text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Şəhərin gizli xəzinəsindən REPORTAJ - FOTO":"Qızıl payız dünyanın istənilən nöqtəsində gözəl ola bilər, lakin sizi əmin edirəm ki, Budapeşt payızı tamam başqa bir aləmdir. Yayı səs-küylü keçməsinə baxmayaraq, payızı bir o qədər sakit və həlimdir. Yayda küçələrdə turist səsindən ağız deyəni qulaq eşitmir, payızda isə on...
publikaz_normalized
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb. Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd ...
publikaz_normalized
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb. C.Bayramov, ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ötən il diplomatik münasibətlərimizin 30 illiyinin tamam olduğunu qeyd edərək, bu illər ə...
publikaz_normalized
1993-2003” kitab-albomu işıq üzü görüb":"“Azərbaycan Tarixçiləri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi Heydər Əliyev ilinə həsr olunan qrant müsabiqəsinin qalibi kimi “Heydər Əliyev. 1993-2003” kitab-albomunu nəşr etmişdir. "Bu kitab Ümummilli L...
publikaz_normalized
Əlahiddə Ümumqoşun Orduda növbəti gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Çıxış edənlər kurslar zamanı Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, üm...
publikaz_normalized
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
publikaz_normalized
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə HƏMAS-İsrail münaqişəsini müzakirə edib. Türkiyənin xarici işlər naziri Fidan ilə HƏMAS-İsrail münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Həmçini...
publikaz_normalized
FİFA-nın Mübahisələrin Həlli Palatası Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Emil Balayevin Qazaxıstanın “Turan” klubuna qarşı işi üzrə qərarını açıqlayıb. Balayevin iddia tələbi, demək olar, bütünlüklə qəbul edilib: “FIFA-nın qərarına əsasən, “Turan” klubu tərəfindən yığma üzvünə kompensasiya ödənilməlidir”. Qe...
publikaz_normalized
Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın polisləri döyməkdə ittiham edilərək həbs edilən oğlu Levon azadlığa buraxılıb. Qeyd edək ki, “Hayastan” fraksiyasından Milli Assambleyaya deputat seçilən Levon Köçəryan 2 aya yaxın idi ki, həbsdə idi. Sentyabrın 23-də vəkil Aleksandr Koçubayev bildirib ki, müdafiə etdiyi...
publikaz_normalized
Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibətilə noyabrın 6-da Baş Prokurorluqda tədbir keçirilib. Tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad...
publikaz_normalized
Noyabrın 18-də, saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. “Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 3 manat) noyabrın 17-də (10:00-dan 18:00-dək) və 18-də (12:00-dan etibarən) satışda olacaq.
publikaz_normalized
Nobel Sülh Mükafatının builki laureatı Nərgiz Məhəmmədi İran həbsxanasında aclıq aksiyası elan edib. Ailəsi etirazın, ona və digər məhbuslara tibbi xidmətin məhdudlaşdırılmasına, habelə İslam Respublikasının qadınların hicab taxması tələbinə qarşı olduğunu bildirib. “Bu gün Nərgiz Məhəmmədi Evin həbsxanasından ailəsinə...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Məlumata görə, XİN başçısı müdrik siyasəti ilə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına səbəb olan Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsi qarşısın...
publikaz_normalized
Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bildirilib ki, görüşdə Milli Məclisin sədri, ölkələrimizi birləşdirən dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb, son i...
publikaz_normalized
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə keçirdikləri reyd zamanı bir sıra əlavə neqativ hallar aşkarlanıb. Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, reyddə məqsəd cəmiyyətdə düzgün ictimai qınaq formalaşdırmaq, küçələri...
publikaz_normalized
İsrail və HƏMAS arasında toqquşma nəticəsində Qəzza zolağında ölənlərin sayı 10 mini keçib. Bildirilir ki, toqquşmalarsa 10 022 nəfər həlak olub. İsrail ilə Qəzza zolağına nəzarət edən HƏMAS radikal hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir.
publikaz_normalized
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb. Həmçinin silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi də başa çatıb. “Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına gö...
publikaz_normalized
Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilib. Baş nazirin müavini Şahin Mustafayev qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından keçdiyini və möhkəm təməl üzərində qurulduğunu, dövlət başç...
publikaz_normalized
Xankəndidə keçiriləcək Zəfər paradından yeni görüntülər yayımlanıb. Qeyd edək ki, sözügedən paradının artıq son hazırlıqları keçirilir. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib. Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs ...
publikaz_normalized
İran Prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək. Məlumata görə, sammit noyabrın 12-də Ər-Riyadda keçiriləcək.
publikaz_normalized
Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir. Bəyanatda xatırlanır ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2023-cü il oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edərək, Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşüb: “Ermənistan tər...
publikaz_normalized
ABŞ Prezidenti Cozef Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub, onlar Qəzza zolağında baş verənləri müzakirə ediblər. Son bir neçə həftə ərzində Amerika və İsrail liderləri Yaxın Şərqdə gərginliyin artması ilə bağlı azı doqquz telefon danışığı aparıblar.
publikaz_normalized
İsrail ordusu HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərini məhv edib. Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin bölmələri Qəzza zolağında quru əməliyyatları zamanı HƏMAS-ın mülki obyektlərdən terrorizm üçün istifadə etdiyini aşkarlayan sübutlar təqdim edib. Daha sonra məscidlərdən birinin yaxınlığında təşkilatın istifad...
publikaz_normalized
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycana işgüzar səfəri çərçivəsində Heydər Əliyev Mərkəzi ilə tanış olub. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dəri...
publikaz_normalized
Reabilitasiya dövrü çətin oldu. Amma hansısa formada ayağa qalxmaq və gələcəyə baxıb hərəkət etmək lazım idi. Onun yenidən ayağa qalxması hamı üçün, ən çox da Vətən müharibəsi qaziləri üçün böyük stimul idi. Rzayev bu gün zirvələri fəth edir, idmanla məşğul olur, hətta hobbi kimi futbol da oynayır: “Ötən aylarda Elbrus...
publikaz_normalized
Cənubi Afrika bütün diplomatlarını Tel-Əvivdən çıxarmaq qərarına gəlib. “Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Tel-Əvivdən bütün diplomatlarını geri çəkməyə qərar verib” , - deyə qərarda bildirilib.
publikaz_normalized
Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin Azərbaycana işgüzar səfəri başa çatıb. Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
publikaz_normalized
Rusiya hərbçiləri Cənubi Osetiya bölgəsinin Qori rayonunun Kirbali kəndi ərazisində 1 nəfər Gürcüstan vətəndaşını öldürüblər. Bildirilir ki, bundan əlavə işğalçı qüvvələrin nümayəndələri digər bir Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər. DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə sa...
publikaz_normalized
Türkiyə-Ermənistan sərhədi açılır?":"Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndində gömrük məntəqəsinin tikintisi başa çatmaq üzrədir. Oktyabrın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin danışıqlarda əldə etdiyi razılaşmaların həyata keçirilməsinə ümid etdi...
publikaz_normalized
“Xoşbəxtlik Nazirliyi” yaradılsın":"Rusiya Federasiyası Federal Şurasının prezidenti Valentina Matviyenko Rusiyada “Xoşbəxtlik Nazirliyi”nin yaradılmasını, eləcə də “Ümumdünya Xoşbəxtlik” qanununun qəbulunu təklif edib. “Ümumbəşəri xoşbəxtlik qanununu qəbul edilməlidir. Bilirsiniz, mən xəyal edirəm və hətta təklif etdi...
publikaz_normalized
Zalujnının köməkçisi öldü, oğlu isə...":"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çestyakov Kiyev yaxınlığındakı evində qumbaranın partlaması nəticəsində ölüb. Hadisə Çaiki kəndində olub, 39 yaşlı hərbçi döyüş sursatı ilə ehtiyatsız davranması nəticəsində dünyasını dəyişib. Onu...
publikaz_normalized
Ancaq səhər tezdən... - FOTOLAR":"Matç TV" izləyiciləri onu - Sabinə Akterinanı yaxşı tanıyır. O, Olqa Petrikova, Yana Romaşkina, Kamilya Xarisova və Anjelika Stubayloyla birlikdə bu kanalın 5 əsas qadın simasından biridir. "Sabina "Match TV"-yə kastinq vasitəsilə gəlib. Akterinanı daha çox məhz verilişin səhər yayımı ...
publikaz_normalized
Yaxınlarınıza yardım edin":"Macəra və sərgüzəştlər aramayın. Günün ilk yarısı sizdən mühüm qərarlar tələb edə bilər. Bu qərarlar müəyyən dərəcədə şəxsi həyatınızla bağlı olacaq. Günün ikinci yarısında imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın. Yaxın insanla münasibətlərdə harmoniyanı qoruyun. Etibar və...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır. Proqram zamanı aparıcı Lalə Azərtaş ifaçının qardaşı övladının adının da İntiqam olduğunu və onu tapdıqlarını bildirib. Daha sonra isə o, İntiqamın fotosunu Tacir Şahmalıoğluya göstərib. Azərtaş h...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Qarabağ” və Almaniya “Bayer”i arasında keçiriləcək oyuna bilet satışı davam edir. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Qar...
publikaz_normalized
İsrail qırıcıları və artilleriyası Livandan raket buraxılışlarına cavab olaraq Hizbullahın obyektlərinə zərbələr endirib. Bildirilib ki, sursat anbarı, buraxılış qurğuları və “terror infrastrukturu” zərbələrə məruz qalıb.
publikaz_normalized
Milli Məclisin növbəti plenar iclaslarının vaxtı və gündəliyi açıqlanıb. Üçgünlük iclasda gələn ilin büdcə zərfi müzakirə olunacaq. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Az...
publikaz_normalized
Yemək qızartdığınız yağlardan təkrar istifadə etmək xərçəngin inkişafına səbəb olur. Bildirilib ki, təkrar qızdırılmış yağ öz tərkibini dəyişir və onda güclü toksiki kanserogen akrolein əmələ gəlir. Akrolein isə bir çox xərçəng növünün inkişafına gətirib çıxarır. Mütəxəssislər qidalanmada qızardılmış qidaların miqdarın...
publikaz_normalized
Türkiyənin xarici işlər naziri Hakan Fidanla niderlandlı həmkarı Hanke Bröyns Slot arasında telefon danışığı olub. Hakan Fidan niderlandlı həmkarına ən qısa zamanda tam atəşkəsin elan edilməsi və Qəzzaya humanitar yardımların təcili çatdırılması lazım olduğunu vurğulayıb. Fidan Qəzzada artan gərginliyin regional böhran...
publikaz_normalized
İraqın İslami Müqavimət Hərəkatı” Suriya və İraqda ABŞ-ın 4 hərbi obyektinə altı hücum təşkil etdiyini bildirib. “İraqın qərbində yerləşən Amerika hərbi bazası Ayn əl-Asad üç dəfə ardıcıl hücuma məruz qalıb”, - “Masrawy” portalının yaydığı bəyanatda deyilir. Bundan əlavə, hərəkat bildirib ki, şiə qüvvələri ABŞ-ın İraq ...
publikaz_normalized
Perunun xarici işlər naziri Ana Sesiliya Xervasi ölkə Prezidenti Dina Boluartenin ABŞ-a səfərindən sonra istefa verib. Nəşrin məlumatına görə, dövlət başçısı protokol pozuntularına görə Amerika lideri Co Baydenlə tam ünsiyyət qura bilməyib. Nazirin istefası prezident Dina Boluartenin ABŞ-a səfərindən sonra baş verib, o...
publikaz_normalized
Türkiyənin İsrail-Fələstin qarşıdurmasının diplomatik yollarla həlli istiqamətində səyləri davam edir. Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən bildirilib ki, danışıqlar zamanı türkiyəli nazir İsrail-Fələstin cəbhəsində təcili atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların aralıqsız çatdırıl...
publikaz_normalized
ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə 320 milyon dollar dəyərində yüksək dəqiqli bombalar göndərməyi planlaşdırır. Məlumata əsasən, Amerika administrasiyası ABŞ Konqresinə onların Təl-Əvivə göndərilməsi barədə bildiriş göndərib. Söhbət İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanmış “Spice” ailəsinin ida...
publikaz_normalized
Rusiya ilə genişmiqyaslı müharibə zamanı seçkilərlə bağlı Ukrayna cəmiyyətinə sızan bütün məlumatlar məsuliyyətsizlikdir. Dövlət başçısı qeyd edib ki, indi müharibə şəraitində və hərbçilərin tamam başqa emosiyalarla yaşadığı vaxtda arxa cəbhədə böyük şənliklərin və ya digər cəsarətli işlərin vaxtı deyil. Biz hamımız ba...
publikaz_normalized
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvləri Qəzzadakı vəziyyəti müzakirə etmək üçün toplanıb. Qeyd edək ki, BMT TŞ bundan öncə də Qəzzadakı vəziyyətlə bağlı toplanmışdı.
publikaz_normalized
“Ay Laçın” - VİDEO":"Laçında “Bayraq yürüşçüləri” xorla “Ay Laçın” mahnısını ifa edib. 2 nömrəli tam orta məktəbin həyətinə toplaşan yürüş iştirakçılarını sənətkarlar musiqi ilə müşayiət edib. Həmin görüntüləri təqdim edirik: Your browser doesn't support video.
publikaz_normalized
Prezident Zelenskiyə böyük hörmətim var, amma hesab edirəm ki, hazırda Ukraynaya getmək düzgün olmazdı. Qeyd edək ki, bundan öncə Zelenski Trampın Kiyevə gəlməsini təklif etmişdi. O bildirmişdi ki, Tramp gələrsə, ona Rusiya ilə müharibəni 24 saata bitirməyin mümkün olmadığını 24 dəqiqəyə izah edə bilər.
publikaz_normalized
Ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin “Show TV” kanalında yayımlanan “Didem Arslan Yılmazla Vazgeçme” verilişinə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla evlənəcəyini bildirdiyini i...
publikaz_normalized
Payızın 2 super ərzağı var, onların qəbulu bir çox xəstəliklər, o cümlədən xərçəngin profilaktikasında rol oynayır. “Bu 2 ucuz tərəvəz antosian-antioksidant tərkiblidir. Sərbəst radikalları zərərsizləşdirir. Sərbəst radikallar hüceyrələrdə bədxassənin aktivləşməsinə səbəb olur. Çuğundur nə qədər tünd olsa, bir o qədər ...
publikaz_normalized
Elə olur ki, insanlar həvəs və maddi məmnuniyyət olmadan işə gedirlər. Oğlaq" "Oğlaqlar özlərini bütünlüklə işlərinə həsr etməyə hazır olan zəhmətkeş insanlardır. Ancaq həyatlarında elə bir dövr gələcək ki, onlar başqasının yanında işləməkdən yorulacaq və öz bizneslərini açmaq istəyəcəklər. Çox güman ki, bu, yaradıcılı...
publikaz_normalized
HƏMAS lideri Yəhya Sinvar bunkerdə gizlənir. “Sinvar bunkerdə gizlənir və HƏMAS komandirlərinin ölməsinə şərait yaradır. Bizim komandirlər qoşunlarına rəhbərlik edir, cəbhədə dayanır və ərazidə uğurlar əldə edir”, - deyə o bildirib.
publikaz_normalized
Noyabrın 07-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyn qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, cinayət əməlini törətməkdə qadının atası, 1969-cü il təvəllüdlü Şükürov Hüseyn Qur...
publikaz_normalized
İranda SEPAH əməkdaşı qadına hücum edib. Məlumata görə, repressiv SEPAH üzvü məcburi hicabdan imtina edən və iti ilə gəzən qadına qarşı zorakılıq göstərib və onun ünvanına nalayiq sözlər işlədib.
publikaz_normalized
Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə süt...
publikaz_normalized
Təbriz Universitetinin sənaye mühəndisliyi fakültəsində təhsil alan tələbə Pərəstu Fəridi tutularaq naməlum yerə aparılıb. Bildirilib ki, təhlükəsizlik qüvvələri Pərəstu Fəridini atasının evində həbs edib, onun şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər. Qeyd edək ki, tələbə qızın həbs ...
publikaz_normalized
Əliyev bu əraziyə razıdır - Surenyants":"Ermənistan hakimiyyəti israrla Brüssel platformasına nail olmağa çalışır, halbuki Azərbaycan bu formata marağını itirib. “Brüssel platforması Avropa Birliyinin Azərbaycanın enerji resurslarından əhəmiyyətli dərəcədə asılılığı kontekstində Ermənistanın maraqlarına xidmət etməyəcə...
publikaz_normalized
Girovlarımızı azad etmədən Qəzzada atəşkəs olmayacaq. Qısa taktiki fasilələrə gəlincə, burada bir saat, orada bir saat, məncə, onlara humanitar yükləri və ya ayrı-ayrı girovları buraxmaq üçün əvvəllər imkanımız olub. Amma mən ümumi atəşkəsin olacağını düşünmürəm", - o deyib. Onun sözlərinə görə, bu, İsrailin hərbi səyl...
publikaz_normalized
Quşüzümü dadlı və faydalı giləmeyvədir. Çox faydalı və müalicəvi xassələrə malikdir. - Tərkibində C vitamininin yüksək miqdarı qeyd olunur. Eyni zamanda B qrupu vitaminləri, karotin və çoxlu faydalı minerallar, efir yağı, РР var. Dəmir, kalium, maqnezium, sink, bor, yod, mis, gümüş, manqan da tərkibində yetərincədir. -...
publikaz_normalized
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçə...
publikaz_normalized
Ölən var":"Hadisə zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış meyiti aşkar edilib. İlkin ehtimala görə, yanğın qaz sobasından baş verib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Sabahdan-noyabrın 8-dən Azərbaycanda beş gün ardıcıl iş olmayacaq. Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq. Qeyd edək ki, ​noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı i...
publikaz_normalized
Gələcəkdə… - VİDEO":"Paytaxt ərazisində 10 mindən çox mənzil sahibi çıxarış ala bilmir. Yeni tikili binaların istismara təhvil verilməməsinin isə müxtəlif səbəbləri var. Tikinti məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, ölkə ərazisində tikilən və tikilməkdə olan təxminən 2 minə yaxın bina var ki, onların da böyük ...
publikaz_normalized
Biz yataqxana tikmişik, amma təəssüflər olsun ki, bu gün tələbələrimiz o yataqxanadan istifadə edə bilmir. “Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara məktublar yazsaq da, hələ ki, müsbət cavab almamışıq. Çox istərdim ki, bu məsələ tezliklə öz həllini tapsın”, - deyə rektor bildirib. S.Kərimi musiqi dərsliklərinin səv...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;" "4. Ziya Bünyadov prospekti, “Çermet“ körpüsü "20 Yanvar" metrostansiyası istiqamətində;" "5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamə...
publikaz_normalized
Noyabrın 8-də Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq. O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nə...
publikaz_normalized
Bu şəxs Zelenskiyə sui-qəsd hazırlayır":"Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov prezident Vladimir Zelenskiyə qarşı sui-qəsd təşkil etməyə qadirdir. Onun sözlərinə görə, Zelenski artıq generalları ilə müharibə aparır. Hərbi liderlər isə Rusiya ilə barışmaq üçün prezidenti vəzifəsindən uzaqlaşdıra...
publikaz_normalized
Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov hesab edir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ dövlət katibi Antoni Blinkenlə qucaqlaşmaqdan imtina etməsi yeni geosiyasi tendensiyaların ifadəli simvoluna çevrilib. Belə ki, Türkiyənin xarici işlər naziri Fidan Blinkeni hava limanında qarşılamağa nəinki ...
publikaz_normalized
Bu ölkəyə ordu yeridir":"Almaniyanın Litva ərazisində daimi olaraq tank batalyonlarını yerləşdirməyə qərar verib. Nəşrin məlumatına görə, Bundesverin 42-ci tank briqadası 2025-ci ilin əvvəlinə qədər Litvaya yerləşdiriləcək. Onun tərkibinə Şimali Reyn-Vestfaliyadan olan 203-cü tank batalyonu və Bavariyadan olan 122-ci t...
publikaz_normalized
09:12" "Bir tərəfdən sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirən Ermənistan, digər tərəfdən ənənəvi xislətindən əl çəkmir. Bu barədə “Pastinfo”nun yazılı sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bundan başqa, Ermənistan Azərbaycana qarşı AİHM və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qa...
publikaz_normalized
“Əl-Hilal” klubu Lionel Messiyə ildə 1 milyard avro təklif edib. Səudiyyə Ərəbistanı klubunun nümayəndələri Messi hələ PSJ-də çıxış etdiyi vaxt onunla görüşüb, lakin argentinalı bu ölkəyə getmək marağında olmadığını bildirib. Yay transfer pəncərəsi zamanı isə o, "İnter Mayami" ilə müqavilə imzalayıb.
publikaz_normalized
Böyük Oktyabr inqilabının ideyaları...":"Aleksandr Lukaşenko belarusları Oktyabr İnqilabı Günü münasibətilə təbrik edib. Lukaşenko təbrik məktubunda Böyük Oktyabr inqilabının ideyalarını aktual və əhəmiyyətli adlandırıb. O qeyd edib ki, dünya əhalisinin böyük əksəriyyəti sosial ədalətə can atır, lakin bir çox ölkələr h...
publikaz_normalized
Məşhur aktrisa Özge Özpirinççi həmkarı Kıvanç Tatlıtuğun qonağı olub. Həmin paylaşım Kıvanç Tatlıtuğun pərəstişkarlarının diqqətini çəkib. Özge Özpirinçi paylaşımında "O etdi.. Qeyd edək ki, həm uğurlu aktyorluq karyerası, həm də yaraşıqlı görünüşü ilə diqqət çəkən aktyot kulinariya təhsili də almağa başlayıb.
publikaz_normalized
Fələstinə dəstək oldular":"ABŞ-ın Nyu-York əyalətində "Sülh üçün Yəhudi Səsi" (JVP) adlı təşkilatın çağırışı ilə bir araya gələn nümayişçilər Azadlıq heykəlinin yerləşdiyi adada qısa müddət ərzində Fələstinə dəstək nümayişi keçiriblər. Qrup "X" platformasında etdiyi elanda "Yüzlərlə yəhudi və onların tərəfdarları Qəzza...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0,0183 manata kimi, Türkiyə lirəsi 0,0597 manata kimi, avro isə 1,8201 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Atasının ad günündə iştirak etməyəcək":"Həyat yoldaşı Meqan Marklla ABŞ-da məskunlaşan şahzadə Harri və atası Kral III Çarlz arasında soyuq münasibət davam edir. Şahzadənin şənliyə dəvət aldığı, lakin iştirakdan imtina etdiyi iddia edilib. Şahzadə Harrinin yanvar ayında nəşr etdiyi "Ehtiyat" avtobioqrafiyasında Kraliça...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərin...
publikaz_normalized
ana və 5 övladı diri-diri yandı":"Türkiyənin cənub-şərqində baş verən qəzada beşi uşaq olmaqla altı nəfər avtomobildə diri-diri yanıb. “Siirtin Kurtalan rayonunda aşan avtomobildə baş verən yanğın nəticəsində bir ana və beş uşaq diri-diri yanıb, sürücü ata isə yaralanıb”, - deyə qəzet yazır. Hadisə yerinə yanğınsöndürm...
publikaz_normalized
Diqqətlər yenə "ölüm qrupu"nda":"Bu gün UEFA Çempionlar Liqasında 4-cü tura start veriləcək. Ən maraqlı oyunlar "ölüm qrupu" adlandırılan F qrupunda baş tutacaq. “Milan” PSJ-ni, Dortmund “Borussiya”sı isə “Nyukasl”ı qəbul edəcək. Bundan başqa, G qrupunda "Mançester Siti" "Yanq Boyz"u, H qrupunda isə "Barselona" "Şaxtyo...
publikaz_normalized
İsrail özünü vurdu - FOTO":"Yaxın Şərq günlərdir ki, od halqası kimidir. İsrailin Qəzzanı bombalaması davam edərkən, öz ərazisini də vurub. “Kanal 13” Dəmir Qübbənin qısa reaksiya müddəti səbəbiylə Livan müqavimətinin raketlərinə qarşı təsirsiz olduğunu bildirib. Sosial mediada yayılan bir videoda Təl-Əvivin cənubundak...
publikaz_normalized
Ödənildi":"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyalarını ödəyib. Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyal...
publikaz_normalized
WhatsApp" istifadəçilərini növbəti dəfə yenilikləri ilə sevindirib. Android" tətbiqinin beta versiyasındakı son yeniləmələr istifadəçilərə e-poçt vasitəsilə öz hesablarını yoxlamaq imkanı verir. Bu yenilik istifadəçilərin şəxsi məlumatlarının mühafizəsini gücləndirmək və hesablara icazəsiz girişin qarşısını almaq məqsə...
publikaz_normalized
Qumbara partladı, köməkçisi öldü":"Ukrayna silahlı qüvvələri baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakov noyabrın 6-da Kiyev yaxınlığındakı evində həlak olub. Qəzet qeyd edir ki, partlayış nəticəsində mərhumun 13 yaşlı oğlu da yaralanıb. Onun xəstəxanaya yerləşdirildiyi deyilir. Qəzetin yazdığına görə p...
publikaz_normalized
Trampla ŞOK SÖVDƏLƏŞMƏNİN detalları açıqlandı":"Donald Tramp ABŞ prezidenti olduğu dövrdə İran hökuməti ilə arasında keçən söhbəti açıqlayıb. Təəccüblü etiraflar edən Trampın açıqlamaları "sövdələşməli döyüş gedir? İranlılar bizə zəng edib dedilər ki, qulaq asın, başqa çarəmiz yoxdur. O gecə baş verəcəklərdən xəbərdar ...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer" matçının təyinatları açıqlanıb. Oyunun baş hakimi Premyer Liqadakı idarəçiliyə ilə tanınan Kreyq Pouson olacaq. FIFA referisinə ənənəvi olaraq Saymon Bennett və Lee Bets kömək edəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək...
publikaz_normalized
Dünya bundan danışır - FOTO":"Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blikken arasında aparılan danışıqlarda Ankaranın mesajları dünya mətbuatının diqqətini çəkib. Hakan və Blinken arasında danışıqlar bazar ertəsi Türkiyənin paytaxtında baş tutub. Onların görüşündən görüntülər dünya medi...
publikaz_normalized
Sabah-noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək. Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq. Həmçinin düşməndən qənimət kimi götürü...
publikaz_normalized
tunellər dağıdılıb, qərargah...":"İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanası yaxınlığındakı Həmas qərargahına doğru irəlilədiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında, radikal Fələstinin HƏMAS qruplaşmasının qərargahı olan Əl-Şifa xəstəxanasına doğru irəliləyib. İsrail ordusunun sözçüsü Daniel Hagar...
publikaz_normalized
Azərbaycanda hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər. Bildirilib ki, Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olu...
publikaz_normalized
4-5 noyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşı 8 noyabr – Zəfər Günü münasibətilə “Xarı bülbül” zirvəsinə yürüş ediblər. Dəniz səviyyəsindən 2783 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Xarı bülbül” zirvəsinə qalxa...
publikaz_normalized
Türkiyəli aktrisa Zerrin Sümerin 8 ay əvvəl ailə qurduğu ortaya çıxıb. O, 22 ildir münasibətdə olduğu şəxslə nikah masasına əyləşdiyini söyləyib. Qeyd edək ki, Zerrin hazırda "Ömər" serialında rol alır. O, daha əvvəl Günay Tuncellə ailəli olub və boşanıb, bir övladı var.
publikaz_normalized
Mahmud Abbas razıdır, amma...":"Hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail qeyri-müəyyən müddətə Qəzza zolağının təhlükəsizliyini təmin edəcək. “İsrail qeyri-müəyyən müddətə ümumi təhlükəsizlik məsuliyyətini daşıyacaq, çünki bunu etmədikdə nə baş verdiyini görmüşük. Təhlükəsizliyə görə məsuliyyəti öz üzərimizə götü...
publikaz_normalized
Narkotik, içki və silah":"Tanınmış boksçu Cared Anderson Oreqon ştatında alkoqol və ya narkotikin təsiri altında avtomobildə odlu silahla düzgün davranmamaq ittihamı ilə həbs edilib. Zabit avtomobildən marixuana qoxusunu müşahidə edib, həmçinin avtomobildə içkinin açıq qabını da müşahidə edib. Avtomobilə baxış zamanı o...
publikaz_normalized
Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 6 noyabr tarixində “Baku Marriott Hotel Boulevard” otelində 8 noyabr – şanlı Zəfər gününə həsr olunmuş “Zəfər Sədası” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəs...
publikaz_normalized
Fələstin əsilli model Bella Hadidə dünyaca məşhur fransız brendi "Dior" embarqo qoyub. Fransız markası onun yerinə israilli model ilə müqavilə imzalayıb. Xatırladaq ki, Bella bir neçə gün əvvəl instaqramda bu barədə geniş postlar paylaşıb və bu səbəbdən ölüm təhdidlərinə məruz qalıb: Karyeram bitsə belə Fələstini dəstə...
publikaz_normalized
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
publikaz_normalized
Almaniyada bəzi müəssisələr maliyyə itkisi olmadan həftədə 5 gün əvəzinə 4 gün işləməyi təklif etdilər. İri şirkətlər isə rəqabət qabiliyyətini azaldacağını əsas gətirərək bu təklifə qarşı çıxırlar. Belçika, Finlandiya, Şotlandiya, Yeni Zelandiya və Yaponiya kimi Avropa ölkələrində sınaqdan keçirilən “5 günlük yerinə 4...
publikaz_normalized
Meyxanaçı Balaəli Maştağalı (Bala Əli Rzayev) bir müddət öncə aldığı lüks avtomobili ilə şəhərdə görüntülənib. Qeyd edək ki, 37 yaşlı meyxanaçının BMW X7 markalı avtomobilinin 2023-cü il modelinin qiyməti 255 min manatdır. Ona aid olan 77-BM-777 nömrəli qeydiyyat nişanı bu ilin may ayında 38 min manata satışa çıxarılmı...
publikaz_normalized
Noyabrın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək. Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlər...
publikaz_normalized
Balacaların sevimli markası olan “Shokki Mokki” bu dəfə onları “Zəfər Günü” münasibətilə təbrik edib. Bir sıra sosial layihələr həyata keçirən şokolad markasının bu dəfəki səfəri işğaldan azad olunmuş torpaqlar idi. Belə ki, Zəngilan rayonuna yollanan “Shokki Mokki” komandası Ağalı kənd məktəbliləri üçün bayram tədbiri...
publikaz_normalized