text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir. Dövlətimizin başçısı Mövlud Çavuşoğlunu Avropa Şurası Parl...
ANL
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Rəsmi statistika haqqın...
ANL
“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 1-ci bəndin dördüncü abz...
ANL
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanına dəyişikliklər və əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. I bəndin birinci və yeddinci ...
ANL
Qambiyanın nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycanda səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti aprelin 13-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xat...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettingerin başçılıq etdiyi nümayəndə h...
ANL
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının daxili işlər orqanlarinda xidmət keçmə haqqında Əsasnamə”də, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda və “Miqrasiya orqanlarında qulluq ...
ANL
Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır : I. Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin: 1. Qorğan, Bili...
ANL
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. 20-ci maddənin ikinci hissəsinin altıncı abzasında “qaydalarına” sözü “sahəsində normaların, standartların və qaydaların tələblər...
ANL
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır : “Azərbaycan...
ANL
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır : “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hök...
ANL
“2007-ci il yanvarın 1-də Avropa İttifaqına daxil olmuş Bolqarıstan Respublikasının və Rumıniyanın yeni statusu ilə bağlı “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır...
ANL
“Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtərəfli Sazişə dair gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavəyə əlavələr edilməsi haqqında” protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır ...
ANL
“Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə” kredit sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır : “Azərbaycan Resp...
ANL
“Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır : Azərbaycan Respublikası “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliy...
ANL
“Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya əlavə və dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır : “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya 1991-ci il noyabrın 7-də Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilmiş əla...
ANL
“Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi ha...
ANL
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət...
ANL
Hindistan Respublikasının Prezidenti zati-aliləri xanım Pratibha Patilə. Hörmətli xanım Prezident! Ölkənizdə baş vermiş güclü qasırğa nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Hindistan xal...
ANL
Danimarkanın Kraliçası ülyahəzrət II Marqreteyə. Ülyahəzrət! Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Danimarka münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşl...
ANL
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır. Aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anım günüdür. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Zəri...
ANL
“Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Pre...
ANL
Çin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Aprelin 15-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ley Minqçiunun başçılıq etdiyi nümayəndə he...
ANL
Çin nümayəndə heyəti ümummilli liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Çin-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərindən ibarət nümayəndə heyəti aprelin 15-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məz...
ANL
“Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq qərara alıram: “Xüsusi iqtisadi zonanın operatorunun seçil...
ANL
Rusiya nümayəndə heyəti ümummilli liderin məzarını ziyarət etmişdir. Bakıda keçirilən "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığı genişləndirmək yolu ilə strateji tərəfdaşlığı möhkəmləndirməyə doğru" mövzusunda "dəyirmi masa"da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyəti aprelin 15-də Fəxri ...
ANL
Çin Azərbaycanla əlaqələrə böyük önəm verir. Ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ley Minqçiunun başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə...
ANL
Bakıda "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığı genişləndirmək yolu ilə strateji tərəfdaşlığı möhkəmləndirməyə doğru" mövzusunda "dəyirmi masa" keçirilmişdir. "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri administ...
ANL
AzərTAc-ın əməkdaşlarına mükafatlar təqdim edilmişdir. Aprelin 15-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin 2010-cu il 26 fevral tarixli sərəncamları ilə agentliyin fəxri adlara layiq görülmüş və "Tərəqqi" medalı ilə təltif olunmuş əməkdaşlarına müka...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının "Nizami" kinoteatrının binasında aparılan təmir və yenidənqurma, Fəvvarələr bağında görülən abadlıq işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Bakının "Nizami" kinoteatrının binasında həyata keçirilən təmir və yenidənq...
ANL
Milli inkişaf strategiyasına fundamental elmi-nəzəri yanaşma. Aparıcı Qərb dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa müddətdə adlayaraq iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan artıq Cənubi Qafqazda mühüm rolu, mövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilmişdir. Bu isə heç d...
ANL
Azərbaycanda parlament seçkilərinin tam demokratik keçirilməsi üçün bütün şərait yaradılıb. Aprelin 20-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəliyə təqdim olunan məsələlərə münasibət bildirərək onları təsdiq etdilər. Daha sonra...
ANL
Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici...
ANL
İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Fəlsəfə, ictimai və humanitar elmlər kompleksi üçün köklü transformasiyalar şəraitində sosial idrakın yararlığı məsələsi xüsusi əhəmiyyət daşıyır. Ciddi problemlərin həlli zərurətindən doğan yetərli idraki müstəvinin qurulması, səmərəli üsul və yanaşmaların, yeni m...
ANL
Heydər Əliyev Fondu "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir. Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir. Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1...
ANL
Azərbaycan Avropa İttifaqının enerji təminatında mühüm rol oynayır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 15-də ölkəmizdə səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettinger ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbay...
ANL
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 15-də Azərbaycanda səfərdə olan Avropa Parlamentində Finlandiyanın deputatı xanım Anneli Jaateemaki ilə görüşmüşdür. Azərbaycanda ilk dəfə olduğunu vurğulayan A.Jaateemaki səfər çərçivəsində Bakıda ke...
ANL
AŞ PA-nın sədri Mövlud Çavuşoğlu Gəncədə və Göygöl rayonunda olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu aprelin 15-də Gəncəyə gəlmişdir. Qonaq əvvəlcə şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, heykəl önünə tər çiçəklər qoymuşd...
ANL
Azərbaycan dinamik inkişaf yolunda uğurla irəliləyir. İqtisadiyyatda əldə edilən nailiyyətlər ölkəmizin qarşıdakı dövr ərzində daha böyük müvəffəqiyyətlərə imza atmasına möhkəm baza yaradır. Sürətli sosial-iqtisadi inkişaf, möhkəm daxili sabitlik, xalq və hakimiyyət arasında sıx birlik, zamanın tələblərinə uyğun olaraq...
ANL
Naxçıvan Muxtar Respublikasının təbiətindən söz düşəndə Batabat yaylağının adı birinci çəkilir. Uca və əlçatmaz dağlar, qayalarla əhatə olunub. Bu dağların adları da maraqlıdır: Qonaqgörməz, Səbətkeçməz, Bədəldağ... 3 min hektardan artıq ərazini əhatə edən Batabat güllü-çiçəkli çəmənlikləri, "üzən ada" adlı möcüzəli gö...
ANL
Bakıda İsrailin Müstəqillik Günü qeyd edilmişdir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında İsrail Dövlətinin yaradılmasının 62-ci ildönümü münasibətilə bayram konserti olmuşdur. Konsertdən əvvəl İsrail Dövlətinin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem çıxış edərək öz ölkəsinin müstəqilliyə doğru çəti...
ANL
Rafiq Salmanovun 60 illik yubileyi qeyd edilmişdir. Aprelin 20-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YUNİSEF və "Qızıl qələm" mükafatları laureatı, "Xalq qəzeti"nin əməkdaşı Rafiq Salmanovun anadan olmasının 60 illik yubileyinə və "Mənim könlüm deyir ki..." kitabının təqdim...
ANL
Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydaları. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir. Bu Qaydalar "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi a...
ANL
Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində "Molla Nəsrəddin-104" guşəsi yaradılmışdır. "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasının 104-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində xüsusi guşə yaradılmışdır. Guşədə C.Məmmədquluzadənin ailə üzvlərinin, qələm dostlarının, seminariya ...
ANL
Azərbaycanın Avropa Şurasına üzvlüyü onun Avropa dəyərlərinə verdiyi yüksək önəmin nümunəsidir. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. Oqtay Əsədov qonağı. AŞ PA-nın sədri seçilməsi münasibətilə təbr...
ANL
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilmişdir. Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun sədrliyi ilə MDB Müdafiə Nazirləri Şurasının 58-ci iclası keçirilmişdir. İclasda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, habelə MDB-nin 10 ölkəsinin müdafiə nazirləri, yaxud müdafiə nazirlərinin müavin...
ANL
Azərbaycan Xüsusi Tibb Xidmətinin nümayəndə heyəti Ankarada səfərdə olmuşdur. Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi akademik Cəmil Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdə olmuşdur. Cəmil Əliyev və onu müşayiət edən şəxslər Ankara Universitetinin rektoru Camal Taluğla görüşmüşlər. Camal...
ANL
Ölkəmizin Malayziyadakı səfirliyindən bildirmişlər ki, burada Azərbaycanın tarix və mədəniyyətinin təbliğ edilməsi istiqamətində daha bir addım atılmışdır. Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin Malayziya Dövlət Radio və Televiziyası (RTM) ilə apardığı danışıqlar nəticəsində aprelin 16-da Malayziya Dövlə...
ANL
Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artıracaqdır. Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin bu təşkilatdakı nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür. Milli Məclisin Beynəlxalq münasibətl...
ANL
AŞ PA sədri Mövlud Çavuşoğlu ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəs...
ANL
TürkPA-nın ofisində AŞ PA sədri Mövlud Çavuşoğlu ilə görüş keçirilmişdir. Aprelin 14-də TürkPA-nın ofisində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüş keçirilmişdir. Qonağı salamlayan TürkPA-nın Baş katibi R.Həsənov təşkilatın yaranması, fəaliyyəti, beynəlxalq əla...
ANL
AŞ PA sədri ADU-nun fəxri doktoru adına layiq görülmüşdür. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu ölkəmizə rəsmi səfəri çərçivəsində aprelin 15-də Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşmüşdür. Universitetin rektoru, Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Sə...
ANL
Elmin və insanlığın zirvəsi. Görkəmli elm xadimləri. Azərbaycan tibb elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə tibb elminin, səhiyyənin dinamik inkişafına qayğısını əsirgəməyən, əbədiyaşar elm xadimlər...
ANL
Qərib Mehdi BMT-dən orden aldı. Uzaq eldən Gəncəyə xoş xəbər gəldi. Tanınmış yazıçı, əməkdar jurnalist Qərib Mehdi "Ədəbiyyat qarşısındakı böyük xidmətlərinə görə" Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafat Komitəsi tərəfindən "Şərəf və Vicdan" ordeninə layiq görülüb. adlı hekayələri ilə gələn Qərib Mehdi bu g...
ANL
Tanınmış teatrşünas. Mədəniyyət və Turizm Nazirliyinin və "Yuğ" teatr kollektivinin təşəbbüsü ilə əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Məryəm Əlizadənin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. "Yuğ" teatrının binasında təşkil ol...
ANL
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Vergilər naziri Fazil MƏMMƏDOV çıxış edərək dedi: - Möhtərəm cənab Prezident! Hörmətli müşavirə iştirakçıları! Ümummilli lider Heydər Əliyevin dövlətçiliyin,...
ANL
2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi. Mən ümid edirəm ki, biz bu uğurlu in...
ANL
Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Hu Szintaoya. Hörmətli cənab Sədr! Sinxay əyalətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndim. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çin xal...
ANL
AŞ PA-nın sədri Azərbaycanda gedən demokratikləşmə proseslərini yüksək qiymətləndirmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 14-də nazir Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüşmüşdür. Ölkəmizin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini qeyd...
ANL
Kitab təqdimatı. Kitab klubunun sərgi salonunda tarix elmləri doktoru BDU-nun professoru Bayram Allahverdiyevin "Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti" kitabının təqdimatı keçirildi. Monoqrafiya Bakı Dövlət Universiteti nəşriyyatının yaranması, formalaşması və inkişaf mərhələlərini əhatə edir. Kitabda i...
ANL
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilmişdir. Bakının Nizami rayonundakı 62 nömrəli orta məktəbdə görkəmli alim, pedaqoq, yazıçı, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti ilə yanaşı, elm və ədəbiyyat xadimləri...
ANL
Diplomatik Akademiyanın xarici siyasət proqramının iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar. Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramının iştirakçıları aprelin 20-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara fondun tarixi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi...
ANL
Küveyt parlamentinin qadın deputatları Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratla ayrılmışlar. Azərbaycanda səfərdə olan Küveyt Dövləti Milli Məclisinin qadın deputatları və Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur...
ANL
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları və kursantları Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı və kursantı aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur. Ulu öndər Heydər Əliyevin anadan olmasın...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir. Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demo...
ANL
Suriya Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Bəşşar əl-Əsədə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Evakuasiya Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Suriya arasındakı ənənəvi dos...
ANL
Respublika Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda uşaq sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin daha yüksək səviyyədə göstərilməsini təmin etmək məqsədilə qərara alıram: 1. Respublika Uşaq Xəstəxa...
ANL
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə ...
ANL
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə”...
ANL
İtaliyalı deputat parlament seçkiləri ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransın nəticələrini yüksək qiymətləndirmişdir. "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çox yüksək səviyyədə təşkil olunmuşdur. Düşünürəm ki, konfransın n...
ANL
İtaliya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın konstruktiv mövqeyini dəstəkləyir. Aprelin 16-da Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Rikkardo Milyori ilə görüşmüşd...
ANL
BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri Azərbaycanda səfərdədir. "Azərbaycanda Ekoloji Fəaliyyətin İkinci İcmalı"nın hazırlanması ilə əlaqədar BMT-nin Avropa İqtisadi Komissiyasının 12 eksperti Azərbaycanda səfərdədir. Aprelin 21-dək davam edəcək səfər çərçivəsində "Azərbaycanda Ekoloji Fəaliyyətin İkinci İc...
ANL
İndoneziya parlamentində İndoneziya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupu yaradılmışdır. Aprelin 16-da Azərbaycanın İndoneziya və eyni zamanda, Filippindəki səfirliyində İndoneziyanın yeni parlamentində təsis olunmuş İndoneziya-Azərbaycan parlamentlərarası ikitərəfli əməkdaşlıq qrupunun üzvləri ilə görüş keçiri...
ANL
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə görüşmüşdür. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Təranə Bəşirova ilə görüşmüşdür. Görüşd...
ANL
Azərbaycanın dövlət rəmzləri dünya əqli mülkiyyət təşkilatı tərəfindən beynəlxalq mühafizə məqsədi ilə qeydiyyata alınmışdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən bildirmişlər ki, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına uyğun olaraq, Azərbaycan Re...
ANL
Azərbaycan şəhər, rayon mədəniyyət və turizm şöbələrinin müdirləri Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində kurs keçən şəhər, rayon mədəniyyət və turizm şöbələrinin müdirləri aprelin 16-da Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Ulu önd...
ANL
Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 5 yaşı tamam olmuşdur. Baş prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşrin və "Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı" ki...
ANL
Ətraf mühitin mühafizəsi üçün kompleks tədbirlər həyata keçirilir. Dünyada durmadan artan neft-qaz hasilatı və bununla əlaqədar sənaye sahələrinin dinamik inkişafı planetimizdə ətraf mühitə mənfi təsirlər göstərməklə yanaşı ekoloji tarazlığın pozulmasına səbəb olan başlıca amilə çevrilmişdir. Neft ölkəsi olan Azərbayca...
ANL
Nəticəsiz danışıqlar prosesi. Müharibələrlə bağlı Klauzents formulu ortaya belə bir qənaət qoyur ki, hər bir müharibə aparılan siyasətin məntiqi davamıdır. Humanizm hisslərindən çox-çox uzaq olan Maltus nəzəriyyəsi isə belə bir mürtəce iddia ilə çıxış edir ki, müharibələr olmalıdır ki, insanlar qırılsınlar. Ancaq bütün...
ANL
Fransa televiziya kanalında yayımlanmış verilişdə Azərbaycandan da bəhs edilmişdir. Avropanın bir çox ölkələrində yayımlanan ARTE televiziya kanalının fransız versiyasında aprelin 14-də "Kaşqar ekspediyası: mavi qızılın izi ilə" adlı verilişdə Azərbaycandan geniş bəhs edilmişdir. Bir sıra ölkələrə səfərə çıxmış üç fran...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir. Prezident İlham ƏLİYEV konfrans iştirakçılarını salamlayaraq dedi: - Mən sizi bir daha salamlamaq istəyirəm. Bilirəm ki, Bakıda...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın müdafiə nazirinin siyasət üzrə müavini Mişel Flournoyun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin siyasət üzrə müavini Mişel Flournoyun başçılıq etdiyi nüma...
ANL
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqı...
ANL
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Vətəndaşların Vətənin müdafiəsinə fizi...
ANL
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqı...
ANL
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Bədən tərbiyəsi və i...
ANL
ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirə edilmişdir. Aprelin 17-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin siyasət üzrə müavini Mişel Flournoy ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki...
ANL
ABŞ Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndirir. Xarici İşlər Nazirliyindən bildirmişlər ki, aprelin 17-də nazir E.Məmmədyarov ABŞ-ın müdafiə nazirinin siyasət üzrə müavini Mişel Flournoy ilə görüşmüşdür. Görüşdə ikitərəfli əməkdaşlıq, habelə regional və qlobal təhlükəsizlik...
ANL
Piter Semnebi: Qazaxıstanın ATƏT-ə sədrliyi Cənubi Qafqazda vəziyyətin sabitləşməsində əhəmiyyətli rol oynaya bilər. Qazaxıstanın Qafqaz respublikaları, Avropa İttifaqı və Rusiya ilə yaxşı münasibətləri nəzərə alınmaqla bu ölkənin ATƏT-ə sədrliyi Cənubi Qafqazda vəziyyətin sabitləşməsində əhəmiyyətli rol oynaya bilər. ...
ANL
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başlamışdır. Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə Bakının bir sıra orta məktəblərində interaktiv seminarlar keçirilir. Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin də iştirak etdikləri seminarların məqsəd...
ANL
Azərbaycan Diplomatik Akademiyası diplomatik xidmətin əsaslarını əhatə edən kurslar təşkil edir. Azərbaycan Diplomatik Akademiyası dövlət qurumlarını təmsil edən mütəxəssislər üçün altı aylıq təlim proqramı təşkil edir. Diplomatik xidmətin əsaslarını əhatə edən kurslar beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlx...
ANL
Qazaxıstanlı alimlər Azərbaycanın geologiya elminə önəm verir. Burada gənc alimlər üçün "Layların neftverimliyinin artırılması metodu", "Neft-qaz yataqlarının sistemli tədqiqi", "Quyu qazma texnologiyası", "Neft və qaz yataqlarının işlənilməsi", "Geologiyada tədqiqatın riyazi üsulları" mövzularında iki həftəlik mühazir...
ANL
...Əlindəki baltanı neçə illər əvvəl ömrünü başa vursa da, "göz dağı" kimi qalmış qoz ağacının kötüyünə söykəyib özünəməxsus səliqə ilə brezent əlcəklərini də çıxardı. Sonra, həmişəki kimi, əsgəri addımlarla mənə sarı tələsdi. İri, işdən-gücdən qaralmış əlləri kürəyimdə qovuşdu. Yanağını üzümə söykəyib, elə beləcə də p...
ANL
Moskvada Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası böyük uğurla keçmişdir. Aprelin 16-da Moskvada, Dövlət Kreml Sarayının səhnəsində böyük Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası tanınmış "Kreml baleti" Teatrının quruluşunda böyük müvəffəqiyyətlə oynanılmışd...
ANL
Sənətkarlıq paytaxtı Şəki. Tarixçi alimlərin hesablamalarına görə, 2700 ilə yaxın yaşı olan dağlar diyarı Şəki Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin Qanıq-Əyriçay dərəsi ilə birləşdiyi yerdə, təlatümlü selləri ilə məşhur olan Kiş çayının sol sahilində yerləşir. 1772-ci ildə Kiş çayından gələn güclü sel Şəkinin b...
ANL
Xalqımızın milli sərvəti. Azərbaycanda arxiv quruculuğu çox çətin, ağır, lakin 80 illik şərəfli bir yol keçmişdir. Buna səbəb qədim dövlətçilik tarixinə və mədəniyyətə malik Azərbaycanın strateji bir region kimi daim yadelli işğalçıların diqqətini cəlb etməsi olmuşdur. Başqa sözlə desək, uzun illər Azərbaycan əraziləri...
ANL
Tarixi irsimizin əbədi yaddaşı. 18 aprel Abidələrin Beynəlxalq Mühafizə günüdür. Bakının çox qədim və zəngin tarixi var. Ulu əcdadlarımızın bizə yadigar qoyduğu bu gözəl şəhərin hər bir guşəsi, hər bir daşı Azərbaycan xalqının böyük qüdrətini və ulu mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Azərbaycanlıların bir neç...
ANL
Bildiklərimiz barədə bilmədiklərimiz. Amerika yazıçısı və alimi Maykl Hart bəşər tarixində ən görkəmli 100 şəxsiyyəti seçib onların haqqında kitab tərtib etmək qərarına gəlmişdi. O, bu kitabda həmin şəxsiyyətlərin cəmiyyətə təsir dərəcəsinə görə bioqrafiyalarını sıralamağı nəzərdə tutmuşdu. Maykl Hart öz məqsədini həya...
ANL
Turizmin yeni ünvanları. Əhalinin sosial rifahına xüsusi önəm verən dövlətimiz turizmin inkişafına böyük qayğı və diqqət göstərir. Bu günlərdə Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsində dövlət proqramı ətraflı müzakirə olundu və onun icrası, yeni-yeni marşrutlarının açılıb istifadəyə verilməsi sahəsində qarşıda duran...
ANL
Prezident İlham Əliyev Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və Milli Güləş Federasiyasının rəhbərliyini qəbul etmişdir. Prezident İlham Əliyev aprelin 19-da Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onl...
ANL