text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İshaq ibn İbrahim Əbu Tahir Günətay Xanzad. Oxuculara təqdim olunan bu parça Seyran Səxavətin “Qaçhaqaç” romanının ikinci kitabının birinci hissəsindəndir. Əsərlə bütövlükdə “Azərbaycan” jurnalının yaxın nömrələrində tanış ola bilərsiniz. Bakıda da, “Ulduz” jurnalının redaksiyasında da ən qədim tanıdığım adam Vidadi Mə... | ANL |
Yazıçı-dramaturq Əli Əmirlinin aprel ayında anonsunu verdiyi və yay aylarında yazacağını söylədiyi “İki aktrisa üçün baş rol” pyesi artıq hazırdır. Bu barədə dramaturqun qəzetimizə verdiyi məlumatda deyilir. Müəllifin teatral komediya kimi təqdim etdiyi, amma daha çox gərgin dramatizmi ilə seçilən bu əsər, adından görü... | ANL |
Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının açılışı olub. Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi gerçəkləşib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilən festival Heydər Əliyev Fondunun də... | ANL |
Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi sentyabr ayının 17-dən 24-dək Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi İnternational Art House Film Festival”ın “International COMPETITION – Short Films Section” bölməsində iştirak edir edir. Rejissorun verdiyi məlumata görə, festivalın bu bölməsində 17 ölkənin 30 fi... | ANL |
Türk dünyası sivilizasiyasına Azərbaycançı baxış. Türk dünyası və sivilizasiyalar məsələsi uzun illərdən bəridir ki, mədəniyyətlərarası münasibətlər, türk kimliyi, din və sivilizasiya problemləri ilə məşğul olan araşdırıcıların diqqətini cəlb etməkdədir. Bu sahədə Qərbdə və Rusiyada nəşr edilmiş əsərləri oxuduqca probl... | ANL |
Bəhruz Quliyev: “Medianın problemlərinin həlli yönündə kifayət qədər ciddi addımlar atılıb”. Müsahibimiz “Səs” qəzetinin, “Səs” İnformasiya Agentliyinin və eyniadlı internet televiziyasının baş redaktoru Bəhruz Quliyevdir. – Bəhruz müəllim, müstəqillik illərində Azərbaycan mətbuatı özünəməxsus bir yol keçib. Siz mətbua... | ANL |
18 sentyabr: Xankəndlilərin yaddaşından silinməyən gün. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi idi. Ona görə də ermənilər, “ənənələrinə” sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planı... | ANL |
Ağdamın “Şur” ansamblının ifasının Bakıda nümayişi böyük rəğbətlə qarşılanıb. BUNUNLA BAĞLI KEÇİRİLƏN MƏRASİMİN İŞTİRAKÇILARI MƏŞHUR ANSAMBLIN BƏRPASINI RAYON RƏHBƏRLİYİNİN NƏCİB TƏŞƏBBÜSÜ KİMİ YÜKSƏK QİYMƏTLƏNDİRİBLƏR. Son zamanlar Ağdam rayonunun ictimai-mədəni həyatında bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu ... | ANL |
Gecənin zil qaranlığında biz uzaq göylərdə sayrışan saysız-hesabsız ulduzlara baxırıq... Sanki Ulu Tanrı heç nəyi gizlətməmiş, yaratdıqlarını öz qullarının – insanların gözləri önündə sərgiləmişdir. Təəssüf ki, gördüklərimizin hamısını dərk etmək imkanından məhrumuq, gördüklərimizi ağlımızın gücünə güvənərək şərh edə b... | ANL |
Turizmin təbliğinə aid “Ölkəm mənim” klipi təqdim olunub. “Turizmə Dəstək” Gənclər Koalisiyası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi, “Azpetrol”, “Mətanət-A” şirkətləri, eləcə də “Atlant” Ailəvi İstirahət və Turizm Mərkəzinin maliyyə dəstəyi ilə hazırlanan “Ölkəm mənim”” klipinin təqdimat mərasimi keçiril... | ANL |
XXI əsr texnologiya dövründə Azərbaycan teatrlarının internet saytlarının olmaması çox təəssüfləndirici məqamdır. Dünyanın istənilən ölkəsində dövlət teatrlarının bu məsələyə önəm verməsi və internet portal vasitəsi ilə dünyaya inteqrasiya etməsinin sanki Azərbaycan teatrına aidiyyəti yoxdur. Bu hal Azərbaycanda istər ... | ANL |
Mətbuatımızda televiziya tənqidi: peşəkarlıq zəif, ixtisaslaşma yox səviyyəsində. Azərbaycan mətbuatında tənqid dedikdə, əsasən, ədəbi tənqid və siyasi aləmdə olan atmacalar, siyasi analitiklərin fikirləri nəzərdə tutulur. Peşəkar jurnalistikada isə tənqid fakta, reallığa söykənən, tənqid olunan obyektin, hadisənin və ... | ANL |
“Bu kifayət qədər zəruri və əhəmiyyətli sənəddir”. OSMAN GÜNDÜZ: “BURADA KORRUPSİYAYA ŞƏRAİT YARADAN HALLARIN ARADAN QALDIRILMASI NƏZƏRDƏ TUTULUR”. Bir neçə ay öncə dövlət başçısı tərəfindən elektron xidmətlərin təşkili ilə bağlı fərman imzalandı. Elektron hökumətin formalaşdırılması istiqamətində atılan bu addımla bağ... | ANL |
Jalə Əliyeva: “Mədəniyyət haqqında” qanuna geniş dəyişiklikləri nəzərdə tutan layihə hazır vəziyyətdədir”. Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyevadır. –Jalə xanım, parlamentin qarşıdan gələn növbəti payız sessiyası üçün üzvü olduğunuz Mədəniyyət komitəsi hansı qanun layihələrini müzakirəyə ç... | ANL |
AVRONEST-in növbəti sessiyası Bakıda keçiriləcək. AVRONEST PARLAMENT ASSAMBLEYASINDAKI AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ ELXAN SÜLEYMANOV: “BU BİZİM AVRONEST-dəki UĞURLU İŞİMİZİN NƏTİCƏSİDİR”. Sentyabrın 14-15-də AVRONEST Parlament Assambleyasının iclası keçirildi. Sessiyada müzakirə edilən bəzi məsələlərlə bağlı ... | ANL |
Əbülfəs Qarayev: “Mədəni irsimizin qorunmasında mətbuatın fəal roluna ehtiyac duyulur”. MƏTBUAT ŞURASINDA “TURİZMİN İNKİŞAFI MEDİA MÜSTƏVİSİNDƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB. Dünən Mətbuat Şurasında “Turizmin inkişafı media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib. Toplantını giriş sözü ilə açan Mətbuat Şur... | ANL |
Tarixilik və müasirlik mövqeyindən. Milli mədəniyyətimizin və incəsənətimizin qarşısında duran əsas vəzifələrdən biri onun ayrı-ayrı mərhələ və problemlərini, fəlsəfi- estetik prinsiplərini sistemli şəkildə, nəzəri fikrin meyarları tələbindən yenidən tədqiq etmək, bu mərhələlərin bədii- estetik özəlliklərini və elmi ar... | ANL |
Sevinc Fətəliyeva: “Avropa Azərbaycanda intensiv inkişaf görür və bunu dəstəkləyir”. Müsahibimiz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevadır. – Sevinc xanım, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Komitə iclasından qayıtmısınız.İstərdik ilk öncə elə həmin iclas və orada müza... | ANL |
“Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu tarixi zərurət idi”. MÜSAHİBİMİZ SABİQ MİLLƏT VƏKİLİ İNQİLAB NADİROVDUR. – İnqilab müəllim, ölkəmiz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının iyirmi illiyini qeyd etməyə hazırlaşır. O vaxtlar fəal siyasətlə məşğul olan bir şəxs kimi həm... | ANL |
Yalta” IV Beynəlxalq Teatr Festivalında laureat olub. Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrı “Teatr. Yalta” IV Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, “Teatr. Yalta” IV Beynəlxalq Teatr Festivalında dünyanın ən nüfuzlu və tanınmış teatrları – İngiltərə, ... | ANL |
HUMANİZM AŞILAYAN FİKRƏT QOCA POEZİYASI HƏR KƏSİ İNSAN OLMAĞA SƏSLƏYİR. Bu yazımızda min illərdən süzülüb gələn, Azərbaycan poeziya sənətinin zirvələrində özünəməxsus yer tutan Fikrət Qoca yaradıcılığından danışacağıq. O Fikrət Qoca ki: Günəşə bənzəməkçün yarpaqlar saraldılar, Yerə şölə salmayıb, yenə kölgə saldılar. “... | ANL |
Budapeştdə Üzeyir Hacıbəylinin 126 illiyi və Azərbaycan Milli Musiqi Günü qeyd edilib. Sentyabrın 18-də Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü və Milli Musiqi Günü Budapeştdə təntənəli şəkildə qeyd edilib. Milli Musiqi Günündə “Dunay” si... | ANL |
Qloballaşma şəraitində milli mədəniyyətimizin dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində Bakı Slavyan Universitetinin rolu. (Akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər:zaman kontekstində baxış” adlı məqaləsinin işığı altında). Qloballaşma müasir tarixi inkişafın zəruri və obyektiv bir mərhələsidir.... | ANL |
“Mediada dil faktoru” mövzusunda dəyirmi masa keçirildi. ƏFLATUN AMAŞOV: “İNDİNİN ÖZÜNDƏ DƏ JURNALİSTLƏRİN ƏDƏBİ DİL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ, İŞLƏDİLMƏSİ QAYDALARI İLƏ BAĞLI ÇƏTİNLİKLƏRİ YAŞANMAQDADIR”. Dünən Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnk... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Ankarada Azərbaycan siyasi mühacirəti və Türkiyə ictimaiyyəti 1954-cü ilin yanvarında Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və tanınmış lideri, ilk milli demokratik Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 70 illik yubileyini təntənə ilə qeyd etmişdi.... | ANL |
Yazıçı-publisist Qulu Məhərrəmli-Yazıçı-publisist Zemfira Məhərrəmli –1. Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o g... | ANL |
Azərbaycan şairinin Şiraz sevdası. (Çingiz Əlioğluna açıq məktub). Milli nəsrimizin və poeziyamızın əsasən, ən maraqlı nümunələrini dərc etməklə çağdaş ədəbiyyatımızın inkişafına sədaqətlə xidmət edən və geniş oxucu ordusu toplaya bilmiş doğma “525-ci qəzet”də sənin (“sizin” kəlməsində bir az rəsmiyyət olduğundan “səni... | ANL |
“Adi xarakterli insanlar dramaturgiyanın bəyənmədiyi insanlardır...”. Pərvinin həmsöhbəti yazıçı-dramaturq Əli Əmirlidir. Pərvin: Əli müəllim, bilirik ki, ədəbi fəaliyyətə nəsrlə başlamısınız. Xeyli hekayə, povest və romanlarınız da oxuculara tanışdı. Amma sonradan bütün yaradıcılığınızı dramaturgiyaya həsr etdiniz. Üm... | ANL |
Şair Vaqif Məmmədova məktub. Əslində bu məktubu yazmadan da fikirlərimi sizə deyə bilərdim. Uzaq başı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən heç iki kilometr uzaqda olmayan Naxçıvan Dövlət Universitetinə gəlib “Qeyrət” nəşriyyatının direktor otağında sizinlə üz-üzə uzun-uzadıya danışa, dərdləşə, sö... | ANL |
“Azərbaycanın təhsil nazirləri”: maarif tariximizin silinməz səhifələri. Təhsil Nazirliyi tərəfindən hazırlanan “Azərbaycanın təhsil nazirləri” kitabı bir müddət əvvəl çapdan çıxıb. Nəşrin layihə rəhbəri təhsil naziri, professor Misir Mərdanov, redaktoru isə siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadədir. Azər... | ANL |
Kamran Nəzirlinin “Şeytan işığı” pyesinin premyerası keçirilib. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni teatr mövsümünü tanınmış yazıçı –dramaturq Kamran Nəzirlinin “Şeytan işığı” pyesinin premyerası ilə açıb. Tamaşanın quruluşçu rejissoru Naxçıvan Dövlət Dram Teatrının Baş rejissoru, xalq artisti Kamran Qul... | ANL |
Hadi Rəcəbli: “Bizdə sosial müdafiə ilə bağlı islahatlar prosesində təkamül yolu seçildi”. MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ, SİYASİ ELMLƏR DOKTORU HADİ RƏCƏBLİDİR. – Bu yaxınlarda Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının 20-ci ili tamam olacaq. Bu əlamətdar tarix, yubiley ərəfəsində ... | ANL |
Mətbuat ilk növbədə dil hadisəsidir. Azərbaycan Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən mətbuatımızın bir çox problemləri ilə yanaşı kütləvi informasiya vasitələrinin dil məsələlərinə də xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, qurumun daimi fəaliyyət göstərən struktur vahidlərindən biri də Dil Komissiyasıdır. ... | ANL |
Yeni mövsümün ilk premyerası – “Məhv olmuş gündəliklər”. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində 84-cü mövsümün ilk premyerası gerçəkləşib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədovdur. Tamaşanın tə... | ANL |
“Azərbaycanda Turizm haqqında yeni qanunun qəbul edilməsi vacibdir”. VAHİD ƏHMƏDOV: “YENİ QANUNUN REGİONLARDA TURİZMİN İNKİŞAFINA DAHA GENİŞ ZƏMİN YARADA BİLƏR”. “Turizm Azərbaycanda yeni və əhəmiyyətli bir sahədir. Xüsusilə də regionlarda turizmin inkişafı diqqət mərkəzindədir. Ölkə prezidentinin imzaladığı Tədbirlər ... | ANL |
İddia ilə qabiliyyət üst-üstə düşəndə... Mən professor Əsgər Zeynalovu lap gənclik illərindən təvazökar, zəhmətkeş, səliqə ilə geyinib gəzən bir tələbə kimi tanıyıram. Əsgər o zamankı M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (APDİ) Avropa dilləri fakültəsinin fransız dili şöbəsində 2-ci kursda oxuyurdu... | ANL |
Gözlənilən ölümün acısı və ya Çingiz Dağcı dünyadan köçdü. Bu gün interneti açıb qəzetləri gözdən keçirəndə Türkiyə qəzetlərində “Edebiyat devlerinden Çingiz Dağcı öldü” başlıqlı yazı gözümə sataşdı. Sovetlər dönəmində adının çəkilməsi belə qadağan edilmiş Çingiz Dağcını Azərbaycan müstəqilliyinə qovuşandan sonra da la... | ANL |
Xanəndə Qoçaq Əsgərov “Debütlərin Birliyi”nin laureatı olub. Rusiyanın paytaxtı Moskvada MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən “Debütlərin Birliyi” beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat ... | ANL |
Mətbuat ilk növbədə dil hadisəsidir. Azərbaycan Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən mətbuatımızın bir çox problemləri ilə yanaşı kütləvi informasiya vasitələrinin dil məsələlərinə də xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, qurumun daimi fəaliyyət göstərən struktur vahidlərindən biri də Dil Komissiyasıdır. ... | ANL |
Ailə, ailə romanı və Rəfibəylilər nəsli haqqında düşüncələr. Bəziləri bu sualın cavabında “Cəmiyyətin özəyi” deyəcək və haqlı olacaqlar, bəziləri də “mütəşəkkil sosial qrup” deyəcək, onlar da həqiqətdən uzaq olmayacaqlar. Artıq populyar olmayan Engels hesab edirdi ki, müasir cəmiyyətin, eləcə də dövlətin əsasını təşkil... | ANL |
Sənətinin vəfalısı. Səhər obaşdannan yeni dərs ilinin başlanması münasibəti ilə onu çoxları təbrik eləmişdi. Amma tək bir nəfərin “etibarsızlığı” onu yandırıb külünü göyə sovururdu – dost-doğmaca atası Xanoğlan müəllimin. Çünki ötən əsrin 70-ci illərindən ta əsrimizin 2001-ci ilinəcən Azərbaycan təhsil sisteminin ən qa... | ANL |
Qələm götürüb ağ vərəqlər üzərində ilk sətirlərini yazmağa başladığım bu hekayənin adını oxuyanda bəziləri fikirləşəcəklər ki, yəqin hansısa bir yanlışlığa yol verilib. Kiçik bir xəta olub, hərfin biri gözdən qaçıb. Amma adda heç bir yanlışlığa, korrektura səhvinə yol verilməyib. Bu elə Pırəlidir ki Pırəli. Bütün sənəd... | ANL |
Desəm, qəribədir, inanmazsınız. Cavan oğlandı elə bil. Evləndirsən, Günaz xalanın gözündən iraq, evlənib-eliyər. Yerində durana oxşamır. Deməyəcəm, civə kimidi. Cins geyinməyi, deyəsən, xoşlayır. Mən onu tanıyandan cins şalvarda görmüşəm. Səliqəli olmağı da öz yerində. Lap isti sacın üzərində qarğıdalı, sütül dənləri k... | ANL |
Abbas Zamanovun 100 illiyi Naxçıvan Dövlət Universitetində qeyd olunub. Naxçıvan Dövlət Universitetində əməkdar elm xadimi, professor Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Böyük vətəndaş və görkəmli elm xadimi” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, akademik İsa... | ANL |
Behbud ağa Şahtaxtinski AMEA Naxçıvan Bölməsində yad edilib. AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universiteti ilə birgə “Nəsillərə nümunə: görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinski” başlıqlı elmi konfrans təşkil edilib. Elmi konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq... | ANL |
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı. Ötən gün Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təntənəli açılış mərasimi gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr ol... | ANL |
İqtisad Universitetinin 80 illik yubileyi qeyd olunub. Dünən İqtisad Universitetində sözügedən ali təhsil müəssisəsinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, Azərbaycanda təhsilin inkişa... | ANL |
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə görkəmli bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin həyat və yaradıcılığına həsr olunan “Maestro. Özüm və zaman haqqında” sənədli filmi çəkilib. Bu barədə nazirlikdən verilən məlumatda deyilir. “Salnamə” və “Cinealliance” studiyalarının birgə istehsalı olan filmin ssenari ... | ANL |
BSU-nun 150 cildlik “Dünya ədəbiyyatı” seriyası üzrə hazırladığı yeni nəşrlərin təqdimatı olub. TƏQDİMAT MƏRASİMİ İKİNCİ BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI ÇƏRÇİVƏSİNDƏ GERÇƏKLƏŞİB. Əl Oyunları İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bər... | ANL |
Milli İncəsənət Muzeyində “Avstriya incəsənət sərgisi”. Azərbaycan Milli İncəsənət Muzeyində “Avstriya incəsənət sərgisi”nin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə ... | ANL |
“Müstəqilliyimizin bərpası Azərbaycanda kitabçılıq işinin inkişafına təkan verdi”. Dünən Milli Kitabxananın konfrans zalında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda konfrans keçirildi. Konfransı giriş sözüylə açan professor Nizami ... | ANL |
Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada konsert verib. Azərbaycan Dövlət Rəqs Ansamblı sentyabrın 29-da Rusiya paytaxtında konsert proqramı ilə çıxış edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Çaykovski adına sarayda keçirilən konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniy... | ANL |
Mirzə Fətəli Axundzadənin komediyaları ilə 1873-cü il, mart ayının 10-da Bakıda və elə həmin ildə Tiflisdə peşəkar Azərbaycan teatrının bünövrəsi qoyuldu. Daha sonralar Azərbaycanın demək olar ki, əksər bölgələrində, ayrı-ayrı dövrlərdə müxtəlif janrlı teatrlar yarandı və inkişaf etdi. Doğrudur, onların bir qismi sonra... | ANL |
Görkəmli alim, müəllim və ictimai xadim. Görkəmli alim, AMEA-nın müxbir üzvü, professor, istedadlı müəllim və ictimai xadim Kərim Kərimovun 90 illiyi tamam olur. Bu cür tarixləri qeyd etmək çox vacibdir, önəmlidir. Yalnız alimin yaxınları, əzizləri üçün deyil, həm də bütün ictimaiyyət üçün, onun tələbələri, davamçıları... | ANL |
Qəşəm İsabəyli: ədəbi ömrə bir nəzər. Qəşəm İsabəyli Azərbaycan uşaq ədəbiyyatında bədii sözün qüdrətinə dəyər verən, uşaq psixologiyasının ciddi, həm də dərin müşahidəçisi kimi çox maraqlı əsərlər yazan və bütün bunların mayasını həyat gerçəkliklərindən əxz edən qələm sahibidir. Yazıçı bu sahədə araya-ərsəyə gətirdiyi... | ANL |
Çünki elim-obam, xalqım sənətimə hörmət qoyur, məni dolandırır. Yeganə problem Bakıda evlə bağlıdır. Dövlət nə zaman hansı xarici ölkəyə istəyib, ora getmişəm. Azərbaycanı layiqincə təmsil etmişəm. Bu qədər sənət yoldaşlarım ev-eşik sahibi olur, mən ağsaqqal sənətkar 12 ildir kirayədə yaşayıram. Yoxsa dolanmağım da, ca... | ANL |
Sərkərdənin sarayı – atının yəhəridir. Nadir şah Əfşar. Nadir şah Əfşar. Gecənin bir aləmində, süd kimi Ay işığında sükuta qərq olmuş çöl-biyabanda əvvəlcə at kişnərtisi, sonra da araba təkərlərinin cırıltısı eşidildi. Ətəyi seyrək ağaclıq olan təpənin başında bayquş aram-aram ulamağa başladı. Nadir şahın keşiyini çəkə... | ANL |
Qara qələmin nağılı və yaxud sonrakı peşmançılıq. Nənəm, atamın anası şəkərli diabet xəstəsi olduğundan bir ayağı dizindən kəsilmişdi. Protezlə gəzərdi. Atam da bəzi yazılarını o protezin içində gizlədərdi ki, işdi-şayəd, əgər evə çağrılmamış “qonaq”lardan kimsə gələrsə, ora baxmaq ağıllarına gəlməsin. Dediyim kimi bir... | ANL |
Cavidi gözləyənlər. “GÜNƏŞİ GÖZLƏYƏNLƏR”İN TƏQDİMAT MƏRASİMİNDƏ ETMƏDİYİM ÇIXIŞ. – Mənə söz verdiyinizə görə təşəkkür edirəm, Əsəd müəllim. Burada Cavid haqqında, onun romanı barədə təxminən hər şey deyildi. Ancaq istəyirəm, lap əvvəldən başlayım. Biz yaxın dostuq. Çox vaxt birlikdə oluruq. İkimərtəbəli çay evidi. Tez-... | ANL |
Günəşin intizarında. Maraqlıdır, bu kitabı kimlər oxuyacaq və nələr düşünəcək? Bu kimi suallar labirintində özümü azdırıb yazıya giriş axtarmağı düşünürdüm ki, gözümə qapıda dayanmış və gözlərini əlimdəki kitaba zilləmiş Üzeyir sataşdı... – Deyirəm Üzeyir, kənarda dayanıb baxmaqdansa, bu yazının girişinə bəlkə kömək ed... | ANL |
Sərkərdə kimi yazıçı. “Bir dəfə türkiyəli şair Nizaməddin Önglə söhbət edirdik: – Azərbaycanın harasındansınız? Bu cümlələr Fərman Kərimzadənin “Vedinin yanı dağlar...” kitabındandır. Doğrudan da, Allah hər bir bölgəyə, topluma, kənd-kəsəyə özünəməxsus enerji, nəfəs verir. Sadəcə, məsələ onu necə yönləndirməkdə, həmin ... | ANL |
İyirmi qəpiklik mühazirə. Yağışlı Bakı gecəsində qarşıma çıxan dilənçi qarının qaməti, alınmayan bir ömrə verilmiş, yorğun “niyə?“ sualına bənzəyirdi. Yağmurun səsi çətirli, papaqlı adamların addım səsinə qarışmışdı; ayaqqabıların taqqıltısı yağışın ritmindən gah geri qalırdı, gah da irəli qaçırdı. Cibimdəki bütün qəpi... | ANL |
(Esse-kollaj) Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. Ruh maddi deyil, maddi olduğunu iddia edənlər olsa da, ruha toxunmaq, ölçmək, görmək, qoxlamaq imkansızdır. Bədənin sirri bilinir. Çağdaş elmlərdə: fizika, biologiya, fiziologiya, kimya, tibb... araşdırmaları bədəni açıqlayır. Hətta peyğəmbərlər də ruhun sirri... | ANL |
Ədəbiyyatımızın və sənətimizin böyük bir qolunu təşkil edən Bakıdan,yəni mərkəzdən uzaqlarda yaşayan yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ YARADICILAR adı verilmiş.Təbii ki, mərkəzdən uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin indiki məqamında böyük bir qüvvədilər və buna görə də bu Birliyin filialları deyə bir. Te... | ANL |
Yaza bilmədiyi yazılar. “Yaza bilmədiyim yazılar” – yazıçı Nəriman Əbdülrəhmanlı dilimizə çevirdiyi əsərləri belə adlandırır. Bu həm etiraf, həm də yaradıcılıq taleyinin əlamətidir. N.Əbdülrəhmanlının da bütün qələm adamları kimi, istədiyi yazıları yaza bilmədiyi, yaxud yazmadığı dövrlər var. Həmin məqamlarda tərcümə o... | ANL |
Gödək oldu ömrün sənin. Tələbə yoldaşım, dostum Ənvər Rzanın yenicə çapdan çıxmış “Kəlbəcərə gedən yollar” kitabını bacısı oğlu Qorxmaz mənə hədiyyə edəndə həm sevindim, həm də qəhərləndim. Sevindim ona görə ki, gözəl şair, tərcüməçi və alim Ənvər Rzanın sağlığında işıq üzü görməyən bir çox şeir, poema və ingilis dilin... | ANL |
İllərin ayrıcında: Yusif Günaydınla Əkbər Qoşalının dialoqu. Sizinlə mətbuat səhifələrində düz beş il bundan öncə dialoq qurub, dərdləşmişdik – Sizin ömürdən “qoşa beş” aldığınız tarixdə... Deyirəm, zaman nə tez ötdü? Mübarək olsun. İlk növbədə möhkəm can sağlığı, yeni, daha böyük yaradıcılıq uğurları diləyirik. Əminəm... | ANL |
Fatmayı kəndində yeni kitabxana açılıb. Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin kitabxana sisteminin 9 nömrəli Fatmayı kənd filialının yeni binasının rəsmi açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə inşa olunan kitabxananın ümumi sahəsi 90 kvadratmetr, kitab fondu isə 10 min nüsxədən artıqdır... | ANL |
Tanınmış yazıçı-dramaturq Natiq Rəsulzadənin yeni kitabı nəşr edilib. “Ev” adlanan kitabda yazıçının bir sıra əsərləri, həmçinin eyniadlı povesti yer alıb. “Hər şeydən əvvəl bir müəllif kimi mənim üçün əsas olan – kitabın məzmunudur. Əgər kitab maraqlıdırsa və kitaba daxil edilmiş əsərlər oxucunu düşündürürsə, personaj... | ANL |
Məqsəd Nurun təyinatında “Şəhər Meri”. İstənilən roman həyata çox oxşayırsa, naturalistcəsinə onu təqlid və təkrar edirsə, insana, deməli həyata təsir imkanını azaltmış olur, heç oxşamırsa onda həyatı dəyişməli olan adamın –oxucunun diqqətindən kənarda qalacaq. Məqsədin insanı göstərmək və bununla da dəyişmək cəhdində ... | ANL |
Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov, bir də mehriban “düşmənlərin” barışığı. Hələ evdədirlər, deyirlər – indicə çıxırıq. Yarızarafat, yarıciddi tərzdə soruşuram: – Hara getdilər? Qayakənd Rayonu Administrasiyasının başçısı Salamdan (heyf, qətl edildi, çox mədəni, yüksək tərbiyəli cavan adam idi), Dərbənd Rayonu A... | ANL |
Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov, bir də mehriban “düşmənlərin” barışığı. (Əvvəli ötən saylarımızda). Rəsmi yubiley tədbirinin sonunda Əziz Əliyevin oğlu Cəmil Əliyevin çıxışı hərarətlə qarşılandı. Yubiley tədbirindən sonra hökumət ziyafətində Dağıstan Respublikası Xalq Məclisinin (Parlamentinin) sədri Muxu Əl... | ANL |
Təhsil Nazirliyində daha bir hesabat iclası olub. BU TOPLANTIDA DE-İNSTİTUTLAŞMA VƏ UŞAQLARIN MÜDAFİƏSİ İDARƏSİLƏ DƏRSLİK VƏ NƏŞRİYYAT ŞÖBƏSİNİN ÖTƏNİLKİ FƏALİYYƏTİ NƏZƏRDƏN KEÇİRİLİB. Dünən Təhsil Nazirliyində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi və Dərslik və nəşriyyat şöbəsinin 2010-cu il ərzində görülən ... | ANL |
İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb. İstanbulun Levent səmtindəki “Alta” Sənət Qalereyasında azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun fərdi rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə rəssamın son illərdə yaratdığı yağlı boya tabloları nümayiş etdirilir. Sərgiyə Türkiyə media... | ANL |
Yazıçının “Sirriçində dastan və yaxud gizli Dədə Qorqud-2” kitabından ön söz və essesindən bir hissə də jurnalda yer alıb. “Polemik düşüncələr” başlıqlı səhifədə əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Rəssamlarımızın müasir görünmək istəyi” adlı yazısında təsviri sənətimizin çağdaş mənzərəsindən söhbət açılır. Top... | ANL |
“Azərbaycan” ədəbi-bədii jurnalın ötən il üçün son sayı çapdan çıxıb. Jurnalın ilk səhifələri xalq yazıçısı Yusif Səmədoğlunun 75 illik yubileyinə həsr edilib. Vilayət Quliyevin “Yuxunuz şirin olsun, dirilər”, Rüstəm Kamalın “Yusif Səmədoğlu: Qeyb aləmindən gələn səs” və Qorxmaz Quliyevin “Yanıram, a dağlar” məqalələri... | ANL |
Kaman ifaçısı Fəxrəddin Dadaşovun 60 yaşı qeyd olunub. Tanınmış kamançaçı, Milli Konservatoriyanın professoru, xalq artisti Fəxrəddin Dadaşovun 60 illik yubileyi münasibətilə 3 nömrəli uşaq incəsənət məktəbində tədbir gerçəkləşib. Yubiley mərasimində çıxış edənlər yubilyarın mənalı ömür yolundan, zəngin yaradıcılığında... | ANL |
“Sarı Gəlin” mahnısını dinləyən hər bir azərbaycanlı üçün bu mahnı olduqca doğmadır. Əvvəla, ona görə ki, mahnının sözləri oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrında yazılıb. Cəmisi yeddi hecadan ibarət, olduqca sadə vəzndə yazılmış bu sözlər bayatı janrının bütün müsbət keyfiyyətləri, axıc... | ANL |
Təhsil Nazirliyində daha bir neçə şöbənin illik hesabat iclası olub. Dünən Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili şöbəsi, Beynəlxalq əlaqələr şöbəsi, Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi və Elm şöbəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda çıxış edən Ali və o... | ANL |
Milli problemə ədəbi və ictimai müstəvidə baxış: xeyir və şərin mübarizəsi “Dolu”da. Tarixən xalqımızın başına çox fəlakətlər, bəlalar gəlib. Azərbaycan adlı bu məmləkətə böyük fatehlər, qəsbkarlar can atıb. Dünyanın ən nəhəng imperiyasını yaradan Çingiz xan, digər bir əzəmətli sərkərdə Teymurləngin orduları burada at ... | ANL |
Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. Professor Timuçin Əfəndiyev ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki görüşlərini, gördüyü əməli işləri, dəyərli tövsiyələrini, sənət adamları ilə səmimi ünsiyyətini, sənətin inkişaf perspektivlərini müəyyənləşdirən konseptual düşüncə tərzini araşdırmaqla ... | ANL |
Təhsil Nazirliyinin Monitorinq-qiymətləndirmə və İqtisadiyyat şöbələrinin illik hesabatı təqdim olunub. Dünən Təhsil Nazirliyində Monitorinq və qiymətləndirmə şöbəsi ilə İqtisadiyyat şöbəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavinləri və Təhs... | ANL |
Ölümü şərəfləndirən Salatın. 1991-ci il yanvarın 9-da Şuşa-Qaladərəsi istiqamətində Azərbaycanın Milli Qəhrəmanı, “Molodyoj Azərbaycana” qəzetinin 29 yaşlı gənc jurnalisti Salatın Əsgərova və üç nəfər rus hərbçisi vəhşicəsinə qətlə yetirildi... Ölümdən yox, ucuz ölümdən qorxurdu. Bu xəstəlikdən yaman əziyyət çəkərdi. T... | ANL |
Xəyyam Mirzəzadənin “Fikirlər, düşüncələr və məqalələr”i təqdim olunub. Ötən gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, bəstəkar Xəyyam Mirzəzadənin “Fikirlər, düşüncələr və məqalələr” adı kitabının təqdimat mərasimi gerçəkləşib. Mərasimdə giriş sözü ilə çıxış edən xalq şairi Vaqif Səmədoğlu X.Mirzəzadə... | ANL |
Mirvarid xanımın bir məktubu. İstanbulda Azərbaycanın Baş Konsulu işləyəndə hörmətli şairimiz Mirvarid Dilbazidən bir məktub aldım. Məktubda bacısının vəfatı ilə əlaqədar qəzetdə verdiyim başsağlığına görə mənə təşəkkür edir və Füzuli günlərində iştirak edə bilmədiyindən təəssüflənir, Füzuliyə həsr etdiyi şeiri də diqq... | ANL |
Ömrünün çox hissəsini kinoya həsr etmiş istedadlı sənətkar öz yaradıcılığı dövründə kinoda müxtəlif səpkili, parlaq və tamaşaçı tərəfindən sevilən filmlərə quruluş verib. Yubileyilə əlaqədar Azərbaycan Professional Kinorejissorlar Gildiyası Bürosunun rejissora ünvanladığı təbrik məktubunda sənətkarın həyat və yaradıcıl... | ANL |
Sözlərdən açılan dil dünyası. Gəlin, belə bir sual qoyaq: nədən dilimizin düşüncə mədəniyyəti üçün önəmli olan sözlərinin sırasına öz sözlərimizin sayını, gücümüz çatan qədər, artırmalıyıq? Purizmin azman kampaniyası Türkiyədə olub. Purizm işini indi fars dilində, fransız dilində, erməni, xorvat, ivrit dillərində aparı... | ANL |
Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. Professor Timuçin Əfəndiyev ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki görüşlərini, gördüyü əməli işləri, dəyərli tövsiyələrini, sənət adamları ilə səmimi ünsiyyətini, sənətin inkişaf perspektivlərini müəyyənləşdirən konseptual düşüncə tərzini araşdırmaqla ... | ANL |
Təhsil Nazirliyində növbəti hesabat iclasları keçirilib. Dünən Təhsil Nazirliyində Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi ilə Akkreditasiya şöbəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavinləri və Təhsil Nazirliyinin mərkəzi aparatın... | ANL |
Misir Mərdanov koreyalı nümayəndələrlə görüşüb. Dünən təhsil naziri Misir Mərdanovun Koreyanın Azərbaycandakı səfiri Li Ji-ha, səfirliyin müşaviri Kim Yonq Soq və Koreya İnsan Resursları İnkişafı Xidmətinin layihə meneceri Jeong Jai Munun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Görüş zamanı çıxış edən tə... | ANL |
Akademik Zahid Xəlilovun 100 illiyinə həsr olunan elmi konfrans təşkil edilib. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində riyaziyyat sahəsində məşhur alim, əməkdar elm xadimi, akademik Zahid Xəlilovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfransı ... | ANL |
Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi. Elə görkəmli şəxsiyyətlər var ki, onların adları qoca tarixin özünə çıraq tutur, əsrlərin uzun yollarını işıqlandırır, hardasa unudulmuş, təhrifə uğramış, ən incə təfərrüatla, yaxası polemikanın əlinə verilmiş, çək-çevirə düşmüş bu işıqda özünü tapır. Elə görkəmli şəx... | ANL |
Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. Professor Timuçin Əfəndiyev ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki görüşlərini, gördüyü əməli işləri, dəyərli tövsiyələrini, sənət adamları ilə səmimi ünsiyyətini, sənətin inkişaf perspektivlərini müəyyənləşdirən konseptual düşüncə tərzini araşdırmaqla ... | ANL |
“Elm adamları haqqında” düşüncələr: alimin vətəndaşlıq borcu. Azərbaycanın ən yeni fəlsəfi dünyagörüşünün fəal nümayəndələrindən biri kimi tanınan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov özünün məhsuldar elmi və publisistik əsərləri ilə müasir elmi-ictimai fikrin diqqət mərkəzindədir. Dünya klassik f... | ANL |
Sərkərdənin sarayı – atının yəhəridir. Nadir şah Əfşar. Nadir şah Əfşar. İmamqulu kişi dağda-daşda əks-səda verən bu səsdən yerində quruyub qaldı. Demədi, daha doğrusu, elə demək istəyirdi ki, göydən alnına düşən buz kimi soyuq bir damcı onu diksindirib fikrindən ayırdı. Pələnglə Bəbir əvvəlcə kəsik-kəsik zingildədilər... | ANL |
Yeni hekayələr. Birinci rəng. Qoşa qala qapısı ağzında oturmuş dilənçinin gözlərindəki ifadə gödəkçəsinin qolu kimi yamaqlıdır. Şəhər damları İmamalı kişiyə oxşayır. Uzun donqar, üzündə məəttəllik. Səhər yenicə açılıb: iki qız gecə barından evlərinə qayıdır. Çöl göyərçinləri qorxaq kənd uşaqları təki gözü qıpıqdı. Usta... | ANL |
Bəstəkar Azər Dadaşov “Klassik Musiqini Sevənlər Klubu”nun qonağı olub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə növbəti tədbir Maestro Niyazinin ev-muzeyində gerçəkləşib. Muzeydə əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, “Humay” milli mükafatının laureatı bəstəkar Azər D... | ANL |
Gənclik illərimin məsləkdaşı Cavid Zeynallının roman yazdığını eşidəndə sevindim desəm, yalançılıq etmiş olaram. Həyat və yazı təcrübəsi az olan dostumun oxuculara tutarlı əsər təqdim edəcəyinə beynimdə ciddi şübhələr var idi. Cavidin “Günəşi gözləyənlər” romanı həm təəccübləndirdi, həm də sevindirdi. Bakının xəritəyə ... | ANL |
Tarixi həqiqət və müasir gerçəklik. Öz qısamüddətli müşahidələrini təxəyyül süzgəcindən keçirib, ümumiləşdirib, güclü emosional şeiriyyətlə ifadə etmək qabiliyyətini Zəlimxan Yaqub hələ Özbəkistanda təsadüfən rastlaşdığı Sürgün adlı gəncin taleyinə həsr etdiyi poemanı yazanda göstərmişdi. “İçimdə ağlayan Krım” məktub-p... | ANL |
ORALARDA KİMLƏR VAR: AKİF MUSAYEV və ASLAN QƏHRƏMANOV. Bu səhifədə tanış olacağınız bir maraqlı kitabın müəllifləri olan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayevin və elmlər namizədi, tanınmış yazar Aslan Qəhrəmanovun fikrincə “Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə ve... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.