text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Soyuqdəymə və ya kəskin respirator virus infeksiyası düzgün müalicə edilmədikdə, bronxit kəskin formada inkişaf edə bilər. Həkim qeyd etdb ki, kəskin bronxit qızdırma, burun axması, öskürək ilə baş verir. Bəzən öskürək ağrılı bir şəkildə obsesif olur və üç həftədən çox olmayaraq davam edir: Xroniki bronxiti olanları ik...
publikaz_normalized
Aparıcı Ellada Eyvazova həmkarı Zaur Nəbioğlunu polisə şikayət edib. Ellada bildirib ki, həmkarı onu proqramına dəvət edəndə müğənni Pünhan Piriyevlə bir səhnəcik quracaqlarını söyləyib. Eyvazova Zaurun dəvətini qəbul edib və efirdə deyildiyi kimi, Pünhanla bir səhnəcik qurulub, guya xanım aparıcının ifaçı ilə evlənmək...
publikaz_normalized
Ölkənin ən ağır körpəsi doğuldu":"İranın Məşhəd şəhərində ana 7 kiloqram çəkidə körpə dünyaya gətirib. Nigar Ramazanpur mövzu ilə bağlı məlumat verib. Ramazanpur 4 gün əvvəl dünyaya gələn körpənin 7 kiloqram olduğunu bildirib. İranın "ən ağır" körpəsinin keysəriyyə ilə doğulduğunu ifadə edən Dr. Ramazanpur bildirib ki,...
publikaz_normalized
Türkiyə millisi rəqiblərini bu tarixdə tanıyacaq":"2024-cü il Avropa Çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı məlum olub. Final mərhələsinin 24 iştirakçısından 21-i artıq məlumdur, daha üçü isə 2024-cü ilin martında keçiriləcək pley-off mərhələsində müəyyənləşəcək. Yığmaların yer alacağı səbətlər də ...
publikaz_normalized
Dilimizdə kitab oxuyanlar niyə bu qənaətdədir?":"Ötən günlərdə ölkəmizdə 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Müşahidilərimizə və bir çox kitab satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, ölkəmizdə türk əsərlərinə və ya türkcəyə tərcümə edilmiş kitablara maraq daha çoxdur. Hazırda gənclər arasında da türk...
publikaz_normalized
“Bayağı ifaçıları səhnədən yığışdırmaq olmaz. Bu sənət elə bir sənətdir ki, ifaçı oxuyur və görür bu sənətə dəxlisi yoxdur. Sənətçi bildirib ki, bayağı ifaçıların məşhurlaşmasında ən böyük səbəb sosial şəbəkələrdir: "“Bayağı ifaçıların heç zaman qarşısını almaq olmaz. O sualı siz aparıcılar bir dəfə verdinizsə, bir dah...
publikaz_normalized
Tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən aşağıda qeyd olunan sənədləri tələb edib nəzərdən keçirə bilərlər: - binanın yerləşdiyi torpaq s...
publikaz_normalized
11:35" "Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib. Görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq v...
publikaz_normalized
Elə bil dilotu yeyiblər":"Müğənni Mətanət Əsədova efirdə aparıcılara irad bildirib. Mətanət sözünün kəsməsinə əsəbiləşib və onları tənqid edib: Sual verəndə qulaq asın, cavabını gözləyin. Aparıcıların bu xasiyyətinə əsəbiləşirəm. Sualı da özü verəcək, cavabı da, imkan vermirlər. Sual verəndə imkan verin, o sualın əsası...
publikaz_normalized
Son günlər ekspertlərin studiyaya pənah gətirən çarəsiz insanları alçaltması, həmin şəxsləri təhqir etməsi ənənə halını alıb. Biri onun geyiminə irad tutur, biri davranışını tənqid edir, bəzən şəxsin heç etmədiyi davranışı belə onun boynuna qoymağa çalışırlar, biri studiyada saatı yerə atır və onu ayağı ilə qırır... On...
publikaz_normalized
Dəhşətli müharibə belə başlayacaq, bu ölkələr də qoşulacaq":"Asiya-Sakit okean regionunda ABŞ və Çin arasında gərginlik artdıqca, beynəlxalq müdafiə mətbuatı Pentaqonun müharibə strategiyasını açıqlayıb. ABŞ Havay adalarında Çinə qarşı kütləvi “müharibə təlimi” keçirib. Çin “Arleigh Burke” sinifli idarə olunan raket es...
publikaz_normalized
Son 3 ildə imtiyazlı şəxslərə 5500-ə yaxın mənzil təqdim olunub. Bu il ərzində də 1500 mənzil və evin təqdim edilməsi planlaşdırılır". Nazir bildirib ki, ilin sonuna qədər proqramın cari il üzrə hədəfləri tam icra olunacaq: “Növbəti ildə də proqram davam edəcək.
publikaz_normalized
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölk...
publikaz_normalized
Noyabrın 27-də Bakı şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb. Sonra tərəflər regionda sülhü...
publikaz_normalized
Türk dünyasının böyük alimləri, məşhur Prinston, Oksford, Kembric və Vyana universitetlərinin professoru İlbər Ortaylı və Amerika Milli Elmlər Akademiyası, ABŞ Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvü, professor Cəlal Şəngör Xəzər Media Mərkəzinin qonağı olublar. Səmimi ab-havada keçən görüşün sonunda Mur...
publikaz_normalized
Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökümət təşkilatlarının Əməkdaşlıq Forumunda hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanlayıblar. Biz – Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçıları...
publikaz_normalized
Üçtərəfli görüşlər ənənəyə çevrilib, belə görüşlər regionda sülhə töhfə verilməsi baxımından əhəmiyyətlidir". Dövlət başçılarının ənənəvi görüşlərini nəzərə alaraq, müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də bizim vəzifəmizdir. Bu görüşün bu il Bakıda keçirilməsindən şadam. Sizə təşəkkür edirəm", - nazir qey...
publikaz_normalized
Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik". O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib. Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır: Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram".
publikaz_normalized
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb. Hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb. A...
publikaz_normalized
Mehriban Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad olunub. Qeyd edək ki, Mehriban Sultanova bu vəzifəyə 2017-ci il aprel ayının 15-dən təyin edilmişdi.
publikaz_normalized
Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi apardıq". O bildirib ki, həmçinin görüş zamanı üçtərə...
publikaz_normalized
2024-cü ilin gəlişinə çox az qalıb, bu o deməkdir ki, yeni ilin trendlərini öyrənmək vaxtıdır. Cinslər mövsümlərdən asılı olmayaraq, gündəlik stilimizin əsasını təşkil edir. Odur ki, dizaynerlər tez-tez fərqli cins modelləri ilə bizi sevindirməyə çalışır. "Geniş" "Geniş balaqlı cins şalvarlar moda arenasında güclü mövq...
publikaz_normalized
Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin edilib.
publikaz_normalized
Tünd manikürün pərəstişkarları klassik rənglərə üstünlük verənlərdən az deyil. Xüsusilə qısa dırnaqlarda qara, tünd qəhvəyi və ya albalı rəngli örtük həmişə səliqəli və "bahalı" görünür, asanlıqla istənilən görünüşə uyğunlaşır və heç vaxt dəbdən düşmür. Bu manikürün yeganə "dezavantajı" orijinallığın olmamasıdır. Xoşbə...
publikaz_normalized
Qızılca ilə bağlı Bakı məktəblərindən heç biri bağlanmayıb. Qeyd olunub ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məlumat daxil olmayıb: Tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələri...
publikaz_normalized
Şam yeməyində fikir veriləsi məqam":"Yemək üçün optimal vaxtın seçilməsi sağlamlığımıza və çəkimizə müsbət təsir göstərir. Bununla belə, hər bir insanın fərdi üstünlükləri və həyat tərzi var, odur ki, yeməklərin konkret saatda yeyilməli olduğunu iddia etmək düzgün deyil. Həmçinin qidalanma üzrə mütəxəssis, biokimyaçı, ...
publikaz_normalized
Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında dispers toz hissəcikləri və dəm qazının miqdarı normadan çox olub. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz...
publikaz_normalized
Qəzzada ölənlərin sayı 16 minə çatıb. Yaralıların sayı 35 min nəfər olub. Qeyd edək ki, 24 noyabrdan İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib.
publikaz_normalized
Noyabrın 27-si saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Naxçıvan, Gəncə, Ceyrançöl, Şəki, Oğuz, Zaqatala, Balakəndə yağış, Şahdağ, Qusar, Xınalıqda qar yağıb. Bildirilib ki, şimal-qərb küləyi arabir Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Gəncədə 35 m/s, Nafta...
publikaz_normalized
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya səfər edəcək. Bildirilib ki, Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi görüşü üçün Sankt-Peterburqa gedəcək.
publikaz_normalized
Hindistanda baş verən güclü fırtına zamanı ən azı 24 nəfərin həyatını itirdiyi bildirilir. Meteoroloqların bildirdiyinə görə, fırtına qışda Qucarat ştatı üçün qeyri-adi haldır və güclü leysan hər kəsi təəccübləndirib. Daşqınlar və şimşək çaxması Hindistanda hər il minlərlə insanın həlak olması ilə nəticələnir. Alimlər ...
publikaz_normalized
NATO Əlaqələndirici Bürosunun rəhbəri Aleksandr Vinnikov Azərbaycana səfərə gəlib. A.Vinnikov Bakıda müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşüb.
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
publikaz_normalized
38 yaşında rus serialının aktyoru Yevgeni Şepeleviç vəfat edib. Liteiny, 4", "Nevski", "Yüksək stavkalar", eləcə də "Müttəhim", "Möhtəşəm Beşlik" və "Casus No" seriallarında oynadığı rollarla məşhurlaşan Yevgeni Şepeleviçin ölüm səbəbləri müəyyən edilməyib. Qeyd edək ki, Evgeniy Şepeleviç, 16 avqust 1985-ci ildə Nijni ...
publikaz_normalized
Əziz Orucovun Almaniyada mühacirətdə yaşayan qardaşı Anar Orucov onun saxlanması ilə bağlı özünün Feysbuk səhifəsində açıqlama yayıb. O, açıqlamasında məlumatı təsdiqləyib və foto yayımlayıb. "X X X" "“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb. Məlumata görə, o, Bakıda saxlanılıb və hazırda evin...
publikaz_normalized
Azərbaycan 1-ci liqa təmsilçisi "Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşib. Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək. " "Qeyd edək ki, bir neçə gün əvvəl Vüqar Əsgərli "Şamaxı"nın baş məşqçisi vəzifəsindən istefa vermişdi.
publikaz_normalized
Neftçalada şəhid anasına qarşı soyğunçuluq edilib. Maskalı şəxslər 72 yaşlı qadını hədələyərək onun 800 manat pulunu götürərək qaçıblar. Zərərçəkmiş qadın həmin məbləği oğlunun ildönümü mərasimi üçün saxladığını bildirib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirib ki, qeyd edilən soyğun...
publikaz_normalized
Rusiyalılar yaxşı bilirlər ki, bu günümüzdə də, bizim tarixi keçmişimizdə də Azərbaycanda rus mədəni irsinə və dilinə hörmət və diqqətlə yanaşırlar. Əlbəttə, bu maraq və diqqət qarşılıqlıdır. Son məlumatlara görə, Azərbaycanda əhalinin təqribən üçdə ikisi, o cümlədən Azərbaycan ziyalılarının böyük əksəriyyəti rus dilin...
publikaz_normalized
Ermənistan destruktiv addımlardan əl çəkərsə, "3+3" formatı bölgədə sülh üçün böyük dəstək olacaq. Türkiyə bölgədə rolunu Azərbaycanla, cənab Əliyevlə tam koordinasiyalı şəkildə davam etdirir. Xüsusi nümayəndələrin də prosesdə iştirakı var ki, bu da “gəlin məsələni həll edək, imperialistləri, bölgədən kənar xarici gücl...
publikaz_normalized
Milli komandadan təklif gəlsə...":"Yığma mənim doğma komandamdır. Başqa ölkənin millisindən təklif gəlsəydi, bu, mənim üçün daha stressli vəziyyət olardı. Belə olan halda üzərimdə təzyiq hiss edə bilərdim. Onun sözlərinə görə, məşqçilik fəaliyyətinə başlamadan öncə də özünü bu vəzifəni icra etməyə hazır hiss edib: Mənə...
publikaz_normalized
Biz Suriya ərazisinə davam edən hücumları bu dövlətin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. İsrailin mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu şiddətlə qınayırıq", - Zaxarova vurğulayıb. Qeyd edək ki, ötən gün İsrail hərbçiləri Dəməşq Bey...
publikaz_normalized
elektirik verilişinə ziyan vurdu - YENİLƏNDİ":"Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb. Küləkli hava şəraiti səbəbindən başqa fəsadların olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılır. X X X" "Gəncədə güclü külək s...
publikaz_normalized
Qəzzada humanitar atəşkəs uzadıla bilər. Bildirilib ki, həm HƏMAS, həm də İsrail döyüşlərin dayandırılması tələblərinə müsbət münasibət bəsləyir, lakin hələlik yekun qərara gəlinməyib. Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan olunub. X X X" "İsrail və HƏMAS arasında atəşkəs daha iki gün...
publikaz_normalized
Cənubi və Şimali Koreya arasında hərbi razılaşmanın qismən dayandırılmasından sonra KXDR hakimiyyəti iki ölkənin sərhədi yaxınlığındakı demilitarizasiya zonasına qoşun və ağır silahlar yerləşdirib. Cənubi Koreya hərbi rəsmiləri bildiriblər ki, Pxenyanın 2018-ci ildə Koreyalararası hərbi sazişin imzalanmasından sonra sö...
publikaz_normalized
Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü külək fəsadlar törədib. Nəticədə ağac ərazidə park edilmiş avtomobilin üzərinə düşüb. Nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq. Bu gün əsən güclü küləyin təsirindən təəssüf ki, 3 nəfər müxtəlif şəraitdə xəsarət alıb. Hava haqqında verilən xəbərdarlıq xarak...
publikaz_normalized
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə 17 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb. Azərbaycanda indiyədək ümumilikdə 834 152 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 743 nəfər müalicə olunaraq sağalıb, 10 372 nəfər vəfat edib, aktiv xəstə sayı 37 nəfərdir...
publikaz_normalized
Şimali Makedoniyanın paytaxtı Skopyedə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş planlaşdırılmır. Ryabkov bildirib ki, nə ABŞ tərəfindən, nə də Rusiyadan görüş tələbi olmayıb. Qeyd edək ki, bu həftə Skopyedə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
publikaz_normalized
Finlandiya hökuməti Rusiya ilə sərhəddəki vəziyyətin milli təhlükəsizlik məsələsi olduğunu hesab edir və lazım gələrsə, iki ölkə arasında fəaliyyət göstərən sonuncu nəzarət-buraxılış məntəqəsini (NBM) bağlamağa hazırdır. “Lazım gələrsə, biz sonuncu NBM-i də bağlamağa hazırıq”, - o deyib. Baş nazirin sözlərinə görə, Fin...
publikaz_normalized
Biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq üçün real imkan görürük”. “Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması bizi ruhlandırır. Bunun sayəsində (hər iki tərəfin danışıqları-red) regiona fayda üçün real imkan görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan...
publikaz_normalized
Əməkdar artist Rəhman Rəhmanov bir otaqlı evini nümayiş etdirib. Aktyor 30 ildir bu evdə yaşadığını bildirib: Döşəməsi yoxdur, bünövrəsiz tikilidir, yarımzirzəmi sayılır. Burada yeyib, burada da yatırıq. Bir otaqdır, yataq tərəfi pərdə ilə ayırmışıq. Həyat yoldaşımındır, şəxsi evim yoxdur. Neçə dəfə müraciət etmişəm, a...
publikaz_normalized
İsrail hakimiyyəti Qəzza zolağından gün ərzində azad edilməli olan dördüncü girov qrupunun siyahısını alıb. Məlumata görə, bu barədə azadlığa buraxılanların yaxınlarına bildirilib. Razılaşmalar çərçivəsində bu gün azad edilməli olan girovların siyahısı alındıqdan sonra ailələrinə də xəbər verilib.
publikaz_normalized
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədə...
publikaz_normalized
Azərbaycanın məşhur futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib. Filmin nümayişindən əvvəl çıxış edən filmin quruluşçu rejissoru Əlisəttar Quliyev bu işdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra ekran işi izləyicilərə təqdim edi...
publikaz_normalized
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İspaniyanın baş naziri Pedro Sançes arasında telefon danışığı olub. Prezident Ərdoğan görüşdə İspaniya hökumətinin İsrail-Fələstin qarşıdurması ilə bağlı mövqeyinin dəyərli olduğunu bildirib. Ərdoğan Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi, ölkəsinin qarant kimi hər cü...
publikaz_normalized
Rusiyanın havadan müdafiə sistemləri Ryazan vilayəti üzərində Ukrayna PUA-sını məhv edib. “Kiyev rejiminin PUA ilə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb”, - deyə bildirilib.
publikaz_normalized
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsi daha iki gün uzatmaq barədə İsraillə razılığa gəlib. “Müvəqqəti humanitar atəşkəsin daha iki gün müddətinə uzadılması ilə bağlı razılıq əldə olunub. Hər azad olunan girov üçün gündə 3 məhbus və 200 yük maşını düşür”, - ən-Nunu deyib.
publikaz_normalized
Həsənov və Gülər Burçuladzedən nə istəyib?":"Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşü ənənəvi üçtərəfli formatın davam etdirilməsi olsa da, İrəvana silah daşınmasında Tbilisinin tranzit olaraq istifadə edilməsi fonunda müəyyən gözləntilər yaradır. İstisna deyil ki, Bakıda bu məsələ də müzakirə ...
publikaz_normalized
eqoist olmayın":" "Qoç - aktivlik, pozitiv yaşam mövqeyi işlərinizdə irəliləyişlərin rəhni olacaq. Yenilikləri əxz edin, peşəkar fəaliyyət müstəvisində nailiyyətlərə can atın. Addımlarınızı təhlil edin, nöqsanlarınızı anlamağa çalışın. Əks təqdirdə sizə sərt irad tutanlar olacaq. Günün ikinci yarısında bahalı texnika v...
publikaz_normalized
belə aldadılırıq…":"Son zamanlar insanlara köhnə telefonlar yeni adı altında satılır. Qeyd olunur ki, qiymət baha olduğu üçün insanlar telefonları rəsmi mağazalardan deyil, kiçik şəbəkələrdən ucuz qiymətə almağa üstünlük verirlər. Lakin bir neçə gün sonra telefonun satılmamışdan öncə qeydiyyatdan keçirilərək, aktiv old...
publikaz_normalized
Ən yaxşı texnika və müasir silahlanmaya malik 3 min döyüşçü Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyə hazırdır. “Onlar istənilən mürəkkəblikdə tapşırığı yerinə yetirməyə hazırdır”, - deyə Kadırov bildirib. Qeyd edək ki, Kadırov ötən gün könüllülərdən ibarət xüsusi dəstənin Ukrayna müharibəsinə yola salındığını aç...
publikaz_normalized
Bolqarıstan Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin Şimali Makedoniyada keçiriləcək ATƏT-in sammitində iştirak etmək üçün ölkə üzərindən uçmasına icazə verib. Qeyd edək ki, Lavrov ötən gün "Primakov qiraəti" forumunda Bolqarıstanın Rusiya təyyarələri üçün hava məkanını açmağa söz verdiyini, həmçinin ötə...
publikaz_normalized
Nicat barəsində ailəsindən başqa heç kim məlumat verə bilməz. Onun sözlərinə görə, Nicatın ailəsi mətbuatda barəsində xəbərlər yazılmasını istəmir: Bu barədə ailəsindən başqası məlumat verə bilməz. Bizə də deyilib ki, bu barədə danışmayaq. Səhhəti və fəaliyyəti barədə ancaq ailəsi məlumat verə bilər. Ailəsi də, özü də ...
publikaz_normalized
Şagirdə qarşı şiddət gizlədilir…":"Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən 89 nömrəli tam orta məktəbdə şagirdin zorakılığa məruz qalması ilə bağlı xəbərlər bir neçə gündür yayılır. Yeddinci sinif şagirdinin anası qızının xəsarət izləri olan fotosunu yayıb və iddia edib ki, övladı məktəbin ayaqyolunda zorakı...
publikaz_normalized
HƏMAS-ın sərbəst buraxdığı Danielle adlı israilli qadının yazdığı məktub gündəmə çevrilib. "“Son bir neçə həftədir məni müşayiət edən generallara… deyəsən sabah yollarımızı ayıracağıq, amma sizə ürəkdən təşəkkür edirəm. Qeyri-adi insanlığa görə minnətdaram. Qızım Emiliyaya göstərdiyini xüsusi diqqətə görə təşəkkür edir...
publikaz_normalized
Bu gün bəzi müğənnilərin beş-on min manat verib “YouTube”da mahnılarını yalandan “trend” etmələri, onların bizim səviyyəmizdə olması anlamına gəlmir. Bu gün mənə də təklif olunur ki, “gəlin, mahnınızı “trend” edək…” Mən özüm-özümü niyə aldadım? Bu gün mənə də deyirlər ki, “Instagram” sosial şəbəkəsindəki səhifənin izlə...
publikaz_normalized
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti Sabunçu rayonunun Balaxanı qəsəbəsində qum fırtınasına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:
publikaz_normalized
Ukraynada teatr ölkə Prezidenti Volodimir Zelenskinin soyadı ilə üst-üstə düşdüyü üçün qullardan qorxan personajın soyadını dəyişdirib. Söhbət İvan Karpenko-Karyin 1900-cü ildə yazdığı “Ustad” pyesi əsasında hazırlanmış tamaşadan gedir. Komediyada qullara “güclü olduqları” və “başqa cür edə bilmədikləri üçün mülayim da...
publikaz_normalized
Ordu-Giresun hava limanında əlverişsiz hava şəraiti Türk Hava Yollarının təyyarələri üçün çətin anlar yaşadıb. Qeyd edək ki, son 2 gün ərzində Türkiyənın bir sıra regionlarında sel və qasırğa həyatı iflic edib. Həmin anın görüntüsünü təqdim edirik:
publikaz_normalized
2 min məhbus qaçdı":"Syerra-Leonenin paytaxtı Fritaundakı həbsxanaya hücum zamanı 2 minə yaxın məhbus qaçıb. Məlumata görə, 1 890-a yaxın məhbus qaçıb, onlardan 23-ü artıq geri qaytarılıb. Daha əvvəl “Reuters” ordu sözçüsünə istinadən xəbər verib ki, Syerra-Leonedə bazar günü iğtişaşlar zamanı 13-ü hərbçi olmaqla 20 nə...
publikaz_normalized
Noyabrın 24-dən bugünədək Qəzza zolağından azı 58 girov azad edilib, daha 85 fələstinli girov təhvil verilərək İordan çayının qərb sahilinə gətirilib. “BQXK yalnız neytral vasitəçi kimi çıxış edərək, bu şəxslərin ailələrinə təhvil verilməsini asanlaşdırıb”, - R.Mardini deyib. Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail ar...
publikaz_normalized
saxlanılanlar var":"Ermənistan polisi paytaxt İrəvanın mərkəzi küçələrində aksiya keçirən “Zanq” hərəkatının üzvlərini səkidə maarifləndirmə yürüşü keçirmədiklərini əsas gətirərək saxlayıb, həm kişilərə, həm də qadınlara qarşı zorakılıq tətbiq edilib. Hərəkat iştirakçıları artıq üçüncü gündür, baş nazir Nikol Paşinyanı...
publikaz_normalized
Ukraynada vəziyyət yaxşı getmir. Vəziyyət olduğu kimi qalır və həqiqət budur ki, heç də yaxşı getmir. Artıq il yarımdır ki, mübarizə aparılır. Məncə, köməklik baxımından mümkün qədər qətiyyətli olmağa çalışmalıyıq. Biz bütün çətin anlarda qətiyyətlə Ukraynanın tərəfində olmuşuq. Amma həqiqət budur ki, biz öz hərəkətlər...
publikaz_normalized
İsveçrə rəhbərliyi və ölkə prezidenti Alen Berset İsveçrə vətəndaşlarını ən çox narahat edən problemlərin həllindən daha çox rusofob siyasət yürütməkdə və Kiyevi dəstəkləməkdə maraqlıdır. İsveçrə kimi çiçəklənən Avropa ölkəsində belə onun sakinlərinin narahatlığına səbəb olan çox kəskin daxili problemlər var. Bununla b...
publikaz_normalized
Xalq artisti Emin Ağalarov sosial şəbəkədə maraqlı paylaşımı edib. Emin yapıncı və papağın ona Gürcüstandakı dostlarının hədiyyə etdiyini bildirib.
publikaz_normalized
Ukraynada qeyri-sabit hava şəraiti nəticəsində ölən və yaralananlar var. Pis havanın qurbanlarının əksəriyyəti Odessa vilayətindədir. Dövlət başçısı pis hava şəraitinə görə insan itkisinə yol verməmək üçün yerlərdə maksimum səy göstərməyin vacibliyini vurğulayıb. “Təəssüf ki, bu günə kimi 5 nəfər ölüb. Onların əksəriyy...
publikaz_normalized
ABŞ-da Ağ Evin və Pentaqonun şəkilləri Şimali Koreyanın kəşfiyyat peyki tərəfindən çəkilib. Qeyd edilir ki, artıq fotoları Şimali Koreya lideri Kim Çen In da görüb. Kəşfiyyat peyki ABŞ-ın Norfolkdakı (Virciniya) hərbi bazasındakı təyyarədaşıyan gəmilərin də fotolarını çəkib. Bundan əvvəl Yaponiya Müdafiə Nazirliyi Yeri...
publikaz_normalized
Rusiya vətəndaşı olan Arif İbrahimov adlı şəxs vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün problemlərlə üzləşib. Məlum olub ki, o, 1986-cı ildən Rusiyada yaşayıb. 2009-cu ildə Azərbaycana səfər edən A. İbrahimov bu zaman qısamüddətli məhkum olub. Məhkumluq həyatı bitsə də, o, indi Rusiyaya, ailəsinin yanına qayıda ...
publikaz_normalized
Seysmoloqlar Sakit Okeanın cənub-qərbində, Papua-Yeni Qvineyanın sahillərində 6,5 maqnitudada zəlzələ qeydə alıblar. Xidmətin məlumatına görə, yeraltı təkanların ocağı 12,3 kilometr dərinlikdə, zəlzələnin episentri 25 min nəfərdən çox əhalisi olan Vevak şəhərindən 65 kilometr qərbdə, Şərqi Sepik əyalətində yerləşib. Hə...
publikaz_normalized
Böyük Britaniyanın Baş naziri Rişi Sunak yunan həmkarı Kiriakos Mitsotakis ilə çərşənbə axşamı planlaşdırılan görüşü ləğv edib. Görüş zamanı Britaniya Muzeyindən qədim Parfenon məbədinin şah əsərlərinin Afinaya qaytarılması ilə bağlı müzakirələr aparılmalı idi. Böyük Britaniyanın baş nazirinin planlaşdırılan görüşümüzü...
publikaz_normalized
Kremlin mətbuat katibi Dmitri Peskov bəzi Qərb dövlətlərinin Qarabağ ətrafında sabitliyi pozmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı Qarabağdan çıxarmağa çalışır. “Onların fəaliyyəti burada atəşkəsi qoruyub, təhlükəsizliyi təmin etmək idi. Artıq silahlı erməni birləşmələri də ərazilərdən...
publikaz_normalized
Bəzi insanlar şanslı doğulurlar. Adətən şöhrət və pul onları asanlıqla tapır. Qoç bürcü - Səbirsiz olsalar da, müvəffəqiyyətli bir həyat qurmağa can atırlar. Həvəslərini işə çevirir və dayanmadan çalışırlar. Beləliklə, onlar zəngin bir həyat sürə bilirlər. Onların bu qədər uğurlu olmasının səbəbi zəkaları ilə bağlı ola...
publikaz_normalized
Türkiyəli müğənni və aktrisa Hülya Avşar koronavirusa yoluxub. Bildirilib ki, 60 yaşlı sənətçi müalicə almağa başladığı üçün bir müddət səhnədən uzaq qalacaq.
publikaz_normalized
Fırıldaqçılıq, yoxsa marketinq hiyləsi? - VİDEO":"Hazırda bir çox mağazalarda “endirim” adı ilə insanları aldatmağa çalışırlar. “Birini al, birini hədiyyə apar”. “İkisini alana üçüncüsü 50 faiz endirimlə verilir”. Gün ərzində bu və bunun kimi yüzlərlə reklam lövhələrinə rast gəlirik. İstər mağazaların qarşısında, istər...
publikaz_normalized
Bir vaxtlar yalnız vəzifəsi olub, özlərinin mövcud olmadığı məktəblərdəki psixoloqlar artıq xidmətlərini icra edirlər. Fəaliyyətləri, gördükləri işin keyfiyyəti isə hələ də sual altındadır. Maraqlıdır, məktəblərdə psixoloji xidmətlər hansı səviyyədədir? Təhsil ocaqlarında fəaliyyət göstərən psixoloqlar məktəblilərin ps...
publikaz_normalized
Söz-söhbətlər gəzirdi ki, guya mənə hansısa deputat ev bağışlayıb. O qeyd edib ki, hazırda yaşadığı evi özü alıb: “Mən görməmişəm ki, hansısa verilişdə kiməsə nə isə real gətirib bağışlasınlar. Söhbət verilişdə müğənniyə real hədiyyə bağışlamaqdan gedir. Həyatda əlbəttə ki, belə şeylər olur. Bu zamana kimi idarə etdiyi...
publikaz_normalized
Burada əsas məqsəd İrəvanın iradəsi və ya marağı deyil. Həmin ölkələr özü Ermənistanla diplomatik əlaqələri bərpa etməyə meyillidir. Sentyabr ayındakı antiterror tədbirlərindən sonra bu, daha real olub. Onun sözlərinə görə, Azərbaycana dost olan ölkələr regionda yaranacaq yeni layihələrdən kənarda qalmaq istəmir: “Yəni...
publikaz_normalized
Bakının bu küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur. Hazırda yollardakı vəziyyət: 1 .Ziya Bünyadov prospekti, "20 Yanvar" m/st istiqamətində;" "2. Binəqədi şosesi, "Azadlıq Prospekti" m/st istiqamətində;" "3. Tbilisi prospekti, mərkəz istiqamətində;" "4. Şəfayət Mehdiyev küçəsi, Tbilisi prospekti ist...
publikaz_normalized
Rusiyada Moskva və Sankt-Peterburq arasındakı bir neçə reys təxirə salınıb. Bildirilib ki, Pulkovo hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar reyslər müvəqqəti ləğv olunub: Pulkovo Hava Limanında əlverişsiz hava şəraitinə görə təhlükəsiz uçuşların təmin edilməsi ilə əlaqədar olaraq, Moskva - Sankt-Peterburq is...
publikaz_normalized
İsrailli haker qrupu İranda mobil operator şəbəkəsinə hücum edib. Bəyanatda hakerlər İrandakı “Rightel” mobil operatorunun interent infrastrukturuna hücum etdiklərini bildiriblər. “Son 12 saat ərzində onu təmamilə sıradan çıxardıq”, - deyə hakerlər vurğulayıblar.
publikaz_normalized
Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tər...
publikaz_normalized
Azərbaycana hücum edəcəklər":"Fransanın erməni hərbçilərə təlim keçdiyinə dair məlumatlar “hansı ölkəyə hücum hazırlanır” sualını ön plana çıxardı. Bu məlumatı gündəmə gətirən rusiyalı hərbi bloger Anastasiya Kaşevarova erməni hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşmək üçün hazırlandığını iddia edir. Lakin bu iddia ...
publikaz_normalized
10 nəfər...":Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün məmulatlarından istifadə qaydalarını pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məh...
publikaz_normalized
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Bu virus ilk dəfə insanda tapıldı":"Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkədə donuzlarda aşkar edilən A(H1N2)v tipli qrip virusunun ilk dəfə bir insanda görüldüyünü bildirib. Bildirilib ki, ailə həkimləri ilə birgə həyata keçirilən rutin milli qrip müayinəsi zamanı tənəffüs əlamətləri olan bi...
publikaz_normalized
BQXK-nın Yaxın və Orta Şərq üzrə Regional Əməliyyatlar Direktorluğunun direktoru Fabrizio Karboni Fələstinin Həmas təşkilatının girovlarının saxlanması üçün qeyri-adi yer barədə məlumat verib. Məhbuslar Qəzza zolağında cəbhə xəttindədirlər ki, bu da digər dünya münaqişələrindən fərqli olaraq girovlara və ya məhbuslara ...
publikaz_normalized
Azərbaycan futboluna çox şey...":"Bu üç il ərzində Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm". 67 yaşlı mütəxəssis yığmada işləməyə hazır olduğunu bildirib: Avropa çempionatının seçmə mərhələsində 5 komandadan ibarət qrupda 7 xal əldə etdik. Birinci dərəcəli komandalarla bərabər oynadıq. Belçika ilə evdə...
publikaz_normalized
Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Məlumata görə, qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb. Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir. Quba və ...
publikaz_normalized
penaltini ləğv etdirdi - VİDEO":"“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının V turunun İranın “Persepolis” komandası ilə oyununda hakim səhvini düzəldib. Matçın 2-ci dəqiqəsində Ronaldo rəqibi ilə qarşılaşdıqdan sonra cərimə meydançasında yıxılıb. Hakim isə dərhal penalti təyin edib...
publikaz_normalized
ABŞ-ın İraq və Suriyadakı bazalarından 2020-2022-ci illər arasında yüz milyonlarla dollar dəyərində qabaqcıl hərbi texnikanın oğurlandığı üzə çıxıb. ABŞ ordusu Suriyada əməkdaşlıq etdiyi PKK/YPG-yə verdiyi silahların qeydiyyatını düzgün aparmayıb. Rəsmi qurumlarda aparılan araşdırma sənədlərinə əsaslanaraq, terror təşk...
publikaz_normalized