text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Naxçıvan Araz-Türk Respublikasının qurucularından biri – Abbasəli bəy Makinski. 1919-cu ilin yanvarın əvvəlində erməni qoşun hissələri Sürməli qəzasını işğal etdi. Azğınlaşan daşnaklar İrəvan, Üçmüəzzin və Şərur qəzasında da ağlasığmaz vəhşiliklər törədə-törədə Naxçıvana sarı hərəkət etməyə başladılar. Yanvar ayının 8-...
ANL
Sevinc Nuruqızı: “Uşaq ədəbiyyatı vətənpərvərlik tərbiyəsinin özülü ola bilər”. 1967-ci ildən Uşaq Kitabı üzrə Beynəlxalq Şuranın tövsiyəsi və qərarı ilə 2 aprel – danimarkalı yazıçı H.K Andersenin anadan olduğu gün bütün dünyada Beynəlxalq Uşaq Kitabı günü kimi qeyd olunur. Hər il Uşaq Kitabı üzrə Beynəlxalq Şuranın b...
ANL
Qəlblərdə və fotolorda yaşayacaq xatirə. Bu gün “Azadlıq” qəzetinin fotomüxbiri Əjdər Cəfər oğlu Nağıyev vəfat edib. O, cəmi 57 il yaşadı, yaradıcılığının daha da çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdi. Ə.Nağıyev 1955-ci ildə İsmayıllı rayonunun füsunkar Qoydan kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan mehrini foto s...
ANL
Tanınmış jurnalist Oqtay Salamzadə dünyasını dəyişdi. Bu gün tanınmış yazıçı-publisist, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə 82 yaşında dünyasını dəyişib. O, ömrünün 60 ildən çoxunu qələmə, yaradıcılığa bağlayıb, yüzlərlə oxunaqlı mətbu yazıları, ədəbi-bədii əsərləri yadigar qalıb. Bu nümunələr janr, mövzu rəngar...
ANL
Mirzə Fətəliyə həsr olunan Xalq Teatrları Festivalı başlayıb. Ötən gün M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalına start verilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən Festivalda İdarənin nəzdində fəaliyyət göstərən 16 Mədəniyyət evi Xalq te...
ANL
AMEA Naxçıvan Bölməsində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Hacı Qadir Qədirzadənin “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol. (rəvayətlər, baxışlar, tarixi həqiqətlər)” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Bö...
ANL
“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI İCTİMAİ BİRLİYİ MAİNZ ŞƏHƏRİNDƏ BAYRAM TƏDBİRİ KEÇİRİB. Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olub. Onlardan bəziləri xalqa yad müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulub, yaddaşlardan silinib. Yalnız o bayramlar əsrlərin sınağından keçib ki, ...
ANL
Sənət yolu, sənətkarlıq cizgiləri xatirələr süzgəcində. ikinci söhbət. Onun sənətini ikicə kəlmə ilə xarakterizə etməyi məndən xahiş etsəydilər, yəqin ki, çox düşünüb daşındıqdan sonra belə deyərdim: “canlı yaxma”. Canlı ona görə ki, bu sənətkarın tablolarında yerində olmayan, artıq düşən bircə yaxmaya belə təsadüf etm...
ANL
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu jurnalistlərin ümidlərini doğruldur. APARICI KİV RƏHBƏRLƏRI KİVDF-NIN 3 ILLIK FƏALIYYƏTINI MƏTBUATIN INKIŞAFI BAXIMINDAN MÜSBƏT DƏYƏRLƏNDIRIRLƏR. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılm...
ANL
Elnur Aslanov: “Minsk qrupu bir məcburi köçkünü belə öz doğma evinə qaytara bilməyib”. Müsahibimiz Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanovdur. Siz həmsədrlərin işini necə qiymətləndirirsiniz və fikrinizcə, sülh prosesinin yubanmasının əsas səbəblər...
ANL
Musa Qasımlı: “Sülh imkanları tükənməyib”. Müsahibimiz millət vəkili, tarix elmləri doktoru Musa Qasımlıdır. –Musa müəllim, təxminən iki-üç həftə bundan qabaq ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən Azərbaycana və regiona səfər etdilər. Qeyd edək ki, hər dəfə də bu səfərləröncəsi müxtəlif bəyanatlar verilir, cəmiyyə...
ANL
Dəyişməz funksiyaların dəyişən texnologiyası. Kütləvi informasiya vasitələri həmişə öz oxucuları, dinləyici və tamaşaçıları ilə dialoqda olmağa cəhd göstərmişlər. KİV anlayışının özündə dialoq, kontakt, qarşılıqlı əlaqə fəaliyyəti ideyası var. Müasir texnoloji imkanlar elə şərait yaratmışdır ki, bu əlaqələri eyni zaman...
ANL
“Xalqlarımız arasında nifaq salan qüvvələrə lənət olsun”. ZEYNƏB XANLAROVA: “ERMƏNİLƏR POLAD BÜLBÜLOĞLUNDAN MƏNİM YENİ DİSKİMİN OLUB-OLMAMASINI SORUŞUBLAR”. Martın 27-də millət vəkili, Xalq artisti Zeynəb Xanlarova Amerika Birləşmiş Ştatlarında qastrol səfərində olub. Səfərdən sonra o, AzərTAc-a müsahibə verib. – Zeynə...
ANL
Nuh erməni dilində danışıbmı? 2011-ci ildə “Priroda i svet” jurnalının avqust sayında yazıçı-jurnalist Vera Beqiçevanın “Ararat” başlığı altında məqaləsi nəşr olunmuşdur. İlk baxışda qədim tarix və arxeologiya ilə maraqlanan qeyri-mütəxəssislər üçün nəzərdə tutulan belə məqalənin yazılmasında heç bir qəbahət yoxdur. Ad...
ANL
“Fransa kimi bir ölkədə diaspor təşkilatları birləşməli, vahid Azərbaycan diasporu yaradılmalıdır”. VAZEH ƏSGƏROV: “BİRLİYİN OLMASI, MÜBARİZƏMİZİN DAHA ÇOX SƏMƏRƏ VERMƏSİ DEMƏKDİR”. Strasburqda fəaliyyət göstərən Fransadakı Azərbaycanlı Tələbələr Cəmiyyəti (FATA) 1999-cu ildə yaradılıb. Təşkilatın yaradılmasında əsas m...
ANL
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu. BDU-nun NƏZDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN BU LİSEY 5 İLDƏ ÇOX MÜHÜM NAİLİYYƏTLƏRƏ İMZA ATIB. Qloballaşan dünyada ən çətin məsələlərdən biri də təhsil sisteminin qlobal cəmiyyət müstəvisinə çıxarılmasıdır. Dahi Nizaminin bir neçə əsr əvvəl söylədiyi “Elmlə, biliklə...
ANL
Nəzakət Teymurovanın İtaliyada hazırlanmış yeni albomu jurnalistlərə təqdim edilib. Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Xalq artisiti Nəzakət Teymurovanın İtaliyada hazırlanan albomu ilə bağlı mətbuat konfransı keçirilib. İtaliyanın “Filmay” musiqi şirkətinin hazırladığı diskin Avropanın bir neçə ölkəsində satışa çı...
ANL
Şair sözünün qiyməti. Müstəqillik dövründə bədii yaradıcılıq əyalətlərdə də xeyli canlanıb, geniş vüsət alıb. Bunu bölgələrdə yaşayıb-yaradan yazarların məhsuldar fəaliyyətləri timsalında aydın görmək olar. Onlar dövri mətbuatda müntəzəm çıxışları, nəşr etdirdikləri müxtəlif kitabları ilə bu gün ədəbi prosesə fəal surə...
ANL
Ağacəfər Həsənlinin “Ağac kitabxanalar”ı. Amma bu yazıya Ağacəfər Həsənlinin kitabına verdiyi addan –”Ağac kitabxanalar”dan gözəl bir başlıq tapmadım, odur ki, müəlliflə kitabın adını qoşalaşdırdım sərlövhədə. Özünə və qələminə böyük rəğbətim olan bu müəllifin kitabında, adından tutmuş tərtibatınadək, hər bircəhət xoşu...
ANL
Şair sözünün qiyməti. Müstəqillik dövründə bədii yaradıcılıq əyalətlərdə də xeyli canlanıb, geniş vüsət alıb. Bunu bölgələrdə yaşayıb-yaradan yazarların məhsuldar fəaliyyətləri timsalında aydın görmək olar. Onlar dövri mətbuatda müntəzəm çıxışları, nəşr etdirdikləri müxtəlif kitabları ilə bu gün ədəbi prosesə fəal surə...
ANL
Məndən demək... Hər insan doğulduğu gündən mənzilinə yönəlmiş kamikadzedir. Olduğumuz şəkildə enerjimiz ora kimidir. Ordan o yana enerjimiz necə, nə şəkildə yaşayacaq? Bu nağıllarımızdakı həmişə bağlı olan qırxıncı qapıdır. Bir şeyi dəqiq bilirik ki, o dünyadan geri dönmək üçün heç kəsin vizası yoxdur. Hər kəs istedadl...
ANL
Tokay Məmmədovun heykəllər dünyası. Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış nümayəndələrindən biri də odur. O, özünün yüksək yaradıcılıq aləmi ilə sənətsevərlərin və tələbələrinin dərin məhəbbətini qazanıb. Onun müəllifi olduğu bir çox sənət əsərləri klassik sənət inciləri kimi incəsənət tariximizə əbədi daxil olu...
ANL
Elnur Aslanov: “Gənclərimiz ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır”. Aprelin 6-7-də Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAIF-in) növbəti beynəlxalq konfransı keçiriləcək. Bununla bağlı sualları Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhli...
ANL
Mahnı Teatrında “Hollandiya-Azərbaycan musiqili görüşü”. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hollandiya və Azərbaycan bəstəkarlarının kamera musiqisindən ibarət “Hollandiya-Azərbaycan musiqili görüşü” adlı konsert təqdim olunmuşdur. Konsert Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik müna...
ANL
İsrafil İsrafilov və Məryəm Əlizadə Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının XXVI Konqresində iştirak ediblər. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov və sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə 25-31 mart tarixlərində Polşada keçirilən Teatr Tənqidçil...
ANL
Sarı dəftərin əhvalatı. Əyyubun ağlına gəldi ki, ömürlərinin birinci yarısında ikinciyə hazırlaşırlar. İkincidə isə o biri dünya üçün. Və bircə qayğısız, sərbəst gün tapmırlar, rahatca ayaqlarını uzadıb oturalar... Fevral soyuğunu azacıq təsirsizləşdirmək ümidi ilə paltosunun yaxalığını qaldırdı. Həm özünə təzə palto a...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Dəmavənd ilə Nevadan iki avaz. Fə...
ANL
Əhməd Ağaoğlu: Malta sürgünü. 1918-ci il sentyabr ayının 15-də Bakının erməni və bolşevik işğal qüvvələrindən azad edilməsi Birinci Dünya müharibəsində türk silahının son zəfəri oldu. Aradan ay yarım keçəndən sonra savaşdan məğlub durumda çıxan Osmanlı imperiyası Antanta qüvvələri ilə Mudros sülh anlaşmasını imzalamaq ...
ANL
Peşəsi, prinsipləri və siyasi əxlaq haqqında. Bizim nəslin çox gözəl tanıdığı “Komsomolskaya pravda” qəzetinin İnna Rudenko adında bir yazarı Ukraynanın uzaq bir guşəsindən bir qız haqqında unudulmaz bir yazı yazır. Və mən həmin qızın ardınca Ukraynanın ən ucqar vilayətindən olan Mlinovkaya gedirəm və o qızı tapıram.Or...
ANL
Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər. MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR. Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağıza...
ANL
Elmi mühitə obyektiv baxış naminə. Ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyasına seçkilər bu elmi qurumun yaranmasından keçən 67 il ərzində həmişə cəmiyyətin maraq dairəsində olub, ictimai və şəxsi müzakirələrin obyektinə çevrilib. Əvvəla, Milli Elmlər Akademiyası kifayət qədər ciddi bir elmi qurumdur. Azərbaycan Mil...
ANL
Anam olmasaydı, bəlkə də bu yazını yazmayacaqdım. Çünki İradə Tuncayın “Yol romanı”nın qəzet variantını oxuyub haqqında fikirlərimi bir-iki cümlə ilə bildirmişdim. Amma iki gün əvvəl 92 yaşlı anamın romanı oxuyandan sonra “A bala, bu qız ürəyinin romanını yazıb” deməsi məni silkələdi və bu fikirləri yazmağa vadar elədi...
ANL
Şair Vaqif Bəhmənliyə açıq məktub. Mən sənin səmimi şair (və insan) olduğunu həmişə bilmişəm, ancaq hamıya ünvanladığın son kitabındakı (“Hamı”dakı) qədər nəinki səni, Azərbaycan poeziyasında hələ heç kəsi belə səmimi görməmişəm. Elə bil ərköyün toy toğlusudu. Sabahdan hərlənir naz aramızda. bununla kifayətlənərdi ki: ...
ANL
“MƏN İŞ ADAMIYAM, MUSİQİÇİYƏM, SİYASƏTLƏ MƏŞĞUL OLMAĞA İDDİAM YOXDUR”. Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarovun Moskvada “After the Thunder” adlı möhtəşəm konserti keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konsert paytaxtın “İzvestiya Hall” konsert kompleksində baş tutub...
ANL
Gənc yazar Pərvinin “Qar yağacaq” kitabının təqdimatı olub. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc yazar Pərvinin “Qar yağacaq” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitab “Təhsil” nəşriyyatının “Müəllifin ilk kitabı” layihəsi üzrə ikinci nəşrdir. Tədbiri AYB katibi, “525-ci qəzet”...
ANL
“Azər-İlmə” xalçaçılıq müəssisəsi növbəti nəfis nəşrini oxucuların ixtiyarına verib. “Müəssisədən Lent.az-a verilən məlumata görə, “Azərbaycan xalçaları öz qrupları” ilə silsiləsindən “Azərbaycan xalçaları – Bakı qrupu” broşürü işıq üzü görüb. Nəşrdə Bakı xalçaçılığının səciyyəvi xüsusiyyətləri, inkişaf mərhələləri ətr...
ANL
Əslində ona Böyük qardaşım Anar deməyim daha doğru olar. Və bizim aramızdakı münasibət, təntənədən, hər cür mənsəbdən uzaq bir qardaşlıq münasibətidir. Bakıda, İstanbulda, Moskvada, Ankarada, Parisdə – harda qarşılaşmışıq, sanki öz qardaşımı görmüşəm. Onun da eyni hisslər keçirdiyini bilirəm. Anarla bizi birləşdirən, a...
ANL
Biliyə əsaslanan inkişaf və intellektual insan potensialı – gələcək üçün vacib amillər kimi. Müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsil, o cümlədən ali təhsil ...
ANL
Şairə və rəssam Yeşim Ağaoğlu ilə Azərbaycan Yazıçılar Birliyində görüş olub. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda türkiyəli şair və instalyator Yeşim Ağaoğlu ilə görüş keçirilib. Yeşim Ağaoğlunun şeirləri 18 yaşından Türkiyənin müxtəlif dərgilərində dərc edilib. Azərbaycanda həm ana dilimi...
ANL
məndən güclüdür. Zal oğluna bənzəyən Rüstəm. məndən güclüdür. Ötən əsrin 60-ci illərindən oxucuların dərin rəğbətini qazanmış Xəlil Rza Ulutürk, Məmməd Araz, Əli Kərim, Musa Yaqub, Sabir Rüstəmxanlı, Ramiz Rövşən kimi şairlərimiz Azərbaycan poeziyasının səmasında yeni parlayan ulduzlara bənzəyirdi. Xəlil Rza nərəsi, Əl...
ANL
Elçin Hüseynbəyli “Yolayrıcında qaçış”ı sumqayıtlılar üçün imzalayıb. Aprelin 7-də Sumqayıt Dövlət Tarix Muzeyində yazıçı Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanının imza günü keçirilib. Tədbirdə Sumqayıt ədəbiyyatsevərləri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Əli Kərim adına poeziya klubunun direktoru...
ANL
Folklor İnstitutu “Dədə Qorqud” sessiyası təşkil edib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə “Dədə Qorqud” sessiyası keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycanın şifahi ...
ANL
“Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin çapdan çıxmasının 106-cı ildönümü münasibətilə Cəlil Məmmədquluzadənin ev–muzeyi Məmməd Səid Ordubadinin mənzil-muzeyi ilə birlikdə “Molla Nəsrəddin”in müasirləri” rubrikası üzrə tədbir keçirib. “M.S.Ordubadi həm də mollanəsrəddinçi ədəbi məktəbin nümayəndəsidir” mövzulu ...
ANL
“İstiqlal” qəzeti İsmayıl Qaspiralı haqqında. “Qəzet nəşrini mənimsəmiş bir millət gec-tez öz varlığını onu inkar edənlərə göstərəcək və haqqını tanıdacaqdır”. Həmişəyaşar ideyaları və fədakar fəaliyyəti ilə adını türk tarixinə əbədi həkk etdirmiş, Rusiya müsəlmanlarının məktəb, mətbuat, mədəni həyatında, təfəkkür tərz...
ANL
“Azərbaycan nümayəndə heyəti hər zaman AVRONEST PA-nın fəaliyyətinə ciddi yanaşıb”. AVRONEST Parlament Assamleyasının (PA) Bakı sessiyasının nəticələriylə bağlı müxbirimiz Azərbaycanın AVRONEST Parlament Assamleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanova müraciət edib. – Elxan müəllim, AVRONE...
ANL
AYDIN MİRZƏZADƏ: “İCTİMAİ PALATANIN İCTİMAİ PALATASI VAR, AMMA İCTİMAİYYƏTİ YOXDUR”. Məlum olduğu kimi, aprelin 8-də “İctimai Palata”nın təşkilatçılığı ilə Bibiheybət qəsəbəsi, 20-ci sahə adlanan ərazidə müxalifətin uzun müddətdir planlaşdırdığı birgə dinc aksiya həyata keçirilib. Rəsmi məlumatlara görə, aksiyada 1200 ...
ANL
Yeniləşən dünyanın teatr prosesi: faktlar... mülahizələr... qənaətlər... Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası haqqında qısa arayış: Rəsmi dili fransız və ingilis dili olan Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası 50 ildən artıqdır ki, fəaliyyət göstərir. Assosiasiyanın əsas məqsədi teatr sənətinin, teatr tənq...
ANL
BU GÜN UNUDULMAZ İNSAN, KAMIL PEDAQOQ FİRUZƏ RZAYEVANIN BU GÜN İLDÖNÜMÜDÜR. Həqiqətən də, Allah-Təalanın insana bəxş etdiyi ən böyük nemətlərdən biri ömür payıdır. Uca Yaradanın insana nəsib etdiyi ömür yolunu kimsə müsbət dəyərləndirərək, xeyirli əməllərlə məşğul olur və özünə nüfuz, hörmət qazanmaqla yanaşı, o biri d...
ANL
Çağdaşlıqla qədimliyin dəyərli vəhdəti. Qədim və zəngin milli-mənəvi dəyərləri ilə tanınan, rəğbət qazanan Azərbaycan xalqı yaşatdığı, təbliğ etdiyi bəşəri ideyaları, maddi-mədəniyyət örnəkləri, adət-ənənələri, humanizmə dayalı milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutur. Əsrlərin keşməkeşlər...
ANL
“Ulduz” ədəbi-bədii jurnalın növbəti sayı işıq üzü görüb. Xuraman Hüseynzadənin, Şəfəq Sahiblinin, Məmməd Namzın, Xəyalə Sevilin, Nəcməddin Mürvətovun, Valeh Bahaduroğlunun, Ülvi Ələfsəroğlunun, Səfər Rzasoylunun, Əlirza Həsrətin , Yusif Məhəmmədoğlunun şeirləri də bu sayda öz əksini tapıb. “Ulduz”un özəl layihəsi olan...
ANL
YUĞ-da modern rəqs məşğələləri. Bu barədə teatrın mətbuat xidməti məlumat verib. Tədbiri YUĞ Dövlət Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzi və Azərbaycandakı Fransız İnstitutu birgə hazırlayıb. Məşğələlərdə fransız rəqqasları Sara Baltzinger və Aleksandro Lipo modern rəqs teatrı, müasir rəqsi...
ANL
Şəhid İlqar Məmmədovun xatirəsi ədəbi-bədii tədbirlə anılıb. Prezidentin fərmanı ilə “Hərbi xidmətlərinə görə” medalı ilə təltif olunmuş (ölümündən sonra) şəhid İlqar Məmmədovun doğum günü münasibətilə onun oxuduğu və hazırda adını daşıdığı Binəqədi rayonu Biləcəri qəsəbəsi 298 saylı məktəbdə tədbir keçirilib. Tədbirdə...
ANL
Nəriman Əbdülrəhmanlının son dərəcə polifonik, çoxjanrlı və çoxsahəli (elmi, publisistik, ədəbi, bədii və s.) yaradıcılığını iyirmi ilə yaxındır izləyirəm, ancaq hər izlədiyimdə onun yaradıcılığının yeni keyfiyyətləri, heç kimə bənzəməyən yolu və üslubu, ədəbi-bədii texnologiyaları, orijinal obrazları, janr, struktur y...
ANL
“QHT-media əlaqələrinin indiki vəziyyəti ümumən normal sayıla bilər”. GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASI MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ORXAN ƏLİ:“İŞ PROSESİNDƏ JURNALİSTLƏRƏ SADƏCƏ BİR MEDİA İŞÇİSİ KİMİ YOX, DOST KİMİ YANAŞMAQ MƏNİM ƏSAS PRİNSİPİMDİR”. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası aparıcı gəncl...
ANL
“Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmədə cavab verməlidir”. Gənclik illərini Xocalıda keçirən, Qarabağ müharibəsinin, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın şahidi olan və bu faktı qələmi ilə dünyaya çatdırmaq istəyənlərdən biri də Şamil Sabiroğludur. Onunla baş vermiş gerçəklikləri...
ANL
Jalə Əliyeva: “Xaricdə səslənən mahnılarımızın müəlliflik hüququnun qorunmasına ciddi ehtiyac var”. Müsahibimiz millət vəkili,professor Jalə Əliyevadır. – Jalə xanım , məlumdur ki , üzvü olduğunuz Mədəniyyət komitəsinin yaxından iştirakı ilə hazırlanan “Mədəniyyət haqqında” yeni qanun layihəsi artıq parlamentin birinci...
ANL
Müsahibimiz Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlidir. –Əli müəllim, Sovetlər dövründən əmanət banklarında yatıb qalmış əmanətlərin qaytarılması məsələsi nəhayət, bu yaxınlarda öz müsbət həllini tapdı. Bununla belə, maraqlıdır ki, bu mexanizm 1992-93-cü illərin əmanətlərinə və əmanətçilərinə ...
ANL
Xalq şairi Zəlimxan Yaqubla bağlı yeni albom-kitab nəşr edilib. Bu günlərdə Xalq şairi Zəlimxan Yaqubla bağlı yeni kitab işıq üzü görüb. “Şərq-qərb” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən albom-kitabın tərtibatçısı və ön sözün müəllifi professor Teymur Əhmədov, məsul redaktoru Musa Nəbioğludur. Oxuculara təqdim ...
ANL
Ədəbiyyat İnstitutunda 2011-ci ilin ədəbi yekunları müzakirə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda 2011-ci ilin ədəbi yekunlarına həsr olunmuş müşavirə keçirilib. APA-nın məlumatına görə, müşavirədə çıxış edən institutun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli bildir...
ANL
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qız qalası” qalereyasında Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin əsərlərindən ibarət sərginin açılışı keçirilib. Tədbirin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, sərginin məqsədi Azərbaycan ilə Türkiyə arasında...
ANL
RAMİZ QUSARÇAYLININ ŞEİRLƏRİNDƏN YARANAN DUYĞULAR. İllər öncə “Azərbaycan” jurnalında Ramiz Qusarçaylının yazıları ilə tanış olanda onun şeirləri mənim də yadımda həyatın yaşıl və sarı rəngi kimi qalmışdı. Onun “Azadıq” adlı şeiri xüsusilə xoşuma gəlmişdi. Alimində yox ziya, Şairində söz riya. Hər kənddə bir partiya. S...
ANL
Səmimiyyətin bədii ifadəsi. Xeyli vaxtın söhbətidir. Bir gün həmyerlim və dostum Hacı Bayram Aslanov söhbət əsnasında məndən soruşdu: Ofelya Babayevanın şeirlərini oxumusan? “Adda-budda oxumuşam, küll halında Ofeliya xanımın yaradıcılığına bələd deyiləm” – bildirdim. Yaxşı söz duyumuna malik pedaqoq-ədəbiyyatşunas o za...
ANL
Çağdaş mətbuatımızda Qarabağ mövzusu:yazıçı-jurnalist Ziyəddin Sultanovun qələmində. Müasir Azərbaycan jurnalistikasında özünəməxsus yeri olan, qələmi və istedadı, ən ümdəsi yaradıcı şəxsiyyəti ilə nüfuz qazanmış ziyalılarımızdan biri də Ziyəddin Sultanovdur. Həmin vaxtlar Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzet...
ANL
Fuad Muradov: “Avronest”də Qarabağla bağlı qətnamə qəbul etmək olar”. Müsahibimiz “Avronest” Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Fuad Muradovdur. – Fuad bəy, Azərbaycan və Ermənistan parlamentarilərinin beynəlxalq təşkilatlarda, o cümlədən “Avronest” Parlament Assamble...
ANL
Azay Quliyev: “QHT-lərin qeydiyyatı təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də aparıla bilər”. Müsahibimiz Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevdir. – Azay müəllim, “Avronest” Parlament Assambleyasının (PA) Bakı sessiyası zamanı sözügedən qurumun Sosial məsələ...
ANL
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. QƏRARLAR QƏBUL OLUNUB, YENİ MÜSABİQƏYƏ BAŞLANILMASI RAZILIĞINA GƏLİNİB. Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İH üzvləri MŞ sədri Əflatun Amaşovun təqdimatından sonra gündəliyə 3 məsələ barədə müzakirələrin daxil edilməsi razılığına gəliblər. ...
ANL
Rövşən Mustafayevin “Ölüm tanqosu”. Haqqında yazdığımız kitabın müəllifi bu məqalə yazılan vaxtı hələ haqq dünyasına qovuşmamışdı... İndi böyük ürək ağrısı ilə xalqımızın ən şərəfli, ən gərəkli övladlarından olmuş və bizləri tərk eyləyib dünyasını dəyişmiş Rövşən Mustafayevi bir daha yad eyləyək... Onların işləri heç v...
ANL
Paşa Qəlbinurun 60 illiyi Yazıçılar Birliyində qeyd olunub. MƏRASİMDƏ YUBİLYARIN “QARA SU” KİTABI ƏDƏBİ İCTİMAİYYƏTƏ TƏQDİM EDİLİB. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda dəyərli şair və oftalmoloq alim, professor Paşa Qəlbinurun 60 illik yubileyi və “Qara su” romanının təqdimatı ilə bağlı mərasim ...
ANL
Azərbaycan və Rusiya azərbaycanlıları üçün Tofiq Məlikli fenomeni. İctimai elmlərin axıra qədər həllini tapa bilmədiyi, daima mübahisələr və müzakirələr doğuran problemlərindən biri tarixdə xalqın və şəxsiyyətin rolu məsələsidir. Bu problemin müxtəlif elmlərdə və müxtəlif konsepsiyalar çərçivəsində öz həllini necə tapm...
ANL
Mətbuat demokratik inkişafı şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan müstəqillik əldə etmiş bir respublikada mətbuatın inkişafı önəmli şərtdir. Lakin Azərbaycan mətbuatında 90-cı illərin əvvəllərində – ölkəmiz müstəqilliyə qovuşduğu ilk vaxtlarda söz və mətbuat azadlığından danışmaq qeyri-mümkün idi. Cərəyan e...
ANL
Elmira Axundova: “Beynəlxalq məhkəmələrə müraciət məsələsi yeni sənəddə öz əksini tapmalıdır”. Müsahibimiz Milli Məclisin (MM) Sosial siyasət komitəsinin üzvü, yazıçı-publisist Elmira Axundovadır. –Elmira xanım, məlum olduğu kimi, ətrafında neçə illərdən bəri dikussiyalar gedən “Mədəniyyət haqqında” yeni qanun layihəsi...
ANL
Akif Aşırlı: “İndi jurnalistlər reportaja, araşdırmaya vaxt sərf etmək, əziyyət çəkmək istəmirlər”. “ŞƏRQ” QƏZETİNİN BAŞ REDAKTORU SON VAXTLAR AZƏRBAYCAN MƏTBUATINDA REPORTAJ VƏ ARAŞDIRMALARIN AZALMASINI ƏSASƏN MADDİ AMİLLƏRLƏ ƏLAQƏLƏNDİRİR. Son dövrlərdə “Şərq”də və eləcə də, bütün mətbuatda reportajların, jurnalist a...
ANL
“Eurovision”: beynəlxalq və yerli “oyunçular”ın bəhanəsi. Bizim ölkədə əhəmiyyətli hadisələri urvatdan salmaq üzrə ixtisaslaşmış “professionallar” dəstəsi var. İndiyə qədər siyasi proseslərdə həm özünü, həm də prosesi hörmətdən salanları çox görmüşük. Çoxu dərd-azarını həll eləmək üçün seçki illərini gözləyir. Deməli, ...
ANL
Almaniyalı alimlər BSU-da. Bakı Slavyan Universiteti ilə Almaniyanın Yohannes Qutenberq Universiteti – Mayns və “Osvald fon Volkenştayn Cəmiyyəti” arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı 10 illik layihə...
ANL
BDU-nun Rusiya təhsil ocaqları ilə əməkdaşlığı. Bu günlərdə Rusiyanın tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkoya universitetin fəxri doktoru adı verildi. İndiyə qədər bu ada bir çox dövlət xadimləri, siyasətçilər, ictimai xadimlər və elm...
ANL
Fariz Bədəlovun xatirəsinə həsr edilmiş filmin təqdimatı keçirilib. “Nizami” Kino Mərkəzində 2011-ci il martın 8-də Ağdam rayonu ərazisində erməni işğalçıları tərəfindən qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun xatirəsinə həsr edilmiş “Ana haqqı” filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, film Respu...
ANL
Əzizim Fikrət! Vaxtiylə sənə ithaf etdiyim bu şeiri bir neçə bənd əlavə etməklə mətbuata verməyə əşəddü-ehtiyac duydum. Söz qanmayan sözmü qanar? Əzvaylara, cahillərə söz söyləməkdən nə çıxar. Beləsinə söz deməyin məgər bir mənası vardır? Öz-özünə murdar deyən. Qaraçı ləçərlər kimi. Həyasız və tərbiyəsiz. Çızma-qaralar...
ANL
Əhməd Ağaoğlu: Malta sürgünü. Mayın əvvəllərində artıq məhbusları İstanbulda saxlamağın perspektivsizliyi həm sultan hökumətinə, həm də ingilislərə tamamilə aydın olmuşdu. müxtəlif səbəblər üzündən tutulanların mühakimə edilmələrini çətin, cəzalandırılmalarını isə bundan da çətin sayır. Ona görə də onların Maltaya gönd...
ANL
Əsər, yaxud kitab haqqında fikirlərimi həmişə şifahi demişəm. Ya təqdimatlarda, ya da müsahibələrdə. Yazılı şəkildə fikir ifadə eləməyə çətinlik çəkmişəm həmişə. Elə Pərvinin “Qar yağacaq” kitabı barədə də bütün fikirlərimi təqdimatda deyəcəkdim, lakin tədbirin ortasında telefonuma gələn bir zəng bütün əhvalımı korladı...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Yeni şəhər qərardadi. Dünki sayımızda Vəzirlər Şurasının şəhər qərardadi həqqində bir qərari dərc edilmiş...
ANL
Bu iç təqvimi işə düşəndə insan özünü hansı yaşda, hansı fəsildə hiss edirsə, demək ondan ötrü ilin, günün o vaxtıdır. Yadımdadır, Sovetlər dövründə partiya bileti dolduran əməkdaşla aramızda belə bir dialoq da olmuşdu: – Ay, gün qrafasını boş qoya bilmərik, ilin orta ayını yazıram. – Bəs pasportda olmayan tarixi yazma...
ANL
Peşəsi, prinsipləri və siyasi əxlaq haqqında. Bizim nəslin çox gözəl tanıdığı “Komsomolskaya pravda” qəzetinin İnna Rudenko adında bir yazarı Ukraynanın uzaq bir guşəsindən bir qız haqqında unudulmaz bir yazı yazır. Və mən həmin qızın ardınca Ukraynanın ən ucqar vilayətindən olan Mlinovkaya gedirəm və o qızı tapıram.Or...
ANL
(Başlanğıcı ötən şənbə saylarımızda). Trikopisi çağırtdım və “Mən sizləri sizin yandıra bilmədiyiniz, salamat qalmış binalarda saxlayıram. Altlarınızdakı yataqlar insanlarını diri-diri öldürdüyünüz evlərdən alındı. Hələ dünən evlərinin yanmasını seyr etdiyiniz insanlar sizlə daha necə davransın? Ankaraya gedən dəmir yo...
ANL
Əbu Turxanın hikmət dünyası. Amma dost dediyin nədir, sınağa çəkdiyin nə? Yaxud əvvəl gərək dostun ola ki, çətin işə gedəndə məhz onu seçəsən. Bütün paradoks bundan ibarətdir ki, dar gündə sınamaq artıq gec olur. Şərqdə necə ki, məhəbbət reallığın fövqünə qaldırılaraq ancaq onun ifrat, birtərəfli təzahürü kimi tərənnüm...
ANL
Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər. (MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR). (Əvvəli ötən şənbə saylarımızda). Mirzə Fətəlinin bu missiyasının isbatı və təsdiqi onun məktəbinin yetişdirmələridir: Mirzə Cəlil, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.B.Vəzirov, Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli... Ən yeni Azərb...
ANL
Söz mülkünün yeddi qatı. Onun adı çəkiləndə çox sevdiyim bir səsin sehrinə düşürəm. İnsan qəlbini ehtizaza gətirən səslərin min avazından, cazibəsindən çox yazmışam, amma indiyədək unudulmaz Nərminə Məmmədovanın nəfəsindən qopan səsin rəngini ayırd edə bilməmişəm. Bəlkə elə bu da bənzərsiz ifaçının məhz özünəməxsus açı...
ANL
Mariya Styuartın odisseyası: qanın xoşbəxtlik hədiyyəsi və sonrakı bədbəxtliklər labirinti. Hələ qədim Misirdə faraonlar, Roma imperiyasında ali icra hakimiyyəti bir-birini əsasən irsiyyət qaydasında əvəz edirdilər. Hökmranlığın irsən ötürülməsi bəzən problemlərlə üzləşdiyindən, bunları həll etmək üçün qan tökmək də la...
ANL
SABİQ RABİTƏ NAZİRİ SİRUZ ABASBƏYLİ: “HAZIRKİ QURUCULUQ İŞLƏRİNİN BİR PARÇASI OLMAQ İSTƏYƏRDİM”. Öz zəhməti, işgüzarlığı, qərarlılığı ilə rabitə montyorluğundan nazir vəzifəsinə qədər yüksələn S.Abasbəyli bizimlə söhbətdə bir çox mühüm məsələlərlə bağlı bir-birindən maraqlı məqamlara toxundu. Uşaqlığı Tehran və Təbriz ...
ANL
Alman alimi Ziqlinde Hartmann: “Alman mifologiyasında Atilla əsilzadə və hökmdar olaraq xatırlanır”. Orta çağ alman poeziyasının ən möhtəşəm abidəsi kimi dəyərləndirilən “Nibelunqlar nəğməsi”ni Azərbaycan oxucusu üçün əlahiddə vacib edən bir məqam da var: orda Hun imperatoru Atillanın hökmdar obrazı xalq yaddaşına söyk...
ANL
Ali təhsillə bağlı sənədlərin tanınması: mövcud qanunvericilik və real mənzərə. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlərə dair sərəncama əsasən Azərbaycan “Avropa regionunda ali təhsil sahəsində i...
ANL
Lyudmila Lavrova: “Afaq Məsudun əsərlərində heyrətamiz bir xüsusiyyət var”. Bu günlərdə “Evraziya Press” nəşriyyatında Azərbaycan yazıçısı Afaq Məsudun “Roman-hekayə” (“Roman-rasskaz”) adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru Rusiyanın tanınmış yazıçı-tənqidçisi Lyudmila Lavrova kitaba yazdığı ön sözdə rusdilli ox...
ANL
Film Fondunda mərhum rejissor Gülbəniz Əzimzadənin 65 illiyi qeyd edilib. Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı Gülbəniz Əzimzadənin 65 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Fondun foyesində rejissorun həyat və yaradıcılıq yolunu ə...
ANL
Moskvada “Azərbaycan cazı” gecəsi təşkil olunub. “Moskva Beynəlxalq Musiqi Evi”ndə Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan cazı” gecəsi keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, gecədə Rusiya və Azərbaycanın tanınmış incəsənət xadimləri iştirak ediblər. Konsert proqramını giriş s...
ANL
Mərhum bəstəkar Elza İbrahimovanın yaradıcılığı fəxri mükafatla qiymətləndirilib. “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalı Ağsaqqallar Şurasının qərarı ilə, görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimova vəfatından sonra “Mehriban ana” ordeninə layiq görülüb. Bu m...
ANL
Buranın sakinləri özlərini xəyallarında qurduğu cənnətdə hiss edər və azad – dəlisayağı xoşbəxt günlər yaşayardılar... lll. ... Tamaşa salonuna daxil olan andaca quruluşçu rejissor (Petru Vutkereu – Moldaviya Respublikası) və quruluşçu rəssamlar (tərtibat rəhbəri Xalq Rəssamı Nazim Bəykişiyev, quruluşçu rəssam Ramin Bə...
ANL
Heç ömrünüzdə yağışdan sonra səmada göz oxşayan göy qurşağının rənglərinin hansı ardıcıllıqla düzüldüyünün fərqinə varmısınızmı? Sizi çətinə salmadan demək istəyirəm ki, ərşin bayrağına bənzəyən göy qurşağının mərkəzində yer alan yaşıl rəng heç vaxt öz yerini başqa rənglə dəyişmir. Bu, yaşıl rəngin həqiqəti əbədi ilahi...
ANL
“Bir söyüşdən ötəri etmə əziyyət balama, Göyərib coşma, utan, qonşuları yığma dama, Sənə söydükləri getsin başı batmış atama, Qışqırıb bağrını da yarma, uşaqdır uşağım! Mirzə Ələkbər Sabir. Söyüş nədir? Elə bilirsiniz, mənim cavabım birdəfəlik və qəti olacaq? Amma söyüşdən və söyüş söyən adamdan o qədər zəhləm gedir ki...
ANL
Ağdamın “İmarət”li günləri... Xeyli müddət idi ki, Ağdamın əsas “sima”larından sayılan “İmarət” haqqında bilgilər toplamaq niyyətindəydim. Bir sıra elmi mənbələri, qəzet arxivini vərəqləsəmdə, mənə lazım olanı tapa bilmirdim. Etiraf edilməlidir ki, elmi mənbələrdə “İmarət”in tarixi tədqiq edilib. Lakin “İmarət”in başqa...
ANL
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli “Mövqe.az” saytının suallarını cavablandırıb. – Vüqar müəlim, jurnalistlər üçün inşa edilən binada tikintinin vəziyyəti nə yerdədir? – Tikinti işləri təsdiq olunmuş qrafikə əsas...
ANL
Fatih Şahin: “Azərbaycanla Muğla vilayəti arasında turizm əlaqələrini inkişaf etdirmək istəyirik”. Bu günlərdə Türkiyənin Muğla vilayətinin valisi Fatih Şahin Azərbaycanda səfərdə olub. –Fatih bəy, Azərbaycana səfərinizin məqsədi barədə nə deyə bilərsiniz? –Mən 11-ci Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak e...
ANL