text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. (Əvvəli ötən şənbə saylarımızda). “Dünyanın hər yerində insan ruhunu tutmaq üçün tor toxunur” – hansı bir dahininsə dediyi bu sözün arxasında böyük həqiqət dayanır. Dünya ölçüləri ilə dəyərləndirilən müstəviyə çıxmaq istəyən və çıxan hər sənətkar dünyada nə toxunduğunu və n... | ANL |
Tanınmış bədii qiraət ustası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Ağalar Bayramov yanvarın 16-da növbəti doğum gününü qeyd edəcək. Doğum günü münasibətilə Ağalar müəllimlə görüşüb müsahibə aldıq. O zaman dövlət televiziyasında çalışan, gözəl rejissorumuz Əmirhüseyn Məcidov məni “Ozan” ver... | ANL |
Müasirlik işığında bədii yanaşma. Xalq şairi Nəriman Həsənzadənin lirikasında dramatizm elementlərini asanlıqla görmək mümkün deyil. Müasir Azərbaycan ədəbiyyatında saf, xalis lirikanın yaradıcıları sırasında Nəriman Həsənzadənin xüsusi yeri vardır. Şeirləri təpədən dırnağa qədər lirizm hadisəsidir. Hətta Nəriman Həsən... | ANL |
“Euronews” telekanalının rəhbərləri Əbülfəs Qarayevlə görüşüblər. Dünyanın ən nüfuzlu telekanallarından olan “Euronews”un rəhbərləri – kanalın Müşahidə Şurasının sədri Pyer Luici Malezani və baş icraçı direktoru Filip Kayla Bakıda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyində qonaqlarla görüş keçirilib. Adıçəkilən nazi... | ANL |
“Şəhidlər ölməz! Gənc Tamaşaçılar Teatrında Yanvarın 18-i Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik zalında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir gerçəkləşəcək. Bu barədə teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir. Teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” Məclisinin bir... | ANL |
Əmin-amanlıq şəhəri Bağdad. BEYNƏLXALQ İRAQ KİNO FESTİVALI İLƏ BAĞLI TƏƏSSÜRATLAR. Bağdad təxəyyülümə ilk əvvəl şosse yolu boyu səf-səf düzülmüş xurma ağaclarıyla sığal çəkdi. Onlar sanki ağac deyil, uzun gövdəli çiçəklər idilər; tək-tək sancılmışdılar şəhərin içinə gedən yol üzərindəki torpağa. Bəs deyirdilər şəhər ya... | ANL |
Elçin Əfəndiyev İstanbul Kültür Universitetinin “Fəxri doktor”u adına layiq görülüb. Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq, dəyərli ədəbiyyatşünas Elçin Əfəndiyevə İstanbul Kültür Universitetinin Fəxri doktoru adı verilib. E.Əfəndiyev bu mükafata Türk dili və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə xid... | ANL |
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2010-cu illə bağlı hesabatı təqdim olunub. Dünən Təhsil Nazirliyində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavinləri və Təhsil Nazirliyinin mə... | ANL |
Bu gün Azərbaycan kinosunun parlaq nümayəndəsi, milli kinomuzun inkişafında müstəsna rol malik görkəmli sənətkarımız, usta kinorejissor və ssenarist Eldar Quliyevin 70 yaşı tamam olur. Bununla bağlı Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Bürosunun sənətkara ünvanladığı təbrik məktubunda deyilir: “Eldar Qu... | ANL |
“Dolu”nun yaradıcı heyəti cəbhə bölgəsində. Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilişinə start verilən tammetrajlı “Dolu” bədii filminin yaradıcı heyəti cəbhə bölgəsinə səfər edib. Ağdam və Ağcabədidə əsərin həyatda qalan prototiplərilə ilə görüşdükdən sonra yaradıcı heyət birbaşa təmas xəttində əsg... | ANL |
Bu gün kitabxana bir sosial institut olaraq cəmiyyətin həyatında hansı müsbət rolu oynayırsa, bu prosesdə kitabxana əməkdaşlarının, xüsusən də kitabxanaçı peşəsinin mahiyyətini, cəmiyyətin müsbət istiqamətdə inkişafına təsirini anlayan əsl kitabxanaçı kadrların xüsusi əməyi var. Ziyalılarımızın elm məbədi adlandırdıqla... | ANL |
“Azərbaycan qadını”nın yeni sayının təqdimatı olub. Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının yeni sayının təqdimatı keçirildi. Jurnalın qış (2010-11) sayında oxuculara ilk növbədə Milli Məclisin yeni tərkibinə seçilən iyirmi xanımla maraqlı müsahibələr təqdim edilir. Bu müsahibələrdə onların uşaqlıq v... | ANL |
Standartlar üzrə Məlumat Mərkəzi yaradılıb. STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ GÖRDÜYÜ İŞLƏRƏ DAİR HESABAT YAYIB. Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsi tərəfindən 2010-cu il ərzində görülmüş işlərin əsas istiqamətlərindən biri Azərbaycanda mövcud olan st... | ANL |
“Bu hadisə xalqın qəhrəmanlıq səhifəsi idi”. – Cəmil müəllim, yaxın günlərdə 21-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız 20 Yanvar hadisələrində tarixçilər baxımından qaranlıq məqamlar qalıb, ya yox? 20 Yanvar elə hadisələrdəndir ki, onu törədən səbəblər, rəsmiləşdirən sənədlər tarixçilər üçün hələ də bəlli deyil. Bun... | ANL |
Təhsil Nazirliyi Aparatı və Ümumi şöbənin hesabatı dinlənilib. Dünən Təhsil Nazirliyində Aparat və Ümumi şöbənin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavinləri və Təhsil Nazirliyinin mərkəzi aparatının struktur bölmələrinin müdir və əməkdaşları iş... | ANL |
Naxçıvan: böyük quruculuğun sadə fəlsəfəsi. Bəli, son on beş il ərzində muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında böyük irəliləyişlər yaranıb. Dünənə qədər adi və ucqar bir əyalət mərkəzini xatırladan, işıqsız, qazsız qalan və digər məişət problemləri ilə çırpınan Naxçıvan son illər Şərqin, Avropanın ink... | ANL |
Bu gün öyrənirlər ki, sabah öyrətsinlər. AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNDAN REPORTAJ. Neçə vaxt idi, ali təhsil ocaqlarının birindən qış imtahan sessiyasının gedişilə bağlı yazı hazırlamaq istəyirdim. Çox götür-qoy edəndən sonra Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) üzərində dayandım. Çünki bu gün bu ali təhsil oğa... | ANL |
“XX əsrin ən dəhşətli faciəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət Evlərinin Bədii Rəhbərlər Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Binəqədi Mərkəzi Mədəniyyət Evində “XX əsrin ən dəhşətli faciəsi” adlı ədəbi-bədii kompozisiya təqdim olunacaq. ... | ANL |
“Tarixə çevrilmiş şəkillər” tədbir-sərgi baş tutub. Ötən gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Tarixə çevrilmiş şəkillər” adlı tədbir-sərgi gerçəkləşib. Sərgidə ilk dəfə olaraq şəhidlər Azər Ələkbərov və Ağabəy Novruzbəylinin şəxsi əşyaları nümayiş olunub. ... | ANL |
Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, “Pen-Klub”un prezidenti Maqsud İbrahimbəyov ərizə ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və “Pen-Klub”un İdarə Heyətinə müraciət edib. O, yaradıcılıq... | ANL |
“Günay” Uşaq Teatrı fəxri fərmana layiq görüldü. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılıq studiyasının “Günay” Uşaq Teatrı Gəncə şəhərində qastrol səfərində olub. Bu barədə teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir. Teatrın yaradıcı kollektivi Gəncə tamaşaçıları qarşısında Pyotr Çaykovskini... | ANL |
“Şəhidlər ölməz! Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik zalında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir gerçəkləşib. Teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” məclisinin birgə layihəsi əsasında baş tutan tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda d... | ANL |
Görkəmli alim, bacarıqlı elm adamı. Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, bacarıqlı elm və təhsil təşkilatçısı, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan MEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor İsmayıl Muxtar oğlu Hacıyevin 60 yaşı tamam olur. Görkəmli alim, nəcib insan İsmay... | ANL |
Ənənənin novatorcasına davamı. Bu yaxınlarda filologiya elmləri doktoru, professor Asif Hacılının “Kamal Abdulla: “seçimin morfologiyası” kitabı işıq üzü gördü. Kitab orijinal Azərbaycan yazıçısı Kamal Abdulla yaradıcılığının müxtəlif tərəflərinin (janr, üslub, məzmun, ideya, struktur, kompozisiya və s., bir sözlə, poe... | ANL |
Təhsil Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hesabatı dinlənilib. Dünən Təhsil Nazirliyində nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda çıxış edən İctimaiyyətlə əl... | ANL |
Naxçıvan: böyük quruculuğun sadə fəlsəfəsi. Hazırda muxtar respublikada əhalinin 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla 242 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi də bu gün xüsusi diqqət yetirilən sahələrdəndir.. Bu istiqamətd... | ANL |
Bu günlərdə yazıçı- publisist Əli Həsənlinin “Çağ” adlı hekayələr toplusu işıq üzü görüb. Kitaba daxil edilən hekayələrdə baş verən hadisələr real həyatla yaxından səsləşir. Topluda yer alan maraqlı hekayələrdən biri “Tale bələdçisi” hekayəsidir. Hekayədə vaqon bələdçisinin milliyyətcə yəhudi olan sərnişinlə başına gəl... | ANL |
Kədərlə ruh yüksəkliyinin vəhdəti. Bu dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səda” Tədris teatrına gələnlər elə bunu da gözləyirdilər: qəlbi sızladan, 21 il ötəki yaralı xatirələri oyadan məqamların və hər il bir az daha gur səslənən ədalətin qələbəsinə inamla yüklü, bədii təsir gücünə ... | ANL |
M.S.Ordubadinin xatirə muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixə qanlı yanvar kimi daxil olan o müdhiş gecə haqqında geniş məlumat verilib. Yeniyetmə və gəncləri vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə təş... | ANL |
Mədəniyyət və Turizm naziri turizm sektorunun nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin turizm şöbəsinin əməkdaşları, turizm şirkətləri və otellərin rəhbərləri ilə işgüzar görüş keçirilib. Bu barədə adıçək... | ANL |
Azadlıq yanğısı. Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır.Son iyirmi bir ildə belə işlək sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi heç kəs bağışlamır. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsin... | ANL |
20 Yanvar faciəsi Dövlət Sosial Müdafiə Fondunda anılıb. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov çıxış edərək vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan ta... | ANL |
20 yanvar şəhidlərinin xatirəsi yad edilib. Əmlak Məsələləri Dövlət Komitəsində “20 yanvar” faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım tədbirində Əmlak Məsə... | ANL |
Keçmişdən boylanan fəlakət. “NİVA” JURNALI ŞAMAXI ZƏLZƏLƏSİ HAQQINDA. Şəhərlər də insanlar kimidir, hərəsinin öz taleyi, öz “alın yazısı”, öz tarixi... Əsrlərin.qərinələrin əlindən tuta- tuta gəlmiş qədim Şamaxının tarixi isə bambaşqadır. Var ona görə ki, min illərin tarixi qaynaqları, elmi mənbələri, dünya səyyahların... | ANL |
Nizami Cəfərov: “Tarixi yerlərlə bağlı silsilə qanunların qəbuluna ehtiyac var”. Belə olan halda, görəsən, parlamentin qarşıdan gələn yaz sessiyasında “Turizm ili” ilə bağlı hansı qanun layihələrinin hazırlanması, müzakirələrə çıxarılması nəzərdə tutulur və ya tutula bilər? Bununla bağlı “525”ə açıqlamasında Milli Məcl... | ANL |
TəhsilTəhsil Problemləri İnstitutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu hesabat verdi. Dünən Təhsil Nazirliyində Təhsil. Problemləri İnstitutunun və Bakı Pedaqoji Kadrların İxtisasartıma və Yenidənhazırlanma İnstitutunun 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib... | ANL |
“Bu gün Ermənistan dağıdıcı bir mövqedədir”. MÜSAHİBİMİZ GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASININ (GTMŞ) SƏDRİ, MİLLƏT VƏKİLİ FUAD MURADOVDUR. – Fuad bəy, ölkə prezidenti səviyyəsində torpaqlarımızın erməni işğalından azad olunası üçün hərbdən istifadənin istisna olunmadığı dəfələrlə bəyan edilib. Siz Avropanın bir çox ölk... | ANL |
Bakı Slavyan Universitetində 20 Yanvar faciəsi anılıb. 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsi ilə əlaqədar olaraq Təhsil Nazirinin müvafiq əmri ilə təsdiq edilən tədbirlər planına uyğun olaraq Bakı Slavyan Universitetində geniş tədbirlər planı hazırlanıb. Bu tədbirlər planı çərçivəsində universitet... | ANL |
Səhnə arxasının hekayəsi. Mahirə Abdulla qeyri-iradi otağına girdi. Özü də hiss eləmədən qapını zərblə örtdü. Küncdən qoyulmuş ensiz və üstü kitablarla, kağızlarla yüklənmiş stolun arxasına keçib oturdu. Ağ kağızları qarşısına çəkib, qələmi götürdü. Tamamı ilə hipnoz olunmuşdu. Kimsə və ya hansısa qüvvə onu idarə edird... | ANL |
Nərminə məktub. Üşüyürəm... fikirlərim qırılmış zəncir halqalarına bənzəyir. Nizamsız şəkildə ətrafa səpələnib. Hər şey haqqında düşünürəm. Məsələn, indi 21 il bundan öncə 20 Yanvar günü tankın üstünə gedən gənc oğlanın qorxu qarışıq cəsarətini, məntiqə sığmayan müharibələri, üşüyən qəbirləri, gecələr qarnını qucaqlayı... | ANL |
“Qırmızı”mın qırmızı günü... Bir gün əvvəl mənasız şeylərə görə hamıya hirslənib ağlayanda, səbəbsiz yerə tədbirə geyinəcəyim paltarı kəsəndə başa düşdüm ki, çox gərginəm. İçimdə qəribə bir ziddiyyət vardı. Sabahın olmasını həm istəyir, həm də istəmirdim. Bir il ərzində gözlədiyin bir hadisə bir günə tamamlanır və bir ... | ANL |
Düz tut... Nevropatoloq qadının sözündən sonra ayağa qalxıb əllərimi irəli uzatdım. Yaşı bəlkə də 40-dan çox olan, amma görünüşü, bədən hərəkətləri, çevikliyindən gününün çox hissəsi Fitness klublarda keçməsi ehtimal olunan bu qadının falçılıq qabiliyyətinə heyrət etdim... Sakitcə – Hə – deyə etiraf elədim. Həkim mənal... | ANL |
“Dünyanın tanınan, sayılan, seçilən insanlarına fərqlənmək üçün, elə bil, tanrı bəxş etdiyi bütün gözəl sifətlərdən əlavə həm də xüsusi bir istedad bəxş edir və bu istedadın sayəsində kimi şair, kimi heykəltəraş, kimi bəstəkar, kimi rəssam, kimi də siyasətçi olur. Babam haqqında yazılan qəzet məqalələrini, kitabları ox... | ANL |
Ola bilsin, İsa İsmayılzadə bioqrafiyasının faktlarına görə kiməsə oxşasın, SÖZƏ, insanlara, yaradıcılığa münasibəti sarıdansa həmişə özü kimi qalacaq... 60-cı illərdə – şair, yığını, şeir axını içində boy vermək, görünmək, öz üslubunu yaratmaq nə qədər çətin idi – bunu o vaxtın əbədi mühitindən xəbərdar olanlar yaxşı ... | ANL |
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. (Əvvəli ötən şənbə saylarımızda). İfaçılar batindəki səsi zahirə çıxaranlardır. İnsanoğlunun ilk musiqi aləti daşlardır. Daşı daşa vurmaqla yaranan ilk ritm ibtidai şüurlu varlığı vəcdə, ekstaza gətirmişdir. Bizim Qobustandakı qaval-daş, bunun ən gözəl örnəyidir. Musiqi, rə... | ANL |
Yazar dostum Azər Abdulla mənim suallarıma cavab verəndən sonra müsahibənin bir az çox alındığını təkrar-təkrar mənə dedi və təkrar-təkrar arzuladı ki,Allahı sevərsən Rəşad bəydən də. Mən də sevimli Rəşad Məcidin əfvinə sığınıb Azər dostumuzun və gözəl yazarımızın cavablarına müdaxilə etmədən (heç adətim də deyil) oxuc... | ANL |
Tarixin tələbi və qırmızı yalanlar. Əziz Elçin müəllim, Sizə məktub janrında ikinci dəfə minnətdarlıq duyğusu ilə üz tuturam. Mətbuatda dərcinin ardınca onun ayrıca kitabça kimi çap olunmasını böyük ədəbiyyat təəssübkeşliyi hesab edir, 2010 və 2011-ci illərin ayrıcında bizi yenidən tarixə bağlamağa, ortaq gələcəyə orta... | ANL |
Qış imtahanları ilk qar kimi başladı yağmağa. Növbəti imtahanım müasir Azərbaycan ədəbiyyatından idi. Bilmirəm özümə arxayınlıqdanmı, yoxsa məsuliyyətsizlikdənmi imtahan suallarını bir dəfə olsun belə təkrarlamamışdım. Ancaq mənə elə gəlir ki, bunun səbəbi ikinci yox, birincidir. Özümə çox güvənirəm, mütaliəmə və bədii... | ANL |
Naxçıvanda akademik İsmayıl Hacıyevin 60 illiyi qeyd edilib. Görkəmli tarixçi, AMEA Naxçıvan Bölməsinin sədri, akademik, əməkdar elm xadimi İsmayıl Hacıyevin anadan olmasının 60 illik yubileyi münasibəti ilə AMEA Naxçıvan Bölməsində tədbir keçirilib. İlk öncə alimə elmin inkişafındakı böyük xidmətlərinə görə Naxçıvan M... | ANL |
20 Yanvar faciəsinə həsr olunmuş rəsmlər sərgilənir. R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamlarımızın 20 Yanvar faciəsinə həsr olunan əsərlərindən ibarət sərgi açılıb. Giriş sözü ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər il ölkəmizdə 20 Yanvar faciəsinə həsr olunan müxtəlif ... | ANL |
“Ağlı başında olan arvad şair və ya yazıçı ərindən məişət problemləri barədə soruşmaz”. Hava yoxdursa, ölməlisən, yaşayırsansa, deməli, hava var. Məncə, bu fikri təkzib eləməkdən ötrü növbəti fikir yaranmayıb hələ. Bu fikri xüsusilə son zamanlar poeziyaya gələn kütləvi axın təsdiqlədi. Hamı başladı yazmağa... Şeir ilk ... | ANL |
Onların – Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Üzeyir Hacıbəylinin, Məmmədəmin Rəsulzadənin və daha neçə-neçə Vətən təəssübkeşinin, millət cəfakeşinin yazılarında tariximizin əsl siması var. Çünki onlar müxtəlif janrlarda, fərqli dəsti-xətdə, mövzudan, vaxtdan asılı olaraq ayrı-ayrı ovqatlarda olsa da, həmişə e... | ANL |
Yaşıl-çəhrayı şəhər. Söhbətin Amsterdamdan getdiyini çox gəzənlər və çox bilənlər duydu, yəqin. Sizi bilmirəm, indiyə qədər mənim təsəvvürümdə Hollandiya və onun paytaxtı Amsterdam kişilərin bir-birilə evləndiyi, fahişələrin erkək ovuna çıxdığı, nəşənin azad satıldığı çəhrayı məkan kimi canlanırdı. Amma deyirlər ki, mi... | ANL |
“İranlı din xadimləri reallıqların dinimizə yaratdığı təhdidlərə cavab verməkdə acizdir”. “Cahil din xadimləri müsəlmanlara ciddi təhlükədir”. Bu fikri “525”ə açıqlamasında İranın region dövlətlərinin siyasi həyatına fəal müdaxilə etmək niyyətinə düşməsinə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin ... | ANL |
Səməd Seyidov Misirin Azərbaycandakı səfiri ilə görüşüb. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU)-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri, cənab Sabir Əbdülqadir Mənsuru qəbul edib. Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, görü... | ANL |
“Azərbaycan faciələrinin təqvimi” hazırlanıb. Kitab Klubunun sərgi salonunda Nazim Tapdıqoğlunun “Azərbaycan faciələrinin təqvimi” kitabının təqdimatı gerçəkləşib. Tədqiqat xarakterli kitabda tarixən başı bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri toplanıb. Tədbirdə ç... | ANL |
“Müqəddəs bahar” əsasında hazırlanan yeni tamaşa şəhidlərə həsr olunub. Heydər Əliyev Sarayında rus bəstəkarı İqor Stravinskinin “Müqəddəs bahar” baletinin musiqisi əsasında yeni layihə-tamaşa balet göstərilib. Tamaşa 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunub. Bədii rəhbəri və quruluşçu baletmeysteri Rusiyanın... | ANL |
“Yurdun adındakı canların” düşündürdükləri. Yeni 2011 ilini qarşıladıqdan sonra Rusiya uzun bir tətil havasına girmişdi. Bundan istifadə edərək, yazı masamın üstündə məni gözləyən kitabları oxuyaraq istirahət etməyə qərar verdim. Amma olmadı. Bu on gün daxili bir gərginlik içində keçdi. Bunun da əsl səbəbkarı Rafael Hü... | ANL |
Mən ixtisasca iqtisadçı olsam da, lap uşaqlıqdan şeirə, sözə və saza böyük sevgim olub. Yadımdadır ki, gündəlik şeir əzbərləmək “norma”m olardı, radiodan bir mügənninin ifasında eşitdiyim hər hansı musiqi nömrəsinin melodiyası və sözləri dəqiqliklə yaddaşıma həkk olunar, bu musiqini sonrakı ifaçıların dilindən qəbul et... | ANL |
Tariximizi, taleyimizi yazan sənətkar. NƏRİMAN HƏSƏNZADƏNİN PUBLİSİSTİK YAZILARINDA QARABAĞ MÖVZUSUNA BAXIŞ. Nəriman Həsənzadənin şeirləri kimi, publisistik yazıları da emosiyadan, qərəzdən uzaqdır. XX əsrin sonuncu onilliyində mövcud ictimai fikri ustalıqla, ürək yanğısı ilə qələmə alan şairin özünün də mənəvi ağrılar... | ANL |
İtirilən dəyərlərin həsrətindən yoğrulan misralar. ŞAİRƏ ESMİRA MƏHİQIZININ POEZİYASI DİDƏRGİN RUHLARA, YAĞI ƏLİNDƏ QALMIŞ YURD YERLƏRİMİZƏ ÜNVANLANAN ODLU AĞI KİMİ SƏSLƏNİR. Sözün ən yaxşı mənasında sözün yansın söz yiyəsi, dilin yansın dil yiyəsi. Qarşımda Esmira Məhiqızının yenicə çapdan çıxmış “Bir xışma xəyal” kit... | ANL |
Gövhər Baxşəliyeva: “Elmin inkişafına böyük töhfələr verən Şərqşünaslıq İnstitutu ötən il də yüksələn xətti qoruyub”. “İldən-ilə Azərbaycan elminin inkişafına daha böyük töhfələr verən institutumuz 2010-cu ildə də bu yüksələn xətti qoruyub. Yeni-yeni sanballı əsərlərlə, beynəlxalq əlaqələrini genişləndirməklə dünya şər... | ANL |
“Norveçdə Azərbaycan haqqında müəyyən fikir formalaşdıra bilmişik”. RAMİL ƏLİYEV: “NAYO NORVEÇDƏ AZƏRBAYCANLILARIN GÖRÜŞ NÖQTƏSİDİR”. Bu gün xarici ölkələrdə fəaliyyət göstərən və əsasən gəncləri bir araya gətirən ən aktiv diaspora qurumlarından biri də Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır (NAYO). Bu təşkilat ə... | ANL |
“Qarabağ danışıqları prosesində intensivlik arta bilər”. YENİ AZƏRBAYCAN PARTİYASI (YAP) İCRA KATİBİNİN MÜAVİNİ MÜBARİZ QURBANLI: “AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ ÜSTÜNLÜYÜ ERMƏNİSTANDA DAXİLİ-SİYASİ BÖHRANI DAHA DA DƏRİNLƏŞDİRƏCƏK”. Necə hesab edirsiniz, bu il 23 ildən artıq davam edən Ermənistan- Azərbaycan münaqişəsi d... | ANL |
“Azərbaycanlılar Pakistanda özlərini vətəndəki kimi hiss edirlər”. Pakistanın nüfuzlu ingilisdilli qəzetlərdən olan “Daily Times”in İslamabad ofisinin rəhbəri, tanınmış yazar Səid Minhas Azərbaycan Respublikasının Pakistandakı müvəqqəti işlər vəkili Daşqın Şikarovdan müsahibə alıb. Müsahibəni oxuculara təqdim edirik. “... | ANL |
“Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün istənilən vasitələrdən istifadə etməyə haqqı var”. “525”in MÜXBİRİNİN SUALLARINA PREZİDENT ADMİNİSTRASİYASININ (PA) İCTİMAİ-SİYASİ ŞÖBƏSİNİN MÜDİRİ ƏLİ HƏSƏNOV CAVAB VERİR. – Əli müəllim, bir neçə gün öncə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-c... | ANL |
“Azərbaycan vahid və bölünməz Avropada”. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis dillərində yeni nəşri işıq üzü görüb. “Azərbaycan vahid və bölünməz Avropada” adlı kitab Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunub. Kitaba ümummilli lider Heydər Əliyevin və Preziden... | ANL |
Valid Sənaninin əziz xatirəsinə. Milli mətbuatımıza ağır itki üz verib. Görkəmli jurnalist Valid Möhsün oğlu Sənani yanvarın 23-də vəfat edib. Özündən sonra Azərbaycan jurnalistikasına, media təmsilçilərimizə yüksək peşəkarlığı və məsuliyyəti ilə diqqəti çəkən orijinal yaradıcılığı, sözə, sənətə sayğılı münasibəti təlq... | ANL |
Müəllifim gənc yazar Nərmin Hüseynzadə, redaktorum fəlsəfə doktoru Yaqut Bahadurqızıdır. Mən Nərminin ilk kitabıyam. Ona görə də özümü çox xoşbəxt sayıram. İlk kitab olmaq hər kitaba nəsib olmur. Bilirəm ki, ilk olduğuma görə Nərmin məni heç vaxt unutmayacaq və bütün kitablarından ayıracaq. Mən bacardığım qədər Nərminə... | ANL |
“Göyçək Fatma” Gənc Tamaşaçılar Teatrının səhnəsində. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni ilin ilk premyerasının hazırlıq işlərini başa çatdırmaq üzrədir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatr bu dəfə kiçik yaşlı tamaşaçılarına Azərbaycan xalq nağılı “Göyçək Fatma”nı təqdim e... | ANL |
Azərbaycanda ilk muzey elektron kataloqu və elektron kitabxana Tovuzda yaradılır. Tovuz rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayondakı Heydər Əliyev Muzeyinin kitabxanasında respublikada ilk muzey elektron kataloqu hazırlanır və elektron kitabxana təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata gö... | ANL |
“Yaradıcılıq təşkilatları və yaradıcı şəxslər haqqında” qanun layihəsi yenidən gündəmə gətirilir. MİLLİ MƏCLİSİN (MM) MƏDƏNİYYƏT KOMİTƏSİNİN SƏDRİ NİZAMİ CƏFƏROV: “ÇALIŞACAĞIQ Kİ, “MƏDƏNİYYƏT HAQQINDA” QANUN DƏRİNDƏN İŞLƏNMİŞ ŞƏKİLDƏ MÜZAKİRƏ OLUNSUN”. – Nizami müəllim, qarşıdan parlamentin növbəti yaz sessiyası gəlir.... | ANL |
“Elektron təhsil” layihəsinin təqdimatı olub. Təhsil Nazirliyində “Elektron təhsil” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkədə təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir “2008-20... | ANL |
“Daşaltı” əməliyyatının iştirakçıları yad edilib. “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 yanvar 1992-ci ildə “Daşaltı” əməliyyatı zamanı əsir və itkin düşmüş şəxslərin ailə üzvlərinin iştirakı ilə dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə İctimai birliyin sədri Esmira Orucova ... | ANL |
MÜBARİZ ƏHMƏDOĞLU: “BU MÜHARİBƏNİN AZƏRBAYCANIN QƏLƏBƏSİ İLƏ BAŞA ÇATMASI RUSİYANI BÜTÜN TƏHLÜKƏLƏRDƏN SIĞORTALAYA BİLƏR”. Dünən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində növbəti mətbuat konfransını keçirərək, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı m... | ANL |
Milli dəyərə çevrilmiş adlar: vətən, millət və ədəbiyyat sevdalısı Əli Yusifzadə. Filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlı Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri, şair və publisist Əli Yusif (Yusifzadə, 1900-1937) haqqında kitab yazıb. Kitabda Əli Yusifin həyatı, yaradıcılığı, təhsili (Əl... | ANL |
Xanəndə Baba Mahmudoğlunun xatirə gecəsi keçirilib. Yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın xalq artisti Baba Mahmudoğlunun anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, respublikanın mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə xanəndənin... | ANL |
“Bayatı” kitab mağazasının təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə yazıçının yaradıcılığından, kitabda yer almış hekayələrin bədii xüsusiyyətlərindən bəhs olunacaq. HÜSNİYYƏ. | ANL |
Gitara ifaçısı Elman Namazoğlu ilə telefon söhbətimdə ondan müsahibə götürmək istədiyimi bildirdim. Əvvəlcə tərəddüd etsə də, təkidimdən sonra razılaşdı.Və beləliklə, qərarlaşdığımız məkanda gitaranın usta ifaçısı, 2005-ci il üçün “Zirvə” mükafatı. laureatı Elman Namazoğlu ilə görüşdük. Söhbətimizə pürrəngi çay içə-içə... | ANL |
Mədəniyyət və Turizm Nazirliyi 5 illik fəaliyyətinin hesabatını verdi. Yanvarın 28-də Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 5 illik fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib. Lent.az-ın məlumatına görə, dəyirmi masada ilk olaraq baş nazirin müavini Elçin Əfəndiyev çıxış edərək n... | ANL |
Mədəniyyət və Turizm Nazirliyinin 5 illik əməyi nümayiş etdirildi. Ötən gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar sərgi gerçəkləşib. Təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qor... | ANL |
Hörmətli xanımlar və cənablar! Azərbaycan Yazıçılar Birliyinin qurultayı ərəfəsində keçirilən müzakirə üçün hazırladığım. “Gənclərin poeziya və proza yaradıcılığı” mövzusunda məruzəmi “Xoş gəldin, XXI əsr adlandırmışam. İcazənizlə,məruzəmi diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanın müstəqilliyə gedən yolu 20 yanvard... | ANL |
Avrasiyaçılıq və azərbaycançılıq: təmas nöqtələri və yaxınlaşma perspektivləri. Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərovun (Vəlixanlı) 2010-cu ilin noyabrında Ankarada, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən nəşr olunmuş “XV-XVII Yüzil Rus Edebiyatında Türklər” m... | ANL |
Qarağacın kolgəsində Kainatı çözmək. Uzun illərdir Azərbaycan ədəbiyatındakı gəlişmələri və ədəbi prosesi bir qədər kənardan izləyirəm. Son 4-5 il ərzində isə həm bəzi yazıçı və şairlərin əsərlərini Anadolu türkcəsinə uygunlaşdırdım, həm də ədəbi proseslə bağlı bəzi müzakirələrə qatıldım, intervülərim yayımlandı. Həm o... | ANL |
Mətbuatda xəbər verildiyi kimi bu günlərdə AYB-nin Natəvan adına klubunda görkəmli yazıçı Kamal Abdullanın Rusiyanın “Zlatoust” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş “Dolina kudesnikov” (“Sehrbazlar dərəsi”) romanının təqdimat mərasimi keçirildi. AYB-nin sədri Anarın sədrliyi ilə keçirilən müzakirələrdə Azərba... | ANL |
Kamal Abdullanın nəsri haqqında ümumi ədəbi yaradıcılıq kontekstində düşünərkən istedadlı mətnin ləzzətli dolanbaclarında azmamaqdan ötrü özüm üçün “Areadna sapı”nı müəyyənləşdirdim. Təbii ki, məndən ötrü işlək olan bu “açar”ı mütləqləşdirmirəm. Amma və lakin bu təyinin, yəni, sirrin içində Kamal Abdulla şəxsiyyətinin ... | ANL |
Yazar dostum Azər Abdulla mənim suallarıma cavab verəndən sonra müsahibənin bir az çox alındığını təkrar-təkrar mənə dedi və təkrar-təkrar arzuladı ki,Allahı sevərsən Rəşad bəydən də ( baş redaktordan) xahiş elə mümkünsə onu necə var eləcə çap etsin, sənə də toxunmuşam, o yerlərə də dəymə.Əlavə elədi: mən bilən birinci... | ANL |
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. (Əvvəli ötən şənbə saylarımızda). “Sən müğənnilər üçün müğənnisən” – dedi son görüşümüzdə İsaq müəllim mənə. Sonra əlavə etdi: “Oğlum mən həyatı ədəbiyyatdan yaxşı bilirəm. Savaşda olmuşam, müxtəlif yerlərdə işləmişəm, kasıb ailədən çıxdığım üçün həyatın dibində yaşayanları... | ANL |
“Yaddaş ləpirləri” silsiləsindən. Qızımın imtahan sonrası başladığı yeni əsəri elə ilk notlarındanca tanımışdım. Əvvəl-əvvəl bu çalğını haçan eşitdiyimi xatırlaya bilməsəm də, məhrəm bir musiqi olmasına şübhə yox idi. Uzun illərdən sonra çox əziz adamla qəfil rastlaşmışam kimi sevincək olmuşdum. Çalğını kəsməsin deyə o... | ANL |
Muğamın əbədiliyi. 1983-cü ildə Bakıda xalçaçılıq üzrə Beynəlxalq Simpoziuma hazırlıq gedirdi. Bu tədbirin təşəbbüskarı və bütün təşkilatçılıq məsələləri ilə məşğul olan, o zaman Azərbaycan KP Mərkəzi Komitəsinin ideologiya üzrə katibi Həsən Həsənov məni öz kabinetinə dəvət etdi. Həmin görüş haqqında H.Həsənovun özünün... | ANL |
Elçinin yaradıcılığına yüksək qiymət. Xalq yazıçısı Elçin Türkiyə universitetinin fəxri doktoru seçilmişdir. İstanbul Kultur Universiteti Türkiyənin böyük və nüfuzlu tədris kompleks-mərkəzlərindən biridir. Burada humanitar sahələrlə bərabər, elmin digər sahələri də tədris edilir. İndiyə kimi Kultur Universiteti minlərl... | ANL |
Azərbaycan oxucusu son illərin nəşrləri içərisində “Oğuz eli” qəzetinin xüsusi buraxılışları olan “Yazıçı”nı davamlı şəkildə diqqətdə saxlayır. Çünki bu buraxılış hər dəfə konkret bir yazarın, söz-sənət adamının həyatını, yaradıcılığını təqdim etməklə yanaşı, həm də ona olan münasibəti də öz səhifələrində əks etdirir. ... | ANL |
Sumqayıtın təhsil həyatı: uğurlar da var, yeni vəzifələr də. Hazırda Sumqayıt şəhərində 50 məktəb, 56 məktəbəqədər, 8 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Son illərdə ölkənin digər bölgələrində olduğu kimi Sumqayıtda da təhsil sahəsində bir sıra işlər görülüb ki, bu da ümumən ölkədə uğurla həyata keçir... | ANL |
“Kommunal xidmət sahəsi ilə bağlı səlahiyyətlər bələdiyyələrə verilməlidir”. PARLAMENTİN REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN SƏDRİ ARİF RƏHİMZADƏ: “BÖYÜKŞƏHƏR BƏLƏDİYYƏLƏRİNƏ NƏ İCTİMAİYYƏT, NƏ BƏLƏDİYYƏLƏRİN ÖZLƏRİ HAZIRDIR, NƏ DƏ BU BARƏDƏ KİFAYƏT QƏDƏR TƏCRÜBƏ VAR”. – Arif müəllim, gələn həftə parlamentin növbəti yaz ses... | ANL |
“Diasporumuzun güclü olması üçün birgə fəaliyyət göstərməliyik”. AYXAN DƏMİRÇİ: “HAMIMIZ HƏMRƏY OLUB AZƏRBAYCAN ÜÇÜN ÇALIŞMALIYIQ”. Azərbaycan Belçika Dostluq Cəmiyyəti (ABDC) Avropada fəaliyyət göstərən aktiv diaspor qurumlarımızdan biridir. Bu təşkilat həm də çoxşaxəli fəaliyyəti ilə diqqəti çəkir. ABCD-nin sədri Ayx... | ANL |
Türkiyə Cümhuriyyəti Liberal Partiyasının Başqanı BESİM TİBUK. Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki,... | ANL |
Azərbaycan kitabxanaları:milli informasiya seqmenti inkişaf etdirilir. Müsahibimiz Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir. – Aybəniz xanım, ölkə prezidenti tərəfindən 2007-ci ildə təsdiq olunmuş “Azərbaycanda kitabxanaların fəaliyyətinin... | ANL |
Özbəkistanda ən çox Beşim adlı oğlan uşağından ehtiyatlanırlar. Çünki bilirlər ki, o, ailənin beşinci oğludur. Bilirlər ki, onun özündən böyük daha dörd qardaşı var. Bilirlər ki, Beşimlə zarafatın axırı pis qurtarar. Beş rəssam: rənglərdən rəngsizliyə doğru addımlayan beş sufi qardaşı. Beş sufinin beş hekayəti beş bölü... | ANL |
Sənət yolu, sənətkarlıq cizgiləri xatirələr süzgəcində. Onun sənət dünyası başdan-başa rənglər üzərində qurulmuşdu. Bu böyük rəssamın tablolarına nəfəs verən elə nəfəs kimi ilıq-isti rənglər idi. Əgər Səttar Bəhlulzadəni Azərbaycan təbiətinin ən rəngarəng mənzərəçisi adlandırırıqsa, Mikayıl Abdullayevi də Azərbaycan mə... | ANL |
İlyas Əfəndiyevin həyat və yaradıcılıq yolu “Ləyaqət hücrəsi”ndə. Xalq yazıçısı, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən “Ləyaqət hücrəsi” sənədli televiziya filmi tanınmış mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, ziyalılara təqdim olunub. “Azərbaycan ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.