text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ... | ANL |
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda və “Miqrasiya orqanlarında qulluq ... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Heydər Əliyev " Beynəlxalq Aeroportunda, Gəncə Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri (VİP) salonunun xid... | ANL |
Azərbaycan Diplomatik Akademiyası Böyük Britaniyanın Qlazqo Universiteti ilə əməkdaşlığa dair saziş imzalamışdır. İyunun 2-də Azərbaycan Diplomatik Akademiyası (ADA) Böyük Britaniyanın Qlazqo Universiteti ilə əməkdaşlığa dair saziş imzalamışdır. Sazişə əsasən, təhsil ocaqları tələbə və müəllim mübadiləsi, birgə araşdır... | ANL |
Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın VI iclası keçirilmişdir. İyunun 2-də Nazirlər Kabinetində ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın VI iclası keçirilmişdir. İclasda kom... | ANL |
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlmişdir. İyunun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlmişdir. Azərbaycanın və Belarusun dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşd... | ANL |
Azərbaycanın ixrac imkanları daha da genişlənir. İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV: "Ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların istehsalının artırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindəndir". Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqam... | ANL |
Onkoloqların Birinci Türkiyə-Azərbaycan elmi-praktiki konfransının iştirakçıları Milli Onkologiya Mərkəzində olmuşlar. Bakıda keçirilən onkoloqların Birinci Türkiyə-Azərbaycan elmi-praktiki konfransının iştirakçıları iyunun 2-də Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu ilə tanış olmuşlar. Mərkəzin direktor müavin... | ANL |
Humanitar missiyaya edilən hücum beynəlxalq miqyasda pislənilir. İsrail hərbi qüvvələrinin "Azadlıq donanması"na müdaxiləsi Azərbaycan ictimaiyyəti tərəfindən də etirazla qarşılanır. Dünyanın siyasi gündəminin hələ də ən aparıcı mövzularından biri İsrail hərbi qüvvələrinin Qəzzaya humanitar yardım daşıyan "Azadlıq dona... | ANL |
Metyu Qoldsteyn: Mehriban xanım Əliyevanın imici dünyada çox yüksəkdir. Amerikanın MTV kanalının Avrasiya regionu üzrə direktoru ölkəmiz barədə təəssüratlarını bölüşüb. MTV rəhbərliyi məni bu regionun imkanları və perspektivini qiymətləndirmək üçün ezamiyyətə göndərdi. Mən kanalın əsl Amerika variantını istənilən ölkəd... | ANL |
Bakıda XVII beynəlxalq neft və qaz, neftayırma və neft kimyası sərgisi çərçivəsində beynəlxalq konfrans keçirilir. İyunun 2-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi çərçivəsində ikigünlük beynəlxalq konfrans işə başlamışdır. "Avropanın enerji geosiy... | ANL |
Bu, bizə göstərilən etimaddır. Keçirdiyim xoş hissləri, qüruru, sevinc dolu minnətdarlıq duyğularını ifadə etməyə söz tapa bilmirəm. Ulu öndər Heydər Əliyev həmişə mədəniyyət xadimlərinə yüksək diqqət və qayğı göstərirdi. Çalışırdı ki, bu sahənin insanlarının sosial təminatı ödənilsin ki, yaradıcılıqla xüsusi məşğul ol... | ANL |
Beynəlxalq əlaqələrini genişləndirən AzərTAc ilə Yaponiyanın Kyodo agentliyi arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Yaponiyanın Kyodo Xəbər Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. İndiyədək Asiya və Sakit... | ANL |
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. İyunun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. Sonra Mərkəzi Seçki Komissiyası 13 saylı Əzizbəyov birinci və 14 saylı Əzizbəyov ikinci seçki dairələrinin müvafiq olaraq 13 saylı Xəzər birinci və 14 saylı Xəzə... | ANL |
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. İyunun 3-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü. İyunun 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında ikit... | ANL |
Geniş tərkibdə görüş. İyunun 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: - Hörmətli Al... | ANL |
Sənədlərin imzalanması mərasimi. İyunun 3-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyan... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 3-də Fəxri xiyabana gəlmişdir. Belarus dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu öndərin məzarı önünə əklil qoydu. Ali qonaq görkəm... | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iyunun 3-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Aleksandr Lukaşenko "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliy... | ANL |
Moskvada Azərbaycan və Rusiya parlamentləri başçılarının görüşü keçirilmişdir. Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun dəvəti ilə Moskvada səfərdədir. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirmişdir k... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Cənab Prezident! Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularla sülh və rifah, şəxsən Sizə isə möhkəm cansağlığı, fəaliyyətinizdə böyük müvəffəqiyyətlər diləməkdən məmnunam. Xüsusi razılı... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycanın Respublika Gününün qeyd olunması münasibətilə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Fürsətdən istifadə edərək İndoneziya və Azərbaycan arasında dostluq əlaqələr... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli Prezident! Milli bayramınız münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram, İrlandiya xalqı da bu təbriklərimə qoşulur. Fürsətdən istifadə edərək Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram. | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Sizə və xalqınıza Azərbaycanın Respublika Günü - 28 May münasibətilə Sinqapur xalqı adından səmimi təbrikləri çatdırmaqdan şərəf duyuram. Zati-aliləri, xahiş edirəm, Azərbaycan Respublikasına davamlı sülh, inkişaf və rifah ilə bağlı ə... | ANL |
Heydər Əliyev Fondunun dəstəyi ilə Qala festivalı keçirilmişdir. İyunun 3-də Bakının Xəzər rayonunun Qala qəsəbəsində "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı keçirilmişdir. Festivalda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehr... | ANL |
Akademik Ramiz Mehdiyevin "Fəlsəfə" kitabının ikinci nəşri çapdan çıxmışdır. "Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri, dünyagörüşü xarakterli problemlərin qoyuluşuna və həllinə yönəlmiş mənəvi fəaliyyətin xüsusi sahəsidir. Bizim eradan əvvəl VII-VI əsrlərdə Hindistanın, Çinin və Qədim Yunanıstanın böyük filo... | ANL |
XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı başa çatmışdır. İyunun 3-də XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı başa çatmışdır. Tədbirin ikinci günü "Xəzər regionunda kəşfiyyat və hasilat perspektivləri" mövzusunda keçirilən sessiyada Azərbaycan Respublikası Dövlə... | ANL |
Böyük Britaniyanın nüfuzlu "The Parliament" jurnalı Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbərinin məqaləsini dərc etmişdir. Böyük Britaniyanın nüfuzlu "The Parliament" jurnalı Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubovun "Azərbaycan-Avropa İttifaqı: Regiona... | ANL |
Beynəlxalq hüquqa xələl gətirən hadisə. Azərbaycan İsrail hərbçilərinin humanitar yüklər daşıyan gəmilərə hücum faktının obyektiv araşdırılmasını istəyir. İşlək olması son illərdə böyük sual altına düşən beynəlxalq hüququn norma və prinsiplərinə daha bir zərbə vuruldu. Həmin norma və prinsiplər gözlənilmədiyi üçün beyn... | ANL |
Qafqaz Müsəlmanları İdarəsində "Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməsinin yeni nəşrinin təqdimatı olmuşdur. Qafqaz Müsəlmanları İdarəsində "Qurani-Kərim"in AMEA-nın akademikləri Ziya Bünyadov və Vasim Məmmədəliyevin Azərbaycan dilinə tərcüməsinin yeni nəşrinin, habelə daha iki kitabın - "Yasini-Şərif" və "Sevimli ... | ANL |
İngiltərə-Azərbaycan Cəmiyyətinin növbəti illik xeyriyyə tədbiri keçirilmişdir. "Hyatt Park" hotelində İngiltərə-Azərbaycan Cəmiyyətinin növbəti illik xeyriyyə tədbiri keçirilmişdir. İngiltərə-Azərbaycan Cəmiyyəti Azərbaycan və Böyük Britaniya arasında mədəni, xeyriyyə və digər sahələri bir yerə toplayan təşkilatdır. C... | ANL |
Azərbaycanlı alimlərin çıxışları maraqla qarşılandı. Türkiyənin Balıkəsir şəhərində bu günlərdə keçirilən beynəlxalq simpozium "Folklorda və ədəbiyyatda köç mövzusu"na həsr olunmuşdu. Simpoziumu Motiv Vəqfi, Balıkəsir Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Balıkəsir Valiliyi, Balıkəsir Bələdiyyə Başqa... | ANL |
Sənət inciləri sərgisi. Azərbaycan şifahi və yazılı ədəbiyyatının ulusu adlandırılan, türkdilli xalqların ədəbi-bədii sənət nümunələri tarixində səsi çox uzaq əsrlərdən gələn, gur işığı ilə sədləri yaran, zaman-zaman nəsilləri heyran qoyan bir sənət gülşəni kimi tanıdığımız "Kitabi-Dədə Qorqud"dan bizə yaxşı məlum olan... | ANL |
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri. Ali qonağın şərəfinə. İyunun 3-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi ziyafət verilmişdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər... | ANL |
Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko Belarusun Azərbaycandakı səfirliyinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etmişlər. İyunun 4-də Bakıda, Xətai rayonu ərazisində Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Bel... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümünü qeyd etdiyiniz bir vaxtda şəxsən öz adımdan və Litva xalqı adından səmimi təbriklərimi çatdırmaq istəyirəm. Sizə və Azərbaycan xalqına uğurlar və rifah arzula... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin! Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və xalqın rifah səviyyəsinin yüksəldilməsi yolu ilə inamla irəliləyən, ən ... | ANL |
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. VIII hissənin birinci cümləsində “xüsusi və digər texniki vasitələrdən” sözləri “texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əl... | ANL |
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin ... | ANL |
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1015-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respu... | ANL |
2010-cu il martın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında Asiya, Avropa və əsas dünya bazarları arasında avtomobil daşımalarının Azərbaycan Respublikası ərazisindən keçməklə inkişafı barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında. ... | ANL |
2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqlar... | ANL |
Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası arasında 2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası arasında 2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər... | ANL |
Banqladeş Xalq Respublikasının Prezidenti zati-aliləri cənab Zillur Rəhmana. Hörmətli cənab Prezident! Ölkənizin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldım. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, ... | ANL |
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 4-də onun üçün ayrılmış iqamətgahda ölkəmizin Baş naziri Artur Rasizadəni qəbul etmişdir. Belarus dövlətinin başçısı Bakıda aparılmış danışıqlardan... | ANL |
İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya universitetin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilmişdir. Universitetdə Belarus Prezidentini səmimiyyətlə qarşılamış, tələbələr ali qonağa gül-çiçək dəstələri təqdim etmişlər. Sonra universitetin... | ANL |
Səfər başa çatdı. İyunun 4-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatmışdır. Belarus dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar. AzərTAc. | ANL |
Mərkəzi Klinik Xəstəxananın əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Mərkəzi Klinik Xəstəxananın əməkdaşları iyunun 4-də Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Tanışlıq zamanı qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Ömrünü Azərbaycana və məxsus olduğu xalqa həsr etmiş, müasir dövlə... | ANL |
Boris Qrızlov: "Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və ona hörmətlə yanaşır". Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Boris Qrızlov iyunun 4-də Moskvada səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovla görüşündə demişdir: "Rusiyanın mövqeyi birmənalıdır və dəyişməzdir - Ru... | ANL |
Dövlət İdarəçilik Akademiyasında beynəlxalq konfrans keçirilmişdir. İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfra... | ANL |
Azərbaycan dövləti ekoloji problemlərin həllini prioritet hesab edir. Ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində ekoloji siyasət uğurla reallaşdırılır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə ya... | ANL |
Gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin başlıca məqsədlərindəndir. Dünyada dəyərlər də çoxdur, bu dəyərləri ifadə edən anlayışlar da. Amma heç bir anlayış qadın sözünün ifadə etdiyi dəyərləri öz məzmununda mərkəzləşdirmək imkanında deyil. Hansı dildə yazılmasından asılı olmayaraq, qadın adı Tanrın... | ANL |
Ülviliyə qanadlanan nəğmələr. Niyaməddin Musayevin adı çəkiləndə biz nəslin yaddaşında qəribə bir xiffət oyanır. Ürəyimizin min həvəsli arzularla çırpındığı zamanlarda Niyaməddinin özünəməxsus nəfəslə oxuduğu "Şahnaz"ı duyğularımızı dara çəkirdi: Deyin hardadı, o üzü dönük, Sevən ürəyim onu soraqlar! İlk baxışda bəlkə ... | ANL |
Təhsil cəfakeşi. Sədərək rayonunun mərkəzində - Heydərabad qəsəbəsində dərs deyən qabaqcıl müəllimlərdən biri Nazəndə Məcidli Laçında dünyaya göz açıb. Sonradan taleyinə qaçqın həyatı düşdüyünə görə orta təhsilini Bakı şəhərindəki 39 nömrəli orta məktəbi bitirib və yüksək balla BDU-nun tarix fakültəsinə daxil olub. Ali... | ANL |
Dövlətin inkişafına və xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən siyasət uğurlu bəhrələr verir. Azərbaycanda iqtisadi inkişafın davamlı və ildən-ilə daha dinamik olacağı barədə hələ bir neçə il əvvəl söylənilən fikirlər, irəli sürülən proqnozlar öz təsdiqini tapır. Reallıqlar isə ondan ibarətdir ki, Azərbaycan a... | ANL |
İsveçin Kralı əlahəzrət XVI Karl Qustava. Əlahəzrət! Ölkənizin milli bayramı - İsveç Bayrağı Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə İsveç arasındakı münasibətlər, dostluq və əməkdaşlıq əlaqələrimiz... | ANL |
"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikas... | ANL |
Fərdi məlumatlar haqqında. Azərbaycan Respublikasının Qanunu. Bu qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri tənzimləyir, bu sa... | ANL |
Leyla Əliyeva: "Azərbaycan sivilizasiyalar arasında körpü ola bilər". Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri və "Baku" jurnalının baş redaktoru, Heydər Əliyevin nəvəsi Leyla Əliyeva "RİA-Novosti" agentliyinə müsahibəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məqsədləri və iş metodları, Heydər... | ANL |
Cəlilabadın sosial siması dəyişir, iqtisadi imkanları artır. Cəlilabad dəyişir, getdikcə daha abad, yaraşıqlı məkana çevrilir. Rayon ərazisinə daxil olan andan bu inkişafın şahidi olmaq mümkündür. Baharın bu vədəsində hər tərəf yaşıllığa, gül-çiçəyə bürünüb. Hər yağan yağışdan sonra Günəşin hərarəti ilə boy atan ucsuz-... | ANL |
Azərbaycan dövlətinin antiböhran siyasəti təqdirəlayiqdir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. K... | ANL |
Vətəndaş mənafeyini önə çəkən səmərəli iqtisadi siyasət. Xalqa layiqli xidməti qarşıya məqsəd qoyaraq fəaliyyətində hər bir vətəndaşın maraq və mənafeyini uca tutan hakimiyyət komandası şəffaf idarəçiliyi təmin etməklə, ilk növbədə, ictimai gözləntiləri nəzərə almağa çalışır. Bu mənada, ictimai rəy hökumətin fəaliyyəti... | ANL |
Ədəbiyyatşünaslıq elminin təntənəsi. Tarixi şəxsiyyətlər haqqında yazmaq nə qədər şərəfli və məmnunluq gətirən bir iş olsa da, o qədər də çətin və məsuliyyətlidir. Azərbaycan tarixində bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatirəsində ədəbi yaşamaq hüququ qazanan, onun qürur və güvənc yerinə çevrilən dahi ş... | ANL |
Azərbaycan xalqının mədəni yüksəlişində musiqili teatrın da böyük rolu olmuşdur. Müsəlman şərqində ilk operanın - "Leyli və Məcnun" operasının məhz Azərbaycanda tamaşaya qoyulması və bu əsərə xalqın marağının yüz ildən artıq bir dövrdə daha da artması mənəvi-bədii keyfiyyətləri muğam kökləri üzərində qurulmuş xalqımızı... | ANL |
"Bakı Tur"da hesab edirlər ki, turizmin inkişafı üçün bu amillərlə yanaşı, infrastrukturun inkişafı və xidmət mədəniyyətinin yüksəlməsi xüsusilə önəmlidir. Azərbaycanın gözəl təbiəti, geopolitik mövqeyi, tarixi-memarlıq abidələri, qədim adət-ənənələri zaman-zaman xarici ölkələrdən gələn turistlərin, iş adamlarının, döv... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri. İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz M... | ANL |
İstanbulun Atatürk Beynəlxalq hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Türkiyə Respublikasına işgüzar səfərə gəlmişdir. Dövlətimizin başçısını İstanbulun Atatürk Beynəlxalq hava limanında Türkiyənin dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar. ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü. İyunun 7-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu in... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü. İyunun 7-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafından ... | ANL |
Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi. İyunun 7-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında sənədlərin imzalanması mərasimi olmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şir... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri. Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü. Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 7-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü olmuşdur. Görüşdə Azərbaycan ... | ANL |
Dövlət və hökumət başçılarının şərəfinə. Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 7-də İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları gəmi ilə Bosfor boğazında gəzintiyə çıxmışlar. Sonra "Dolmabaxça" sarayında Türkiyən... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ müdafiə naziri Robert Qeytsi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da ölkəmizdə səfərdə olan ABŞ müdafiə naziri Robert Qeytsi qəbul etmişdir. ABŞ müdafiə naziri Robert Qeyts Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlətimizin ... | ANL |
Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanın hadisələrə münasibəti bizi çox məmnun etmişdir". Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşşar əl-Əsəd ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın İsrailin humanitar yardım gəmilərinə hücumu ilə bağlı mövqeyindən danışaraq demişdir ki, bu gün dəyərli qardaşı... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri doktor İlham Əliyevə. Hörmətli cənab Prezident! Müdafiə naziri Qeytsin Bakıya səfərindən istifadə edərək, ölkələrimiz arasında tərəfdaşlığı dəyərləndirdiyimi bildirmək istəyirəm. Birləşmiş Ştatlar regional və beynəlxalq təhlükəsizliyə Azərbaycanın verdiyi mühüm töhfəni... | ANL |
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının bir qrup əməkdaşının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında təhsilin inkişafı, təhsil işçilərinin sosial problemlərinin həlli sahəsindəki səmərəli fəaliyyətlərinə görə və Təhsil İşçiləri Azad H... | ANL |
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının bir qrup əməkdaşına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında təhsilin inkişafı sahəsindəki xidmətlərinə görə və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 90 illiyi i... | ANL |
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyət mürəkkəb və gərgin olaraq qalır. Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeyts iyunun 7-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür. Müdafiə Nazirliyində tə... | ANL |
Azərbaycanla Rusiya arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İkitərəfli əlaqələrə parlamentlərin də töhfəsi var. Dünyamız yüzilliklərin və minilliklərin qovuşduğu bir dövrün içərisindədir. Tarixilik baxımından bu dövr hələlik çox böyük olmasa da bu zaman kəsiyində cərəyan edən hadisələr say və miqyas etibarı il... | ANL |
Avropa Azərbaycan Cəmiyyəti idarə heyətinin üzvləri Milli Məclisdə olmuşlar. Azərbaycanda səfərdə olan Avropa Azərbaycan Cəmiyyətinin (AAC) idarə heyətinin üzvləri iyunun 7-də Milli Məclisin deputatları ilə görüşmüşlər. Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev Azərbaycan ilə Böyük Br... | ANL |
Nümayəndə heyəti Qubada olmuşdur. Böyük Britaniya Parlamenti Lordlar Palatasının, Azərbaycan-Avropa Cəmiyyəti Müşavirlər Şurasının üzvlərindən, britaniyalı iş adamlarından ibarət nümayəndə heyəti Qubada olmuşdur. Rayon icra hakimiyyətində keçirilən görüşdə qonaqlara Quba haqqında ətraflı məlumat verilmişdir. Azərbaycan... | ANL |
Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar yaradılmış Hökumət Komissiyasının iclası olmuşdur. Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Prezident İlham Əliyevin 2010-cu il 19 may tarixli sərəncamı ilə yaradılmış Hökumət Komissiyasının iyunun 7-də ... | ANL |
Türkiyə və Azərbaycanın enerji nazirləri mətbuat konfransı keçirmişlər. İyunun 7-də İstanbuldakı "Çırağan" sarayında Türkiyə və Azərbaycan arasında enerji sazişinin imzalanma mərasimindən sonra Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mətbuat kon... | ANL |
Türkiyə-Azərbaycan dostluğu əbədidir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda keçirdiyi mətbuat konfransında Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmişdir. Qardaş ölkələrimizin dostluğunun əbədi olduğunu söyləyən Əhməd Davudoğlu bu əlaqələrin perspektivlərinin Azərbaycan Prezi... | ANL |
İslam Konfransı Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası. İyunun 6-da İslam Konfransı Təşkilatının (İKT) bir sıra üzvlərinin təşəbbüsü ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İKT İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində açıq tərkibli fövqəladə iclası keçi... | ANL |
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar. Hansı sahədə keçirilməsindən asılı olmayaraq, islahatlar hər bir ölkənin tarixində nəcib niyyətlərin reallaşdırılması ilə bərabər, müxtəlif yanaşmaların, baxış və dünyagörüşlərin antaqonizmi dövrü kimi yadda qalır. Çox həssas bir proses olan islahatların əsas qayəsi və mə... | ANL |
Səhiyyənin çevik sahəsi. Tibb elmi və tibb təhsili sahələrində elə bölümlər var ki, dünya səhiyyəsinin, tibb elmi və təhsili sisteminin təşkilini, inkişafını, tarixi sivilizasiyasını və sonrakı uğurlarını onlarsız təsəvvür etmək mümkün deyildir. Belə əsas bölümlərdən biri də insan anatomiyasının çoxsaylı funksiyalarıdı... | ANL |
Folklorşünas alim. Alim qələminin şəhid qanı qədər müqəddəs olması müdriklərimiz tərəfindən söylənilib. Aqil kəlmələrinin hər birində hikmət, açılmamış sirr, təəccübləndirici möcüzə var. Elmi ədəbiyyatın söykəndiyi, bəhrələndiyi şifahi xalq ədəbiyyatı inciləri zaman-zaman araşdırılsa belə, bu gün də təhlilinə ehtiyac d... | ANL |
"Səni gözlüyür" mahnısı necə aşkarlandı... Mən Bakı Musiqi Akademiyasında dərs deməklə yanaşı, Üzeyir Hacıbəylinin ev-muzeyində də elmi işçi kimi bir müddət işləmişəm. Musiqiçi olduğum üçün burada ilk işlərimdən birincisi Ü.Hacıbəylinin musiqi əsərlərinin əlyazmalarını nəzərdən keçirmək, öyrənmək və onların siyahısını ... | ANL |
Səni gözlüyür. Vətənin daş dağı nura boyanar. Borular çalındı, hər kəs oyandı. Yürü əsgər, zəfər səni gözlüyür. Günəşdən çöllərə sarpılmada nur. Ürəklər döyünür, sevincə dönür. Borular səninçün şərqilər oxur. Yürü əsgər, zəfər səni gözlüyür. Səslənsin tüfəngin, topun gurlasın. Dağların bağrına atəşlər salsın. Vətən qəl... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri. İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak etmişdir. İyunun 8-də İstanbulda, "Çırağan" sarayında Asiyada Qarşılıq... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri. İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. - Əziz qardaşım Prezident Abdullah Gül! Hörmətli dövlət başçıları! Hörmət... | ANL |
Dövlət və hökumət başçılarının şərəfinə. İyunun 8-də İstanbulda, "Çırağan" sarayında Türkiyə Prezidenti Abdullah Gülün adından zirvə görüşündə iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi nahar verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etmişdir. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın Baş naziri Vladimir Putinin görüşü. İyunun 8-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın Baş naziri Vladimir Putinin görüşü olmuşdur. Rusiyanın Baş naziri Vladimir PUTİN Azərbaycan dövlətinin başçısına müraciətlə dedi: - İlham Heydər oğlu, Sizi görmə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın görüşü. İyunun 8-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sa... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü. İyunun 8-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur. Azərbaycan Prezidenti İlham ƏLİYEV Ukrayna Prezidentinə müraciətlə dedi: - Gələcəkdə fəal, konstruktiv iş görüləcəyi... | ANL |
Birgə şam yeməyi. İyunun 8-də İstanbulun "Çırağan" sarayında dövlət və hökumət başçıları birgə şam etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak etmişdir. AzərTAc. | ANL |
Prezident İlham Əliyev İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə vermişdir. İyunun 8-də Prezident İlham Əliyev İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir. - Cənab Prezident, Siz Türkiyədə zirvə toplantısı çərçivəsində çoxtərəfli görüşlər keçirmisiniz. Ümumiyyətlə... | ANL |
Azərbaycan Hərbi Doktrinası qəbul olundu. İyunun 8-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar yaz sessiyasının iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar iclası açıq elan etdikdən sonra Dövlət Himni səsləndirildi. Bundan sonra gündəliyə təqdim olunan məsələlər deputatlar tərəfindən... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.