text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Astroloqlar 3 bürc altında doğulan insanların mürəkkəb xarakterə malik olduğunu düşünürlər. Balıqlar" "Onlar emosionallıqları ilə tanınırlar. Tez-tez qərar dəyişmələri, sözləri ilə əməllərinin ziddiyət təşkil etməsi sizə zərər yetirə, bezdirə bilər. Onlarla sevgi münasibətinə başlayacaqsınızsa, bu ehtimalı düşünməlisin...
publikaz_normalized
Əməkdar artist Yusif Mustafayev ona təklif olunan 30 minlik toydan imtina edib. O bildirib ki, təyyarəyə minməkdən qorxduğu üçün xaricdəki toylardan imtina edir: Qazaxıstanda toya dəvət aldım. Dedi ki, 30 min dollar verirəm. Cavab verdim ki, niyə ürəyimi partladırsan? Dedilər ki, anam üçün gəlin oxuyun.
publikaz_normalized
yolda sıxlıq yarandı":"Bakıda qəza olub, yolda sıxlıq yaranıb. Qeyd olunub ki, Ziya Bünyadov prospekti, "Xutor" tunelinə giriş hissədə yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
publikaz_normalized
Türkiyə “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanı dəstəkləməyə davam edir". O qeyd edib ki, ölkəsi Qafqazda sabitliyə böyük əhəmiyyət verir və regionda ən qısa zamanda daimi sülhün bərqərar olması üçün böyük səylər göstərir.
publikaz_normalized
Kim Əmini (Məhsa Əmini) adından, yaxud başqa hər hansı mövzudan sui-istifadə edərək, ölkənin təhlükəsizliyinə xələl gətirməyə çalışsa, ağır nəticələrlə üzləşəcək. O, aksiya keçirmək istəyənləri, çağırış edib, nümayişə hazırlaşanları təhdid edib. Qeyd edək ki, Məhsa Əmininin hökumət məmuru tərəfindən öldürülməsinin ildö...
publikaz_normalized
Latviyanın Seymi (birpalatalı parlament) səs çoxluğu ilə Yeni Birlik partiyasını təmsil edən Evika Silinanın başçılığı ilə yeni hökuməti təsdiqləyib. Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqini 53 deputat dəstəkləyib. Hakim koalisiyaya Yeni Birlik (26 yer), Yaşıllar və Kəndlilər İttifaqı (NWK, 16) və Proqressivlər (...
publikaz_normalized
ABŞ İrana qarşı sanksiyalar siyahısını artırır. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. Sanksiyalar həmçinin 25 İran vətəndaşına və kompüter texnologiyaları sahəsində tədqiqatlarla məşğul olan “Yaftar Pazhohan Pishtaz Rayanesh” şirkətinə də şamil edilib.
publikaz_normalized
bu komitənin işçilərinin sayı artırıldı":"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırılıb. Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçilərinin say həddi 88-dən 98-ə qaldırılıb. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərman 2024-cü il yan...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xallarının sayını 15-ə çatdıran "Zirə" liderliyini qoruyub. Gənclik şəhəri" təmsilçisi 7 xalla hələlik 4-cü pillədə qərarlaşıb. Qeyd edək ki, turun digər matçları 16-17 sentyabrda keçiri...
publikaz_normalized
Qazaxıstanın Baş prokuroru Berik Asılovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Məqsəd MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasına qatılmaq olub. K.Əliyev qonaqla görüşdə vurğulayıb k...
publikaz_normalized
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin mərkəzindən keçən Qudyalçay körpüsünün aşdığı ərazidə qərargah yaradılıb. Hadisə nəticəsində çaya düşərək sel suları içərisində qalan "VAZ-2106" markalı avtomobil xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla çıxarılıb və aidiyyəti üzrə təhvil ve...
publikaz_normalized
Tanınmış jurnalist Günay Malikqızına yeni vəzifə verilib. Günay Malikqızı vəzifəsinin icrasına sabahdan başlayacaq. Qeyd edək ki, G.Malikqızı daha öncə Milli Olimpiya Komitəsinin mətbuat katibi olub.
publikaz_normalized
“Hərbi qulluqçuların vəziyyəti acınacaqlıdır”":"Ermənistan ordusunda vəziyyət ağırlaşır, maddi durumu pisləşən hərbçilər tərxis üçün raport yazır. Hərbi qulluqçu deyib ki, müqavilə əsasında xidmət edən hərbi qulluqçuların maddi vəziyyəti çox pisdir: Əgər hərbi qulluqçu döyüş mövqeyinə qalxmasa, 127 min dram (541 AZN) ə...
publikaz_normalized
Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı “VAZ 2106” markalı minik avtomobili çay yatağına düşüb. Həmçinin, FHN-in Şimal Regional M...
publikaz_normalized
Orijinalı necə seçək? - VİDEO":"Sağlamlıq baxımından faydalı hesab olunan qranit qazan-tavaların saxta versiyaları satılır. Belə ki, videoda bir nəfər marketdən aldığı qranit tavanın kənarına çəngəl keçirəndə materialın yapışqan plastik olduğu ortaya çıxır. Bu qablar hər yemək bişiriləndə istiliyə məruz qalır və üzərin...
publikaz_normalized
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının mütəxəssis mülahizələ...
publikaz_normalized
Sakinlərin sevinc anı - VİDEO":"Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Doğma torpaqlara ayaq basan sakinlər yeni mənzillərlə təmin olunublar. “Körpə uşaqların əlindən tutub qaçmışdım. Çox şükür ki, öz ulu babalarımızın torpağına nəvələrimlə birlikdə ayaq basa bildim”, - Füzuli s...
publikaz_normalized
Türkiyədə mərkəzləri Pazarcık və Elbistanda olan 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində 36 mindən çox binanın ciddi ziyan gördüyü Malatya şəhərində 6 minə yaxın bina dağıdılıb. Şəhərdə azmərtəbəli binalar tikinti texnikası ilə, hündürmərtəbəli binalar isə partlayıcı maddələrin köməyi ilə sökülür. Yeşilyurt rayon...
publikaz_normalized
Telekanalda nə baş verir?":"“CBC Sport” telekanalında daha dörd nəfər jurnalist işindən ayrılıb. Onların ayrılmasının müxtəlif səbəbləri var. Lakin hər birinin ayrılmasının kökündə müəyyən mənada maliyyə məsələsi də durur. Belə ki, “CBC Sport” maliyyə vəsaitinin azlığı ucbatından bəzi verilişləri bağlamalı olub. “Neftç...
publikaz_normalized
Azərbaycan Ordusunun hərbi qulluqçusu Rüfət Xanəhməd oğlu Ağayevin silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır. Sosial şəbəkələrdə yayılan məlumata görə hərbçimiz Bakının Binə qəsəbəsində torpağa tapşırılıb.
publikaz_normalized
Dünyada son bir ildə ərzaq qiymətlərində 11,8 faiz enmə müşahidə edilib. Son bir ildə yalnız şəkər bahalaşıb. Şəkərin qiyməti 34 faizdən çox yüksəlib. Ərzaq qiymətlərində enmə aylıq müqayisədə də baş verib. Avqustda ərzaq qiymətləri 2,1 faiz azalıb. Azərbaycanda adıçəkilən əsas məhsullardan yalnız buğda və buğda ununun...
publikaz_normalized
Azərbaycanın futzal millisi Rumıniyaya uduzdu":"Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsində ilk oyununa çıxıb. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1. Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Bakıda Niderlandı sınağa çəkəcək.
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyinə (XİN) işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə aparılacaq. Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yaz...
publikaz_normalized
İşə gedirdim, körpüyə çıxanda uçdu. Son anda 10-15 metr kənara uçdum. Xəsarət almadım”, - deyə o əlavə edib.
publikaz_normalized
Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimi...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan "iticket.az"da satışa çıxarılacaq. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır. Iticket.az"ın satış m...
publikaz_normalized
ABŞ prezidenti Co Bayden sentyabrın 21-də Nyu-Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Pulika.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə bildirib. Görüş BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində baş tutacaq. Onun sözlə...
publikaz_normalized
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası ("Data Protection Commission", DPC) Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara görə 345 milyon avro cərimələyib. Pozuntular 2020-ci il iyulun 31-dən dekabrın 31-dək olan dövrə aiddir....
publikaz_normalized
Evə və torpaq sahəsinə görə bacılarını öldürən qardaş ömürlük həbsə məhkum olunub. Burada onu bacıları Natəvan və Zibeydə qarşılayır. Mahmud ab-havadan anlayır ki, bacıları artıq onun yaşadığı evə sahibləniblər. Ertəsi gün Mahmud bu evdə və torpaqda nəyə sahib olacağını müəyyən etməyə çalışır. O, bu barədə düşünərkən N...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib. Çıxışlar zamanı müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb, əsası Ümummilli L...
publikaz_normalized
Əhvalınız yaxşılaşa bilər":"Önəmli müqavilələr, anlaşmalar və ya sövdələşmələr üçün yaxşı zaman deyil. Maliyyə məsələləri, büdcənin planlaşdırılması və pulların bölüşdürülməsi zamanı aktiv olun. Problemlərə kəskin reaksiya verməyin. Yaşamınızı çətinləşdirməyin, mənasız problemlər yaratmayın. Günün ikinci yarısında yaxı...
publikaz_normalized
Repetitor hazırlığı neçəyə başa gəlir? - VİDEO":"Valideynlər dərsdən əlavə hazırlıqların qiymətlərinin baha olmasından narazıdırlar. Məsələ ilə bağlı Baku TV repetitorluqla məşğul olan müəllimlərdən bir neçəsi ilə əlaqə saxlayıb. Müəllimlər artıq fərdi hazırlıq üçün yer olmadığını bildirirlər. Baku TV-nin mövzu ilə bağ...
publikaz_normalized
Macarıstan Avropa Komissiyasının icazəsinə baxmayaraq, Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağanı davam etdirir. Nazir bununla macar fermerlərin maraqlarını qoruduqlarını vurğulayıb. Eyni zamanda, Slovakiya hökumətinin nümayəndəsi də ölkənin fermerlərini ucuz Ukrayna taxılı ilə rəqabətdən qorumağa borc...
publikaz_normalized
Maliyyə naziri Mehmet Şimşək Türkiyənin nə zaman inkişaf etmiş ölkələr sırasına qoşulacağını açıqlayıb. “Bu il Türkiyə iqtisadiyyatı təxminən 1,1 trilyon dollarlıq iqtisadiyyata çevriləcək. Bununla da, Türkiyə 2026-cı ildə Dünya Bankının müəyyən etdiyi inkişaf etmiş ölkələr kateqoriyasına daxil olacaq”, - deyə nazir qe...
publikaz_normalized
Xətaidə küçə maşın “ölüxana”sını xatırladır - VİDEO":"Xətai rayonundakı bir küçə əsl maşın “ölüxana”sını xatırladır. Söhbət Ehmədli qəsəbəsi 5-ci Rezervuar küçəsindən gedir. Sakinlər bildirirlər ki, avtomobillərin kənarlaşdırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmır. Sakinlər...
publikaz_normalized
İspaniyada daun sindromlu qadın, 46 yaşlı siyasətçi Mar Qalseran ilk dəfə parlament üzvü olub. Deputat belə bir məsuliyyətli vəzifə tutmağa qadir olduğunu sübut etmək və cəmiyyəti “əlilliyi yox, insanı görməyə” təşviq etmək niyyətindədir. Qalseranın fikrincə, əgər siyasətdə maneələr varsa, deməli, onlar sağlamlıqla bağ...
publikaz_normalized
Amerikalı aktyor Maykl Makqrat vəfat edib. Onun ölüm səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, Toni mükafatı laureatı olan Maykl Makqrat "Memfis", "Mənim sevimli ilim", "Ulduzda yellənmək" və "Balaca mən" kimi məşhur filmlərdə rol alıb.
publikaz_normalized
Şəkillərdə gördüyünüz bu şəxsin adı Mameddir. Özünü az qala Azərbaycanda “İnternet ağa”sı kimi təqdim edən bu şəxs adımla bağlı olan şəxsi yutub səhifəmi mənimsəyərək virtual haqlarımı göz görə-görə pozur. Dəfələrlə sivil şəkildə ona müraciət edib səhifəmin şifrəsini istəsəm də, o, müxtəlif bəhanələr gətirərək şifrəni ...
publikaz_normalized
İçlikli xəmir yeməkləri – mantı, pelmeni, bizdə düşbərə, xəngəl orqanizmdə bir sıra problemlərə səbəb olur. “Bu qidalar çox kalorilidir, maddələr mübadiləsini tez pozur, ürək, damar problemləri, kişilərdə cinsi disfunksiya yarada bilir. Onlar qlüten mənbəyidir, çox insanlarda daxili iltihabi prosesləri artırır. Digər t...
publikaz_normalized
Dəmir defisitli qanazlığında rasiona qara gavalı əlavə edin. “Gavalı dəmir və kaliylə zəngindir. Bu da dayaq-hərəkət, sümük, ürək-damar xəstəliklərinin profilaktikası üçün təsirlidir. Anemiyası olanlar gündə 5 ədəd gavalı yeməlidir. Onun 100 qramında 2 mq dəmir var. Gavalı damarları təmizləyir, qaraciyərə faydalıdır. H...
publikaz_normalized
Bu gün axşam saat 11-dən səhərə kimi normal yuxu alan insan tapmaq çətindir. Amma insan beyni, bioloji rimtləri məhz bu qədər yuxuya hesablanıb. - Sinir sistemi tam rahatlaşır, beyin köhnə informasiyadan təmizlənir, yeni informasiya yaxşı qəbul olunur" "- Əzələ sistemi rahatlaşır, yeni hüceyrələrin sintezi baş verir" "...
publikaz_normalized
Türkiyənin 81 vilayətini zəlzələ zonası kimi qəbul edərək işlər aparmalıyıq. Ərdoğan bildirib ki, konteyner şəhərlərdə yaşayan zəlzələdən zərərçəkənlərin sayı 1,9 milyona çatıb: “Məqsədimiz zəlzələ reallığına qarşı ən sağlam, sürətli və ən ədalətli şəkildə şəhər çevrilməsini həyata keçirəcək hüquqi infrastruktur yaratm...
publikaz_normalized
BMT Təhlükəsizlik Şurasının tərkibi müasir reallıqları əks etdirmir, bu qurumun islahatlara ehtiyacı var. “Çoxqütblülük beynəlxalq arenada liderlik üçün yeni imkanlar yaradır. Lakin bu, özlüyündə sülh və ədalətə təminat vermir, güclü və effektiv beynəlxalq institutlara ehtiyac var. Bununla belə, mövcud institutların bi...
publikaz_normalized
Almaniya Bundesliqasında IV tura start verilib. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” səfərdə “Bavariya” ilə qarşılaşıb. 4 qolun vurulduğu oyun bərabərliklə başa çatıb – 2:2. Almaniya Bundesliqası IV tur" "15 sentyabr" "Bavariya – Bayer – 2:2 Qollar: H.Keyn, 7, L.Qoretska, 86 – Qrimaldo, 24, E...
publikaz_normalized
Çili sahillərində 5,6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 170 mindən çox insanın yaşadığı Kopyapo şəhərindən 91 km qərbdə, zəlzələ ocağı 12 km dərinlikdə yerləşib. Sunami təhlükəsi ilə bağlı hələ heç bir məlumat verilmir.
publikaz_normalized
Biz İrəvan şəhərini cinayətkar ünsürlərin hökmranlığından azad etdik". “Hökumət 2018-ci ildən İrəvanda 11 yeni məktəb tikib. İrəvanda 24 uşaq bağçasında təmir işlərinə başlanılıb, onlardan 7-si artıq istifadəyə verilib”, - Paşinyan bildirib. O qeyd edib ki, paytaxtda 25 uşaq bağçasının özəlləşdirilməsi ilə bağlı cinayə...
publikaz_normalized
Fransa Liqa 1-də V tura start verilib. Son çempion PSJ evdə “Nitsa” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç qonaqların qələbəsiylə başa çatıb – 3:2. PSJ bununla da bu mövsüm 3-cü dəfə xal itkisi ilə üzləşib. Fransa Liqa 1 V tur" "15 sentyabr" "PSJ – Nitsa – 2:3 Qollar: K.Mbappe, 29, 87 – T.Moffi, 21, 69, Q.Lyabord, 53" ...
publikaz_normalized
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov nümunəvi addım ilə gündəmə gəlib. Dəbdəbəli avtomobilində kuryerlə birgə yol gedərkən Hüseyn gəncdən ən böyük arzusunun nə olduğunu soruşub. Oğlan cavabında ən böyük arzusunun valideynlərini Həcc ziyarətinə göndərmək olduğunu bild...
publikaz_normalized
Sentyabrın 16-da, yerli vaxtla saat 05:52-də Qubada zəlzələ olub. Zəlzələ 3,3 maqnitudada baş verib, zəlzələ ocağı 42 km dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.
publikaz_normalized
Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir. “Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq - rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütöv...
publikaz_normalized
Bakı İrəvanla mövcud məsələlərin sülh yolu ilə həllinə köklənib. “Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür və həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik", - H.Hacıyev vurğulayıb. PA rəsmisi bildirib k...
publikaz_normalized
Sabah yağış yağacaq, külək əsəcək. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu gecə 17-21...
publikaz_normalized
Ölən və xəsarət alan var":"ABŞ-ın Vaşinqton ştatında iki nəfərlik təyyarənin Sammamiş gölünə düşməsi nəticəsində bir nəfər ölüb. Nəşr qeyd edib ki, təyyarə gölün səthindən havaya qalxdıqdan dərhal sonra yüksəkliyi kəskin şəkildə itirməyə başlayıb. İlkin məlumata görə, söhbət ABŞ-da sayı 100-dən az olan “Seawind 3000-”d...
publikaz_normalized
Bakının Qaradağ rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
Türkiyənin Ədirnə şəhərində qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə aparılan yoxlamalar zamanı iki gündə 454 qanunsuz miqrant saxlanılıb. Qeyd edilir ki, Ədirnə Jandarm Komandanlığı və Təhlükəsizlik İdarəsi tərəfindən şəhərin mərkəzində və rayonlarda yoxlamalar davam etdirilir. Şəhərdə saxlanılan taksi avto...
publikaz_normalized
Alimlər müəyyən edib ki, yeməyini əlavə olaraq duzlamaq vərdişi olanlar və hər qidanı az qala duzla yeyənlər, daha erkən ölüm riski daşıyır. Artıq duzlanıb bişirilmiş yeməklərə süfrədə duz əlavə etmək geniş yayılmış qida vərdişidir. İnsanların 25%-i duzu ədviyyat kimi mütləq əlavə dadlandırıcı kimi istifadə edir. Müəll...
publikaz_normalized
Kanada hakimiyyəti Ottavanın insan hüquqlarının pozulmasında iştirakında şübhəli bilinən daha altı nəfəri İrana qarşı sanksiyalar siyahısına daxil edib. “Sanksiya siyahısına insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında iştirak edən altı nəfər daxildir”, - bəyanatda bildirilir. Bunlara, xüsusən, İran İsla...
publikaz_normalized
ABŞ Prezidenti Cozef Baydenin Mərkəzi Asiyadan olan həmkarları ilə görüşü gözlənilir. O bildirib ki, görüş pozitiv istiqamətdə olacaq və hər hansı bir ölkəyə qarşı keçirilməsi nəzərdə tutulmayıb. Burada daha çox birgə iş sahələrini müəyyənləşdirən bəyanatın qəbul edilməsi planlaşdırılır. Qeyd edək ki, gələn həftə Nyu-Y...
publikaz_normalized
Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) böyük səhnədən gedib. Xatırladaq ki, müğənni yayın ortalarında Avropanın bir sıra şəhərlərində "Son mövsüm" adlı konsert turuna çıxacağını elan etmişdi. "Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. Onun valideynləri Bakıdan Teh...
publikaz_normalized
Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mö...
publikaz_normalized
Bakının Xəzər rayonununda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Tehran şəhərində cəsur qadın 16 sentyabr Məhsa Əmininin ölümünün ildönümündə (keçən il əxlaq polisi tərəfindən məcburi hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) etiraz aksiyalarına çağırış edib. Aksiyada “Diktatora ölüm olsun!” şüarı səsləndirilib.
publikaz_normalized
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
publikaz_normalized
İtaliyada bir həftə ərzində koronavirusa yoluxanların sayında 44 % artım qeydə alınıb. Belə ki, sentyabrın 7-dən 13-dək ölkədə 31 minə yaxın yoluxma halı qeydə alınıb, bundan əvvəlki həftə isə yoluxanların sayı 23 min nəfər təşkil edib. Ümumi əhaliyə nisbətdə yoluxma nisbəti də eyni şəkildə artıb - son bir həftədə hər ...
publikaz_normalized
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. “BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Qeyd olunur ki, ...
publikaz_normalized
Yuventus"un yarımmüdafiəçisi Pol Poqba üçün təkrar dopinq testi oktyabrın 5-ə təyin edilib. Fransalı yarımmüdafiəçidən avqustun 20-də alınan dopinq testi müsbət çıxdığı üçün müvəqqəti olaraq oyunlardan kənarlaşdırılıb.
publikaz_normalized
Bayern"in hücumçusu Harri Keyn klub karyerasındakı 300-cü qolunu vurub. Bu, naliyyət 505-ci matçında reallaşıb. İngilis forvard Almaniya çempionatının yüksək divizionunda keçirdiyi ilk 4 matçda 4 dəfə fərqlənib. Bunu bacaran sonuncu futbolçu isə Miroslav Kloze olub. Almaniyalı sabiq hücumçu 2007-ci ildə buna imza atıb....
publikaz_normalized
Neymar yeni klubu “Əl-Hilal”da debüt edib. Oyunda olduğu qısa müddətdə "sambaçı" bir məhsuldar ötürmə verib. Qarşılaşma "Əl-Hilal"ın 6:1 hesablı qələbəsiylə başa çatıb.
publikaz_normalized
Bakıda piyada səkiləri ilə yanaşı, artıq bəzi yolların da tikinti şirkətləri tərəfindən zəbt olunub ləğv edilməsi hallarına rastlaşırıq. Bu cür vəziyyət avtomobillərin hərəkət sıxlığını bir az da qəlizləşdirir. Rəsmi struktur isə çətinliyin müvəqqəti olduğunu vurğulamaqla kifayətlənir. "Bakı şəhərində çoxmərtəbəli bina...
publikaz_normalized
Arsenal"da ayrılıq reallaşacaq. Lakin başqa bir problemlə məşğul olmağın vaxtı çatıb", - deyə Venkatesham bildirib. O, 14 il "Arsenal"da faəliyyət göstərir. Bu müddət ərzində müxtəlif vəzifələrdə çalışıb.
publikaz_normalized
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,02 % artaraq 100,56 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 93,70 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiy...
publikaz_normalized
İsveçrə parlamenti Rusiyanın aktivlərini axtarmaq üçün G7 qrupuna qoşulmağa çağırır. Qeyd edək ki, hökumət əvvəllər bu addımı rədd etmişdi. Ukraynada genişmiqyaslı müharibənin başlanmasından bəri Rusiyadan İsveçrə banklarına pul axını barədə mətbuatda yayılan xəbərlərdən sonra İsveçrə Liberallarının lideri Thierry Burk...
publikaz_normalized
Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə bildirib ki, yaxın üç il ərzində Azərbaycan məktəblərinə 150 min kompüter veriləcək, son nəticədə hər altı şagirdə bir kompüter düşəcək. Ölkə məktəblərinin müxtəlif proqramlar çərçivəsində kompüter avadanlığı ilə təchiz edilməsi prosesi artıq bir neçə ildir davam edir. Y...
publikaz_normalized
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək. Gəncə təmsilçisi 4 xalla 9-cu, "dənizçilər" 7 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 8 dəfə üz-üzə gəliblər. Bunların 3-də bölgə klubu, 4-də "Səbail" qələbə qazanıb, bir matçda isə qalib müəyyənləşməy...
publikaz_normalized
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir. Plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gü...
publikaz_normalized
Zelenskinin mənzili satışa çıxarılacaq. Siyasətçi vurğulayıb ki, bu yolla respublikanın büdcəsinin 800 milyon rubldan çox artacağı gözlənilir. Qeyd edək ki, əvvəllər o, Vladimir Zelenski ailəsinin yarımadanın cənub sahilindəki Livadiya kəndində milliləşdirilmiş mənzilinin qiymətini 200-300 min dollar qiymətləndirib. Ko...
publikaz_normalized
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümu...
publikaz_normalized
Başlayan balıq mövsümündə alıcıları ən çox maraqlandıran sual yenə də balıqların qiymətləri və keyfiyyətidir. Satıcılar deyir ki, dəniz məhsulları baha olsa da, alıcıları çoxdur. Lakin göl balıqlarının da keyfiyyəti yaxşılaşıb. "Artıq balıq mövsümü başlayıb. Həm bazarlarda, həm də marketlərdə alıcılara təklif olunan ba...
publikaz_normalized
Fermerlər bu məhsulların idxalını istəmirlər":"Bolqarıstan fermerləri Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qarşı etiraz aksiyaları keçirirlər. Fermer təşkilatları bildiriblər ki, parlament Ukraynanın bəzi kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı ləğv etmək qərarına yenidən baxana qədər aks...
publikaz_normalized
Çiy balıqdan hazırlanan "Koi Pla" adlı yemək səbəbindən ildə 20 min insan ölür. Yeməyin xərçəng xəstəliyinə yol açdığı deyilir. Buna səbəb isə balığın içərisindəki parazitlərdir.(milli.az)
publikaz_normalized
Noyabr ayından etibarən pul kisəsi funksiyası "Telegram" parametrlərində görünəcək. O, açıqlamasında bildirib ki, kripto pul kisəsinin tətbiqə inteqrasiyası tərtibatçılara mesencerə yüzlərlə yeni faydalı funksiya əlavə etməyə imkan verəcək. Qeyd edək ki, "Wallet" kripto pul kisəsi funksiyası ilk dəfə 2022-ci ilin yanva...
publikaz_normalized
Nikol Paşinyanın son günlər ard-arda verdiyi açıqlamalar ölkədə vəziyyətin nə dərəcədə acınacaqlı olduğundan xəbər verir. Baş nazirin açıqlamaları, Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər Rusiyadan üz döndərmək, yeni strateji müttəfiq axtarışı kimi də qiymətləndirilir. Təhlükəsizliklə bağlı ciddi problemləri olan, 20...
publikaz_normalized
Artıq Bakıdan daha ucuz qiymətə xarici ölkələrə səfər etmək mümkündür. Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, aşağı büdcəli aviadaşıyıcıların fəaliyyətinin genişlənməsi qiymətlərdə özünü göstərir. Ekspertin sözlərinə görə, daimi daşıyıcılarla aşağı büdcəli daşıyıcıların xidmət səviyyəsi arasında fərq var. ...
publikaz_normalized
Dəstəyə davam, yoxsa tamam?":"Ağ Ev Ukraynaya əlavə yardım üçün Konqresdə ikipartiyalı dəstəyi hiss edir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib. O, ötən həftə hər iki partiyanın Senat liderləri ilə görüşdüyünü, dünən isə Nümayəndələr Palatasında siyasi liderlərlə görüşü ...
publikaz_normalized
İstər antiterror əməliyyatları, istər Qarabağ İqtisadi Rayonundakı və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işləri, iqtisadi layihələr, Laçında sərhəd postunun qurulması həm Ermənistanın, həm də erməni separatçıların boğazına keçirilən ip oldu. "Rusiya Qızıl Xaç Komitəsinin Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni...
publikaz_normalized
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov Binəqədi rayonunun S.Məmmədova küçəsində partiya fəalları və sakinlərlə görüşüb. Tədbirdə iştirak edən partiya fəalları və müxtəlif sosial təbəqələrdən olan insanlar belə görüşlərin əhəmiyyət...
publikaz_normalized
“Əsrin müqaviləsi”":"“Əsrin müqaviləsi”nin ölkəmizin qarşısında açdığı geniş imkanlar nəticəsində Bakı hədəflərinə doğru inamla irəliləyir. Bu gün Azərbaycan ardıcıl olaraq qlobal enerji təhlükəsizliyinin təmininə əhəmiyyətli töhfələr verən mühüm beynəlxalq layihələrə imza atır. Azərbaycanın müstəqil dövlət kimi dayanı...
publikaz_normalized
Dünən Rusiya daha 16 artilleriya sisteminin və 350 hərbçinin itkisinə məruz qalıb. Müharibə başlayandan hal-hazıradək Rusiyanın ümumilikdə verdiyi itkilər isə aşağıdakı kimidir: şəxsi heyət - təxminən 271790 (+350) nəfər," "tanklar - 4616 (+4) ədəd," "zirehli döyüş maşınları - 8824 (+10) ədəd," "artilleriya sistemləri ...
publikaz_normalized
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa...
publikaz_normalized
Yarımmüdafiəçi Ceydon Sanço "Mançester Yunayted"i tərk edə bilər. O, yanvarda Mançester klubunu tərk etməyə hazırdır. İddiaya görə, Premyer Liqa, A Seriya və Bundesliqa komandaları Sanço ilə maraqlanır. Qeyd edək ki, Sanço intizamsızlığa görə əsas komandanın düşərgəsindən uzaqlaşdırılıb. İngiltərə millisinin üzvü 2021-...
publikaz_normalized
Müğənni Roza Zərgərli müzakirələrə səbəb olacaq iddialı açıqlama verib. 300-400 min dollar burax mənə, gör, Biyonsun etdiyi rəqsi edirəm, yoxsa yox? Səmranı da qoyaram arxada, deyərəm Səmra, get, dincəl". Aparıcı Zümrüd Bədəlova "nəyin əskikdir ki, artığın var ki, əskikliyin yoxdur" deyəndə Roza onun bu sözlərini təsdi...
publikaz_normalized
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasında işləmək istəyir. Bu barədə "WP SportoweFakty" məlumat yayıb. Buna baxmayaraq, Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa komandanı yerli mütəxəssisə tapşırmaq niyyətindədir. Funksioner bu posta Marek Papszun və Mixal Probeji namizəd görür. Q...
publikaz_normalized
Meksikalı narkobaron Xoakin Quzmanın oğlu, “El Çapo” ləqəbli Ovidio Quzman ABŞ-a ekstradisiya edilib. Mən bu ekstradisiyaya görə, Meksika hökumətindəki həmkarlarımıza minnətdaram", - ABŞ-ın baş prokuroru Qarland deyib. Bildirilir ki, ABŞ-da fentanilin yayılmasında ən çox Sinaloa karteli məsuliyyət daşıyır. Məlumata gör...
publikaz_normalized
Dünya məşhurları Bakıya “Məhəbbət əfsanəsi”ni izləməyə gəlir. Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında təqdim olunacaq.
publikaz_normalized
Barselona"nın prezidenti Xuan Laporta maraqlı açıqlama verib. “Mən mərkəz hücumçusu olmaq istəyirdim. Futbolçusansa, şöhrətin, pulun olur... Klub prezidenti olmaq arzusuna düşən adam axmaqdır. Bunu heç vaxt xəyal etməmişdim”. Qeyd edək ki, 2003-2010-cu illər aralığında da Kataloniya təmsilçisinin prezidenti postunu tut...
publikaz_normalized
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyovun (Şeyx Əbdül) Baku TV-də yayımlanan "Qapqara" verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. R.Balayev Ə.Mahmudbəyovun onun kinoya gəlişində xüsusi rol oynaması barədə dediklə...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksika Birləşmiş Ştatlarını Milli Günü münasibəti ilə təbrik edib. Meksika xalqını Milli Günü münasibətilə təbrik edir, onlara ən xoş və səmimi arzularımızı çatdırırıq! Azərbaycan Meksika Birləşmiş Ştatları ilə ikitərəfli münasibətlərinin möhkəmlənməsini səbirsizliklə gözləyir! ...
publikaz_normalized
Azərbaycan sülh prosesinə sadiqdir" - MÜSAHİBƏ":"Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmasının perspektivləri, beynəlxalq vasitəçilik və Rusiya-Azərbaycan münasibətləri haqqınd...
publikaz_normalized
Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gün ə...
publikaz_normalized
Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib, sənədlər imzalanıb. İclasda MDB ölkələrinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi ...
publikaz_normalized