text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İsgəndərovun sosial şəbəkə səhifəsində paylaşılmış foto maraqla qarşılanıb. Publik.az xəbər verir ki, paylaşımda səmada quşların düzülüşünün tərsinə yazılmış A hərfi formasında olduğu vurğulanıb. “Qarabağ səmasında (köçəri) quşların getməsi...
publikaz_normalized
“AL Market” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Bilik günü ərəfəsində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların ailə üzvlərinə diqqət və qayğı göstərmək məqsədilə “Yeni təhs...
publikaz_normalized
Çiçəkləndirəcək":"Forbes"in siyahısındakı milyarder ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edilib. Pritzkerin nazir kimi uğurlu fəaliyyəti və Ukrayna diasporu ilə dərin şəxsi əlaqələri onun sözügedən vəzifəyə təyinatına səbəb olub. ABŞ Dövlət Departamenti qeyd edib ki, Pritskerin əcdadları Kiyev vilayətinin Velik...
publikaz_normalized
Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası təsdiq olunub. Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində “Hədəfli maliyyə san...
publikaz_normalized
ABŞ-ın Ermənistandakı səfirliyi 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Andersonu və ABŞ ordusunun Avropa və Afrika üzrə qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisi salamlayır. “General-mayor Anderson və briqada generalı Ellis, səfir Quinn ilə birlikdə Zar Təlim Mərkəzində “Qartal Tərəfda...
publikaz_normalized
Mançester Siti" futbolçusu Kayl Uolkerin müqavlə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Şəhərlilər" Kayl Uolkeri 2017-ci ilin yayında "Tottenhem"dən transfer edib. 33 yaşlı cinah müdafiəçisi bu mövsüm "şəhərlilər"in heyətində 6 rəsmi matçda meydana çıxıb.
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. Hörmətli tədbir iştirakçıları! Sizi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şura...
publikaz_normalized
Laçın şəhərində 32 ildən sonra ilk zəng çalınıb. Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, digər rəsmi şəxslər, valideynlər, Laçın sakinləri iştirak ediblər. 2 nömrəli tam orta məktəbdə Laçın şəhər...
publikaz_normalized
Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar. Bundan sonra...
publikaz_normalized
ABŞ-ın Ermənistana yardımı Rusiya əleyhinə tramplin yaratmaq məqsədi daşıyır. Xatırladaq ki, Yuri Kim ABŞ-ın Ermənistana inkişaf, müdafiə və təhlükəsizlik dəstəyini mümkün qədər genişləndirməli olduğunu bəyan edib. “Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib ki, söhbət Ermənistanın ...
publikaz_normalized
Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar olaraq "Türk Şəhidliyi" abidəsini ziyarət edib. Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
publikaz_normalized
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-i saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib. Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub. " "Sentyabrın 14-də havanın ma...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib. Nəşr yazır ki, sentyabrın 9-da Paşinyan Putinə zəng edib, lakin Kremldə onun zənginə cavab verməyiblər. “Paşinyan daha sonra Putinə uzun məktub yazıb, Putin isə son sözünü Vladivostok konfransında deyib. Paşinyan məktubund...
publikaz_normalized
İnter Mayami"nin futbolçusu Lionel Messinin ABŞ-da malikanə aldığı barədə məlumat vermişdik. 8 yataq otağı, idman zalı, spa otağı və hovuzu var. Ev 1988-ci ildə tikilib, 2000-ci ildə genişləndirilib. Keçmiş sahiblər onu keçən il 9 milyon dollara alıb. Bu il sə 10,8 milyon dollara Messi ailəsinə satıb. Malikanə "İnter M...
publikaz_normalized
Mayın 28-də seçki məğlubiyyətindən sonra CHP sədri Kamal Kılıçdaroğlunu müdafiə edən və 3 iyunda qrup sədri seçildikdən sonra birdən-birə “dəyişiklik tərəfdarı” olan CHP Qrup sədri Özgür Özəl bu gün kameralar qarşısına keçəcək. İnternetə sızan “çevriliş” toplantısı ilə qərargahda soyuq duş effekti yaradan dəyişiklik qr...
publikaz_normalized
Dünən Rusiya daha 28 artilleriya sisteminin, 4 zirehli döyüş maşınının və 470 hərbçinin itkisinə məruz qalıb. Müharibə başlayandan hal-hazıradək Rusiyanın ümumilikdə verdiyi itkilər isə aşağıdakı kimidir: şəxsi heyət - təxminən 271440 (+470) nəfər," "tanklar - 4612 (+13) ədəd," "zirehli döyüş maşınları - 8814 (+4) ədəd...
publikaz_normalized
Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görü...
publikaz_normalized
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının da mənzil təminatı həyata keçirilir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin "Məzun evi" kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təm...
publikaz_normalized
Bayern"in baş məşqçisi Tomas Tuxellə yolları ayıra bilər. Onun rəhbərliyi altında komandanın uğurlu çıxış etməsi də heç nəyi dəyişmir. Bu barədə "Bild" məlumat yayıb. Almaniya nəşrinin iddiasına görə, "pivəçilər" artqı Tuxelə əvəzləyici tapıb. Hazırda "Bayer"i çalışdıran Xabi Alonsonu bu vəzifədə görmək istəyirlər. Bav...
publikaz_normalized
Azərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir. Belə ki, dəyişiklik layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilmə...
publikaz_normalized
Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri azaldılır. Təklif edilən dəyişikliyə əsasən, rüsumlar aşağıdakı dərəcədə azaldılır: Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə ç...
publikaz_normalized
Bakı şəhər Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən “Mədinə” uşaq bağçasında insident baş verib. Belə ki, o, bir neçə azyaşlı uşağın əlinə alət verərək bağçanın quraşdırdığı dekorativ vasitə və dibçəklərin dağıdılmasına göstəriş verib. Uşaqlar onun göstərişi ilə bağçaya xeyli ziyan vurub. Hadisə zamanı bağça ...
publikaz_normalized
Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq edib. - Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatları...
publikaz_normalized
9 nəfərdə bu virus tapıldı":"Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında etdiyi paylaşımda COVID-19-un "Eris" variantının 9 nəfərdə görüldüyünü və bunun narahatlıq doğurmadığını bildirib. Narahatlığa səbəb sayıla bilməyəcək bir inkişafdır. Yoluxdurma gücünün az olduğunu bildiyimiz Eris variantı Refe...
publikaz_normalized
ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir". Qeyd olunub ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə h...
publikaz_normalized
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən azı 15 müşaviri prezidentin komandasını “cavanlaşdırmaq” səyləri çərçivəsində istefa verib. Nəşrin yazdığına görə, bununla bağlı rəsmi açıqlama verilməyib və adətən müşavirlərin işdən çıxarılması ilə bağlı prezidentin xüsusi fərmanı tələb olunur. “Bu dəfə istefa metodundan i...
publikaz_normalized
ata tələbə qızına maşın hədiyyə etdi - FOTO/VİDEO":"Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın hədiyyə edib. Belə ki, universitetin qarşısına şarlarla bəzədilmiş maşın gətirilib. Maşının nömrə hissənə "tələbə qızım" sözləri yazılıb. Məlumata görə, hədiyyəni bir ata qızı üçün hazırlayıb və uni...
publikaz_normalized
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa...
publikaz_normalized
Kiyev Kambocadan zabitlərin minalardan təmizlənmə üzrə təlim keçməsini xahiş edib. Bu barədə Kambocanın "Khmer Times" qəzeti yazır . Məlumata görə, dəstək və təlim üçün müraciət Ukrayna Baş nazirinin birinci müavini Yuliya Sviridenko ilə Kamboca Minalardan Təmizləmə Mərkəzinin (CMAC) baş direktoru Henq Ratana arasında ...
publikaz_normalized
Rusiyanın 72-ci motoatıcı briqadası məhv edildi":"Ukrayna ordusu Donetsk vilayətinin Andryevka kəndini azad edib. Bildirilir ki, Andryevka koordinasiyalı hücum əməliyyatları nəticəsində geri alınıb. “Hücum əməliyyatları zamanı ordu Donetsk vilayətinin Andryevka kəndini ələ keçirərək, düşmənə canlı qüvvə və texnikada xe...
publikaz_normalized
Şimali Koreyanın bu addımı müharibəni uzadacaq":"ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın Rusiyaya silah dəstəyinin Ukrayna müharibəsini uzadacağını və bu dəstəyin günahsız ukraynalıların öldürülməsinə bərabər olduğunu bildirib. Şimali Koreyanın Rusiyaya silah vermə ehtimalı ilə bağlı danışan Sinq, “Biz düşünü...
publikaz_normalized
Görün nəyə yatırım etdi":"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo biznes imperiyasını genişləndirməyə hazırlaşır. Həmin kompleksdə beynəlxalq yarışın keçirilməsi üçün Lissabon yaxınlığındakı sahil şəhəri Oeyras seçilib. Ronaldonun şirkəti layihəyə 5 milyon avro sərmayə qoymağa hazırlaşır. "Kriş son illərdə sürətlə popu...
publikaz_normalized
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. “Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ildönümü mübarək olsun”, - o bildirib. Qeyd edək ki, bu ...
publikaz_normalized
Sualtı qayığın bərpası üçün illər lazım olacaq. Bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Hesab edilir ki, sualtı qayığın bərpası uzun illər çəkəcək və yüz milyonlarla dollara başa gələcək.
publikaz_normalized
Bu ilin 25 may tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində idarə etdiyi avtobusla 8 yaşlı Saleh Quliyevi vurub öldürən avtobus sürücüsü həbs edilib. Məhkəmədə bildirilib ki, hadisə vaxtı Saleh anası ilə birgə təhsil aldığı 245 saylı orta məktəbə gedirmiş. Onlar Xudu Məmmədov küçəsində nizamlanmayan piyada keçidind...
publikaz_normalized
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqəsinin elan edilməsi və müsabiqədə iştirak qaydası məlum olub. Qərarda qeyd edilib ki, müsabiqə Agentlik tərəfindən şəffaflıq, obyektivlik, səmərəlilik, nəticəlilik və bərabərlik prinsiplərinə riayət olunmaqla keçirilir. Müsabiqənin keçirilmə...
publikaz_normalized
Karasin bildirdi ki...":"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası bir sıra digər ölkələrdə yeni səfirlərin təyin edilməsi haqqında sərəncamlar imzalayıb. Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin yeni səfirin ölkələr arasında münasibətlərə töhfəsinin müsbət olacağına ...
publikaz_normalized
Ölkəmizdə təhsilin inkişafı və məktəbli uşaqların elmə təşviqi üçün daima əməli addımlar atan Avrora MMC bu il də “Məktəbə Qayıdış” layihəsini uğurla həyata keçirdi. Uşaqların məktub yazaraq istədikləri bütün arzuları həyata keçirilib. Bundan başqa Avrora Qrup Qızılaypara Cəmiyyəti ilə birlikdə Şabran rayonun Aygünlü, ...
publikaz_normalized
Sabah"ın yeni transferi Ayaz Quliyev Azərbaycan vətəndaşlığı alıb. Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində çıxış edə bilməsi üçün FİFA lazım olan sənədləri təsdiqləməlidir: Ayaz Quliyev artıq Azərbaycan vətəndaşıdır. Qalıb futbol vətəndaşlığını dəyişməklə bağlı FİFA-dan razılıq almaq. Bund...
publikaz_normalized
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub. Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federas...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Aşkar edilmiş pozuntularla əlaqədar tibb mü...
publikaz_normalized
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib. Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövz...
publikaz_normalized
Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti ilə bağlı parlamentdə keçiriləcək səsvermədə iştirak etməyəcəyini açıqlayıb. Bundan əvvəl Gürcüstanın hakim partiyası “Gürcü Arzusu-Demokratik Gürcüstan” Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları K...
publikaz_normalized
“Kristal Abşeron” kirayə qiymətinə öz mənzilinə sahib olmağı təklif edir. “Park Yasamal”da 2, 3 və 4 otaqlı, tam təmirli, göl mənzərəli mənzillər satışdadır. Aylıq 539 manat ödəməklə 2 otaq studiya mənzil əldə edə bilərsiniz. İlkin ödəniş isə cəmi 14881 manatdır. " " "Şəhərin mərkəzinə yaxın, Yasamal rayonunda 3 saylı ...
publikaz_normalized
Sabah yağış yağacaq, külək əsəcək. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu gecə 17-21...
publikaz_normalized
Türkiyədə yaşayan müğənni Günel Zeynalova (Azəri qızı Günel) ailə qurmasından söz açıb. "İzləyicilərdən birinin “Toyunuz nə vaxtdır? Ümid edirəm, tez bir vaxtda olar” sualına Günel “Bəli, bu il”, - deyə qısa cavabını verib. "Günel Zeynalova bundan öncə iş adamları Ozan Torun, Rza Zərrab və İnanc Başəyməzlə nişanlı olub...
publikaz_normalized
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Əmrə əsasən polis mayoru Əhməd Məlikov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə rəis təyin olunub. Qeyd edək ki, Ə.Məlikov bu təyinata qədər Xətai RPİ-nin 37-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb.(bakivaxti.az)
publikaz_normalized
Astroloji proqnozlara görə, 2024-cü ildə bəzi bürclər digərlərindən daha şanslı olacaq. Bu beş bürcün üzü onları təmsil edən planetlərin hərəkətləri səbəbindən həm işdə, həm də sevgidə gülümsəyəcək. Qoç" "Qoç bürcü 2024-cü ildə karyera və iş həyatında mühüm fürsətlər əldə edə bilər. Yeni iş imkanları, yüksəliş və ya əh...
publikaz_normalized
Hazırıq":"Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etməyib. “Biz heç vaxt danışıqlardan imtina etməmişik, ona görə də qarşı tərəf istəyirsə, etsinlər. Bu barədə birbaşa, açıq desinlər”, - dövlət başçısı Moskvanın mövqeyini bildirib. Putin qeyd edib ki, Kiyev belə təşəbbüs göstə...
publikaz_normalized
Terror təhlükəsi var":"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İsveçin "Hakken" klubu ev oyunlarını keçirdiyi "Bravida Arena"da təhlükəsizlik tədbirlərini gücləndirir. İsveç çempionu müəyyən dəyişikliklər etdiyini azarkeşlərin diqqətinə çatdırıb və yoxlama tədbirlərini gücləndirəcəklərini ...
publikaz_normalized
15 sentyabr Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığın ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb". 105 il əvvəl bu gün Bakı daşnak-bolşevik işğalından azad edilib. Qurtuluş günü mübarək!", - paylaşımda qeyd olunub. Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasın...
publikaz_normalized
Almaniyada səhiyyə sistemindəki problemlər davam etməkdədir. Xəstələrin dərmanları çətinliklə əldə edirlər. Bu vəziyyət hər gün 1,5 milyon insana təsir edir. Ən böyük problem antibiotiklərdir. Bu dərmanlar daha azdır, çünki həkimlər patent mühafizəsi müddəti bitmiş dərmanları təyin edirlər. Almaniya Səhiyyə Naziri Karl...
publikaz_normalized
Abşeron rayonu Xırdalan şəhərində 2 yeniyetməni bıçaqlayan şəxs tutulub. və 15 yaşlı R.Ə.-ni bıçaqlayan şəxsin 2008-ci il təvəllüdlü M.M. Abşeron Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə o saxlanılıb. barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, araş...
publikaz_normalized
SOCAR “Azəriqaz” İstehsalat Birliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirib. Qeyd edilib ki, bundan sonra vətəndaşlar üçün fərdi yaşayış evlərinin qazlaşdırılması prosesi daha da asanlaşdırılacaq. Sifarişçi və ...
publikaz_normalized
Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsü inşa olunacaq. Bildirilib ki, yeni körpünün inşası ilə əlaqədar günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb ediləcək. İnşaat işlərinin qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub. Sürücül...
publikaz_normalized
31 milyondan çox insan...":"Covid-19-un yeni variantı olan EG.5 bütün dünyada yayıldıqca, orqanizmin infeksiyalara qarşı nəzarətsiz müdafiəsi nəticəsində yaranan sepsislə bağlı narahatlıq da başlayıb. Dünyada hər il 8 milyon insan sepsisdən ölürsə, Türkiyədə diaqnoz qoyulanların 60 faizi həyatını itirir. Xalq arasında ...
publikaz_normalized
Stadionda bu yarış keçiriləcək":"Tottenhem" ABŞ-ın Milli Futbol Liqası (NFL) ilə müqavilə imzalayıb. Bu barədə London klubunun saytı məlumat yayıb. Bununla da "Tottenham"in stadionu rəsmi olaraq İngiltərədəki NFL-in evinə çevrilib. Arena mövsüm ərzində ən azı iki oyuna ev sahibliyi edəcək. London meri Sadiq Xan bildiri...
publikaz_normalized
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kubanın Havana şəhərinə işgüzar səfərə gəlib. Kubanın beynəlxalq hava limanında Milli Məclisin sədrini Kubanın ədliyyə naziri Oskar Silvera Martinez, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəx...
publikaz_normalized
Ölkənin birinci bankı "Kapital Bank" 15 sentyabr Bilik Günü münasibətilə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramına dəstək olub. Müxtəlif korporativ sosial məsuliyyət layihələri ilə daim ehtiyacı olan insanların həyatına dəyər qatmağı bacaran "Kapital Bank"ın bu əməkdaşlıqda məqsədi həssas qruplara...
publikaz_normalized
Bütün sənətlər qardaşdır, hamısı biri- birinin işığında irəliləyirlər... Büstün görüntüsünü təqdim edirik:
publikaz_normalized
Moskva Şəhər Məhkəməsi “Qolos” hərəkatının həmsədri (Rusiya Federasiyasında xarici casus və arzuolunmaz təşkilat kimi tanınır), vəkil Qriqori Melkonyantsın arzuolunmaz təşkilatın işinin təşkili ilə bağlı həbsini qüvvədə saxlayıb. Avqustun 17-də məlum olub ki, Melkonyantsa qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin ...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı inkişaf. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb. Hörmətli konfrans iştirakçıları! Sizi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Şəffaflıq” mövzusunda bey...
publikaz_normalized
İtaliyan futbolçu Mario Balotelli İsveçrənin "Sion" klubu tərk etməyə yaxındır. Balotteli karyerasını böyük ehtimalla yenidən Türkiyədə davam etdirəcək. O, sabiq klubu “Adana Dəmirspor”la danışıqlar aparır. Keçid yeni iş həftəsində reallaşa bilər. Mario 2021-2022-ci illərdə Adanada çıxış edib. Qeyd edək ki, milli koman...
publikaz_normalized
Real" "Çelsi"nin müdafiəçisi Ris Ceymsi transfer edə bilər. Qalaktikos" Ceymisi qış transfer pəncərəsində heyətinə qatmağa çalışacaq. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Çelsi"nin yeni kapitanı bud nahiyəsindən zədə aldığı üçün bu mövsüm cəmi 1 matçda meydana çıxıb.
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. Hörmətli tədbir iştirakçıları! Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyə...
publikaz_normalized
Böyük Britaniya İranın mədəniyyət nazirinə və Tehran merinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Məlumata görə, İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin əsas tərəfdaşı olan "Arvan Cloud" da sanksiyalara məruz qalıb. Xarici İşlər ...
publikaz_normalized
Tərtər rayonunda rüşvət və dələduzluq kimi əməllərdə təqsirli bilinərək məhkum edilmiş və cəza müddətini başa vurmuş Yaşar Məhərrəmov məktəb direktoru təyin edilib. O bu gün orta məktəbdə keçirilən tədbirlə birgə direktor kimi vəzifsinin icrasına başlayıb. Bildirilib ki, Y.Məhərrəmov bu məktəbdə 2006-2011-ci illərdə də...
publikaz_normalized
ABŞ rəsmisinin səsləndirdiyi fikirlər sadəcə məyusluq doğurur":"İlk növbədə, qeyd olunan dinləmələrin təşəbbüskarı və təşkilatçısının ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendez olduğu məlumdur. Sözügedən senatora qarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq pros...
publikaz_normalized
Artıq onun da fanatları var - VİDEO":"İnter Mayami"də çıxış edən Lionel Messinin şəxsi mühafizəçisi Yasin Çuekodan yəqin məlumatlısız. Yasin nəinki gündəlik həyatda, hətta matçlar zamanı onun təhlükəsizliyinə nəzarət edir. Çuekonun artıq ABŞ-da pərəstişkarları var. Onlar Yasini o qədər sevirlər ki, hətta onunla şəkil d...
publikaz_normalized
Vladimir Putin Ukraynaya qarşı müharibədə Rusiya ordusu sıralarında döyüşmək üçün Şimali Koreyadan könüllülər cəlb etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Putin qeyd edib ki, 300 min könüllü artıq Rusiya Silahlı Qüvvələri ilə ün müqavilə imzalayıb. “Rusiya heç nəyi pozmaq fikrində deyil, biz Şimali Kor...
publikaz_normalized
“Xəzər dənizindən keçən Orta Dəhliz bizim üçün çox önəmlidir”. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri Orta Dəhlizin Türkiyəni Avropa ilə birləşdirməsidir: “Geosiyasi proseslər göstərdi ki, Orta Dəhliz bizim üçün etibarlı alternativdir”. Nazir qeyd edib ki, Türkiyə Orta Dəhlizlə bağlı prosesi diqqətlə izləyi...
publikaz_normalized
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu açıqlanıb. Ayın ən yaxşısı “Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison seçilib. Keçən ay 26 yaşlı futbolçu Premyer Liqada 3 oyunda 1 qol vurub, 2 qolun ötürməsini verib. Qeyd edək ki, Meddisonun bu yay "Lester"dən"Tottenhem"ə transfer olunub.
publikaz_normalized
Evdə istifadə etdiyimiz əl dəsmalları təmiz olsun deyə dəfələrlə yuyulur. Bu qədər tez-tez yuyulmaq həm də köhnəlməyə səbəb olur. Bu da öz növbəsində dəsmalların yumşaq quruluşunu itirməsinə səbəb olur. Ancaq bu üsulla dəsmallar yumşaq qalacaq. Bunun üçün ev şəraitində tətbiq edə biləcəyiniz təbii üsul budur: "Dəsmalla...
publikaz_normalized
Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 350,9 min vahid artaraq bu il sentyabrın 1-nə 1 752,8 minə çatıb. Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 331 min vahid artaraq 871 minə yaxın olub. 4 ildən çox müddətdə həyata keçirilən təşviq əs...
publikaz_normalized
Axtarışda olan 400-ə yaxın erməniəsilli şəxsin tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib. Onun sözlərinə görə, Ermənistan kütləvi məzarlıqlarla və xəritələrlə bağlı Azərbaycana məlumatları vermir: Verilən xəritələrin böyük əksəriyyəti də reallığı əks etdirmir. Lakin biz bu istiqamətdə fəaliyyətimizi d...
publikaz_normalized
Qərb buna görə Rusiyaya heyrandır":"Qərb ölkələri Rusiyada mərmi istehsalının artım tempinə heyran olublar. Nəşr qeyd edir ki, Rusiya Federasiyası Qərb ölkələrinin ona qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, nəinki mərmi istehsalını artıra bilib, hətta 2022-ci ilə qədər öz səviyyəsini keçə bilib. Qey...
publikaz_normalized
Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək. Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiy...
publikaz_normalized
Özü pul ödəyib ki...":"Çexiyanın "Viagem" klubu cari yay transfer pəncərəsinin ən maraqlı keçidinə imza atıb. Klub bu keçid üçün xərcə düşməyib. Əksinə büdcəsini zənginləşdirib. Martinin atası "Viagem"ə 500 min çex kronu (37400 manat) ödəyib. Müqavilənin ən maraqlı detalı odur ki, Podhajski mövsüm ərzində ən azı 10 dəq...
publikaz_normalized
“Efirə “dızıldayan çaynik"ləri çıxarmaq olmaz” - VİDEO":"“Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərbaycan dilində bərbad danışırdı. Orada bilirsiniz, nə vəziyyətə düşdüm? İnsanlar infarkt keçirə bilər. Əgər indiyə kimi düzəlməyibsə, bundan sonra da düzəlməyəcək”. Sənətçi sözügedən proqramın efiri...
publikaz_normalized
Regional müharibə olacaq?":"Azərbaycanla Ermənistan arasında son gərginlik xarici mediada, xüsusən İran, ərəb və türk mediasında Zəngəzur dəhlizi uğrunda mübarizə kimi təqdim edilir. Dəhlizin açılması təşəbbüslərinin regional savaşa səbəb olma ehtimalı da nəzərdən keçilir. Misirin “Alarabi 21” saytı mövzuya həsr etdiyi...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Lənkəran Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçi...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında sentyabrın 17-si gündüzdən 18-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 17-si axşamdan 18-i gündüzədək isə yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli inte...
publikaz_normalized
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
publikaz_normalized
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov sentyabırın 15-də Quba şəhərində yerləşən 1 nömrəli Quba Regional Sukanal İdarəsinin inzibati binasında Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Dövlət Su Ehtiyatları Agentliyinin sədr...
publikaz_normalized
Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək. Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sentyabrın 20-də Laçın şəhərində ilk dəfə əmək yarmarkası təşkil ...
publikaz_normalized
Keçən ilin 24 dekabrında Mərdəkan istiqamətinə gedən yolun Binə qəsəbəsindən keçən hissəsində idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə nənə və nəvəsini vuran 1998-ci il təvəllüdlü Ceyhun Cəfərovun məhkəməsi başa çatıb. Zərbənin təsirindən nəvə vəfat edib, nənəsi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bil...
publikaz_normalized
2023/2024-cü il mövsümündə "Barselona"ilə "Real" arasında ilk matçın vaxtı məlum olub. La Liqanın 11-ci turu çərçivəsində oynanılacaq matçın startı Bakı vaxtı ilə saat 19:15-ə təyin edilib. Qeyd edək ki, tərəflər arasında ikinci görüş apreldə, 23-cü tur çərçivəsində keçiriləcək.
publikaz_normalized
İngiltərə baş naziri Rişi Sunak iki itin hücumuna məruz qalan şəxsin ölümündən sonra verdiyi açıqlamada "American Bully XL" cinsli itinin cəmiyyət üçün təhlükəsinin göz qabağında olduğunu deyərək o, bu növün müəyyən edilməsi və qadağan edilməsi üçün göstərişlər verdiyini bildirib. Dünən faciəvi şəkildə ölümlə nəticələn...
publikaz_normalized
ABŞ-ın Dallas şəhərində Azərbaycandakı mina problemi ilə əlaqədar “Texaslılar minasız dünya üçün – Azərbaycan” adlı layihəyə start verilib. Qeyd olunub ki, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri, tanınmış musiqiçi Cəmilə Cavadova-Şpitsberqin təşəbbüsü ilə həyata keçirilən layihədə əsas məqsəd beynəlxalq ictimaiyyət...
publikaz_normalized
Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə, Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Düzcə Emniyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan Respublikası DİN tərəfindən təltif edilib. DİN əməkd...
publikaz_normalized
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 78 654,73 min ABŞ dolları dəyərində 83 800,94 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib. Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 3,56% təşkil edib. Xatırladaq ki, ötən il Azərbaycan 136 539,76 min ABŞ dolları də...
publikaz_normalized
Sentyabrın 15-də Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib. Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.
publikaz_normalized
Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Onların arasından 1158 nəfərin müraciəti sosial TTK, 2472 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis əl-Mənfiyə başsağlığı verib. “Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi”. Dövlət başçısı bu faciə ilə əlaqədar Məhəmməd Yunis əl-...
publikaz_normalized
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasna...
publikaz_normalized
İsrailin “The Jerusalem Post” qəzeti “Dünyanın ən nüfuzlu 50 yəhudisi”nin illik siyahısını dərc edib. “The Jerusalem Post” rusiyalı sahibkarla bağlı bioqrafik qeyddə onun restoran biznesindəki fəaliyyətini, həmçinin qəzetin yazdığına görə “2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün yaradılan “trol fabriki...
publikaz_normalized
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Quba şəhərində yerləşən 1 nömrəli Quba Regional Su Kanal İdarəsinin inzibati binasında Quba, Qusar və digər rayonlardan olan vətəndaşları qəbul edib. Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli ...
publikaz_normalized
Bu gün səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün sökülməsinə başlanılıb. Qeyd edək...
publikaz_normalized
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 52 777,79 min dollar dəyərində 26 723,15 ton ət idxal edib. Məbləğ baxımından isə illik nisbətdə 7 281,94 min dollar və ya 16% çoxdur. Ötən ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 26 149,91 min dollar dəyərində 45 495,85 ton ət idxal edilib. Onu da qeyd...
publikaz_normalized
Vətən müharibəsi iştirakçılarına psixoloji dəstək xidmətlərinin göstərilməsi layihəsi başa çatıb. Layihə çərçivəsində Ağdam rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan 44 günlük vətən müharibəsinin 100-ə yaxın iştirakçısının psixoloji vəziyyətinin dəstəklənməsi məqsədi ilə psixoloq və psixiatrların iştirakı ilə gö...
publikaz_normalized