text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Astroloqlar bu həftə (24-31 noyabr tarixlərində) bürcləri nələrin gözlədiyi ilə bağlı yeni proqnozlarını açıqlayıblar. Bu bürclər qeyd edilən tarixlər arasında daha çox şən və xoş günlər yaşayacaqlar. Gələcəyə dair gözlənilməz təkliflər onları çox sevindirəcək. Onları kədərləndirən mənfi emosiyalardan uzaq olacaqlar. B...
publikaz_normalized
Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı geri çağırıb. Nəşr mənbələrinə istinadən yazır ki, Arutyunyanın yerinə yeni səfir namizəd Moskvaya təqdim edilib. “Arutyunyanın əvəzinə səfir kimi hakim partiyanın üzvü Qurgen Arsenyanın namizədliyi irəli sürülüb. Lakin Rusiya rəhbərliyi bu namizədi rədd edib”, - nəşr y...
publikaz_normalized
Bu ərazidə döyüşəcək xüsusi təyinatlılar hazırlayacaq":"Fransa Ermənistana ordu zabitini Müdafiə Nazirliyinin hərbi müşaviri kimi göndərəcək, həmçinin Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacaq. Lekornu tərəflərin əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqramları və sahələri sadalayıb. O, ...
publikaz_normalized
Xankəndidə 6 saatlıq qapalı görüşdə niyə dava düşüb?":"Ermənistan mediası Qarabağda ləğv edilən separatçı rejimlə bağlı sirləri yaymağa başlayıb. “İravunk” nəşri Araik Arutyunyan, separatçıların keçmiş “rəhbərləri” – Arkadi Qukasyan və Bako Saakyan – eləcə də, Samvel Babayanın iştirak etdiyi 6 saatlıq görüşün təfərrüat...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rü...
publikaz_normalized
Ermənistanın soyqırımı siyasətinin ideoloqlarından olan Zori Balayan yaddaşını itirib. Sayt Balayanın ağır xəstə olduğunu və Londona aparıldığını yazsa da, oğlu Hayk Balayan bunu təkzib edib. Lakin Balayanın yaddaşında problemlərin yaşandığını təsdiqləyib. Məlumata görə, 2 ildir Zori Balayan ağır xəstədir və yaddaşını ...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Bayer" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb. FIFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Aleksandru Çerey kömək göstərəcək. Dördüncü hakim funksiyasını Szabols Kovaç yerinə yetirəcək. VAR-da portuqaliyalı Tiaqu Martins ...
publikaz_normalized
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir. Nəticədə 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək ai...
publikaz_normalized
Bu günlərdə intim videosu ilə gündəmə gələn Şəmsi Səmədoğlu tanınmış telejurnalist Tural Museyibova geniş açıqlama verib. "RTV-də yayılan həmən müsahibədə Şəmsi Səmədoğlu sözügedən video ilə bağlı ətraflı məlumat verib və bildirib ki, görüntülərdə əks olunan şəxs o özü deyil. Your browser doesn't support video. video/m...
publikaz_normalized
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir. Təlim qərargahına gələn qonaqlar birgə taktiki təlimin ssenarisi və icra edilən fəaliyyətlər barədə məruzələri dinləyiblər. Məruz...
publikaz_normalized
Yeni mərkəz qurulur":"Azərbaycanda "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları" və "Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası" təsdiq olunub, Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır. Onun sözlərinə gör...
publikaz_normalized
Bu, başqa bir...":"Kreml Rusiya prezidenti Vladimir Putinin səhhətindəki problemlər barədə yayılan xəbərləri təkzib edib. Onun sözlərini Onun sözlərini TASS sitat gətirib. Onunla hər şey yaxşıdır, bu, tamamilə başqa bir uydurmadır”, - Peskov bildirib. Bundan əvvəl bir sıra xarici KİV-lər Putinin ürəyində problem olduğu...
publikaz_normalized
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib. Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "...
publikaz_normalized
Çaşırsan" - VİDEO":"Əməkdar artist Rühəngiz Musəvi keçmiş duet ortağı Əli Mirəliyevi tənqid edib. Ə.Mirəliyev "Rühəngiz nə gəldi deyir mənim ünvanıma. Çünki antireklam reklamın ən böyük növüdür" kəlmələrini ifadə edib. Musəvinin qarşı tərəfə cavabı belə olub: Mən heç zaman heç kimi incidəcək söz demərəm. Əsas odur ki, ...
publikaz_normalized
Qəzza zolağında 35 min döyüşçümüz var, hazırıq":"Fələstinin radikal HƏMAS hərəkatı Qəzzada olan döyüşşülərinin sayını açıqlayıb. "Publik.az xəbər verir ki, “Əl Hadath” telekanalı məlumat yayıb. HƏMAS bəyan edib ki, 35 min tərəfdarı Qəzza zolağında cəmləşib. “Bizim Qəzzada cəmləşmiş 35 min silahlı tərəfdarımız var və bi...
publikaz_normalized
Bakıda oğurluqda təqsirləndirilən İsmayıl Qəhrəmanov və tanışı Kənan Əliyevin barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb. Apellyasiya instansiyasının qərarı ilə İsmayıl Qəhrəmanovun cəzası ağırlaşdırılaraq 8 il təyin edilib. Həmçinin Kənan Əliyevlə bağlı hökm də dəyişdirilib və ona qəti olaraq 6 il həbs cəzası ...
publikaz_normalized
Aralarında deputatın...":"Ukraynaya məxsus qiymətli əşyaları qanunsuz olaraq İspaniyada satmağa cəhd edən dəstə üzvləri saxlanılıb. “Madriddə keçirilən beynəlxalq xüsusi əməliyyat nəticəsində Ukraynaya məxsus artefaktları qanunsuz olaraq satmağa cəhd edən 5 dəstə üzvü saxlanılıb.Saxlanılanlar arasında UOC-un Ukraynadan...
publikaz_normalized
ATƏT-in tədbirində Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı məsələ qaldırılıb. Bildirilib ki, Qərbi Azərbaycan İcması insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq qurumların fəaliyyətində yaxından iştirak edərək, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətli şəkildə ger...
publikaz_normalized
Azərbaycanda bağlana biləcək bir neçə bank var”. O, buna səbəb kimi həmin bankların problemlərin olmasını qeyd edib: Amma bu o demək deyil ki, həmin banklar mütləq bağlanacaq. Çünki ola bilər ki, bankın səhmdarları pul qoysunlar, əlavə vəsait tapıb yaranmış çətinliyi həll etsinlər. Əvvəllər belə banklar olub, hamı deyi...
publikaz_normalized
İdmanı həyat tərzinə çevirən əməkdar artist, məşhur aparıcı Nailə İslamzadə daha bir kadrları ilə gündəm yaradıb. Turnikdə dartınarkən çəkilən videonu paylaşan televiziya ulduzu bildirib ki, bu gün hiss etdiyiniz ağrı, sabah hiss edəcəyiniz gücünüz olacaq. bu tam barfiks deyil, mən idman yarışına hazırlaşmıram ki, amma...
publikaz_normalized
Gürcüstanda polis İtaliya mafiyasının liderlərindən biri Cüzeppe Sqanqanı saxlayıb. Müxbirlərin məlumatına görə, 67 yaşlı Sqanqu 2020-ci ildə ölkəsində qiyabi olaraq mühakimə olunub və 11 il müddətinə azadlıqdan məhrum edilib. İtaliyada eyni iş üzrə bir neçə nəfər, o cümlədən mafiya ilə əlaqədə ittiham olunan üç qardaş...
publikaz_normalized
Dünya müharibəsi olacaq, Ukrayna qurban verilməlidir":"İlon Mask Üçüncü Dünya Müharibəsindən qaçmaq üçün Ukraynanın qurban verilməsini məsləhət görür. Mask bu barədə "X" platformasında yazıb. O hesab edir ki, ABŞ siyasətinin prioriteti III Dünya Müharibəsindən qaçmaq və regional münaqişənin sürətlə qlobal miqyasda kəsk...
publikaz_normalized
Bu barədə "Obozrevatel" nəşri məlumat yayıb. İdmançı Jijoka-di-Jerikuakuara şəhərində keçirilən görüşün 90-cı saniyəsində məğlub olub. Ona dərhal tibbi yardım göstərilib. Bundan sonra döyüşçü təkbaşına evə gedib. Ertəsi gün vəziyyəti pisləşən Pena xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ...
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq memorandumu imzalanıb. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutan imzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətini...
publikaz_normalized
İsrail Təhsil Nazirliyi Fələstinə dəstək bəyanatı verən iqlim fəalı Qreta Tunberqin adının bütün dərsliklərdən çıxarılmasına qərar verib. İsrail Təhsil Nazirliyindən verilən açıqlamada, "HƏMAS qadın, uşaq və qoca da daxil olmaqla 1400 günahsız israillini qətlə yetirən, 200-dən çox insanı Qəzzaya qaçaq yolla aparan terr...
publikaz_normalized
Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir. Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ...
publikaz_normalized
“Ötən gün Tehranda keçirilən nazirlərin görüşündə “3+3” formatının iştirakçıları konsensusa gəliblər ki, məhz region ölkələrinin regional problemlərinin həllində əsas rol oynaması lazımdır və bu mənada biz bu strateji əhəmiyyətli regionun gələcəyinin formalaşdırılmasında aidiyyət və iştirak hissimizi gücləndirmək niyyə...
publikaz_normalized
Moskva polisi 2003-cü ildə törədilmiş cinayətin üstünü açıb. 20 ildir itkin düşmüş Aleksey Zirinin cəsədi bu ay tapılıb. Qalib Yusubov adlı azərbaycanlı xeyriyyəçi "Zirin" ləqəbli kriminal aləmin nümayəndəsi Aleksey Zirini aldadaraq iş otağına aparıb. Burada olan digər killerlər Zirini növbəylə vurublar və xalçaya bükə...
publikaz_normalized
Osmanlı hərbi folklor dilində çoxlu maraqlı sözlər, terminlər, ifadələr var. Hər birinin arxasında canlı tarix, insan taleləri yatır. “Qəzan mübarək!” belə ifadələrdəndir. Axınçılar yeni ilqara, yeni fəthə getməzdən qabaq onları yol salma zamanı deyilən alqış-dua idi. 90-cı illərdən sonra bizim də dilə keçib, daha çox ...
publikaz_normalized
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha beş vətəndaşa dəstək verib. Bank bu il ərzində şəhid və qazi ailələri də daxil olmaqla, indiyədək 18 vətəndaşımıza dəstək göstərib. Layihə çərçivəsində bank tərəfindən paytaxt və ölkəmizin bir çox rayonlarında yaşayan həssas əhali qruplarına şəxsi bizneslərini qurmaq üç...
publikaz_normalized
Bu riski nəzərə al":"Fransa prezidenti Emmanuel Makron İran və Livan “Hizbullah”ı da daxil olmaqla müxtəlif regional oyunçuları İsrailə qarşı yeni cəbhə açmağa qarşı xəbərdar edib. “Hizbullah”ı, İran hakimiyyətini, Yəməndəki husiləri və İsraili təhdid edən bölgədəki digər oyunçuları yeni bir cəbhə açmaq riskinə qarşı x...
publikaz_normalized
Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklər, həmçinin paltar qalıqları aşkar edilib. Belə ki, oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edil...
publikaz_normalized
Tutdu qolumdan dartdı və...":"Onu görən kimi aşiq olduğum biridir. İlk görüşümüzdə təbii ki, enerjisinə vurulmuşdum, amma bunun o qədər də fərqində deyildim. Qolumdan tutub çəkdiyini deyə bilərəm. Ötən gün yutubda yayımlanan "İbrahim Səlimlə bu gecə" verilişinə qonaq olan ulduz şəxsi həyatına dair bəzi məqamları dilə g...
publikaz_normalized
Mən xoruzam" - FOTOLAR":"Ronaldinyo təkcə “Barselona” deyil, ümumilikdə bütün futbol azarkeşlərinin sevimli futbolçularından biri olub. Ronni Kataloniya klubunda oynadığı və şöhrətinin zirvəsində olduğu vaxt, hətta "Real" fanatları da onu alqışlayıblar. Həqiqətən də o, çox yaxşı formada idi. Barsa"dan ayrıldıqdan sonra...
publikaz_normalized
“Rəngarəng səhər” verilişinin aparıcısı Zaur Nəbioğlu efirdə qonaq olan müğənnilər Elşad Qarayev və oğlu Rəvan Qarayevi çətin vəziyyətə salıb. Bu anda isə “ata-bala” oturduqları yerdə heyrətdən donub-qalıblar. Xanım bildirib ki, barmağındakı tək qaş üzüyü ona Rəvan alıb və “Mən Rəvanı sevirəm, o da məni sevir. Bizə də ...
publikaz_normalized
Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüblər. Ümumilikdə, təlimin gedişatını yüksək...
publikaz_normalized
Dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi Avropa Superliqasının təşkilatçılarının UEFA-ya qarşı iddiası ilə bağlı qərar verəcək. 2021-ci ildə 12 klub ("Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi", "Arsenal", "Barselona", "​​Atletiko", "Real", "Milan", "İnter" və "Yuventus") Super Li...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində "Mustafa Kamal Atatürk - 2023" Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nüma...
publikaz_normalized
Sumqayıt Dövlət Universitetinin (SDU) Elm və innovasiyalar üzrə prorektoru Məmmədov Ramazan Salam oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub. Ramazan Məmmədov 01.07.1944-cü il tarixdə Qax rayonunun Qum kəndində dünyaya gəlib. 1991-ci ildən 2014-cü ilədək SDU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb....
publikaz_normalized
Yaxın vaxtda İtaliya Futbol Federasiyası "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalinin qanunsuz mərc oynaması işi ilə bağlı hökmünü açıqlayacaq. 23 yaşlı yarımmüdafiəçi diskvalifikasiya müddətini qısaldılacağı ümidi ilə günahını etiraf edib. Tonalinin 10 və ya 12 aylıq futboldan uzaqlaşdırılacağı gözlənilir. İstənilən ...
publikaz_normalized
Çinin keçmiş xarici işlər naziri Tsin Qan ölkənin Dövlət Şurasının üzvlüyündən çıxarılıb. “Tsin Qan Çin Xalq Respublikası Dövlət Şurasının üzvü vəzifəsindən kənarlaşdırılıb ”, - məlumatda deyilir. Tsin Qanın ictimai sahədən yoxa çıxması iyul ayında fərq edildi. Həmin vaxt o, 20 gündən artıq idi ki, ictimaiyyət qarşısın...
publikaz_normalized
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini qanunsuz keçərək narkotik vasitələri ölkə ərazisinə gətirməkdə təqsirləndirilən İran vətəndaşlarıı Şeyx Nya Əli Cəmşid və Əlipur Puya Əliyə hökm oxunub. İstintaq materiallarına əsasən, İran vətəndaşı Şeyx Nya Əli həmyerliləri Əlipur Puya Əli və Səccad ad...
publikaz_normalized
Karlo Ançelotti "Real"da qala bilər . Bildirlir ki, Madrid klubu hazırkı müqaviləsi 2024-cü il iyunun 30-dək olan çalışdırıcı ilə müqaviləni uzada bilər. Qeyd olunub ki, yeni sözləşmənin imzalanması Ançelottinin gələn mövsümdə də "Real"ın baş məşqçisi olacağını dəqiqləşdirmir. Yaxın gələcəkdə işlər yaxşı getməsə, klub ...
publikaz_normalized
Əraziləri...":"Sumqayıt şəhərinin 29-cu məhəlləsində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonunda 13 nömrəli yataqxana binaları söküləcək. Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 eldar şamı ağacı əkiləcək.
publikaz_normalized
Ermənistanın mövcudluğu sual altında...":"Fransa və Ermənistan arasında hərbi saziş imzalandı: Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisdə fransalı həmkarı Sebastyan Lekornu ilə imzaladığı sazişə əsasən “Thales” şirkətinin istehsalı olan üç Ground Master 200 (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli ha...
publikaz_normalized
Sabah-oktaybrın 25-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində S.Qafarovanın TBMM-in sədri Numan Kurtulmuş və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.
publikaz_normalized
2028-ci ildən ölkə ərazisində FM analoq radio yayımının mərhələlərlə dayandırılmasına başlanılacaq. Tədbirlər Planının hədəf göstəricilərinə əsasən, 2027-ci ildə ölkə ərazisinin 99.6 faizi rəqəmsal radio yayımı ilə əhatə olunacaq. Tədbirlər Planında nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində 2026-cı ilədək rəqə...
publikaz_normalized
Müğənni Fədayə Laçın Moskvada oğlu Əhləmlə işlətdiyi restoranı bağladığını açıqlayıb. Rusiyaya köçüb orada musiqi fəaliyyətini davam etdirən sənətçi restoran biznesi ilə vidalaşdığını söyləyib: Rusiyaya təzə gedəndə restoran biznesinə əl qoyduq, amma sonradan gördük ki, bu iş bizlik deyil. Bu restoran işinə Əhləmə görə...
publikaz_normalized
Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu...
publikaz_normalized
İsveç Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib və NATO-ya daxil olmağa tam hazırdır. “İsveç terrorla mübarizəni genişləndirmək üçün bütün öhdəliklərini yerinə yetirdi, konstitusiyasını və qanunlarını dəyişdirdi, Türkiyəyə silah tədarükünə icazə verdi və indi onun yaxın gələcəkdə alyansa qoşulmasını...
publikaz_normalized
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində yenidən seçiləcəyi təqdirdə səyahət qadağalarını yenidən tətbiq edəcəyini və mühacirlərə qarşı “ideoloji yoxlamalar” aparacağını açıqlayıb. ABŞ prezidenti Co Baydenin hakimiyyəti dövründə milyonlarla qeyri-qanuni immiqrantın ABŞ-a daxil olduğunu id...
publikaz_normalized
xərçəngin müalicəsində ən son yenilik":"Almaniyada iki türk alimi Prof. Uğur Şahin və Özlem Türeci xərçəngə qarşı hazırladıqları peyvəndi təqdim ediblər. Bildirilib ki, mRNT əsaslı peyvəndin xərçəng şişlərinin böyüməsini dayandıra, hətta onları kiçildə bilib. Koronavirusa qarşı mRNT əsaslı peyvəndi bu dəfə xərçəngə qar...
publikaz_normalized
mən evimə gedəcəm, amma o meşədə... - Xocalı sakininin ARZUSU":"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbayc...
publikaz_normalized
Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılan şəxs 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğludur. xxx" "18:12" "Bakıda qətl hadisəsi törədilib. Cinayət əməlini t...
publikaz_normalized
ölən və yaralanan var":"Lənkəranda avtomobil dərəyə aşıb, ölən və yaralanan var. İlkin məlumata görə, avtomobil Lənkəran-Lerik yolunda hərəkətdə olarkən idarəetmədən çıxaraq aşağı yuvarlanıb. Avtomobil dərədə olduğu üçün digər zərərçəkənin olub-olmadığı ilə bağlı dəqiqləşdirmələr aparılır. Faktla bağlı araşdırma aparıl...
publikaz_normalized
Xalq artisti Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib. Qeyd olunub ki, Azərbaycan mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib. Nazir Arif B...
publikaz_normalized
Oktyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlı...
publikaz_normalized
prokuror nə istəyib?":"Türkiyədə prokuror “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlində təqsirləndirilən Azərbaycan əsilli 8 nəfərin - Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlamlının, Camal Həsənovun, Cəfər Əlizadənin, Xanımnisa Məmmədovanın, Namiq Caniyevin, Rəsul Həsənovun, Ümid Nəcəfovun, Cəmil Keleş, Erkan Aşan v...
publikaz_normalized
Öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə raz...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib. Qeyd olunub ki, görüşdə Baş katibi Kubanıçbek Omuraliev də iştirak edib. Görüşdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edib. Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər. Qeyd edək ki, K.Əliy...
publikaz_normalized
“Türkiyə, Rusiya və İranın üç Cənubi Qafqaz ölkəsi ilə əməkdaşlığı formatı ideya olaraq ilk dəfə Ankara tərəfindən 2000-ci illərin əvvəllərində səsləndirilib”. “Həmin dövrdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğalının davam etməsi, bir qədər sonra isə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi bu ideyan...
publikaz_normalized
Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşı Vüsal Yasin oğlu Mürşüdlünün ekstradisiyası haqqında qərar qəb...
publikaz_normalized
Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda işçi qrupda təmsil olunan...
publikaz_normalized
vəziyyəti ağırdır - FOTO":" "Qəza nəticəsində Xəyalə Quliyeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinələr zamanı onun dalağının partladığı, daxili qanaxma baş veridyi məlum olub. Xəyalə Quliyeva təcili əməliyyat olunub.
publikaz_normalized
Tehranda hansı razılıq əldə olundu? - Rusiya XİN AÇIQLADI":"3+3" platformasının iştirakçı ölkələri ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirmək niyyətindədirlər".
publikaz_normalized
Sosial şəbəkədə cəsarətli paylaşımları ilə gündəmdə olan "Eurovision: 2016" təmsilçimiz Səmra Rəhimli bu dəfə də hər kəsin diqqətini üzərinə çəkib. Qısa şortik və qarnı açıq höynəkdə kamera qarşısına çıxan müğənni kreslonun kənarında əyləşərək poza verib. Həmin fotoları təqdim edirik:
publikaz_normalized
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qeyd edək ki, U-17 ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu. Yığma növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəc...
publikaz_normalized
Azərbaycan Respublikasının Nazirlər Kabinetində ”Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə görülmüş işlərin nəticələrinə həsr olunmuş iclas keçirilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli...
publikaz_normalized
Oktyabrın 24-də Rusiyanın "Lukoyl" neft şirkətinin direktorlar şurasının sədri Vladimir Nekrasov 66 yaşında qəfil vəfat edib. Nekrasov vəzifəsinə əvvəlki rəhbər Ravil Maqanovun ölümündən sonra başlayıb. Xəbərlər fonunda Moskva birjasında “Lukoyl”un səhmləri 0,5 faiz ucuzlaşaraq 7430 rubla düşüb. Vladimir Nekrasov kimdi...
publikaz_normalized
məhkumlar məzuniyyətə buraxılırlar":"Məhkumlar məzuniyyətə buraxılıb. Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar. "Məlumata əsasən, indi...
publikaz_normalized
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Birinci Kanal"da nümayiş olunan "Varis Tutti. Nikol Paşinyanın gəlincikləri: bəlaların xəbərçisi" verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb". Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyana...
publikaz_normalized
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya işgüzar səfəri başa çatıb. Səfər zamanı nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq əziz xatirəsi ehtiramla yad olunub. Baş proku...
publikaz_normalized
Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Leverkuzen “Bayer”i ilə qarşılaşma üçün Almaniyaya yola düşüb. Qeyd edək ki, matçdan bir gün əvvəl, yerli vaxtla 18:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da komandanın açıq məşqi nəzərdə tutulub. Oktyabrın 26-da rea...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub, tərəflər oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün nəticələrini yüksək qiymətləndiriblər. Bununla yanaşı, nazirlər Rusiya və Azərbaycan arasında ikitərəfli müna...
publikaz_normalized
“HƏMAS dünyadan silinməlidir”. O, BMT Baş katibi Antoniu Quterreşlə görüşdən imtina etdiyini bildirib. Nazir buna səbəb kimi BMT-nin balanslı siyasət yeritdiyini göstərib: “7 oktyabrdan sonra balanslaşdırılmış yanaşmaya yer yoxdur”. Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrai...
publikaz_normalized
Su-27" qırıcısı havaya qaldırıldı":"Rusiyanın "Su-27" qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RQ-4B Global Howk" kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) qarşısını almaq üçün havaya qaldırılıb. Bildirilib ki, hərbi hava qüvvələrinin səyi nəticəsində sərhəd pozuntusuna icazə verilməyib.
publikaz_normalized
İranın Naxçıvandakı baş konsulu Şərqi Azərbaycan valisi ilə görüşüb. Bildirilib ki, Şərqi Azərbaycan valisi Abidin Xürrəm İranın Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni ilə görüşdə Şərqi Azərbaycan əyaləti və Azərbaycan Respublikası arasında 200 kilometrdən çox sərhədin olmasına toxunaraq, bu əyalətlə Qafqaz regio...
publikaz_normalized
Qarabağda cəmi 6 post qaldı":"2023-cü il sentyabrın 19-dan etibarən Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb. Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 6 post quraşdırılıb. Onlardan 2-i Azərbaycan tərəfi ilə bir...
publikaz_normalized
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. O, ürək nahiyəsindən aldığı ağır xəsarətdən xəstəxanada ölüb. Əhmədov həbsxanadan yeni çıxıbmış. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”ı qonaq edəcək Almaniyanın “Bayer” klubu komandamızın qapıçısı ilə bağlı paylaşım edib. Foto “Tezliklə görüşərik” başlığı ilə təqdim olunub. Qeyd edək ki, 2021-2023-cü illərdə rusiyalı qolkiper məhz “Bayer”də forma geyinib. Xatırladaq ki, “Bayer” -...
publikaz_normalized
Əməli addımlar atmaq lazımdır":"Moskva Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası prosesinə yardım etməyə hazırdır". Onun sözlərinə görə, ölkələr arasında münasibətləri normallaşdırmaq üçün sülh müqaviləsinin hazırlanmasına təsir edən əməli addımlar atmaq lazımdır. 2020-2022-ci illər üçün ən yüksək səviyyədə...
publikaz_normalized
UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib. A qrupunda yer alan Türkiyə klubu “Qalatasaray” Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. Matçda hesabı erkən qolla qonaqlar açıblar. Kinqsli Koman 8-ci dəqiqədə adını tabloya yazdırıb. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetir...
publikaz_normalized
Çeçenistan Qafqazın birinci imamı Şeyx Mənsurun adını daşıyacaq yeni batalyonun formalaşdırılmasını başa çatdırır". Onun sözlərinə görə, o, bölük komandiri Ruslan Geremeyevlə birlikdə Qudermes şəhərində batalyon şəxsi heyətinin yerləşdirilməsi üçün hərbi obyektin tikintisinə və yenidənqurma işləri aparılan tikinti sahə...
publikaz_normalized
Cavab qətiyyətli və çevik olacaq":"Birləşmiş Ştatlar İranla açıq hərbi münaqişəyə girmək istəmir, lakin Yaxın Şərqdəki hazırkı münaqişə zamanı ABŞ rəsmilərinə hücum edilərsə, buna cavab verəcək". Birləşmiş Ştatlar İranla münaqişə axtarmır, biz bu müharibənin genişlənməsini istəmirik", - amerikalı diplomat bildirib. Eyn...
publikaz_normalized
Bakının Binə qəsəbəsində dönərdən zəhərlənməsi ehtimal edilən dörd məktəbin şagirdlərinin son durumu açıqlanıb. Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: Bir uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabildir". Xatırladaq ki, Bakı Şə...
publikaz_normalized
Bu gün Qubadlı Şəhəri Günüdür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, b...
publikaz_normalized
ciddi problemlər yarana bilər":"Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir" "Qoç - günün ilk yarısı mühüm işlər üçün sərfəli zamandır. Diqqətli olun, xırdalıq və təfərrüatları nəzərdən qaçırmayın. Sizi çoxdan bəri narahat edən məs...
publikaz_normalized
Cəlilabad rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədov Mirxəqani Mirnizami oğlu münaqişə zamanı 3 bıçaq xəsarəti alıb. O, ətrafdakılar tərəfindən rayon xəstəxanasına çatdırılıb. Lakin, M.Əhmədovun öldüyü məlum olub. Məlum olub ki, mərhuma döş qəfəsinin ...
publikaz_normalized
50 qəpiklərin sirri nədədir? - VİDEO":"Üzərində Azərbaycan gerbi olan qəpiklər nominalından baha qiymətə satışa çıxarılır. Bəs bu dəmir sikkələrin şişirdilmiş qiymətə qara bazara çıxarılmasına səbəb nədir? Sözügedən nominal pul vahidi digər qəpiklərdən nə ilə fərqlənir? Məsələ ilə bağlı özlərini “qəpik satıcıları” kimi...
publikaz_normalized
Münaqişənin yeni mərhələsi yaxınlaşıb":"İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərlə görüşündə Fələstinlə münaqişənin gedişatını şərh edib. Netanyahu İsrail və Fələstin arasında münaqişənin növbəti mərhələsinin yaxınlaşdığını açıqlayıb. Bunun tezliklə gələcəyini vurğulayıb. Baş nazir daha əvvəl Livana "Hizbullahı...
publikaz_normalized
Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,65 bənd təşkil edib. Bu sentyabrın 1-i ilə müqayisədə 0,10 bənd az (2,7%), yanvarın 1-nə nisbətən 0,37 bənd (9,2%), ötən ilin oktyabrın 1-nə nisbətən isə 1,07 bənd (22,7%) azdır. Belə ki, bu ilin sentyabrın 1-nə manatın dövretmə sürəti 3,75, ...
publikaz_normalized
Qəzza zolağında İsrail əsgərləri radikal HƏMAS yaraqlılarının ölkəyə daxil olduğu tuneli məhv ediblər. "Pubika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. İsrail qırıcıları və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Qəzza zolağında terrorçuların istifadə etdiyi tunel və silah anbarına zər...
publikaz_normalized
Türkiyə vətəndaşı xəsarət aldı":"Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində xarici vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində TIR-ın sürücüsü, Türkiyənin Adana şəhər sakini, 1975-ci il təvəllüdlü Sərkan Sıddıq oğlu Şimşək xəsarət ...
publikaz_normalized
ABŞ ordusu bölgədə THAAD (Terminal High Altitude Area Defence) raketdən müdafiə sistemlərinin batareyalarını və əlavə "Patriot" zenit-raket komplekslərini yerləşdirməklə Yaxın Şərqdəki mövcudluğunu gücləndirir. O, bu sistemlərin dəqiq yerini və sayını deyə bilmədiyini vurğulasa da, əməliyyatın tam sürətlə getdiyini qey...
publikaz_normalized
İsrailə hücumda təkcə HƏMAS iştirak etməyib":"İsrailə hücumda HƏMAS digər Fələstin qrupları tərəfindən dəstəklənib". Oktyabrın 7-də baş verən hücumdan sonra açıq şəkildə müzakirə olunmayan əsas problem odur ki, HƏMAS-ın silahlı qanadı "İzəddin əl-Qəssam Briqadaları" tək deyildi", - jurnalist deyib.
publikaz_normalized
İngiltərə “Everton”nu klubun idarə heyətinin sədri Bill Kenraytın vəfat etdiyini açıqlayıb. “Everton Futbol Klubu dünən gecə 78 yaşında, ailəsi və yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən İdarə Heyətinin sədri Bill Kenraytın vəfatından kədərlənir. Klub həm sədrini, həm rəhbərini, həm dostunu, həm də ilham...
publikaz_normalized
O zaman bədənə yox, ruha toxun":"Sevgini göstərmək istəyrisən? O zaman bədənə yox, ruha toxun". O, sözügedən paylaşımı izləyiciləri ilə bölüşüb.
publikaz_normalized
Fələstinin Ramallah şəhərində etirazçılar Fransa Prezidenti Emmanuel Makronun portretini yandırıblar. Etirazçılar həmçinin Qəzza zolağının bombalanmasına son qoyulmasını tələb ediblər.
publikaz_normalized
ər arvadına sevgililər tapmağa KÖMƏK ETDİ":"Britaniyalı bir qadın ərinin razılığı ilə digər tərəf-müqabilləri ilə münasibət qurmağa başlayıb. Bildirilib ki, qadın bu davranışına görə, internetdə qınaqla üzləşib. Southampton və Hampşiredən olan həyat cütlük Aleks və Mitç 10 ildən çoxdur ki, birlikdədirlər. Aleksin dediy...
publikaz_normalized
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
publikaz_normalized