text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ermənistan BMT missiyasının Qarabağ səfərini Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının dəstəklənməsi ümidi ilə gözləyirdi. Halbuki, 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən missiyanı bölgəyə buraxmırdılar və bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərm...
publikaz_normalized
09:06" "Rusiya Müdafiə Nazirliyinin “Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patruluna snayper silahından atəş açıb” məlumatı müəmmalı suallar yaratdı. - Xankəndidə erməni terrorçular gizlənirmi? - Bu atəşin məqədi nə ola bilər? Bu sualların cavab axtarışı müxtəlif versiyaları ön plana çıxarır. Birincis...
publikaz_normalized
2023-cü ilin üçüncü rübündə ABŞ-nin “Tesla” şirkəti 435 min elektrik avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur. Belə ki, sözügedən hesabat dövründə 430 min avtomobil istehsal edilib. Eyni zamanda, bu ilin ikinci rübü ilə müqayisədə satışlar 6,7 % azalıb. Şirkət özü bunu “yenidən konfiqu...
publikaz_normalized
İtaliyada 4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkandan sonra bir neçə ardıcıl afterşok qeydə alınıb. Yüzlərlə insan küçələrə axışıb. Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.
publikaz_normalized
Ölənlər və yaralananlar var - FOTO":"Türkiyənin Antalya şəhərinin Serik rayonunda turistik mikroavtobus durmuş vəziyyətdə olan yük avtomobilinin arxasına çırpılıb. Bildirilib ki, ağır yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ötən gün Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər. Əliyevə kiçik ölçülü pilotsuz uçuş aparatının maketini hədiyyə edib. PUA üzərində ...
publikaz_normalized
Koronavirusun "EG.5" variantı "XBB.1.5" və "XBB.1.16" variantlarını qabaqlayaraq bütün dünyada sürətlə yayılır. Bu variantlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "maraq doğuran variantlar (VOI)" qrupuna daxil edilib. Bildirilib ki, GISAID beynəlxalq genomik monitorinq sisteminə daxil olan məlumata əsasən, sent...
publikaz_normalized
sıxlıq yarandı":"Aeroport şosesində qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. “Aeroport şosesinde yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb”, - Mərkəzdən deyilib.
publikaz_normalized
90-a yaxın insan saxlanıldı":"Türkiyənin 18 şəhərində PKK/YPG terror təşkilatının özək strukturuna qarşı əməliyyat keçirilib. Bildirilib ki, eynivaxtlı əməliyyat zamanı 90-a yaxın şəxs saxlanılıb.
publikaz_normalized
İran hakimiyyəti ilk gündən səfirliyimizə edilən bu hücumu ailə və şəxsi zəminində imiş kimi göstərməyə çalışır. Azərbaycan səfirliyinin girişindəki kamerada hücum edən şəxslə qapıda dayanan polis arasındakı əl hərəkətlərini görmək olar. Bu, o deməkdir ki, hücum öncədən planlaşdırılıb. O bildirib ki, hər hansı nəticəyə...
publikaz_normalized
Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli binanın 1-ci mərtəbəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb. Qeyd olunub ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfi...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;" "2. Heydər Əliyev prospekti kənar yol, "Koroğlu" metro stansiyası istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində...
publikaz_normalized
Bu diplomatlar ölkədən çıxmalıdır":"Hindistan Kanadadan oktyabrın 10-dək 40-a yaxın diplomatı geri çağırmasını tələb edib. Bu barədə "Financial Times" (FT) yazıb. Nəşrin məlumatına görə, bu tarixdən sonra Hindistanda qalan kanadalı nümayəndələr diplomatik toxunulmazlıqlarından məhrum ola bilərlər. Mənbələrdən biri Hind...
publikaz_normalized
Bakıda bir qrup şəxsin "əyləncəsi" təhlükəli vəziyyət yaradıb. Belə ki, bir neçə yeniyetmə avtomobil təkərini yüksəklikdən buraxaraq magistral yola doğru hərəkət etməsinə tamaşa ediblər. Onlar yaranmış təhlükəli vəziyyəti gülüşlə qarşılayıblar.
publikaz_normalized
Bu itki mütləqdir":"Ukrayna insan potensialını itirə bilər. O, son seçkilərdən sonra Slovakiyadan Ukraynaya hərbi yardımın mümkün azaldılmasını şərh edib. Rixter qeyd edib ki, yaxın aylarda Slovakiyadan yardımın olmaması Ukraynanın müdafiə qabiliyyətinə o qədər də təsir etməyəcək, amma hərbi münaqişənin uzanması ciddi ...
publikaz_normalized
Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
publikaz_normalized
Türkiyə futbolunda növbəti qalmaqal yaşanıb. Meydan sahiblərinin 1-0 qalib gəldiyi matçdan sonra “Vanspor”un prezidenti Feyat Kıyakın cangüdənləri və klub menecerləri ilə birlikdə “Zonquldak Kömürspor”un soyunub-geyinmə otağına basqın edərək futbolçuları döydüyü iddia edilib. Məsələ ilə bağlı sosial media hesabından aç...
publikaz_normalized
Valideynlər övladlarına məni nümunə göstərir ki, narkotiki tərgitmişəm. Amma bu fəxr ediləsi bir şey deyil. Böyük iş görməmişəm ki, tərgidib qürurlanım. Kiməsə yaxşı əməllərimlə təsir edə bilmişəmsə, nə xoş mənim halıma". Sənətçi bir neçə il əvvəl pis vərdişinə görə ona öləcəyi vaxtın da açıqlandığını bildirib: 1994-cü...
publikaz_normalized
London ICE birjasının məlumatına görə, oktyabrın 3-ü səhər saatlarında Brent markalı neftin dekabr fyuçersləri sentyabrın 8-dən bəri ilk dəfə bir barel üçün 90 dollardan aşağı düşüb. Bir gün əvvəl çeşidin qiyməti bir barel üçün 93 dolları keçib, sentyabrda isə maksimum 97 dollar təşkil edib. Ucuzlaşmanın əsas səbəbi ki...
publikaz_normalized
Ötən gün Asiya Çempionlar Liqasında 2-ci turun bir sıra görüşləri keçirilib. Tacikistanın "İstiqlol" klubunu qəbul edən Səudiyyə Ərəbistanı təmsilçisi 3:1 hesabıyla qələbə qazanıb. Bu görüş portuqaliyalı superulduz üçün əlamətdar olub. O, Asiya Çempionlar Liqasında ilk qolunu vurub. Kriş buna 2-ci oyununda nail olub. Q...
publikaz_normalized
Rusiyanı dayandırmaq olmayacaq":"Onları heç nə dayandıra bilməz. Amerikalı polkovnikin sözlərinə görə , Rusiya ordusu uzun aylar müdafiədə olub və indi qərb istiqamətində hücuma keçməyə hazırdır ki, bu da ABŞ üçün pis xəbərdir. Makqreqor eyni zamanda qeyd edir ki, Ukrayna oktyabr ayına planlaşdırılan payız hücumu üçün ...
publikaz_normalized
“Türk Dövlətləri Təşkilatının (TDT) qurulmasının təməli olan Naxçıvan Bəyannaməsinin imzalanmasının 14-cü ildönümü münasibətilə Türk Dövlətləri Əməkdaşlığı Gününü təbrik edirik”. Qeyd olunub ki, 1992-ci ildən Türkdilli ölkələrin başlatdıqları yeni mərhələ, ortaya qoyduqları səy bu gün TDT-ni güclü bir təşkilata çevirib...
publikaz_normalized
“Real”ın yarımmüdafiəçisi Luka Modriç qış transfer pəncərəsində komandanı tərk edə bilər. Florida təmsilçisinin sahibi Devid Bekhem 38 yaşlı oyunçuya böyük maraq göstərir. Bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkədə məlumat verib. O bildirib ki, Modriç "Kral klubu"nu tərk etməkdə maraqlıdır. Ancaq diqqətini...
publikaz_normalized
Çin yuanı dünyanın ən etibarlı valyutasına çevrilib. O hesab edir ki, bu xarici valyuta ayrı bir vahid deyil, iqtisadiyyatdan əldə edilir. “Yuana üstünlük verilməlidir, çünki o, ciddi nəzarət edilən etibarlı iqtisadiyyata əsaslanır. Xüsusən də Çin iqtisadiyyatı dünyada daim yeni üfüqləri fəth etdiyi üçün”, - rusiyalı e...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 5-də keçiriləcək “Rakov” (Polşa) – “Ştrum Qraz” (Avstriya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qeyd edək ki, oyunun VAR hakimləri niderlandlı Jero...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0,0170 manata kimi, 1 Avro isə 1,7790 manata kimi, Türkiyə lirəsi 0,0618 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Yadplanetliləri tapmaq yalnız zaman məsələsidir":"Bir çox astronom artıq kainatın başqa yerlərində həyatın olub-olmadığını şübhə altına almır. Əvəzində o həyatı nə vaxt tapacağımıza cavab axtarır. Bir çox elm adamı yaxın bir neçə il ərzində yerdənkənar həyatın əlamətlərini kəşf edəcəyimiz barədə nikbindir. Davam edən v...
publikaz_normalized
“1993-cü il iyun ayının 9-u Azərbaycan tarixinin ən əlamətdar, dövlətçiliyimizin gələcəyini müəyyən edən ən əhəmiyyətli günlərindən biridir. Məhz həmin gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu gəlişi ilə Ulu Öndər xalq...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan 5-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında oktyabrın 3-ü səhər şimal və qərb rayonlarından başlayaraq 5-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış ...
publikaz_normalized
Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçə...
publikaz_normalized
Şimali Dakota ştatının senatoru Duq Larsen, həyat yoldaşı və iki uşağı bazar günü Yuta ştatında təyyarə qəzasında həlak olub. Bundan əvvəl Qrand əyalətinin şerifi ABŞ-ın Yuta ştatında təyyarə qəzası barədə məlumat vermişdi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə bazar günü axşam saatlarında baş verib və fö...
publikaz_normalized
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start veriləcək. Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq. A qrupunun digər matçında "Kopenhagen" Danimarkada "Bayern"i qəbul edəcək. C qrupunda isə "Real" Neapola səfər edəcək. Madridlilər "Napoli"nin qonağı olacaq. Ç...
publikaz_normalized
Pakistan 1 milyondan çox qeyri-qanuni əfqan miqrantı deportasiya edir. Məlumata görə, vizası olmayan əfqanlar, o cümlədən müvafiq sənədin müddətinin uzadılmasından imtina edilən şəxslər deportasiya ediləcək. Xatırladaq ki, Pakistanda qeyri-qanuni yaşayan əcnəbilərə ölkəni könüllü olaraq tərk etmələri üçün bir ay vaxt v...
publikaz_normalized
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
publikaz_normalized
10:25" "İsrailə köçən məşhur müğənni Alla Puqaçova vəsiyyət edib ki, vəfat edəcəyi təqdirdə onu Moskvadakı Kuzminskoye qəbiristanlığında dəfn etsinlər. Bildirilir ki, Puqaçova artıq həmin qəbiristanlıqda torpaq sahəsi alıb. Primadonna arzu edir ki, bu torpaqda ailə məbədi tikilsin. Qeyd edək ki, bu qəbiristanlıqda Alek...
publikaz_normalized
Sentyabrın isti keçən havaları bizi təəccübləndirsə də, qarşıdakı günlərdə temperaturun tədricən aşağı düşməsi gözlənilir. Havaların soyuması isə qrip, soyuqdəymə və koronavirus kimi artıq yayılan xəstəliklərin yayılmasını daha da sürətləndirir. Bəs immunitetimizi qışa hazırlamaq üçün nə etməliyik? Səhiyyə Nazirliyinin...
publikaz_normalized
Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumat...
publikaz_normalized
Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib. Siyahı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
publikaz_normalized
Limanlar şəhərində şou olacaq - FOTOLAR/VİDEO":"UEFA Çempionlar Liqasının himni 20 ildən sonra ilk dəfə çərşənbə günü "Sent Ceyms Park"da səsləndiriləcək. 2003-cü ildən sonra ilk dəfə "Nyukasl" Avropanın bir nömrəli klub turnirinə qayıdacaq. Ağ-qaralar" buna heç də asanlıqla nail olmadı. Premyer Liqadan ÇL-ə vəsiqə ver...
publikaz_normalized
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 4-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerind...
publikaz_normalized
Avstriya millisinin Belçika və Azərbaycana qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti bəlli olub. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 14-ü yarımmüdafiəçi, 3-ü isə hücumçudur. Real"ın futbolçusu David Alabanın zədəli olduğu üçün yığmanın düşərgəsindən uzaq qalacağı gözlənilsə də, onun adı Ranqnikin...
publikaz_normalized
Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələlərin işlənilməsi nəzərdə tutulub. Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də, xəstəxanada yatış zamanı istifadə edilən dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanı...
publikaz_normalized
Rusiya Ukraynaya qarşı müharibədə daha 360 hərbçisini itirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində düşmən aşağıdakı itkilərlə üzləşib: 360 hərbçi;" "15 tank;" "8 zirehli döyüş maşını;" "40 artilleriya sistemi;" "20 əməliyyat-taktiki PUA;" "23 avtomobil;" "5 ədəd xüsusi texn...
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank 5000-dən çox əməkdaşı ilə həm də banklar arasında ölkənin ən böyük işəgötürən şirkətlərindən biridir. “Agile” iş tərzi, davamlı və sürətli inkişaf, pozitiv korporativ mədəniyyət, çoxsaylı perspektivli layihələr təklif edən və peşəkar komandada çalışmaq imkanı yaradan bank unikal karye...
publikaz_normalized
Azərbaycanda günəş panellərindən istifadə etməklə əlavə gəlir əldə etmək mümkün olacaq. Evlərin damına və ya həyətyanı sahələrə günəş panellərini quraşdırmaqla enerjidən istifadə etməklə yanaşı, qalan hissəni dövlətə də satmaq mümkün olacaq. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrlə iş və hüquq şöbə...
publikaz_normalized
Meta" platforması olan "META.O" avropalı istifadəçilər üçün "Instagram" və ya "Facebook"a reklamsız abunəlik üçün ayda 16 avro (28 manat) almağı düşünür. Plana əsasən, istifadəçilər fərdiləşdirilmiş reklamlarla "Instagram" və "Facebook"a pulsuz daxil olmağa və ya xidmətlərin reklamsız versiyaları üçün ödəniş etməyə dav...
publikaz_normalized
Rusiyanın Maqadan şəhərində boğulan qadını xilas edən türk inşaatçı mükafatlandırılıb. İstintaqın məlumatına görə, 2023-cü il iyulun 9-da 17 yaşlı oğlan və 16 yaşlı qız 18 yaşlı xanım dostlarını çaya atıblar. Yeniyetmələr qızın telefonundan rəfiqəsinə intihar etmək istəyi ilə bağlı SMS göndərməklə onun intiharını səhnə...
publikaz_normalized
Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işinin istintaqı davam edir. “Cinayət işinin istintaqı hələ tamamlanmayıb, məhkəməyə təqdim olunmayıb. Araşdırmalar hələ davam edir, cəza təyin olunmayıb. Hələ ki, mövzuda heç bir müzakirə aparılmır”. Qeyd edək ki, martın 28-də saat 21:51-də Az...
publikaz_normalized
Türkiyəli müğənni Kalben maraqlı addım atıb. "Uzun müddətdir heç kimlə sevgi münasibətində olmayan müğənni sayta öz fotolarını da yükləyib. Onun bu yolla özünə həyat yoldaşı axtardığı da iddia edilib.
publikaz_normalized
Oğlum Fəridin vəziyyəti yaxşıdır. Səhhətindəndə heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib". D.Əsgərova əlavə edib ki, hələ apellyasiya məhkəməsi keçirilməyib. Yaxın həftələr...
publikaz_normalized
Space TV"-nin efirində yayımlanan "Gəl, danış" proqramındakı səhv müzakirə obyektinə çevrilib. "Sözügedən başlığın görüntüsü sosial şəbəkədə sürətlə yayılıb və lağa qoyulub. Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən leksik bir səhv olursa, bu, qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın payl...
publikaz_normalized
Kim kimə xəyanət edib? - FOTOLAR":"Eyni zamanda, Sofiyanın özü Serxiodan ayrılmalarının kifayət qədər uzun müddətdir gözlənildiyini və bunun səbəbinin sadəcə bir təsadüfi öpüş olmadığını söyləyib. Üstəlik, o, öpüş faktını inkar edir: “Dostlarımla rəqs etməyə getdim, əyləndik. Ancaq başqa heç nə - öpüş yox idi. Serxio i...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: Yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən u...
publikaz_normalized
İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib. Hörmətli cənab Prezident," "Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan-Koreya dostluq və əməkdaşlıq münasibətləri xoş ənənəl...
publikaz_normalized
11:15" "Qarabağı tərk edərkən, Allaha and içərək, azərbaycanlılarla yaşamaq istədiyini, ermənilərin xalq olmadığını bildirən Xankəndinin erməni sakini ilə bağlı şok fakt üzə çıxıb. Həmçinin o, ölkəsinə qayıdan kimi “türklər uşağıma silah tutmuşdular, ona görə bu sözləri (ermənilər xalq deyil - red) demişəm” deyə açıqla...
publikaz_normalized
FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşmanın VAR hakimləri türkiyəli Mete Kalkavan və Erkan Engin olacaq.
publikaz_normalized
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir. Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qur...
publikaz_normalized
müəllimlər saqqal və hicablarını...":"Əfqanıstanın Qanzi əyalətində Taliban hərəkatı müəllimlərin saqqallarını qırxdıqları üçün iki məktəbi bağlayıb. Hər iki məktəb oktyabrın 2-də yerli Əmr və Qadağalar Nazirliyinin qərarı ilə bağlanıb. Müəllimlərin saqqallarını qırxması ilə yanaşı, bu qərarın mümkün səbəblərindən biri...
publikaz_normalized
Bir neçə gün əvvəl Dubayda “The Travels of Posner and Urgant” adlı birgə çıxışlarını elan edən İvan Urqant sosial şəbəkələrdə Vladimir Poznerlə yeni işindən danışıb. “Hər kəs rusiyalı məşhurların Dubay qastrollarına kifayət qədər öyrəşib. İvan Urqant və Vladimir Pozner Rusiyanın müasir intellektual elitasını təmsil edi...
publikaz_normalized
Qadın kimi... - FOTO/VİDEO":"ABŞ basketbolunda qalmaqal yaşanır. O, boyanmış dırnaqlar, pirsinqlər və qadın saç düzümü ilə ictimaiyyət qarşısına çıxıb. Batlerin bu addımı azarkeşlər və basketbol ictimaiyyətinin müəyyən qismi tərəfindən tənqid edilib. Amma komanda yoldaşı Bam Adebayo onu dəstəklədiyini açıqlayıb. “Görün...
publikaz_normalized
Yaponiya polisi Tokionun Haneda Beynəlxalq Hava Limanında mədələrində ölkəyə ümumilikdə 228 kapsul kokain keçirməyə cəhd edən iki Portuqaliya vətəndaşını həbs edib. Bildirilir ki, həmin şəxslər gömrük əməkdaşları tərəfindən dayandırılıb və onları rentgen müayinəsindən keçiriblər. Həbs edilənlər - 40 yaşlı qadın və 35 y...
publikaz_normalized
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Avropa standartı əsasında AZS EN 71-4:2023 “Oyuncaqların təhlükəsizliyi – 4-cü Hissə: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər” dövlət standartı q...
publikaz_normalized
“Bu gün Sakit Okean Alyansı otağında sizinlə görüşürük. Düzdür, Sakit Okean Alyansı zalı müştərək bir məkandır. Bu gün də sizin qarşınıza Meksikadan gələn həmkarlarımla birlikdə çıxıram. Queretaro ştatından olan nümayəndə heyətinin gəlməsinin səbəbi Azərbaycanda keçirilən şəhərsalma və məskunlaşma forumlarında iştirak ...
publikaz_normalized
Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Səsvermə zamanı 62 deputat bunun lehinə səs verib. “Ermənistan” və “Şərəfim var” fraksiyalarının üzvləri səsvermədə iştirak etməyiblər. Qeyd edək ki, Roma Statutunun Ermənistan parlamentinə təqdim edilməsi Rusiyanın böyük narazılığına səbəb olmuşdu.
publikaz_normalized
kremlə görün nə etdi - FOTO":"Serebro qrupunun keçmiş solisti Katya Kişçuk səmimi pozalar verərək fotonu pərəstişkarlarına göstərib. Yayılan görüntülərdə 29 yaşlı müğənni çəhrayı atlaz parça üzərində yerdə uzanaraq pozalar verib. Eyni zamanda o, bej rəngli corablar, ağ krujevalı qısa tuman geyinib və büstqalter forması...
publikaz_normalized
Baydenin oğlunun Avropa cinsi ticarət şəbəkəsi ilə əlaqəsi var. Bu barədə Britaniyanın "Daily Mail" qəzeti ABŞ Maliyyə Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb. Qəzet yazır ki, müstəntiqlər qeyri-qanuni seks alveri şəbəkəsində iştirakda şübhəli bilinən bir neçə Wells Fargo bank müştərisini izləyiblər. Həmin müş...
publikaz_normalized
Əməkdar artist Elza Seyidcahan bir neçə gün öncə vəfat edən millət vəkili Qənirə Paşayevaya şeir həsr edib. Qayıtmaq istəmədi" adlı şeiri təqdim edirik:
publikaz_normalized
Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir. Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
publikaz_normalized
Əməkdar rəssam Rəis Rəsulov (Rais Rəsulzadə) sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub. Qeyd edək ki, R.Rəsulov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmm...
publikaz_normalized
Astrologiyada bəzi bürclər hədsiz səxavətli olması ilə tanınırlar. Sıralamaya Buğalar liderlik edir. Onlar həm restoranda, həm də alış-veriş edərkən ciblərini dostları üçün boşaltmağı sevirlər. Ancaq Buğa qadınları xərcləməyi sevsələr də, bir çox vəziyyətdə xəsislik edə bilirlər. Buğadan sonra Balıqlar gəlir. Balıq bür...
publikaz_normalized
Moskva vilayətində məhkəmə 813 kiloqram kəhrəba qaçaqmalçılığına görə Kalininqrad sakini və Çin vətəndaşını ciddi rejimli koloniyaya məhkum edib. Kişilər iki maddə üzrə təqsirli biliniblər. Çinlilər doqquz il, rusiyalılar isə yeddi il həbsdə qalacaqlar. İstintaqın məlumatına görə, 2021-ci ildə məhkumlar 813 kiloqram xa...
publikaz_normalized
Hakimiyyətə gəlsəydik, Kılıçdaroğlu onu...":"İzmir Menemen Bələdiyyəsinə qarşı "mənimsəmə və qəsb" əməliyyatından sonra başlanılan məhkəmə prosesində 2 il 6 ay həbs cəzası alan və apellyasiya şikayəti ilə hökmü ləğv edilən və bəraət alan sabiq bələdiyyə sədri Serdar Aksoy qatıldığı Youtube kanalında CHP daxilindəki çir...
publikaz_normalized
Lionel Messi təqribən üç ay olar ki, "İnter Mayami"nin oyunçusudur. ABŞ klubu iyulun ortalarında dünya çempionatının qalibinin transferini elan etdi. Qısa müddət ötməsinə baxmayaraq "Apple TV+" artıq yayın ən səs-küylü transferi haqqında serial çəkib. Çərşənbə axşamı günü, altı seriyalı "Messi Meets America" (Messi Ame...
publikaz_normalized
ABŞ ermənilərin Qarabağdan çıxmasını heç bir sübut olmayana qədər “etnik təmizləmə” adlandırmaqdan imtina edib. Miller qeyd edib ki, vəziyyəti nəzarətdə saxlayırlar. “Soyqırımı və ya etnik təmizləmə düşünülmüş, sübuta əsaslanan prosesdir. Mən bu tribunadan bu haqda danışa bilmərəm”, - o deyib. Qeyd edək ki, Ermənistan ...
publikaz_normalized
Separatçılar Qarabağın erməni əhalisini bilərəkdən ac saxlayırdı. O qeyd edib ki, Qarabağda anbarlar ərzaqla dolu olub. Təəssüf ki, Azərbaycan haqlı idi. Qarabağda anbarlar ərzaqla dolu olub. Qarabağın "məmurları" xalqı ac qoyublar. Məsələn, Qırmızı Bazarda Araik Arutyunyanın bir illik günəbaxan yağı ehtiyatı olub", - ...
publikaz_normalized
ah, o köhnə günlər...":"İstanbulun Beylikdüzündə yerləşən Nostalji Muzeyi ziyarətçiləri keçmişə səyahətə aparır. İçərisində köhnə ərzaq malları, oyuncaqlar, mavi önlüklər, qabyuyan maşınlar və sobalar kimi 10 mindən çox əşya var. Onların hər birinin hekayəsi öz içində gizlidir. 1900-cü ildən istifadə edilən oyuncaqları...
publikaz_normalized
Halal kolbasanın içində donuz əti aşkarlandı. Bildirilir ki, istehsalçılara məhsulun etiketlənməsi ilə onun faktiki tərkibi arasında uyğunsuzluq barədə məlumat verilib. Hazırda prokurorluq araşdırma aparır.
publikaz_normalized
Müharibəsindən sonra beynəlxalq siyasi sistemdə mühüm transformasiyalara səbəb oldu. Bu hadisə bütün müsbət nəticələrinə baxmayaraq həm də gözlənildiyi kimi dünya üçün uzunmüddətli yeni problemlər də yaratdı. Postsovet məkanında iqtisadiyyatın iflic olması səbəbindən milyonlarla insanın əmək miqrasiyası, yeni məskunlaş...
publikaz_normalized
ABŞ-ın Tbilisidəki səfirliyi Gürcüstan kəşfiyyatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) kütləvi iğtişaşların təşkilinə yönəlmiş bəzi təlimləri maliyyələşdirməsi barədə bəyanatını yanlış adlandırıb. ölkədə hökumətin zorakılıqla devrilməsində iştirak etməli olduqları iddia edilirdi. Gürcüstan rəhbərliyi kəşfiyya...
publikaz_normalized
Saxtadır":"Liverpul"un futbolçusu Dioqo Jotanın həyat yoldaşı sosial şəbəkə səhifəsində üsyan edib. O, sözügedən matçla bağlı paylaşım edərək "saxta oyun" sözlərini yazıb. Görüşdə sarı vərəqə ilə cəzalandırılan Jotanın epizoduna biganə qalmayıb. Liverpul"un azarkeş səhifəsinin paylaşımına "burda "sarı" var idi ki? "Qey...
publikaz_normalized
MDB-nin baş katibi Sergey Lebedev Ukrayna və Moldova istisna olmaqla, assosiasiyanın bütün ölkələrinin rəhbərlərinin Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasında iştirak edəcəyini gözləyir. Şuranın Qırğızıstanın paytaxtında iclası oktyabrın 13-nə təyin edilib. Həmin ərəfədə MDB ölkələrinin Xarici İşlər Nazirləri...
publikaz_normalized
Tviterin adının "X" olaraq dəyişdirilməsindən sonra İlon Mask başqa bir ABŞ şirkəti tərəfindən məhkəməyə verilib. X Social Media" adlı şirkət Florida federal məhkəməsində Maskın iyul ayında tviterin adını dəyişməsinin onun ticarət nişanı hüquqlarını pozduğunu iddia edib. Reklam agentliyi 2016-cı ildən bəri “X Social Me...
publikaz_normalized
Siftə edəcək":"UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Hakken" - "Qarabağ" oyununun təyinatları açıqlanıb. FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək. VAR-da Aleksandr ...
publikaz_normalized
Qadın Konsensus Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Erkən nikahlar erkən ölüm riskidir” layihəsi çərçivəsində dəyirmə masa təşkil edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nərgiz Cavadzadə erkən nikahların nəinki Azərbaycanda, elə də dünyada olduqca aktual problem old...
publikaz_normalized
“Yüksək riskli zonaların müəyyən edilmə əsasları” təsdiq edilib. Bu sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 9.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və yüksək riskli zonaların müəyyən edilmə əsaslarını tənzimləyir. Yüksək r...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 5...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür. “Qarabağ” “Scandic Opallen Hotel”də məskunlaşacaq. Baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlayacaq....
publikaz_normalized
Azərbaycanın mərkəzi hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsindəki erməni sakinlərə humanitar yardım çatdırılıb. Qeyd edək ki, oktyabrın 2-də Prezident Administrasiyası Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı şərtləri açıqlayıb.
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniyanı Milli Günü münasibətilə təbrik edib. “Almaniya xalqını Milli Günü münasibətilə ürəkdən təbrik edirik! Milli bayramınız mübarək!”, - təbrikdə bildirilib. XİN İraqı da Milli Günü münasibətilə təbrik edib. İraq xalqını və hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən ...
publikaz_normalized
Nə qədər funksional və praktik geyinməyə çalışsaq da, bəzən xüsusi günlər bizdən daha dəbdəbəli geyinməyi tələb edir. Məsələn, ad günləri, hər hansı ziyafətə dəvət, toy, romantik şam yeməyi və s. kimi günlərdə ziyafət libaslarsız keçinə bilmirik. Bəs bu mövsümün ən dəbli axşam geyimləri necə olacaq? Sinə dekoltesi " " ...
publikaz_normalized
Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır. O, Azərbaycanın Qarabağın erməni sakinlərinə göstərdiyi yardım və sosial xidmətlərlə bağlı statistikanı da paylaşıb. Məlumata görə, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb....
publikaz_normalized
Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez yenidən diqqət mərkizinə düşüb. Bu reklam əməkdaşlığı ona böyük vəsait qazandırıb. "Ronaldonun sevgilisi sentyabrın 5-də Venesiyada "Aenea" filminin qala gecəsində qırmızı xalçada iştirak edib. O, "Gözəl qadın" filmindəki Culiya Robertsin personajını...
publikaz_normalized
Ermənistan mağazalarında Bakı istehsalı olan asılqanların satışı müzakirələrə səbəb olub. Bildirilib ki, “Bakü lüks asqı” adı ilə satılan asılqanlarsosial şəbəkələrin erməni seqmentində “hay-küyə” səbəb olub.
publikaz_normalized
“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance Ltd” 2023-cü ilin birinci rübündə 6 milyard dollardan çox əməliyyat mənfəəti əldə edib. Bütövlükdə 2022-ci ildə şirkətin xalis mənfəəti 20 milyard dolları keçib, halbuki 2021-ci ildə 7 milyard dollardan çox əməliyyat zərəri ilə başa vurmuşdu. Qeyd edək ki, “ByteDance”nin sə...
publikaz_normalized
Fizika üzrə Nobel mükafatının qalibləri elan olunub. Bildirilib ki, Pyer Aqostini, Ferents Krauz və Ann L-Yulye mükafata layiq görülüblər.
publikaz_normalized
Görün kimi seçib - FOTOLAR":"Ötən mövsümün sonunda futbolçu karyerasını başa vuran əfsanəvi qapıçı Canluici Buffon şəxsi həyatında dəyişiklik etmək qərarına gəlib. Cazibədar teleaparıcı 2014-cü ildən dünya çempionu ilə münasibətdədir. "Cütlük 2017-ci ildən toy etməyi planlaşdırsalar da, bu Cicinin karyerası başa çatana...
publikaz_normalized
İranı etnik münaqişəyə sövq etməyə çalışır":"İranın ali dini rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti növbəti anti-Azərbaycan tezislərlə çıxış edib. Vilayəti “Farhikhtegan” qəzetinə müsahibəsində deyib ki, NATO son vaxtlar Cənubi Qafqazda nüfuz qazanmaq istəyir. Müsahibə “Tehrant...
publikaz_normalized
Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat":"“Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Çex Respublikası Xarici Işlər Nazirliyinin Keçid təşviqi proqramı çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi” layihəsini icra edir. Layihə çərçivəsində Azə...
publikaz_normalized
Xankəndiyə gedən yolda bütün yol nişanları artıq Azərbaycan dilindədir.
publikaz_normalized
Azərbaycanın Qarabağ iqtisadi zonasında fəaliyyət göstərən rus sülhməramlı qüvvələrin hərbçiləri mükafatlandırlıb. “Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Qarabağ ərazisində tapşırıqları yerinə yetirdiklərinə görə fərqlənən hərbi qulluqçuları Rusiya Federasiyası Müdafiə Nazirliyinin mükafatları və fərqlənmə nişan...
publikaz_normalized