text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Tesla" və "SpaceX"-in baş direktoru İlon Mask İsrail prezidenti İsaak Hersoqla, Qəzza zolağında HƏMAs tərəfindən saxlanılan israillilərlə görüşəcək. Maskın səfəri Qəzza zolağında 4 günlük atəşkəsə təsadüf edir. İsrailin 12-ci kanalı Maskın bu gün baş nazir Benyamin Netanyahu ilə də görüşəcəyini bildirib. Qeyd edək ki, ... | publikaz_normalized |
İlk klubdur ki...":"Mersesayd təmsilçisi üzərində qazanılan 3:0 hesablı qələbə ilə “qırmızı şeyrtanlar” çempionatdakı 500-cü görüşündə qapısını toxunulmaz saxlayan ilk klub olub. Çelsi" bu göstəriciyə görə 476 matçla ikinci. “Liverpul” (460) isə üçüncü sırada qərarlaşıb. | publikaz_normalized |
Çıxış yolu var?":"Ən geci 20 il sonra ölkə əhalisinin sayı azalmağa başlayacaq. O bildirib ki, elmi analizlər müasir Azərbaycan ailəsinin nəzəriyyəsini və praktikasını izah edir: “Söhbət ailədən, övladlardan, ailə münasibətlərin keyfiyyətindən gedəndə, prosesə sistem məsələsi olaraq baxmalıyıq, halbuki çoxumuz bir buca... | publikaz_normalized |
Türkiyə və Azərbaycanda sosial media istifadəçiləri, jurnalistlər və media qurumları Niderlandda seçki başa çatar-çatmaz Dilan Yeşilgözü baş nazir elan etdilər. bu tələskənliyin səbəbini araşdırmağa çalışıb. Niderlandda seçicilər siyasətdən getdiyini açıqlayan Baş nazir Mark Ruttenin yerinə gələcək şəxsi müəyyən etmək ... | publikaz_normalized |
Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın yarımmüdafiəçisi Alexandro Qarnaço haqqında danışışıb. Onların hər birinin öz səviyyələri var. Qarnaço adları çəkilən futbolçulara çatmaq üçün uzun bir yol keçməlidir. Amma o, böyük potensiala malikdir. Runi və ya Ronaldo kimi olmaq üçün hər il Premyer Liqada 2... | publikaz_normalized |
Konqresdə rüşvətxorlar, əxlaqsızlar toplaşıb":"ABŞ-da partiyasından qovulması tələb edilən və məhkəməsi davam edən Respublikaçı Konqresmen Corc Santos Konqresdə çoxlu “cinayətkar və əxlaqsız keçmişi olan üzvlərin” olduğunu iddia edib. Nümayəndələr Palatasının Etika Komitəsinin Konqresin digər üzvlərini görməməzlikdən g... | publikaz_normalized |
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb. Məlumata görə, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türki... | publikaz_normalized |
Dərdə dərman olmaq üçün":"Çelsi" "Napoli"nin hücumçusu Viktor Osimheni heyətinə qatmaq niyyətindədir. Futbolçu London klubunun qış transfer dövrü üçün əsas hədəfidir. Osimhenin "Çelsi"yə keçməyə açıq olacağı gözlənilir. Baş məşqçi Maurisio Poçettino hücum xəttindəki problemi Osimhenin gəlişiylə aradan qalxacağına əmind... | publikaz_normalized |
Bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək. Üçtərəfli görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüs... | publikaz_normalized |
Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb: Məsələ ilə bağlı Kü... | publikaz_normalized |
Qarabağdan gələn ermənilər zorakılığa məruz qalır":"Məktəblərdə Qarabağdan gələn uşaqlara qarşı zorakılığın səbəblərindən biri də dövlətin siyasi mövqeyi və Ermənistan vətəndaşlarının ailələrində formalaşmış müvafiq stereotiplərdir. Hökumətin noyabrın 23-də keçirilən iclasında Ermənistan məktəblərində Qarabağdan gələn ... | publikaz_normalized |
xurafat, yoxsa elm?":"Zəlzələ və pandemiyadan sonra ortaya atılan yeni iddia səmada kimyəvi işarələmə kimi tanınan “Kimyəvi izlər...”dir. Mütəxəssislərin fikrincə, kimyəvi işarələmə yağış rejimini dəyişdirmək üçün həyata keçirilib. Ancaq elm dünyası bu cür sui-qəsdlərin heç bir şəkildə həqiqəti əks etdirmədiyini dəfələ... | publikaz_normalized |
Bəy öz toyunda gəlini və daha 4 nəfəri öldürüb intihar etdi - FOTO":"Bəy toy zamanı gəlin də daxil olmaqla 4 nəfəri güllələyərək öldürüb, sonra isə intihar edib. Belə ki, 29 yaşlı bəy Çaturonq Suksuk naməlum səbəbdən avtomobilindən götürdüyü silahla 44 yaşlı gəlin Kançana Paçuntuek, gəlinin anası, bacısı və daha bir nə... | publikaz_normalized |
Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub. O, bacısının boğazını kəsərək qətlə yetirib. Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir. ***" "Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araş... | publikaz_normalized |
Tottenhem"in futbolçusu Ceyms Meddisonun sevgisi Kennedi Aleksa son "Instagram" fotoları ilə pərəstişkarlarını heyrətə gətirib. Kennedi şəffaf korsetli mavi şalvar geyinib. " "O, heyrətamiz Dubay mənzərəsi fonunda kameraya gülümsəyib və "Dubay gecələri" başlığı ilə foto yayımlayıb. Şəhər mənzərəsi onun fonunda nə qədər... | publikaz_normalized |
Üç məqsədimiz var":"İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edərək, əməliyyatın HƏMAS hərəkatı üzərində tam qələbəyə qədər davam edəcəyini bildirib. “Biz burada Qəzzada qəhrəman döyüşçülərimizlə birlikdəyik. Qaçırılan vətəndaşlarımızı geri qaytarmaq üçün əlimizdən gələni edirik və sonda hamısını qay... | publikaz_normalized |
Qırmızı planetlə bağlı mif dəyişir":"Belçikanın Liej Universitetinin alimləri elektromaqnit spektrinin görünən hissəsində Mars atmosferinin yaşıl parıltısını aşkar etmək üçün ilk dəfə NOMAD spektrometrindən istifadə ediblər. Tədqiqatçılar qeyd ediblər ki, bu kəşf qırmızı planetin qaz mantiyası haqqında anlayışı dəyişə ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bu gün və sabah ölkə ərazisində hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın tə... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib. Pubilka.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır. WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsi... | publikaz_normalized |
Həyat yoldaşıyla restoranın tualetində...":"Britaniyanın “I'm a Celebrity” realiti layihəsinin ulduzu Fred Siryer Premyer Liqa oyunçusunun restoranda cinsi əlaqədə olduğunu iddia edib. Premyer Liqa futbolçusunun etdiyi hərəkət də onlardan biri olub: “Bir gün çox məşhur bir futbolçu yoldaşı ilə şam yeməyinə gəldi. O, mə... | publikaz_normalized |
Azərbaycanda tələbə vəfat edib. Bildirilib ki, Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq dünyasını dəyişib. Qeyd edək ki, onun atası I Qarabağ müharibəsinin qazisidir. | publikaz_normalized |
Günlərdir Qəzza zolağında İsrail qüvvələri tərəfindən saxlanılan 10 həkimdən xəbər yoxdur. İsrail qüvvələrinin eyni tarixlərdə Qəzzanın cənubuna doğru "təhlükəsiz yol"da Şifa Xəstəxanası və İndoneziya Xəstəxanasında çalışan həkimləri nəzarətə götürdüyü bildirilən açıqlamada, nəzarətə alınan 10 həkimin adı yer alıb. Şif... | publikaz_normalized |
Dekabrın 14-nə keçən gecə...":"Yer sakinlərinin dekabrda müşahidə edə biləcəkləri astronomik hadisələrin siyahısı dərc edilib. Onlardan ən diqqət çəkəni dekabrın 13-dən 14-nə keçən gecə Əkizlər meteor yağışıdır. Meteor yağışının zirvəsi zamanı axan ulduzların sayı saatda 120-yə çatacaq və Ay Əkizlərin müşahidəsinə mane... | publikaz_normalized |
Futbol üzrə milli komandamızın və "Dinamo"nun (Zaqreb) futbolçusu xoşagəlməz hadisənin iştirakçısı olub. Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən İsveçlə oyundan (3:0) sonra 26 yaşlı forvard ilə foto çəkdirmək istəyən azyaşlılar kobud davranışla üzləşiblər. AFFA-nın və komandanın mühafizə xidmətinin əməkdaşı... | publikaz_normalized |
Abxaziyadakı erməni separatçılar hədələdi":"Qondarma Abxaziya parlamentinin erməni əsilli deputatları Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanan bəyanatla çıxış ediblər. “Artsax" faciəsindən sonra indiki Ermənistan rəhbərliyi Qarabağda yaşayan 120 min vətəndaşını qovulmağa məhkum etdikdə, Paşinyanın son çıxışı ... | publikaz_normalized |
Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı paylaşım edib. Ad günün mübarək, əziz anam. Artıq ikinci doğum günündür ki, atamın göndərdiyi çiçəklər gəlir, özü gələ bilməsə də" deyə, paylaşımda bildirilib. Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomob... | publikaz_normalized |
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. | publikaz_normalized |
“Tottenhem” İngiltərə Premyer Liqası tarixində ilkə imza atıb. Anqelos Postekoqlunun yetirmələri 11-ci turda "Çelsi"yə (1:4), sonrakı matçda "Notinqem Forest"ə (1:2) uduzub. London klubunu son olaraq "Aston Villa" məyus edib - 1:2. Ölkə çempionatının ilk 10 matçında “Tottenhem” səkkiz qələbə qazanıb və daha iki görüşdə... | publikaz_normalized |
Amerikada bizon turistlərə hücum edib və videoya düşüb. ABŞ-da bir qrup turisti çəkiliş apardığı vaxt bizon onlara hücüm edib. Hadisəni fotoqraf Loqan Smit lentə alıb. Videoda 12 nəfərlik qrup nəhəng bizonun qarşısında arxalarını ona çevirərək poza verirlər. Lakin bir neçə saniyədən sonra o, qəfildən turistlərə hücüm e... | publikaz_normalized |
Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb. Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.... | publikaz_normalized |
Sevilya"nın müdafiəçisi Serxio Ramos La Liqanın son turunun "Real Sosyedad"la matçında (1:2) qırmızı vərəqə alıb. Bununla o, turnirdə özünə məxsus qırmızı vərəqə alma rekordunu yeniləyib. Serxio Ramos bu yay azad agent statusu ilə 18 ildən sonra "Sevilla"ya qayıdıb. 37 yaşlı futbolçu daha əvvəl PSJ və "Real"da çıxış ed... | publikaz_normalized |
Qaytarırlar, amma...":"İngiltərə İşçi Partiyasının lideri Keyr Starmerin 1800-cü illərin əvvəllərində Yunanıstandan qaçaqmalçılıq yolu ilə gətirilən və Britaniya Muzeyində sərgilənən qədim əsərlərin Afinaya qaytarılması üçün icarə müqaviləsinə qarşı çıxmayacağını bildirilib. Bildirilib ki, görüş zamanı Starmerin komand... | publikaz_normalized |
Dekabrın 18-20-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizi... | publikaz_normalized |
Ölkə ərazisində bir neçə gündür ki payızın sonuna və qışın əvvəlinə xas olmayan hava şəraitinin şahidi oluruq. Belə ki, cənub-şərq küləklərinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edir. Amma bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə hava şəra... | publikaz_normalized |
Milan"ın 15 yaşlı hücumçusu Françesko Kamarda Avropanın bir sıra top klublarının maraq dairəsinə düşüb. Mənbənin məlumatına görə, 2008-ci il təvəllüdlü futbolçu ilə "Mançester Siti", "Arsenal", "Nyukasl " və "Borussiya Dortmund" kimi bir çox önəmli klublar maraqlanır. Bununla belə, A Seriyasının tarixinin ən gənc debüt... | publikaz_normalized |
Şəkərli içkilər və yarımfabrikat ətlər bir insanın həyatından təxminən 10 il alır. Onun sözlərinə görə, qazlı içki və kolbasadan imtina edən tədqiqat iştirakçıları bu məhsulları istehlak etməyə davam edənlərdən 10,8 il daha çox yaşayıblar. Ekspert aydınlıq gətirib ki, sağlam insanlar sağlam olmayan yağları və qəlyanalt... | publikaz_normalized |
Bir müğənni var ki, bütün Azərbaycana pul borcludur. Hələ mən Azərbaycandan kənar borclarını demirəm... Axı bu "risofkarlıq" nəyə lazımdır? Sənətçi televiziyada yayımlanan verilişləri, onların aparıcılarını və proqramlara dəvət alan bəzi dırnaqarası məşhurları sərt şəkildə tənqid edib. Mənəviyyatsız, şərəfsiz, əxlaqsız... | publikaz_normalized |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər noyabrın 28-də saat 11:00-da satışa çıxarılacaq. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu qeydə alınıb. “Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda rəqib qapısından 3 top keçirib. O, bununla komandasının 4:0 hesablı qələbəsinin memarı olub. Auaşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olubla... | publikaz_normalized |
Çuğundur yemək xərçəngin inkişaf riskini azaltmağa, dəmir səviyyəsini artırmağa, ürəyin fəaliyyətini yaxşılaşdırmağa, hətta arıqlamağa kömək edəcəkdir. O, bildirib ki, tərəvəzi müəyyən mənada bir çox xəstəliklərin dərmanı da adlandırmaq olar. Klinik tədqiqatlar göstərib ki, çuğundurun tərkibindəki betain fiziki gücü ar... | publikaz_normalized |
“Noyabrın 25-də Tarkanın Bakıda konserti olub və bilet alan vətəndaşlar haqlı olaraq narazı qalıb. Mənə narazılığını bildirən və bu məsələnin bəzi narahatverici məqamlarını söyləməyimi istəyiblər. Millət vəkili kimi bunları demək haqqım var”. “Birincisi, bahalı bilet alan vətəndaşlar niyə akustikanı bərbad eşitməli idi... | publikaz_normalized |
Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir. Bildirilib ki, hər ayın 24-ü verilən pensiya və bu tipli sosial müavinətlər bu ayın 27-si olmağına baxmayaraq hələ də verilməyib. Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr departament... | publikaz_normalized |
Netanyahu razıdır":"İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS tərəfindən azad edilən hər 10 israilli məhbus üçün münaqişədəki "humanitar fasilənin" bir gün uzadılmasını müsbət hesab etdiyini açıqlayıb. Baydenlə görüşü ilə bağlı açıqlama verən Netanyahu, HƏMAS tərəfindən azad edilən hər 10 israilli məhbus üçün "huma... | publikaz_normalized |
Uzun müddət Daxili İşlər Nazirliyində çalışmış, ehtiyatda olan polis polkovniki Miraslan Hüseynov vəfat edib. Qeyd edək ki, Miraslan Hüseynov uzun müddət polissistemində rəhbər vəzifələrdə çalışıb. Onun atası“Əməkdar inşaatçı”, “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarını daşıyan Məmməd Hüseynov – Hacı Seyid Məhəmməd ağa... | publikaz_normalized |
Atletika üzrə Azərbaycan millisinin üzvü Nazim Babayev ailə həyatı qurub. Cütlüyün toy mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev də iştirak edib. | publikaz_normalized |
Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi". O xatırladıb ki, 1991-ci il noyabrın 26-da Azərbaycan SSRİ Ali Sovetinin sesiyasından Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verildi, vilayət tərkibində olan rayonlar ləğv edilib və yenidən yaradılıb. Deputat söyləyib ki, həmin sesiyada i... | publikaz_normalized |
Bakıda məktəbli qızı daimi olaraq narahat edən, telefonla ona zəng edən 21 yaşlı oğlan həbs edilib. Rayon sakini M.M Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək Tuncay adlı şəxsin onun qızını hədələdiyini və zəng edərək narahat etdiyini deyib. Polisin keçirdiyi tədbirlərlə noyabrın 20-də Saatlı... | publikaz_normalized |
Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedicisi olduğu Muğan Bank ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb. Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” müflis elan edilib, ƏSF onun ləğvedicisi təyin olunub. Əmanətlər... | publikaz_normalized |
Onun müəmmalı ölümü hələ də sirr olaraq qalır - FOTO":"Əfsanəvi döyüşçü, məşhur kinoaktyor, ssenarist və rejissor, uşaqlıqdan filmlərinin sehrinə düşdüyümüz, bir çoxumuza dünyanın ən güclü adamı təsiri bağışlayan Brüs Li . 27 noyabr əfsanəvi Brüs Linin doğum günüdür. Balaca əjdaha " "1940-cı ildə ABŞ-ın San-Fransisko ş... | publikaz_normalized |
Bir neçə gün əvvəl yanğın baş verən "Taxta bazarı"nda zərərçəkənlərdən biri keçmiş məmurdur. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs sahibkar Əmrah Cəfərovdur. O, uzun müddət keçmiş Nəqliyyat Nazirliyində işləyib. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təş... | publikaz_normalized |
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib. Bildirilib ki, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib. Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə ... | publikaz_normalized |
Bakının ən böyük rayonunda binalar plana düşüb. 28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə çoxmərtəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə p... | publikaz_normalized |
Qarabağda separatizmin ləğvindən sonra erməni əhalisi rəsmi İrəvanın təhriki ilə bölgəni tərk etdi. Lakin az sayda da olsa Xankəndidə hələ də erməni yaşayır. Onların təhlükəsiz yaşaması üçün bütün şərait yaradılıb. Çünki bu fakt “Azərbaycan etnik təmizləmə aparır” tezisini alt-üst edir. Bu kontekstdə revanşist daşnakla... | publikaz_normalized |
Beynəlxalq alimlər qrupu qırmızı nəhənglərin orbitində fırlanan və qruplarında nadir olan iki yeni isti Yupiter ekzoplanetləri kəşf edib. Ekzoplanetlər NASA Transit Tədqiqat Peyki (TESS) vasitəsilə aşkar edilib. Cihaz Yerdən 1486 və 704 işıq ili məsafəsində yerləşən TOI-4377 və TOI-4551 nəhəng ulduzlarının işıq əyrisin... | publikaz_normalized |
İşğaldan azad edilmiş ərazilərdə kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi gözlənilir. S.Novruzov vurğulayıb ki, kəndlər kompaktlaşdırılaraq, onlara böyük məktəblər, xəstəxanalar tikilməsi nəzərdə tutulur. Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişik... | publikaz_normalized |
Milli Məclisin deputatı Aqil Məmmədov Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib. Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşün... | publikaz_normalized |
Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlər üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir. Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək s... | publikaz_normalized |
Direktor maddiyyatla həll etmək istəyirdi - VİDEO":"Ötən gün sosial şəbəkələrdə məktəblinin döyülməsi ilə bağlı görüntülər yayılıb. Şagirdin anası Vüsalə Quliyeva, məsələ ilə bağlı ATV-nin “Xəbərin olsun” proqramının canlı efirinə qoşulub. Ana, çox pis olduğunu, övladının müalicə aldığını bildirib: “Hal-hazırda övladım... | publikaz_normalized |
Müğənni Elnar Xəlilov "ARB" televiziyasının aparıcısı Zaur Kamalı sərt şəkildə tənqid edib. Zaur Kamalla konflikti olmayan insan yoxdur. Amma mənim Zaurla konfliktim yoxdur. Gələn qonaqları Zaur verilişində alçatmağa çalışır. Elnar "Yeni ulduz" mahnı yarışmasında finalçi olanda sən çalışdığın radioda "Fərqli radio" söz... | publikaz_normalized |
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-ci ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. Qəbul cədvəlini təqdim edirik: S/n" "Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri" "Qəbulun keçi... | publikaz_normalized |
İsrail və HƏMAS arasında humanitar atəşkəsin son günüdür. ABŞ, Qətər və Misir rəsmilərinin atəşkəsin uzadılması üçün diplomatik səyləri davam edir. HƏMAS dünən daha çox məhbusu azad etmək üçün münaqişədə "humanitar pauza"nı ehtiva edən razılaşmanı uzatmağa çalışdıqlarını bildirsə də, İsraildə həm ordu, həm də siyasi rə... | publikaz_normalized |
Çin Xarici İşlər Nazirliyi “Vaşinqton Post”un rus və çinli iş adamlarının Krıma sualtı tunelin tikintisi ilə bağlı gizli danışıqlar apardıqları iddiası ilə bağlı xəbərini yalan hesab edir. Yalan xəbərlərə gəlincə, mən onları şərh etməyəcəyəm", - Vanq Venbin deyib. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri... | publikaz_normalized |
Altı ay həbs, 700 dollar cərimə və...":"Qadın gizli şəkildə qızı qiyafəsində məktəbə girib və cəzalanıb. ABŞ-da bir qadın qızının təhsil aldığı məktəbin təhlükəsizliyinin necə mühafizə olunduğunu yoxlamaq üçün qeyri-adi addım atıb. Belə ki, 33 yaşlı Texas sakini Casey Garcia yeniyetmə paltarı geyinərək qızının adı ilə ... | publikaz_normalized |
ANS açılmalıdır!":"Amma bu o demək deyil ki, açılacaq və fərqli bir TV olacaq. ANS bu gün yayımda olsaydı, nə RealTV dən, nə də ARB24 dən fərqli bir iş görməyəcəkdi. Uzun müddət çalışdığı ANS kanalı ilə bağlı fikirlərini bölüşən televiziya ulduzu qeyd edib ki, sosial yüklü tv layihələrin əsasını ANS qoyub: Çünki ANS-in... | publikaz_normalized |
İrəvanın Tbilisi yolu bağlanacaq - Ermənistan təşvişdə":"Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir. Gülərlə yanaşı, Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze ölkəmizdədir. Bu səfərin məqsədi Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli görüşün keçirilməsidir. Müdafiə nazirlərinin ü... | publikaz_normalized |
“Avrora” MMC pərakəndə sektorunda fəaliyyətə başlamış “Tamstore” marketlər şəbəkəsi üçün işçi qəbulunu davam etdirir. Karyerasını pərakəndə sektorunda qurmaq istəyənlər 29 noyabr 2023-cü il tarixində saat 10:00-dan etibarən Avrora MMC-nin mərkəzi ofisinə (Nərimanov rayonu, Aşıq Molla Cümə 46C) yaxınlaşa bilərlər. Müsah... | publikaz_normalized |
Pilot və sərnişinlər...":"Göyərtəsində sərnişinlərin olduğu şəxsi təyyarə dağa çırpılıb. Rockwell Commander 112B" şəxsi təyyarəsi Avstriyada Kasberq dağına çırpılaraq qəzaya uğrayıb. Pribram (Çexiya) - Medulin (Xorvatiya) marşrutu üzrə uçan təyyarədə qəza güclü qar yağması zamanı baş verib. Nəşrin məlumatına görə, təyy... | publikaz_normalized |
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 20-dən 26-dək olan müddətdə 73 tank əleyhinə mina, 64 piyada əleyhinə mina, 444 partlamamış hərbi sursat aşk... | publikaz_normalized |
Noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ölkəmizə səfər edib. İkitərəfli və üçtərəfli formatda keçiriləcək görüşlərdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional tə... | publikaz_normalized |
Yeni araşdırma 2014-cü ildə Yerə düşən göy cisminin yadplanetlilərə aid ola biləcəyini təkid edən Avi Lebin fərziyyələrinə qarşı çıxır. Professorun iddiasının əksinə olaraq, onların süni zibil olduğu iddia edilib. ABŞ hökumətinin sensorları "IM1" adlanan bu alov topunun sürətini saatda 177 min kilometr olaraq ölçmüşdü.... | publikaz_normalized |
Dərinin gəncliyini və elastikliyini qorumaq üçün radikal üsullara müraciət etmək istəməyənlər, xüsusən də hava dəyişikliyi dövründə sadə profilaktik tədbirlərlə üzlərinə qulluq edə bilərlər. Ekspert dəri baxımı ilə bağlı müvafiq tövsiyələrini verib. Mütəxəssis ilk növbədə qeyd edib ki, dərinin vəziyyəti əsasən genetik ... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6°, gündüz 10-15° olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ər... | publikaz_normalized |
Kiyevdə pis hava şəraiti səbəbindən Ukraynanın ən böyük bayrağı zədələnib. “Ölkənin ən böyük bayrağının zədələnmiş lövhəsi çıxarılır ki, sonradan yenisi qaldırıla bilsin”, - nəşr bildirib. Məlum olub ki, bayraq hava pisləşməzdən əvvəl endirilib, lakin güclü külək ona ziyan vurub. Ukraynanın “Strana.ua” nəşri Telegram-d... | publikaz_normalized |
Ermənistanın Elm və Təhsil Nazirliyi tərəfindən Qarabağda “erməni mədəni irsi”nə aid 140 abidənin siyahısının tərtib olunması və beynəlxalq müstəvidə iş aparılması üçün Xarici İşlər Nazirliyinə təqdim edilməsi barədə məlumatlar yayılıb. Qərbi Azərbaycan İcmasının Ermənistandakı Azərbaycan mədəni irsi ilə bağlı fəaliyyə... | publikaz_normalized |
Azərbaycan Texniki Universitetdə ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Bildirilib ki, həmin tələbələr izolyasiya olunublar. Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının ... | publikaz_normalized |
Akvarium-muzey dağıldı, 800 heyvan öldü":"Krım yarımadasını vuran qasırğa nəticəsində Sevastopoldakı akvarium muzeyində 800-ə yaxın heyvan ölüb. Qasırğa nəticəsində 1897-ci ildən fəaliyyət göstərən ekzotik heyvanların olduğu zal su altında qalıb. Kanalın müxbirinin verdiyi məlumata görə, su axını muzeyin damını yararaq... | publikaz_normalized |
Bu tarixdə Yerə çırpıla bilər":"İlk dəfə 2007-ci ildə aşkar edildikdən sonra teleskopların gözündən itən asteroidin gələn il Yerlə toqquşma ehtimalı var. Bununla belə, alimlər meteoritin Yerə qayıdışın yolunu tapdığını təxmin edirlər. NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) bu asteroidin orbitini müəyyə... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. İdmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən... | publikaz_normalized |
Biləsuvar rayonunda 1986-cı il təvəllüdlü Əfqan qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Göyçəyə (adlar şərti verilib – red.) Əfqanla arvadı Göyçək arasında yaşadıqları evdə mübahisə yaranıb. Bu zaman Əfqan Göyçəyin ona xəyanət etdiyini əsas gətirərək, onu yumruq və şillə zərbələri ilə bir neçə dəfə s... | publikaz_normalized |
Tər tökmədən, tamarzı qalmadan 40 kiloqram arıqladı":"123 kiloqram çəkisi olan şəxs məşq etmədən və xüsusi pəhriz saxlamadan çəkisinin üçdə birini itirərək, nə az, nə çox, düz 40 kq arıqlayıb və bundan sonra ətrafdakıların gözlənilməz reaksiyası ilə üzləşib. Belə ki, Amerikalı Coşua Censon 2021-ci ildə insult keçirdikd... | publikaz_normalized |
Ronaldonu ötdü":"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem klubun tarixinə düşüb. Rekord daha əvvəl “Real”in heyətində ilk 15 matçda 13 qol vuran Kriştiano Ronaldo və argentinalı Alfredo Di Stefanoya məxsus idi. | publikaz_normalized |
Səni sevirəm" - Foto":"Müğənni Fədayə Laçın sosial media hesabında oğlu Əlhəmlə bağlı paylaşım edib. Doğum günün mübarək olsun, ey məni həyata bağlayan tək varlıq, Əlhəm. Nə yaxşı ki, Allah səni mənə hədiyyə etdi. Səninlə fəxr edirəm, mənim ağıllı, şair balam. Deyirəm, ölüm haqdır, Allah bizi ayrılıqla imtahan etməsin.... | publikaz_normalized |
14 ildən sonra "İstanbula son çağrı" filmində Kıvanç Tatlıtuğla tərəf müqabili olan Beren Saat yenidən gündəmə gəlib. Mövzusu ilə diqqət çəkən filmdə Beren Saat və Kıvanç Tatlıtuğun açıq-saçıq səhnələrindən də bəhs edilir. Sevişmə səhnələri ilə məşhur olan filmdə Beren Saatın seksual həzz yaşadığı səhnə tamaşaçıların d... | publikaz_normalized |
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş hakim Rafiq Abbasovun icraatına verilib. Məhkəmə baxışı dekabrın 8-ə təyin edilib. Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərə... | publikaz_normalized |
“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmas... | publikaz_normalized |
Azərbaycanda pensiya yaşının artırılmasının hansı hərbçilərə şamil olunacağı açıqlanıb. Layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 tə... | publikaz_normalized |
Oyununu bəyənirlər, amma...":"Real" qış transfer pəncərəsində "Qalatasaray"ın hücumçusu Mauro İkardini almayacaq. Lakin buna baxmayaraq, 30 yaşlı futbolçunu qışda almaq üçün Türkiyə klubuna təklif göndərməyəcək. Qeyd olunur ki, Madrid komandası "Palmeyras"dan alınan braziliyalı forvard Endrikin yayda gəlişini gözləyir.... | publikaz_normalized |
Qırmızı pomada heç vaxt aktuallığını itirməyən "ölməz" bir tendensiyadır. Son illərdə qırmızı dodaq boyası bej və qəhvəyi tonları fonunda əhəmiyyətini bir qədər itirib, çünki moda arenasında əsas yeri "makiyajsız" makiyaj idarə edirdi. indi mövsümün əsas tendensiyalarından biri parlaq vamp dodaq makiyajıdır. Bununla be... | publikaz_normalized |
“Qonaqların boynuna çıxıb...” - VİDEO":"Meyxanaçı Rövşən Binəqədili son hərəkəti ilə gündəmə gəlib. Məclisdən olan həmin görüntüləri meyxanaçı özü “TikTok” hesabında paylaşıb. Onun bu görüntüləri sosial şəbəkə iustifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və söz ustadının bu addımı tənqid edilib. Qeyd edək ki, Röv... | publikaz_normalized |
DƏHŞƏTLİ FAKTLAR":"“آذربایجان میلتی چکمز بو ذیلتی" ("Azərbaycan milləti, çəkəmməz bu zilləti") - Təbrizin Vadi məzarlığında Aylar Həqqinin dəfnindəki izdihama mane olmaq istəyən təhlükəsizlik qüvvələrinə qarşı səsləndirilən şüarlardan biri belə idi. Ötən il hicab qiyamı zamanı Təbriz Azad Universitetinin tibb fakültəsi... | publikaz_normalized |
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumlarını müəyyən edib. Məlumata görə, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadara... | publikaz_normalized |
Bakının Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd olunub ki, hadisənin səbəbi və baş vermə şəsaiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək. | publikaz_normalized |
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti: Azərbaycan Respublikası İqti... | publikaz_normalized |
Qadını qaçıraraq meşəyə aparıb və...":"Keçmiş MMA döyüşçüsü Karen Toroyan və daha iki nəfər Novorossiyskdə qadını öldürməkdə şübhəli bilinir. Bildirilir ki, 3 nəfər 38 yaşlı qadını qaçırıb, daha sonra onu meşəyə apararaq öldürüblər. Müstəntiqlərin fikrincə, kişilərdən biri qurbana 9 bıçaq zərbəsi vurub. O, noyabrın 26-... | publikaz_normalized |
“Mançester Siti”nin və Belçika millisinin futbolçusu Kevin De Bruyne səhhətindən danışıb. O, hazırda bərpa prosesinin yaxşı keçdiyini bildirib: 2024-cü il başlayandan qısa müddət sonra qayıdacağam”. Qeyd edək ki, De Bruyne İngiltərə Premyer Liqasının 1-ci turunda “Bernli” ilə matçda zədələnmişdi. | publikaz_normalized |
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq. Müvafiq olaraq 2023-ci il 31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək və 2024-ci il 3 yanvar tarixi qeyri-iş günü olacaq. Be... | publikaz_normalized |
Torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin 19 vəzifəli şəxsinin məhkəməsi davam edir. Vəkillər vəsatətlərini onunla əsaslandırıblar ki, təqsirləndirilən 6 nəfərin həbsdə mühakimə edilmələrini zəruri edən hallar mövcud deyil. Şəlalə Həsənovanın s... | publikaz_normalized |
onları erməni maraqları ilə nə birləşdirir?":"ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla 27 noyabr saat 18:30-da planlaşdırılan görüşü ləğv edilib. Bu qərar şübhəli suallar yaradır və diqqəti son günlər mediada faktlarla ifşa edilən Vaşinqtonun ölkəmizdəki agentura şəbəkəsinin üzə... | publikaz_normalized |
Ukraynanın qələbəsi olmadan Gürcüstan üçün tərəqqi və azadlıq olmayacaq. Ukraynalıların Rusiyaya qarşı mübarizəsi “ümumi azadlığımız uğrunda” mübarizədir. “Mən bu günün fürsətindən istifadə edərək Ukraynaya qələbə arzulamaq istəyirəm. Çünki Ukraynanın qələbəsi olmadan bizdə tərəqqi və azadlıq olmayacaq. Bu, bizim azadl... | publikaz_normalized |
Yeni Zelandiyada 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulmuş insanlara siqaretin satıla bilməyəcəyini bildirən qanun başlamadan ləğv ediləcək. Keçmiş Baş nazir Casinda Ardernin dövründə 2022-ci ildə qüvvəyə minən və 2024-cü ilin iyulunda tətbiq olunmağa başlaması gözlənilən qanun, 2009-cu il yanvarın 1-dən sonr... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.