text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
Bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. 57 kq-da Əliabbas Rzazadə 1/16 finalda Zeyn Riçardsla (ABŞ) qarşılaşacaq. 74 kq-da Turan Bayramov eyni raundda bəhreynli Maqomedrasul Asluyevlə, 92 kq-da isə Osman Nurmaqomedov 1/8 finalda ... | publikaz_normalized |
Gəncliyi uzatmaq və özünüzü bir sıra xəstəliklərdən qorumaq üçün mütəxəssislər işlənmiş qidalardan imtina etməyi eləcə də çoxlu miqdarda meyvə, giləmeyvə, göyərti və tərəvəz istehlak etməyi məsləhət görürlər. Mütəxəssislər sarımsağı xüsusilə, faydalı hesab edirlər. Uzunömürlü hesab edilən bütün insanlar demək olar ki, ... | publikaz_normalized |
Ukrayna müharibənin 571-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Məlumata əsasən, Rusiya indiyə qədər 272 320 hərbçi, 4620 ədəd tank, 8828 ədəd zirehli döyüş maşını, 6003 ədəd artilleriya sistemi, 776 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 523 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi tə... | publikaz_normalized |
Özbəkistan prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının plenar sessiyasında çıxış edəcəyi Nyu-Yorka gəlib. Məlumatda bildirilir ki, Mirziyoyev sentyabrın 19-da BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində məruzə ilə çıxış edəcək və regional və qlobal gündəliyin aktual problemlərinə dair bax... | publikaz_normalized |
Nikaha girənlər daha iki xəstəliyə görə yoxlanılacaq. Bunların hər ikisi dəri xəstəliyidir və irsən keçir. Mövzu ilə bağlı danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli "Xəzər Xəbə"ə bildirib ki, yeni sərəncam nikaha daxil olmuş şəxslərin bir - biri haqqında daha çox məlumatlı olmasını, həmçinin ailə ... | publikaz_normalized |
Serbiyada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yoldaşlıq görüşləri çərçivəsində ikinci qələbəsini qazanıb. Belqradda baş tutan matç “Sabah”ın 81:78 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan komandası bu gün son yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmada rəqib “Zlatib... | publikaz_normalized |
İlin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür, İrəvan bunun üçün bütün lazımi addımları atır. “Mən həmişə ilin sonuna kimi sülh sazişinin imzalanmasını mümkün hesab etmişəm, çünki belə bir sazişi imzalamaq üçün siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonunadək imzalanmasını mümkü... | publikaz_normalized |
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə daha bir serialada rol alacaq. “FOX TV”də yayımlanacaq serialın 2024-cü ildə efirə hazır olacağı bildirilir. | publikaz_normalized |
Kreml ona əvəz axtarır":"Son həftədə Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin ağır olması ilə bağlı məlumatlar dolaşır. Ola bilsin ki, Kadırov komadadır. Onun sözlərinə görə, Kadırovun səhhətinin pis olması ilə bağlı nə Çeçenistanda, nə də Avropada yaşayan çeçen diasporunda təsdiqini tapan məlumat var. Bununla be... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” ... | publikaz_normalized |
Sentyabrın 17-si saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamət... | publikaz_normalized |
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifi ilə bağlı sualını cavablandırıb. Mən onlardan birini xüsusi qeyd etmək istəmirəm. Məsələ burasındadır ki, şərh edəcəyim tək fikir bu deyil", - Paşinyan deyib. Onun sözlərinə görə, görüşlərlə bağlı müxtəlif təkliflər... | publikaz_normalized |
Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütun... | publikaz_normalized |
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. “Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, - nümayəndəlik diqqətə çatdırıb. | publikaz_normalized |
Sumqayıtda 24 yaşlı gənc itkin düşüb. Faktla bağlı polisə məlumat verilib. | publikaz_normalized |
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib. Əmrə əsasən sözügedən vəzifə polis mayoru Sübhan İsgəndərova həvalə edilib. Qeyd edək ki, S.İsgəndərov bu təyinata kimi Xızı Rayon Dövlət Yol Polisi Şöbəsində işləyib. | publikaz_normalized |
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib. Aşkar edilən müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib. | publikaz_normalized |
Həyatımın ən şüurlu və məhsuldar dövrünü, fəal siyasi proseslərin içində olduğum zamanlar Qərbin, o cümlədən ABŞ-ın mövqeyini müdafiə etmişəm, Qərbi demokratiya, ədalət, söz və mətbuat azadlığı, insan haqlarının müdafiəsi və sair bu kimi fundamental prinsiplərin daşıyıcısı və qoruyucusu bilmişəm. Azərbaycanda milli-aza... | publikaz_normalized |
“Neftçi” Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının 1/4 final mərhələsində məğlub olub. “Ağ-qaralar” 1/4 finalda Fransa millisinə 14:21 hesabı ilə uduzub. Qeyd edək ki, “Neftçi” qrupda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olub, Çinin “Yuanda” klubuna (16:12) qalib... | publikaz_normalized |
Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritreyadan olan miqrantlarla polis arasında toqquşma baş verib, 26 polis əməkdaşı yaralanıb. İğtişaşlar 200-ə yaxın insanın iştirak etdiyi mədəniyyət festivalı zamanı qeydə alınıb. Onu Eritreya hakimiyyətinə yaxın bir təşkilat təşkil edib. Tədbir iştira... | publikaz_normalized |
Bu gün Azərbaycanın bir çox rayonlarında yağışlar davam edib. Bildirilib ki, qeyri sabit hava şəraiti sentyabrın 19-na kimi davam edəcək. Xidmətin faktiki və gözlənilən hava şəraiti haqqında hazırladığı video məlumatı təqdim edirik: | publikaz_normalized |
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq":"Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bildirilib ki, sentyabrın 18-də ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal... | publikaz_normalized |
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. | publikaz_normalized |
Bu günlərdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələr bir daha dünyaya beynəlxalq hüquq dərsi keçmək iddiasında olan, amma özü bu anlayışın mahiyyətini dərk etməkdən uzaq olan, riyakarlığı, xəyanəti, satqınlığı dövlət siyasəti səviyyəsinə yüksəldən Birləşmiş Ştatların ö... | publikaz_normalized |
Xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də postmünaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət ... | publikaz_normalized |
Həmin epizodda topu qapıdan keçirə bilmədiyim üçün şokdayam. 22 yaşlı hücumçu öz meydanlarında gerçəkləşən matçda 1:2 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: “Qol vura bilmədiyim epizodda top qapıdan necə oldu keçmədi, başa düşə bilmirəm. Amma futbolda belə hallar olur. Mübarizəni davam etdirməliyəm. Fikrimc... | publikaz_normalized |
Ölkəmizin üzləşdiyi əsas problemlərdən biri Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlıdır. O bildirib ki, 3 900-ə yaxın vətəndaş itkin düşmüş hesab olunur: Onlardan 6 nəfəri Vətən müharibəsi nəticəsində itkin düşüb. Etibarlı mənbələrə əsasən deyə bilərik ki, itkin düşmüş şəxslər uzun illər ərzi... | publikaz_normalized |
Az qala hər ay Azərbaycanda kütləvi məzarlıq aşkarlanır. PA rəsmisi bildirib ki, buna baxmayaraq, insan hüquqları təşkilatı hansısa reaksiya göstərmir: “Ermənistan isə, təəssüf ki, son vaxtlar Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb. Əslində, Ermənistan Azərbaycanla əməkdaşlıq etməlidir”. | publikaz_normalized |
Ermənistan humanitar məsələni həmişə siyasiləşdirib. O bildirib ki, ermənilər əsir və girovlardan öz cinayətləri üçün istifadə edib: Ermənistan hətta öz itkin düşmüş şəxslərinə də qeyri-insani davranır. Ermənilər onların tapılmasında maraqlı deyil. Çünki cinayətlərinin üzə çıxmasından narahatdırlar". | publikaz_normalized |
Qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir. O bildirib ki, bu proses uzun çəkə bilər: Amma təcrübəli ekspertlər prosesə cəlb olunub. Vətəndaşlarımız çoxsaylı müraciətləri əsasında biz təhlillər aparırıq". Qurum rəsmisinin sözlərinə görə, eyniləşdirilmə prosesi davamlıdır: İtkin düşmüş şəxslərin 80 faizinin a... | publikaz_normalized |
5 nəfər öldü":"Rusiyanın Murmansk vilayətində minik mikroavtobusu ilə özüboşaldan yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsində 5 nəfər ölüb. “Bu yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusun 4 sərnişini aldıqları xəsarətlərdən təcili tibbi yardım gələnə qədər olay yerində ölüblər. Daha sonra aldıql... | publikaz_normalized |
Sentyabrın 17-si saat 14:00-a olan məlumatına əsasən Yevlax, Mingəçevir, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25° isti, aran rayonlarında 25-29° isti, dağlıq rayonlarda 10-15° isti qeydə alınıb. | publikaz_normalized |
Şəmkirdə itkin düşən şəxs axtarılır. Əhmədovanın əlamətləri belədir: boyu 162 sm, saçları qara, gözləri şabalıdı və arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində çəhrayı rəngli hicablı don olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin ... | publikaz_normalized |
Rusiya müharibənin 571-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 472 təyyarəsi, 249 helikopteri, 6838 PUA-sı, 437 zenit-raket kompleksi, 11 919 tank və digər zirehli texnikası, 1151 reaktiv yaylım atəş sistemi, 6411 artilleriya və minaat... | publikaz_normalized |
Bu gün saat 15:10 radələrində qeyri-qanuni silahlı dəstələrin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. | publikaz_normalized |
Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri qarşısında mina basdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbi... | publikaz_normalized |
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 6 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 16 imtahan rə... | publikaz_normalized |
ABŞ-ın yürütdüyü siyasətin qurulmasında yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanət və satqınlığın dövlət siyasətinin yüksəldilməsi aydın görünür. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda iqtidar xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ taktikasını dəyişərək böyük etira... | publikaz_normalized |
Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıblar. Məlumata görə, yüklər BQXK-nın nəqliyyatı ilə daşınacaq. | publikaz_normalized |
Kanada sahilində 5,6 maqnitudalı zəlzələ olub. Xidmətin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi təxminən 2 min nəfər olan Port-Makneyll şəhərindən 228 km qərbdə yerləşib. Zəlzələnin dərinliyi 10 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb. | publikaz_normalized |
Əməkdar artist Elnarə Abdullayeva əməliyyatdan sonrakı görüntüsünü yayımlayıb. gözünün üstündəki artıq əti kəsdirib, gözlərini dartdırıb və altındakı qırışlardan xilas olub. Həkimə dedim ki, gözümün altında və üstündə dəyişiklik etsin" deyə, Elnarə bildirib. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus dərzi sexində baş verdiyi və genişlənərək bitişik digər tikililərə, o cümlədən tikinti materiallarını... | publikaz_normalized |
Ukraynanın Xerson vilayətinin keçmiş rəhbəri Gennadi Laquta intihar edib. Onun sözlərinə görə, Laqun çoxlu sayda dərman preparatları qəbul edib. Xlan bildirib ki, keçmiş rəhbər Xerson vilayətinin Rusiyaya verilməsində ittiham olunurdu. | publikaz_normalized |
Sentyabrın 18-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. | publikaz_normalized |
Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb. Məlumata görə, hazırda ölənlərin sayı 3 252 nəfər təşkil edir. Bundan əvvəl BMT-nin Liviyadakı ofisi məlumat yayıb ki, təbii fəlakət nəticəsində 11 mindən çox insan ölüb. Həmçinin Dernada 10 min nəfərdən çox adam itkin düşüb. Dernadan kənar... | publikaz_normalized |
“İnter Mayami”nin hücumçusu Leonardo Kampana Lionel Messi haqda danışıb . Onun necə insan olduğunu, necə təvazökar olduğunu başa düşürsən. Nə qədər böyük olsa da, Leo bizə diqqət yetirir, uğurlar diləyən mesajlar göndərir və bu sizi motivasiya edir. Özünü heç kimdən üstün hesab etmir. Messi sizə meydanda, oyunlardan əv... | publikaz_normalized |
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-24° isti, aran rayonlarında 26-29° isti, dağlıq rayonlarda ... | publikaz_normalized |
Qarabağda yaşayan erməni əsilli şəxslərin kütləvi şəkildə Ermənistana keçidi davam edir. O, ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayanıb. Maraqlısı isə odur ki, keşiş Mkrtçyan əvvəllər separatçılarla birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyərək sinəsinə döyürdü. Ətraflı "Baku" TV-nin süjetində: | publikaz_normalized |
“Turan Tovuz”la “Qəbələ” qollu heç-heçə etdilər":"Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir. Yerli “Turan Tovuz” doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Əvəzində fasilədən dərhal sonra tovuzlular dörd dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət ed... | publikaz_normalized |
Nüvə zərbəsi endirsə...":"Cənubi Koreya Prezidenti Yun Seok Yeol KXDR-i nüvə zərbəsi endirməyə cəhd edəcəyi təqdirdə "rejimin sonu" ilə hədələyib. Bizim iki ölkəmiz (Cənubi Koreya və ABŞ) KXDR-in istənilən nüvə hücumuna rejimin sonunu gətirəcək sürətli, böyük və qətiyyətli cavab veriləcəyini təsdiqlədi", - Koreya prezi... | publikaz_normalized |
Türkiyə milli futbol komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib. Müvafiq qərar ay-ulduzlu komandanın AVRO-2024-ün seçmə mərhələsinin D qrupunun 5-ci oyununda evdə Ermənistanla 1:1 hesablı heç-heçə etməsindən və yoldaşlıq görüşündə Yaponiyaya 4:2 hesabı ilə uduzmasından sonra verilib. Qeyd edək ki, Kunts... | publikaz_normalized |
Çörək bayatlaşdıqda, onu yemək istəmirsiniz, çünki quru və sərt olur. Bunu etmək üçün bir soba və təbii parçadan hazırlanmış dəsmal lazımdır. Sizə cəmi beş dəqiqə vaxt lazımdır. Həmin dəsmalı isti suda isladın və yaxşıca sıxın. Bayat çörəyi dəsmalla sarın və 100-120 dərəcəyə qədər qızdırılan sobada 5 dəqiqə saxlayın. B... | publikaz_normalized |
Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamət... | publikaz_normalized |
Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənist... | publikaz_normalized |
Belarusların üstündə "quzğunlar" dövrə vurur":"Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus ərazisində müharibə ehtimalından danışıb. Belarus ərazisində müasir şəraitdə müharibə olmayacaq. Çünki bu, mümkün deyil", - o, Minsk Arenada Milli Birlik Gününə həsr olunmuş çıxışı zamanı bildirib. Əgər Allahın qadağan etdiyi ... | publikaz_normalized |
Azərbaycan güləşçisi finala yüksəldi":"Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib. O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq. Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (7... | publikaz_normalized |
Türkiyədə İŞİD-ə qarşı böyük antiterror əməliyyatı keçirilib. Aparılan axtarışlar zamanı çoxlu silah-sursat ələ keçirilib. | publikaz_normalized |
Avropa Parlamenti Avropa Komissiyasının 2024-cü ildə müdafiəyə daha çox vəsait ayırmaq təklifini dəstəkləyib. Nəşr qeyd edib ki, danışıqlarda parlament nümayəndələri Avropa Müdafiə Fondunun 625 milyon avro artırılmasına, eləcə də hərbi mobillik proqramları üçün daha 45 milyon avronun ayrılmasına nail olmaq istəyini ifa... | publikaz_normalized |
Vurulan Çin şarı kəşfiyyat məlumatları toplamayıb":"Fevralın əvvəlində Amerika hava məkanında vurulan Çin şarı kəşfiyyat məlumatlarını toplamayıb və Çinə ötürməyib. General hesab edib ki, Çin hava şarı öz istiqamətini itirmiş ola bilər. “Uçuşun hündürlüyündə çox güclü külək var. Təyyarədə quraşdırılmış mühərrik belə hə... | publikaz_normalized |
Dünən, sentyabrın 16-da “Barselona” La Liqanın 5-ci turunda evdə “Betis”i 5:0 hesabı ilə məğlub edib. 23 yaşlı ispaniyalı hücumçu birbaşa cərimə zərbəsi ilə fərqlənib. Beləliklə, o, Lionel Messidən sonra birbaşa cərimə zərbəsindən qol vuran ilk “Barselona” oyunçusu olub. Xatırladaq ki, Lionel Messi 2021-ci ilin yayında... | publikaz_normalized |
Əfsanəvi şərq alimi Ömər Xəyyam demək olar ki, bütün həyat məsələlərinə dair fəlsəfi araşdırmaları sayəsində tarixdə əbədiləşib. Onlardan biri həyatdan daha çox şey əldə etməyi və yorulmamağı izah etir. Yorğunluğun mənbəyi bədəndə deyil, ruhdadır. Qeyd edək ki, Ömər Xəyyam fəlsəfi tədqiqatları ilə yanaşı, riyaziyyatçı,... | publikaz_normalized |
“Yüklərin çatdırılması barədə razılığı alqışlayırıq”":"Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları vasitəsilə çatdırılması barədə razılığın əldə edilməsini ... | publikaz_normalized |
Görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında möhtəşəm təqdimatına son 1 gün qaldı. Heydər Əliyev Sarayının səhnəsində oynanılacaq baletə uzun müddətdir hazırlıq gedir və artıq bir aydan çoxdur Bakıda tamaşaya məşqlər keçirilirdi. Uzun illərdən sonra bəstəkarın öz vətənində səhn... | publikaz_normalized |
Ağdamdan Xankəndinə doğru növbəti addım":"Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsinə razılaşıb. Bu, Ağdam yolundan Rusiya yükünün keçməsindən sonra irəliyə doğru atılan növbəti addım h... | publikaz_normalized |
Reputasiyasına CİDDİ ZƏRBƏ VURULUB":"ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı aparılan araşdırma zamanı onun qızı İvankanın reputasiyasına ciddi zərbə vurulub. Qeyd edilib ki, İvanka istintaq bitənə qədər atasını müvəqqəti tərk etmək qərarına gəlib. Şayiələrə görə, 41 yaşlı s... | publikaz_normalized |
“Lənkərana xüsusilə Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalı üçün gəlmişəm”. “Məhsa Əmininin ölümünün il dönümünü qeyd etdiyimiz bu günlərdə gender bərabərliyi məsələsi hər zamankından daha vacibdir. Sevinirəm ki, festival getdikcə genişlənir və indi regionlarda da keçirilir”, - diplomat qeyd edib. Səfir həmçi... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib. Qarşılaşmanı üstün keçirən ağdamlılar ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio J... | publikaz_normalized |
Hər bir aktyorun karyerasında mənfi emosiyalara səbəb olan, istedadını şübhə altına alan uğursuz layihələr olur. Hətta məşhur aktyorlar da rol aldığı filmlərin uğursuzluğundan sığortalanmayıb. Rokki" və" Rembo" filmlərindəki rolları ilə tanınan məşhur aktyor Silvestr Stallonenin uğursuz layihələrdən payı var. Stallone ... | publikaz_normalized |
Saat 21:00-a olan məlumata əsasən Quba, Qusar, Şəki, Xaltan, Şahdağ, Sabirabad, Göyçay, Zərdab, Cəfərxan, Qəbələ, Oğuz, Altıağac, Şabran, Daşkəsən, Bakıda şimşək çaxıb, arabir leysan yağıb. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20-25 m/s, Neftçalada 20 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasınd... | publikaz_normalized |
Keçid reallaşsa, Qarabağda yaşayan ermənilərə...":"“Keçid reallaşsa, Qarabağda yaşayan ermənilərin ərzaq və ya qeyri-ərzaq məhsullarına olan təminatı müəyyən etmək üçün sorğu götürərək növbəti yardım üçün hazırlıq görüləcək”. “Artıq 20 gündür ki, müvafiq işçi heyətimizlə bərabər ərazidəyik. Bütün müvafiq danışıqlar apa... | publikaz_normalized |
Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO (“United Nations Educational, Scientific and Cultural Organization”- red) “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın milli rəqsi olan “Yallı” ilə bağlı paylaşım edib. “Yallı” rəqsi ritmik addımları və rəngarəng kostyu... | publikaz_normalized |
Azərbaycan Paşinyandan Kaçaznuni düzəldəcək, yoxsa Ənvər Sadat?":"Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün yeni format təklif edib. Ərdoğan bu barədə BMT-nin 78-ci Baş Məclisi üçün ABŞ-a yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıq... | publikaz_normalized |
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək. Məlumata görə, Zelenskinin 2022-ci ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır. Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Zelenskinin ... | publikaz_normalized |
Türkiyənin dünyaca məşhur iki alimi - Cəlal Şəngör və İlbər Ortaylı Bakıya gəlir. Məlumata görə, Bakı Konqres Mərkəzidə baş tutacaq tədbir zamanı 4 modul üzərində danışıqlar olacaq: Dünyada mövcud beyin köçü," "2. Dünyada mövcud 270 münaqişə ocağı (250-si Yaxın Şərqdə olmaqla)," "3. Nizamlanan Yaxın Şərq və Böyük Yaxın... | publikaz_normalized |
Ukraynalı pilotların "F-16" qırıcılarında təlim prosesi geniş vüsət alıb və ciddi irəliləyiş əldə edilib. Yuri İqnat bildirib ki, harada, hansı ölkədə, neçə pilot və neçə təyyarə ilə bağlı çoxlu sual verilir. Təəssüf ki, Ukrayna indi bu suallara ətraflı cavab verə bilmir. “Yalnız sizi əmin edə bilərəm ki, proses həqiqə... | publikaz_normalized |
xəsarət alanlar var":"Goranboy rayonunun Tatarlı kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Bu gün media rəhbərləri - "Yeni Müsavat" Media Qrupun təsisçisi Rauf Arifoğlunun qızı Dünya və “Şərq” qəzetinin təsisçisi Akif Aşırlının qızı Cəmilənin toy mərasimləri olub. Onun qudaları Aydın və Münəvvər Mehdiyevlər media sahəsində çalışırlar. | publikaz_normalized |
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu gündən sentyabrın 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq... | publikaz_normalized |
vəziyyət daha da ağırlaşa bilər":"Yenilikləri sürətlə əxz edin, mühüm məsələni unutmayın. Ailədə fikir ayrılıqlarını aradan qaldırın. Çoxdan bəri mövcud olan və sizi narahat edən münaqişəni sonuclandıra bilərsiniz. Günün ikinci yarısında yaşam potensialınız yüksək olacaq. Ağır fiziki əmək və ya usandırıcı işlə məşğul o... | publikaz_normalized |
Uzun müddətdir filmlərdən uzaq qalan aktrisa Pərvin Abıyeva son zamanlar vaxtının çox hissəsini tiktokda keçirməklə məşğuldur. Aktrisanın qəribə hərəkətlər etməsi diqqətdən yayınmayıb. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
09:06" "Ağdam-Xankəndi yolundan yüklərin keçidini qəbul edən separatçılar buna paralel olaraq təxribatları da davam etdirir. Bu iki addım arasındakı ziddiyyət sual yaradır: yükləri qəbul etdikləri halda niyə hücuma hazırlaşırlar? Separatçılar anlayır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Laçın yolu ilə yanaşı, ... | publikaz_normalized |
Macarıstan indi neft və qaz tədarükü üzrə yeni marşrutlar axtarmağa məcbur olub, çünki Ukraynadakı münaqişə nəticəsində əvvəlki yollar bağlanıb. O əlavə edib ki, Macarıstanın Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı sayəsində ciddi imkanlar yaranır. “Bizə yeni əlaqələr, yeni tədarük marşrutları ... | publikaz_normalized |
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. “VAZ 2107” və “Mitsubişi” markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2107"-nin sürücüsü, rayonun Maşlıq kənd sakini Elbəyi Adıgözəlov həlak olub. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
özü qeybə çəkilir, qiyməti "əl yandırır":"Neft emalı şirkətləri dünyanı kifayət qədər dizel yanacağı ilə təmin edə bilmir. Məqalənin müəllifləri vurğulayırlar ki, dizel müqavilələri rekord qiymətə çatıb - bir barel üçün 140 dollardan yuxarı. Vəziyyətin daha da pisləşə biləcəyi aydınlaşdırılır. Səudiyyə Ərəbistanı və Ru... | publikaz_normalized |
Çeçenistanın (Rusiya) rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı yayılan xəbərlərə inananları “hava almağa” çağırıb. “İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı tövsiyə edirəm. Yağış insanı çox yaxşı gumrahlaşdırır”, - deyə o, öz izləyicilərinə müraciət edib.... | publikaz_normalized |
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilib, o cümlədən iki ölkənin strateji tərəfdaşlığının nəticələri nəzərdən keçirilib və gələcək əməkdaşl... | publikaz_normalized |
Rusiyalı aktrisa Nadejda İtskoviç Tverdə yoxa çıxıb. Sentyabrın 15-də səhər saat 9-da həmkarımız, sevimli aktrisa Nadejda Anatolyevna İtskoviç evdən çıxıb və geri qayıtmayıb", - paylaşımda deyilir. O, yoxa çıxmazdan əvvəl fırıldaqçılar sənətçiyə zəng edib və qadın bankla əlaqə saxlayıb. Səhər Nadejda Anatolyevnanı ağ r... | publikaz_normalized |
Paşinyanın partiyası liderdir":"İrəvan Ağsaqqallar Şurasına (parlament) seçkilərdə səslərin 8 faizi hesablandıqdan sonra Ermənıstanın baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası liderlik edir. Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 34,67 faizinin səsini toplayıb. İkinci yerdə indiyədək 18... | publikaz_normalized |
Sentyabrın 16-17-də Azərbaycanın Belçikadakı səfirliyi 1989-cu ildən başlayaraq təşkil olunan və artıq 35-ci dəfə keçirilən Avropa İrs Günlərində iştirak edib. İrs günlərində 15-ə yaxın diplomatik nümayəndəlik iştirak edir. Hər il müxtəlif ölkə səfirliklərinin qatıldığı tədbirdə bu il 10-dan çox diplomatik nümayəndəlik... | publikaz_normalized |
Bu gün qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq. Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var. | publikaz_normalized |
Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmanın davam etdiyi paytaxt Xartumda bəzi binalara hava zərbələri endirilib. Çevik Dəstək Qüvvələri hücumların orduya məxsus hərbi təyyarələr tərəfindən edildiyini bildirib. Sentyabrın 16-da Sudan Ordusunun Baş Komandanlığı, Siqnal Korpusu və Mühəndislər Korpusunu... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşüb. Ərdoğan İ.Maskla yanaşı, “Coca-Cola”, “Amazon” kimi ABŞ-nin bir çox nəhəg şirkətlərinin investorlari ilə də bir araya gələcək. Qeyd edək ki, Türkiyə Prezidenti BMT Baş Assambleyasınln 78-ci sessiy... | publikaz_normalized |
“Bayer”in Xabi Alonsonun rəhbərliyi altında qazandığı uğurlar top-klubların diqqətini cəlb edib. Karlo Ançelotti Madrid klubunu tərk edərək Braziliya millisinin başına keçəcək. Tomas Tuxelin rəhbərliyi altında “Bavariya”nın nəticələri ürəkaçan deyil. Maraqlıdır ki, Xabi Alonso futbolçu olarkən həm “Real”, həm də “Bavar... | publikaz_normalized |
COVID-19-un mənşəyi...":"ÜST Çini COVID-19-un mənşəyi haqqında daha çox məlumat verməyə çağırdı. Hazırda Covid-19-un mənşəyi ilə bağlı iki məşhur nəzəriyyə nəzərdən keçirilir: virusun Uhandakı dəniz məhsulları bazarında heyvandan insana ötürülməsi və ya yerli laboratoriyadan sızması. Alimlərin fikrincə, hazırda dünya p... | publikaz_normalized |
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndi istiqamətinə hərəkət edir. Belə ki, BQXK-yə məxsus avtomobillər (2 minik və 1 yük) Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər. Avtomobillərin içərisindəki yüklərin Qarabağda... | publikaz_normalized |
Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər. Bölmə... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "Tesla" kompaniyasının sahibi İlon Maskla görüşüb. Görüş zamanı Prezident sahibkarı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin "SpaceX" ilə əməkdaşlığının potensial inkişaf... | publikaz_normalized |
NATO müttəfiqi Almaniya Polşadan "qiymətli sərvət" götürmək istəyir. Bu resurs Ukraynadan olan qaçqınların təmsil etdiyi işçi qüvvəsidir ki, Almaniya bunu özünə cəlb edir. Məqalə müəllifinin sözlərinə görə, Almaniya sonuncu dəfə işçi çatışmazlığı ilə üzləşəndə keçmiş kansler Angela Merkelin başçılıq etdiyi hökumət iq... | publikaz_normalized |
Bu yay PSJ-nin Yaponiyadakı mövsümöncəsi turu zamanı Luis Enrike və onun məşqçilər heyətinin diqqətini çəkən hadisələr baş verib. Mənbənin sözlərinə görə, bir neçə futbolçunun siqaret çəkdiyi aşkarlanıb. Tam olaraq kimin siqaret çəkdiyi barədə məlumat verilmir. Xatırladaq ki, Fransa çempionatının ilk 5 turunda parislil... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.