text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İsrailli iş adamına məxsus tankerin dəniz quldurları tərəfindən qaçırılmasından sonra türk ekipajın ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən xilas edildiyi bildirilib. Amerika gəmisi yaxınlaşdıqdan sonra gəmidən qaçmağa çalışan 5 nəfər həbs edilib. Türkiyə Dəniz Baş İdarəsi 22 heyətlə gəmi kapitanının Aydın Hasırcı, 4-cü k... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8621" "1 Rusiya rublu" "0,0192" "1 Avstraliya dolları" "1,1257" "1 Argentina pesosu" "0,0047" "1 Belarus rublu" "0,5161" "1 Brazil... | publikaz_normalized |
27 məktəbdə tədris dayandırıldı":"Belçikada dünən axşam saatlarında edilən saxta bomba xəbərdarlıqları çaxnaşmaya səbəb olub və 27 məktəbdə təhsil bir gün müddətinə dayandırılıb. Bomba təhdidlərinin əsassız olduğu üzə çıxsa da, təhlükəsizlik məqsədilə 27 məktəbdə təhsilin 1 gün müddətinə dayandırıldığı bildirilib. Valo... | publikaz_normalized |
2-ci mərhələ başlayır":"Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start veriləcək. Növbəti qarşılaşmalar noyabrın 29-da və 30-da keçiriləcək. 2-ci təsnifat mərhələsi 28 noyabr" "“Karvan” – “Difai Ağsu” Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov Yevlax şəhər s... | publikaz_normalized |
bu gün nəyi elan edəcəklər?":"Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı “beynəlxalq komissiya” yaratmağa hazırlaşır. “Hraparak” nəşri yazır ki, Ermənistan hökumətinin müdaxiləsi olmasa, toplantı bu gün keçiriləcək. “Qapalı keçiriləcək toplantıdan sonra bəyanat verəcəklər. Onlar razılaşmırlar ki, fəali... | publikaz_normalized |
09:42" "Tanınmış futbolçu Qara Qarayev Bakupost.az saytının "Çərçivə" verilişində maraqlı açıqlama verib. O, Prezident İlham Əliyevlə Füzuli şəhərindəki görüşündən danışarkən qeyd edib ki, uşaq olarkən, mərhum Prezident Heydər Əliyevlə də görüşüb. Futbolçunun sözlərinə görə, həmin vaxt Pakistan prezidenti ilə Heydər Əl... | publikaz_normalized |
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) növbəti iclasında video köməkçi hakimlərin (VAR) səlahiyyətlərinin genişləndirilməsi imkanlarını müzakirə edəcək. Bu barədə “The Times” qəzeti məlumat yayıb. Hazırda VAR protokoluna əsasən, videoassistentlər ancaq oyundankənar vəziyyət, penaltinin təyin edilməsi və ya edi... | publikaz_normalized |
Noyabrın 29-dan dekabrın 3-dək Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsi keçiriləcək. “Azerbaijan Fashion Week - 2023” xarici həmkarların milli və regional brendlərin, mal və xidmətlərin populyarlaşdırılması üçün birgə əməkdaşlığa cəlb edilməsinə imkan yaradacaq. Moda dünyasındakı sürətli dəyişiklikləri nəzə... | publikaz_normalized |
Soyuq hava və qar Almaniyada bir çox sahələrə təsir edib. Bir çox rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranıb, buzlaşma nəticəsində çoxsaylı yol-nəqliyyat hadisələri baş verib, avtomobillər yolda qalıb. Bundan əlavə 30 şagird məktəbdə qalıb. Yıxılan ağaclar səbəbindən avtomobillərdən xilas edilən 100 ... | publikaz_normalized |
Bu məsələni müzakirə ediblər":"ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması imkanlarını müzakirə edib. Bəyanatda bildirilir ki, Blinken “Azərbaycan və Ermənistan arasında güclü və təmsilçi sülh sazişinə sa... | publikaz_normalized |
Ölüm qrupu"ndan hansı komanda "sağ çıxacaq"?":"Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start veriləcək. Ölüm qrupu" adlandırılan və bütün komandaların növbəti mərhələ şanslarının davam etdiyi F qrupunda növbəti görüşlər baş tutacaq. PSJ "Nyukasl"ı, "Milan" isə "Borussiya"nı qəbul edəcək. E qrupunda ... | publikaz_normalized |
Miley andiçmə mərasiminə onu da dəvət etdi":"Noyabrın 19-da Argentinada keçirilən prezident seçkilərində qalib gələn Xavyer Miley seçki kampaniyası zamanı haqqında "sərt" açıqlamalar verən Braziliya prezidenti Luis İnasio Lula da Silvanı andiçmə mərasiminə dəvət edib. Məktubda iki ölkə arasındakı əlaqələrə diqqət çəkən... | publikaz_normalized |
HƏMAS və İsrail arasında müvəqqəti atəşkəs zamanı girovluqdan azad edilmiş israilli məhbusların HƏMAS əsgərləri haqqında məmnuniyyətlə danışması gündəm olub. Danielle bildirib ki, HƏMAS ona və qızına çox yaxşı münasibət bəsləyib və məktubunda onlara dəfələrlə təşəkkür edib. Məktubda bu ifadələr yer alıb: Qızım Emiliyay... | publikaz_normalized |
Aldığı evin qarajından sərvət çıxdı - FOTO":"Yeni bir ev almaq hər kəsin arzusudur, lakin bu adam daha çox şey əldə etdi. Hərrac yolu ilə aldığı evin qarajına həvəslə baxan şəxs gözlərinə inanmayıb. “Bu ancaq filmlərdə olur” deməyə vadar edəcək hadisənin təfərrüatları... Lakin hərrac qaydalarına görə evin içini görməyi... | publikaz_normalized |
Britaniya Kolumbiyası Simon Fraser Universitetinin kanadalı alimləri müəyyən ediblər ki, tənha insanları əsas xüsusiyyətlərinə görə dörd arxetipə bölmək olar. Ancaq fərqli qruplardan olan tənhaların başqaları tərəfindən qəbul edilməsi və onlara münasibət cinsdən asılı olaraq kəskin şəkildə fərqlənir. İki hissədən ibarə... | publikaz_normalized |
ABŞ-ın Vermont əyalətində güllələnən 3 fələstinli tələbədən birinin əmisi qardaşı oğlunun işğal altındakı İordan çayının qərb sahilindəki zorakılıqlardan qaçdığını bildirib. Təmimi qardaşı oğlunun ABŞ-da daha təhlükəsiz olacağını düşündüyünü və buna görə də işğal altındakı İordan çayının qərb sahilindəki zorakılıqlarda... | publikaz_normalized |
Müğənni Roza Zərgərli bədəninə döymə etdirib. Kürək nahiyyəsinə “Zərgərli” sözünü döymə etdirən Roza həmin anları lentə aldıraraq izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, R.Zərgərli bir neçə həftə əvvəl atasını itirib. | publikaz_normalized |
Real"ın vingeri və Vinisius Junior 2023-cü ilin ən yaxşı braziliyalı futbolçusu olaraq "Qızıl Samba" mükafatına layiq görülüb. Mükafat 2008-ci ildə yaradılıb və onun ilk sahibi "Real"ın sabiq oyunçusu Kaka olub. 2021-ci ilə qədər "Qızıl Samba" Avropada oynayan ən yaxşı braziliyalı oyunçuya verilirdi. 2021-ci ildən başl... | publikaz_normalized |
Görməmisən dəli" - FOTO":"Reper Paster (Pərviz Quluzadə) sinəsinə çəkdirdiyi yeni döyməsiylə izləyicilərini şoka salıb. İzləyicilərinin bəziləri ulduzun yeni döyməsini bəyənsə də, bəziləri bu addımı dəstəkləməyib. Döymələrini instaqramda paylaşan Paster "Sevməmisən mənim kimi görməmisən dəli" sözlərini qeyd edib. Məlum... | publikaz_normalized |
Bakıda sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər. Bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanıl... | publikaz_normalized |
Yabani" serialında baş rolları oynayan 30 yaşlı aktyorl Halit Özgür Sarı ilə 24 yaşlı aktrisa Simay Barlasın gerçək həyatda da sevgili olduğu üzə çıxıb. Həmçinin aktyorlar sevgili olmaları barədə yayılan xəbərlərə heç bir münasibət bildirməyiblər. | publikaz_normalized |
Quba-Xaçmaz Regional Təhsil Idarəsinin müdiri Rüfət Hacıyev tutduğu vəzifədən könüllü şəkildə istefa verib. "Sabiq məmur yorulduğu üçün vəzifədən ayrıldığını açlıqlayıb. O, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatları dəstəklədiyini, bundan sonra da fərd olaraq gənc nəslin təlim-tərbiyəsinin qeydinə qalacağı... | publikaz_normalized |
Son üç il ərzində azad edilmiş ərazilərdə 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb. innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə ... | publikaz_normalized |
“Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaradılmasının 25-ci ildönümü qeyd olunur. Təşkilata sədrlik edən Azərbaycan bu münasibətlə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Zirvə görüşünün keçir... | publikaz_normalized |
Minalarla çirklənmiş ərazilər yalnız insanların başlıca hüquqlarına deyil, eləcə də təhlükəsiz ətraf mühitə və təmiz ekoloji şəraitə, sosial-infrastruktur fəaliyyətlərinə təhlükə törədir". innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib. Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixi... | publikaz_normalized |
Son vaxtlarda iddialı geyimləri ilə tez-tez gündəm olan Xalq artisti Tünzalə Ağayeva sənətinə olan sevgisindən danışıb. Ulduz həm də yaradıcılığından çox, geyimlərinin müzakirələrə səbəb olmasından təəssüf etdiyini bildirib: İllərdi doymadım Azərbaycan musiqisini, ana dilimizin gözəlliyini ifa etməkdən, yüksək sənətkar... | publikaz_normalized |
Nazirlər Kabineti “Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi forması”nı təsdiq edib. | publikaz_normalized |
Bakıda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilir. Onların arasında ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin in... | publikaz_normalized |
Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Toplantısında Türk ölkələrinin Dövlət Başçıları tərəfindən Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub. Günay Əfəndiyeva Aktotı Raimkulovaya təşkilatın fəaliyyətini davam etdirməsində uğurlar arzulayar... | publikaz_normalized |
Müğənni Fədayə Laçının səhhətində problem yaranıb. Ay ellər-obalar xəstələnmişəm. Xəbərin verin yar gəlsin, ürəyimdə sözüm var", - soyuqladığını deyən müğənni paylaşımında qeyd edib. | publikaz_normalized |
Azərbaycanda istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi müəyyənləşib. Qərara əsasən, Azərbaycanda istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilir: dərman vasitəsinin latın qrafikasında ... | publikaz_normalized |
Neftin qiymətləri bir gün əvvəl aşağı düşdükdən sonra çərşənbə axşamı səhər artıb. Nyu-York əmtəə birjasında "WTI" markalı neftin yanvar fyuçersləri 10 sent bahalaşaraq 1 barel üçün 74,96 ABŞ dolları olub. Bazar iştirakçılarının diqqət mərkəzində “OPEC+” nazirlərinin noyabrın 30-da baş tutacaq görüşü qalır. | publikaz_normalized |
Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsini... | publikaz_normalized |
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyul... | publikaz_normalized |
Argentinanın yeni rəhbəri Xavyer Miley ABŞ-a səfər edib. Bu barədə “Bloomberg” məlumat yayıb. Mənbələrin məlumatına görə, Miley Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşəcək. Departamentdən bildirilib ki, yüksək vəzifəli məmurlar Mileyin komandası ilə i... | publikaz_normalized |
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan manatı ilə ikinci istiqraz emissiyası çərçivəsində 14,5 milyon manat (təxminən 8,5 milyon ABŞ dolları) cəlb edib. Qeyd olunub ki, qadınlar və kənd təsərrüfatı işçiləri üçün kredit imkanlarını genişləndirmək məqsədi daşıyan istiqrazların tədavül müddəti 3 il, illik faiz dərəcəsi 6,25... | publikaz_normalized |
Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir". Bildirilib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cava... | publikaz_normalized |
Prezident İlham Əliyev Albaniyanın Prezidenti Bayram Beqaya təbrik məktubu göndərib. Hörmətli cənab Prezident," "Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Diplomatik münasibətlərimizin qurulmasından öt... | publikaz_normalized |
Mançester Yunayted" "Real"ın baş məşqçisi Karlo Ançelottiyə təklif göndərib. Komandanın hazırkı baş məşqçi Erik ten Haqın rəhbərliyi altında sərgəlidəyi oyun və qazandığı nəticələr klub rəhbərliyini narahat edir. Bu səbəbdən Mançester təmsilçisinin funksionerləri yeni məşqçi axtarışlarına başlayıb. Ançelotti 2021-ci il... | publikaz_normalized |
Xankəndidə Qarabağ Universiteti yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması,... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu göndərib. Hörmətli cənab Prezident," "Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adınd... | publikaz_normalized |
6 il ofisiantla yaşayıb, keçmiş əri isə... - VİDEO":"Hadisə sadiq bir qadındır, məni ordan vura bilməzlər. Münasibətim varsa, bütün diqqətim o şəxsdədir. Eyni zamanda işimi çox sevirəm. Mən olsam, Hadisədən ayrılmaram. İçim önemlidir, amma münasibətimə çox dəyər verirəmsə, gözəl bir balans qururam və o kişiyə özünü dün... | publikaz_normalized |
11:30" "Azərbaycanın tələb etdiyi 8 kəndin təhvil verilməsi ciddi təhlükələr yaradacaq. Onun sözlərinə görə, Paşinyan Bakının 8 kəndin (Qazaxın 7 kəndi və Kərki - red) qaytarılması tələbi ilə razıdır. “Lakin məsələ təkcə bununla bitmir. Birincisi, Azərbaycan bunun qarşılığında Ermənistana heç bir güzəşt etməyəcək. İkin... | publikaz_normalized |
İran təqvim ilinin sonuna qədər (20 mart 2024-cü il) kosmosa beş yeni peyk buraxmağı planlaşdırır. “İlin sonuna kimi Yer orbitinə 5 yeni peyk çıxarılacaq. İslam İnqilabı Keşikçiləri Korpusu 2, Müdafiə Nazirliyi 2 peyk buraxacaq. Ümumilikdə 5 peyk orbitə buraxılacaq”, – “Tasnim” agentliyi rəsminin sözlərindən sitat gəti... | publikaz_normalized |
14 nəfər...":Buryatiyada sakinlər kütləvi şəkildə şaurmadan zəhərlənib. Həkimlər 14 nəfəri təcili xəstəxanaya yerləşdiriblər. Zəhərlənmə hadisəsi Cidinski rayonunun Petropavlovka kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri “Lavaşda Şauarma” köşkündən aldıqları şaurmaları yedikdən sonrea hamısının halı pisləşib. Hadis... | publikaz_normalized |
Ruslanla nişanlı olanda aramızda çox davalar olurdu. Ümumiyyətlə nişanlı vaxtlarda söz-söhbətlər çox olur... Amma ailə qurandan sonra yaxşılığa doğru həyatım dəyişib. Bilmirəm yaşımız bir-birimizə uyğun oldu, başımız daşdan-daşa çox dəydi və biz həyatı dərk edəndən sonra ailə qurduq. Bu ilin iyulunda plastik və estetik... | publikaz_normalized |
Azərbaycana qrip əleyhinə peyvənd gətirilib. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Bu məqsədlə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd ... | publikaz_normalized |
“Təkrar sertifikasiyadan kəsilən 743 şəxslə əlaqəli yaradılan komissiya tərəfindən hər biri ilə əlaqə saxlanılıb və onlara təkliflər verilib”. O bildirib ki, həssas qrupdan olan və iş üçün müraciət edən 130 nəfər təhsil müəssisələrində müxtəlif işlərlə təmin olunub: “Bu işlər yardımçı vəzifələrdir. Məktəbdaxili şagirdl... | publikaz_normalized |
Qlobal iqtisadiyyat üçün ciddi təhlükə var":"Dünya iqtisadiyyatı ayrı-ayrı ticarət bloklarına parçalanır, bu isə çox ciddi təhlükədən xəbər verir. Onun fikrincə, belə vəziyyətdə dövlətlər qlobal istehsal və logistika zəncirlərinin maneə törədilməsinin qarşısını almalıdır. Baş nazir əlavə edib ki, ölkələr texnoloji tərə... | publikaz_normalized |
Müğənni Vüqar Muradov (Bariton) feysbukda qalmaqallı status paylaşıb. Ərə gedirlər bir müddət sonra boşanırlar, sonra rahat yolla pul qazanır. Arxa, sinə, dodaq bir sözlə, hər şey şişir. Sonda olmayan səslə kompüterin gücünə "müğənni" olur, kreditə maşın alır. Bir köməkçi tapır, onun üçün gündəlik restoranlar danışır. ... | publikaz_normalized |
Lionel Messi ətrafında qalmaqal yaşanır. Argentinalı superulduz həyat yoldaşı Antonella Rokkutsonu aldatmaqda şübhəli bilinir. Cümə günü, noyabrın 24-də Braziliyanın "Direto Do Miolo" nəşri Messi və Rokkutsonun 15 illik evliliklərində ilk dəfə böyük böhran yaşadıqlarını bildirib. Şayiələrə görə, mübahisənin səbəbi braz... | publikaz_normalized |
Yarımmüdafiəçi Koke adını "Atletiko"nun tarixinə yazdırıb. Bu, La Liqanın 14-cü turunun "Malyorka"yla (1:0) matçında reallaşıb. Kapitan "Atletiko"nun tarixində bu həddə çatan ilk oyunçu olub. Koke 2009-cu ildə "Atletiko"da debüt edib. O, bütün karyerasını bir klubda keçirib. Bu müddət ərzində 8 kubok qazanıb. Eyni zama... | publikaz_normalized |
Bakıda maşından oğurluq edilib. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb. | publikaz_normalized |
Yaxın zamanlarda təbii fəlakətlər olacaq":"Son zamanlar bütün dünyada iqlim dəyişikləri qeydə alınır. O bildirib ki, iqlim dəyişikliklərinə görə iqtisadiyyatlara da təsir edir. “ Yaxın zamanlarda da dünya ölkələrində təbii fəlakətlər olacaq. Bunu alimlər də təsdiqləyir”, - deyə nazir müavini qeyd edib. | publikaz_normalized |
Bir neçə gün əvvəl Türkiyədə polis tərəfindən saxlanılan tiktoker sağlamlıq vəziyyəti nəzərə alınaraq sərbəst buraxılıb. Məlum olub ki, qadın hamilə imiş. Onun ölkədən çıxışına qadağa quyulub, videoların silinməsi tələb edilib.(Milli.Az) | publikaz_normalized |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib. Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb. Qeyd edək ki, AMEA-nın İşlər İdarə... | publikaz_normalized |
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 8 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə araşdırma aparılıb. Araşdırmalar zamanı Xaçmaz rayonunun Palç... | publikaz_normalized |
Bakıda sürücülərdən biri idarə etdiyi avtomobillə xanım piyadanı vurub. İddiaya görə, xanım özünü maşının altına ataraq, pul qarşılığında şikayətçi olmayacağını bildirib. Sürücü də ona 100 AZN verərək məsuliyyətə cəlb olunmaqdan yayınıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik. Qurumun Mətbuat Xi... | publikaz_normalized |
Qərar verildi":"BƏƏ-nin "Dubay" basketbol klubu Avroliqaya qatılacaq. Mənbənin məlumatına görə, dünən Avroliqaya uzunmüddətli lisenziyası olan klubların iclası keçirilib və onlar əmirlik klubunu turnirə qəbul etmək barədə yekdilliklə qərar veriblər. Bütün sənədlər 2024/2025 mövsümünə qədər tamamlana bilər. Baxmayaraq k... | publikaz_normalized |
Borussiya Dortmund"un oyunçuları Mats Hummels və Marko Roys mövsümün sonunda klubu tərk edəcəklər. Komandanın kapitanları karyeralarını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilərlər. Sözügedən ölkənin bir neçə klubu Almaniya millisinin sabiq üzvlərini heyətlərində görmək istəyirlər. Arılar"ın yetirməsi olan 3... | publikaz_normalized |
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət və Yaradıcı Sənayelər Forumu"nun açılış mərasimi baş tutub. Nazir qeyd edib ki, Azərbaycanda ilk dəfə "Mədəniyyət və Yaradıcı Sənayelər Forumu" təşkil edilib. Mədəniyyət və yaradıcı sənaye mədəniyyətin sahəsindən biridir. Azərbaycan dövləti... | publikaz_normalized |
Noyabrda ayında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara yenidən baş cəkiblər. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait y... | publikaz_normalized |
Qarabağdan Ermənistana qaçan separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanın 44 günlük müharibə ilə bağlı ifadəsinin bir hissəsi mediada yayılıb. “Noyabrın 9-da axşam mənə məlumat verdilər ki, Paşinyan məlum bəyanatı imzalayacaq. Bunun qarşısını almaq üçün hökumət binasına getdim, amma artıq gec idi. Paşinyanla... | publikaz_normalized |
Azərbaycanda hərbi qulluqçular mülki təhsil müəssisələrində təhsil ala biləcəklər. Qanun layihəsi hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur. Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud ... | publikaz_normalized |
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət... | publikaz_normalized |
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, noyabrın 29-dan etibarən, buğda ixracı üçün rüsum dərəcəsi 13,1 faiz azalacaq. Qarğıdalının ixrac rüsumu bir ton üçün 1013,1 rubldan 642 rubla qədər azalacaq. Rüsumlar dekabrın 5-dən qüvvəyə minəcək. Məlum olduğu kimi, Rusiya Azərbaycanın taxıl idxal etdiyi ölkələrd... | publikaz_normalized |
Gənc müğənnilər Elvin Babazadə və Nərmin Kərimbəyovanın son rəqsləri sosial mediada viral olub. Qeyri-adi rəqsləri ilə hər zaman izləyicilərinin təəccübünə səbəb olan Nərmin bu dəfə də öz işini uğurlu yerinə yetirib. Rəqsin ortasında cazibədar müğənni həmkarı Elvin Babazadəni öpməkdən də çəkinməyib. Bu "öpüş" isə izləy... | publikaz_normalized |
İqtisadiyyat Nazirliyi tərəfindən innovasiya fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb". Nazir müavini bildirib ki, hazırda qanun layihəsi dövlət orqanlarında razılaşdırma mərhələsindədir. | publikaz_normalized |
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır. Dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzind... | publikaz_normalized |
Doha-İstanbul-Ankara üçbucağında nələr baş verib?":"İsrail və Fələstin arasında humanitar yardım və məhbus mübadiləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə mühüm rol oynayıb. Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılan bu tələb Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalının sahədəki danışı... | publikaz_normalized |
Azərbaycanda dövlət hesabına təhsil alan hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir. Belə ki, dövlət vəsaiti hesabına Azərbaycanda və xarici ölkələrdə ali təhsil almış və Azərbaycan Silahlı Qüvvələri üçün hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə vermə... | publikaz_normalized |
Onlar üçün evliliyin hər günü bal ayıdır":"Davamlı sevgi və evlilik xoşbəxtliyi axtarışında astrologiya maraqlı məlumatlar təqdim edə bilər. Uğurlu bir evlilik ünsiyyət, bağlılıq və uyğunluq da daxil olmaqla çoxsaylı amillərdən asılı olsa da, ahəngdar birliklər yaratmağa təbii meyli olan bəzi Bürclər də var. Xərçəng" "... | publikaz_normalized |
Buna da hazırıq":"HƏMAS nümayəndələri saxlanılan İsrail əsgərlərinin azad edilməsini müzakirə etməyə hazır olduqlarını bildiriblər. Hazırda HƏMAS həbsdə olan hərbçilərin azad edilməsi məsələsini müzakirə etməyə hazırdır", - nəşr qeyd edib. Dəqiqləşdirilir ki, HƏMAS və İsrail arasında aparılan atəşkəs danışıqları çərçiv... | publikaz_normalized |
44 günlük müharibədə...":"Ermənistanda 3 zabit 44 günlük müharibədə fərarilik ittihamı ilə həbs edilib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında 44 günlük müharibə zamanı erməni tərəfdən minlərlə fərarinin olduğunu bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərb... | publikaz_normalized |
Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova ağır maddələrlə zəhərlənib. Mənbənin sözlərinə görə, Ukrayna Kəşfiyyat rəhbərinin həyat yoldaşı hazırda xəsətəxanada həkimlərin nəzarəti altında müalicə alır. Ukrayna kəşfiyyat rəhbərinin həyat yoldaşına sui-qəs... | publikaz_normalized |
Casus"umuz Ağ Evi, Pentaqonu çəkdi":"Şimali Koreya rəhbərliyi orbitə göndərdiyi casus peykinin Ağ Evi, ABŞ Müdafiə Nazirliyini (Pentaqon) və bəzi ABŞ hərbi bazalarını görüntülədiyini iddia edib. Belə ki, Pxenyan administrasiyası Ağ Evi, Pentaqonu və bəzi ABŞ hərbi bazalarını casus peyki ilə görüntülədiyini açıqlayıb. D... | publikaz_normalized |
Bu ilin avqust ayının 15-də qəza törədən tanınmış bloqer Nicat Şakirlidən (Nikosayağı) xəbər var. “Yeni Sabah”ın aylardır haqında heç bir məlumat olmayan blogerin yaxınlarından əldə etdiyi məlumata görə isə Nicat Şakirlinin istintaqı hələ də davam edir və nəticə bəlli olana qədər ailə gündəmə gəlmək istəmir. Mənbə bild... | publikaz_normalized |
Aparıcı Afaq Gəncəli uzun fasilədən sonra efirə qayıdır. Bunun üçün Afaq falçı obrazını canlandırıb. Onun çəkiliş zamanı lentə alınan fotoları sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, "Şourum" 2 ilə yaxındır yayımlanmır. Afaq "Xəzər TV"də səhər verilişinə aparıcılıq edirdi. O, ötən ilin martında səhhətində yaranan pro... | publikaz_normalized |
Ermənistan prezidenti Vaaqn Xaçaturyan separatçıların qondarma qurumlarının İrəvanda fəaliyyət göstərməsi haqda sual verən erməni jurnalistləri susdurub. “Artsax"ın qurumları fəaliyyət göstərərsə, nə edə bilərlər? Ermənistan Respublikası var, dövlət qurumları fəaliyyət göstərir. Onlar hansı funaksiyanı yerinə yetirəcək... | publikaz_normalized |
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib. Qarşılaşmanı Erik Lambrexts idarə edəcək. Ona Co de Veyrdt və Kevin Monteni kömək edəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Bundan başqa, fransalı Benoi Mill... | publikaz_normalized |
Meyxanaçı Xəyyam Əhmədli insult keçirib. Xəyyam bildirib ki, birdən-birə gözü qaralıb və huşunu itirib daha sonra isə xəstəxanaya yerləşdirilib: Mənim ürəyimdə damar tutulması var idi. Bir neçə il əvvəl əməliyyat olunmalı idim. Amma əməliyyat oluna bilmədim, qaldı. Həkimlər sağolsunlar, kömək etdilər". | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinov ötən günlərdə rəhbəri olduğu "Natiq" ritm qrupu ilə konserti baş tutub. Videoda N.Şirinovun səhnəyə nəvəsi Şəmslə birgə çıxdığı yer alıb. Görüntüləri onun gəlini Fatimə sosial media hesabında yayımlayaraq "Natiq" ritm qrupunun 14 noyabrda konserti olmuşdu. Ən balaca din... | publikaz_normalized |
Ukraynada Polis Akademiyasının azərbaycanlı kursantı Paşayev İbrahim İsmət oğlu Rusiya ordusu ilə döyüşlərdə yaralanıb. Belə ki, müharibəyə könüllü gedən İ.Paşayev kursant olmaqla yanaşı həm də Ukrayna Milli Polisinin Kiyev İdarəsinin əməkdaşıdır. O, hazırda Kiyevdə hospitalların birində müalicə olunur. | publikaz_normalized |
“Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalmaq qeydə alınıb. Əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın ... | publikaz_normalized |
Fantastik janrda çəkilən “Aquaman və itirilmiş krallıq” filminin dekabrda ekranlara çıxacağı bildirilib. "Publik.az xəbər verir ki, rejissor Ceyms Van tərəfindən ekranlaşdırılan filmin gəlirlərinin 32 milyon dollardan çox olacağı gözlənilir. Ekran əsərində Ceyson Momoa, Pilou Asbaek, Indya Mur, Vinsent Reqan və digər a... | publikaz_normalized |
İllər əvvəl "Bizimləsən" proqramında tanış olub ailə quran Arzu və Aslan arasındakı qalmaqallar səngimək bilmir. Verilişdə ekspert qismində iştirak edən “AİD Group” xaricdə təhsil şirkətinin rəhbəri Nigar Fərhadla Ceyran arasında dava düşüb. Tərəflər bir-birinə qarşı söyüş işlətməkdən də çəkinməyiblər, həmin anlar efir... | publikaz_normalized |
Azərbaycan Xarici işlər Nazirliyi (XİN) Albaniyanı müstəqillik günü münasibətilə təbrik edib. Albaniyanı və onun dost xalqını Müstəqillik Günü münasibəti ilə təbrik edirik", - paylaşımda bildirilib. | publikaz_normalized |
Haqq-Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli partiya sıralarından xaric edilib. Bununla bağlı qərar HƏP İdarə Heyətinin 25 noyabr tarixili iclasında qəbul edilib. Z.Məmmədli buna etiraz edib və video müraciət yayıb. Müraciətində o, HƏP üzv olarkən Əli İnsanovla necə anlaşdıqlarınn detallarını açıqlay... | publikaz_normalized |
Bu gün saat 13:00 radələrində Mingəçevir şəhərində yol qəzası baş verib. Nəticədə avtomobil yolun hərəkət hissəsində 4-5 dəfə dövrə vurub və səkiyə çıxaraq yol kənarındakı ağaclığa düşüb. Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobilə xeyli ziyan dəyib. Hadisə yerindən görüntüləri təqdim edirik. | publikaz_normalized |
28 noyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilm... | publikaz_normalized |
Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib. ABŞ-nin Beynəlxalq İnkişaf Agen... | publikaz_normalized |
Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən daş karxanasında bıçaqlanma hadisəsi törətmiş şəxsə hökm oxunub. Belə ki, hadisədən əvvəl Aslan işdə spirtli içki qəbul edib. Bundan az sonra iş yerinin rəhbərliyi onu çağıraraq işdə spirtli içki qəbul etməyin yolverilməz olması barədə xəbərdarlıq edib. Aslan iş yold... | publikaz_normalized |
Ulduz futbolçuları rus gözəllə eşq yaşayır? - FOTOLAR":"Ötən gün “Çelsi”nin futbolçusu Mixail Mudrik qalmaqalla gündəmə gəlib. Bəzi pərəstişkarları bir neçə saat əvvəl rusiyalı fitnes modeli Violetta Qraçevanın oxşar video paylaşdığını görüblər. Bu, onların bir yerdə olması anlamına gəlib. Hər ikisinin videosunda oxşar... | publikaz_normalized |
“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər - Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşır. Təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilmir. Onlar son sözlərində məhkəmədən bəraət hö... | publikaz_normalized |
Əgər etibarlı maliyyə tərəfdaşınız varsa, biznesinizin inkişaf planını, layihələrdə iştirakınızı, alqı-satqı proseslərini, beynəlxalq kommersiya əməliyyatlarınızı rahatlıqla həyata keçirə bilərsiniz. Unibank öz biznes müştərilərinə Bank qarantiyası verərək, hər zaman biznes sahiblərinin yanındadır. İstər ölkədaxili, is... | publikaz_normalized |
15:15" "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs q... | publikaz_normalized |
İlk dəfə seçkilərdə “yox” səsi verildi":"Şimali Koreyada 1956-cı ildən bəri ilk dəfə yerli seçkilərdə səsvermədə "yox" səsi verilib. Xəbərdə seçkilərdə iştirakın 99,63 faiz olduğu bildirilir və qeyd olunur ki, seçicilərin 99,91 faizi “hə”, 0,09 faizi isə “xeyr” deyib. “Bu addım, deyəsən, Şimali Koreyada insanların seçk... | publikaz_normalized |
Uqanda prezidenti Yoveri Museveni Rusiyanın ölkədə nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafında iştirakının mümkünlüyünü açıqlayıb. Onun sözlərinə görə, Moskva həm də mal və xidmət istehsalına sərmayə qoya, avtomobil və dəmir yollarını inkişaf etdirə bilər. Öz növbəsində dünyanın ən kasıb ölkələrindən biri ... | publikaz_normalized |
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə orta təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq. Görülən zəruri tədbirlərə və nəzarətə baxmayaraq belə hadisələrin baş verməsi narahatlıq doğurur. Elə bu məqsəd... | publikaz_normalized |
Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın rəhbərlik etdiyi Milli İntellektual İnkişaf Fondu Rusiyanın ən böyük dron istehsalçısının ortaq sahibi olub. Bildirilir ki, fond mülki aviasiya pilotsuz uçan aparatları, həmçinin fotoqrammetrik məlumatların emalı üçün proqram təminatı istehsal edən “Geoscan” ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.