text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ermənistan öz öhdəliklərindən imtina edərsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları inkişaf etdirəcək. “Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alte...
publikaz_normalized
Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb. Belə ki, E.Allahverdiyev keçmiş hərbçidir və ali təhsilli kəşfiyyatçı olub. Aprel döyüşlərində iştirak etmiş Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs...
publikaz_normalized
Nazirlər Kabineti “İşçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may 2001-ci il tarixli qərarında dəyişiklik edib. Qərara əsasən, bundan sonra Azərbaycanda işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 ildə peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yi...
publikaz_normalized
Bir daha geri qayıtmayacağam" - Video":"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən Yerevana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur". O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib: Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). ...
publikaz_normalized
Beynəlxalq ictimaiyyət təcavüzkar separatizmə qarşı öz səsini ucaltmalı və belə qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidir. Sülh, firavanlıq və davamlı inkişafa can atan müasir dünyada separatizmə dözmək olmaz". Bu gün Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla normallaşma prosesi ...
publikaz_normalized
KXDR prezidenti Kim Çen In Rusiyaya səfəri çərçivəsində Vladivostokdakı Kneviç hərbi hava limanına baş çəkib. Bildirilir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kim Çen Ina strateji təyyarələr, döyüş təyyarələri və Rusiya hərbçilərinin dəfələrlə Ukraynaya hücum etdiyi “Kinjal” raket sistemi hədiyyə edib. Daha sonra Ş...
publikaz_normalized
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq. Xatırladaq ki, bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərd...
publikaz_normalized
Almaniya iqtisadiyyatının zəifləməsinin səbəbləri açıqlanıb. O, ilk növbədə, Çini nəzərdə tutduğunu qeyd edib. İqtisadiyyatımıza yüksək inflyasiya və enerji qiymətlərinin artması da təzyiq göstərir. Qaz və elektrik enerjisinin qiymətləri hazırda Ukraynada döyüşlərin başladığı 2022-ci ilin fevral ayının sonuna qədər ola...
publikaz_normalized
Rusiyalı aktyor və rejissor İqor Keçayev uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib. “Saşa və Maşa” serialında və “My Name is Harlequin” filmində rol alan sənətçiylə vidalaşma Sklifosovski İnstitutunun meyitxanasında baş tutub. İqor Keçaev Elektroteatrın və Boris Yuxananovun yaxın dostu idi, onun GİTİS-də sinif...
publikaz_normalized
Abşeron rayonunun Xırdalan şəhərində özünü həkim kimi təqdim edən 1984-cü il təvəllüdlü Sergey Vasilyeviç həbs edilib. Avtomobil ustası işləməsinə baxmayaraq S.Vasilyeviç ona müraciət edən şəxslərə tibbi məsləhətlər verməklə yanaşı müalicə də yazıb. Bildirilir ki, ötən ilin avqustunda Sumqayıtda yaşayan ailə Sergeyə ya...
publikaz_normalized
Sentyabrın 9-u Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub. Bildirilib ki, müəssisənin ərazisində lokal yerdə qamma-...
publikaz_normalized
16 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Nazir Ceyhun Bayramov, cari ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Entoni Blink...
publikaz_normalized
ülməli görünüb açıq-aydın kobud olmaq arasında sərhədi keçə biləcək tək şey sarkazmdır. Bürclər arasında da kinayəli zarafatlar edib dostlarına, çevrəsinə heç də xoş olmayan hisslər yaşadanlar var. Onlar bunu xüsusi istedadla edərək qarşı tərəfi əsəbləşdirməkdən zövq alırlar. Astroloqlar deyir ki, Qız bürcünün istehzal...
publikaz_normalized
Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəri...
publikaz_normalized
Bu gün Laçın rayonunun Ağcakənd kəndi ərazisində “Kamaz” markalı sərnişin avtobusu hərəkətdə olan zaman sürücünün idarəetməni itirməsi səbəbindən dərəyə yuvarlanıb. O bildirib ki, ilkin məlumata görə, nəqliyyat vasitəsində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılı...
publikaz_normalized
Tramp Putinin mövqeyini dəstəkləyib. O, bu barədə NBC-nin “Meet the Press” verilişinin aparıcısı Kristen Velkerə eksklüziv müsahibəsində Ukraynadakı müharibə ilə bağlı mövqeyini şərh edərkən deyib. Müsahibədə Tramp 18 aydan çox davam edən münaqişəyə necə son qoyacağına dair açıq-aydın heç nə söyləməsə də, yenidən prezi...
publikaz_normalized
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) “Sumqayıt”ın keçmiş məşqçisi Elnur Çodarovun şikayətinə müsbət cavab verib. O, məşqçinin məhkəmə işini udduğunu vurğulayıb. Sumqayıt klubu Elnur Çodarovun 3 aylıq maaşını ödəmək məcburiyyətində qalacaq. Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər ...
publikaz_normalized
Azərbaycanın “Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib. Pubkika.az xəbər verir ki, komanda yarımfinalda “Borussiya Sibiu” (Rumıniya) ilə üz-üzə gəlib. Qarşılaşma "Zəngəzur"un 0:2 hesablı məğlubiyyəti ilə bitib. Komanda bu gün üçüncü yer uğrunda görüşə çıxacaq. ...
publikaz_normalized
Qarabağ"ın sabiq üzvü Asmir Beqoviç “Çelsi”nin transfer siyasətini tənqid edib. QPR-in şərəfini qoruyan 36 yaşlı bosniyalı qolkiper bildirib ki, London klubunun son iki mövsümdə transferlərə 1,07 milyard avro xərcləsə də, nəticə qazana bilməyib: “Əgər siz Kaysedonun alınmasına 115 milyon xərcləyirsinizsə, deməli, Raysı...
publikaz_normalized
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkliflə Nikol Paşinyana, İlham Əliyevə və Vladimir Putinə müraciət etdiyini açıqlayıb. Onun sözlərinə görə, xüsusilə Ermənistan, Azərbaycan və Rusiya liderlərinə Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirməyi təklif edib. Bəli, bizim prioritetlərimiz əvvəllər nəzərdə tut...
publikaz_normalized
Abşeron rayonunda ötən ilin 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçuların anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ...
publikaz_normalized
Barselona"nın baş məşqçisi Xavi Hernandez klubla müqavilənin müddətinin artırılması ilə bağlı razılığa gəldiyini və bunun yaxın günlərdə rəsmən açıqlanacağını təsdiqləyib. Mən klub prezidenti və Deko ilə danışdım. İşin necə nəticələnməsi mənim üçün vacibdir. Mövsümün sonunda hədəflər olmayacaqsa, uzunmüddətli müqavilə ...
publikaz_normalized
Müğənni Sevda Yahyayeva ikinci övladına hamilədir. Hamiləliyinin altıncı ayını yaşayan Sevda bu günlərdə yeni klipi üçün obyektiv qarşısına da keçib. Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün Ayla adlı bir qız övladı var.
publikaz_normalized
Şəhidin həyat yoldaşı müəllimlik fəaliyyətinə başlayıb. Bu barədə millət vəkili Bəhruz Məhərrəmov "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsini davam etdirir. Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilk...
publikaz_normalized
Sabirabad rayon sakinlərindən qanunsuz odlu silahlar götürülüb. Belə ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində 15 rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
publikaz_normalized
Moskva vilayətinin Odintsovo rayonunun meşəsində şortikli kişi skeleti tapılıb. Ekspertiza müəyyən edib ki, skelet bir ilə yaxındır ki, yerdə qalıb, artıq kişinin kimliyini müəyyən etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Sentyabrın 17-dən Polşa Rusiyada qeydiyyatda olan minik avtomobillərinin ölkəyə girişini qadağan edəcək. “Avropa Komissiyasının Rusiyada qeydiyyatda olan avtomobillərin Aİ-yə girişinə qadağa qoyulması ilə bağlı tövsiyələrinin sentyabrın 8-də dərc edilməsi ilə əlaqədar olaraq, Polşa sərhədində bu qadağa bu gündən qüvvəy...
publikaz_normalized
Daxili İşlər Nazirliyi Moskvanın “Topçik” gözəllik salonunda azyaşlı qızın və onun anasının döyülməsi ilə bağlı şikayətindən sonra araşdırmaya başlayıb. 16 yaşlı Nastya salonda 22 800 rubla başa gələn saç düzümü və saç boyama üçün qeydiyyatdan keçib. Bununla belə, qız ödəniş edərkən əhəmiyyətli endirimlərin tətbiq olun...
publikaz_normalized
SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası 1 şəhər və 3 rayonda keçiriləcək. Aksiya həftənin 1-ci günü Zaqatala rayonunda (Danaçı kənd 1 saylı orta məktəbin qarşısı)," "2-ci günü Qax rayonunda (Heydər Əliyev Parkı)," "4-cü günü Şəki şəhərində (M.F. Axundov Parkı)," "5-ci günü isə Qəbələ rayonunda (Zarağan kənd ic...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Ömər Al Naharı qəbul edib. Səfir öncə etimadnaməsinin surətini nazirə təqdim edib. C.Bayramov Ömər Al Naharı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fə...
publikaz_normalized
Çovdarovla bağlı":"Sumqayıt"ın keçmiş məşqçisi Elnur Çodarov ilə klub arasında olan mübahisə üzrə İdman Arbitraj Məhkəməsi (CAS) 4 sentyabr 2023-cü il tarixində yekun qərarını açıqlayıb. Bildiyiniz kimi "Sumqayıt" Futbol Klubunun keçmiş məşqçisi Elnur Çodarov ilə klub arasında olan mübahisə üzrə İdman Arbitraj Məhkəməs...
publikaz_normalized
Moskva yaxınlığındakı “Magnit Cosmetic” mağazasında müştəri ilə satıcı dava edib və həmin hadisə anbaan videoya düşüb. Məlumata görə, satış nöqtəsinə gələn bir şəxs satıcının xidmətini bəyənməyib, bundan sonra onunla münaqişəyə girib və bu da davaya çevrilib. Mağazaya polis əməkdaşları çağırılıb və hadisənin bütün deta...
publikaz_normalized
1-ci liqada 1-ci tura yekun vurulub. Sonuncu matçda daha iki klub 2023/24 mövsümündə mübarizəyə başlayıb. Pulbika.az xəbər verir ki, bununla da bu çempionatda müxtəlif liqalarda iştirak edən klubların ümumi sayı 34-ə çatıb. Premyer Liqa və 1-ci liqanın hərəsində 10, 2-ci liqada 14 komanda mübarizəyə başlayıb. Bir mövsü...
publikaz_normalized
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib. Bildirilib ki, Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi ist...
publikaz_normalized
Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə gəlmiş Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının Baş prokur...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib. Gəncə şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Dənizçilər"in qollarını 2-ci dəqiqədə Yusif Nəbiyev, 16-cı dəqiqədə Valdemar Almeyda, 54-cü dəqiqədə isə Aleksandr Ramalinqom vurub. Bu nəticəd...
publikaz_normalized
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub. Onun yerinə hələ ki təyinat yoxdur. Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.(Report)
publikaz_normalized
Göyçay rayon sakinindən narkotik vasitə aşkarlanıb. Bildirilib ki, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar. Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloq...
publikaz_normalized
ölüm nisbəti 70%-dir":"Bharatın (Hindistan) Kerala əyalətində yüksək ölüm göstəricisi olan ölümcül virusun yayılması qeydə alınıb. Ümumilikdə 6 nəfər virusa yoluxub, onlarla təmasda olanların siyahısı 1000-ə yaxındır. Virusun uçan tülkü və siçanlar tərəfindən ötürüldüyü qeyd edilir. İnsanlar ona meyvələr və xəstə heyva...
publikaz_normalized
Sentyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb. Nazir Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və sair sahələr üzrə ikitə...
publikaz_normalized
“Laçın” sərhəd-buraxılış məntəqəsi ilə Xankəndidən Ermənistana gedən erməni AzTV-nin kamerası qarşısında çətin anlar yaşayıb. Müxbirin “Harada xidmət etmisən?” sualına isə Xankəndidə deyə cavab verib. Erməni “Belə çıxır ki, Ermənistan vətəndaşı olaraq Azərbaycan ərazisində xidmət etmisən?” sualı qarşısında isə çaşıb qa...
publikaz_normalized
Xızıda ev yanıb, xəsarət alan var. Belə ki, rayonun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstuksiyaları yanıb. Yanğın zamanı ...
publikaz_normalized
Məhəmməd Salah İngiltərə Premyer Liqasında “Liverpul”un heyətində qol-pas sistemində 200 xal toplayıb. Salahın İngiltərə çempionatında klubunun heyətində 139 qol və 61 məhsuldar ötürməsi var. Buna nail olmaq üçün oyunçuya 223 matç lazım olub. Premyer Liqa tarixində yalnız Tyerri Anri 200 xalı daha tez toplayıb – 206 oy...
publikaz_normalized
yeni mövsümdə....":"Məşhur aparıcı Kamilə Babayevanın yeni iş yeri bəlli olub. Kamilə sözügedən kanalda yayımlanan “Dikdaban” verilişinin aparıcılarından biri olacaq. Qeyd edək ki, Kamilə Babayeva ötən mövsüm Azərbaycan Dövlət Televiziyasında (AzTV) “Görüş yeri” proqramının aparıcısı olub.
publikaz_normalized
Türkiyə hərbçiləri Suriyanın şimalında müxalif qüvvələrlə “Cəbhət ən-Nusra” təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib. Döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir. Terrorçuların bu əraziyə nəzarəti bərqərar etməsi...
publikaz_normalized
Son dövrlər dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması Azərbaycanı da zəruri profilaktik tədbirlər görməyə məcbur edir. COVID-19-a yoluxmaların sayı artarsa, karantin tədbirləri qaçılmazdır. Onun sözlərinə görə, COVID-19-un yeni ştam...
publikaz_normalized
Soyuq müharibədən sonra ən böyük...":"Şimali Atlantika Alyansı (NATO) Soyuq müharibədən bəri ən böyük təlimini keçirəcəyini təsdiqləyib. Təlim "Sabit Müdafiəçi" adlanır. Bu, 2024-cü ilin yazında baş tutacaq", - o deyib. Bundan əvvəl “The Financial Times” NATO-nun irimiqyaslı hərbi təlimlərə hazırlığından yazmışdı. Qeyd...
publikaz_normalized
Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir. Bildirilir ki, mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVID-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur. Məhdudiyyətlər sentyabrın 18-dən tətbiq...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib. Dalğa Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 81-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Meydan sahiblərində Kadiri Mohammed 86-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu nəticədən sonra ...
publikaz_normalized
Həkimlərin tövsiyələrini gözləyirik":"Hələlik yeni məhdudiyyətlər yoxdur". Hələlik Kremldə yeni məhdudiyyətlər yoxdur. Həkimlərin tövsiyələrini gözləyirik", - o vurğulayıb. Qeyd edək ki, sentyabrın 16-da günortadan sonra məlum olub ki, Rusiya Federasiyasının Nazirlər Kabinetində koronavirusa yoluxma hallarının artması ...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-a gedib. Prezident Ərdoğanın BMT Baş Assambleyasında “Güvənin bərpası və Qlobal Həmrəyliyin Canlandırılması: 2030 Gündəmi və Davamlı İnkişaf Məqsədlərinə, Hamı üçün Sülh, Rifah...
publikaz_normalized
Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Qeyd olunub k...
publikaz_normalized
ata, ana və iki uşaq... - VİDEO":"İtaliyada bazar günü keçirilən aviaşouda iştirak etməli olan "Frecce Tricolore" akrobatika komandasının təyyarəsi təlim uçuşu zamanı Turin yaxınlığında qəzaya uğrayıb. Pilot havaya qalxmağa müvəffəq olub, lakin "Aermacchi MB-339-PAN" təyyarəsi avtomobilə dəyib. Avtomobildə olan validey...
publikaz_normalized
Həyat yoldaşı, müğənni Co Conas ilə ayrılmaq qərarına gələn aktrisa Sofi Törnerin yeni görüntüləri yayılıb. "Video yayıldıqdan sonra isə həqiqət üzə çıxıb. Görüntünün aktrisanın rol aldığı "Conas" filminin çəkilişləri zamanı qeydə alındığı bəlli olub. "Onun öpüşdüyü şəxs isə filmdə çəkilən həmkarı Frenk Dillendir.
publikaz_normalized
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan üçmərtəbəli binanın (ofis kimi fəaliyyət göstərir) 3-cü mərtəbəsində sahəsi 60 kvadratmetr olan konfrans zalının yanar konstruksiyaları, içərisində olan iki ədəd kondisioner, bir ədəd səs gücləndirici qurğu və bir ədəd mikrofon yanıb. Məlumata görə, y...
publikaz_normalized
"İrəvan küçələrində Ermənistanın hakim partiyasının emblemi, baş nazir Nikol Paşinyanın portreti və erməni dilində “Qarabağ Azərbaycandır və nöqtə” yazıları olan posterlər yayılıb. Bildirilir ki, İrəvan küçələrinə yüzlərlə belə posterlər yerləşdirilib. Aksiya hakim partiya tərəfdarlarının paytaxt meri vəzifəsinə namizə...
publikaz_normalized
Sankt-Peterburqda Yevgeni Priqojinlə birlikdə ölən "Wagner" PMC-nin komandiri Dmitri Utkinin mirasının rəsmiləşdirilməsi üçün iş açılıb. İşlə notarius Anatoli Akulenko məşğul olur. Sentyabrın 9-da açılan işdə o, notarius kimi də siyahıya alınıb. Xatırladaq ki, Priqojin, Utkin və digər Vaqner üzvləri avqustun 23-də Tver...
publikaz_normalized
Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi bu gün İrəvandan sonra Bakıya səfərə gəlib. Bakıda onun AR XİN rəhbəri Ceyhun Bayramov ilə görüşü baş tutub. Görüşdə regiondakı son vəziyyətlə əlaqədar rəsmi Bakının narahatlığı qonağın diqqətinə çatdırılıb. Xatırladım ki, ələlxüsus son 1 ildə Ba...
publikaz_normalized
Böyük münaqişə baş verərsə...":"Böyük münaqişə baş verərsə, Birləşmiş Ştatlar tezliklə silahsız qalacaq". Materialda qeyd edilir ki, ABŞ ordusu bir neçə həftə ərzində sursatını itirəcək. Və bəzi kritik kateqoriyalar üçün bir həftədən az müddətdə", -müəlliflər əlavə edirlər. "Onların fikrincə, Vaşinqton müttəfiqlərinin ...
publikaz_normalized
İnter" "Milan"ı darmadağın etdi":"Futbol üzrə İtaliya çempionatının IV turunun matçında "İnter" komandası "Milan"ı 5:1 hesabı ilə məğlub edib. İnter"in heyətində qolları Henrix Mxitaryan (5-ci, 69-cu dəqiqə), Markus Türam (38), Hakan Çalhanoğlu (79, penalti) və Davide Frattesi (90+3) vurub. Milan"ın heyətində Rafael Le...
publikaz_normalized
valideynlər qızlarına İŞGƏNCƏ VERDİLƏR - FOTO":"Bakıda azyaşlı bacılar valideynləri tərəfindən zorakılığa məruz qalıblar. Onun sözlərinə görə Xətai rayonunda yaşayan azyaşlı qızlar həm ana, həm də ataları tərəfindən şiddətə məruz qalıblar: “Qızlar ötən gün Sosial Xidmətlər Agentliyinin əməkdaşları və polislərin iştirak...
publikaz_normalized
Qoita yeni hərbi ittifaqın yaradıldığını ELAN ETDİ":"Mali, Burkina Faso və Niger liderləri kollektiv müdafiə ittifaqı yaratmaq üçün nizamnamə imzalayıblar. Mən bu gün Burkina Faso və Niger dövlət başçıları ilə xalqımızın rifahı naminə kollektiv müdafiə və qarşılıqlı yardım arxitekturası yaratmaq üçün Sahel Dövlətləri A...
publikaz_normalized
Bəzi bitkilər əla enerjiyə malikdirlər, buna görə də həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qədim dövrlərdən bəri bağçada əkilir". Məsələn, bəzi ağaclar ev sahibini daha şanslı və xoşbəxt insan edə bilər. Bu, həm də bağın və ya həyətin dizaynını daha cəlbedici edəcək", - Kovrizhnykh qeyd edib. Müsbət dəyişiklikləri cəl...
publikaz_normalized
2023-cü ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının sona çatdığını elan etsə də, avqust ayında yoluxma halları yenidən artmağa başlayıb. Belə ki, bu il iyulun 24-dən avqustun 20-dək xəstəliyə yoluxanların sayı 63% çoxalıb. Bununla belə, bildirilən hallar yoluxma səviyyəsini tam əks etdirmir, çün...
publikaz_normalized
XX əsr Azərbaycan tarixinin ən faciəvi səhifəsi Bakı Soveti və onun başçısı Stepan Şaumyanın adı ilə bağlıdır. Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan, əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasına çalışan erməni millətçiliyinin maraqlarını ifadə edirdi. 1899-cu ildə ...
publikaz_normalized
evdə də münasibətlər problemli olacaq":"Digər məsələlər ikinci dərəcəlidir. Yeni işdə fəndgir, hiyləgər olun. Yaxın ətrafınızdakı insanlar sizə inanmalıdır. Günün ikinci yarısında rutin və adi işin yerinə yetirilməsində çətinliklər yarana bilər. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Aşkar münaqişələrə qatılmayın...
publikaz_normalized
Dünyanın siyasi, iqtisadi, hərbi cəhətdən böyük güclərindən, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu baxımdan, dünyada gedən proseslərdə onun məsuliyyəti böyükdür. Amma çox təəssüf ki, bəzən ABŞ-ın təəccüb doğuran müəyyən addımlar atdığının şahidi oluruq. Bir tərəfdən demokratiyanın, insan ...
publikaz_normalized
"İranın Cənubi Xorasan əyalətində iki polis zabiti güllələnib. Bildirilir ki, sentyabrın 16-ı Cənubi Xorasan əyalətinin Nəhbəndan bölgəsində polis zabitləri kapitan Həsən Tahiri və Səccad Zare Müqddəm öldürülüblər. Bundan başqa leytenant Rüstəm Təngsarın isə ağır yaralandığı xəbər verilir.
publikaz_normalized
Sentyabrın 16-sı saat 22:55-dən 23:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər. Qey...
publikaz_normalized
İstanbulda dünyanın ən böyük qapalı bazarlarından birinin damında yanğın baş verib. Qeyd olunur ki, turistlər arasında məşhur olan "Kapalıçarşı"da yanğın gecə saat 23:00 radələrində başlayıb. Yanğının səbəbi hələki müəyyən edilməyib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər cəlb edilib. "Kapalıçarşı" Türkiyə görməli...
publikaz_normalized
Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında merin erməni əsilli köməkçisi təxribat törədib. Anouch Toranian Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb....
publikaz_normalized
Sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandeslə görüşüb. Azərbaycanla Kuba arasında dostluq münasibətlərinə toxunan Milli Assambleyanın sədri qeyd edib ki, bu il Kuba Respublikasın...
publikaz_normalized
alman və fransız müfəttişlər...":"İran Beynəlxalq Atom Enerjisi Agentliyinin Fransa və Almaniya vətəndaşları olan müfəttişlərinin akkreditasiyasını ləğv edib. Hesabatda MAQATE-nin neçə əməkdaşının İranda akkreditasiyasını itirdiyi barədə məlumat verilmir. Agentliyin məlumatına görə, Tehran bu qərarı Böyük Britaniya, Al...
publikaz_normalized
Vaşinqton bölgədən qovula bilər":"ABŞ klassik “parçala və hökm et” siyasətini Cənubi Qafqaza tətbiq etməyə cəhd edir, lakin çox uğursuz formada. Və mürəkkəb geosiyasi proseslər fonunda düşünməmək olmur: dünyanın super gücü olan, “taxtından” enməmək üçün hər şeyi məhv etməyə çalışan Birləşmiş Ştatların strateqləri Xankə...
publikaz_normalized
Rusiyanın paytaxtı Moskva şəhərinə növbəti dəfə PUA hücumu olub. Onun sözlərinə görə, PUA İstra şəhər dairəsi üzərində vurulub. Bu məqsədlə hava hücumundan müdafiə sistemlərindən istifadə edilib. İlkin məlumata görə, məhv edilmiş pilotsuz təyyarənin qalıqlarının düşdüyü yerdə heç bir dağıntı olmayıb, tələfat yoxdur. Fö...
publikaz_normalized
Türkiyə Qafqazda sabitliyə və sülhə üstünlük verir və qardaş ölkə Azərbaycanı dəstəkləyir". "“Biz Qafqazda sabitliyə böyük əhəmiyyət veririk. Biz regionda davamlı sülhün bərqərar olması üçün mühüm səylər göstəririk və qardaş Azərbaycan xalqına “bir millət, iki dövlət” prinsipini dərk edərək dəstəyimizi davam etdiririk"...
publikaz_normalized
Xəzər dənizində zəlzələ olub. Bildirilib ki, sentyabrın 17-də, yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 4,6 maqnitudada baş verib, zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.
publikaz_normalized
Braziliyanın şimalındakı Amazon hövzəsinin ekvatorial tropik meşələrində təyyarə qəzaya uğrayıb. “Embraer Bandeirante” təyyarəsinin göyərtəsində 12 turist və 2 ekipaj üzvü olub. Hazırda təyyarədə xarici vətəndaşların olub-olmaması müəyyən edilir.
publikaz_normalized
Ukrayna döyüşləri dayandırarsa...":"Ukrayna gec-tez alyansa qoşulacaq, lakin nə vaxt olacağını dəqiqləşdirməmişik". Şübhə yoxdur ki, Ukrayna NATO-ya daxil olacaq", - Stoltenberq bildirib. Eyni zamanda, NATO rəhbəri qeyd edib ki, Ukraynada döyüşlərin nə vaxt bitəcəyini heç kim bilmir. Onun sözlərinə görə, əksər münaqişə...
publikaz_normalized
İsrailin Təl-Əviv şəhəri yaxınlığında ilan kirpini udmağa çalışıb. Sürünən tapılanda ağzında kirpi ilə yerdə hərəkətsiz uzanmış olub. İsrail Təbiət və Parklar Təşkilatının sürünənlər üzrə mütəxəssisi Aviad Bar tərəfindən müəyyən edilib həmin ilan Doliçopiş juqularis növünə aiddir və zəhərsizdir. Barın sözlərinə görə, i...
publikaz_normalized
Müğənni Hadisə yeni fotolarını yayımlayıb. İzləyiciləri bəzi fotolarda onun çılpaq olduğunu sanıblar. Sözügedən paylaşıma çox sayda bəyənmə gəlib, şərh yazılıb.
publikaz_normalized
İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqone NATO-nun hərbi komitəsinin yeni sədri seçilib. Həmin iclasda NATO-nun hərbi komitəsinin hazırkı sədri admiral Rob Bauerin daha 6 ay müddətinə vəzifədə qalması barədə qərar qəbul edilib.
publikaz_normalized
Moskvanın Vnukovo , Domodedovo və Şeremetyevo hava limanlarında "Xalça" rejimi tətbiq edilib. Yandex.Schedules" portalının məlumatına görə, hazırda 29 reys gecikir , 9 reys isə ləğv edilib. Daha əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan PUA-nın hücumunu uğur...
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsi üzrə məlumat yayıb. Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-a...
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək. Qeyd olunub ki, imtahan kompüterlər vasitəsilə aparılacaq. Bakı ş....
publikaz_normalized
“Bizə verilən vədlər yerinə yetirilmir”":"İsveç hələ də NATO-ya üzv olmaq üçün verdiyi vədləri yerinə yetirməyib". "“Qoy qanunlara və ya konstitusiyaya hər hansı düzəlişlər etsinlər. Amma İsveçdə qəbul olunmuş qanunları praktikada həyata keçirmək lazımdır. Əgər İsveçdə terrorçular polisin himayəsi altında aksiyalar təş...
publikaz_normalized
ABŞ dövlət katibi Antoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş şənbə günü telefon danışığında Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı məsələləri müzakirə ediblər. Onun sözlərinə görə, A.Blinken və A.Quterreş “bir çox məsələləri, o cümlədən Qara dəniz taxıl müqaviləsini”, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyy...
publikaz_normalized
Amerikalı müğənni Keti Perrinin keçmiş əri, britaniyalı aktyor və komediya aktyoru Rassel Brendi zorlama, cinsi təcavüz və emosional zorakılıqda ittiham ediblər. Dörd qadının ittihamlarla çıxış etdiyi, onlardan birinin hücum zamanı 16 yaşında olduğu dəqiqləşir. Onların sözlərinə görə, zorakılıq epizodları 2006-2013-cü ...
publikaz_normalized
Avroviziya təmsilçimiz Nigar Camal sosial şəbəkədə açıq-saçıq paylaşım edib. İfaçı cazibədar bədən quruluşu ilə diqqət çəkib. Qeyd edək ki, ifaçının 43 yaşı var.
publikaz_normalized
Bu il yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 678 min 402,9 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 64,3 faiz çoxdur. Yanvar-avqust aylarında Azərbaycandan bütün ixracın 1,66 faizi neft məhsullarının ixracının payına düşüb. Öt...
publikaz_normalized
Kanadanı tropik "Li" qasırğası vurub. Bildirilib ki, küləyin sürəti saatda 110 km-ə çatır. Sahil əraziləri su altında qalıb. Meteoroloqların məlumatına görə, hazırda qasırğa saatda 35 km sürətlə hərəkət edir. Ancaq tam enişlə bu göstərici əhəmiyyətli dərəcədə dəyişə bilər və sürət yenidən artacaq. Şiddətli küləklərə əl...
publikaz_normalized
Mərkəzi Asiya ölkələri ilə münasibətlər dinamik inkişaf edəcək":"“Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Azərbaycan...
publikaz_normalized
Sentyabrın 17-i saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə...
publikaz_normalized
Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Qeyd olunub ki, Ordumuz...
publikaz_normalized
Avropa İttifaqı ilə yollarımızı ayıra bilərik":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin Türkiyə ilə əlaqələrin vəziyyəti ilə bağlı hesabatı qəbul etdikdən sonra ölkənin Avropa İttifaqı ilə fərqli yollar gedə biləcəyini bildirib. Türkiyə dövlətinin başçısı bəyan edib ki, Brüssel Ankara ilə münasibət...
publikaz_normalized
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib. Qeyd olunub ki, müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib.
publikaz_normalized
Bakıda yaşayış binasında yanğın olub. Belə ki, paytaxtın Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxtada quraşdırılan 6 ədəd su sayğacı və plastik kommunikasiya xətləri 21 p.m yanıb, yüksək temperaturdan mənzillərin 6 ədəd plastikdən ibarət şaxta qapıları deformasiya...
publikaz_normalized
üç ekipaj üzvündən xəbər yoxdur, biri isə... - VİDEO":"Türkiyənin İzmir vilayətində yanğınla mübarizə aparan helikopter su anbarına düşüb. Nazir bildirib ki, sentyabrın 16-da saat 23:53-də İzmirin Menderes rayonunda helikopterlərdən birinin ekipajı ilə əlaqə kəsilib: Araşdırma zamanı müəyyən edilib ki, helikopter meşə ...
publikaz_normalized
Bu gün VI tura yekun vurulacaq":"Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq. Mövsümə uğurlu start verən “Turan Tovuz” əks qrafik cızan “Qəbələ”ni qəbul edəcək. İlk xallarını ötən turda qazanan “qırmızı-qaralar” Tovuz səfərində də bunu təkrarlamağa çalışacaq. Ayxan Abbasovun kollektivi isə qələbə təqdir...
publikaz_normalized