text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə icra edir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir-çox küçə və yollarda sadalanan işlər yekunlaşıb. Uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxi...
publikaz_normalized
“Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur. Qeyd edilib ki, bu cür dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir. Həmçinin, “Də...
publikaz_normalized
Təbii ehtiyacını...":"UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Porto" - "Barselona" oyununda (0:1) maraqlı hadisə yaşanıb. Futbolçusunun meydana qayıtmadığını görən baş məşqçi Xavi 9 dəqiqə sonra onu əvəzləmək məcburiyyətində qalıb. Oyundan sonra keçirilən mətbuat konfransında ispaniyalı mütəxəssis yaşanan hadisəyə...
publikaz_normalized
Albomundan oğurlamışdım":"Bu şəkili albomundan oğurlamışdım. Mirəli Qaşqayda yaşayırdız və Moskva səfərindən qayıtnışdın. Rəhmətlik Heydər Əliyevlə Kremlə getmişdiz. Buranın Kremlin dəhlizi olduğunu demişdin. Gözəl olduğun üçün hər bir operator şəkilini çəkirdi. Səndəki gözəlliyi ağlın daha cazib və sirli edirdi. Hə, ş...
publikaz_normalized
İngiltərə məhkəməsi xəstə ikən "vatsap" qrupundan çıxarılan işçinin ayrı-seçkiliyə məruz qaldığını deyərək ona 130 min funt sterlinq təzminat ödənilməsinə qərar verib. Məşğulluq tribunalı onu söhbətdən kənarlaşdırmaq qərarını ədalətsiz hesab edib və hakim Sara Corc bildirib ki, işçilərin başqaları ilə paylaşılan mesajl...
publikaz_normalized
Orbanın partiyası əhəmiyyətli dərəcədə dəstəyini itirib. Belə ki, Baş nazir Viktor Orbanın partiyasına xalq dəstəyi 35%-dən 30%-ə düşüb. Lakin araşdırmaya görə, "Fidezs"-ə dəstəyin azalması müxalifətin populyarlığının artması ilə paralel baş verməyib. Hesablamalara görə, Orbanın partiyası Avropa Parlamenti seçkilərində...
publikaz_normalized
2-ci tur başlayır":"Bu gün Avropa Liqasının qrup mərhələsinin II turunun oyunları keçiriləcək. Qrupun digər görüşündə "Molde" "Bayer"i qəbul edəcək. Fransada "Marsel" "Brayton"la üz-üzə gələcək, "Roma" isə "Servett"i sınağa çəkəcək. Bundan əlavə, "Frayburq" "Vest Hem"i, "Liverpul" isə "Yunion"u qəbul edəcək. qrup mərhə...
publikaz_normalized
“Unibank” 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri üçün sərfəli kredit kampaniyası keçirir. İndi bütün təhsil işçiləri “Unibank"a müraciət edərək, 30 min manatadək krediti aşağı faizlə götürə bilərlər. Oktyabrın 27-dək davam edən kampaniya çərçivəsində çoxvalyutalı UCard da hədiyyə olunacaq. ...
publikaz_normalized
47 yaşlı müğənni Gülşən yenə geyimi ilə olay yaradıb. O, üst hissəsi alt paltarını xatırladan qəribə şalvarı ilə diqqət çəkib. Sosial mediada yayılan kadrlar qısa müddətdə gündəm olub. Your browser doesn't support video.
publikaz_normalized
Apple" şirkətini belə aldadıblar":"ABŞ-ın San Dieqo şəhərində iki qardaş “Apple” şirkətinin saxta məhsullarını qüsurlu olduqlarını bəhanə edərək həqiqi məhsullarla əvəz ediblər. 8 il ərzində 10 min saxta "Apple" məhsulunu dəyişdirə bilən qardaşlar nəhayət yaxalanıb. Prokurorlar bildirib ki, Zhimin Liao 22 ştatda 105 "A...
publikaz_normalized
“21 sentyabr gününü yəqin xatırlayırsınız. Azərbaycan prezidenti, qələbəmizin memarı cənab İlham Əliyev uzaqgörən bir siyasətçi olduğunu bir daha ortaya qoydu”. O deyib ki, prezident çıxışında xüsusi olaraq vurğuladı ki, heç vaxt erməni xalqını ittiham etmədik, bu xalqı fəlakətə sürükləyən və bizim xalqa qarşı vəhşilik...
publikaz_normalized
Yürgen Klopp “Tottenhem” – “Liverpul” matçının yenidən keçirilməsini istəyir. İngiltərə Premyer Liqasının son turunda baş tutan qarşılaşma hakimlərin qonaqlara qarşı ardıcıl kobud səhvləri ilə yadda qalıb. “Tottenhem” 9 nəfərlə qalan rəqibini son dəqiqə qolu ilə məyus edib. Sonradan VAR hakimlərinin kobud səhvləri üzə ...
publikaz_normalized
10:35" "Rusiya sülhməramlıları 1 noyabr 2023-cü il tarixində Qarabağdan tamamilə çıxacaq. Badalyan iddiası ilə bağlı əlavə heç nə qeyd etməyib. Onun Rusiyaya yaxın şəxs kimi tanınması bu iddiaya xüsusilə diqqət çəkir, istisna deyil ki, erməni bloqer informasiyanı mənbələrindən əldə edib. Bu iddia “Rusiya sülhməramlılar...
publikaz_normalized
55 dənizçi öldü":"Çinin nüvə enerjili sualtı qayığının Sarı dənizdə düşmən sualtı qayıqları üçün qurulan tələyə düşərək dənizin dibində qalması və 55 nəfərlik heyətinin həyatını itirdiyi iddia edilib. Kəşfiyyat hesabatında, Çin tərəfindən ABŞ və müttəfiqlərinin sualtı qayıqları üçün qurduğu tələyə düşən qayığın 6 saat ...
publikaz_normalized
ABŞ da təsdiqlədi":"ABŞ Dövlət Departamenti Azərbaycanın antiterror əməliyyatından əvvəl ABŞ-ın yüksək rütbəli diplomatları ilə bağlı mətbuatda dərc olunan məlumatı təsdiqləyib. ABŞ Dövlət Departamenti öz cavabında bildirib: “Sentyabrın 17-də İstanbulda keçirilən görüş Qarabağda təcili humanitar ehtiyaclar məsələsinin ...
publikaz_normalized
Mahsun Kırmızıgülün ssenarisi əsasında və özünün rejissorluğu ilə çəkilən "Prestij məsələsii" filmi tezliklə "Prime Video" platformasında nümayiş olunacaq. Ekran işinin fraqmanını paylaşan məşhur bildirib ki, film bioqrafik xarakter daşıyır. Məni mən edən xatirələrə əsaslanan unikal bir musiqi dövrünü izah etmək üçün "...
publikaz_normalized
Səs eşidirmiş ki...":"Tailandda ticarət mərkəzində silahla atəş açaraq iki nəfərin ölümünə səbəb olan 14 yaşlı oğlana qarşı “qəsdən adam öldürmə” də daxil olmaqla bir çox ittihamlar irəli sürülüb. Məhkəmə uşağın müdafiə olunmadan psixiatrik müalicə alacağı Galya Rajanaqarindra İnstitutuna göndərilməsi tələbini rədd edi...
publikaz_normalized
Arayik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib. Qeyd olunub ki, Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Baş Prokur...
publikaz_normalized
Yaroslav Rakitski Çempionlar Liqasında qol vuran ən yaşlı ukraynalı olub. Rakitski “Antverpen”lə səfər matçının 71-ci dəqiqəsində fərqlənib. O, bunu 34 yaş 62 günlüyündə bacarıb. Əvvəlki rekord 33 yaş 36 günlüyündə fərqlənən Andrey Şevçenkoya məxsus olub.
publikaz_normalized
Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsilverənləri təbrik edib. “Övladlarımızın uğurlarında, xalqımızın zəfərlərində əməyiniz danılmazdır. Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, gördüyünüz şərəfli işdə yeni nailiyyətlər arzulayıram”, - təbrikdə...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən birgə xüsusi təlim keçirilib. Bildirilib ki, təlim Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələ...
publikaz_normalized
Oktyabrın 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Qar örütüyünün hündürlüyü Şahdağda 16 sm olub. Düşən yağıntının miqdarı Lənkəranda 90 mm (aylıq normanın 36%-i), Göyçayda 53 mm (aylıq...
publikaz_normalized
“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Mançester Yunayted”lə oyunundan (3:2) sonra Britaniya hakimiyyətini hörmətsiz davranışda ittiham edib. “İngiltərənin İstanbuldakı baş konsulluğundan viza almaqda oyunçularımızın, texniki heyətimizin və komanda üzvlərimizin yaşadıqları çətinliklərlə başl...
publikaz_normalized
Paxlava satırdı":"Forbes" jurnalının açıqladığı ABŞ-ın 400 nəfərlik ən zəngin şəxslərinin siyahısına 18 yeni milyarder daxil edilib. Bu il İlon Mask 251 milyard dollarla ümumi sərvəti 4,5 trilyon dollar olan zənginlər siyahısında birinci yeri tutub. Maskdan sonra 160 milyard dollarla “Amazon”un sahibi Ceff Bezos, üçünc...
publikaz_normalized
Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Qalib UEFA-nın rəsmi saytında futbolsevərlər arasında keçirilən səsvermədə müəyyənləşəcək.
publikaz_normalized
Cari il oktyabrın 3-də Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib. Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdl...
publikaz_normalized
Sosial mediada aktiv olmağı sevən Xalq artisti, iş adamı Emin Ağalarov dostu ilə illər əvvəl çəkilən görüntülərini bölüşüb. Sözügedən görüntülər maraqla qarşılanıb. " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "...
publikaz_normalized
Bazarda rəqabəti pozan, süni şəkildə qiymətlərə təsir edən sahibkarlarla bağlı cərimələr nəzərdə tutulur. Belə ki, Rəqabət Məcəlləsinə əsasən, məhz bazardakı tarazlığa öz mövqeyindən istifadə edib təsir göstərən sahibkarlarla bağlı dövriyyəsinin 3, 5 və 10 faizi həcmində cərimələrin tətbiq edilməsi nəzərdə tutulur. O b...
publikaz_normalized
Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək. Milli komandamızın üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Kosovoda "Ballkani"nin qonağı olacaq. Türkiyə təmsilçilərindən “Beşiktaş” “Luqano”nu qəbul edəcək. “Fənərbaxça” isə Trnava “Spartak”ının qonağı olacaq. qrup...
publikaz_normalized
“WhatsApp”ın “iOS” və “Android” üçün olan son beta versiyasına zənglər zamanı istifadəçinin IP (internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı) ünvanının qorunması funksiyası əlavə olunub. Bu, funksiya fırıldaqçıların istifadəçinin IP ünvanını əldə etməsini və məsələn, onun yerini ta...
publikaz_normalized
Futbol yarışı keçiriləcək?":"FIFA-nın dəstəyi ilə Daşkənddə türkdilli ölkələrin – Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib. Pubkka.az xəbər verir ki, futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görü...
publikaz_normalized
Bu silahlardan istifadə etmək olmaz":"Quterreş avtonom silahlara qadağa qoymağa çağırır. Bu barədə BMT-nin şərhində deyilir. Qeyd edilir ki, sözügedən silahlar ciddi humanitar, hüquqi, etik və təhlükəsizlik problemlərinə səbəb olur. “Biz gücdən istifadə üzərində insan nəzarətini saxlamaq üçün indi hərəkətə keçməliyik. ...
publikaz_normalized
Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir. Xidmətə yeni gələn çağırışçılar hərbi ...
publikaz_normalized
Qarabağda separatçıların “rəhbərlərindən” olan Vitali Balasanyan Ermənistana qaçıb. “Pastinfo” saytının məlumatına görə, Balasanyan artıq İrəvandadır. “Onun ürəyində ciddi problem var, hazırda həkim nəzarətindədir, digər təfərrüatlar hələlik məlum deyil”, - sayt yazıb. Qeyd edək ki, V.Balasanyanın Qarabağdan çıxması il...
publikaz_normalized
Uzun illər Meliorasiya və Su Təsərrüfatı sahəsində çalışmış Şakir Əhmədov vəfat edib. Qeyd edək ki, mətbuatda Ş.Əhmədov barəsində vaxtaşırı tənqidi məqalələr dərc edilirdi.
publikaz_normalized
satınalma yaşı hər il artacaq ki...":"Böyük Britaniyanın baş naziri Rişi Sunak siqaret çəkmə yaşını hər il artırmaq planını açıqlayıb. Sunak bildirib ki, qanun layihəsi qəbul olunarsa, bu gün 14 yaşında olan bir uşaq ömrünün sonuna qədər qanuni olaraq siqaret ala bilməyəcək. Baş nazir konfransda "siqaretin təhlükəsiz s...
publikaz_normalized
Bakının Yasamal rayonu ərazisində yerləşən “Alatava” restoranında insident baş verib. Bir müddət restoranda qalan şəxs daha sonra hesabı ödəməmək məqsədilə masadakı şüşəni qırıb və səs-küy salaraq qolunu kəsib. O, hesabı tələb edən restoran işçilərini təhqir edib, ictimai yerdə asayişi pozmaqda davam edib. Bundan sonra...
publikaz_normalized
“1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Həmin vaxt bu mühüm beynəlxalq tədbir ilk dəfə idi ki, respublikamızda təşkil olunurdu. Tədbirə ev sahibliyi edən ölkə SSRİ olsa da, istənilən halda Konqresin məhz Azərbaycan paytaxtında keçirilməsi respubl...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qa...
publikaz_normalized
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni döş xərçəngindən əziyyət çəkdiyini açıqlayıb. Karlanın sözlərinə görə, ona xəstəliyi tez aradan qaldırmağa kömək edən müntəzəm mamoqrafiya müayinəsi olub. 1993-cü ildən oktyabr ayı Süd vəzi Xərçəngi ilə Mübarizə Ayı hesab edilir. Bu, dünyada ən gen...
publikaz_normalized
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edildikdən sonra inkişafını göstərən video nümayiş olunub. Bundan başqa, videonun sonunda sözügedən ərazilərdə aparılan bütün işlərdə BMT-nin Dayınıqlı İnkişaf Məqsədlərinə nail olunmasının əsas götürüldüyü vurğulanıb.
publikaz_normalized
bir həftədən sonra qoşunlarını çıxarır":"Nigerdə ​​yerləşdirilən fransız qoşunları bir həftə ərzində Afrika ölkəsini tərk etməyə başlayacaq. “Biz bir həftə ərzində geri çəkilmə əməliyyatına başlayacağıq, hər şey nizamlı şəkildə, təhlükəsizlik şəraitində və Nigerlə koordinasiya əsasında həyata keçiriləcək”, - Fransa Sil...
publikaz_normalized
əkiz uşaqlardan birinin atası başqası çıxdı - Foto":"Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan ailə-məişət məsələləri ilə bağlı verilişdə baş verənlər studiyadakılar daxil tamaşaçıları şoka salıb. Belə ki, əkiz uşaqların ataları fərqli adamlar çıxıb. Gizli münasibətindən əkiz uşaqları olan kişi DN...
publikaz_normalized
Atv kanalında yayımlanan "Bozbash pictures"in komediya layihəsində Ağsaqqal və Şirin obrazı ilə məşhurlaşan Nicat Rəhimovla Azər Baxşəliyev birlikdə veriliş aparacaqlar. Bu barədə rejissor sosial mediada məlumat yayıb, həm də verilişin anonsunu paylaşıb. Anonsda aktyorlar bildirib ki, verilişdə "Şirin" və "Ağsaqqal" ob...
publikaz_normalized
38 min könüllü cəlb edilib":"Şoyqu Şimal Hərbi Dairəsi üçün doqquz ehtiyat alayın formalaşdırılmasından bəhs edib. Nazir son bir ay ərzində xüsusi əməliyyatda iştirak etmək üçün 38 min könüllünün cəlb edildiyini açıqlayıb. Onun sözlərinə görə, işə götürülən könüllülərin motivasiyası yüksəkdir. Qeyd edək ki, bu gün Rusi...
publikaz_normalized
Erməni əsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin sürətli addımlar atması fonunda Ermənistanda bəzi dairələr tərəfindən revanşist ideyaların təbliği və Azərbaycanofobiya siyasətinin davam etdirilməsi narahatlıq doğurur. Qeyd olunub ki, insanların hüquq və azadlıqlarının ...
publikaz_normalized
Ordubad rayonunda İaşə obyektinin tikintisi zamanı fəhlə ölüb, faktla bağlı cinayət işi başlanıb. Araşdırma zamanı tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparıldığı, həmin tikintidə işləyən işçilərin fərdi texniki mühafizə vasitələri...
publikaz_normalized
İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı yaralanan Vasif Tağıyevin anası Təranə Tağıyeva terrorçunun edam cəzasına məhkum ediləcəyi barədə xəbərlərə münasibət bildirib. Hüseynzadənin layiqli cəza alacağına ümid etdiyini deyib: “Mətbuatda xəbərləri izləyirəm. Düzdür, kimliyindən asılı olmayaraq bir insan ölü...
publikaz_normalized
“Fransa 1966-1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb”. O qeyd edib ki, Fransanın bu mövqeyi onun müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir: “Üstəlik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, ...
publikaz_normalized
Yuri Kim ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsindən azad edilib. Obrayn xüsusilə Rusiya ilə münasibətlərlə bağlı məsələləri koordinasiya edəcək, həmçinin Cənubi Qafqazla təmaslara cavabdeh olacaq. Yuri Kim bu yaxınlarda Sentada keçirilən dinləmələr zamanı Azərbaycan əleyhinə qondarma...
publikaz_normalized
16 yaşlı qızı komaya saldılar":"İranda 16 yaşlı qız metroda zorla saxlanıldıqdan sonra komaya düşüb. Məlumata görə, metroda insident oktyabrın 3-də baş verib. Belə ki, polislər qızı platformada saxlayaraq, ondan başını örtməsini tələb ediblər. Qız bundan imtina etdikdə, ona qarşı kobud güc tətbiq edilib. Nəticədə 16 ya...
publikaz_normalized
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səm...
publikaz_normalized
Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Mehmet Özhaseki Türkiyədə baş verən zəlzələnin ziyanlarını açıqlayıb. M.Özhaseki bildirib ki, Türkiyə zəlzələ ölkəsidir: “Türkiyə daxilində 2 milyon 200 min binada daxili işləri tamamladıq. Hazırda Türkiyə daxilində təxminən 400 min binanın tikinti prosesi davam edir....
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank-ın “SUP.VC” şirkəti ilə birlikdə başlatdığı müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı layihənin 2-ci tədbiri “Data workshop” mərhələsinə qeydiyyat başladı. İki gün ərzində keçiriləcək tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən yüksək dayanıqlı məlumat bazal...
publikaz_normalized
Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Nyukasl" doğma meydanda PSJ-ni 4:1 hesabı ilə məğlub edib . “Messi və Neymar yeni PSJ-nin “Nyukasl”a qarşı məğlubiyyətini izləyir”, - şəkilin altında yazılıb. “Bleacher Report” idman və idman mədəniyyətinə həsr olunmuş Amerika saytıdır.
publikaz_normalized
Göygöl rayonunda vəzifəli şəxslər arasında münaqişə olub. Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib. E.Əhmədov O.Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəs...
publikaz_normalized
Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Gülzar müəllimə - ilk müəllimim. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan! Müəllimlər günündə bir ...
publikaz_normalized
Futbol üzrə Türkiyə millisi beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Oktyabrın 18-də Berlində baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
publikaz_normalized
Yalnız birindən geri qalır":"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasında (ÇL) 103-cü qələbəsini qazanıb. O, "Mançester Yunayted"in əfsanəvi çalışdırıcısı Ser Alek Ferqyusonu (102) ötüb. Pep qitənin bir nömrəli klub turnirindəki qələbə sayında "Real"ın baş məşqçisi Karlo Ançelottidən (109 oyu...
publikaz_normalized
Qarabağ Azərbaycandır! - VİDEO":Ermənistanda tədris edilən 7-ci sinif tarix kitabında Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi rezonans doğurub.
publikaz_normalized
Oktyabr ayının şanslı bürclərinin adları məlum olub. Siyahıya Tərəzilər liderlik edir. Onlar üçün oktyabr ayı maliyyə baxımından çox məhsuldar olacaq. Yeni iş imkanları və investisiyalar ola bilər. Düzgün addımlar atsanız, cibinizdə il sonuna qədər pul olacaq. Şir bürcü üçün də oktyabr ayı maliyyə baxımından çox müsbət...
publikaz_normalized
Avropa Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Hakken” – “Qarabağ” görüşünə yerli fanatlar maraq göstərmir. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşün startına qədər bu rəqəmin az da olsa artacağı ehtimal edilir. Qeyd edək ki, "Qarabağ" səfər matçında yalnız olmayacaq. Qarşılaşmanı arenada 200-300 soydaşım...
publikaz_normalized
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycandan 749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısını alıb. Belə ki, həmin şəxslər pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 % qazanc müqabilində Azərbaycandan Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində (Dubay şəhərində) pul sahiblərinin ...
publikaz_normalized
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin görüntüləri yayılıb.
publikaz_normalized
Polşa tarixdə ilk dəfə paytaxt Varşava üzərində raketdən müdafiə sistemləri yerləşdirmək qərarına gəlib. Tarixdə ilk dəfə olaraq Varşava raketdən müdafiə sistemini yerləşdirir", - Blaşçak deyib. Onun çıxışı Polşa Müdafiə Nazirliyinin YouTube kanalında yerləşdirilib. O, Amerikanın “Patriot” raketdən müdafiə sisteminin q...
publikaz_normalized
2019-cu ildə dünya şöhrətli “Gucci” moda evinin manikenlərə xas olmayan görünüşü ilə erməniəsilli Armine Harutunyanı podiuma çıxarması model dünyası haqda düşüncələri alt-üst etdi. Gözəllik haqqında təsəvvürlərin məhv olduğu" bir dünya istəyən “Gucci” model seçimi ilə uzun müddət gündəmdən düşmədi. Bu günlərdə isə Armi...
publikaz_normalized
“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edir. Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, YouTube kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayım...
publikaz_normalized
Dünyaya gələn uşağın boyu uzundursa, bu, o demək deyil ki, gələcəkdə də hündürboy olacaq. Mən tez-tez, adətən doğuşdan sonra ilk dəqiqələrdə xəstələrdən bu sözləri eşidirəm: O, atası kimi hündür olacaq", – ekspert etiraf edib. Ginekoloq izah edib ki, uşağın böyüməsi yalnız həyat tərzindən və genetikasından asılıdır. Mə...
publikaz_normalized
Kanar adalarında baş verən meşə yanğınları ilə əlaqədar 3 minə yaxın sakin təxliyə edilib. Bu barədə "The Guardian" yazıb. Bildirilir ki, yanğın adanın şimal-şərqindəki dərin dərələri olan meşəlik ərazidə başlayıb. Qeyd edilir ki, Kanar adaları hələ də payız üçün xarakterik olmayan istilər yaşayır. Məlumata görə, Santa...
publikaz_normalized
İçimizdə bahardır - FOTO":"Bu gün- oktyabrın 5-də Azərbaycanda Müəllim günü qeyd edilir. 31 ildən sonra Laçın rayon 2 nömrəli tam orta məktəbində müəllimlər öz bayramlarını qeyd ediblər. "- 31 il sonra Laçında müəllimlər günü necə qeyd olunur? - 31 il sonra bu ilin sentyabrın 15-də Laçın rayon 2 nömrəli tam orta məktəb...
publikaz_normalized
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Eks-hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya q...
publikaz_normalized
8 ayda 20 kq arıqlayan aktrisa Bergüzar Korelin yeniyetməlik görüntüləri yayılıb. Üzr istəyirəm, amma heç birimiz ponpon qız deyildik", - Bergüzar paylaşımında qeyd edib. Qeyd edək ki, Bergüzar Korelin Amerikada yaşayan bacısı Zeynəb Korellə arasındakı gərginlik mediada böyük müzakirələrə səbəb olmuşdu. Zeynəb Korel hə...
publikaz_normalized
Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclası keçiriləcək. Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təş...
publikaz_normalized
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanı ərazi bütövlüyünü qarşılıqlı tanımağa çağırıb. Mişel qeyd edib ki, AB-nin Ermənistan və Azərbaycan arasında vasitəçiliyi Avropa Birliyinin bu regionda maraqlarını qorumağa yönəlib.
publikaz_normalized
Türkiyənin energetika naziri Alparslan Bayraktar təbii qazın alınması və Türkiyə üzərindən Avropaya tranziti ilə bağlı danışıqlara başlamaq üçün noyabrda İsrailə səfər etmək niyyətində olduğunu bildirib. Bayraktar bildirib ki, Türkiyə bu yaxınlarda Rumıniya, Moldova və bir sıra digər ölkələrə təbii qaz tədarükü üçün mü...
publikaz_normalized
İtaliyadakı “Ristorante La Rotonda” restoranında toy edən cütlük inanılmaz əməl törədib. Məlumata görə, Moreno Priorietti və Andrae Svenja cütlüyü möhtəşəm toydan sonra hesabı ödəmədən ölkədən qaçıblar.Hesabla bağlı mübahisə olduğunu düşünməyən restoran sahibi toydan sonra günün sonuna qədər gözləsə də, cütlüklə əlaqə ...
publikaz_normalized
Avropa artıq ABŞ-a etibar edə bilməz. Avropa Birliyi müstəqil hərəkət etməlidir. Bu barədə nüfuzlu "Der Spigel" jurnalı yazır. Rot hesab edir ki, Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə yenidən qalib gələ bilər və bu, Amerikanın xarici siyasətinin etibarlılığını sual altına qoyur. SPD-dən olan Bundestaq...
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank Azərbaycanda “A-hub Akselerasiya Proqramı”nın tərəfdaşı oldu. Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) dəstəyi ilə keçirilən layihənin açılış mərasimi baş tutdu. " "2021-ci ildən etibarən ICESCO-nun üzvü olan ölkələrdə keçirilən layihə inno...
publikaz_normalized
Həyat yoldaşı nəzarət edir - FOTOLAR":"Robert Lewandovski dünyanın ən yaxşı hücumçularından biri hesab edilir. O, Dortmund "Borussiya"sındakı çıxışları ilə tanınıb."Bayern"də isə karyerasının zirvəsinə yüksəlib. Polşalı rəqib müdafiəçilərə və qapıçılara qarşı amansız forvardlardan biri olub. 35 yaşlı Leva indi də forma...
publikaz_normalized
Bu gün İsveçdə ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb. Bildirilib ki, 2023-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı norveçli yazıçı Jon Fosseyə verilib. O, innovativ pyeslərinə görə bu mükafata layiq görülüb.
publikaz_normalized
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir. Məşqlərdə terror qru...
publikaz_normalized
Xalq artisti Azər Zeynalovun oğlu İsmayıl Zeynalovun nişanı olub. "İsmayıl Fatma adlı həkim-dermatoloqla ailə qurmağa hazırlaşır.
publikaz_normalized
Sanksiya tətbiq edin":"Avropa Parlamenti AB icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb.
publikaz_normalized
Dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması, elektron resept və dərmanların qiymətinin yüksək həddinin təyin olunması təqdirəlayiq haldır". Nazir müavininin sözlərinə görə, bu kimi dəyişikliklər dərman sahəsində çeşid çoxluğuna səbəb olacaq: Daha keyfiyyətli dərmanlar daha ucuz qiymətə əhaliyə təqdim olunac...
publikaz_normalized
Sosial kampaniya çərçivəsində cüdoqili qızların sayı artıq 1000 nəfərdir" "“Azercell Telecom” və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” kampaniyası hədəfinə çatdı. Ağ cüdoqi geyinərək sosial təşəbbüsə artıq min qız qoşulub! “Qızlara ağ yaraşır” sosial kampaniyası qı...
publikaz_normalized
16 yaşımda..." - Video":"Niyə 25 ildən sonra Ayan babasını görür" suallarını çox gördüyüm üçün açıqlama verməyi özümə borc bildim. Təəssüf ki, hər bir azərbaycanlı ailəsinin başına gələn bir hadisə illər öncə mənim də başıma gəldi. Həyat yoldaşım Moskvaya işləməyə getdi və təəssüf ki, bəzi səbəblərə görə qayıtmadı, qay...
publikaz_normalized
Qırğızıstanda məşhur “qanuni oğru” Kamçı Asanbek Bişkekin mərkəzində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb. “Əməliyyat-axtarış tədbirləri zamanı K.Asanbekin yeri müəyyən edilib... Sonuncu MTN əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərib”, - deyə mət...
publikaz_normalized
Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil". “Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri və hərbiləşdirmə siyasəti, həmçinin rəsmi...
publikaz_normalized
İnter Mayami"nin baş məşqçisi Xerardo Martino Lionel Messinin oyunlara çıxmamasının səbəbini açıqlayıb. “Azarkeşlərin gözləntilərini başa düşürəm, lakin Messi kifayət qədər formada deyilsə, onu oynamağa məcbur edə bilmərik”. O, rəqib komandaların azarkeşlərinin Messiylə maraqlanmasından təəccübləndiyini bildirib: “Mənə...
publikaz_normalized
2-ci tirajın nəticələri açıqlanıb" "Ölkənin qanuni idman mərc oyunları operatoru “Misli”nin stimullaşdırıcı lotereyasında daha 31 bəxtəvər qalib qiymətli hədiyyə qazanıb. İkinci tirajda da 10 ədəd “iPhone 14 Pro Max”, 10 ədəd 65 düym ekranlı Samsung TV, 5 ədəd 1 000 manatlıq məişət texnikası kuponu, 5 ədəd "Playstation...
publikaz_normalized
Təhsil Nazirliyinə müraciət edirəm: Övladları rus bölməsində oxuyan valideynlər mənə dəstək olarlar. Elə uşaqlar var ki, tam rusdillidir, heç Azərbaycan dilini bilmir. Bacımın övladı altıncı sinifdə oxuyur. Deyir ki, Azərbaycan tarixi kitabı sırf Azərbaycan dilindədir. Uşağa çox çətindir, oxuya bilmirlər. Təhsil Nazirl...
publikaz_normalized
3 mindən çox rus bu ölkəni tərk edə bilər":"3,2 mindən çox rusiyalı immiqrasiya qanununa görə Latviyanı tərk etmək məcburiyyətində qala bilər. Məlumata görə, yoxlamalar nəticəsində 73 nəfərin xaricdə olduğu, daha 200 nəfərin isə bəyan edilmiş yaşayış yerinin olmadığı məlum olub. Qeyd edilib ki, yalnız müvafiq ərizələr ...
publikaz_normalized
Prezident İlham Əliyev 7 avqust 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) dövlət zəmanəti əsasında emissiya edəcəyi istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərində dəyişiklik edib. Fərmana əsasən, istiqrazların tədavül və ödənilmə müddətlər...
publikaz_normalized
İrəvan Bakını belə aldatmaq istəyir":"Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, Bakı üç prinsip üzrə razılaşarsa, sülh müqaviləsi tezliklə imzalanacaq. Qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq: Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu qəbul olunur; 2. Delimitasiya və d...
publikaz_normalized
Onu soyunmağı məhşurlaşdırıb? - FOTOLAR":"Yəqin ki, futbolsevərlər Kloe Kellini yaxşı tanıyırlar. "O, İngiltərənin qadınlardan ibarət komandasını ilk dəfə futbol üzrə Avropa çempionu edən oyunçudur. Məhz onun qitə çempionatının finalında vurduğu həlledici qolla "üçaslanlar" “Uembli” stadionunda, 87 192 tamaşaçı önündə ...
publikaz_normalized
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
publikaz_normalized
Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi davam etdirilir. Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respu...
publikaz_normalized
Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Az...
publikaz_normalized
2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində 4-5 oktyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçiril...
publikaz_normalized