text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur. 8 noyabr tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyan, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının fundamental h...
publikaz_normalized
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 7-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ ilə görüşüb. Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə danışan Ə.Əsəd...
publikaz_normalized
“Nar” tariximizin ən şanlı səhifələri olan Zəfər və Bayraq Günü münasibətilə xalqımızı təbrik edir və Zəfər Gününün üçrəngli nişanəsi olan bayrağımızın tarixindən bəhs edən “Cümhuriyyət bayrağı” kitabını nəşr edib. Bayraq günü münasibətilə çap olunan kitab Cümhuriyyət dövründən tutmuş, müzəffər ordumuzun Qarabağa bayra...
publikaz_normalized
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar. Bildirildi ki, Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti”...
publikaz_normalized
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Sizi tariximizə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram. Bu günü Azərbaycan xalqı 30 il h...
publikaz_normalized
15 noyabr saat 11:00-dan məktəbəhazırlıq qrupları və 1-ci siniflərin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində Qala divarına və ətraf əraziyə baxış keçiriblər. Bildirilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri ilk dövrlərdə Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənah...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında noyabrın 07-dən 08-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.
publikaz_normalized
Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr m...
publikaz_normalized
Noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri ilə tanış olublar. Bildirilib ki, Pənahəli xan küçəsindəki bir sıra binaların bərpası və yenidən...
publikaz_normalized
İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib. Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında təsərrüfathesablı qurumlar bölməsinə “Bakı Kristal Zalı” MMC əlavə edilib. İqtisadiy...
publikaz_normalized
HƏMAS-ın Siyasi Büronun rəhbəri İsmayıl Haniyənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Agentliyin məlumatına görə, İ.Haniyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətindədir.
publikaz_normalized
Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əm...
publikaz_normalized
Azərbaycanın İsraildəki səfirliyi müharibə şəraitində işləyən diplomatik nümayəndəliklər siyahısına daxil edilib. Belə ki, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluql...
publikaz_normalized
Samuxda həmkəndlilərinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. xxx" "...
publikaz_normalized
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada “Yasəmən” otelinin açılışında iştirak ediblər. Otuzillik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərinə Heydər Əliyev Fondu da öz töhfəsini ve...
publikaz_normalized
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşadan fotolar paylaşıb.
publikaz_normalized
“Fireland group” yenidən “Azman holding”in dəstəyi ilə Zəfərimizin 3-cü ildönümündə “Zugulba Saray”-da ən genişmiqyaslı tədbirini keçirib. Tədbirə dəvət edilmiş 700-ə yaxın şəhid anası hər masada bir bölgəni təmsil edirdi. Onlarla bərabər müxtəlif nazirliklərin rəsmiləri, rayon icra başçıları, ictimai şəxslər, mədəniyy...
publikaz_normalized
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin akkreditasiyası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçiriləcək. İndiyə qədər Komissiyanın tərkibi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə ...
publikaz_normalized
Bu vaxta qədər susmuşam" - VİDEO":"ATV-nin “Rəngarəng” verilişinin növbəti qonağı müğənni Nicat Həsənli olub. Belə ki, ifaçının həyat yoldaşının sözlərinə görə, sənətçi övladlarına baxmır. Daha sonra canlı efirdə aparıcı bu mesajlara münasibət bildirib.
publikaz_normalized
Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Sözü imzası qədər dəyərli olan cənab İlham Əliyevin siyasi iradəsi və sə...
publikaz_normalized
Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri hazar sökülüb. Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri hasarı söküblər. Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Ə...
publikaz_normalized
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı birgə əməliyyat keçirib. Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Azərbaycan Respublikasının ərazisində yaşama ...
publikaz_normalized
Faiq Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib. Digər sərəncamla İbrahim Məmmədov Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib. Həmçinin Naxçıvan Muxtar Respubli...
publikaz_normalized
Fələstin Dövlət Başçısı Mahmud Abbasın maşın karvanına hücum edilməyib". Agentlik mənbəsinin bildirdiyinə görə, yayılan videoda Cəlazun qaçqın düşərgəsində təhlükəsizlik qüvvələri ilə axtarışda olan cinayətkar arasında baş verən qarşıdurmadan bəhs edilir. Daha əvvəl Türkiyə qəzeti atışmanın mümkün anının səsyazmasını d...
publikaz_normalized
Noyabrın 7-də keçirilən ticarət zamanı türk lirəsi 1 dollar üçün 28,6 lirəyə kimi ucuzlaşıb. Məlumata görə, ən aşağı həddə isə lirənin məzənnəsi 28,64-ə qədər geriləyib. Lirə bir dollar üçün 28,5-ə kimi möhkəmlənə bilib. İlin əvvəlindən lirə yarıdan çox dəyərini itirib. Mərkəzi Bankın əsas faiz dərəcəsini 35%-ə qaldırm...
publikaz_normalized
Müğənni Səmra Rəhimli cəsarətli fotolar çəkdirməkdə davam edir. Onun bu görüntüləri izləyiciləri tərəfindən bəyənilsə də, bəzi sevənləri onu bu fotosuna görə tənqid edib. Xatırladaq ki, Səmra 2016-cü ildə "Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil edib.
publikaz_normalized
Ermənistanın UNESCO-dakı daimi nümayəndəsi, Ermənistan baş nazirinin Beynəlxalq Frankofoniya Təşkilatındakı şəxsi nümayəndəsi Kristian Ter-Stepanyan ölüb. K.Ter-Stepanyanın 72 yaşı var idi.
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev "X" hesabında 8 Noyabr Zəfər günü ilə bağlı paylaşım edib.
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri, habelə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç il...
publikaz_normalized
“Kristal Abşeron” şirkətinin premium layihəsi “City Garden Narimanov”da işlərin böyük hissəsi yekunlaşmaq üzrədir. Bildirilib ki, artıq yaşayış kompleksinin birinci hissəsində tikinti işləri 80% -i tamamlanıb. Demək olar ki, birinci hissədəki bütün binaların sonuncu mərtəbəsi və dam örtüyü inşa olunur. Paralel olaraq i...
publikaz_normalized
40 manat cəriməsi var":"DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Səbail rayon DYP əməkdaşları ilə birgə rayon ərazisində profilaktik tədbirlər keçirməyə davam edir. Cari ilin 9 ayı ər...
publikaz_normalized
deputatın qardaşıdır - FOTO":"AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev vəfat edib. Qeyd edək ki, Fərman Ağadədə oğlu Quliyev 1937-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Gürcüstan Subtrоpik Təsərrüfatı ...
publikaz_normalized
Səhər saat 4-də..." - ŞOK DETALLAR":"Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücum planının müəllifləri kimi təşkilatın lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadı "Əl-Qəssam Briqadaası"ın rəhbəri Məhəmməd əl-Deyfin adı çəkilir. "Vurğulanır ki, əksər HƏMAS üzvləri üçün "Əl-Əqsa tufanı" əməliyyatının başlaması sürpriz olub: Ə...
publikaz_normalized
Bizim Prezidentimiz Ali Baş Komandan Xankəndinə bayraq sancdı. Və Xankəndində neçə ildir bizə "Gələrik, Bakını alarıq" deyənlərin qollarını bağlayıb Azərbaycana gətirdi. Mən ona görə Prezident İlham Əliyevə təşəkkür edirəm". Öncə səhnəyə çıxan Birinci Qarabağ Müharibəsi şəhidi Cavanşir Rəhimovun anası Leyla Rəhimova öv...
publikaz_normalized
300-ə yaxın rusiyalı...":"Amur vilayətinin hakimiyyət orqanları rusiyalı turistlərin Çinin Heihe şəhərindən Blaqoveşenskə daşınması üçün alternativ variant üzərində işləyir. Qeyd edilib ki, bu səbəbdən Amur çayı üzərindən ponton körpüsünün yaradılması planlaşdırılır. Bu gün sərhəddən sərnişinlərin daşınması üçün yeganə...
publikaz_normalized
Azərbaycanda məşhur meyxanaçı Xəyyam Quliyev ağır vəziyyətdə xəstəxanaya aparılıb. O,bildirib ki, meyxanaçı ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. Məlumata görə,hazırda meyxanaçılar sözügedən xəstəxanaya axın edir. Qeyd edək ki, meyxanaçı 2018-ci ildə ürəyindən "anjua" olunmuşdu.
publikaz_normalized
Salyanda quşçuluq sexində yanğın olub. Rayonda ümumi sahəsi 1640 m² olan birmərtəbəli quşçuluq sexinin yanar konstruksiyaları 257 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Türkiyə parlamenti İsrail-Fələstin münaqişəsindən dolayı parlamentin yurisdiksiyasındakı obyektlərdə "Coca-Cola" və "Nestle" məhsullarının satışını qadağan edib. İsrailin Qəzzadakı əməliyyatlarına dəstək verən şirkətlərin məhsulları parlamentin ərazisində yerləşən restoran, kafe və çayxanalarda və əlaqədar obyektlərdə ...
publikaz_normalized
Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerin...
publikaz_normalized
Bu gün - noyabrın 8-i Şuşa Şəhəri Günüdür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altınd...
publikaz_normalized
çətin öhdəliklər məngənəsində qala bilərsiniz":"Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var. Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəlil...
publikaz_normalized
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. “Milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə hər kəsi təbrik edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”. " "Mehriban Ali...
publikaz_normalized
Bu gün Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı lentə alınan fotolardan biri xüsusi diqqət çəkir. Ölkə rəhbərinin Şuşa yazısının fonunda məğrur pozu Prezidentin 2020-ci il noyabrın 8-də Şuşanın azad olunmasına dair şad xəbəri xalqa çatdırarkən dediyi sözləri bir daha xatırladır: “Mən bu gün, eyni zamanda, Ulu Öndə...
publikaz_normalized
Azərbaycanda beşgünlük bayram tətili başlayıb. Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq. Qeyd edək ki, ​noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsin...
publikaz_normalized
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 8 Noyabr-Zəfər Günü ilə bağlı paylaşım edib. Mesajda “Azərbaycan Zəfər Günün mübarək!” İfadəsi yer alıb. Azerbaycan Zafer Günü kutlu olsun!
publikaz_normalized
müştərilər kafe sahibini və ofisiantı...":"Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb. Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb. Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaş...
publikaz_normalized
104 il sonra arzular Xankəndidə çin olur":"Xankəndidə ilk hərbi parad Cümhuriyyət dövründə - 1919-cu ilin iyulunda keçirilib, bu, həm də sonuncu olub. Maraqlıdır ki, Xankəndidəki parad Cümhuriyyətin üçüncü paradı idi və 100 il sonra Azərbaycanın üçüncü Zəfər paradının Xankəndidə keçirilməsi tarixin təkərrürü baxımından...
publikaz_normalized
ATV-nin “7 Tamam” verilişinin qonağı müğənni Mehriban olub. İfaçının bu açıqlaması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
publikaz_normalized
Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Pakistanda rəsmi qəbul təşkil edib. Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov hər il Azərbaycanda 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb və Azərbaycanı...
publikaz_normalized
Çində 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri təxminən 506 min nəfər əhalisi olan Kaşqar şəhərindən 190 kilometr şimal-şərqdə, on kilometr dərinlikdə yerləşib.
publikaz_normalized
Vaşinqtonun Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə (CFE) üzrə öhdəliklərinin yerinə yetirilməsini dayandırmasından sonra Birləşmiş Ştatlar NATO müttəfiqlərinə verilən təminatları yerinə yetirmək üçün qüvvələrinin sıralanmasını dəyişə bilər. Onun sözlərinə görə, Vaşinqton NATO-nun 5-ci maddəsində nəzərdə tutula...
publikaz_normalized
Barselona" Ukrayna klubuna uduzdu":"Barselona" futbolçuları Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində səfərdə Ukraynanın "Şaxtyor" klubuna uduzublar. Yeganə qolu 40-cı dəqiqədə 22 yaşlı “Şaxtyor”un və Ukrayna millisinin hücumçusu Daniil Sikan vurub. Barselona" bununla da pley-offa erkən yüksəlmək fürs...
publikaz_normalized
HƏMAS lideri bunkerdə mühasirəyə alındı - FOTO":"Fələstin islamçı HƏMAS hərəkatının lideri Yəhya Sinvar Qəzzada bunkerində mühasirəyə alınıb. Qalant qeyd edib ki, Sinvar öz tərəfdarları ilə əlaqə saxlamır və silahlı liderin məhv ediləcəyinə söz verib. "Amma nazir bu bunkerin harada yerləşdiyini açıqlamayıb. Bizim tərəf...
publikaz_normalized
Ötən gün Əməkdar artist Vəfa Zeynalovanın evində xeyir iş olub. Qeyd edək ki, Vəfa Zeynalovanın iki qızı var.
publikaz_normalized
Türk Dövlətləri Təşkilatı Zəfər Günü ilə bağlı paylaşım edib. Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfər ilə tarixi ədalətin bərqərar olunduğunun vurğulandığı mesajda deyilir: “Qardaş Azərbaycan xalqını, Silahlı Qüvvələrini və Azərbaycan hökumətini 8 Noyabr-Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Bu gü...
publikaz_normalized
Tam hüquqlu bir "YouTub"e rəqibi hazırlamaq üçün Rusiyaya ən azı beş il lazımdır". O deyib ki, bundan sonra, 2028-ci ildə xidmət Roskomnadzor tərəfindən bloklana bilər. Hazırda rusiyalı istifadəçilərin "YouTube"a alternativi yoxdur və bu, onun Rusiya Federasiyasında bloklanmamasının səbəbidir. Mənim hesablamalarıma gör...
publikaz_normalized
Dağıstan Daxili İşlər Nazirliyinin rəis müavini Rüfət İsmayılov barəsində cinayət işi açılıb. "İsmailova qarşı xüsusilə külli miqdarda rüşvət vermə və alma maddəsi ilə cinayət işi açılıb", məlumatda deyilir. Bundan əvvəl İsmayılov saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb. Həbs xəbəri Mahaçqala hava lim...
publikaz_normalized
“Qanunsuz 2023” əməliyyatı zamanı 15 minə yaxın miqrant Rusiya ərazisindən deportasiya edilib. Onun sözlərinə görə, keçirilən əməliyyat çərçivəsində federal və beynəlxalq axtarışda olan 447 nəfər müəyyən edilib. Əməliyyatlar bu il iyunun 19-dan 25-dək və oktyabrın 2-dən 8-dək aparılıb. Rusiya DİN rəsmisi əlavə edib ki,...
publikaz_normalized
İranın Kerman əyalətində bir qadın başqa bir qadını müdafiə etdiyinə görə repressiv polis qüvvələri tərəfindən döyülüb. Qeyd edək ki, o, azyaşlı uşağının gözü qarşısında zorakılığa məruz qalıb.
publikaz_normalized
Rusiya Biotexnoloji Universitetində yeni sağlam makaron növü ixtira edilib. Alimlər tritikale taxılından un əldə etməyə imkan verən texnologiya yaradıblar. Mütəxəssislər hesab edirlər ki, bu, sağlam qida məhsullarının çeşidini genişləndirməyə kömək edəcək. Tritikale qeyri-ənənəvi bitki xammalı növlərindən biridir. Sağl...
publikaz_normalized
Türkiyə İsraillə enerji layihələrinin həyata keçirilməsini dayandırıb. Belə bir şəraitdə İsraillə layihələrin həyata keçirilməsindən danışmaq yersiz olardı", - nazir "A Para" telekanalında deyib. Eyni zamanda o, əlavə edib ki, bu gün Qəzzaya elektrik enerjisi və suyun verilməsindən danışmaq lazımdır. Xatırladaq ki, Tür...
publikaz_normalized
İsrail silahlı qüvvələri ölkənin cənubunda aparılan təmizləmələr zamanı Fələstinin radikal HƏMAS hərəkatının döyüşçüləri tərəfindən tərk edilmiş 400-dən çox kamikadze jiletini müəyyən edib. HƏMAS-ın hücumuna məruz qalan yaşayış məntəqələri üzərində nəzarəti bərpa etmək üçün keçirilən əməliyyatlar zamanı 760 RPQ, 106 ra...
publikaz_normalized
İtaliyanın “Venesiya” klubunun üzvü Yoel Pohyanpalo maraqlı hərəkəti ilə diqqət mərkəzindədir. Finlandiyalı futbolçu fevral ayından etibarən oyunlardan dərhal sonra pivə içməsiylə gündəmə gəlir. O, qələbə qazandıqları matçlardan sonra meydanda bu uğuru fanatlarla birlikdə, həm də pivə içməklə qeyd edir. Bu addımı onu d...
publikaz_normalized
Xaçmaz rayonunda evdə yanğın olub. Qeyd olunub ki, Xaçmaz rayonunun Hacıisaoba kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölməl...
publikaz_normalized
ABŞ ordusu Qazaxıstanda sülhməramlı təlim proqramları üzərində təsirini genişləndirməyə çalışır. O xatırladıb ki, oktyabrın sonunda sosial şəbəkələrdə Qazaxıstanda NATO mərkəzinin açıldığı barədə məlumatlar yayılıb: Sonradan bu xəbər təkzib edildi. Söhbət Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzi...
publikaz_normalized
Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə Müdafiə Nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.
publikaz_normalized
“Xidməti başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı olaraq işləməyə başladım. Hazırda xidmətimi burada davam etdirirəm”. Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamını qürurlandıran artilleriyaçı bildirib ki, onunla şəkil çəkdirmək hamıya maraqlı gəlir: “Çox görürl...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib. Bu gün ölkəmizdə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin təntənəsi olan milli qürur bayramımız 8 Noyabr - Zəfər Günü qeyd olunur. Canı və qanı bahasına tariximizə Şanlı Zəfəri yazan igidlərimizi minnətdarlıqla yad edirik...
publikaz_normalized
Kosmosda mikroqravitasiya və yüksək radiasiya şəraitində embrionun inkişafını tədqiq edən tədqiqatçılar ilk dəfə kosmosda yetişdirilən siçan embrionlarının sağlam inkişaflarını davam etdirdiklərini aşkar ediblər. Tədqiqatın aparıcı müəllifi Teruhiko Vakayama və komandasının laboratoriyada hazırladığı dondurulmuş siçan ...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri ilə əlaqədar prezident səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək. Qərara əsasən, 8-9 noyabr tarixlərində Özbəkistan Respublikasına səfər edəcək R.T.Ərdoğan geri qayıdana qədər Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq vitse-prezident C.Yı...
publikaz_normalized
VƏZİYYƏTİ AĞIRDIR - FOTO":"Bakının Xətai rayonunda yol qəzası baş verib. Ələkbərli Vəfa Maqsud qızı idarə etidyi “Toyota” markalı maşında sükana nəzarəti itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb. Yol nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətin...
publikaz_normalized
Ağ Evdən verilən açıqlamada İsrailin bombardmanları altında Qəzza zolağında dağıntılar altından uşaqların çıxarılmasının "dəhşətli" olduğu, müharibədə həyatını itirən uşaqlar üçün yalnız Həmas-ın günahlandırıldığı bildirilib. Kirbi bildirib ki, bombardmanlar nəticəsində binaların dağıntıları altında Qəzzalı uşaqlar qal...
publikaz_normalized
Azərbaycanda yenidən zəlzələ olub. ***" "Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərba...
publikaz_normalized
Başqırdıstanda imtahana gedərkən yoxa çıxan 17 yaşlı yeniyetmə 6 aydan sonra tapılıb. Nəşrin məlumatına görə, gənc mayın sonunda yoxa çıxıb, üç gün sonra rusiyalının anası polis və könüllülərlə əlaqə saxlayıb. Onun sözlərinə görə, tələbə Yuldaşevo kəndinin Tsentralnaya küçəsindəki nənəsinin evindən çıxıb. O, yaxınların...
publikaz_normalized
Bazar malı geyinin" - FOTO":"Bir müddət öncə həbs edən türkiyəli sosial media fenomeni Dilan Polat Silivridəki Mərmərə həbsxanasında bacısı Sıla Doğu ilə eyni kamerada qalır. Bacılar həbsxana rəhbərliyinə imiclərinə uyğun paltar gətirmək istədiklərini söyləyiblər. Rəhbərlik isə onlara rədd cavabı verib: Burada heç vaxt...
publikaz_normalized
Saratov adına Dövlət Tibb Universitetinin alimləri V.I.Razumovski (SSMU) elektromaqnit beyin stimullaşdırılmasından istifadə edərək uşaqlarda piylənmənin qarşısını almaq üçün yeni müalcə üsulu tətbiq ediblər. Təcrübə zamanı məlum olub ki, oğlanlarda transkranial maqnit terapiyasının (TcMT) transkranial elektrik stimuly...
publikaz_normalized
8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşləri başa çatıb. Hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər aşağıdakı istiqamətləri əhatə edib: - Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Tica...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx hazırlayıb.
publikaz_normalized
Ukraynaya dəstək, Rusiyaya...":"G7 xarici işlər nazirləri Ukraynaya güclü dəstəyi və Rusiyaya qarşı ciddi iqtisadi sanksiyaları davam etdirməyə razılaşıblar. Yaponiya Xarici işlər nazirinin sədrliyi ilə keçirilən iclasda ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirləri iştirak edir. Nazirlə...
publikaz_normalized
Noyabrın 8-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb. Yağış Qobustanda 32 m...
publikaz_normalized
Bu gün Bakının Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
publikaz_normalized
İsrail ordusunun qətliamına göz yuman Qərb öz ölkələrində yaşayan müsəlmanlara məhdudiyyətlər qoyur. Xüsusilə Almaniya öz qanlı tarixindəki antisemitizm ləkəsini müsəlmanlara ötürməyə çalışır. İsrailin Fələstində soyqırımı aramsız olaraq davam edir. Qərb siyasətçiləri İsraili dəstəklədiklərini bəyan edirlər. Almaniya h...
publikaz_normalized
“Üç il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qo...
publikaz_normalized
“People” jurnalının redaktorları 2023-cü ilin ən seksual kişisinin adını açıqlayıb. Reytinqdə birinci yeri 57 yaşlı amerikalı aktyor və yarış pilotu Patrik Dempsi tutub. Jurnalın yeni sayının üz qabığı üçün çəkilən fotoda məşhur açıq cins köynək və tünd göy şalvar geyinib. Dempsi 2005-ci ildə "Grey's Anatomy" serialınd...
publikaz_normalized
Mühüm tədbirə görün kimi göndərdi":"MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin illik iclasında Ermənistanı bu ölkənin Rusiyadakı səfiri təmsil edəcək. “Bu dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya gəlməyəcək. Ermənistan Respublikasını iclasda Rusiya Federasiyasındakı fövqəladə və ...
publikaz_normalized
2024-cü ildə Ukraynada Zelenski olmayacaq":"Pentaqonun sabiq analitiki Karen Kviatkovski deyib ki, gələn il Ukrayna prezidenti Vladimir Zelenski artıq ölkədə olmaya bilər. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının köməkçisi Valeri Zalujnının bu yaxınlarda ölməsi, Ukraynanın siyasi və hərbi stru...
publikaz_normalized
Antalyada Respublika Bayramı tədbirləri çərçivəsində 1 milyon kitab tutumu olan kitabxananın açılışı olub. Kitabxanada türk hikmətini, mədəniyyətini, sivilizasiyasını və elmini formalaşdıracaq dəyərli əsərlər olacaq. Kitabxana görkəmli bir quruluşa malikdir. Bu kitabxana Kəpəz Bələdiyyəsinin Cümhuriyyətin 100 illiyi üç...
publikaz_normalized
Braziliya millisinin və “Əl-Hilal”in futbolçusu Neymarın sevgilisini və yeni doğulmuş qızını qaçırmağa cəhd ediblər. Nəşrin məlumatına görə, insident Braziliyanın Kotia şəhərində (San-Paulu ştatı) baş verib. Təxminən gecə saat üç radələrində hücumçular Bruna Biankardinin (Nyemarın sevgilisi) valideynlərinin evinə daxil...
publikaz_normalized
Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq", - təbrikdə bildirilib. Nazirliyin təbrik mətnində həmçinin Azərbaycan Dövlət himnindən bir hissəyə də yer verilib: Sən olasan Gülüstan, Sənə hər an...
publikaz_normalized
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Dövlətimizin başçısı paradda çıxış edib. Prezident İlham Əliyevin" "çıxışı" "- Əziz hərbçilər, mən sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Üç il bundan əvvəl Qara...
publikaz_normalized
Türkiyənin Azərbaycandakı səfirliyi 8 noyabr-Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidlər...
publikaz_normalized
Türkiyənin “Haber Global” telekanalı Qarabağ Zəfərinin üçüncü ildönümü münasibətilə süjet hazırlayıb. Materialda ilk olaraq Azərbaycanın 30 il səbrlə gözləməsindən, hər zaman diplomatiyaya üstünlük verməsindən, ancaq ötən müddət ərzində ATƏT-in Minsk qrupunun və Ermənistanın sülhdə, problemin həllində maraqlı olmamasın...
publikaz_normalized
BMT Ətraf Mühitin Qorunması üzrə COP 28 platformasında dünya dini liderlərinin Əbu-Dabi Qlobal Sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir qrup Forum iştirakçıları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Ən-Nəhyan tərəfindən qəbul edil...
publikaz_normalized
yeyib-içib qaçmışdı":"İtaliyada fəaliyət göstərən barladan birinin müştərisi etdiyi sifarişin hesabını nə az, nə çox düz 15 il sonra ödəyib. Onlar yeyib-içdikdən sonra, hesabı ödəmədən qaçıblar. “15 il əvvəl şənbə gecəsi bura gəldim və dostlarımla bir neçə stəkan şərab içdim. Zarafat kimi pulu vermədən qaçdıq. Buna gör...
publikaz_normalized
ABŞ-da haqsız yerə məhkum edilmiş bir adam böyük pul kompensasiyası qazanaraq milyonçu oldu. 1988-ci ilin iyulunda naməlum şəxs Filadelfiyada dörd yaşlı Barbara Jan Hornu öldürdü. Müstəntiqlər əsas şübhəli kimi Valter Oqrodu göstəriblər. O, məhkəmədən əvvəl günahını etiraf edib, lakin sonra polisin təzyiqi altında ifad...
publikaz_normalized
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ATV-də yayımlanan "Rəngarəng səhər" verilişini sərt şəkildə tənqid edib. Məhəmmədoğlu üzünü aparıcı Vüsalə Əlizadəyə tutaraq bildirib ki, ad çəkmədən qonşu kanalda yayımlanan verilişdə aparıcıların qonaqların geyiminin qiymətini soruşması xoşagəlməz haldır: Vüsalə inanıram ki, sizin ...
publikaz_normalized
Putinin səfərbərliklə bağlı qərarı...":"Rusiya prezidenti Vladimir Putin səfərbər olanların xüsusi hərbi əməliyyatın (SVO) sonuna qədər iştirakına qərar verib. Hamı Şimal Hərbi Dairəsinin sonuna qədər döyüşür. Bir çox ailələr məndən bu vəziyyətə münasibət bildirməyimi xahiş edirlər. Mən bu sualı (tərxis etmək və mümkün...
publikaz_normalized
Türkiyənin Kayseri şəhərinin sakini evinin altında təxminən iki min il yaşı olan yeraltı şəhər tapıb. O, yeri təmizlədikcə qarşısına tunellər çıxıb. Onun evinin altındakı yeraltı şəhərin ümumi sahəsinin 300 kvadratmetrə qədər olduğu təxmin edilir. Araşdırmalara başlayan türkiyəli professor Osman Oszoyun sözlərinə görə,...
publikaz_normalized
Azərbaycan sevgi saçır, eşq qoxuyur. Tarixi zəfər günümüzdür bu gün - böyüdüyümüz, yüksəldiyimiz gündür. Bir azdan Xankəndidə Qələbə Paradına şahidlik edəcəyik. Azərbaycan əsgəri Xanın kəndində Üçrəngli Bayrağımızın ucalığı altında növbəti tarix yazacaq... Bu səhnəni - bir azdan öz gözlərinizlə görəcəyiniz o möhtəşəm s...
publikaz_normalized