text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mübarizələrdə keçən ömür. Azərbaycan milli mətbuatının yaranması və inkişafı uğrunda mübarizə aparan azadlıq savaşçılarından biri də mədəni və ictimai fikir tariximizə istedadlı jurnalist, bacarıqlı naşir və görkəmli siyasi xadim kimi daxil olmuş Haşım bəy Vəzirovdur. Millətinin nicata qovuşması üçün ömrünün sonunadək ...
ANL
Hər bir yaradıcı insan dünyaya gəldikdən sonra qismətinə düşən ömür payını fərqli yaşayır, həyatda özünəməxsus iz qoyur. Bəzən bu izlər var olmamış kimi insanın fiziki ölümü ilə yoxa çıxır, bəzən isə həyatın coşqun fırtınası ondan bir daş da qopara bilmir. Sağlığında böyük hörmət sahibi olan, haqq dünyasına qovuşduqdan...
ANL
Onlar hörmətlə yad edilməyə layiqdirlər. Bəlkə də böyüyə-böyüyə təkcə "Azərbaycan" qəzetinin deyil, bütün ölkənin "Mətbuat muzeyi"nə çevriləcək... Redaksiyamızın "Mətbuat muzeyi" yığcam olsa da, Azərbaycan mətbuatının "Əkinçi"dən üzübəri gələn 135 illik yolunu özündə əks etdirə bilib. Milli mətbuatımızın yubileyi ərəfə...
ANL
Seyfəddin Tağı oğlu Qəndilov. Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Tağı oğlu Qəndilov 2010-cu il iyulun 20-də ömrünün 80-ci ilində vəfat etmişdir. Əmək fəaliyyətinə 1957-...
ANL
Tanınmış alim Seyfəddin Qəndilov son mənzilə yola salınmışdır. İyulun 21-də əməkdar elm xadimi, Azərbaycan təhsilinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovla vida mərasimi keçirilmişdir. Vida mərasimində dövlət rəsmilər...
ANL
Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Birinci mərtəbənin foyesində ümummilli lid...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. İlk növbədə, mən sizi və Azərbaycanın bütün ictimaiyyətini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bizim mətbuatımızın böyük ənənələri var və bu ənənələr yaşayır. Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki,...
ANL
M.A.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəh...
ANL
Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta...
ANL
Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil Azərbaycan dövlətinin qurulması və in...
ANL
Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar jurnalist". Abışova Vüsalə Mahir qızı. Amaşov Əflatu...
ANL
Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər: Abbasov Arslan Fazil oğlu. Abdulov Arastun Tapdıq oğlu. Ağ...
ANL
Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqın...
ANL
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan R...
ANL
Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Hüsni Mübarəkə. Hörmətli cənab Prezident! Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və arzularımızı yetirirəm. Azərbaycan-Misir münasibətləri xoş ənənələrə malikdir. Əminəm ki, b...
ANL
"Gülüstan" sarayında Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, iyulun 22-də "Gülüstan" sarayında Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev TOTAL şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də TOTAL şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nüma...
ANL
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarını ziyarət etmişlər. Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələri Milli Mətbuat Günü münasibətilə iyulun 22-də Fəxri xiy...
ANL
Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov ön sözdə bildirir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın əsasını qoymuşdur. Heydər Əliyevin siyas...
ANL
Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin strateji vəzifələrindəndir. Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi nor...
ANL
Gəncədə Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə öz işinə başlayan XI Azərbaycan-Almaniya biznes forumu iyulun 22-də Gəncədəki "Ramada" pla...
ANL
İşğal olunmuş abidələr. Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxivi", səhifələridir. Qarabağın tarixi abidə...
ANL
Ümidlər çiçək açacaq. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuş, çadır düşərgələrinin məşəqqətlərindən qurtulub hər cür infrastruktura malik yeni qəsəbələrdə rahat mənzillərə qovuşmuş ağdamlılar ümidlə, inamla erməni cəlladlarından qisas alacaqları, doğma torpaqlara dönəcəkləri günü gözləyirlər. Bu yenilməz ümidi, ...
ANL
Bu, Ruhulla Axundov idi. O Ruhulla Axundov ki, qatı bolşeviklər tərəfindən qiymətləndirilib, milli təfəkkür sahibləri tərəfindən dəyərləndirilib, həmkarları tərəfindən bəyənilib, sovet quruluşunun həyata keçirdiyi repressiya nəticəsində də güllələnib. Nə idi günahı Ruhulla Axundovun? Təsadüf nəticəsində "Kommunist" qəz...
ANL
Türkiyəli jurnalistlər AzərTAc-da olmuşlar. Türkiyə Jurnalistlər Birliyinin (TJB) sədri Atilla Sertelin başçılığı ilə bir qrup türkiyəli jurnalist iyulun 22-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur. Baş direktor Aslan Aslanov Azərbaycanın dövlətçilik tarixi, AzərTAc-ın yaranma zərurəti və keçdiyi t...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul etmişdir. Baş nazir Nika Qilauri Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. Pre...
ANL
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 6-cı iclası keçirilmişdir. İyulun 23-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə ölkəmizdə səfərdə olan Gürcüstan hökumətinin başçısı Nika Qilauri arasında görüşdən sonra Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətl...
ANL
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətin...
ANL
Mətbuata dövlət qayğısı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. "Azərbaycanda bu `gün böyük işlər görülür. Həm xarici siyasətdə uğurlar var, həm də daxildə iqtisadi inkişaf çox yüksək sürətlə gedir. Əlbəttə, biz çalışmalıyıq ki, görülən bütün işlər haqqında cəmiyyətimizə dolğun məlumat çatdıraq. Eyni zamanda, mövcud ol...
ANL
Prezident İlham Əliyevin uğurlu fəaliyyəti dünya miqyasında Azərbaycanın nüfuzunu daha da artırıb. Bahar MURADOVA: "ATƏT məkanında Azərbaycan sıçrayışlı inkişafa malik ölkə kimi qəbul edilir". Sürətli sosial-iqtisadi inkişafa malik Azərbaycan diplomatiya sahəsində də böyük uğurlara imza atmaqdadır. Məhz bu nailiyyətlər...
ANL
"Kuwait Times" qəzetində Azərbaycan haqqında silsilə məqalələr dərc edilmişdir. Azərbaycanın Küveytdəki səfirliyindən verilən məlumata görə, Küveytin və Körfəz regionunun nüfuzlu ingilisdilli qəzeti olan "Kuwait Times"ın 20 və 21 iyul tarixli nömrələrində Azərbaycanın Küveytdəki keçmiş səfiri Şahin Abdullayevin "Nümunə...
ANL
Azərbaycanın elmi jurnalı dünyanın nüfuzlu jurnalları siyahısına daxil edildi. Ölkəmizin elmi həyatında vacib bir hadisə baş vermişdir. Sovet dövrünü də nəzərə almaqla Azərbaycan elminin bütün tarixində ilk dəfə "Tətbiqi və hesablama riyaziyyatı" (ingiliscə) jurnalı məşhur SCİ (elmi isnad indeksi) verilər bazasına daxi...
ANL
"Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri" fotosərgisi açılmışdır. İyulun 23-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "İnam" Plüralizm Mərkəzinin təşkilatçılığı ilə "Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri" fotosərgisi açılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri...
ANL
Azərbaycan ərazi bütövlüyünü istənilən yolla təmin etmək iqtidarındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqın mənafeyinə uyğun həlli 2010-cu ildə də rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır. Münaqişənin həllində beynəlxalq hüquq n...
ANL
Azərbaycan Gürcüstanın iqtisadi inkişafında müstəsna rol oynayan dövlətə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərinin yekunları iki qonşu dövlət arasında genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən bir sıra praktik addımlarla yadda qalmışdır. Bu səfər tarixən siyasi...
ANL
SİTES Xəzəryanı dövlətlərdən ixrac edilən qara kürüyə yeni kvotaları təsdiq etmişdir. Vəhşi Flora və Fauna Növləri ilə Beynəlxalq Ticarət haqqında Konvensiyanın Katibliyi (SİTES) 2010-cu ildə Xəzəryanı dövlətlərdən ixrac edilən kürü və digər nərəkimilər məhsullarına kvotaları açıqlamışdır. Kvotalar Azərbaycan, İran, Qa...
ANL
İqtisadi tərəqqini sürətləndirən islahatlar. "Biz iqtisadiyyatı kifayət qədər qısa müddətdə şaxələndirməyə və çox ciddi iqtisadi islahatlar aparmağa nail olmuşuq. Təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə təsisatları bu baxımdan uğurlarımızı qeyd edirlər. Ölkənin çox davamlı beynəlxalq reytinqi vardır, bütün reytin...
ANL
Türkiyənin media təmsilçiləri Mətbuat Şurasında olmuşlar. Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu media təmsilçiləri Mətbuat Şurasında (MŞ) olmuşlar. Şuranın sədri Əflatun Amaşov qonaqlara Azərbaycanda söz və mətbuat azadlığı barədə məlumat vermişdir. Türkiyə və Azərbaycan mətbuatının durumu ilə bağlı paralellər a...
ANL
AzərTAc ilə Türkiyə Qəzetçilər Federasiyası arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır. AzərTAc-ın hazırladığı informasiyalar Türkiyənin bütün bölgələrində yayımlanacaqdır. Bununla əlaqədar iyulun 24-də Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Türkiyə Qəzetçilər Federasiyası (TQF) arasında əməkdaşlıq h...
ANL
Ekoturizm təbiətə səyahətdir. Turizmlə məşğul olan yerli və xarici mütəxəssislərin qənaətinə görə, ekoturizm üçün Azərbaycan dünyanın nadir məkanlarından biridir. Xarici mütəxəssislər bunu ilk növbədə azərbaycanlıların qonaqpərvərliyi və bənzərsiz mətbəxi ilə bağlayırlar. "Turistlər evlərini kirayələdikləri yerli insan...
ANL
Mədəniyyət evinin uğurları. M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinin yaranmasının qəribə tarixçəsi var. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildə Bakının Bülbülə qəsəbəsində yerli bəylərdən olan Mahmud bəyin şəxsi mülkü müsadirə olunaraq klub kimi istifadə edilmək üçün gənc teatr həvəskarla...
ANL
Maldiv Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Naşidə. Hörmətli cənab Prezident! Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasında təşəkkül tapmış dostluq və əmə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında başa çatan tamamlama işləri ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 26-da Dövlət Bayrağı Meydanında başa çatan tamamlama işləri ilə yaxından tanış olmuşlar. Dövlət başçısına həyata keçirilən təd...
ANL
Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq aqrar sahədə is...
ANL
N.N.Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə Namiq Nəriman oğlu Əliyev "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Kristian Vulfa. Hörmətli cənab Prezident! Duysburq şəhərində baş vermiş faciə barədə xəbər məni olduqca sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsa...
ANL
Mətbuatın yeni inkişaf prioritetləri. Prezident İlham Əliyev jurnalistlərə peşəkarlıq, milli-mənəvi dəyərlərə hörmət, obyektivlik, vətənpərvərlik kimi meyarları fəaliyyətlərində əsas tutmağı tövsiyə etdi. Son dərəcə çətin və mürəkkəb inkişaf mərhələlərindən keçmiş demokratik intibah prosesinin əsas hədəfi dövlətin insa...
ANL
Azərbaycan Yazıçılar Birliyində stalinizm dövründə repressiyaya məruz qalmış yazıçı və şairlərimizin xatirəsinə yaradılmış memorialda ötən əsrin əvvəllərində milli ədəbiyyatımızın inkişafına böyük töhfələr verən yazıçı və şairlərin adları həkk olunub: Ağahüseyn Rəsulzadə, Atababa Musaxanlı, Bəkir Çobanzadə, Böyükağa Ta...
ANL
Hər dövranın öz gərdişi. Ötən əsrin əvvəllərində varidatına görə məşhurlaşan 11 Bakı milyonçusu arasında birinci yer tutan Ağa Musa Nağıyevə sovet hakimiyyəti illərində "istismarçı kapitalist" damğası vurulmuşdu. Hətta bəzi araşdırmaçılar bu kapitalistlər haqqında yazanda da nədənsə Ağa Musanın ünvanına "xəsis" deməkdə...
ANL
Qəbələdə II Beynəlxalq Musiqi Festivalına start verilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilmişdir. Musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanmışdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında ta...
ANL
İçərişəhərə həsr olunmuş marka seriyası təqdim edilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti Bakının tarix-memarlıq qoruğu olan İçərişəhərə həsr olunmuş marka seriyası təqdim etmişdir. 12 marka və bir poçt blokundan ibarət seriyada İçərişəhərdəki ən tanınmış tikililər - Bakının rəmz...
ANL
Dövlət aqrar sektorun inkişafına dəstək siyasətini davam etdirir. Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikanın ərzaq təhlükəsizliyinin təmini prosesində mühüm nail...
ANL
Peru Respublikasının Prezidenti zati-aliləri cənab Alan Qarsiyaya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasında yaranmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dos...
ANL
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbay...
ANL
"Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsini və aparılmasını təmin etmək məqsədi ilə qərara a...
ANL
Vətəndaş mənafeyini əsas tutan səmərəli iqtisadi siyasət. Qlobal böhran mərhələsini inamla keçən Azərbaycan inkişafının yeni dövrünə qədəm qoyur. Demokratik, şəffaf və səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zaman intervalında həyata keçirilmiş...
ANL
Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları. Bu qaydalar Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir və kadastr fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan münasibətlər...
ANL
Qəbələ şəhərində II Beynəlxalq musiqi festivalı davam edir. Son illər çox sürətlə dəyişib müasirləşən Qəbələ beynəlxalq tədbirlər üçün öz qoynunu daha geniş açmaqdadır. Hər gün qonaq-qaralı olan bu qədim dağlar diyarının indi qələbəliyi bir az da artıb. İyulun 25-dən Qəbələ şəhərində II Beynəlxalq musiqi festivalı başl...
ANL
Anlamazlıq dərdi. 37-ci ildə "xalq düşməni" çıxarılacaq insanları istintaq edən bəzi müstəntiqlərin qəribə metodu varmış. Onlar "müttəhimə" kağız-qələm verərək "yaz və sübut et ki, sən xalq düşməni deyilsən" söyləyərək guya kömək göstərirmişlər. Həbs, sürgün, güllələnmə və repressiya vahiməsi qarşısında özlərini itirən...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 28-də Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayənd...
ANL
Nazirlər Kabinetində görüş. İyulun 28-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan ilə görüşmüşdür. Artur Rasizadə qarşılıqlı səfərlərin siyasi-iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə olan ikitərəfli əlaqələrimizin inkişafına daha ...
ANL
Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 5 milyard dollara çatdırılmalıdır. Ölkəmizdə səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan müsahibəsində bildirmişdir ki, səfərin məqsədi Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi və ...
ANL
Türkiyənin dövlət naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Ölkəmizdə səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dö...
ANL
Türkiyənin dövlət naziri Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə görüşmüşdür. Azərbaycana səfərə gəlmiş Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan iyulun 28-də ölkəmizdə fəaliyyət göstərən türk iş adamları ilə görüşmüşdür. Görüşdə Z.Çağlayan səfər çərçivəsində keçirdiyi görüşlər...
ANL
Azərbaycan-Türkiyə arasında əməkdaşlıq İKT sahəsi üzrə də inkişaf etdirilir. İyulun 28-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Əli Abbasov ölkələrimiz arasında informasiya-kommu...
ANL
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri möhkəmlənir. Azərbaycana səfərə gəlmiş Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan iyulun 28-də Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşmüşdür. Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf p...
ANL
Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə. Hörmətli cənab Prezident! Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pa...
ANL
Əhalinin sosial təminatı daha da yaxşılaşır. Ölkəmiz həyat səviyyəsinin yüksəliş dinamikasına görə dünya liderləri sırasında yer alır. Azərbaycanda sosial-iqtisadi sahədə yaşanan sürətli inkişafın xarakterik xüsusiyyətlərindən biri də bu tərəqqinin hər bir ölkə vətəndaşının həyatında özünü göstərməsidir. Bunun nəticəsi...
ANL
Mətbuat daha böyük dövlət qayğısı ilə əhatə olunur. Çap media vasitələrinin inkişafında keyfiyyət etibarı ilə yeni mərhələ başlanır. Müasir dövrdə həyatımız mediasız, mətbu orqanlarsız təsəvvür edilsəydi, yəqin ki, cansıxıcı, boz rənglərin daha üstün olduğu bir mənzərə gözlər önündə canlanardı. Lakin məhz kütləvi infor...
ANL
Azərbaycanın milli təhlükəsizlik naziri Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşmüşdür. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi...
ANL
YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycana səfərə gəlmişdir. İyulun 28-də YUNESKO-nun baş direktoru xanım İrina Bokova Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar YUNESK...
ANL
İKT sahəsində Azərbaycan-Koreya beynəlxalq seminarı keçirilir. İyulun 28-də "Park İNN-Azərbaycan" mehmanxanasında iki günlük Azərbaycan-Koreya beynəlxalq seminarı işə başlamışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Respublikasının Qabaqcıl Elm və Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçiri...
ANL
Qəbələ II Beynəlxalq Musiqi Festivalında növbəti konsert olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində keçirilən II Beynəlxalq Musiqi Festivalı davam edir. Tədbirin proqramına uyğun olaraq iyulun 28-də kamera musiqisi konserti olmuşdur. Klassik musiqi ifaçısı, əməkdar artist Validə Rəsulovanın, solistlə...
ANL
Azərbaycanın antikorrupsiya siyasəti beynəlxalq miqyasda təqdir olunur. İstanbul Fəaliyyət Planının hazırladığı yeni hesabat bu problemlə mübarizədə ölkəmizdə ciddi nailiyyətlər əldə olunduğunu təsdiqləyir. Sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan bu tərəqqiyə yarana biləcək maneələrin də aradan qaldı...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul etmişlər. YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı Azərbaycan Prezidenti...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul etmişdir. Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycana ilk dəfə 2007-ci ildə s...
ANL
Mərakeşin Kralı əlahəzrət VI Məhəmmədə. Əlahəzrət! Əziz qardaşım! Ölkənizin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, xalqlarımızı birləşdirən ümumi mənəvi dəyərlərdən, dostluq və qardaşlıq hi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ rayonuna səfəri. Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət. İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir. Ölkənin bütün regionları kimi, Qəbələ də yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsind...
ANL
Prezident İlham Əliyev Qəbələdəki "Gilan" konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olmuşdur. İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdəki "Gilan" konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, 12 hektar ərazidə yerləşən...
ANL
Qəbələdə "Qafqaz Riverside" hoteli istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələdə "Qafqaz Riverside" hotelinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və turizm obyekti ilə yaxından tanış oldu. Məlumat verildi ki, 2008-ci ilin avqu...
ANL
Azərbaycan və Türkiyə əlaqələri sürətlə inkişaf edir. İyulun 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Səmimilik şəraitində keçən görüşdə Oqtay Əsədov Azərbaycan və Türkiyə aras...
ANL
YUNESKO-nun baş direktoru xanım İrina Bokova ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşd...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru xanım İrina Bokova Beynəlxalq Muğam Mərkəzində olmuş, Xalça Muzeyi binasının eskizi ilə maraqlanmışlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban ...
ANL
YUNESKO-nun baş direktoru xanım İrina Bokova Bakıda Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova ...
ANL
YUNESKO-nun baş direktoru İrina Bokova: "Azərbaycan mədəniyyətlərarası dialoqa nümunədir". Ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının üzvləri ilə görüşmüşdür. Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO-nun baş dire...
ANL
Məhəbbətin və nifrətin ŞƏHİDLİK ZİRVƏSİ. Kişilik nifrətin sonsuzluğunu və məhəbbətin böyüklüyünü ər ruhunda birləşdirən möhtəşəm bir qüvvədir. Mərd, cəsur və sədaqətli olmaq üçün bütün varlığınla sevdiyin qədər də dözməyi, səbir etməyi və ruhunda təlatümlərə dönən nifrətdən kükrəməyi bacarmalısan. Əsl kişinin sevgisi e...
ANL
YUNESKO-nun baş direktoru İçərişəhərlə tanış olmuşdur. Ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da paytaxtın görməli yerləri ilə tanış olmuşdur. Gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tar...
ANL
Türkiyənin dövlət naziri "Türk Dünyası-Riyad" Ticarət Mərkəzinin açılışında iştirak etmişdir. İyulun 29-da Abşeron rayonunda "Türk Dünyası-Riyad" Ticarət Mərkəzinin açılışı olmuşdur. Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti Ticar...
ANL
Türkiyənin dövlət naziri İçərişəhərlə tanış olmuşdur. Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətinin "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və qoruq ərazisində gəzintisi olmuşdur. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ...
ANL
Türkiyənin dövlət naziri səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir. Azərbaycana səfərə gəlmiş Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan iyulun 29-da mətbuat konfransı keçirmişdir. Səfər çərçivəsində keçirdiyi görüşlərdən danışan türkiyəli nazir görüşlərin məhsuldar olduğunu d...
ANL
Milli Məclisdə görüş. Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatı iyulun 29-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşlər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun...
ANL
Azərbaycan-Türkiyə arasında əməkdaşlıq gömrük sahəsində də uğurla inkişaf etdirilir. İyulun 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşm...
ANL
Qəbələdə tanınmış vokalçıların konserti olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes" İstirahət Mərkəzində keçirilən II Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 29-da vokal musiqisindən ibarət konsert olmuşdur. Konsertdə Azərbaycanın tanınmış vokalçıları - əməkdar artist Gülnaz İsmayılova, bey...
ANL
Daxili İşlər Nazirliyində cari ilin altı ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. İyulun 29-da Daxili İşlər Nazirliyində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin ...
ANL
Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir. İyulun 29-da Bakı Biznes Mərkəzində iqtisadi inkişaf naziri Şahin Mustafayevin və Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın iştirakı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir. Əvvəlcə Azərbaycan haqqında qısa film nümayiş etdirilmiş...
ANL
Yüksək səviyyəli elmi tibbi kadrlar hazırlayan təhsil ocağı. Azərbaycan Tibb Universitetinin (ATU) təşkil edilməsindən 80 il keçir. Əsası 1919-cu ildə qoyulmuş Bakı Dövlət Universitetinin tibb fakültəsinin varisi olan ATU ötən illər ərzində Azərbaycanda ali tibb təhsilinin və tibb sahəsində aparılan elmi tədqiqatların ...
ANL
Adətən, ədalətsiz qovğalarda, qeyri-bərabər döyüşlərdə, haqsızlıqlarda, talanlarda, müəyyən xoş olmayan məqamlarda zor işlədən tərəfi el arasında "kafir", "kafır", "kafur" adlandırıblar. Bəziləri elə düşünürlər ki, islam dininə etiqad etməyən şəxslər "kafir"dir. Hətta Azərbaycan dilinin izahlı lüğətlərində də "kafir" s...
ANL
Qəbələ İkinci Beynəlxalq musiqi festivalının təntənəli rəsmi açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının iyulun 30-da təntənəli rəsmi açılışı olmuşdur. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanı...
ANL
Azərbaycan investisiyalar üçün əlverişli məkana çevrilib. Respublikamıza "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinqin verilməsi bunu bir daha təsdiqləyir. Son illər idarəçilikdə formalaşmış müsbət ənənələrdən biri odur ki, hökumətin fəaliyyəti hər rüb üzrə adekvat dəyərləndirilir, hər...
ANL