text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Oktyabr ayında mütləq bunları yeyin":"Payızın gəlişi ilə mətbəxlərdə minerallarla zəngin tərəvəz və meyvələr öz yerini tutmağa başlayıb. Bundan əlavə, oktyabr ayında balıq mövsümü öz yerini alır. Bəs oktyabr ayında hansı qidaları yemək lazımdır? Balıq" "Tərkibində omeqa-3 yağ turşuları olan palamut ürək-damar sağlamlığ...
publikaz_normalized
Munqi Bavendi, Lui Brus və Aleksey Ekimov "kvant nöqtələrinin kəşfi və sintezi"nə görə 2023-cü il kimya üzrə Nobel mükafatını qazanıblar. Müvafiq olaraq, alimlər Munqi Bavendi, Lui Brus və Aleksey Ekimov “kvant nöqtələrinin kəşfi və sintezi”nə görə mükafata layiq görülüblər. "İsveçli Alfred Nobelin vəsiyyətinə uyğun ol...
publikaz_normalized
Qadın və kişi münasibətləri üzrə məşhur kouç Adil Yıldırımın sözlərinə görə, evli kişilərlə görüşən qadınlar onların "Özümü toparlayım, boşanacağam" deməsinə aldanmamalıdır. Kişilərin münasibətlərdə daha rahat olduqlarını qeyd edən Yıldırım əlavə edib ki, bu tip kişilər həm boşanmaq istəmirlər, həm də kənarda başqa bir...
publikaz_normalized
Prezident İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib. Hörmətli cənab Muizzu," "Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Maldiv dostluq əlaqələri daha da...
publikaz_normalized
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibində dəyişiklik edilib. Dəyişikliklə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibində “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidm...
publikaz_normalized
dərhal və qəti cavab veriləcək":"Cənubi Koreya prezidenti Yun Suk Yol bəyan edib ki, Şimali Koreyanın istənilən təxribatına qarşı ölkəni müdafiə etmək üçün “dərhal və qətiyyətlə” cavab vermək qabiliyyətlərini gücləndirəcəklər. Cənubi Koreyanın təhlükəsizliyinin daxildən və xaricdən təhdid altında olduğunu bildirən Yoon...
publikaz_normalized
Rusiya Federasiyası Türkiyə, Braziliya və Cənubi Afrikaya yeni kosmik stansiya layihəsində iştirak etməyi təklif edib. Bu ölkələrin nümayəndə heyətləri təklifi müsbət qarşılayıb və maraqlarını ifadə ediblər. Forum çərçivəsində ikitərəfli danışıqlar göstərib ki, rus kosmonavtlarına və Rusiyanın nailiyyətlərinə maraq çox...
publikaz_normalized
Qarabağdakı erməni terrorçularından Vitali Balasanyanın Azərbaycan dilində danışdığı görüntüləri yayılıb.
publikaz_normalized
Bu gün qalereyamda bir neçə gün öncə çəkilmiş bu videoya rastladım. Və düşündüm ki, gec də olsa, sizinlə həyatımın bu anını paylaşmalıyam. Məlum səbəblərdən 2 həftədən çoxdur ki, səhifəmdə heç nə paylaşa bilmirdim. Əminəm, siz də o əhvalda deyildiz, eyni mənim kimi. Ancaq videoya baxdım və şamları üfürəndə tutduğum arz...
publikaz_normalized
Ermənistan Respublikasında hakimiyyət dəyişikliyinin olub-olmayacağına nə müxalifət, nə də başqası qərar verə bilməz. Yalnız və yalnız Ermənistan Respublikasının xalqı tərəfindən qərar verilir. Bunu Ermənistan xalqı həll edir. Xalq qərar verərsə, bu gün və sabah hakimiyyət dəyişikliyi edə bilər”, - o əlavə edib.
publikaz_normalized
Özünü ələ al":"Kimisə sevinən, məmnun, uğurlu, gülümsəyən, coşan, rəqs edən, varlı, bahalı, gözəl, lüks və xoşbəxt görməkdən qıcıq olursansa, sən paxılsan. Bununla, bu cəhətinlə mütləq mübarizə apar. Bu cəhət səni dala çəkir, inkişafdan saxlayır, öz motivasiyanı soyudur, işgüzarlığını düşürür və ən pisi sənin həyat ene...
publikaz_normalized
Aparıcı Xoşqədəm Hidayətqızı təhdid edilir. "O, Zemfira adlı qadının qızı Sevdanın tapılması üçün verilişə müraciət etdiyini və axtarış zamanı təhdid olunduğunu açıqlayıb. "Mənim jurnalistlik fəaliyyətimə maneələr var. Rəsmi şəkildə verilişə müraciət edilib" - deyə X.Hidayətqızı bildirib.
publikaz_normalized
Baqajınızı evdən alacaqlar":"Fransız startapı Allthevey SITA texnologiyasından istifadə edərək Parisdən səyahət edən sərnişinlərə evlərindən və ya şəhərin mərkəzindəki oteldən qeydiyyatdan keçməyə, çantalarını buraxmağa və birbaşa təyinat yerinə çatdırmağa imkan verən yeni baqaj xidmətini istifadəyə verib. Şirkət həmçi...
publikaz_normalized
Nərimanov rayon Məhkəməsi ötən gün həbs edilən "Qazaxlı Alik"in oğlu Fuad Muradov haqqında həbs qərarı elan edib. Qeyd edək ki, F.Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1, 18...
publikaz_normalized
Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbs müddətini iki ay uzadıb. Qeyd edilib ki, növbəti məhkəmə iclası oktyabrın 18-i saat 15:00-da olacaq. Q.Xaçaturov keçmiş müdafiə naziri, parlamentin “Ayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və daha...
publikaz_normalized
Türkiyənin Milli Müdafiə Nazirliyində güc strukturları rəhbərlərinin toplantısı keçirilir. Məlumata görə, toplantıda Milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Milli İstihbarat Təşkilatının rəisi ...
publikaz_normalized
Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə) ixtisasına aldıqları ixtisasdan asılı olmayaraq, Dövlət Sərhəd Xidmətində xidmət edən ali təhsilli zabitlər Dövlət Sərhəd Xidmətinin Akademiyasının qəbul şərtlərinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.
publikaz_normalized
Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə məlumat yayıb. Bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegratio...
publikaz_normalized
Oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bildirilib ki, Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib. Telefon söhbəti əsnasında d...
publikaz_normalized
“Nar” ötən həftə yenilənmiş brend konsepsiyasının ardınca yeni kampaniyanın başlandığını elan edir. Bu kampaniya üç reklam çarxı vasitəsilə müxtəlif çeşidli sərfəli məhsul və xidmətləri nümayiş etdirmək üçün nəzərdə tutulub. Xatırladaq ki, brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq p...
publikaz_normalized
Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı artırılaraq 10-a, ixtisaslaşdırılmış gömrük idarələrini sayı isə 4-ə çatdırılıb. Pubılika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların...
publikaz_normalized
19:24" "Azərbaycanın gənc cüdoçusu Nizami İmranov Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında finala yüksəlib. Avropa çempionu, ardıcıl olaraq, Sanqvo O (Cənubi Koreya), Yohan Qomes (Kolumbiya), Amat Bakitjan (Qazaxıstan) və Kako Çapurişvilini məğlub edib. İmranov finalda yaponiyalı Yamato Fukuda il...
publikaz_normalized
Elm və Təhsil Nazirliyində yeni təyinat olub. Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb. O, həmçinin "Yüksəliş" müs...
publikaz_normalized
Fransanın erməni sakinlərinin məcburi köçürülməsi ilə bağlı iddiaları BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatları ilə ziddiyyət təşkil edir. Fransa azərbaycanlılara qarşı kütləvi deportasiyalar, hərbi cinayətlər və qırğınları heç vaxt diqqətə almayıb", - o deyib.
publikaz_normalized
Son 3 ildə Qarabağa (separatçılar nəzərdə tutulur - red.) 1 milyard dollardan artıq maliyyə yardımı etmişik. Paşinyan qeyd edib ki, son 3 il ərzində Qarabağdakı ermənilərin heç nəyə ehtiyacı olmayıb.
publikaz_normalized
Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir. “Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik və əlbəttə ki, kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - ...
publikaz_normalized
Azərbaycanda yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydaları təsdiqlənib. Qərara əsasən, yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat vasitəsi ilə görülən işin və sərf edilən yan...
publikaz_normalized
Xüsusi təyinatlılarımız Krım yarımadasına enərək rus əsgərlərini atəşə tutublar. İdarədən verilən yazılı açıqlamada Ukrayna ordusunun Krım yarımadasına eniş etdiyi bildirilib. Açıqlamada vurğulanıb ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin “Timur” Xüsusi Təyinatlı Dəstəsinin “Stuqni” və “Bratstva” xüsus...
publikaz_normalized
DÇ-2030 3 qitədə, 6 ölkədə keçiriləcək":"2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının açılış oyunları Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Bu gün, oktyabrın 4-də FİFA Şurasının iclası keçirilib və orada turnirin, oyunlara ev sahibliyi etmək üçün müraciət etmiş bütün ölkələrdə keçirilməsi qərara alı...
publikaz_normalized
Azərbaycanda elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müəyyən edilib. Qərara əsasən, elektron əmtəə-nəqliyyat qaiməsi - “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yük daşıma müqaviləsində ba...
publikaz_normalized
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi ön...
publikaz_normalized
Zəngəzur dəhlizi NATO-nun bazasına çevriləcək":"İran prezidenti İbrahim Rəisi Ermənistan və Azərbaycan nümayəndələrinə Zəngəzur dəhlizinin NATO-nun bazasına çevriləcəyini bildirib. “Ermənistan Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin xüsusi nümayəndəsi İran prezidenti İbrahim Rəisi ilə görüşüblər. Hər...
publikaz_normalized
Bu görüşdə üç xal qazanmaq istəyirik. Amma bir xal da bizə sərf edəcək. 51 yaşlı mütəxəssis hər iki komanda üçün vacib qarşılaşma olduğunu bildirib: Biz də bunu çox gözəl başa düşürük. Rəqibin özünəməxsus oyun üslubu var. Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Nətic...
publikaz_normalized
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-ü saat 16:00-a olan məlumatına əsasən Daşkəsəndə, Gədəbəydə, Gəncədə, Şəmkirdə, Ceyrançöldə, Balakəndə, Qəbələdə, Zaqatalada, Yevlaxda, Göyçayda, Sabirabadda, Lənkəranda, Astarada, Şəkidə, Qaxda, İsmayıllıda, Qobustanda, Qusarda, ...
publikaz_normalized
Ermənipərəst senator Robert Menendesin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürüb, lakin cinayət təqibindən yayınıb. Avtomobili senator Robert Menendesin gələcək həyat yoldaşı Nadin Arslanyan idarə edirdi. Daha sonra o, polisə yola çıxan şəxsi görmədiyini bildirib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop düny...
publikaz_normalized
Ermənistanda koronavirusa yoluxma sayı kəskin şəkildə artıb. Məlumata görə, son bir həftədə 217 COVİD-19 hadisəsi qeydə alınıb və bu, ötən həftə ilə müqayisədə 95 hal və ya 43,7% artım olduğunu göstərir.
publikaz_normalized
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib. - Qüdrət bəy, İran Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi deyib ki, İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək. Kamal Xərazinin bu iddiasına münasibətiniz nec...
publikaz_normalized
31 yaşlı yarımmüdafiəçi rəqibin sürətli və keyfiyyətli oyunçulara malik olduğunu bildirib: Yaxşı nəticə qazanaraq Azərbaycana xoşbəxt qayıtmaq niyyətindəyik". Zubir "Qarabağ"ın böyük klub olduğunu söyləyib: Biz də bunu dərk edirik və gözləntilərin çox olduğunu bilirik. Mən də məşqlərdə səylə çalışıram. İnkişaf etmək üç...
publikaz_normalized
Mən istisna edirəm ki, Avropa Ermənistanın suveren ərazilərini təslim etməyə razı olacaq. “Eyni zamanda, ola bilsin ki, nəqliyyat kommunikasiyalarının açılması məsələsində tərəflər Kalininqrad üçün Avropa üzərindən işləyən tranzit mexanizmindən istifadə etmək barədə razılığa gələ bilərlər. Amma bu, sonrakı danışıqlar m...
publikaz_normalized
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında iştirak edib. Qurbanov onun sualına belə cavab verib: “Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma ...
publikaz_normalized
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə oktyabrın 5-də Naxçıvan şəhərində “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçiriləcək. Sonda panelin icmalı, panelin qiymətləndirilməsi və bağlanış mərasimi keçiriləcək. Tədbirdə dövlət və öz...
publikaz_normalized
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK və ona bağlı terror təşkilatların hədəflərinə yeni zərbələr endirib. Hərbi Hava Qüvvələri İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçuların hədəflərinə zərbələr endirib. Sığınacaqlar, mağaralar və anbarlar da daxil olmaqla 22 hədəf məhv ...
publikaz_normalized
Oktyabrın 6-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfər edəcək. Səfər çərçivəsində İranla Azərbaycan arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək. Səfər zamanı iki öl...
publikaz_normalized
Londonda əfsanəvi futbolçu Devid Bekhem haqqında "Bekhem" sənədli serialının premyerası olub. Hadisə ilə bağlı ən vacib sitatlar "Daily Mail"də dərc edilib. Viktoriya Bekhem düz 20 il sonra Devid Bekhem və şəxsi köməkçisi Rebekka Loosun İspaniyada "Real"da oynayarkən yaxınlaşmalarından söz açıb. O etiraf edib ki, bu, h...
publikaz_normalized
Biz də çalışırıq ki, bu qlobal kosmik sənayedə öz payımız olsun. Buna görə də qlobal aktuallıq vacibdir. “Bu gün qlobal kosmik sənayenin həcmi 380 milyard ABŞ doları civarında qiymətləndirilir. Praqmatik fikirlərə görə, 2040-cı ildə bu göstərici 1 tilyon ABŞ dollarına çatacaq. Bu da onu göstərir ki, nə qədər ölkə sərma...
publikaz_normalized
ABŞ İrandan müsadirə etdiyi minlərlə silah və sursatı Ukraynaya təhvil verəcək. Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bu həftənin sonuna qədər belə addımı atacağını açıqlayacaq.
publikaz_normalized
“Beşiktaş”ın qış transferində heyətə cəlb etmək istədiyi ilk futbolçu bəlli olub. Bu barədə Türkiyə mətbuatı məlumat yyaım. Baş məşqçi Şenol Günəşin “10 nömrə” mövqeyi üçün ideal variant hesab etdiyi türk futbolçunun komandası ilə müqaviləsi mövsümün sonunda başa çatır. İstanbul klubu kiçik məbləğ qarşılığında 26 yaşlı...
publikaz_normalized
Macarıstanın Moskvadakı səfirliyi rusiyalı turistlərdən onlara verilən Şengen vizasını hansı məqsədlə istifadəsi barədə məlumat vermələrini tələb edib. Qeyd olunub ki, əvvəllər turistlər bu ölkəyə səfər etmək planlarını təsdiqləyir, gediş-dönüş biletləri alır və otel sifariş edirdi. Lakin turistlər Macarıstandan qayıtd...
publikaz_normalized
Xankəndidəki küçələrdən biri dahi Ukrayna şairi Taras Şevçenkonun adını daşımağa başlayıb. “Xankəndidə özünəməxsus "Ukrayna ləhcəsi" yaranıb: indi şəhərin küçələrindən biri böyük Kobzarın – Taras Şevçenkonun adını daşıyır. Bunu "Quql" yazır, bildiyiniz kimi, o hər şeyi bilir”, - deyə Kanevski yazıb. Qeyd edək ki, Xankə...
publikaz_normalized
Planlaşdırılan istirahət və əyləncəni təxirə salın":"Amma çətinlikilər də istisna deyil. Görüləsi işi təxirə salaraq əylənməyə, istirahət etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlara şübhə ilə yanaşmayın, bədgüman olmayın. Onların hamısı pis insan deyil. Günün ikinci yarısında başqalarının öhdəsindən gələ bilmədikl...
publikaz_normalized
azı 15 nəfər öldü":"ABŞ-da baş verən qar fırtınası nəticəsində azı 15 nəfər ölüb. Belə ki, ölüm hadisələri Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında kəskin hava şəraiti nəticəsində baş verən yol-nəqliyyat hadisələri nəticəsində qeydə alınıb. Kanada ilə həmsərhəd olan Nyu-Yorkun Eri qraflığında ...
publikaz_normalized
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək. “Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-27-də Sankt-Peterburq şəhərində işgüzar səf...
publikaz_normalized
Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər. “Vacib sual Zəngəzur dəhlizinin Ermənistandan keçib-keçməyəcəyidir. Dəhliz real coğrafi şərait nöqteyi-nəzərindən keçdiyi ərazilərin hər hansı biri üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə siyasi vas...
publikaz_normalized
Çinli astronavtlar kosmosdan etdikləri çıxışda 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresindən söz açıblar.
publikaz_normalized
Pakistanda keçmiş Baş nazir İmran Xanın vəkili onun məhkəməsinin saxlandığı həbsxanada keçirilməsinə qarşı çıxıblar. Lakin Xanın vəkillərindən Salman Səfdar Adiala həbsxanası qarşısında verdiyi açıqlamada Xanın məhkəməsinin bu şəkildə keçirilməsinə qarşı olduqlarını bildirib. Səfdar vurğulayıb ki, Xanın məhkəməsi məhkə...
publikaz_normalized
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından üç il ötür. Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə v...
publikaz_normalized
Ukrayna və İsveç təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlayır. D.Kuleba isveçli həmkarı Tobias Billströmlə danışıqlara başlamaq barədə razılığa gəldiklərini vurğulayıb. O, G7 Vilnüs bəyannaməsinə uyğun olaraq təhlükəsizlik zəmanətləri üzrə İsveçlə danışıqların aparılacağını qeyd edib.
publikaz_normalized
Ukrayna Ali Radasının deputatı Aleksandr Merejko amerikalı milyarder İlon Maskı ölkəsinə səfərə dəvət edib. “Mən onunla görüşməyə hazıram və əminəm ki, bir çox həmkarlarım onunla görüşmək istəyəcəklər”, - Merejko bildirib. O, Maskın Ukraynadakı real vəziyyətdən xəbərdar olmadığı qeyd edib. Merejkonun sözlərinə görə, əg...
publikaz_normalized
5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim ə...
publikaz_normalized
Vaşinqton 2023-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə İrana qarşı tətbiq edilən raket texnologiyalarının ixracına embarqonun müddəti bitdikdən sonra belə Tehrana qarşı məhdudiyyətləri saxlamaq niyyətindədir. Onun sözlərinə görə, ABŞ-ın İranın təhlükəli kəşflərinə, raket və dron texnolo...
publikaz_normalized
İraqın baş naziri Məhəmməd Əl-Sudani oktyabrın 10-11-də Moskvaya səfər edəcək. Qeyd olunub ki, Əl-Sudani oktyabrın 9-da İraqı tərk edəcək. O, oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putinlə ilə görüşəcək. Ertəsi gün isə işgüzar görüşlər keçirəcək.
publikaz_normalized
UEFA-nın vitse-prezidenti Karl-Erik Nilsson Rusiyanın gənclər komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verilməsindən danışıb. Onun fikrincə, bu qərar qəti deyil. Bununla belə, son günlər bir neçə şey haqqında düşünməyə vadar oldum. Rusiya gənclər komandası ilə bağlı yekun qərar çərşənbə axşamı, oktyabrın ...
publikaz_normalized
Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə iddialı olub. Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, FİFA 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququnu İspaniya, Portuqaliya, Mərakeş , həmçinin üç oyunun keçiriləcəyi Argentina, Uruqvay və Pa...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sü...
publikaz_normalized
Şabran rayonunda yanğın baş verib. Bildirilib ki, rayonun Çayqaraqaşlı kəndində ümumi sahəsi 76 kvadratmetr olan fermanın və bitişik sahəsi 32 kvadratmetr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülü...
publikaz_normalized
Ermənistan Fransdan hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparacaqmaq niyyətindədir. O qeyd edib ki, müqavilələr imzalanacağı təqdirdə Ermənistan avadanlıqların pulunu ödəyəcək. Hava hücumundan müdafiə Ermənistanın ən zəif tərəflərindən biridir. Bizə yeni keyfiyyət lazımdır”, - deyə Xaçatr...
publikaz_normalized
“WhatsApp”ın “iPhone” üçün son beta versiyasına zənglər zamanı istifadəçinin IP ünvanının qorunması funksiyası əlavə edilib. Bu funksiya sayəsində istifadəçilər səsli və videozənglər edərkən IP ünvanlarını gizlədə biləcəklər. Bu, fırıldaqçıların istifadəçinin IP ünvanını əldə etməsini və məsələn, onun yerini hesablamas...
publikaz_normalized
Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan həqiqətlərinin müsəlman dünyasına çatdırılmasına gözəl bir vəsilə olacaq. “İSESKO Azərbaycanda öz regional nümayəndəliyini açmağı planlaşdırır. Dünya Dini Liderlərinin Bakıda planlaşdırılan III Sammiti ilə bağlı İSESKO Qafqaz Müsəlmanlar...
publikaz_normalized
Məşhəd şəhərində yerləşən Vəkilabad həbsxanasında daha bir məhbus dar ağacından asılıb. Məlumata görə, edam olunan məhbus qəsdən adam öldürməkdə ittiham edilib. Qeyd edək ki, bir sıra ölkələrdə edam hökmü ləğv edilsə də, müasir dövrdə İranda ölüm hökmü hələ də qüvvədədir.
publikaz_normalized
Xəsarət alanlar var":Bakının Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Hadisə zamanı avtobusda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Abbasova Məlahət Əmir qızı və Abbaslı İsmayıl Badir oğlu xəsarət alıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və h...
publikaz_normalized
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub. Mərkəzi oyun Almaniyada gerçəkləşib. Dortmund "Borussiya"sı İtaliya təmsilçisi "Milan"la qolsuz heç-heçəyə razılaşıb. F qrupunun digər matçında "Nyukasl" İngiltərədə Fransanın PSJ komandasına qalib gəlib - 4:1. Turnirin son qalibi, İngiltərənin "Mançest...
publikaz_normalized
Azərbaycan əleyhinə təxribatçı çıxışları ilə tanınan Vladimir Solovyov "Stepanakert" əvəzinə Xankəndi yazmağa cəsarət edən Teleqram kanalının redaktorunu cəzalandıracağını vəd edib. Belə ki, Solovyovun verilişində həmkarlar arasında dialoq zamanı erməni bloger çəkingən şəkildə sözügedən faktla bağlı ona narazılığını if...
publikaz_normalized
ABŞ-ın keçmiş prezidenti və milyarder Donald Tramp son üç ildə ikinci dəfə “Forbes” jurnalının Amerikanın 400 ən varlı sakini siyahısına daxil edilməyib. Beləliklə, Trampın 400 ən varlı amerikalının siyahısına düşmək üçün təxminən 300 milyon dolları çatmayıb. “Forbes”in məlumatına görə, Trampın maliyyə itkilərinin əsas...
publikaz_normalized
Bakının Suraxanı rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
Ən qısa nikah Küveytdə qeydə alınıb. Bu nikah qeydə alındıqdan sonra cəmi üç dəqiqə davam edib. Boşanmaya səbəb bəyin gəlinə təhqiramiz şəkildə irad bildirməsi olub. O, gəlinin ayağı ilişdiyi üçün onu “səfeh” adlandırıb. Bu hadisə nəticəsində cütlük nikah qeydiyyata alındıqdan cəmi 180 saniyə sonra nikahın pozulduğunu ...
publikaz_normalized
Yoldaşım məni yuxudan oyatdı və dedi ki, qorxma, amma Emilin vəziyyəti pisləşir. Gecə 3-də onu gətirdilər, huşu özündə deyildi. Məni əvvəl tanımadı, başına sığal çəkib öpdüm. Dedim ki, atandır, baxdı və tanımadı. Sənətçi mərhum müğənni oğlu Emil Rəhmanoğlunun öləcəyini əvvəlcədən hiss etdiyini bildirib: Səhər 9-da rean...
publikaz_normalized
Aparıcı Saleh Bağırov İTV-də daha bir verilişə aparıcılıq edəcək. Veriliş oktyabrın 8-dən etibarən hər bazar günü təqdim olunacaq. Qeyd edək ki, Saleh Bağırov İTV-də yayımlanan “Ötən günlər” proqramında da aparıcılıq edir. Onun "Cümə axşamı" adlı daha bir verilişi oktyabrın 6-da izləyicilərin ixtiyarına veriləcək.
publikaz_normalized
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
Türkiyə Millisinin AVRO-2024-ün seçmə mərhələsində Xorvatiya ilə səfər matçının 13 min bilet​i 8 dəqiqəyə satılıb. Bildirilib ki, stadionda türkiyəli azarkeşlər üçün 5 % yer ayrılıb. Qeyd edək ki, görüş oktyabrın 12-də Xorvatiyanın Osijek şəhərində baş tutacaq.
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Bakı-Sumqayıt ş...
publikaz_normalized
Azərbaycanın Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov etimadnaməsini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təqdim edib. Səfir Qismət Gözəlov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırıb. Sərdar Berdiməh...
publikaz_normalized
Bu gün İsveç Akademiyası 2023-cü il ədəbiyyat üzrə Nobel mükafatının qalibini açıqlayacaq. Bu mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir. Qeyd edək ki, norveçli dramaturq Jun Fosse, keniyalı yazıçı və dramaturq Nquqi Va Thiongo, norveç yazıçısı və dramaturqu Daq Sulstad, hind əsilli britaniy...
publikaz_normalized
Ukrayna Polşa və Slovakiyanın dəstəyini itirib. Bu barədə Atlantik köşə yazarı Pyotr Kositski bildirib. Onun sözlərinə görə, Slovakiya parlamentinə keçirilən seçkilərdə “Smer” partiyasının qələbə qazanması Kiyev üçün ciddi problemə çevrilib. Bundan əlavə, Kositski aydınlaşdırıb ki, Kiyev və Varşava arasında münasibətlə...
publikaz_normalized
ABŞ prezidenti Cozef Bayden və xanımı Cill Bayden “Komandir” ləqəbli iti heyətə qarşı aqressiv davranışına görə Ağ Evdə saxlamamaq qərarına gəlib. Qeyd olunub ki, it artıq Amerika liderinin iş iqamətgahından çıxarılıb. 2021-ci ilin dekabrında Ağ Evə gətirilən it ABŞ Məxfi Xidmətinin əməkdaşlarına ən azı 11 dəfə hücum e...
publikaz_normalized
Bu gündən...":"Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Qeyd olunub ki, elektron sənəd qəbulu mərhələsi oktyabrın 5-dən 12-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 5-i saat 11:00-dan oktya...
publikaz_normalized
ona hansı vəd verilibmiş?":"Ermənistan mediası separatçıların “başçılarının” necə həbs edilməsi ilə bağlı yeni iddialar irəli sürüb. Nəşr yazır ki, ruslar bu separatçıları aldadıb. “Əldə etdiyimiz məlumata görə, Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan son ana qədər sülhməramlıların qərargahında olub. Onlara s...
publikaz_normalized
sunami gəlir":"Yaponiyanın İzu arxipelaqının cənubunda 6,6 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Epidemiya 10 kilometr dərinlikdə olub. Ehtimallara görə sunaminin hündürlüyü 1 metr olacaq. Əhalidən sahilə yaxınlaşmamaq tələb edilib. Dənizə yaxın olanlar təcili olaraq hündür yerə q...
publikaz_normalized
Biz dəli oluruq":"Ukrayna Makkartinin istefası ilə əlaqədar çaxnaşma içindədir. Məlumata görə, Kiyev açıq bəyanatlarında Amerikanın siyasi böhranının Ukraynaya təsirini azaltmağa çalışır. Lakin şəxsi söhbətlərdə qorxu və çaşqınlıq hökm sürür. Bu, fəlakətdir”, - deyə Ali Radanın deputatı İvanna Klimpuş-Tsintsadze deyib....
publikaz_normalized
Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FİFA referisi Sebastian Qishamer idarə edəcək. H qrupunun digər matçında "Bayer" Norveçdə "Molde"nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi "Hakken"i 4 cavabsı...
publikaz_normalized
Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər...
publikaz_normalized
Hansını seçəcək?":"Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane karyerasını La Liqada davam etdirə bilər. Mənbənin məlumatına görə, 27 yaşlı almaniyalı ilə "Barselona" və "Real" maraqlanır. Sane özü hələ Münhen klubunun nümayəndələri ilə gələcəyi ilə bağlı məsələni müzakirə etməyib. Sane 2020-ci ilin iyulunda "Mançester Si...
publikaz_normalized
Birbank Biznes-də yeni “Sürətli kredit” məhsulu təqdim edildi. Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan bu kredit 200 000 manatadək məbləğdə illik 12%-dən başlayan şərtlərlə təqdim olunur. “Sürətli kredit” müraciətin ardından cəmi bir iş günü ərzində tamamilə onlayn rəsmiləşdirilir. Biznes sahibləri “Sürətli kred...
publikaz_normalized
Rəqibi təhqir etdilər - FOTOLAR":"UEFA Çempionlar Liqasının oyununda qalmaqal yaşanıb. Qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən oyundan əvvəl Şotlandiya təmsilçisinin bir qrup fanat tribunada “Antifaşist Seltik” sözləri və italiyalı diktator Benito Mussolininin edam şəklini əks etdirən böyük pankart açıblar. ...
publikaz_normalized
Barselona"nın futbolçusu Lamin Yamal 29 illik rekordu yeniləyib. O, 16 yaş 83 günlüyündə komandanın start heyətində yer alıb. Bununla da Yamal Çempionlar Liqası tarixində əsas heyətdə meydana çıxan ən gənc futbolçu olub. İspaniya millisinin üzvü Selestina Babayaro məxsus rekordu yeniləyib. Nigeriyalı yarımmüdafiəçi 199...
publikaz_normalized
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,02 ABŞ dolları, yaxud 3,09 % azalaraq 94,79 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 86,42 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiy...
publikaz_normalized
Azərbaycan hərbçilərinin Xocalı şəhərində Dövlət Bayrağını qaldırması ilə bağlı görüntülər yayılıb.
publikaz_normalized
Rusiyada bir qadın 80 il beyninə iynə batırılmış vəziyyətdə yaşayıb. Qeyd edilir ki, həkimlər bunu qadının valideynlərinin uğursuz abort cəhdi ilə əlaqələndiriblər. Yəni ehtimal olunur ki, körpənin vəziyyətinin ağırlaşacağından qorxulduğu üçün bu addım atılıb. Rusiyanın Saxalin vilayətinin yerli səhiyyə idarəsi bildiri...
publikaz_normalized
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğu...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı 5 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Manata nəzərən avronun məzənnəsi 1.7885 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0617 manat, 1 Rusiya rublu 0.0170 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6352 manat olub.
publikaz_normalized