text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
“Maestro” tarifi":"Birbank Biznes biznes sahibləri üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edir. Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanaraq, standart... | publikaz_normalized |
Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Baş Prokurorlar Şurasının ikinci iclası keçirilir. Toplantıda ədliyyə və hüquq sahəsində qarşılıqlı əməkdaşlıq, gələcək layihələr müzakirələr olunur. Qeyd edək ki, TDT Baş Prokurorları Şurasının ilk iclası 2021-ci ildə Bakıda keçirilmişdi. | publikaz_normalized |
Söküləcək - FOTO":"Paytaxtın daha bir ünvanında evlər və obyektlər plana düşüb. Qeyd edilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qəzalı vəziyyətdə olan binalar və iaşə obyektləri sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək. Həmin ərazidəki yararsız obyektlər və evlərin kvadratmetri sahiblər... | publikaz_normalized |
Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı "Turan Tovuz"un idarə heyətinin sədri Ehtiram Quliyevlə görüşüb. Xüsusilə Acun Ilıcalının sahib olduğu "Hall Siti" klubu ilə "Turan Tovuz" arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub. Qeyd edək ki, Acun eyni zamn... | publikaz_normalized |
Bakı və Ankaranın planı nədir?":"Bu gün Azərbaycan və Türkiyə ordusu F-16-ların da iştirakı ilə Qarabağda, Naxçıvanda və digər istiqamətlərdə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimlər keçirir. İki ölkənin mütəmadi birgə təlim proqramı fonunda bu o qədər də gözlənilməz deyil, hərçənd, Qarabağda erməni separati... | publikaz_normalized |
Sosial mediada bir qrup erməninin London şəhərində “Qarabağı xilas edin” adlı aksiya keçirmələri haqqında məlumat yayılıb. Əllərində “Azərbaycan nasist ölkədir” “Qarabağ ermənilərinin soyqırımını durdurun” və s. plakatlar tutan aksiya iştirakçıları şüarlar səsləndirib, etirazlarını çatdırıblar. "Aksiyada qaldırlan plak... | publikaz_normalized |
Həbs olunanlar var":"Oktyabr ayının 22-də saat 00:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonu Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər ... | publikaz_normalized |
“WhatsApp” sabahdan - oktyabrın 24-dən köhnə smartfonlarda tətbiqin fəaliyyətini dayandırır. “Samsung Galaxy Note2”, “Galaxy S2”, “Galaxy Nexu”, “Galaxy Tab 10.1”, “HTC One”, “Desire HD”, “Sensation”, “LG Optimus 2X”, “Optimus G Pro”, “Nexus 7”, həmçinin “Sony XperiaZ” və “S2”, “Sony Ericsson Xperia Arc3” və” Motorola.... | publikaz_normalized |
Görəcəksiniz ki, öz-özünə...":"Döşəmə təmizləmək üçün istifadə edilən döşəməsilənlər topladıqları kirdən zaman keçdikcə bozlaşmağa başlayırlar. Bu bozluq döşəmənin təmizlənməsinə də təsir edir. Artıq tullanan və çirkləndikcə dəyişdirilən döşəməsilənləri asanlıqla təmizləyə və ilk günkü kimi ağarda bilərsiniz. Çirkli və... | publikaz_normalized |
Azərbaycan və Türkiyə hərbçiləri Azərbaycanda keçirilən "Mustafa Kemal Atatürk-2023" təlimləri çərçivəsində plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın tapşırığını icra ediblər. Məlumata görə, iki ölkə komandoları tapşırığı uğurla ... | publikaz_normalized |
Teleaparıcı Aytən Leylaqızının “Space” telekanalından çıxarıldıqdan sonra telekanal haqda verdiyi açıqlamalar qalmaqal yaradıb. "Qeyd edək ki, aparıcı verilişi üçün əlindən gələni etdiyini, proqramın yaxşı reytinq verdiyini, buna baxmayaraq işdən çıxarıldığını bildirərək gileylənib. O, teleaparıcıların ciddi səbəb olma... | publikaz_normalized |
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatlarına başlayıb. “Gecə saatlarında növbəti mərhələyə hazırlaşan terrorçu dəstələrin məhv edilməsi məqsədilə zirehli və piyada birləşmələrinin reydləri həyata keçirilib...”, o qeyd edib. General reydlərin xüsusi olaraq Qəzzada edildiyini bildirib. Bundan əvvəl media... | publikaz_normalized |
Lənkəran rayon sakini olan tələbə qızı şantaj edərək ondan pul alan Masallı rayon Qızılavar kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Babayev həbs edilib. Lakin o, daha sonra kişi cinsinə mənsub olduğunu bildirib və Sona ilə səmimi münasibətlər qurub. Sonanın çılpaq fotolarını ona göndərməsindən sonra isə Elvin onu şant... | publikaz_normalized |
Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib. İclasda işçi qrup üzvləri və dəvət olunan... | publikaz_normalized |
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir. Qeyd edilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir. Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur. | publikaz_normalized |
Rusiyada “Apple”-ı Çin və Türkiyə brendləri əvəzləyib. Bu barədə Rusiyanın“Vedomosti” qəzeti məlumat yayıb. Məlumata görə, Rusiyanın mağazaları sözügedən ölkələrin istehsalçıları ilə əməkdaşlıq edərək "Realme", "Tecno", "Infinix", "Arçelik" və bir neçə başqa markalar üçün zonalar yaradır. | publikaz_normalized |
Gürcüstanın paytaxtı Tbilisidə V Beynəlxalq İpək Yolu Forumu keçiriləcək. Məlumata əsasən, forumda Azərbaycanın baş naziri Əli Əsədov da iştirak edəcək. Ə.Əsədovun tədbirin ilk günü çıxışı planlaşdırılıb. Bundan başqa, Ermənistan baş naziri Nikol Paşinyan da foruma qatılacaq. Onun da forumun ilk günü çıxış edəcəyi gözl... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, ARB-də yayımlanan “O üz” proqramının növbəti buraxılışı mərhum müğənni Rəhim Rəhimliyə həsr olunub. O, ad çəkməsə də bildirib ki, o insan Rəhimlinin məhv olması üçün əlindən gələni edib: Rəhimin dəfnində timsah göz yaşları tökürdü, halbuki onun ən böyük düşməni həmin insan idi. Bu barədə dəfndən ... | publikaz_normalized |
Martda zədə alan dünyanın ən gözəl qadın futbolçusu Ana Markoviç bərpa prosesi keçir. Ancaq bərpa prosesi heç də asan olmayacaq. " "Ancaq Ana ruhdan düşmür. Bərpa prosesi dövrünü əyləncəli keçirir. Daha çox səyahət edir və əyləncə mərkəzlərinə baş çəkir. Yeri gəlmişkən, Markoviç "Real"ın vingeri Vinisius Juniorun diqqə... | publikaz_normalized |
Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəl... | publikaz_normalized |
İngiltərənin "Hall Siti" klubunun prezidenti Acun Ilıcalı "Zirə" klubunun rəsmiləri ilə görüşüb. Zirə"nin Müşahidə Şurasının sədri Orxan Məmmədov görüşlə bağlı şəxsi "X" hesabından paylaşım edib. O, səmimi keçən görüşdə iki klub arasında əməkdaşlıq, ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət et... | publikaz_normalized |
Azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub. Onun sözlərinə görə, dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün əhalinin məşğulluq məsələlərinin həlli sahəsində uğurlu layihələr həyata keçirilir: Quruculuq müddətində burada 31 yaşayış məntəqəsinin təməli qoyulub. Məntəqələrdən 36-nın layihələndirilməs... | publikaz_normalized |
Pulları çıxara bilməyəcəklər":"“Muğanbank”ın fəaliyyəti dayandırılandan sonra müştərilər bir sıra məsələlərdə çaşqınlıq yaşamaqdadırlar. Bu məsələlərdən biri də lisenziyası ləğv edilmiş banka məxsus plastik kartlarda olan pul vəsaitlərinin aqibətidir. Maraqlıdır ki, bağlanmış bankın plastik kartlarının içərisindəki pul... | publikaz_normalized |
Xəsarət alanlar var - VİDEO":"Gəncədə sərnişin avtobusu aşıb. Belə ki, bir nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb. İlkin məlumata görə, xəsarət alanlar var. Məlumat üçün bildirək ki, sərnişin avtobusunun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunurdu. Am... | publikaz_normalized |
Ötən gün Acun İlıcalı ilə görüşə gedənlərdən biri də mən idim. Acunu tanımayanlar üçün kiçik bir xatırlatma: Türkiyənin ən tanınmış iş adamlarındandır. Öz TV-si, futbol klubu, çoxlu şirkəti var. 24 yaşında ailə qurub-boşanmış, valideynlərini itirmiş və iflas etmiş bir adamın necə milyarder olmasından danışdı bizə. Birb... | publikaz_normalized |
Yalnız "Qarabağ" haqqında düşünürük":"“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 8-ci turunda “Volfsburq”la (2:1) keçirilən oyundan sonra təəssüratlarını bölüşüb. O, indi bütün diqqətlərini “Qarabağ”la qarşılaşmaya yönəltdiklərini vurğulayıb: “Hər... | publikaz_normalized |
Yeni partiya yaradır, Rusiyaya dost, Ukraynaya düşmən olacaq":"Bundestaqın üzvü Sara Vaqenknext öz siyasi partiyasını yaratdığını bəyan edib. Bildirilir ki, partiya Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edəcək və Kiyevə silah tədarükünün əleyhinə çıxış edəcək. Doqquz Sol deputat yeni partiyaya daxil olmaq planları... | publikaz_normalized |
“Facebook”da mövcud hesabınızın təhlükəsizliyini təmin etmək üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyiniz tövsiyə olunur. Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. " " "Qeyd edək ki, "Meta Platforms", "Inc"., (ticarət adı "Meta"; əvvəllər "Facebook, Inc".), Menlo Parkda, Kaliforniyada yerləşən Amerik... | publikaz_normalized |
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ədalətli oyun prinsiplərinə görə verilən nüfuzlu “Jean Borotra World Fair Play Career” mükafatına layiq görüldüyü barədə məlumat vermişdik. Həmin tədbirdən görüntülər yayılıb. Təltif edilməmişdən öncə 51 yaşlı mütəxəssisin UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. | publikaz_normalized |
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Avstriyanın “Der Standard” qəzetinin 21 oktyabr nömrəsində dərc olunmuş saxta xəbər (feyk nyus) əsaslı material barədə açıqlama yayıb. “Avstriyanın “Der Standard” qəzeti 2023-cü il 21 oktyabr il tarixli nömrəsində “Dağlıq Qarabağda etnik təmizləmə təhlükəsi... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıt şəhərində “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin açılışında iştirak edib. İtaliya və Çin texnologiyalarının tətbiq edildiyi müəssisədə 20 çeşiddə məhsul istehsal olunacaq. Ümumi investisiya dəy... | publikaz_normalized |
Oktyabrın 23-də Sumqayıtda “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. Məlumat verilib ki, sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək... | publikaz_normalized |
Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edilib. Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, sabah Z.Əsgərovun 60 yaşı tamam olur. | publikaz_normalized |
Oktyabrın 23-də Sumqayıtda “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. Məlumat verilib ki, sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək... | publikaz_normalized |
Trüf dünyanın ən bahalı göbələk növlərindən biridir. Kiloqramı 3 min avroya qədər olan trüf göbələkləri güclü ətir və dada malikdir. Trüf göbələyini qiymətli edən təkcə ləzzətli olması deyil, həm də insan sağlamlığı üçün bir çox cəhətdən faydalı olmasıdır. Tərkibində A, B, C və D vitaminləri, dəmir, sink, fosfor və kal... | publikaz_normalized |
Minifutbol üzrə Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. Onlardan ikisi qapıçı, qalanları isə sahə oyunçularıdır. Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”)" "Oyunçular: Tural Nərimanov, Rəvan Kərimov, Taleh Babayev, Mirkamil Əliyev, Seymur Məmmədov,... | publikaz_normalized |
Prezident İlham Əliyev oktyabrın 23-də Sumqayıtda “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib. Şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq. İnve... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışını edib. Sənaye parkının 3,5 hektar ərazisində inşa edilmiş müəssisədə iki növ məhsulun – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində ... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Sumqayıta səfəri çərçivəsində “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyulub. Diqqətə çatdırılıb ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən sənaye p... | publikaz_normalized |
Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasından olan deputatı Armen Çarçyan mandatından imtina etmək qərarına gəlib və artıq müvafiq ərizə verib. Tezliklə bəyanat verəcəyəm və bu məsələ ilə bağlı çıxış edəcəyəm", - Çarçyan bildirib. Qeyd edək ki, Armen Çarçyan 2021-ci ilin iyununda “Hayastan” (Ermənistan) bl... | publikaz_normalized |
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Cəlilabad rayonununda keçiriləcək. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabr ayının 25-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılaca... | publikaz_normalized |
Payız ilin soyuq və küləkli vaxtıdır, bu zaman dərimiz havanın mənfi təsirlərinə daha çox məruz qalır. Mütəxəssis bildirib ki, ilk növbədə, effektiv bərpa üçün baxım siyahısına antioksidanlar və vitaminlər olan zərdablar əlavə etməliyik: Bütün bədənimiz kimi dəri də vitamin çatışmazlığından əziyyət çəkir. Odur ki, onu ... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli... | publikaz_normalized |
Argentinada keçirilən ümumi seçkilərdə heç bir namizəd kifayət qədər səs toplamadığından, prezident ikinci turda müəyyən olacaq. Qutuların 90 faizindən çoxunun açıldığı seçkilərin ilk nəticələrinə görə, hazırkı İqtisadiyyat Naziri, “Vətən Naminə Birlik” (Union por la Patria) və eyni zamanda hakim “Peronist” ittifaqın n... | publikaz_normalized |
Ermənistanla Azərbaycan arasındakı vəziyyət...":"Avropa İttifaqı (Aİ) sərhədləri ətrafında getdikcə sıxlaşan münaqişələrin “atəş halqası” ilə əhatə olunub. “Avropa ətrafında od halqası yaranıb ki, bizim hisslərimizə görə, durmadan daralır... söhbət təkcə Ukraynadan getmir, biz Ermənistan və Azərbaycan arasındakı vəziyy... | publikaz_normalized |
Oktyabrın 23-də Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəq... | publikaz_normalized |
Azərbaycanda son 1 həftə ərzində (16-22 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. COVID-19-a yoluxan 234 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 6 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 833 955 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onl... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Bildirildi ki, 150 çarpayılıq xəstəxananın bina və qurğuları 6,1 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 18 min 288,4 kvadratmetrdir. Qeyd edildi ki, səhiyyə ocağı... | publikaz_normalized |
Bakı və Ankara izləyir - Rusiyanın cavabı nə olacaq?":"Bu gün Burkina-Faso, Mali, Qabon və digər dövlətlərdə müstəmləkəçilik əleyhinə böyük bir dalğa başlayıb. Həmin ölkələrdə açıq-aşkar şəkildə azadlıq mübarizəsi gedir. Yəni Fransaya qarşı mənfi münasibət özünü qabarıq formada büruzə verməkdədir. Belə olduğu təqdirdə ... | publikaz_normalized |
Bircə Berti Foqts çatmır":"Əfran İsmayılov, Rauf Əliyev, Kamran Ağayev, Vaqif Cavadov – bu adları oxuduqda, yəqin ki, milli komandanın 2010-cu illərdəki heyəti yadınıza düşür. Həmin heyətdə yer alan futbolçuların demək olar hamısı peşəkar karyeralarını başa vurublar. Çoxu məşqçi kimi fəaliyyətə başlayıb. Ancaq onları y... | publikaz_normalized |
Ginnesin Rekordlar Kitabı 31 yaşı olan və dünyanın ən yaşlı iti hesab olunan Bobinin öldüyünü bildirib. Köpək Portuqaliya hökumətinin ev heyvanları bazasında qeyd edilib. Bobinin təsadüfən sağ qaldığı məlumdur. Leonelin atası balalara qulluq etmək istəməyib və doğuşdan sonra onları öldürüb. Lakin o, köməkçi tikilidə od... | publikaz_normalized |
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat... | publikaz_normalized |
Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan Doğum eEvinin binasının söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir. Bildirilib ki, tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkiş... | publikaz_normalized |
Bu ilin 9 ayı ərzində respublika ərazisində 12 425 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 2139 hadisə və ya 15% azdır. Qeyd olunub ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 181 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri... | publikaz_normalized |
Krım körpüsünə hücum olacaq":"Ukrayna Krım körpüsündə terror aktı da daxil olmaqla bəzi planları barədə Kiyevdəki Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarını məlumatlandırıb. Nəşrin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarına Rusiya Federasiyasına zərbə endirmək üçün bəzi planlar barədə məlumat verilib. ... | publikaz_normalized |
İsrailin bu şəhərini vuracağıq":"İran Hayfaya (İsrailin şəhəri-red.) “Jerusalem Post” qəzetinin yazdığına görə, Tehran Universitetinin tələbələri ilə görüşdə Fədavi bildirib ki, lazım gələrsə, əmr də veriləcək, İran “tərəddüd etmədən” İsrailin şimalındakı liman şəhərini vuracaq. Amerika İsraili təhlükəsizliyi üçün yara... | publikaz_normalized |
“Qarabağ”ın prezidenti Tahir Gözel komandanın baş məşqçisi Qurban Qurbanovu “Jean Borotra World Fair Play Career” mükafatını alması münasibətilə təbrik edib. Onun sözlərinə görə, artıq Q. Qurbanovun ədalət prinsipləri bütün dünyaya bəlli oldu: “Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”. Klub prezidenti “Qara... | publikaz_normalized |
Şaxtyor" klubu Rusiyaya qaçan yarımmüdafiəçi Aleksandr Rosputko haqqında qərar verib. “Komandanın düşərgəyə qayıtmaması və müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən faktiki imtina ilə əlaqədar “Şaxtyor” futbolçu Aleksandr Rosputko ilə müqaviləyə xitam verib”. Qeyd edək ki, UEFA Gənclər Liqasının "Antverpen"lə oyunun... | publikaz_normalized |
Bayramov çıxış etdi - YENİLƏNDİ 2":"17:43" "Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak və çıxış edib. Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq,... | publikaz_normalized |
15 illik ərimi döydüm, sonra isə...":"Azərbaycanda da tanınan və sevilən müğənni Müşərrəf Akay 15 illik ərini döydüyünü etiraf edib. Müğənni həm də bildirib ki, 15 il evli olduğu ilk həyat yoldaşını döyüb. Ulduz, Kalaycıoğlunun "Həyatınızda şiddətə və təzyiqlərə məruz qalmısınızmı? Birinci ərimə mən zorakılıq tətbiq et... | publikaz_normalized |
Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi davam edir. Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis... | publikaz_normalized |
Qəzzaya sızan İsrail qüvvələri ilə döyüşə girdi və...":"HƏMAS-ın silahlı qanadı İzzələddin əl-Qəssam Briqadaları açıqlamasında bildirib ki, HƏMAS döyüşçüləri Qəzza zolağına sızan İsrail qüvvələri ilə toqquşub və bəzi İsrail hərbi texnikasını məhv etdikdən sonra öz bazalarına qayıdıblar. Döyüşçülər iki buldozeri və bir ... | publikaz_normalized |
Uzun illərdir media sektorunda böyük və yaddaqalan layihələrə imza atan Bakı Media Mərkəzi hazırda ölkəmiz üçün əhəmiyyətli bir filmin istehsalı üzərində çalışır. Bu, böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmidir. Filmdə, həmçinin XIX əsrin sonu XX əsrin əvvəlində Bakı... | publikaz_normalized |
Özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək insanları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən oğlu saxlanılaraq istintaqa təqdim edilib. Araşdırmalarla müəyyən olunub... | publikaz_normalized |
Dünyada ən yüksək orta aylıq əmək haqqı verilən ölkələrin siyahısı açıqlanıb. Üçlüyü Sinqapur (5034) və Lüksemburq (4910) qapayır. Sonrakı yerlərdə ABŞ (4669), Qətər (4223), BƏƏ (3450), Niderland (3423), Danimarka (3413), Honq-Konq (3248) və Norveç (3205) qərarlaşıblar. | publikaz_normalized |
Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayev 94 yaşında vəfat edib. Qeyd edək ki, O.Musayev 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində anadan olub. Uzun illər ADU-da, daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsini... | publikaz_normalized |
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərdə qanunçuluğun... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib. O, Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini bildirib: İranın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində tutduğu mövqeyi yüksək qiymətləndiririk". C.Bayramov qeyd edib ki, son ay... | publikaz_normalized |
Bakıda "Yaşam Tibb" Mərkəzinin baş həkimi, kardioloq, professor Ceyhun Hacıyev çalışdığı xəstəxanın qarşısında qaynı tərəfindən döyülüb. Olaya səbəb Ceyhun Hacıyevin mərhum həyat yoldaşı Zenfira Hacıyevanın adına rəsmiləşmiş Şamaxıdakı mənzil olub. Zenfira Hacıyevanın qardaşı Sahib bacısının vəfatından əvvəl onun adına... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun baş tutacağı məkan dəyişdirilib. “Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib. Matç təqvimdə olduğu... | publikaz_normalized |
Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb. Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. Baş prokuror işğal bitsə də, onun ağır fəsadlarının hələ də qalmaqda olduğunu bi... | publikaz_normalized |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb. "O, artıq yeni baş məşqçi axtarışına çıxdıqlarını söyləyib. Qeyd edək ki, A.Güneygil bu ilin mayından Azərbaycan millisini çalışdırırdı. | publikaz_normalized |
Hindistanın paytaxtı Yeni Dehli dünyada ən yüksək hava çirkləndiricilərinə malikdir. Bildirilib ki, səlahiyyətlilərin bunla bağlı tədbirləri nəticə vermir. Belə ki, Yeni Dehlidə havanın keyfiyyət indeksi 346-ya, Mumbayda 177-yə çatıb. “IQ Air”in məlumatına görə, Hindistanın paytaxtında incə hissəciklərin konsentrasiyas... | publikaz_normalized |
Fransa və Ermənistan müdafiə nazirləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. “Görüşdə müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Fransa əməkdaşlığı müzakirə edildi. Eyni zamanda yeni imkanlar, müdafiə sistemlərinin əldə edilməsi, hərbi, təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran d... | publikaz_normalized |
18:10" "Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlar... | publikaz_normalized |
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələr yaradaraq onların fəaliyyətini təşkil edən, özlərini qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” kimi təqdim edən Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan və digərlərinin istin... | publikaz_normalized |
Avropa İttifaqı parçalanacaq":"Anti-Rusiya sanksiyaları nəticəsində Avropa Rusiyadan daha çox itki verib və gələcəkdə İttifaq daxilində parçalanma başlaya bilər. O, “New Statesman”da dərc olunan təhlilində deyir: “Sanksiyalar Avropa İttifaqına Rusiyadan daha çox zərbə vurdu. Qərb liderləri bu qədər böyük bir ölkəni təc... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Gəncədə sərnişin avtobusu aşıb. Görüntüdə də əks olunub ki, sərnişin avtobusu anidən arxaya doğru hərəkət edir və dərin qazılan xəndəyə düşür. | publikaz_normalized |
Qafqazda sülh belə mümkündür":"Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə mümkündür. O, regional kommunikasiyaların açılmasının normallaşma və sülh prosesini sürətləndirəcəyini vurğulayıb. | publikaz_normalized |
yaralılar var":"Quba rayonunun Zərdabi qəsəbəsində mikroavtobus və minik avtomobili toqquşub. Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Quba-Zərdabi marşrutu üzrə sərnişin daşıyırmış. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır. Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır", - Lavrov qeyd edib. | publikaz_normalized |
“3+3” formatında növbəti görüş bu ölkədə olacaq":"Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək. Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri müxtəlif sahələr üzrə milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün b... | publikaz_normalized |
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir. Qeyd olunub ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır. Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik ... | publikaz_normalized |
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri təşkilatın Fələstinə maliyyə yardımını davam etdirməsi ilə bağlı razılığa gəliblər. Qeyd edək ki, bu gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel humanitar yardımın göstərilməsi üçün Qəzzada döyüşlərin dayandırılması təklifi ... | publikaz_normalized |
Air Canada" aviaşirkətinin Toronto-Dehli reysini yerinə yetirən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər reys ilə yola salınıb. Təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanından uğurla Dehliyə yola düşüb. | publikaz_normalized |
Avropa İttifaqı HƏMAS-ın İsrailə hücumunu pisləməli və Qəzza zolağında humanitar fəlakət yaşanmasından qaçmaq üçün hər şeyi etməlidir. “Biz eyni zamanda həm HƏMAS-ın terror hücumunu pisləməli, həm də Qəzza zolağında humanitar fəlakət yaşanmasından qaçmalıyıq. Buna nail olmaq üçün Qəzzada yaşayanlara humanitar yardım gö... | publikaz_normalized |
Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun İrəvana səfəri zamanı verdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatları təəssüf doğurur. Növbəti dəfə Ermənistan rəhbərliyinin havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq. Təəssüflər olsun ... | publikaz_normalized |
Türkiyənin xarici işlər naziri Hakan Fidan erməni həmkarı Ararat Mirzoyanla görüşüb. Onlar Tehranda “3+3” fotmatı çərçivəsində keçirlən görüş çərçivəsində müzakirələr aparıblar. Görüşdə regional və ikitərəfli məsələlər müzakirə edilib. | publikaz_normalized |
ABŞ-da Nyu York prokurorları rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəli dəyəri 300 milyon dollardan çox olan 106 metrlik “Amadea” superyaxtanın müsadirə edilməsi ilə bağlı vəsatət qaldırıb. Vəsatətin materiallarına görə, Rusiyanın Ukraynaya təcavüzündə əli olduğuna görə 2014-cü ildən Amerikanın sanksiyaları altında ol... | publikaz_normalized |
Fransa üç radar sistemi və gələcəkdə “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı saziş vasitəsilə Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edir. Lekornu bildirib ki, əsas Ermənistanın “səmasını qorumaqdır”. İki nazir “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satış... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 24-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. | publikaz_normalized |
Astroloqlar noyabr ayının uğurlu bürcləri haqqında proqnoz veriblər. Qarşıdan gələn ay Əkizlər üçün uğurlu olacaq. Onlar iş həyatında qalib olmaq istəyirlərsə əvvəllər baş verənləri düşünüb yeni səhvlərə yol verməmək üçün hazırlıqlı olmalıdırlar. oyabr ayında Qızların emosional sarsıntıları onların sağlamlığına mənfi t... | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş olub. Qeyd edək ki, görüş Tehranda "3+3" formatı çərçivəsində baş tutub. | publikaz_normalized |
Şəmkir rayon Yuxarı Seyfəli kəndində beşotaqlı ev və bir avtomobil yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edək ki, hadisə zamanı evdə heç kim olmadığından xə... | publikaz_normalized |
İsrailə hücum zamanı ələ keçirilən daha iki girov “humanitar səbəblərə görə” azad edilib. Onun sözlərinə görə, proses Misir və Qətərin vasitəçiliyi ilə baş tutub. Jurnalist Marianna Belenkayanın sözlərinə görə, söhbət Nurit İtsxak və Yoxved Lifşitsdən gedir. | publikaz_normalized |
“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli sosial şəbəkədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2009-cu ildə Dünya İqtisadi Forumunda İsrailin o vaxtkı prezidenti Şimon Peresin Fələstinlə münaqişə ilə bağlı sözlərinə cavab verərkən etdiyi çıxışın videosunu yerləşdirərək Fələstinə dəstək verib. Dediklərinizi alq... | publikaz_normalized |
bunun vaxtıdır":"Cənubi Qafqazda müharibə başa çatıb və regionda sülhün, əməkdaşlığın və tərəqqinin vaxtı çatıb. XİN rəhbərlərinin Tehranda keçirilən "3+3” formatında görüşü Cənubi Qafqazda sülhün bərqərar olması yolunda təməl daşı ola bilər. Ümid edirik ki, bu görüşlərdə dost Gürcüstanın konstruktiv və səmərəli iştira... | publikaz_normalized |
İsveçin Baş naziri Ulf Kristersson İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. “Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və onu Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq... | publikaz_normalized |
Azərbaycana tuşlanacaq silahları Ermənistana göndərir":"Fransa və Ermənistan arasında hərbi saziş imzalandı: beləliklə, Paris İrəvana “Thales” şirkətinin istehsalı olan üç Ground Master 200 (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək; Bu silahlar “müdafiə xarakterlidir” ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.