text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qarabağda erməni separatizminə rəhbərlik etmiş şəxslərin həbsinin detalları ictimaiyyət üçün maraqlıdır və bəlkə də bu tarixi əməliyyatın üzərindən məxfi qrif uzun müddət götürülməyəcək, yaxud təfərrüatlar tam açıqlanmayacaq. Lakin antiterror tədbirlərindən sonra bu separatçılar haqqında yayılan məlumatların analizi üz...
publikaz_normalized
ABŞ tarixində ilk dəfə olaraq Yerin orbitində qalan kosmik tullantılara görə cərimə tətbiq edib. Belə ki, ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) köhnə peyki istismarda olan digərlərindən kifayət qədər uzaqlaşdıra bilmədiyi üçün "Dish Network"a 150 min dollar cərimə tətbiq edib. Şirkət "EchoStar-7" peyki ilə bağlı səhv...
publikaz_normalized
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək. Qeyd edilib ki, oktyabrın 6-7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
publikaz_normalized
sosial şəbəkələrdə keçirdiyimiz vaxtın sağalmaz yarası":"Mövzu sosial media olduqda uşaqlarımıza məxfiliklərini necə qorumağı öyrətmək və onları qorxutmaq arasında incə bir xətt var. Çox güman ki, uşaqların bir çox onlayn əlaqələri onlar üçün əyləncəli və xoş olacaq. Bununla belə, onları ictimai rəy haqqında məlumatlan...
publikaz_normalized
Bu gün “Mehdiabad” ölçü qovşağından qaz təchizatı dayandırılacaq. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah-Novxanı” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 4 oktyabr tarixində saat 10:00-dan işlər başa çatanadək “Mehdiabad” ölçü qovşağından qaz təchizatının dayandırılması ...
publikaz_normalized
Britaniyalı ağır çəkili Tayson Fyuri Frensis Nqannou ilə döyüşdə uduzacağı təqdirdə pərəstişkarlarının reaksiyasını proqnozlaşdırıb. “MMA təmsilçisi ilə döyüşmək ağır kateqoriya təmsilçisi kimi mənim üçün artıq böyük riskdir. Düşünürəm ki, mənə güləcəklər. Ötən mövsüm “Liverpul”a 0:7 hesabı ilə uduzan “Mançester Yunayt...
publikaz_normalized
Bayern" Çempionlar Liqasının qrup mərhələsində növbəti rekord müəyyənləşdirib. Münhen klubu Çempionlar Liqasının 2-ci turunda "Kopenhagen"i məğlub etməklə buna nail olub. Həmçinin "pivəçilər" qrup mərhələsində ardıcıl 15-ci qələbəsini qazanıb ki, bu da Çempionlar Liqasının mütləq rekordu hesab edilir. “Bayern” sonuncu ...
publikaz_normalized
Çinin Huançjou şəhərində keçirilən Asiya Oyunlarında kişilər arasında 3000 metr məsafəyə konkisürmə yarışlarında çıxış edən Cənubi Koreyalı Yunq Çeol-von erkən sevincinin qurbanı olub. Belə ki, yarışın son anında konkisürən 27 yaşlı idmançı tayvanlı Huan Yu-Lindən bir qədər əvvəl finişə yaxınlaşıb. Lakin son mərhələdə ...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0,0171 manata kimi, 1 Avro isə 1,7800 manata kimi bahalaşıb, Türkiyə lirəsi isə 0,0617 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Əgər tapşırıqları yerinə yetirsə...":"Ukrayna 2030-cu ildə Aİ-yə daxil ola bilər. O, bunu "Spiegel"-ə müsahibəsində deyib. “Bəli, hər iki tərəf öz üzərinə düşən tapşırıqları yerinə yetirərsə, Ukrayna 2030-cu ildə Aİ-nin bir hissəsi ola bilər”, - Mişel bildirib. Onun sözlərinə görə, Ukrayna və digər namizəd ölkələr isla...
publikaz_normalized
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq. Mərkəzi oyun Almaniyada keçirləcək. Dortmund "Borussiya"sı İtaliya təmsilçisi "Milan"ı qəbul edəcək. Turnirin son qalibi, İngiltərənin "Mançester Siti" klubu Almaniyada “Leypsiq”in qonağı olacaq. UEFA Çempionlar Liqası, qrup mərhələsi, II tur" ...
publikaz_normalized
Xalq artisti Röya Ayxan cəlbedici geyimdə kamera qarşısına keçib. Cəlbedici tərzi ilə diqqət çəkən ulduz, ideal bədən quruluşu ilə göz qamaşdırıb. Xalq artistinin alt paltarının görünməsi isə nəzərdən qaçmayıb. Bundan başqa, müğənni geyim və dəb haqqında əvvəllər verdiyi müsahibələrdə "Chanel" markasının tvid parçadan ...
publikaz_normalized
ABŞ-da aparılan təhlillər göstərib ki, ürək xəstəliyi və xərçəng kimi xroniki xəstəliklər ölkədə 35-64 yaş qrupunda ölümlərin bir nömrəli səbəbidir. Təhlildə qeyd olunub ki, ölkədə silahlı zorakılıq və narkotiklə bağlı ölüm halları ictimaiyyət üçün daha çox göz önündə olsa da, ürək xəstəlikləri və xərçəng kimi xroniki ...
publikaz_normalized
Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Bu, “Qəbələ”nin turnirdə 6-cı startıdır. Yarışda 2016/17 mövsümündə debüt edən “qırmızı-qaralar” daha bir cəhdi koronavirus pandemiyası səbəbin...
publikaz_normalized
Yalnız yanağımdan öpürdü":"83 yaşlı ingilis qadın 37 yaşlı keçmiş ərinin cinsi köləliklə bağlı ittihamlarını rədd edib. Bu barədə "Daily Mirror" yazır. Qeyd edilir ki, 83 yaşlı Cons 37 yaşlı Məhəmmədlə 2019-cu ildə onlayn tanış olub. Onlar yazışmağa başlayıb və bir il sonra evlənmək qərarı veriblər. Məhəmməd uzunmüddət...
publikaz_normalized
Hər ilin yanvar ayında pensiyalardakı artım əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir. O qeyd edib ki, bu ilin 7 ayında orta aylıq əməkhaqqı 11,2 fazi artıb. Bu səbəbdən gözlənti ondan ibarətdir ki, pensiyalar 11 faiz ətrafında indeksasiya olunaraq artırılacaq. Burada bütün növ ...
publikaz_normalized
Bədəninizin təmizliyi ilə bağlı qaçırdığımız məqamlar ola bilər. Göbək təmizliyinə çox vaxt diqqət yetirilmir. Bəs bu vəziyyət hansı problemlərə səbəb ola bilər? Havalar isindikcə və daha çox tərlədikdə göbəyiniz bakteriyaların yuvasına çevrilə bilər. Onu yumaq və dəri problemlərindən qaçmaq üçün bir dəqiqə vaxt ayırma...
publikaz_normalized
“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Bu müharibədə Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin suveren ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsin...
publikaz_normalized
Mançester Yunayted" klubu 37 ildən sonra antirekordunu təkrarlayıb. Komanda son olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə Türkiyə çempionu "Qalatasaray"a uduzub - 2:3. Mançester təmsilçisi bu görüşə qədər 5 dəfə yenilib.
publikaz_normalized
Prokuror Birinci Kanalın keçmiş redaktoru Ovsyannikovaya 9,5 il cəza istəyib. Prokuror təqsirləndirilən şəxsin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsilə (“Rusiya Silahlı Qüvvələrinin tətbiqi ilə bağlı yalan məlumatın açıq şəkildə yayılması”) cəzalandırılmasını tələb edib. O, həmçinin Ovsyannikovun beş...
publikaz_normalized
Əksəriyyəti... - VİDEO":"İtaliyanın Mestre şəhəri yaxınlığında sərnişin avtobusunun yerüstü keçiddən aşması nəticəsində, ilkin məlumata görə, 21 nəfər həyatını itirib. Bildirilib ki, avtobus hündürlüyü təqribən 15 metr olan estakadanın altından keçən dəmir yolu relsinə çırpılıb, daha sonra zərbənin təsirindən alovlanıb...
publikaz_normalized
“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun böyük qardaşı Vəli Əhmədov vəfat edib. Qeyd edilib ki, V.Əhmədov 83 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Xatırladaq ki, Tağı Əhmədovun digər qardaşı Beytulla Əhmədov da 2012-ci ildə dünyasını dəyişib.
publikaz_normalized
Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib. Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub. O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ild...
publikaz_normalized
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa...
publikaz_normalized
Azərbaycan polisi və Rusiya sülhməramlılarının Xankəndi küçələrində olduğunu əks etdirən yeni görüntülər yayılıb.
publikaz_normalized
Ukrayna ilə münaqişədə Rusiya daha 450 hərbçisini, 47 artilleriya sistemini və 13 tankını itirib. Müharibə başlayandan bugünədək Rusiyanın ümumilikdə verdiyi itkilər isə aşağıdakı kimidir:
publikaz_normalized
Hazırda Gürcüstanda yaşayan erməni əsilli britaniyalı jurnalist və fotoqraf Onnik James Krikorian 2000-ci illərin əvvəli Laçına səfər edib və oradan "Sahibsiz torpaqda həyat" (Life in no man's land) adlı foto reportaj hazırlayıb. Erməni jurnalist hər kəsi təəccübləndirəcək açıqlamalar verib, ermənilərin əsl mahiyyətini...
publikaz_normalized
Sarımsaq və ya soğan...":"Məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikovun sözlərinə görə, müntəzəm burun axıntısı dərmansız keçəcək, sadəcə olaraq mütəmadi olaraq burnunuzu selikdən təmizləmək lazımdır. Həkim bildirib ki, əgər hansısa ciddi xəstəlikdən danışmırıqsa, o zaman burun axması heç bir xüsusi terapi...
publikaz_normalized
Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına mane olur. Məlumatda deyilir ki, Dövlət Miqrasiya Xidməti erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalını istifadəyə verib. Portaldan hazırda Qar...
publikaz_normalized
Qaradərili sədr seçildi":"Qreq Ferqus Kanada parlamentində nasist qalmaqalından sonra istefa verən parlament sədri Entoni Rotanın yerinə seçilib. Ferqus Kanada parlamentinə sədrlik edəcək ilk qaradərilidir. Ferqus Kanadanın ilk qaradərili parlament sədri kimi tarixə düşüb. Kanadanın baş naziri Castin Trüdo Ferqusun par...
publikaz_normalized
Onlar görüşə bilərlər":"Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Yaponiya və Şimali Koreya liderləri arasında zirvə görüşünün təşkili üçün diplomatik səylərə rəhbərlik edəcəyini açıqlayıb. Kişida Fumio və Kim Çen In arasında mümkün zirvə təşkili ilə bağlı Yaponiyalı nazir, "Zirvənin ən qısa zamanda keçirilməsi üçü...
publikaz_normalized
Romario 1994-cü ilin dünya çempionu, Konfederasiyalar Kubokunun qalibi, Amerika Kubokunun ikiqat qalibi və Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Braziliyalı karyerası ərzində qəribə xasiyyətə malik olub. O, ancaq şəxsi uğurlarını düşünüb. İllər ötsə də, heç dəyişməyib. "Futbolla vidalaşdıqdan sonra əfsanə 2010-cu ...
publikaz_normalized
Bakının Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb. DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Report"a bildirib ki, Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir n...
publikaz_normalized
Ermənistanın keçmiş ombudsmanı Kristina Qriqoryan Ermənistan Respublikasının baş nazirinin fərmanı ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. “Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanunun 19-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Kristina Qriqoryan Xarici Kəşfiyy...
publikaz_normalized
10:58" "Dağlıq Qarabağda erməni seperatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub. Bu barədə vəkil sosial şəbəkə səhifəsində məlumat verib və bildirib ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Tə...
publikaz_normalized
Amerikalı endokrinoloq, MD Rekha Kumar qocalana qədər formada qalmağın yollarını izah edib. Onun sözlərinə görə, orta və yuxarı yaşlarda arıqlamaq istəyənlər çətinliklər yaşaya bilər. Mütəxəssis qeyd edib ki, çəkinin artması, xüsusilə qarın nahiyəsində piylərin yığılması insulin müqaviməti, şəkərli diabet və ürək xəstə...
publikaz_normalized
Oktyabrın 6-da...":"Oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
publikaz_normalized
Fransanın xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalar, o cümlədən Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqının missiyasının mandatının gücləndirilməsi barədə fikirləri rəsmi Parisin Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu, Ermənist...
publikaz_normalized
Əhaliyə xəbərdarlıq edildi":"Gümrü meriyası şəhər sakinlərinə 102-ci bazada keçiriləcək təlimlərlə bağlı xəbərdarlıq edib. Məlumatda qeyd olunur ki, oktyabrın 4-də saat 09:30-dan 16:30-dək bazanın poliqonunda təlimlər keçiriləcək, ona görə də şəhərdə atışma səsləri eşidilə bilər.
publikaz_normalized
əcnəbilər üçün vergi güzəştləri ləğv edilir":"Portuqaliya prioritet sahələrdə işləməyə gələn gələn əcnəbilər üçün vergi güzəştlərini ləğv edəcək. Bildirilir ki, bu sxem 2009-cu ildən qüvvədədir və Portuqaliyada prioritet sahələrdə - məsələn, həkim və ya müəllim kimi işləyənlər üçün qazanılan gəlirə görə 20% xüsusi verg...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı rejimin terrorçuları bir-bir Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilir. Onlardan bəziləri barədə həbs qəti imkan tədbiri seçilib. Bəzilərinin isə sorğusu davam etdirilir. Qeyd edək ki, ən son dünən Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi...
publikaz_normalized
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib. Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral ...
publikaz_normalized
Avropa ABŞ-dan asılılığını azaltmalıdır. Məlumata görə, prezident bunu Brüggedə Avropa Kollecində yeni tədris ilinin açılış mərasimində çıxış edərkən deyib. “NATO-nun təhlükəsizlik təminatçısı kimi dominant rolu artıq Avropanın öz müdafiə öhdəliklərinə laqeyd yanaşması anlamına gəlməməlidir. Birləşmiş Ştatlardan asılıl...
publikaz_normalized
Hollivud aktyoru Tom Henks görüntülərinin onun icazəsi olmadan süni intellekt tərəfindən yaradılan treylerdə istifadə edilməsi barədə izləyicilərini xəbərdar edib. Mənim süni intellekt versiyamı əks etdirən diş müalicəsini təbliğ edən bir video var. Mənim bununla heç bir əlaqəm yox idi",- deyə yazıb. Henks onun görüntü...
publikaz_normalized
Qarabağda separatçı-terrorçulara qarşı keçirilən 24 saatlıq antiterror tədbirlərindən bir neçə gün öncə Türkiyədə məxfi görüş keçirilib. Nəşr yazır ki, ABŞ, Avropa İttifaqı və Rusiyanın yüksək rütbəli rəsmiləri Türkiyədə keçirilən məxfi görüşdə Qarabağdakı vəziyyəti müzakirə edib. “Bu görüş Ukrayna müharibəsinin başlan...
publikaz_normalized
Lui Van Qal “Ayaks”da işləməyə razılıq verib. Niderland millisinin sabiq baş məşqçisi yeni işi ilə bağlı bunları deyib: “Ayaks”a kömək etmək istəyirəm. Hazırda həyatımın çox hissəsini Portuqaliyada keçirirəm və bu, mənim məsləhətçi kimi roluma çox uyğun gəlir. Futbol biliklərimi müşahidə şurasına təqdim etməyə hazıram....
publikaz_normalized
Futbolu sallaqxanaya çevririblər":"Latsio"nun baş məşqçisi Mauritsio Sarri maraqlı açıqlama verib. Təcrübəli mütəxəssis bu barədə "Football Italia"ya açıqlama verib: “Qurumlar futbolu sallaqxanaya çevririblər. Heç kim baş verənlərə qarışmır. Pulunu al və qaç" - yaranmış vəziyyət bunu xatırladır. Üstəlik, pul heç Seriya...
publikaz_normalized
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə dəfn edilib. xxx" "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi keçirilir. Mərasimdə SOCAR rəsm...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün dünyasını dəyişmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib. X.Yusifzadə vida mərasimindən sonra Fəxri xiyabanda dəfn ediləcək. Əklil də xiyabana aparılacaq. Qeyd e...
publikaz_normalized
Baqiri Qriqoryana təklif etdi ki...":"İran Ermənistan və Azərbaycan sərhədlərinə öz müşahidəçilərini göndərməyə hazırdır. Onun sözlərinə görə, Tehran Qafqaz regionunda gərginliyin azaldılmasına töhfə verməyə hazırdır. Cənubi Qafqazda baş verən hadisələrin regionun təhlükəsizliyinə təsir etdiyini deyən Baqeri qeyd edib ...
publikaz_normalized
3 oktyabr tarixində Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik". Bildirilib ki, 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləv...
publikaz_normalized
Rusiya Daxili İşlər Nazirliyi Ukraynada döyüşən gürcü legionunun rəhbərini axtarışa verib. Mamulaşvili ölkənin maraqlarına zidd olaraq qanunsuz silahlı qruplaşmaya muzdlular cəlb etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
publikaz_normalized
“Coffee N Joy” markası Türkiyənin məşhur musiqi qrupu olan “Pinhani”nin Bakıda keçirilən ilk konsertinin baş sponsoru olub. Sevilən mahnıları ilə çıxış edən qrupun konserti “Elektra Events Hall”da baş tutub. Müxtəlif qəhvə çeşidi ilə qəhvəsevərlərin sevimli markasına çevrilən “Coffee N Joy” sosial media üzərindən də is...
publikaz_normalized
Gələcəyimizi yarımcan edən MƏKTƏB BUFETLƏRİ":"Araşdırmalar müntəzəm və balanslı səhər yeməyinin şagirdlərin məktəbdəki uğuruna müsbət təsir etdiyini göstərir. Bu səbəbdən mütəxəssislər məktəb yaşlı uşaqların 3 əsas yemək və 2-3 qəlyanaltı yeməyini çox vacib olduğunu vurğulayırlar. Məktəblilərdə öyrənmə və qavrama funks...
publikaz_normalized
Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Qeyd edək ki, bu vəzifədən əvvəl Turxan Süleymanov Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsini tuturdu. Turxan Süleymanovdan əvvəl Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzif...
publikaz_normalized
2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra təslim olmaq məcburiyyətində qalan qanunsuz separatçı rejim tarix səhnəsindən silindi. Başa ç...
publikaz_normalized
Rumıniyanın “Rapid” klubunun sahibi Dan Şucu ölkəsinin mətbuatına açıqlamasında Adrian Mutunun yay fasiləsində “Neftçi”nin “sükanı arxasına” keçməsini dəyərləndirib. “Xəyanətkarlıq barədə danışmaq asandır. Ancaq yüksək iqtisadi təzyiqi və beş-altı dəfədən çox maaş məsələsini də nəzərə almaq lazımdır. Mutu ilə qalması ü...
publikaz_normalized
Türkiyə Böyük Millət Məclisinin sədri və Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) dönəm sədri Numan Kurtulmuş, “Müstəqil türk dövlətlərinin hər sahədə birlik və bərabərlik içində apardıqları birgə işlər qardaş türk xalqlarının gələcəyi üçün ən mühüm sərmayədir" qiymətləndirməsini edib. Mesajında ​​3 oktyabr 2...
publikaz_normalized
Andre Onana “Mançester Yunayted” azarkeşlərinin qəzəbinə tuş gəlib. Kamerunlu qolkiperin sosial media hesablarına hücum edən ingilis azarkeşlər 30 dəqiqə içərisində 140 min mesaj yazıblar. Onlar çərçivə qoruyucusunu tənqid edərək, baş məşqçi Erik ten Haqın səhv qərar verdiyini iddia ediblər. Futbolsevərlər komandanın t...
publikaz_normalized
Xəbər verdiyimiz kimi Qarabağda qondarma rejimin “prezidenti” olmuş Araik Arutyunyan ötən gün saxlanılaraq Bakıya gətirilib.
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sü...
publikaz_normalized
Araşdırma başladı":"Qroznıdakı 1 saylı istintaq təcridxanasında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov tərəfindən ictimai fəal Nikita Juravelin döyülməsi ilə bağlı araşdırma başlayıb. Nəşrin əlində olan sənədlərə əsasən, araşdırmanı Qroznı şəhərinin Axmatovski rayonunun 1 saylı polis bölm...
publikaz_normalized
Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
publikaz_normalized
Kabardin-Balkarda məktəbli qızları hicab taxdıqlarına görə dərsə buraxmayıblar. Qeyd edilir ki, respublikanın üç qəsəbəsinin sakinləri uşaqların dərsə buraxılmamasından şikayətçidirlər. Məlumata görə, sosial şəbəkələrdə valideynlərin qəzəbini əks etdirən foto və videolar paylaşıldıqdan sonra yerli hakimiyyət qızların d...
publikaz_normalized
Onlar güllələnməlidir":"ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, oğrular güllələnməlidir. “Əgər bir mağazanı soyarsansa, güllələnməyə hazır olmalısan” Tramp deyib. Nəşrin jurnalistləri qeyd ediblər ki, ictimaiyyət onun təklifinə coşqu ilə reaksiya verib. İddia olunur ki, görüşdə iştirak edənlər yerlərindən qalxa...
publikaz_normalized
Azərbaycan lideri İlham Əliyev İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasına qatılmaqdan imtina edib. Hələ ötən gün AB-dən verilən açıqlamada görüşün dəqiqləşmədiyi, Şarl Mişelin tərəflərlə görüşün təşkili üçün danışıqları davam etdirdiyi, nəticənin bu gün bəlli olacağı açıqlanmışdı....
publikaz_normalized
2028-ci ildə futbol üzrə Avropa çempionatı Böyük Britaniya və İrlandiyada keçiriləcək. Bunu rəsmi təsdiqi isə oktyabrın 10-da Nyonda keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında açıqlanacaq. Məlumata görə, iqtisadi problemlər fonunda Türkiyə əsas Avropa futbol turnirinə ev sahibliyi etmək təklifindən imtina edib. Am...
publikaz_normalized
Atamın son sözü o oldu ki, yaxşıyam, məndən narahat olmayın". O, vida mərasimində atası ilə son telefon danışığından bəhs edib: Həmişə deyirdi ki, yaxşı oxuyun və yaxşı insan olun. Son günlər tez-tez danışırdıq. Son danışığımızda isə dedi ki, hər şey yaxşıdır". Qeyd edək ki, Xoşbəxt Yusifzadə dünən 93 yaşında vəfat edi...
publikaz_normalized
Xəbərdarlıq edildi - FOTOLAR":"Kərim Adeyemi 2022-ci ilin iyulunda 30 milyon avroya "Zalsburq"dan "Borussiya"ya (Dortmund) transfer edildi. Arılar"ın baş məşqçisi Edin Terziç bununla komandasının hücum xəttindəki problemlərinin həll ediləcəyini düşünürdü. Amma çox çəkmədi ki, almaniyalı forvardın özü problemə çevrildi....
publikaz_normalized
“Kia” və “Hyundai” avtomobil istehsalçıları Rusiya bazarını tərk etmək fikrində deyillər. Nümayəndəlikdən bildirilib ki, “Kia” Rusiya və MDB şirkəti fəaliyyətini davam etdirir. Onlar aydınlaşdırıblar ki, diler mərkəzləri və xidmət sahələri də fəaliyyətini davam etdirəcək. Bundan əlavə, şirkət əlavə edib ki, maşınlara t...
publikaz_normalized
Sentyabrın 28-də vəfat etmiş Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevaya mahnı ithaf olunub. Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. O, sentyabrın 28-də vəfat edib. Mərhum ll Fəxri xiyaband...
publikaz_normalized
İlk beşliyə daxil oldu":"Vinisius Junior “Real”ın məhsuldar futbolçuları sırasında ilk beşliyə daxil olub. Bununla da braziliyalı oyunçu qitənin bir nömrəli klub turnirində ən çox qol vuranlar arasında həmyerlisi Roberto Karlosa çatıb. “Real”ın heyətində Kriştiano Ronaldo (105), Kərim Benzema (78), Raul (66) və Fernand...
publikaz_normalized
Get mətbəxdə məşğul ol":"Dövlət Duması Simonyanı Sibir üzərində “nüvə bombası” ilə bağlı fikirləri ilə mətbəxə göndərib. Prusakova cavab videosunda deyib: Biz, sibirlilər, Simonyanın övladlarında kompleksləri aradan qaldırmaq üçün termonüvə partlayışı yaratmaq fikrini dərin təhqir kimi qəbul etdik". Deputat onu da xatı...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Quba rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı ...
publikaz_normalized
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində suveren ərazilərimizdə yaratdığı qondarma separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həbsinə etiraz olaraq 4 oktyabr tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyirik. Sözügedən bəyanat Ermənistanın Azərbayca...
publikaz_normalized
2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və o vaxt ölməkdə olan “artsax” layihəsini dirçəltmək məqsədi ilə Xankəndiyə göndərilən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan indi Azərbaycan istintaq orqanlarına çoxsaylı cinayətləri, o cümlədən xaricdəki “etibarlı əlaqələri” barədə çox fəal ifadə verir. “Bel...
publikaz_normalized
Türkiyə AÇ-ni bu ölkəylə təşkil edəcək":"Türkiyə futbol üzrə Avropa çempionatını təşkil etmək istəyindən geri çəkilməyib. Bildirlir ki, 2028 və 2032-ci ildə keçiriləcək turnirlərdən birini qəbul etməyi düşünən Türkiyə Futbol Federasiyası (TFF) seçimini edib. Qurum Avro-2028-i deyil, bundan 4 il sonra yarışı qəbul etmək...
publikaz_normalized
Separatçıların sonuncu başçısı Samvel Şahramanyan Ermənistandadır. O, internetdə Şahramanyan silahlı şəxslərin əhatəsində olduğu şəklini də paylaşıb. Maraqlıdır, Şahramanyan Ermənistanda silahlı şəxslərin əhatəsində niyə gəzsin? Məlumat həqiqətdirsə, böyük ehtimalla, onu qorumaq üçün silahlı dəstəni Ermənistan hakimiyy...
publikaz_normalized
Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsinin səbəbi Fransa və Almaniyanın Türkiyənin masada iştirakına qarşı çıxmasıdır, hərçənd, yeganə səbəb bu deyil. Bu gedişin iki mümkün hədəfi var: Birincisi, Ermənistanın üstünlük qazanmaq imkanının əlindən alınmasıdır; İrəvan kommunikasiyanın açılması və sərhədin...
publikaz_normalized
5 ukraynalı...":"İtaliyada ağır avtobus qəzası ilə bağlı məlumat vermişdik. Bununla bağlı yeni məlumatlar yayılıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Müəyyən edilib ki, avtomobil 30 metr hündürlükdən düşərək yanıb. Hadisə yerinə gələn şəhər meri avtobusun sərnişinlərinin yerli düşərgəyə gedən turistlər olduğunu ...
publikaz_normalized
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar. Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatla...
publikaz_normalized
Torpağa "əkilən" gəlinliklər - FOTO":"Sivasda Tavra dərəsi yaxınlığında olan gəlinliklər hamını təəccübləndirib. Həmin ərazidə onlarla gəlinlik var, lakin onları ora kimin və nə vaxt atdığı məlum deyil. Əraziyə naməlum şəxs tərəfindən 40 gəlinlik atılıb. Bölgədə gəzinti zamanı gəlinliklərə rast gəldiyini deyən Volkan E...
publikaz_normalized
Prokuror özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevə 13 il iş istəyib. Qeyd edək ki, Aqil Babayev zərərçəkmişlərə 2 milyon 500 min manat miqdarında ümumilikdə ziyan vurub. İttihama görə, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam ...
publikaz_normalized
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş və özünü Milli Məclisin əməkdaşı kimi təqdim edən şəxs həbs edilib. Onun barəsində Səbail rayon Polis idarəsində araşdırılan cinayət işi üzrə 5 fakt müəyyənləşib. Belə ki, Faiq Seyidov tanışına yalandan Milli Məclisin əməkdaşı olduğunu deyərək ona Yasamalda tikilən sosial b...
publikaz_normalized
ertəsi gün...":"Braziliyada 27 yaşlı qadın falçının ona tezliklə öləcəyini söyləməsindən bir gün sonra dünyasını dəyişib. Məlum olub ki, qadın falçının verdiyi şokoladı yedikdən sonra qəfil xəstələnib. Yaşlı qadın Pintoya falına baxa biləcəyini deyib. Təklifi qəbul edən Pintonun əl falına baxan qadın ona, bir neçə gün ...
publikaz_normalized
“Azercosmos” ASC-nin təşkilatçılığı ilə Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və STEAM İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə 80 şəhid övladının dünyaca məşhur astronavtlarla görüşü keçirilib. İnteraktiv mühitdə keçən görüş zamanı astr...
publikaz_normalized
ABŞ-ın dövlət borcu 33,442 trilyon dollar təşkil edib. Son 24 saat ərzində ABŞ-ın dövlət borcu 275 milyard dollar artıb. Rusiyanın bütün dövlət borcu 2023-cü il sentyabrın 1-nə 25,6 trilyon rubl və ya 267,3 milyard dollar təşkil edib. İlin əvvəlindən 2,8 trilyon rubl artıb, dollar ifadəsində isə 57,1 milyard azalıb.
publikaz_normalized
Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsi rəsmi Bakının suveren hüququdur. "Publııika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib. Xatırladaq ki, Azərbaycan prezidenti İ...
publikaz_normalized
Bu, məsuliyyətsiz addımdır":"Moskva sərhədlərə yaxın hərbi təlimlərə görə Tokioya etiraz edib. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova deyib. “Oktyabrın 2-də Yaponiyanın Rusiyadakı səfirliyinə sentyabrın 14-dən 23-dək Hokkaydo adasında genişmiqyaslı Yapon-Amerika ...
publikaz_normalized
Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi şəhərində dron pilotu gecə saatlarında işıqlı binalara baxarkən meteorit düşüb. Gecəni işıqlandırarkən, alov topuna çevrildikdən saniyələr sonra yoxa çıxıb. Bu görüntülər dron tərəfindən qeydə alınıb.
publikaz_normalized
Qarabağ" AL-in 5-cisidir - FOTOFAKT":"UEFA, Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adlarını açıqlayıb. Azərbaycan təmsilçisi 5-ci pillədə qərarlaşıb. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın dördündə q...
publikaz_normalized
“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla bağlı qərar verib. İngiltərə klubunun rəhbərliyi mütəxəssisə hələ də güvənir. Mövsümün startındakı 10 matçda alınan 6 məğlubiyyət azarkeşlərin qəzəbinə səbəb olsa da, rəhbərlik uğursuzluqda baş məşqçini qınamır. Mançesterlilər Ten Haqı komandanı inkişaf etdirmək üçün ide...
publikaz_normalized
Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur Sausan Cəfərovanın "Youtube" layihəsində qonaq olub. O bildirib ki, 3 ay İstanbulda müalicə alıb: Bunu heç yerdə danışmamışam. Məndə limfoma (limfa düyünlərinin şişi) aşkarlandı. İndi danışmağım mənim kimi olan hansısa bir qıza mənəvi dəstək...
publikaz_normalized
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi davam edir. Plana uyğun olaraq hərbi gə...
publikaz_normalized
Fransa XİN rəhbərinin dünən İrəvana səfəri çərçivəsində səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, onun təmsil etdiyi dövlət Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Əvvəllər olduğu kimi, bu dəfə də Fransadan qərəzli ifadələr eşitdik. Xanım nazirin ermənilərin Qarabağdan köçməsi ilə ba...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib. Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının...
publikaz_normalized
narkotik ticarətinə görə":"Marsel Universiteti fakültənin yerləşdiyi binanın yaxınlığında narkotik ticarəti şəraitində tələbələrin təhlükəsizliyini təmin edə bilmədiyi üçün İqtisadiyyat fakültəsini bir həftə müddətinə bağlayacaq. Qəzet universitetin prezidentindən sitat gətirib: “Bir çox aylar davam edən narahatlıq və ...
publikaz_normalized
Fransa işə qarışsa...":"“Fransa Avropa Birliyinin strateji hissəsi və güclü geosiyasi meyllərə malik bir ölkəsi kimi Cənubi Qafqazda nüfuz sahibi olmaq istəyir. Digər tərəfdən ölkədə altı yüz minlik erməni diasporu var. Fransa bir növ diasporanın gözləntilərinə cavab verməlidir”. Ekspert bildirib ki, Fransa Cənubi Qafq...
publikaz_normalized
Qeyd edək ki, “Politico” qəzeti ABŞ, Aİ və Rusiya Federasiyasının rəsmilərinin Azərbaycanın anti-terror tədbirlərinin başlamasına iki gün qalmış Türkiyədə görüş keçirərək, Azərbaycana təzyiq etmək üçün müzakirələr aparması barədə məlumat yayıb. Mehti Kamiloğlu" " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " ...
publikaz_normalized
Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən Qazax rayonunun Məzəm kəndində fəaliyyəti dayandırılan uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verilib. Bildirilib ki, Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və s...
publikaz_normalized