text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Naxçıvan Dövlət Universitetində azərbaycanlıların soyqırımına həsr olunmuş mərasim keçirildi. Tədbir sənədli filmin nümayişi ilə başladı, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Mərasimdə çıxış edən rektor, akademik İsa Həbibbəyli qeyd etdi ki, XIX əsrin sonlarından etibarən Azərbaycan xalqın...
ANL
Uzaq sahillərdə təntənə. Bu ilin mart ayında Kuba və Meksikada Azərbaycan mədəniyyət günləri keçirildi. Bu ölkələrdə düzənlənən mədəniyyət günlərində iştirak edən 50 nəfərlik nümayəndə heyətinə Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının, "Şərq çırağı" Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri, caz ustaları, modelyer-rəs...
ANL
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılmışdır. Gəncədəki Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və fəaliyyətini əks etdirən xatirə otağı yaradılmışdır. Otaqda Aida İmanquliyevanın şərqşünaslıq elminə bəxş etdiyi töhfələr, e...
ANL
Şirvan ölkəmiz üçün Bakıdan sonra çox vacib sahəni əhatə edən ikinci şəhər olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə səfərə gəlmişdir. Son illərdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Şirvan şəhərinin də sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Re...
ANL
Şirvan şəhərində Heydər Əliyev Mərkəzi açılmışdır. Prezident İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzlə tanış oldu. Məlumat veri...
ANL
Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Şirvanda Heydər Əliyev Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV şirvanlıları təbrik edərək dedi: - Sizin hamınızı Heydər Əliyev Mərkəzinin...
ANL
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz" zavodunun açılışında iştirak etmişdir. Prezident İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin "Araz" zavodunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısı zavodun həyətində ulu öndər He...
ANL
Dövlətimizin başçısı Müdafiə Sənayesi Nazirliyinin Şirvan telemexanika zavodunda aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanika zavodunda aparılmış yenidənqurma işlərinin gedişi ilə ...
ANL
Prezident İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Gənclər və idman naziri Azad...
ANL
Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Son illər ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür, mədəniyyə...
ANL
Prezident İlham Əliyev "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə səfəri çərçivəsində "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Avropada ilk açıq tipli energetika qurğusu olan 1050 meqavatl...
ANL
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə işğalın nəticələri aradan qaldırılmalıdır. Xarici İşlər Nazirliyindən bildirmişlər ki, aprelin 1-də nazir Elmar Məmmədyarov Fransa Milli Assambleyasının deputatları Kristan Batay və Rolan Blum ilə görüşmüşdür. Görüşdə əsas müzakirə mövzusu Ermən...
ANL
BMT-nin Baş katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin Baş katibi Pan Gi Mun Orta Asiyaya səfər edərkən Bakıda nazir Elmar Məmmədyaro...
ANL
Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyəti Ankarada görüşlər keçirmişdir. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə paytaxtında rəsmi səfərdədir. Aprelin 1-də - səfərin ikinci günü Türkiyənin xarici işlər naziri Əhm...
ANL
Mətbuat öz mənəvi dəyərləri, əxlaqi normaları, ictimai statusu ilə seçilən Azərbaycan qadınının obrazını formalaşdırmağı və təbliğ etməyi bacarmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilmiş "dəyirmi masa"dan qeydlər. Aprelin 1-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üz...
ANL
Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları. Erməni ideoloqları iddia edirlər ki, guya dünyanın yaranışı onların adı ilə bağlıdır. Bu iddianın tərəfdarları tarixi həqiqətlərdən daha çox rəvayətlərə üstünlük verirlər. Ermənilərlə bağlı yazılan həqiqətlər isə başqa şey deyir. "Tarixin atası" Herodot: "Fər...
ANL
Doğma yerlərə qayıtmalıyıq. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, bir hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar. Heydər ƏLİYEV. Aylar, illər ...
ANL
Yazıya çevrilən xatirələr. Uzun illər dövlət təhlükəsizlik orqanlarında xidmət etmiş polkovnik-leytenant Bəxtiyar Süleymanlının yenicə çapdan çıxmış kitabı "Əbədiyaşarlar" adlanır. Kitabın redaktorunun yazdığı kimi, yeni nəşrdə müəllifin xatirələri, müxtəlif şəxslərə həsr etdiyi məqalə və oçerkləri toplanıb. Kitabda di...
ANL
Xalq şairinin xatirəsi anılmışdır. Azərbaycan Yazıçılar Birliyinin kollektivi, ziyalılar Fəxri xiyabana gələrək xalq şairi, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim Rəsul Rzanın vəfatının ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, üzərinə tər güllər düzmüşlər. Mərasimi xalq şairi, Yazıçılar...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qılıncoynatma Federasiyasının Prezidenti Alişer Usmanovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovu qəbul etmişdir. Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti A...
ANL
Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Son illər Azərbaycan Respublikası iqtisadiyyatının inkişafının sürətləndirilməsi məqsədilə bir sıra köklü islahatlar aparılmışdır. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsind...
ANL
Ombudsman parlamentə hesabat verdi. Milli Məclisin iclasında. Aprelin 2-də Milli Məclisin növbəti iclası keçirildi. Deputatlar əvvəlcə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı həlak olan soydaşlarımızın xatirəsini yad etdilər. Spiker Oqtay Əsədov bildirdi ki, Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şuras...
ANL
Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyəti İstanbulda jurnalistlərlə görüşmüşdür. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Aprelin 2-də səfər çərçivəsində Ramiz Mehdiyev İstanbuldakı "Çırağan" s...
ANL
Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları. Hadisələrin bu şəkildə cərəyan etməsi ilə barışmaq istəməyən ermənilər məsələnin həlli yolunu Osmanlı dövlətinə qarşı qiyam və terrora başlamaqda görürdülər. Erməni məsələsini silahlı vasitələrlə həll etməyə çağıran komitə, təşkilat və cəmiyyətlər şəbəkəsi Av...
ANL
Ə.M.Hüseynovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Mi...
ANL
Xanimanım Kəlbəcərdə qalıbdı. Kəlbəcər işğal edilmiş rayonlar arasında Azərbaycanın ən böyük ərazisi olan yaşayış məntəqəsidir. Kəlbəcərin ərazisində Azərbaycanı kifayət qədər dolandıra biləcək yeraltı, yerüstü sərvətlər yatır. Geoloqların tədqiqatlarına görə, Kəlbəcərdə 77 növ mineral var. Təkcə travertin ehtiyatı 309...
ANL
Azərbaycan və Avstriya arasında İKT sahəsində əməkdaşlıq üçün potensial imkanlar vardır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) sədri Alon Şklarek ilə görüşmüşdür. Nazirlikdən bildirmişlər ki, Ə.Abbasov yarandığı qısa müddətdə Avstriya-Azərbaycan Ticarət ...
ANL
Yaradıcılıq - psixoloji fenomen, dövrün real çağırışı, müasir Azərbaycanın inkişafının fundamental resursudur. Tarixdə yaradıcılığın yalnız seçilmişlərə məxsus olan sakral, mistik fenomen kimi başa düşüldüyü dönəmlər olub. Yaradıcılığın sehri və müəmması yalnız ayrı-ayrı mütəfəkkirlərin maraq dünyasına hakim olub, onun...
ANL
Uzaq sahillərdə təntənə. Azərbaycan musiqiçilərinin, sənətçilərinin istedadı sayəsində okeanın o tayında - adalar kralı Kubada möhtəşəm bir təntənənin şahidi olduq. Azərbaycan mədəniyyəti bu uzaq ölkənin sənətsevərləri tərəfindən böyük məhəbbətlə qarşılandı və qiymətləndirildi. Sanki uzun illər idi bir-birimizi tanıyır...
ANL
Azərbaycanın investisiya qüdrəti artır. Dinamik iqtisadi inkişaf tempini qlobal maliyyə böhranın tüğyan etdiyi ötən il ərzində də qoruyub saxlayan, ümumi daxili məhsulun 9,3 faizlik artımına nail olan Azərbaycanın qarşıdakı dövrdə də bu sahədə daha böyük tərəqqiyə imza atacağı proqnozlaşdırılır. Bunu şərtləndirən əsas ...
ANL
Azərbaycanın pravoslav xristian icmasına. Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi - Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda tarixən xalqlar arasında mehriban dostluq və qardaşlıq münasibətləri mövcud olmuş, səmavi dinlə...
ANL
Regionların sosial-iqtisadi imkanları genişdir. Azərbaycan iqtisadi inkişafına görə dünyanın lider dövlətlərindən birinə çevrilib. Bunu dünyanın aparıcı maliyyə qurumları da öz hesabatlarında təsdiq edirlər. 2008-ci ildə "Doinq Business" proqramında Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə kimi tanınıb. Bununla ya...
ANL
Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr edilən respublika konfransında qarşıya qoyulan vəzifələr bölgələrdə müzakirə olunur. Prezident İlham Əliyevin 2010-cu il martın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-...
ANL
Nəqliyyat təhlükəsizliyinin etibarlı təminatına xidmət edən siyasət. "Biz nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırırıq. Coğrafi mövqeyimizi nəzərə alsaq, bu, tamamilə məntiqlidir. O cümlədən, Azərbaycanın maliyyələşdirdiyi, Avropa ilə Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi regional əməkdaşlıq məsələ...
ANL
Azərbaycan etnoqrafiyasının dünəni, bu günü və sabahı. Bildiklərimiz bilmədiklərimizin yanında nədir ki... Laplas. Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üçün humanitar elmlər, o cümlədən etnoqrafiya elmi qarşısında konkret vəzifələr durur. Digər elm sahələri kimi, ...
ANL
Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları. Bakı qırğınları. 1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat"ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiya...
ANL
Azərbaycana qarşı "Gülüstan" və "Türkmənçay"dan başlayan soyqırımı və işğalçılıq siyasəti. Hər dəfə xalqımızın tarixi, faciələri, ərazilərinin işğal səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən, ilk növbədə, belə qənaət hasil olur ki, tariximizin bütün qanlı səhifələri 1725-1726-cı illərdə I Pyotrun öz...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 1-ci bənddə “orqanlar qismində öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi” sözləri “orqan qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliy...
ANL
Y.Q.Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Yaşar Qəhrəman oğlu Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
A.T.Qafurovun Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arzu Telman oğlu Qafurov Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan iqtisadiyyatı uğurlu inkişaf yolundadır. İkinci Dövlət Proqramının icrasının birinci ilinin yekunları bunu bir daha təsdiqləyir. Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı, demokratik dəyərlərin daha sürətlə intişar tapması, habelə qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi...
ANL
Bakıda alternativ və bərpa olunan enerji mənbələrinə dair beynəlxalq konfrans keçirilir. Aprelin 5-də Sənaye və Energetika Nazirliyində Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı və onlardan istifadə sahəsində görülmüş tədbirlərə həsr edilmiş beynəlxalq konfrans işə başlamışdır. Tədbirdə Azərbaycanın ene...
ANL
Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafı üzrə İkinci Dövlət Proqramının həyata keçirilməsi barədə tapşırıqlarının yerinə yetirilməsinin gedişi müzakirə olunur. Dövlətimizin başçısı İlham Əliyevin martın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlə...
ANL
Beş qardaş güllələndi. Sürgün... Qaçqınlıq... Köçkünlük... İrəvandan tutmuş Şuşayacan torpaqlarımızın zaman-zaman işğalı... Böyük rus imperiyası tərəfindən Azərbaycan xalqına və dövlət müstəqilliyinə qarşı məqsədli şəkildə yönəldilmiş Soyqırımı siyasətinin mərhələli tərkib hissəsidir. Bu məkrli siyasətin qurbanı olmuş ...
ANL
Zalımların qənimi, məzlumların dayağı idi. "Peterburqa gələr-gəlməz əlimə keçən "Novaya vremya" qəzetinin xüsusi əlavəsində neçə il qaçaq hərəkatı keçirmiş gəncəli bir tatarın (türkün) şəklini gördüm. Şəklin altında belə bir yazı vardı: "Qaçaqlığı haqqında dastanlar söylənilən Dəli Alı - Qafqaziyyə şeytanı". Bu sözləri...
ANL
Çörək həyatdır. Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındad...
ANL
Musiqi təhsilimizin fədakar təşkilatçısı. Ötəri arzularımız da olur, həyatımızın mənasına çevrilən, ömür yolumuza çıraq tutan arzularımız da. Birinə qovuşuruq, bundan duyduğumuz səadəti tamam yaşamamış yenisi doğulur, onu gerçəkləşdirməyə can atırıq. Lakin hər kəsin iç dünyasında yaşatdığı, daim qovuşmağa çalışdığı, qo...
ANL
Zərif çiçəyin təravəti. Özümlə başladığım dialoqdan bir nəticəyə gələ bilmirəm. İçimdəki təzadlar, tərəddüdlər arasında çırpınmaqdan yoruldum. Gözlərinizin qarşısına çox gözəl, zərif bir çiçək gətirin. Təbiətin qiymətli yaranışı olan bu çiçəyin, həm də insanı valeh edəcək qədər gözəl ətrini duymağa çalışın. Bir insan ö...
ANL
Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, Şəki şəhəri cari ildə Azərbaycanın sənətkarlıq paytaxtı elan olunmuşdur. Proqram çərçivəsində 2010-cu ildə Şəki şəhərində xalq tətbiqi sənəti, dekorativ sənət və milli təsviri sənət ənənələ...
ANL
Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları. 1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin səsinə oyandılar və şəhərin cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındığını gördülər. Şəhərin azərbaycanlılardan ibarət aşağı hiss...
ANL
Cinayət cəzasız qalmayacaq. Azərbaycan və başqa Türk Dilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) həyətindəyik. Təşkilatın rəhbərləri, müxtəlif media nümayəndələri, xarici səfirliklərin təmsilçiləri, ölkənin ictimai xadimləri, QHT-lərin rəhbərləri, bir sözlə hamımız, türk dilli xalqların bayraqları ilə bizi müşayiət e...
ANL
Dünya şərqşünaslığında silinməz iz qoymuş görkəmli alim. Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların gətirdiyi yeniliklər və çəkdikləri zəhmət zaman keçdikcə və elmi təfəkkür inkişaf edib zənginləşdikcə daha aydın dərk olunur. Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filo...
ANL
Türkologiya institutuna böyük ehtiyac var. "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheeri qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheeri qəbul etmişdir. Alm...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniyaya dövlət səfərinə yola düşmüşdür. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniyaya dövlət səfərinə yola düşmüşdür. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının ...
ANL
Tallinnin Lennart Meri adına Beynəlxalq hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Estoniyaya dövlət səfərinə gəlmişdir. Azərbaycanın və Estoniyanın dövlət bayraqları ilə bəzədilmiş Tallinnin Lennart Meri adına Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fə...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə qərara alıram: 1. Bu sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş təd...
ANL
Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq və ölkənin tikinti kompleksinin bazar iqtisadiyyatı prinsipləri ...
ANL
E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alıram: Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin e...
ANL
Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil nazirinin müavini Elmar Qasımov və bir sıra xarici dövlətlərin nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri iştirak etmişlər. Sərginin açılışında çıxış edən təhsil na...
ANL
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilmişdir. Aprelin 6-da Bakıdakı "Karvan" sarayında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının (AŞBMA) ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda Prezident Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, Ədliyyə Nazirliy...
ANL
Sağlamlıq böyük nemətdir. 7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı sağlamlığı insan həyatının elə bir amili hesab edir ki, onda heç bir xəstəlik və fiziki qüsur olmasın. Hər bir vətəndaş əlverişli mənəvi və ictimai şəraitdə yaşasın. Ona görə də insan sağlamlığı cəmiyyətin sərvətidir. Yalnız sağl...
ANL
"Mir Cəlalın elmi-nəzəri görüşləri" kitabının təqdimatı. Aprelin 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Bayatı" kitab mağazasında şair-publisist Gülxani Pənahın "Poeziya Günü" nəşrlər evində çapdan çıxmış "Mir Cəlalın elmi-nəzəri görüşləri" kitabının təqdimat mərasimi keçirilmişdir. AYB-nin katibi, xalq şairi Fikr...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli sərəncamı ilə təsdiq edilmişdir. Mövcud vəziyyət. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri...
ANL
Elmi tərəqqinin nailiyyətlərinə söykənən iqtisadi inkişaf. İqtisadi sahədə keçid dövrü başa çatıb. Kosmik sənayeyə xüsusi diqqət yetiririk. Beləliklə, böyük müasirləşmə proqramı həyata keçirilməkdədir". Müasir iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri ölkədə qabaqcıl texnologiyaların tətbiqi, informasiya cəmi...
ANL
Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları. Quba qırğınları. Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilərə bu barədə xəbərdar edilmiş, onlara əlavə silah və sursat göndərilmişdi. 1918-ci ilin ilk aylarında...
ANL
Acı rüzgarın soldurduğu talelər. Çox uzun illər bundan öncə xalq yazıçısı Mirzə İbrahimov onun haqqında belə yazırdı: "Şərqiyyə xanım Özbəkistan və Azərbaycan arasında ən etibarlı, mənəvi körpüdür". Şərqiyyə xanım Şıxəliyeva kimdir? O, Azərbaycanın görkəmli şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edən, el...
ANL
Ankarada Anadolu Agentliyinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Aprelin 6-da Ankarada Türkiyənin rəsmi Anadolu xəbərlər agentliyinin 90 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilmişdir. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, yerli və xarici KİV-lərin təmsilçiləri...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri. Tallinndə rəsmi qarşılanma mərasimi. Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycanın və Estoniyanın dövlət bayraqlarının dalğalan...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü. Aprelin 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətl...
ANL
Azərbaycan və Estoniya prezidentləri Birgə Bəyannamə imzalamışlar. Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 7-də Tallinndə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves Birgə Bəyannamə imzaladılar. AzərTAc.
ANL
Geniş tərkibdə görüş. Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfəri...
ANL
Tallinndə Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət. Xüsusi müxbirimiz xəbər verir ki, Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndəkı Vabaduze meydanına gələrək Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət etmişdir. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarov...
ANL
Tallinnin Ratuşası ilə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinnin Köhnə şəhərində yerləşən və buranın əsas yerlərindən olan Ratuşaya gəlmişdir. Şəhərin meri Edqar Savisaar Prezident İlham Əliyevi Ratuşanın önündə qarşıladı. Tallinnin meri Azərbaycan dövlətinin başçısını salamlayaraq vurğuladı k...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın Baş naziri Andrus Ansip ilə görüşmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndə Estoniyanın Baş naziri Andrus Ansip ilə görüşmüşdür. Prezident İlham Əliyev və Baş nazir Andrus Ansip şəhərin mənzərəsini seyr etdilər. Səmimi söhbət zamanı ölkələrimiz arası...
ANL
Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Toomas Hendrik İlves mətbuat üçün bəyanatlarla çıxış etmişlər. - Mən çox şadam ki, əziz dostum, Azərbaycan Prezidenti İlham Əliyev hazırda Estoniyada səfərdədir. Bu, ötən il Bakıya etdiyimiz çox uğurlu ...
ANL
Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Toomas Hendrik İlves mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. - Cənab Prezident, əvvəlcə, gözəl ölkənizə səfər etmək məqsədilə dəvətinizə görə minnətdarlı...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir. Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir. Dövlətimizin başçısı mühazirəsində ölkələrimiz arasında əlaqələrin inki...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyada İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgi Mərkəzində olmuşdur. Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Tallinndə "Microlink" şirkətindəki İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgi Mərkəzində olmuşdur. Azərbaycan dövlətinin başçısı Estoniyada İKT sahəsind...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın sabiq dövlət başçısı Arnold Rütel ilə görüşmüşdür. Xüsusi müxbirimiz xəbər verir ki, Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndə Estoniyanın sabiq Prezidenti Arnold Rütel ilə görüşmüşdür. AzərTAc.
ANL
Azərbaycan Prezidentinin və xanımının şərəfinə. Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 7-də Tallinndə Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlvesin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin...
ANL
Estoniya Prezidentinin xanımının adından Azərbaycanın birinci xanımının şərəfinə nahar verilmişdir. Aprelin 7-də Tallinndə Estoniyanın birinci xanımı Evelin İlvesin adından Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Ə...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tallinndə "Bastion" qadın geyimləri fabrikində olmuşdur. Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 7-də Tallinndəki qadın geyimləri istehsalı üzrə ixtisasl...
ANL
Azərbaycanın birinci xanımı Tallinn şəhərinin qədim hissəsi ilə tanış olmuşdur. Aprelin 7-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Estoniyanın birinci xanımı Evelin İlvesin müşayiəti ilə Tallinn şəhərinin...
ANL
"Prezident Əliyev sürətlə dəyişməkdə olan dünyada Azərbaycanın gələcəyə yolunu müəyyən etməlidir. O, Dünyanı Azərbaycan üçün kəşf edir, Dünya isə onun siyasəti sayəsində Azərbaycanı kəşf edir. İlham Əliyev əvvəllər təsəvvür edilə bilməyəcək imkanlarla dolu, lakin bununla bərabər, həm də əvvəllər mövcud olmayan risklər ...
ANL
Moskvada Azərbaycan muğamı gecəsi keçirilmişdir. Moskvada, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğamı gecəsi keçirilmişdir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun...
ANL
Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Bakıda keçirilən "İNEPO-EUROASİA" ətraf mühitin mühafizəsi 4-cü Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları aprelin 7-də Fəxri xiyabana gəlmişlər. Onlar xalqımızın ümummilli lideri, müasir...
ANL
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı. Aprelin 7-də Bakıda Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının (AQBMA) ümumi yığıncağı keçirilmişdir. Prezident Administrasiyasının məsul işçilərinin, Ədliyyə Nazirliyi təmsilçilərinin və respublikanın 153 qəsəbə bələdiyyəsi sədrlərinin...
ANL
"İNEPO-EUROASİA" ətraf mühitin mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar. "İNEPO-EUROASİA" ətraf mühitin mühafizəsi 4-cü Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları aprelin 7-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara fondun vəzifələri və fəaliyyəti barədə geniş ...
ANL
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Niderland Krallığının ölkəmizdəki səfiri ilə görüş. Aprelin 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Niderland Krallığının ölkəmizdəki səfiri Jan Lukas İnayat van Hoorn ilə görüşmüşdür. Niderland səfirini ölkəmizdə fəaliyyətə başlam...
ANL
Artan ümidlər diyarı. ...Dünəndən başlayan yağış gecəni səhərə kimi yağmışdı. Yaz yağışı əkinçiyə bolluqdan müjdə versə də, problemlər də yaratmışdı. Bərdə-Ağdam yolunun Mamırlı kəndinin ərazisindən keçən hissəsində ağdamlı məcburi köçkünlərin illərdən bəri məskunlaşdıqları böyük bir sahəni sel suları basmışdı. Natiq H...
ANL
Regional inkişaf prosesində milli sahibkarların rolu güclənir. Cəmiyyətin demokratik inkişafının vacib şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının, eləcə də çevik və işlək mexanizmlər əsasında dövlət idarəçiliyi sisteminin formalaşdırılmasıdır. İctimai maraqların ifadəçisi olan hakimiyyət sos...
ANL
Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları. Lənkəran qırğınları. Lənkəranda milli ordunun təşkili ilə məşğul olan "Dikaya diviziya"nı tərk-silah etmək üçün bolşeviklər dəniz vasitəsilə ora silahlı dəstələr göndərmişdilər. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə həyata keçirilirdi. Bolşevik...
ANL
Avropa Şurası, Avropa İttifaqı və ATƏT parlament seçkilərində Azərbaycana göstəriləcək yardım planını təqdim etmişlər. Aprelin 7-də Avropa Şurası (AŞ), Avropa İttifaqı (Aİ) və ATƏT noyabrda ölkəmizdə keçiriləcək parlament seçkilərinin təşkilində Azərbaycana yardım planlarını təqdim etmişlər. Avropa Şurası baş katibinin...
ANL
Bakıda Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası keçirilir. Azərbaycan Respublikasının Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti (ARDNŞ), İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və "Çağ" Öyrətim Şirkətinin təşkilatçılığı ilə Bakıda ekologiya və təbiəti mühaf...
ANL
Ekoloji təmiz enerji mənbələri. Hazırda bəşəriyyət ekoloji baxımdan təmiz enerji mənbələrindən istifadə etməyə çalışır. Bu keçid dünyanın inkişaf etmiş ölkələrinin bir çoxunda sənaye inqilabı ilə nəticələnmişdir. Hazırda bəşəriyyət yenidən təzə enerji mənbələrinin axtarışına başlamışdır. Bu mərhələnin xüsusiyyəti onun ...
ANL
Şərur və Kür sözlərinin kökləri. Naxçıvandakı bəzi yer adları ən qədim dövrlərlə, Şumer mifləri ilə bağlıdır. Bəzən elə sözlərlə, anlayışlarla rastlaşırıq ki, onun mənasını bilmirik, mövcud kitablarda izahına rast gəlmirik. Şərur və Kür sözləri də belə sözlərdəndir. Hərdən isə belə sözlərin mənası bilinmədiyindən asan ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri. Dövlətimizin başçısı Estoniyanın Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndə Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir. Dövlətimizin başç...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. Hörmətli xanımlar və cənablar! Bu gün burada olmağıma və ikitərəfli münasibətlərlə, eləcə də regional məsələlərlə bağlı fikirlərimi sizinlə bölüşməkdən çox şadam. Elə burada indicə qeyd olundu ki, bu, mənim Estoniyaya ilk dövlət və münasibətlərimizin tarixində ilk səfərimdir...
ANL
Səfər başa çatdı. Aprelin 8-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi yolasalma mərasimi olmuşdur. Azərbaycanın və Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Es...
ANL