin. Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində ... | ANL |
Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının yaradılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək üçün elektron tədris resursl... | ANL |
Məktəbdə İKT-nin tətbiqi xeyli genişlənib. Bununla əlaqədar məktəbin direktoru Lətafət Səmədova bildirdi ki, məktəbdə 3 kompüter otağı yaradılıb və məktəb İnternet şəbəkəsinə qoşulub. Kimya, Azərbaycan tarixi, fizika fənləri üzrə elektron dərsliklər də alınıb. Müəllimlər informatika dərslərində müxtəlif təcrübələrin nü... | ANL |
"Biliklər cəmiyyəti"ndə təhsil paradiqması. Təhsil anlayışı öz fəlsəfi missiyası ilə "biliklər iqtisadiyyatı" meydana gəlməzdən əvvəl də sosium üçün vacib fundament olub. Adətən qeyd olunur ki, "biliklər iqtisadiyyatı" dövründə beynəlxalq rəqabətlilik istedad axtarışı üzərində qurulub. Hansı ölkələr ki, öz kadrlarına ə... | ANL |
İl ərzində çoxlu sayda təhsil işçisi dövlət təltiflərinə və fərdi təqaüdlərə layiq görülüb. İl ərzində habelə 17 nəfər tanınmış alim və təhsil işçisinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı ola... | ANL |
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı. Dekabrın 26-da Təhsil Nazirliyində bu qurumla "Azərsun Holdinq" şirkətlər qrupu arasında "Təhsil müəssisələri ilə əməkdaşlıq" layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalandı. İmzalanma mərasimini giriş sözü ilə açan təhsi... | ANL |
Yerləşir: Kanada, Kvebek, Monreal şəhəri. Tələbələrin. MakGill Universiteti (McGill University) Kanadanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsidir. Universitet Kanadanın Kvebek əyalətinin Monreal şəhərində yerləşir. Böyük Britaniyanın həftəlik dərc olunan "Times Higher Education Supplement - QS World Universities R... | ANL |
Avstriyanın Qratz Universitetində təhsil alacaq tələbələrlə görüş keçirilib. Dekabrın 28-də Azərbaycan Dillər Universitetində Avstryanın Qratz Universitetində təhsil alacaq tələbələrlə görüş keçirildi. Tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov öncə tələbələri və valideynləri Yeni il ərəfəsində bu əlamətdar bayr... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında şəhərin ali təhsil və orta ixtisas məktəbləri nümayəndələrinin iştirakı ilə "İctimai və humanitar elmlər: zaman kontekstində" adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə AMİ-nin Mingəçevir filialının direktoru, professor Orucəli Rzayev açar... | ANL |
Uğurlarımızın əsasını demokratik idarəetmə təşkil edir. Əsası ulu öndərimiz, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və uğurla həyata keçirilən təhsil islahatı Bakı şəhərində təhsilin idarəedilməsi sahəsində əsaslı dəyişikliklər tələb edirdi. Bunun bir səbəbi Bakı təhsilində vahid idarəetmə strukturunun yaranm... | ANL |
* 2009-cu ildə ölkəmizdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə ümumilikdə 312 nəfər təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb. * 2009-cu ildə musiqi sahəsində xüsusi istedadı olan 11 yeniyetmə və gəncin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılm... | ANL |
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir. Dekabrın 29-da Təhsil Nazirliyində "Azərbaycan məktəbi" jurnalının 85 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə nazirliyin bütün aparat işçiləri ,Azərbaycanın tanınmız ziyalıları və KİV nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə ... | ANL |
6 nömrəli Bakı Peşə Liseyinin yubileyi qeyd olundu. Liseyin akt zalında keçirilən tədbirdə giriş sözü ilə çıxış edən liseyin direktoru Sahib Rüstəmov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi təhsil ocağının fəaliyyət yolundan söz açıb. ötən 40 il ərzində bu təhsil ocağını 58000 məzunun b... | ANL |
Qaliblərə mükafatlar təqdim edildi. Bir neçə ildir ki , Azərbaycan Respublikası Prezidentinin bədən tərbiyəsi və idman sahəsi ilə bağlı sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətini, fiziki tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək, təhsil sistemində idman və fi... | ANL |
Təhsil Nazirliyində mətbuat konfransı. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov konfransda iştirak edən kütləvi informasiya vasitələri nümayəndələrini salamlayaraq onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. Sonra təhsil naziri jurnalistlərin ... | ANL |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın təsdiq edilməsi haqqında 13 yanvar 2... | ANL |
Samuxda yeni məktəb binası istifadəyə verilib. Samux rayonunun Sarıqamış kəndində 200 şagird yerlik məktəb binası istifadəyə verilib. Yeni təhsil müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü və Polşanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə inşa olunub. Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılm... | ANL |
Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası. Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla təhsilin keyfiyyətini yüksəltmək və onun ... | ANL |
Meksika Universitetində Xocalı faciəsinə həsr edilmiş konfrans keçirilib. Latın Amerikasının ən böyük ali təhsil ocağı hesab olunan Meksika Milli Muxtar Universitetində Xocalı faciəsinə həsr olunmuş "Onların yeganə günahı azərbaycanlı olmaq idi" mövzusunda konfrans kecirilib. AzərTAc-ın məlumatına görə, universitetin s... | ANL |
Akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Xırdalan şəhərindəki 9 nömrəli orta məktəbdə akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbirdə məktəbin direktoru Elmira Yaqubova Dövlət mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru, ak... | ANL |
Bəxtiyar Vahabzadə: "Hər millətin övladı orta təhsilini ana dilində almalıdır". Xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan müəllimi" qəzetinə müsahibəsi. - Bəxtiyar müəllim, təhsilimizin indiki vəziyyətini necə qiymətləndirərdiniz? Təhsilimizin indiki vəziyyəti qənaətbəxş deyil. Bunun bir çox səbəbləri var, mən onlar... | ANL |
Xocalı soyqırımının on yeddinci ildönümü təhsil müəssisələrində qeyd olundu. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar bütün təhsil, elm müəssisələrində müxtəlif tədbirlər keçirilir, şəhid olmuş həmvətənlərimizin xatirəsi yad olunur. Belə tədbirlərdən biri də Naxç... | ANL |
Misir Mərdanov: "Bir sıra özəl ali təhsil müəssisələrində təhsilin keyfiyyəti aşağı səviyyədədir". - Bu günlərdə Nazirlər Kabinetinin qərarı ilə "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramların) siyahısı" təsdiq edilmişdir. Qərar hansı zərurətdən meydana gəlmişdir və bununla bağlı kadr hazırlığı sistemində h... | ANL |
Əbdüləziz bin Osman əl-Tüveycri: "Azərbaycanda təhsilin səviyyəsi yüksəkdir". Məlum olduğu kimi, bir neçə gün öncə respublikamızın paytaxtında "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ilinin açılışı olmuşdur. İki gün ərzində keçirilən konfrans və digər tədbirlərdə Avropa və İslam ölkələrindən xeyli qona... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan ibrətamiz ömür yolu və ictimai-siyasi fəaliyyəti Vətənə, xalqa və dövlətçilik ideallarına son... | ANL |
"Uşaq ili"nə həsr olunmuş respublikanın ümumtəhsil və texniki peşə məktəbləri şagirdlərinin V Spartakiadasının keçirilməsi haqqında. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə Qərarı. Qeyd olunan sərəncama müvafiq olaraq uşaqlar arasında bədən tərbiyəsi və id... | ANL |
İSESKO-nun Baş direktoru akademik Zərifə Əliyeva adına məktəbdə olub. "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ilinin açılışı ilə əlaqədar ölkəmizdə səfərdə olan İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri fevralın 20-də Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbə gəldi. Qonaq məktə... | ANL |
İsveçrəli alim Qafqaz Universitetində seminar keçirib. Universitetlərarası razılaşmaya əsasən dərs demək və elmi araşdırmalara rəhbərlik etmək üçün Qafqaz Universitetinə dəvət olunmuş İsveçrənin Sürix şəhərində yerləşən Texnologiya Universitetinin prorektoru, professor Niyazi Arı fevralın 20-də Qafqaz Universitetinin t... | ANL |
Texniki peşə təhsili ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclası keçirildi. Fevralın 25-də Təhsil Nazirliyində ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Azərbaycanın neft strategiyasının əsasını təşkil edən "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatına sərmayə axınının müşahidə edilməsi, transmilli şirkətlərin ölkəmizə marağının artması və neft se... | ANL |
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama tərəfindən azərbaycanlı şagird mükafatlandırıldı. Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama tərəfindən azərbaycanlı şagird mükafatlandırıldı Qısa tanışlıq: Səbinə Rauf qızı Hüseynova 7 fevral 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Tofiq İsma... | ANL |
"Taksonomiya nəzəriyyəsi və istedadın inkişafı" mövzusunda elmi-praktik konfrans. Avropa inteqrasiya olunan Azərbaycan təhsilinin qarşısında duran mühüm vəzifələrdən biri təhsilin bütün pillələrində istedadlıları aşkar edərək onlara potensiallarını reallaşdırmaqda imkan yaratmaqdır. Hazırda Azərbaycan dövləti bu istiqa... | ANL |
Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında məzun günü qeyd olundu. Universitetin müxtəlif fakültələrinin məzunlarının iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli çıxış edərək bu əlamətdar gün münasibətilə bütün məzunları təbrik etdi, onlara gələcək işgüzar və şəxsi həyatların... | ANL |
Şəhid ülvi Bünyadzadənin xatirəsi anıldı. İyunun 30-da Azərbaycan Dillər Universitetinin bir qrup müəllim və tələbə heyəti 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin doğum günü münasibətilə onun vaxtilə təhsil aldığı Daşkəsən şəhər 1 nömrəli orta məktəbdə keçirilən tədbirdə iştirak edib. Tədbiri giriş ... | ANL |
Azərbaycanlı alimə Bəkir Çobanzadə adına mükafat verilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, filologiya elmləri doktoru Mahmud Allahmanlı Ukrayna Respublikasında krımtatarlarının böyük şairi, ədəbiyyatşünas və dilçi alim Bəkir Çobanzadə adına mükafata layiq görülüb. Mükafatın təqdimatı ilə bağlı məras... | ANL |
Tələbələr biliklərini nümayiş etdirirlər. Respublikanın ali təhsil müəssisələrində olduğu kimi, orta ixtisas məktəblərində də semestr və buraxılış imtahanları keçirilir. Bu il Bakı Mədəni-Maarif Texnikumunu ibtidai təhsil, xarici dil (ingilis dili) və musiqi şöbələri üzrə 257 nəfər bitirir.Texnikumun ibtidai təhsil şöb... | ANL |
Məzunlar liseylə əlaqə saxlamağı unutmurlar. Bakıdakı 2 nömrəli peşə liseyində şagirdlər mühasib, tənəkəçi-qaynaqçı, dülgər-parket ustası və başqa ixtisaslara yiyələnirlər. Bu peşələrin öyrədilməsində onlara dərs deyən istehsalat təlimi ustalarından Ziyəddin İsgəndərov, Leyla Səfərova və Arif Nağıyevin əməyi böyük olmu... | ANL |
Pilot layihə uğurla həyata keçirilir. Təhsil Nazirliyindən bildirmişlər ki, hazırda həyata keçirilən "Elektron məktəb" pilot layihəsi ölkəmizdə milli təhsil modelinin formalaşdırılmasına xidmət edəcəkdir. Həmin layihə çərçivəsində kompüterlərdən nəinki informatika dərslərində, həmçinin başqa fənlərin tədrisində də geni... | ANL |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, iyunun 30-da ölkənin ali təhsil müəssisələrinin tələbələrinə 2008-2009-cu tədris ilinin birinci semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq ... | ANL |
Qəbul imtahanlarında iştirak etmək üçün buraxılış vərəqələrinin verilmə vaxtı müəyyənləşdirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, 2009-2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından (11-illik) orta ixtisas təhsili müəssisələrinə q... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə təhsil sisteminin vacib pillələrindən biri olan məktəbəqədər təhsilin inkişaf yolu, şəxsiyyətin formalaşmasında əhəmiyyəti, bu sahədə mövcud olan problemlər, onların həlli istiqamətində... | ANL |
Yay kompüter düşərgəsi açıldı. İyulun 3-də Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbdə yay kompüter düşərgəsinin açılışı oldu. "Microsoft Azərbaycan" şirkəti və "İNFOMAS" qeyri-hökumət təşkilatı tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında tə... | ANL |
ADU-da brifinq keçirilib. İyulun 7-də Azərbaycan Dillər Universitetində keçirilən brifinq 2008-2009-cu tədris ilinin yekunlarına dair hesabat və növbəti tədris ilində ADU-da nəzərdə tutulan yeniliklərə həsr olunmuşdur. 132 tələbə avropaşunaslıq və beynəlxalq münasibətlər fakültəsini kredit sistemi ilə bitirir. Bu tədri... | ANL |
Təhsil Nazirliyinin əməkdaşları Koreyada beynəlxalq seminarda iştirak ediblər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov iyunun 30-dan iyulun 5-dək Koreya İnsan Resursları İnkişaf Xi... | ANL |
Ümumtəhsil məktəblərinin I və II sinifləri üçün tədris planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq olunmuş lAzərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2009-2010-cu dərs ili üçün Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin III-XI, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin III-IV siniflərinin tədris planla... | ANL |
Tədbirlər planının təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Tə... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunması məqsədi ilə "Müharibə" mövzusunda mədəni-kütləvi tədbirlər təşkil etsin. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) 1941-1945-ci illər müharibə... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2008-2009-cu dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək sahəsində müəyyən işlər görülmüş, müvafiq təşkilati tədbirlər həy... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Son illərdə məktəbəqədər təhsilin təkmilləşdirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir dünya təcrübəsinə uyğunlaşdırılması, yeni təhsil texnologiyalarının tətbiqi sahəsində beynəlxalq təşkilatlarla birlikd... | ANL |
Sumqayıt məktəbliləri yay istirahətlərini maraqlı keçirirlər. Şagirdlərin istirahətini şən və mənalı keçirmələri üçün ən yaxşı vasitə olan məktəbli düşərgələri vaxtilə ölkəmizdə geniş yayılmışdı. Respublikanın ən səfalı yerlərində fəaliyyət göstərən belə düşərgələrdə minlərlə istedadlı, təhsildə və ictimai işlərdə fərq... | ANL |
Təhsil Nazirliyində beynəlxalq biznes yarışının finalçıları ilə görüş keçirilib. İyulun 10-da Təhsil Nazirliyində 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanmış tələbə və şagirdlərlə görüş keçirildi. Mərasimdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin mərkəzi aparatının və müvafiq ... | ANL |
Həsən bəy Zərdabi və maarif. Bəşər tarixində elə böyük zəkalar var ki, onlar həyat və fəaliyyətləri, yazdıqları və söylədikləri ilə gələcək nəsillərə bir örnək olaraq yaddaşlarda qalırlar. Azərbaycanda professional teatrın və demokratik mətbuatın banisi, təbiətşünas alim, publisist və ən nəhayət, görkəmli maarifçi kimi... | ANL |
Fransa universitetindən BSU-ya hədiyyə. Bakı Slavyan Universiteti Fransanın "Nansi-2" Universiteti ilə müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir. Belə ki, may ayında BSU-nun rektoru Kamal Abdullayev və "Nansi-2" Universitetinin rektoru Jan Fransua Leportyer arasında elmi-texniki sahədə əməkd... | ANL |
Pedaqoji fikir tariximizi zənginləşdirən örnəklərdən biri. Professor Nurəddin Kazımovun 14 cildlik "Seçilmiş əsərləri" haqqında qeydlər. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun 14 cildlik əsərlər toplusu çap olunmuşdur. "Milli ped... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Azərbaycan təhsili üçün yeni olan de-institutlaşdırma və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat vermək istəyirəm. Bilavasitə həmin məsələyə keçməmişdən əvvəl ölkəmizdə inte... | ANL |
Müasir təhsilə həsr olunmuş "dəyirmi masa" keçirilib. İyulun 15-də "Səs" İnformasiya Agentliyi və Respublika Təhsil Şurasının birgə təşkilatçılığı ilə "Azərbaycanda müasir təhsil: nailiyyətlər, problemlər, vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbiri "Səs" İnformasiya Agentliyi baş direktorunun müavini Elşad... | ANL |
Qəza vəziyyətində olan bir çox məktəb binası yeniləşdiriləcək. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il iyunun 23-də "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" sərəncam imzalayıb. Dövlət başçısının təhsilimizə qayğısı... | ANL |
Regionlarda elmi kadrların hazırlanması diqqət mərkəzindədir. Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ilə birgə "Regionlarda elmi kadrların hazırlanmasının aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilmişdir. Naxçıvan Dövlət Universitetin... | ANL |
"Azərbaycan Respublikası təhsil islahatının yeni layihəsi - müasir kurikulumların hazırlanmasında yeni addımlar". Azərbaycanda gedən təhsil islahatları, xüsusən də Təhsil Sektorunun İnkişaf Layihəsi çərçivəsində Milli Kurikulumun hazırlanması və tətbiqi istiqamətində görülən işlər Amerika Təhsil Departamentinin marağın... | ANL |
Rafael Hüseynovun sənədli əsərlərində söz yaradıcılığı. Dil ictimai hadisə olduğundan, onun inkişafı cəmiyyətin inkişafı ilə, xalqın tarixi, ictimai - iqtisadi və mədəni yüksəlişi ilə sıx bağlıdır. Bildiyimiz kimi, ictimai həyatda baş verən bütün dəyişikliklər dildə öz əksini tapır. Canlı dil daim inkişafda, dəyişməkdə... | ANL |
Praktik işçilərlə gənc tədqiqatçıların əməkdaşlığı məsələsi müzakirə olunub. İyulun 17-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Təhsildə fəal təlim prinsipləri: canlı təcrübənin təmsilçiləri ilə gənc tədqiqatçıların əməkdaşlığı" mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"nı g... | ANL |
Təhsil Nazirliyinin "Qaynar xətt"inə iyun ayında 46 müraciət daxil olub. Qeyd edək ki, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, ötən məqalədə de-institutlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkədə ilk dəfə beynəlxalq təcrübəyə uyğun bütün dövlət uşaq müəssisələrində aparılmış qiymətləndirmə barədə məlumat ver... | ANL |
Sumqayıt Dövlət Universitetinə sertifikat verildi. Azərbaycan Respublikasında təhsil pillələrində həyata keçirilən islahatlar ölkə tarixinin XXI əsrin əvvəllərindəki səhifələrini zənginləşdirən parlaq uğurlardır: ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması, Milli Kurikulumla t... | ANL |
NDU-nun tələbələri Türkiyə universitetlərində istehsalat təcrübəsi keçiblər. Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Kayseri şəhərindəki Erciyez Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq NDU-nun tibb fakültəsinin 22 nəfər III və IV kurs tələbəsi bu yaxınlarda həmin təhsil ocağında elmi-istehsalat təcr... | ANL |
Məktəb və pedaqoji fikir tariximizdən səhifələr. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində aparılan sinifdənkənar tədbirlər. Qori Müəllimlər Seminariyası təşkil olunarkən dövlət tədris planlarında və proqramlarında sinifdənkənar tədbirlərin keçirilməsi cüzi miqdarda nəzərdə tutulurdu. Sinifdənk... | ANL |
Treninqlərdə müəllimlər kurikulum islahatının mahiyyətinə yiyələndilər. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək ibtidai sinif müəllimləri üçün 5 günlük öyrədici kurslar təşkil olunur. Yeni dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinin I... | ANL |
Görkəmli Azərbaycan pedaqoqunun keçdiyi şərəfli yol. Mənalı həyatını Azərbaycanın ictimai, mədəni və maarif işlərinə sərf etmiş şəxsiyyətlərdən biri də görkəmli pedaqoq və şair Mirzə Xosrov Axundzadədir. Onun atası Mirzəli Aşiq Zeynalabdın oğlu müəllim olmaqla bərabər, şair və gözəl səsə malik məşhur musiqişünas olub, ... | ANL |
1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Hər birimizin qürur mənbəyimiz. Bu illər ərzində Azərbaycan dili daha da inkişaf etmiş, səlisləşmiş, görkəmli Azərbaycan dilçiləri sanballı əsərlər yazıb ərsəyə gətirmiş, bir sözlə, xalq öz dilinin təəssübkeşinə çevrilmişdir. Hamımıza yaxşı məlumdur ki, tarixən... | ANL |
Naxçıvan Muxtar Respublikasından iki qocaman ziyalı ilə söhbətimizdə onların "Azərbaycan müəllimi" qəzetilə olan çoxillik əlaqəsindən bəhs olundu. Naxçıvan MR-in əməkdar müəllimi, şair Sadıq Xanəliyev yarıməsrlik müəllimliyi dövründə "Azərbaycan müəllimi" qəzeti ilə sıx ünsiyyətdə olmuşdur. Onun şeir və məqalələri bu q... | ANL |
Xarici ölkələrin ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi. İyulun 24-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə və onların valideynləri ilə görüş keçirildi. Tə... | ANL |
Azərbaycan Texniki Universiteti ilə Çin Xalq Respublikasının ZTE Korporeyşn şirkəti arasında saziş imzalanıb. Azərbaycan Texniki Universiteti (AzTU) ilə Çin Xalq Respublikasının ZTE Korporeyşn şirkəti arasında AzTU-da yeni tədris mərkəzinin yaradılması ilə bağlı saziş imzalanmışdır. ZTE Korporeyşn şirkəti tərəfindən mü... | ANL |
Təhsil Nazirliyində mətbuat konfansı. Konfransı aparan təhsil naziri Misir Mərdanov media işçilərini salamlayaraq onlarla görüşməkdə məqsədinin başa çatmaqda olan dərs ilinin yekunları, orta ümumtəhsil məktəblərində keçirilən buraxılış, ali məktəblərdə semestr və dövlət imtahanları haqqında, eyni zamanda təhsil sahəsin... | ANL |
Təhsil naziri üç Asiya ölkəsində səfərdə olub. Səfər zamanı Malayziya, Sinqapur və Yaponiya ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti bu il mayın 20-dən iyunun 1-dək Malayziya, ... | ANL |
Təhsil Nazirliyində görüş. İyunun 2-də təhsil naziri Misir Mərdanov Bolqarıstan Respublikası Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov, Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov və səfirliyin digər əməkdaşları ilə görüşüb. öncə qonaqları səmimi sa... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, son məqalələrdə daha çox ölkəmizdə ali təhsil sahəsində mövcud olan problemlər barədə mülahizələrimizi bildirmişdik. Biz heç vaxt təhsil sistemində, o cümlədən ali təhsil sahəsində mövcud olan prob... | ANL |
Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanı... | ANL |
Orta ümumtəhsil məktəblərində buraxılış imtahanları başlandı. İyunun 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonlarının orta ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qayda... | ANL |
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 27 fevral 2009-cu il tarixli birgə qərarına müvafiq olaraq mayın 1-dən 31-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş Spartakiada keçirilmişdir. Spartakiadanın pro... | ANL |
Qlobal böhrandan çıxış yolları və yeni dünya quruculuğu modelləri müzakirə edilən konqres Rusiya Təbiət Elmləri Akademiyası Rusiya Fəlsəfə Cəmiyyəti və "İntellektual Sistemlər" elm-istehsalat korporasiyası ilə birlikdə təşkil etmişdir. Konqresin açılışında MDU-nun rektoru, təşkilat komitəsinin sədri, Rusiya Elmlər Akad... | ANL |
Alimin yubileyi qeyd edildi. Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə tanınmış alim, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Seyidovun 80-illik yubileyi geniş qeyd olund... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.