text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qafqazda sülhü onlar məhv edir":"Xarici müdaxilə regionda sülh və sabitliyə zərərlidir və İran Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək etməyə hazırdır. “İran Azərbaycan və Ermənistan arasında mövcud mübahisələrin həllinə kömək etməyə hazırdır. İran Qafqaz ölkələrinin təhlükəsizliyini özünün təhlük...
publikaz_normalized
Yaxın saatlarda HƏMAS yaraqlıları ikili vətəndaşlığı olan 50-yə yaxın girovu Qırmızı Xaç Cəmiyyətinə təhvil verə bilər. Məlumata görə, hazırda Qətərin vasitəçiliyi ilə mümkün sövdələşmənin yekunlaşdırılması gedir. QXC nümayəndələri artıq girov götürülmüş bir qrup insanın yanına gedirlər, onlar Qəzza zolağının cənubuna ...
publikaz_normalized
Köhnə rəqibi üstələyin, işinizdə uğurlara nail olun":"Çətinliklərin sayı azalmayacaq. Kənardan yardıma və ya dəstəyə bel bağlamayın. İndiyədək sizi hər şəraitdəki problemlərdən qurtarmağa çalışan insanlar müraciətinizi qulaqardına vuracaqlar. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Saatlar keçdikc...
publikaz_normalized
Tehranda “3+3” formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Birgə bəyanatda xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi ...
publikaz_normalized
ABŞ İsrailə hərbi müşavirlər göndərib. Kirbinin sözlərinə görə, məsləhətçilər İsrail ordusuna “mürəkkəb məsələləri” həll etməyə kömək edəcəklər. “Mən sizə deyə bilərəm ki, müvafiq təcrübəyə malik bir neçə zabit var, bizim fikrimizcə, İsrailin həyata keçirdiyi əməliyyatların növü ilə əlaqəlidir və gələcəkdə həyata keçir...
publikaz_normalized
İran və Azərbaycan şirkətləri Naxçıvana keçidlə bağlı layihənin həyata keçirilməsi üçün ciddi addımlar atır. Nazir qeyd edib ki, Zəngəzur marşrutu ilə bağlı İrandan Naxçıvana keçid layihələndirilib.
publikaz_normalized
Son dövrlərdə Əminə adını “Aminə”, Mehdi adını “Məhdi”, Əzizi “Aziz” kimi yazdırmaq üçün müraciətlər olub. Dilimizdə vahid formada Əziz adı var və bu normalara uyğun olaraq adlar verilir. Bizə hər gün qəribə adlarla bağlı müraciət edirlər. Ən çox ad dəyişmə problemdir. Elə olur ki, valideynlər tərəfindən həddindən artı...
publikaz_normalized
Azərbaycanda İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir.
publikaz_normalized
Yalı çapkını" serialının yayımı ilə bağlı dəyişiklik edilib. Serial cümə axşamı və cümə günü izləyicilərin ixtiyarına veriləcək. Qeyd edək ki, baş rollarını Mərd Ramazan Dəmirlə Afra Saraçoğlunun canlandırdığı "Yalı çapkını" ötən həftə Türkiyədə elan olunan 3 günlük matəmə görə nümayiş olunmamışdı.
publikaz_normalized
Ölçülər nə qədər ideal olsa da, xanımlar hər zaman dəyişməyi arzu edirlər. Avstraliya universitetinin mütəxəssisləri 21 qız arasında təcrübə apararaq, bu pəhrizi sınaqdan keçiriblər. 21 gün davam edən pəhrizdən sonra qızlar həqiqətən də istədikləri bədən ölçüsünə sahib olublar. yağsız kəsmik və böyürtkən, 1 stəkan südl...
publikaz_normalized
Özünə təqvim alıb, günlərini sayır…":"Fəridlə demək olar ki, günaşırı danışıram. Apellyasiya Məhkəməsini gözləyirik. Demişdilər bir-iki həftəyə olmalıdır, lakin hələ olmayıb. O bildirib ki, Fərid özü üçün təqvim tərtib edib: “Bu yaxında mənim ad günüm oldu. İranda başqa təqvimdən istifadə olunur deyə, düşündüm ki, məni...
publikaz_normalized
Dünyanın Ukraynaya diqqəti davam etməlidir. O, videomüraciətində bildirib ki, beynəlxalq hadisələr və Ukraynanın yaxın gələcəyə hazırlaşdığı danışıqlarla bağlı görüş keçirib: Dünyanın Ukraynaya, azadlığın qorunmasına və beynəlxalq hüquqa diqqəti qorunmalıdır - biz bunun üçün hər şeyi edəcəyik". Qeyd edək ki, bu gün Çex...
publikaz_normalized
İsrail hərbçiləri Qəzza zolağında keçirilən əməliyyat zamanı HƏMAS-a bağlı hava qüvvələri bölmələrinin beş komandirini öldürüb. “Oktyabrın 7-də dəhşətli hücumda iştirak edən HƏMAS-ın beş yüksək rütbəli Hərbi Hava Qüvvələri əməliyyatçısını məhv etdik”,- Həqari qeyd edib.
publikaz_normalized
Türkiyəli aktrisa Yeliz Yeşilmenə ağır itki üz verib. Qeyd edək ki, C.Yeşilmen parkinson xəstəsi idi.
publikaz_normalized
BMT Baş Assambleyasının Fələstin üzrə fövqəladə xüsusi sessiyası oktyabrın 26-da toplanacaq. “BMT Baş Assambleyasının cənab prezidenti Dennis Frensis oktyabrın 26-da, cümə axşamı, BMT Baş Assambleyasının 10-cu fövqəladə xüsusi sessiyasının 39-cu plenar iclasına sədrlik edəcək”, - məlumatda deyilib.
publikaz_normalized
ABŞ Prezidenti Co Bayden mətbuat konfransını qəfil yarıda kəsərək fövqəladə toplantıya qatılıb. “Üzr istəyirəm, fövqəladə vəziyyət otağına getməliyəm. Müzakirə ediləsi vacib məsələ var”, - deyə Bayden bildirərək zalı tərk edib. Qeyd edək ki, sosial mediada bunun Suriya və İraqda ABŞ hərbi bazalarına hücumla əlaqəli ola...
publikaz_normalized
Autizm spektrli uşaq doğulmasının səbəbi vaxtından əvvəl doğuş riskidir ki, bu da 35 yaşdan sonra artır. 40 yaşdan yuxarı anaların erkən doğuş riski gənc qadınlara nisbətən daha yüksəkdir. R" "“Yaşlandıqca qanın qatılaşması və orqanizmin fəaliyyətində digər dəyişikliklərlə qarşılaşırıq, eləcə də digər müşayiət olunan x...
publikaz_normalized
Payızın sonuna qədər bir neçə bürc işarəsi sözün həqiqi mənasında pulla bombalanacaq. Bəziləri üçün pul sadəcə olaraq göydən düşəcək, bəziləri isə öz ağlı və zəhməti sayəsində ciblərini dolduracaq. Beləliklə, Şirləri pul yağışı gözləyir - orijinal fikirlərini təbliğ etməyə başlayacaqlar, bunun sayəsində gəlirlər artaca...
publikaz_normalized
Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan ...
publikaz_normalized
7 oktyabrdan bəri İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində HƏMAS-ın 500-ə yaxın fəalını saxlayıb. “Hərbi əməliyyatların başlanmasından bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 800-dən çox şəxs saxlanılıb ki, onlardan 500-ə yaxını HƏMAS terror təş...
publikaz_normalized
Regional problemlər həll edilməlidir, əks halda keçmişdə əbədi qalmaq riski var. “Problemlər var, çox mürəkkəb problemlər var, tarix var və bu problemlər həll edilməlidir, əks halda region əbədi olaraq keçmişdə qalmağa məhkum olacaq. Mövcud problemlərin həlli regionda əməkdaşlıq mühitini təmin edə bilər ki, bu da onun ...
publikaz_normalized
Fələstin Dövlətinin inzibati mərkəzi Ramallahda (İordan çayının Qərb sahili) Prezident Mahmud Abbasla fransalı həmkarı Emmanuel Makron arasında görüş olacaq. Bildirilib ki, görüş oktyabrın 24-də keçiriləcək. Eyni gün Fransa lideri İsrailə də səfər edəcək. Avropalı siyasətçi İsrailin Baş naziri Binyamin Netanyahu ilə gö...
publikaz_normalized
Bazar ertəsi Meksikanın cənubundakı Gerrero ştatında silahlılar azı 13 yerli polis əməkdaşını öldürüblər. Mənbənin məlumatına görə, ölənlər arasında Koyuka-de-Benites şəhərinin təhlükəsizlik xidmətinin rəisi də var.
publikaz_normalized
Banqladeşdə yük qatarı ilə sərnişin qatarı toqquşub. Bildirilib ki, hadisə nəticəsində 17 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qəza bölgəsinə bir neçə axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib. Səlahiyyətlilər ölənlərin sayının artacağını istisna etmir. Hazırda faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Çin Respublikası – Tayvanın şərq sahilində 6,2 maqnitudada zəlzələ olub. Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 07:05-də (Bakı vaxtı ilə 03:05) qeydə alınıb və bütün ölkəboyu hiss olunub. İdarənin verilənlərinə əsasən, zəlzələnin episentri dənizdə – Hualyan dairəsindən 120,2 km şərqdə olub. Bildirilib ki, ye...
publikaz_normalized
Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona müştərək travma və qapalı kəllə-beyin travması diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
38 nəfər yaralandı":"Türkiyənin Muş – Bursa marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Gürün – Pınarbaşı magistralının 70-ci kilometrliyində yolun qarşı zolağına keçərək aşıb. Bildirilib ki, hadisədə 38 nəfər yaralanıb. Hadisə yerinə gələn xilasedicilər avtobusun pəncərələrini qıraraq sıxılıb qalan sərnişinləri qurta...
publikaz_normalized
Rusiyalı qastroenteroloq Aleksandra Alisova həzm üçün ən faydalı qidalar haqqında danışıb. Alisova qeyd edib ki, bağırsaqlarda yaşayan bakteriyalar lifi parçalayır və orqanizmə lazım olan vitaminləri istehsal edir. Buna görə də, sağlam bağırsaq bir çox xəstəliyin və iltihabın qarşısını almaqda əhəmiyyətli rol oynaya bi...
publikaz_normalized
HƏMAS-ın teleqram kanalları və saytı əngəllənib. Belə ki, sözügedən kanalların istifadəçiləri messencerin rəsmi saytından kompüter üçün məhdudiyyətsiz versiyanı yükləmək imkanı barədə bildirişlər alıblar.
publikaz_normalized
İsrail və Fələstin arasındakı münaqişənin hər an regional və hətta dünya müharibəsinə çevrilmə ehtimalı var. Çünki bölgədə fərqli maraqlar və ssenarilər mövcuddur. Ekspert HƏMAS-ın İsrailə hücumunun Rusiya tərəfindən koordinasiya edilməsi ehtimalının olduğunu bildirib: “ABŞ ilə İsrail HƏMAS-ın hücumundan istifadə edərə...
publikaz_normalized
Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində 6 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç bu gün növbəti dəfə məhkəmə qarşısına çaxarılıb. Proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur. Bu gün ...
publikaz_normalized
Bakının on yolunda tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;" "2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "3. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;" "4. Alı Mustafay...
publikaz_normalized
“Artsax”ın adı belə Ermənistanı məhv edəcək":"“Artsax”ın itirilmədiyi, onun bərpa oluna biləcəyi və hər şeyin hələ qabaqda olduğu fikri Azərbaycan və Ermənistan arasında sülh prosesini hər cür pozmağa çalışan bir qrup insana məxsusdur. Daşnaksütyan Partiyası öz liderlərinin dili ilə yüksək səslə bəyan etdi ki, Ermənist...
publikaz_normalized
Qarabağda separatizmin ləğvindən sonra erməni əhalisinin kütləvi şəkildə Ermənistana qayıtması ətrafında müəmma davam edir: rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq edir; erməni əhalisini bölgədən küt...
publikaz_normalized
ürək "sinədən sıçrayır" və...":"Kardioloq spirtli içki qəbul etməyin təhlükəli nəticələrini ortaya qoyub. Həkimin dediyinə görə, bu, spirtli içki qəbulundan sonra ürəyin “sinədən sıçraması” hissi kimi özünü göstərir. Sözügedən vəziyyət şiddətli zəiflik, nəfəs darlığı və sinə ağrısı ilə müşayiət oluna bilər. Utin bildir...
publikaz_normalized
Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimində icra olunan fəaliyyətlər planı məlum olub. Təmas xəttində yerləşən mövqelərin düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan ve Türkiyə komando bölükləri birgə sızma fəaliyyətl...
publikaz_normalized
Buna əməl etməlisən":"İsrailin HƏMAS-a qarşı mübarizədə hərbi strategiyası beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Siyasətçinin sözlərinə görə, 17 gün ərzində HƏMAS-ın hərəkətləri nəticəsində 1400-dən çox İsrail vətəndaşı, o cümlədən qadınlar, uşaqlar və qocalar həlak olub. İsrail öz vətəndaşlarını “mənasız zorak...
publikaz_normalized
74 nəfər saxlanıldı - FOTO":"Gəncədə quldurluq etməkdə və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının oktyabr ayınını 21-23 tarixlərində şəhər ərazisind...
publikaz_normalized
Google" İsrail və Qəzza zolağında trafik məlumatlarını ləğv edib. Bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Bildirilir ki, bu qərar yaranan münaqişəli vəziyyətlə əlaqədar təhlükəsizlik məqsədilə verilib. Məlumata görə, "Google" əvvəllər də oxşar təcrübələrdən istifadə edib.
publikaz_normalized
Atəşkəsə qarşı çıxdı":"Vaşinqton İsraillə Qəzza zolağı arasında atəşkəs rejiminin tətbiqi ideyasını dəstəkləmir. “İstənilən atəşkəs HƏMAS-a nəfəs almaq və İsrailə qarşı terror hücumları həyata keçirməyə hazırlaşmaq imkanı verəcək”, - Dövlət Departamentinin sözçüsü bildirib. O, “bu vəziyyəti İsrail üçün qəbuledilməz” ad...
publikaz_normalized
İran və Rusiyaya münasibətdə...":"Ermənistan-Azərbaycan məsələsi ilə bağlı danışıqların harada getməsindən və kimin aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə kömək edən xoş niyyətli hər hansı öhdəlikləri alqışlayırıq. “Ancaq eyni zamanda, biz Cənubi Qafqazın İran və Rusiyaya münasibətd...
publikaz_normalized
Növbəti rekord":"“Tottenhem”in baş məşqçisi Angelos Postekoğlu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. Bununla da Postekoğlunun yetirmələri ilk 9 turdan sonra xal hesabımı 23-ə çatdırıb. Bu, Premyer Liqa tarixində debütant məşqçilər üçün mütləq rekorddur. Heç bir mütəxəssis öz klubundakı ilk mövsümündə bu q...
publikaz_normalized
Balaəliylə bağlı şok iddia":"Meyxanaçı Balaəli Maştağalının (Bala Əli Rzayev) bir müddət öncə özünə lüks avtomobil alması müzakirələrə səbəb oldu. Balaəlinin zəngin həyat tərzi keçirməsinə şübhə edənlər də var. Bəzi adamlar düşünür ki, meyxanaçının idarə etdiyi bahalı avtomobillər, o cümlədən görüntülərdə əks olunan ba...
publikaz_normalized
İnter Mayami"nin futbolçusu Edison Azkona maraqlı açıqlama verib. “Mən onun ingiliscə danışdığını eşitməmişəm. Səhərlər bazaya gələndə ingilis dilində sadəcə “sabahınız xeyir” deyir. Komandada ispanca bilməyənlər isə bu dildə danışmaq üçün kursa belə yazılıblar. Hər kəs anlayır ki, Messi ilə ünsiyyət qurmağın yeganə yo...
publikaz_normalized
Bayden çıxşını yarımçıq dayandırıb. Bildirilir ki, ona anidən gələn bir xəbər konfransdakı çıxışını yarıda dayandırmasına səbəb olub. Amerika prezidenti, “Bağışlayın, mən situasiya otağına getməliyəm. Orada bir məsələ var ki, onu həll etməliyəm", - deyərək, zalı tərk edib. Baydenin nitqini yarımçıq kəsməsinə səbəb kimi...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi 0,0605 manata kimi ucuzlaşıb, Rusiya rublu 0,0181 manata kimi, Avro isə 1,8157 manata kimi bahalaşıb.
publikaz_normalized
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi laçınlı ailənin fotosunu yayımlayıb. 30 ildən sonra eyni məkanda çəkilən foto sosial şəbəkələrdə də maraqla qarşılanıb.
publikaz_normalized
Əl-Nəsr"in futbolçusu Kriştianu Ronaldo diqqət mərkəzinə düşüb. Bu barədə döyüşçü sosial şəbəkə hesabında paylaşım edib. Kriş britaniyalı boksçu Tayson Fyuri ilə döyüşə hazırlaşan dostuna dəstək məqsədiylə “Jacob & Co” saatını hədiyyə edib. Onu qiyməii 110 min funt sterlinqdir. Qeyd edək ki, Ronaldo MMA ilə yaxından ma...
publikaz_normalized
Sağ qalmağımız üçün mövcud təhlükədir":"İsrail mətbuatı Qəzza müharibəsini səhv idarə etdiyinə və Qəzzadan İsrailə edilən gözlənilməz hücumların uğursuzluğunda məsuliyyəti üzərinə götürmədiyinə görə baş nazir Benyamin Netanyahunu tənqid edir. Mətbuatın hədəf aldığı o ad Baş nazir Benyamin Netanyahudur. Son ictimai rəy ...
publikaz_normalized
Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turundakı “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasına türkiyəli ədalət təmsilçiləri də təyinat alıblar. Ağayevə laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim fu...
publikaz_normalized
Fəxr edirəm ki, belə dostum var":"Tramp Orbanı Türkiyənin lideri kimi qələmə verib. Bilirsiniz, mən çox fəxr edirəm ki, belə bir insan var - Viktor Orban. O, yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir", - Tramp deyib.
publikaz_normalized
Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq. Bildirilib ki, vaxt məhdudiyyətinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bugünkü görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə s...
publikaz_normalized
Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək. Qeyd edilib ki, düşmən işğalından azad edilmiş əzəli Azərbaycan torpaqlarına Böyük Qayıdış məqsədinin reallaşdırılması ortamüddətli dövrdə ölkənin milli xərc prioritetləri...
publikaz_normalized
10:00" "Qarabağdan İrəvana qaçan separatçılarla Ermənistan hakimiyyəti arasında 800 milyon dollarlıq qarşıdurma yaşanır. “Hraparak” nəşri yazır ki, separatçılara təkcə Ermənistan hökuməti maliyyə ayırmırdı, həm də bu istiqrazlar vasitəsilə pul qazanırdılar. “Bu, əsasən Serj Sarkisyanın dövründə olub. Sarkisyan Ermənist...
publikaz_normalized
Aktrisa Esra Bilgiç dünən "Atatürk" filminin qala gecəsində çətin vəziyyətə düşüb. Esra Bilgiç buna baxmayaraq, yoluna davam edib. Sözügedən görüntülər instaqramda yayılıb. Your browser doesn't support video.
publikaz_normalized
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna start veriləcək. A, B, C və D qrupunun "sakinlər"i mübarizə aparacaq. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşləri önündə “Bayern”lə üz-üzə gələcək. Qrupun digər oyununda “Mançester Yunayted” evdə “Kopenhagen”i sınağa çəkəcək. Bundan b...
publikaz_normalized
Gəncə Universam" QSC ləğv olunur. Publika..az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bununla bağlı qərar "Gəncə Universam" QSC-nin cari ilin noyabrın 24-də baş tutacaq növbədənkənar ümumi yığıncağında qərar veriləcək. İclasda cəmiyyətin ləğv edilməsi ilə yanaşı ləğvetmə komissiyasının yaradılması və komissiyanın səlahiy...
publikaz_normalized
London metrosunda anons sistemi üzərindən sərnişinlərə "Azad Fələstin" şüarları səsləndirdiyi üçün barəsində istintaq başladılan qatar maşinistinin London İctimai Nəqliyyat İdarəsi (TfL) tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı açıqlanıb. TfL-nin əməliyyatlar üzrə meneceri Qlinn Barton sözügedən sürücünün anons sistemi...
publikaz_normalized
Bildirilib ki, Gəncə şəhərinin Məhsəti qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 2 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Tacikistandan olan taksi sürücüsü 9 yaşlı uşağa qarşı qeyri-etik hərəkətlər etdiyi üçün Moskvada polis tərəfindən saxlanılıb. Bildirilir ki, 40 yaşlı kişi telefonu ilə Moskvanın Kuntsevo rayonunda yaşayan uşağa çılpaq qadınların fotoşəkillərini göndərib. Uşağın anası onları qadcetdə tapıb və polisə məlumat verib. Hüquq...
publikaz_normalized
15 dəqiqə özümə gələ bilmədim" - VİDEO":"Ötən gecə İstanbulda Atatürkdən bəhs edən iki filmin premyerası keçirilib. Aras Bulut İynemlinin Mustafa Kamal Atatürkü canlandırdığı “Atatürk 1881-1919” filminin qala gecəsi Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçirilib. Premyeraya İynemli, Songül Özden, Mehmet Günsür, Sarp Akk...
publikaz_normalized
“Allah cəzamı belə verdi” - VİDEO":"Mən sənə zamanında bunu etdim”. Sənətçi bundan sonra ana olmaq istəmədiyini söyləyib: “Demirəm ki, alınmır (dünyaya uşaq gətirməyi nəzərdə tutur – red.). İmamız xanım 93 yaşında ana olub. Dünyada ən çox sevdiyim nemət uşaqdır, övladdır. Ana olmaq heç zaman gec deyil. İçimdəkini bir A...
publikaz_normalized
Yabancı damat" serialının qəhrəmanlarından biri olan aktyor İlker Aksum ata olacaq. Alışv-veriş mərkəzindən çıxarkən görüntülənən aktyor həyat yoldaşının 2 aylıq hamilə olduğunu deyib: Hər kəsə evlənməyi tövsiyə edirəm. Həyat yoldaşım iki aylıq hamilədir. Gələn il həm filmlər, həm də seriallar var.
publikaz_normalized
Təhsil alır, modellik edir - FOTOLAR":"Portuqaliya futbolunun əfsanəsi Luis Fiqonun 3 qızı var. Onlardan böyüyü - Daniela bu günlərdə İspaniya mətbuatında ən çox müzakirə edilən adlardan biridir. Anası Helen Svedin Skandinaviyadan olduğu üçün o, yarı portuqal və yarı isveçlidir. Daniela həm anasının, həm də atasının so...
publikaz_normalized
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda separatçıların qondarma rejimi buraxması qərarını dəstəkləyib. Nəşr yazır ki, Ermənistan hakimiyyəti Samvel Şahramanyanın özünü buraxmaq qərarından xəbərsiz olduğunu elan etsə də, əslində Paşinyan həmin qərar açıqlanmamışdan öncə mətnlə tanış olub. “Paşinyan Şahramanyana...
publikaz_normalized
nəyi müzakirə ediblər?":"Tehranda “3+3” formatında keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib. “Tehranda keçirilən “3+3” görüşü çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş Ermənistan və Azərbaycan arasında s...
publikaz_normalized
Tramp Baydeni "müharibə alovu" adlandırıb. O, seçki kampaniyası çərçivəsində tərəfdarları ilə görüşündə, "Yəqin ki, siz Üçüncü Dünya müharibəsini yaşayacaqsınız, çünki bizim səriştəsiz prezidentimiz var”, - o deyib. “Vicdansız Co Baydenin zəifliyi fəlakətli dünya münaqişəsinə səbəb olacaq", - Tramp əlavə edib.
publikaz_normalized
Ən böyük "təhlükə"yə qarşı plan qururlar":"ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey ilə Kaliforniyada görüşən İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat bölmələrinin rəhbərləri Çinin həyata keçirdiyi texnoloji casusluğunu "dövrümüzün ən böyük təhlükələrindən biri" kimi xarakteri...
publikaz_normalized
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində oktyabrın 24-də "Yüksək səviyyəli müşahidəçi günü” keçirilir. Xatırladaq ki, oktyabrın 23-də Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı...
publikaz_normalized
Son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müra...
publikaz_normalized
Sənin qadanı alım, bu qədər camaatın içində..." - VİDEO":"Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilir. Zərərçəkən Alışov Alış qeyd edib ki, atışma başlayanda ailəsi ilə birlikdə kənddə olub: “Bunlar Novruzun evinin...
publikaz_normalized
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Həmin məsələlər aşağıdakılardır: “Energetika haqqında” qanun layihəsi (üçüncü oxunuş)" "2. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)" "3. Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsi...
publikaz_normalized
Antalyada yaşayış binasının bağ darvazasına dolanan ilan vətəndaşlarda böyük qorxu yaşadıb. Yanğınsöndürənlər tərəfindən çıxarılan 1,5 metr uzunluğunda ilan Təbiəti Mühafizə və Milli Parklar İdarəsinə təhvil verilib. Xəbər verildikdən sonra ünvana yanğınsöndürmə briqadası göndərilib. Böyük təşviş içində olan vətəndaşla...
publikaz_normalized
Göstərməliyik ki, Avropa çempionluğumuz təsadüfi olmayıb":"“Komandada ab-hava çox yaxşıdır. Dünya çempionatına yüksək səviyyədə hazırlaşmışıq. Bildiyiniz kimi, Türkiyədə 2 həftəlik təlim-məşq toplanışında olduq”. Hava limanında jurnalistlərin suallarını cavablandıran Xəlilzadə minifutbolun onun üçün yeni bir səhifə old...
publikaz_normalized
Yunanıstanın Lutraki şəhərində sərbəst və yunan roma güləşi üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib. Ölkəmizi A kateqoriyası üzrə 35-40 yaşlı sərbəst güləşçilər arasında 62 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov təmsil edib. C.Süle...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də...
publikaz_normalized
On minlərlə qadın Baş nazirə qoşularaq küçələrə çıxacaq ki...":"İslandiyada baş nazir Katrin Yakobsdottir də daxil olmaqla on minlərlə qadın gender əsaslı maaş bərabərsizliyinə etiraz etmək üçün sabah 48 ildən sonra ilk dəfə tam tətil edəcəklər. Paytaxt Reykyavikin mərkəzində keçiriləcək tətil çərçivəsində ən az 25 min...
publikaz_normalized
“Barselona” icarə əsasında heyətində çıxış edən Joao Kanselonu tam hüquqla almaq istəyir. Bu barədə 29 yaşlı futbolçunun agenti Jorje Mendeşə məlumat verilib. Baş məşqçi Pep Qvardiolayla yola getməyən portuqaliya futbolçunun satılmasını istəyən "Siti" rəhbərliyi bu məsələyə isti yanaşır. Ancaq "şəhərlilər" Kanselonun t...
publikaz_normalized
Duz-çörək kəsmişdik, amma...":"Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Bəyim Rəhimova ifadə verib. Səhər tezdən güllə səsinə oyanmışdım. Hadisə baş verəndə evdə 2 azyaşlı övladım, ...
publikaz_normalized
Məqsəd nədir?":"CAR-da qızıl mədənində 550 işçi girov götürülüb. Məlumata görə, hadisə Sprinqs şəhəri yaxınlığındakı, “Gold One” şirkətinə məxsus mədəndə baş verib. Şirkətin yaydığı açıqlamada bildirilir ki, gecə növbəsində çalışan işçilər mədəndən geri qayıtmayıblar. Onların Mədənçilər və Tikinti İşçiləri Həmkarlar İt...
publikaz_normalized
Ermənistan özlərinin təhriki ilə Qarabağdan çıxan ermənilər üçün təzminat tələb etməyə başlayıb. Bununla bağlı Ermənistan beynəlxalq təşkilatlardan dəstək istəyir. O qeyd edib ki, I Qarabağ müharibəsində Azərbaycanın dağıdılan, viran edilən tarixi, mədəni irsi ilə bağlı da beynəlxalq hüquq çərçivəsində addım atılmalıdı...
publikaz_normalized
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev son günlər bölgədə gedən siyasi proseslərlə bağlı Elchi.az-ın suallarını cavablandırıb. – Bilirsiniz, qeyd etdiyiniz “pet”lər öz sözlərini danışmırlar, həm də elə ağıllarının həcminə görə indiki durumdadırlar. Azərbaycan 9 noyabr üçtərəfli Birgə ...
publikaz_normalized
“3+3” formatlı görüşdən sonra Azərbaycana qarşı təzyiqlər daha da artacaq. O qeyd edib ki, Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistanın iştirakı ilə “3+3” formatında baş tutan görüşdən sonra bölgə ilə bağlı fərqli fikirlər səslənir: “İndi bir çox Qərb dairələri məhz bundan narahat olmağa başlayıb...
publikaz_normalized
14 yaşlı uşağın günahı nə idi ki..." - VİDEO":"Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilir. Zərərçəkən Salmanov Teymur ayağını göstərərək bildirib ki, onu bu günə Vaqifin dəstəsi salıb. Onlar məni ömürlük bu hala s...
publikaz_normalized
20-22 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində 8-ci Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilib. Festivalın müsabiqə proqramına isə 3 nominasiya üzrə 49 film seçilib. Oktyabrın 22-də Ankarada “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən tədbirin bağlanış və mükafatlandırma mərasimi keç...
publikaz_normalized
Milli Məclis “Energetika haqqında” qanun layihəsini III oxunuşda təsdiqləyib. Qeyd olunub ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəkl...
publikaz_normalized
Avropanın bəzi qurumları Azərbaycana qarşı fərqli fikirlər səsləndirir. Bildirirlər ki, Qarabağdan gedən ermənilər qeyri-şərtsiz geri qayıtmalıdır. Onlara sual verilməlidir ki, qeyri-şərtsiz deyəndə nəyi nəzərdə tuturlar? Azərbaycan rəsmi olaraq bildirib ki, Qarabağ erməniləri geri qayıda bilərlər. Amma ora sonradan qa...
publikaz_normalized
Sənin adın Çərkəzdir, mənim də atamın adı Çərkəz olub - VİDEO":"Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir. Zərərçəkən Vaqifi yox, qardaşı Qurgeni tanıdığını deyib: “Kəndimizin başına bütün vəhşilikləri gətirdilər. Anam, ba...
publikaz_normalized
Çex əsilli amerikalı supermodel, aktrisa və yazıçı Paulina Porizkova Portuqaliyanın “Vogue” jurnalının yeni qəhrəmanı olub və jurnal üçün fotosessiyaya çəkilib. Kadrlardan birində o, libasının bir çiynini açıb və sinəsi kişi əli ilə örtülüb. Porizkovanın 58 yaşı olsa da, kifayət qədər cəlbedici layihələrdə iştirak edər...
publikaz_normalized
Vaqifin dəstəsi...":"Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir. Zərərçəkən Vaqifi tanıdığını qeyd edib. “Milli Qəhraman Kamil Eyyubovun yoldaşıyam. Vaqifin dəstəsi bütün vəhşilikləri törədiblər. Cinayətkar layiqli cəzanı a...
publikaz_normalized
158 avtomobil toqquşdu, az 7 nəfər ölüb - VİDEO":"ABŞ-da baş verən güclü yol qəzası nəticəsində azı 7 nəfər ölüb, 25 nəfər yaralanıb. Qəza Luiziana ştatının Nyu Orlean şəhəri yaxınlığında baş verib. Nəqliyyat xidmətləri dağıntıları təmizləməyə davam edir: insanlar kilidlənmiş avtomobillərdə qalıb. Qəza zamanı avtomobil...
publikaz_normalized
Krasnoyarsk diyarında ağ ayı itlərlə gəzərkən videoya düşüb. Görüntülər deputat Sergey Sizonenko tərəfindən yayımlanıb. Deputatın yerləşdirdiyi kadrlarda qütb ayısının yerli sakinlərin itlərinin müşayiəti ilə qəsəbənin küçələrində rahatca gəzdiyi görünür. Sizonenko qeyd edib ki, ayı özünü qəsəbənin sakini kimi aparır.
publikaz_normalized
Azərbaycan-Türkiyə hərbi təlimlərinin əsas hədəfi…":"Qələbəmizə sistemli hücumlarını 10 dəfə artıran Avropa mediasının önündə gedənlərindən biri-Almaniyanın De Velt nəşri “Qəzzanın kölgəsində-növbəti müharibə təhlükəsi haradır” adlı avantürüst məqalə ilə çıxış edib. Görünən odur ki, ölkəmizə qarşı mövqeyini kəskin dəyi...
publikaz_normalized
Fədayə uşaqlıqda oğlan kimi olub. İlahəyə paltar, ya kukla alanda, ona şalvar və velosiped, maşın almışam. Məktəbi əla oxuyurdu, hətta yuxarı sinflərə aparırdılar, onlaırn riyaziyyatını edirdi. Əlhəmə həmişə laylay çalırdı, bildim ki, gözəl səsi var. O, bildirib ki, Fədayə Laçına münasibəti başqadır: Qızım İlahə ən saf...
publikaz_normalized
Xarici agent olub":"ABŞ senatoru Bob Menendes ona qarşı elan edilən ittiham aktındakı "xarici dövlətin agenti olmaq" iddiasını rədd edib. Menendes bu yeni ittihamı rədd edib və günahsız olduğunu bildirib. Bundan əlavə, Menendesin həyat yoldaşı Nadine Arslanyan və ittihamnamədə təqsirləndirilən digər şəxslər də onlara q...
publikaz_normalized
61 yaşlı diversant saxlanıldı":"Krımda belaruslu diversant partlayıcı maddə ilə saxlanılıb. Onun mənzilində partlayıcı maddələr və silahlar aşkar edilib. Bu barədə "Baza" Telegram kanalı məlumat yayıb. Məlumata görə, hadisə sentyabrın 23-də baş verib. Bir nəfər hərbçiyə məxsus avtomobili partlatmaq üçün çəkisi 500 qram...
publikaz_normalized
Prokuror elə bir sual verdi ki, Vaqif mat qaldı":"Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir. Zərərçəkən qeyd edib ki, hadisə baş verəndə 10 yaşı olub: “Uşağın yadından heç nə çıxmır. Hər şey bugünkü kimi yadımdadır. Balaca...
publikaz_normalized
Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələrinin azaldılmasına dair layihə III oxunuşda qəbul edilib. Dəyişikliklə satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşd...
publikaz_normalized
Nə baş verdiyini bilmirəm - MÜSAHİBƏ":"22 yaşlı futbolçu Ağdam təmsilçisinin Tovuzdakı xal itkisindən, eyni zamanda “Bayer”lə Avropa Liqasının qarşıdakı oyunundan danışıb. O, həmçinin milli komandanın son oyununda qaçırdığı real qol epizodu ilə bağlı da fikirlərini bizimlə bölüşüb. "- “Qarabağ” “Turan Tovuz”la səfər ma...
publikaz_normalized