text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bu məhsulları...":"Bəzi məhsullar soyuducuda daha uzun müddət təhlükəsiz şəkildə saxlanıla bilər. Ancaq bu, hər məhsul üçün keçərli deyil. Soyuducuda saxlanmaması lazım olan qidaları təqdim edirik: Çörək üçün ən uyğun saxlama yeri sərin və quru mühitlərdir. Soyuducuda rütubətə məruz qalan çörək daha tez xarab olacaq. S...
publikaz_normalized
İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq",- paylaşımda bildirilib.
publikaz_normalized
Qərb Cənubi Qafqazda vəziyyətin deqradasiyasına təhrik edir. “Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şərait yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq. Bu məqsədlə Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhə...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda...
publikaz_normalized
Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib. Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr- Zəfər Gününü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq...
publikaz_normalized
ABŞ mətbuatının ölkənin rəsmilərinə əsaslanan xəbərində, prezident Co Baydenin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağında 3 günlük atəşkəs çağırışı etdiyi iddia edilib. İsrail və Qətərin HƏMAS-ın 10-15 girovu azad edəcəyi bildirilib. Həmçinin Netanyahunun HƏMAS-a güvənmədiyi və girov...
publikaz_normalized
Xalq artisti Emin Ağalarov yeni görünüşü ilə təəccübləndirib. Eminin bığ saxlaması diqqət çəkib. Yeni görünüş" deyə, ifaçı şəklinə qısa şərh yazıb.
publikaz_normalized
Qızının toyunda gözəl görünmək istəyən qadın arıqlamaq üçün qəbul etdiyi dərmanın qurbanına çevrilib. Qeyd edək ki, ozempik şəkər xəstələri üçün nəzərdə tutulsa da bir sıra ölkələrdə arıqlatma vasitəsi kimi də istifadə edilir. Bu məhlul daha uzun müddət toxluq hissi yaradır.
publikaz_normalized
Separatçılara pul verilməyəcək":"Ermənistanın 2024-cü il dövlət büdcəsi layihəsində Qarabağdan gələn separatçıların “dövlət qurumları”nın saxlanması üçün pul yoxdur və olmayacaq. Öz növbəsində respublikanın maliyyə naziri Vahe Hovhannisyan Ermənistanın dövlət büdcəsinə daxil olan pulların başqa məqsədlər üçün istifadə ...
publikaz_normalized
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib. Qeyd edilib ki, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar. Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülmə...
publikaz_normalized
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblə
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərində hərbçilərlə görüşüb. Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş K...
publikaz_normalized
Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən avtomobil və texnikaların nömrə nişanlarından hazırlanan nəhəng lövhə nümayiş etdirilib. Lövhədə böyük hərflərlə “ZƏFƏR” sözü yazılıb. Həmin lövhə böyük yük avtomobilinin üzər...
publikaz_normalized
“Bəxt cənabları” filmindəki rolu ilə tanınan sovet rus teatr və kino aktyoru Anatoli Yabbarov vəfat edib. Anatoli Yabbarov 1937-ci il avqustun 24-də Bakıda çoxuşaqlı ailədə anadan olub. 1959-cu ildə 22 yaşında Aşqabadda Puşkin adına Rus Dram Teatrında işləməyə başlayıb, 1962-ci ilə qədər üç il burada çalışıb. 1966-cı i...
publikaz_normalized
500 min dollar və...":"Rusiyalı estrada müğənnisi Alla Puqaçova Yeni il ərəfəsində səhnəyə qayıtmaq istəyir. Məlumata görə, Puqaçova çıxışının qiymətini artırıb - indi sənətçinin konsert haqqı, səyahət, yaşayış və digər detallar nəzərə alınmadan 500 min dollardır. Qeyd edək ki, 2020-ci ildə müğənni səhnəyə 350 minə çıx...
publikaz_normalized
Xankəndi şəhərində keçirilən Zəfər paradına müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları meydana gətirilib. Sonra Vətən müharibəsində və antiterror tədbirlərində əsl qəhrəmanlıq, şücaət, r...
publikaz_normalized
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində keçirilən paradda çıxış edib. Qeyd edək ki, bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş K...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin noyabrın 9-da Qazaxstana gözlənilən səfəri zamanı ölkənin keçmiş rəhbəri Nursultan Nazarbayevlə görüş planlaşdırmayıb. “Bu dəfə proqramın intensivliyinə görə prezidentin Nazarbayevlə görüşməyə vaxtı olmayacaq”, - deyə o bildirib. Qeyd edək ki, noyabrın 8-də Putin bildirib ki, Qazaxıstan...
publikaz_normalized
Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən tanklar və texnikalar nümayiş etdirilib. Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçir...
publikaz_normalized
Hər zaman Azərbaycanın yanındayıq":"“Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürur və coşqu ilə təbrik edirik”. O, Azərbaycan dövləti və xalqını təbrik edib: “Əziz şəhidlərimizi rəhmətlə anıram. Qəhrəman hərbçilərimizə, qazilərimizə minnətdarıq. Tək millət, iki dövlət olaraq hər z...
publikaz_normalized
yorğunluq və zəiflik...":"Uzun müddətli yorğunluq və zəiflik yoluxucu, somatik və psixi xəstəliklərin simptomları ola bilər. Onun sözlərinə görə, 40-59 yaşlı xəstələr ən çox halsızlıq və yorğunluqdan şikayət edirlər. Zəiflik və yorğunluq təhlükəli əlamətlər və xəstəliklərlə müşayiət oluna bilər: diqqətsizlik, yaddaş it...
publikaz_normalized
Rusiyada “Pyrola” adlı yeni növ koronavirusa ilk 10 nəfərin yoluxduğu məlum olub. “Ölkədə yeni pirola virusuna yoluxma ilə bağlı 10 fakt müəyyən edilib. Sankt-Peterburqda yeddi xəstəliyə yoluxma halı qeydə alınıb. Daha üç yoluxma isə Moskvada baş verib”. Popova qeyd edib ki, paytaxta yoluxma halları xaricdən gələn şəxs...
publikaz_normalized
Qəhvə içmək artıq gündəlik tələbatımızın bir hissəsinə çevrilib. Qəhvənin diabet, ürək xəstəliyi, iflic və bəzi xərçəng növləri riskini azaltdığını göstərən saysız-hesabsız araşdırmalar olsa da, ziyanları da var. Xüsusən də uşaqlar üçün çox zərərlidir. Bu xəbərdarlıqlara baxmayaraq, valideynlər uşaqlarına içməyə qəhvə ...
publikaz_normalized
Çuvaşiyadan olan futbolçu və məşqçi Aleksey Lesin 30 yaşında qəflətən dünyasını dəyişib. Bu barədə Çuvaşiyanın İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Təsdiq olunmayan məlumata görə, idmançı boğularaq ölüb. “Bərpası mümkün olmayan itki… 31 yaşında respublikamızın ən görkəmli futbolçularından və məşqçilərindən...
publikaz_normalized
Dünya çərçivəsindən çıxıb":"İsraildəki müharibə dünyada hiperinflyasiyaya səbəb ola bilər. Nazirin qeyd edib ki, İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında müharibə dünyada qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Qlobal iqtisadiyyat hazırda artan geosiyasi gərginlik səbəbindən “təhlükə a...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
publikaz_normalized
“Ağzınızı...":"Aparıcı Elgiz Əkbər “Elgizlə izlə” verilişində müğənni Əli Mirəliyevin iştirakçılarla mütəmadi qalmaqal yaratması kimi hallara yol verdikləri üçün aparıcıların tənqid edilməsinə münasibət bildirib. “Əli Mirəliyev yaşlı adamdır, musiqini çox gözəl bilən insandır. Öz sahəsi ilə bağlı fikir bildirir, səsi o...
publikaz_normalized
Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı yeni planlarını işə salmağa hazırlaşır. Birinci plan olaraq, erməni kilsəsinin qondarma “artsax yeparxiyasını” ləğv etməməsi, fəaliyyətini dəstəkləməsi göstərilir. “Hraparak” nəşri yazır ki, ikinci addımı separatçıların qondarma “parlamenti” atacaq. İlk dəfə (...
publikaz_normalized
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik məktubu göndərib. Vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salman Al Səud da Zəfər Günü və Bayraq Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. O, İlham Əliye...
publikaz_normalized
Xankəndində keçirilən Zəfər Paradı erməni millətçilərini acınacaqlı vəziyyətə salıb. Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan yazır ki, İlham Əliyev qələbə qazandı. “Əliyev Paşinyanın Ermənistanını və onun ordusunu məğlub etdi. Həm də təkcə Ermənistana yox, Rusiyaya, ABŞ-a, Avropaya da qalib gəldi”,...
publikaz_normalized
“Gədəbəy” yatağında...":"Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti “Gədəbəy” yatağında fəaliyyətini bərpa etmək üçün hökumətdən razılıq alıb. Qızıl, mis və gümüş istehsalçısı bildirib ki, “Micon International Ltd” müstəqil konsaltinq şirkəti tərəfindən apa...
publikaz_normalized
44 günlük İkinci Qarabağ Müharibəsinin üçüncü ili ərəfəsində Ankaranın küçələrindən birinə "Qarabağ şəhidləri bulvarı” adı verilib. Paytaxt bələdiyyə məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə Etimesqut mahalının Şeker mahalı ilə Osman Avcı mahalının kəsişməsində yerləşən 1419-cu küçənin adı dəyişdirilərək "Qa...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərlərin andiçmə mərasiminin ölkəm...
publikaz_normalized
Ermənistan Hindistandan pilotsuz uçuş aparatları (PUA) əleyhinə sistemlər alacaq. Nəşr qeyd edir ki, Ermənistan artıq Hindistandan reaktiv yaylım atəş sistemləri və raketlər alıb, indi növbədə anti-PUA-lar var. “Yeni Dehli Ermənistana hərbi texnikanın yeni partiyasını göndərməyə hazırlaşır”, - nəşr qeyd edir. Hərbi mən...
publikaz_normalized
ABŞ Senatının demokratları respublikaçıların İsrailə təcili yardımı nəzərdə tutan qanun layihəsi üçün Konqresin iki palatasının təsdiqini almaq səylərinə mane olublar. Layihədə Ukraynaya heç bir yardım nəzərdə tutulmayıb. Respublikaçı senator Rocer Marşallın sözlərinə görə Senatın İsrailə bu kritik yardımı bir gün belə...
publikaz_normalized
“İRƏLİ” İctimai Birliyi 8 Noyabr – Zəfər Gününü və 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü silsilə tədbirlərlə qeyd edib. Tədbirlər planı çərçivəsində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Zəfər Günü və Dövl...
publikaz_normalized
Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə b...
publikaz_normalized
Vətəndaşlar 20-dən çox silah-sursatı polisə təhvil verib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 5 vətəndaşdan 6 ov tüfəngi aşkar edilərək götürülüb.
publikaz_normalized
İyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. “Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş ...
publikaz_normalized
Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovmuşdur. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbənin olmadığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Şuşa əməliyyatı, 44 gün ərzində apardı...
publikaz_normalized
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki...
publikaz_normalized
Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. Pubika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib. “O ...
publikaz_normalized
Bu, minlərlə gəncimizin həyatını xilas etdi":"O vaxt (2020-ci il 10 noyabr – red.) mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaq. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılm...
publikaz_normalized
İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. “Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi t...
publikaz_normalized
Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada Müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri i...
publikaz_normalized
Bununla separatçıların kitabı bağlandı":"Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmə...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Cənab Prezident, Əziz Qardaşım! Onilliklər boyu işğal altında qalmış əzəli Azərbaycan torpaqlarının ana Vətənə geri qaytarıldığı Zəfər Gününün üçüncü ildönümü münasibətilə başda Zati-aliniz olmaqla bütün can azərbaycanl...
publikaz_normalized
Mən bir daha, əziz hərbçilər, sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm". Qeyd edək ki, bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, bi...
publikaz_normalized
17:36" "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub. Bildirilib ki, Füzuli Beynəlxalq Hava Limanından 10 kilometr məsafədə, rayonun cənub-qərbində yerləşən kəndin inzibati ərazisinə Yal-Pirəhmədi və Sərdarlı kəndləri də daxildir. Qarğabazar kəndin...
publikaz_normalized
Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın. Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız...
publikaz_normalized
Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim iş...
publikaz_normalized
Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Dövlət başçısının sözlərinə görə, bu əməliyyatlar, eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç ki...
publikaz_normalized
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində keçirilən paradda çıxış edib. Prezident İlham Əliyevin çıxışı" "- Əziz hərbçilər, mən sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğal...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxış edib. Qeyd edək ki, Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev də iştirak edib.
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında noyabrın 9-da cənub küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s, 10-da isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 10-u səhər dağlıq ərazilərdən başlayaraq 1...
publikaz_normalized
“TikTok” sosial şəbəkəsinin sahibi olan Çinə məxsus “ByteDance” şirkəti işçiləri arasında inamını artırmaq üçün onların səhmlərini daha yüksək qiymətə almağı təklif edir. Artıq bununla bağlı plan təsdiqlənib. " "Şirkətin sözçüsü bildirib ki, burada əsas məqsəd işçilərin motivasiyasını artırmaqdır.
publikaz_normalized
Fransanın "La Balle" qəzetinin və radiosunun baş redaktoru Yannick Urrien, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob BICEP və Martinik Azadlıq Partiyasının lideri, Martinik Parlamentinin üzvü Lük Fransis Karol Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasi...
publikaz_normalized
Esra Çömelek adlı qadının Türkiyədə efirə çıxaraq müğənni Doğuşla münasibət qurduqlarını və dini nikahda olduqlarını iddia etməsi gündəmi silkələyib. Aparıcı Xoşqədəm Hidayətqızı ilə 9 ildir evli olan Doğuşun bu addımı hər kəsi təəccübləndirdi. Efirdə baş verənlər həm Azərbaycanda, həm də Türkiyədə birmənalı qarşılanma...
publikaz_normalized
“Bayer”ə qarşı həddən artıq dinamik olmalıyıq":"“Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik. “Çox ciddi komandaya qarşı oynayacağıq. İlk görüşdə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımız ruhdan düşməyiblər. Matça heç də pis hazırlamamışıq. Hazırda Avropanın ən dinamik komandalarından biridir. Çox...
publikaz_normalized
Silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə qazanılan ilk qələbə kimi tarixə keçən Azərbaycan Zəfərini təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. “Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman həmrəy olmağa davam edəcəyik”. Paylaşım Türk və Azərbaycan dillərində edilib. Selçuk Bayraktar mesajına...
publikaz_normalized
Azərbaycanın müdafiə naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-...
publikaz_normalized
19:26" "Bakıda Zəfər Günü ilə bağlı bayram konserti başlayıb. Konsertin ardınca atəşfəşanlıq təşkil olunacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur. X X X" "Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub. Dənizkənarı Milli Parkd...
publikaz_normalized
8 Noyabr - Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib. Öncə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətlərinin müxtəlif dövrlərini özündə əks e...
publikaz_normalized
ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında mobil bilbordda Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib. LED lövhələrdə ingilis dilində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözləri həkk olunub, eyni zamanda İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xati...
publikaz_normalized
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. Can Azərbaycanı öz torpağı Qarabağı böyük bir zəfər nəticəsində işğaldan azad etməsinin üçüncü ildönümü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsi...
publikaz_normalized
“Mən belə məmurları işdən çıxarmağa başlayacam”. “Biz çeçen dilinin populyarlaşdırılması üçün çox iş görürük. Amma elə olur ki, mənim komandamın nümayəndələrinin övladları çox vaxt çeçen dilini bilmirlər. Mən komandamdan belə məmurları işdən çıxarmağa başlayacağam”, - deyə Çeçenistan rəhbəri bildirib. Kadırov qeyd edib...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib. Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.
publikaz_normalized
NATO öz coğrafi miqyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır. O deyib ki, ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır. “Biz bəzi ölkələrin təsir zonasını genişləndirmək cəhdlərini görürük və Şimali Atlantika Alyansı, qəribə də olsa, öz doktrinal sənədlərini pozaraq, fəaliyyətinin coğrafi hüdud...
publikaz_normalized
Pul içində üzəcəklər":"2024-cü ildə maddi baxımdan uğur qazanacaq bürclərin kimliyi bəlli olub. Onlar yazın ikinci yarısı və yayın əvvəlində maddi baxımdan yüksəliş dövrü yaşayacaqlar. Amma ulduzlar onlara bir qədər ehtiyatlı davranmağı, gəlirlərini düzgün bölüşdürməyi məsləhət bilirlər. Əkizlər bürcündən sonra maddi g...
publikaz_normalized
ABŞ-nin Ukraynaya birbaşa büdcə dəstəyi üçün vəsaiti yoxdur, yeni ayırmalar olmadan humanitar yardım tamamilə dayandırıla bilər. “Əlavə vəsait ayırmasa, Ukrayna hökuməti pulların verilməsi və kritik işçilərin maaşlarının ödənilməməsi kimi fövqəladə tədbirlərə əl atmağa məcbur olacaq ki, bu da hiperinflyasiyaya gətirib ...
publikaz_normalized
Bu il Azərbaycanda Zəfər adı verilən uşaqların sayı açıqlanıb. Belə ki, qeyd olunan müddət ərzində 39 körpəyə Zəfər adı qoyulub. Qeyd edək ki, 2020, 2021, 2022 və 2023-cü ilin cari dövrünə qədər ümumilikdə 356 uşağa Zəfər adı verilib.
publikaz_normalized
Bu ilin yanvar-sentyabr ayında Azərbaycana Rusiyadan 116,9 min turist gəlib. Məlumata görə, bununla da, Azərbaycan Rusiyadan turist qəbul edən ölkələr arasında 8-ci sırada qərarlaşıb, MDB ölkələri sırasında isə 3-cü olub. 9 ayda Rusiyadan xaricə 7 milyondan çox turist səfər edib ki, bu da, illik müqayisədə 30 %-dən çox...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının hərbi infrastrukturuna hava zərbəsi endirib. Məlumata görə, zərbələr zamanı həmin posta ziyan dəyib, terrorçular məhv edilib.
publikaz_normalized
Sabah Bakıda 3 marşrut avtobusunun hərəkət sxemi dəyişdiriləcək. Təmir-bərpa işləri ilə əlaqədar həmin yol sahəsindən keçən 7A, 7B, 67 və 199 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində müvafiq dəyişikliklər edilərək fəaliyyətləri alternativ küçələrlə təşkil olunacaq.
publikaz_normalized
Füzulidə 8 Noyabr- Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Zəfər Günü tədbiri Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil edilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla y...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi Argentina ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib. “Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Argentina xalqını və hökumətini ürəkdən təbrik edirik! Biz ikitərəfli əlaqələrimizin daha d...
publikaz_normalized
Qəzza zolağında humanitar atəşkəsə dair razılaşma yaxın vaxtlarda əldə oluna bilər. Qeyd olunub ki, İsrail hakimiyyəti radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların bir qisminin azad edilməsi müqabilində hərbi əməliyyatların müvəqqəti dayandırılmasına razılıq verib. Humanitar fasilə zamanı anklavdakı sakinlər...
publikaz_normalized
Macarıstan gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırır, lakin regionda boru kəmərinin gücü bunun üçün yetərli deyil. Macarıstan qazın əsas hissəsinin hələ də Rusiyadan aldığını və mənbə ilə tədarük marşrutlarının şaxələndirilməsini illüziya olaraq qaldığını vurğulayan diplomat buna sə...
publikaz_normalized
"Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı 4 nəfər döyülüb. Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib. Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkədə paylaşım edib. “Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş qazilərimizi hörmətlə, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ər...
publikaz_normalized
Ukraynanın gənclər və idman naziri Vadim Hutsayt işdən çıxmaq haqqında ərizə yazıb. Sənəd artıq Ali Radaya (birpalatalı parlament) çatıb. “Ukraynanın Ali Radasına Ukraynanın gənclər və idman naziri V.M. Hutsaytın işdən çıxmaq haqqında ərizəsi çatıb”, – parlament nəql edib. Onun sözlərinə görə, sənədə yaxın günlərdə bax...
publikaz_normalized
Naxçıvan şəhərinin mərkəzi meydanında Zəfər Gününə həsr olunan konsert təşkil edilib. Gecəyə rəng qatan ifalar muxtar respublika sakinlərində xoş ovqat yaradıb. Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub. Qeyd edək ki, bu gün, həmçinin Naxçıvanda Ulu Öndərin 100 illiyinə və Zəfər Gününə həsr olunan genişmiqyaslı a...
publikaz_normalized
Tacikistan və İran hökumətləri viza rejiminin ləğvi haqqında anlaşma memorandumu imzalayıblar. “Dövlət başçılarının iştirakı ilə Tacikistan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında anlaşma memorandumu imzalanıb”, – Tacikistan liderinin mə...
publikaz_normalized
BMT-nin sülhməramlı qüvvələrinin Qəzza zolağına yeridilməsi imkanlarını müzakirə etmək hələ tezdir. Quterreş İsrail hakimiyyəti ilə Qəzzaya sülhməramlıların göndərilməsinin mümkünlüyünü müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırıb: Onun sözlərinə görə, bu cür danışıqların aparılması “vaxtından qabaqdır”. Xatırl...
publikaz_normalized
Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. “Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm. Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır. 44 günlük dastansəra mübarizəni zəfərlə tacl...
publikaz_normalized
Zəfər Günü münasibətilə Şuşa şəhərində möhtəşəm atəşfəşanlıq olub. Bayram atəşfəşanlığı Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.
publikaz_normalized
Noyabrın 9-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransaya səfər edəcək. Bildirilir o, Parisdə UNESCO Baş Konfransının 42-ci sessiyasında iştirak edəcək.
publikaz_normalized
Ukrayna Silahlı Qüvvələrinin bu və sonrakı illər üçün döyüş planı var. O, Ukrayna ordusunun uğur qazanacağına əmin olduğunu bildirib. “Bizim planımız var, konkret şəhərlərimiz, konkret istiqamətlərimiz var, hədəfimiz var, hara gedəcəyik, hansı istiqamətdə hücum edəcəyik, bilirik”, - deyə Ukrayna prezidenti vurğulayıb.
publikaz_normalized
İtaliya Qəzzaya xəstəxana gəmisi göndərib. O, İtaliya donanmasına aid xəstəxana gəmisinin Qəzzadakı yaralılara kömək etmək üçün bu gün bölgəyə yola düşəcəyini bildirib. Crosetto gəmidə 30-u sağlamlıqla bağlı fövqəladə hallara cavab verən mütəxəssis olmaqla cəmi 170 personalın olacağını vurğulayıb. İtaliyanın müdafiə na...
publikaz_normalized
Rusiya qüvvələri Liberiya bayrağı altında üzən mülki gəmini Odessa vilayətində limana daxil olduğu zaman raketlə vurub. “Mülki gəmiçilik terrorunu davam etdirən düşmən Qara dənizdəki taktiki təyyarələrdən Odessa vilayətinin limanlarından biri istiqamətində X-31P antiradar raketi ilə məkrli şəkildə zərbə endirib. Raket ...
publikaz_normalized
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb. Günün ilk, çempionatın yeddinci matçı Özbəkistan və Polşa, final oyunu isə Azərbaycan və Mərakeş komandaları arasında olub. Özbəkistana 5 c...
publikaz_normalized
Türk Dövlətləri Təşkilatı Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. “Azərbaycan Respublikasının 9 Noyabr – Dövlət Bayrağı Günü mübarək!”, – Təşkilatın təbrik mətnində qeyd olunub.
publikaz_normalized
oğul da atasının taleyini yaşadı":"İmişli rayonunda avtomobil və velosipedin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb. Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən “KİA” markalı avtomobillə toqquşub. Qəza nəticəsində veslosipedçi aldığı...
publikaz_normalized
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəy...
publikaz_normalized
HƏMAS Qəzza zolağının şimalına nəzarəti itirib. Haqari minlərlə sakinin Qəzza zolağının cənubuna köçdüyünü qeyd edib.
publikaz_normalized
Yaşam arealını qaydaya salın":"Bir sıra işlərlə yaxşı nəticələrə nail olmaq mümkündür. Az sonra tətbiq edə biləcəyiniz önəmli məlumat alacaqsınız. İşdə həmkarlarınızla münasibətlərinizdə intensivləşmə olacaq. Peşəkar nüfuzunuz güclənəcək. İnformasiya, məlumat və xəbərlər almaq üçün yaxşı gündür. Maliyyə vəsaiti əldə ed...
publikaz_normalized
Türkiyədə CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəl bu vəzifəni Kamal Kılıçdaroğludan təslim alıb. Məlumata əsasən, Kılıçdaroğlu Özəli qapıda qarşılayıb. Özəl burada mətbuata qapalı keçirilən mərasimlə vəzifəsini Kamal Kılıçdaroğludan təhvil alaraq sədrlik vəzifəsinə başlayıb. Bildirilib ki, görü...
publikaz_normalized
UEFA Çempionlar Liqasının qrup mərhələsin 4-cü turunda "Bavariya" (Almaniya) "Qalatasaray"la (Türkiyə) qarşılaşır. X X X" "Matçın 80-ci dəqiqəsində Harri Keyn almanları hesabda önə keçirdi: X X X" "Qarşılaşmanın 86-cı dəqiqəsində "Bavariya" Keynin dublu ilə fərqi artırdı: X X X" "Bakambu matçın 93-cü dəqiqəsində fərqi ...
publikaz_normalized
İstanbulun “Fatih Sultan Mehmet” və “15 İyul Şəhidləri” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Sözügedən fotonu təqdim edirik:
publikaz_normalized
Bəzi futbolçuların evlərini qarət etdiyinə görə axtarışda olan Alban-Kosova mafiyasının başçısı “İnter Mayami”nin hücumçusu Lionel Messinin malikanəsinə niyə toxunmadığını açıqlayıb. “Barselonada Yohan Kroyffun evini soyan mən olmuşam. Orada Dennis Berqkampa məxsus bir saat, “Hermes”dən bir neçə xırda əşya və təxminən ...
publikaz_normalized