text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa yenidən satışa çıxarılıb. Novxanı bağlarının ən səfalı yerində qeyri-adi üslubda inşa olunan bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazinin içərisindədir. 1500 kvadrat metr sahəyə malik olan villa möht... | publikaz_normalized |
Epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin elimi... | publikaz_normalized |
Pentaqon rəsmisi "seks işçisi" ilə görüntülənib. Seks işçisi" nə pul verərkən kameraya düşən Stephen Hovanic işdən azad edilib. Onun barəsində saxlanılma qərarı çıxarılıb. | publikaz_normalized |
Azərbaycanın COP28-də təmsil olunacağı pavilyonda azad edilmiş ərazilərə işğal dövründə vurulan ziyan, son üç il ərzində həmin ərazilərdə görülən quruculuq işlər barədə də məlumat veriləcək. Noyabrın 30-dan etibarən BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-... | publikaz_normalized |
Nüfuzlu “FourFourTwo” nəşri 21-ci əsrin ən yaxşı oyunçularının reytinqini tərtib edib. Kriştiano Ronaldo ikinci, Andres İnyesta isə üçüncü pillədə qərarlaşıb. Postsovet məkanından 100-lüyə yalnız bir futbolçu daxil olub - "Çelsi"nin və "Milan"ın sabiq hücumçusu Andrey Şevçenko. O, reytinqdə 31-ci yeri tutub. FourFourTw... | publikaz_normalized |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva sədr vəzifəsinə təsdiqlənib. Xatırladaq ki, İ.Vəliyeva 2021-ci ilin oktyabr ayından Agentliyə rəhbərlik edir. | publikaz_normalized |
Real" ciddi itkiylə üzləşib. O, "Kadis"lə La Liqa matçında (3:0) sıradan çıxıb.. Bu barədə "X" sosial şəbəkəsində (keçmiş "Twitter") jurnalist Edu Aqirre məlumat yayıb. Mənbənin sözlərinə görə, xorvatiyalı futbolçunun zədəsi ciddi deyil. Lakin "Los Blankos"un məşqçilər korpusu futbolçunu riskə atmamaq qərarına gəlib. X... | publikaz_normalized |
Bəzi ölkələrin diplomu Azərbaycanda tanınmırsa, deməli, universitet akkreditasiyasız olub. O qeyd edib ki, akkreditasiyasız universiteti həmin dövlətin özü tanımır. “Gürcüstan universitetlərinin nəzdində fəaliyyət göstərən proqramların Azərbaycanda tanınması normaldır. TKTA-da akkreditasiyalı universitetlərin siyahısı ... | publikaz_normalized |
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı noyabrın 29-də saat 08:00-dan etibarən işlər başa çatanadək “Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının da... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Gəncədə qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb. O, bacısının boğazını kəsərək qətlə yetirib. Pəri Allahverdizadəni qətlə yetirən qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. Əli Allahverdizadə hərbçidir. | publikaz_normalized |
Əfsanəvi ixtiraçı, keramika zirehlərinin yaradıcısı Boris Balaşov Moskvada vəfat edib. Boris Gennadieviçin meyiti bir gün əvvəl Moskvanın Zyablikovo rayonunda Musa Cəlil küçəsindəki mənzilində aşkar edilib. Böyük Vətən Müharibəsi veteranı Boris Balaşovun 50 patentləşdirilmiş və tətbiq edilmiş ixtirası var ki, onlardan ... | publikaz_normalized |
Yalan danışmaq şarlatanın arsenalında...":"Robert De Niro sözün əsl mənasında gözünü yumub, ağzını açıb. Hətta faktlar da alternativ faktlarla əvəz olunur. Bu, sui-qəsd nəzəriyyələri çirkinlikdən qaynaqlanır. Yalan danışmaq şarlatanın arsenalında daha bir alətə çevrilib. Keçmiş prezident 4 illik prezidentliyi dövründə ... | publikaz_normalized |
Yayına çıxanda böyük maraqla izlənən "Kurtlar Vadisi" serialında Güllü Erhan obrazı ilə hər kəsin könlünü fəth edən aktyor Erhan Ufak rəsmən əriyib. 85 kiloya düşən Erhan Ufakın son halı sosial mediada ən çox danışılanlar arasında olub. Sözügedən fotoları təqdim edirik: | publikaz_normalized |
Qırğızıstanda dövlət bayrağının dizaynı dəyişdiriləcək. Noyabrın 28-də Parlament “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanun layihəsində Qırğızıstan Respublikasının bayrağındakı şüaların formasının dalğalıdan günəş şüala... | publikaz_normalized |
Mixail Qusman UNESCO-da məsul vəzifəyə seçilib. Bildirilir ki, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman UNESCO-nun Beynəlxalq Kommunikasiyaların İnkişafı Proqramının Rəyasət Heyətinin üzvü seçilib. | publikaz_normalized |
Hazırda 28 Mayda yerləşən "Perron Gallery" ticarət mərkəzində yanğın başlayıb. xxx" "Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Nazirliyin yanğından mühafizə bölmə... | publikaz_normalized |
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun "Feyenoord"a qarşı oyunu "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone üçün xüsusi olacaq. Simeone bir komanda ilə bu səviyyəyə çatan üçüncü məşqçi olacaq. Daha əvvəl Ser Aleks Ferqyuson "Mançester Yunayted"lə (190 oyun) və Arsen Venger isə "Arsenal"la (175) buna nai... | publikaz_normalized |
Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir ay Brat) məhkəmə istintaqı başlayır. Qeyd edək ki, meyxanaçı bu ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə itt... | publikaz_normalized |
Antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərdəki mərkəzi rayon xəstəxanalarında improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb. O bildirib ki, Xocavənd, Xocalı və Xankəndi rayonlarında tərk edilmiş evlərin və həyətyanı ərazilərin girişində, təsərrüfat tikilisində, yaşayış binaları, mərkəzi rayon xəstəxanası,... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi “Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimini keçirib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi və Muzeylə tanışl... | publikaz_normalized |
Camdakı Kız" serialında Tako obrazını canlandıran Həmzə Yazıcı sevgilisi ilə Cihangirdə kafedə görüntülənib. 31 yaşlı məşhur yanındakı xanımla ilk dəfə görüşdüyünü etiraf edib: Hicret xanımla ilk görüşümüzdür. Elə zənn edirəm ki, sevgili olacağıq". | publikaz_normalized |
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimi Birliyinin ulduz səfiri seçilən Xalq Artisti Tünzalə Ağayeva ilk dəfə olaraq məhkum qadınlar arasında SƏS müsabiqəsi keçirəcək. Müğənni bu fikri çox maraqlı şəkildə formalaşdırıb. Ağayeva öz mahnılarından birini Birliyin himni üçün seçəcəyini, lakin bu mahnını məhkum q... | publikaz_normalized |
Vaşinqton Bakının qarşısında geri çəkildi":"ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəngi və müzakirə edilən məsələlər iki kontekstdə diqqət çəkdi: Birincisi, Blinken Konqresin və Dövlət Departamentinin Azərbaycanla bağlı mövqeyinin yanlış olduğunu qəbul etdi;" "İkincisi, Vaşinqton Bakının prinsipial... | publikaz_normalized |
Bu gün Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib. Nəticədə avtomobil yolun kənarındakı qapı-pəncərə mağazasına daxil olub. İlkin məlumata görə hadisə yerində bir uşaq xəsarət alıb. | publikaz_normalized |
Ulu öndər Heydər Əliyevin yaxın dostlarından Yıldırım Turan Türkiyədə uzun sürən xəstəlikdən vəfat edib. E.Eltürk bildirib ki, onun vəfat xəbəri İğdırda, Aralıq rayonunda böyük üzüntü ilə qarşılanıb: “Yıldırım Turan 20 ilə yaxın İğdırın Aralıq rayonu bələdiyyəsinə rəhbərlik edib. Azərbaycanı sevən şəxslərdən idi. 90-cı... | publikaz_normalized |
HƏMAS Qəzzada razılaşdırılmış atəşkəsi pozub. Qeyd olunub ki, 1 saat ərzində Qəzza zolağında 3 partlayıcı qurğu işə salınıb. Bildirilib ki, İsrail ordusu atəşkəsə əməl etməkdə davam edir. Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs ... | publikaz_normalized |
Zaqatala şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırmalar aparılır. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. | publikaz_normalized |
“Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar var”. Vurğulanıb ki, Ermənistan rəhbərliyinin “Azərbaycanın müharibəyə hazırlaşması”, “sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır. Simonyana ... | publikaz_normalized |
Noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası ke... | publikaz_normalized |
Müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallı qızları Sahiləyə ad günü edib. Cütlüyün qızının 12 yaşı tamam olub. | publikaz_normalized |
Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü seçiləcək. İclasda Ə.Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı məsələyə baxılacaq. | publikaz_normalized |
Ağdam yolunda yeni yol nişanları quraşdırılıb. Yolayrıcında quraşdırılan iki nişandan biri sürücüləri Xankəndi, Şuşa və Laçına doğru gedən yola, digəri isə, Bərdə, Tərtər və Bakıya doğru gedən yola istiqamətləndirir. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib". O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Hovhannisyan və Karapetyan Ermən... | publikaz_normalized |
Azərbaycan dələduzluğa görə həbs edilən 3 nəfəri Özbəkistana təhvil verib. Belə ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası və beynəlxalq axtarışa verilən Egamnazarov Uktam Şorofoviçin, Dilmuradova Dilbaxor Muxtarovnanın və Şakarov Otabek İbraim oğlunun cinayət məsuliyyətin... | publikaz_normalized |
Kəlbəcərin Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu... | publikaz_normalized |
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür. M.Cabbarov iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmən... | publikaz_normalized |
“TikTok”da qanunazidd hərəkətlərə yol verən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə iki nəfərin kart hesablarından 920 manat və 1200 avro (2208 azn) oğurlamaqda şübhəli bilinən Raul Rəşad oğlu Əmrahov müəyyən olunaraq saxl... | publikaz_normalized |
Rus xalqının adət-ənənələri və dəyərləri sarsılmazdır, onları kökündən qoparmaq mümkün deyil". O bildirib ki, ruslar Böyük Vətən Müharibəsi illərində "əbədi ənənələrə" sədaqət göstərib. Bu gün də belə davam edəcək, onu kökündən qoparmaq olmaz, Rusiyanın əsası, mahiyyəti, xalqın mahiyyəti budur", - dövlət başçısı bildir... | publikaz_normalized |
Qarşıdan Yeni il bayramı gəlir. Bayram ərəfəsində Azərbaycanda ərzaq məhsullarının qiymət artımı “ənənəvi” xarakter alıb. Satıcılar fürsətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırır, daha çox pul qazanmağa çalışırlar. “Həmin səbəblərdən biri də həmin dövrdə ərzaq məhsullarına olan tələbatın artması və onlardan... | publikaz_normalized |
Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Növbəti məhkəmə prosesi dekabrın 12-nə təyin olunub. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də i... | publikaz_normalized |
Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı bu gün ölüb. S.Karakaş ötən gün axşam saatlarında Türkiyədəki xəstəxanalardan birinə köçürülmüşdü. Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahd... | publikaz_normalized |
ölən və yaralanan var":"Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, qəza nəticəsində 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı hadisə yerində aldığ xəsarətlərdən ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Ba... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, tanınmış erməni bloger Natali Aleksanyan "TV Musavat"ın efirində aparıcı Sevinc Telmanqızının moderatorluğu ilə baş tutan "Canlı Debat" verilişinin qonağı olub. Erməni bloger isə "Artsax" və "Stepanakert" ifadələrini işlətmədiyini, bu torpaqların Qarabağ və Xankəndi adlandığını deyib. Canlı Debat... | publikaz_normalized |
İsrailin başqa seçimi yoxdur, bu baş verəndən sonra...":"İsrail Fələstinin HƏMAS radikal hərəkatını məhv etmək üçün girovların azad edilməsindən sonra Qəzza zolağında döyüşləri davam etdirməyə hazırlaşır. Biz razılaşdıq ki, qadın və uşaqlar, eləcə də əcnəbi girovlar əvvəlcə azad edilsin. Bu baş verəndən sonra biz hərbi... | publikaz_normalized |
yaralılar var":"Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil anidən yolda heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha 1 nəfər xə... | publikaz_normalized |
Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektlərin birində yanğın olub. Bu barədə Publik.az-z Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın ümumi sahəsi 74 kvadratmetr olan obyektin təsərrüfat otağında baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İda... | publikaz_normalized |
Xüsusi hərbi hissələr göndəriləcək":"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi ofisi bir neçə onilliklərdir ki, bütün dünyada uçan naməlum obyektləri (UNO) axtarır. Britaniya nəşrinin həmsöhbəti qeyd edib ki, Amerika kəşfiyyatı kamuflyaj edilmiş UNO-ları tanımağa qadir olan müəyyən sistemə malikdir. Mənbə iddia edir... | publikaz_normalized |
yadplanetlilər deşifrə edə bilməyəcəyimiz siqnal göndərirlər":"Son illərdə alimlər tez-tez kosmik anomaliyalarla qarşılaşırlar. Görünür, yadplanetlilərin kəşfiyyatının planetimizin nümayəndələri ilə təmasda olduğu an çox yaxında baş verəcək. Görünür, başqa sivilizasiyalar hələ bəşəriyyətlə əlaqə qurmağı bilmirlər, ona ... | publikaz_normalized |
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxış edərək bildirib ki, 2024-cü il üçün Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 173 105 000 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin təsdiq olun... | publikaz_normalized |
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında girov götürülmüş israillilərin beşinci qrupunu Qırmızı Xaç təşkilatına təhvil verib. İsrailin də bu gecə 15-i uşaq, 15-i qadın olmaqla ümumilikdə 30 fələstinlini azad edəcəyi gözlənilir. Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan atəşkəs elan edilib. | publikaz_normalized |
Türkiyədə azərbaycanlı diplomatları aldadıblar. Belə ki, Türkiyənin maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu azərbaycanlı Murad Şirinovla işə başlayıb. Şirinov azərbaycanlı diplomatlar ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb. İddialara görə, o, özünü dövlət məmur... | publikaz_normalized |
Fələstinin radikal HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb. “Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, - deyə U.Həmdan bildirib. HƏMAS, həmçinin dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyas... | publikaz_normalized |
Vaxtı çatıb, Ukraynanın...":"NATO Xarici İşlər Nazirləri Şurasının iclasında Ukraynanın əks-hücumunun nəticələrinin gözləniləndən çox uzaq olduğu, döyüş meydanında vəziyyətin çox dəyişmədiyi etiraf edildi". O qeyd edib ki, Ukrayna əks-hücumunun başlamasından bəri heç bir irəliləyiş olmayıb. Alçaq səslə, qorxu ilə, laki... | publikaz_normalized |
İsrail tərəfi Qəzza zolağında humanitar atəşkəsə dair radikal HƏMAS hərəkatı ilə əldə olunan razılaşma çərçivəsində noyabrın 28-də daha 30 fələstinli məhbusu azad edəcək. “Humanitar atəşkəs sazişinin beşinci günündə götürülmüş öhdəliklərin yerinə yetirilməsi çərçivəsində Qəzzada saxlanılan 10 israilli girovun azad edil... | publikaz_normalized |
nəticə sizi sevindirəcək":" "Qoç - bu gün məhsuldar ideyalar sarıdan boldur. İşlərdə yaranan maneə və sədləri dəf edə bilərsiniz. Soyuqqanlı və təmkinli davranın. Adi günlərdən fərqli olaraq daha çox çalışmaq məcburiyyətində qalacaqsınız. Günün ikinci hissəsində bədbinliyə qapılmayın, neqativ fikirlərdən uzaq olun. Qıs... | publikaz_normalized |
Almaniya hakimiyyəti ölkənin qərb bölgəsində yaşayan sakinlərə əlverişsiz hava şəraitinin ölümcül təhlükəsi barədə xəbərdarlıq edib. Hava şəraitinin qəfil pisləşməsi yollarda hadisələrin sayının artmasına səbəb olub. Almaniyanın bir neçə bölgəsində qar fırtınası zamanı yolların sürüşkən olması və ağac budaqlarının aşma... | publikaz_normalized |
Mərkəzi Bankın açıqladığı son məlumata görə, banklardakı əmanətlərin orta faizi 3,55 olub. Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul edilib. Bununla belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79 faizlə veriblər. Maraqlıdır, əmanət və kredit faizləri arasında niyə bu qədə... | publikaz_normalized |
ov tüfəngi ilə...":"Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub. Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu trenddə olan bəzi müğənnilərə söz atıb. Belə ki, avtomobilində Əməkdar artist Aygün Bəylərin ifasını dinləyən sənətçi bunları deyib: Bunu siz bacara bilməzsiniz”. | publikaz_normalized |
“Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevə ağır itki üz verib. Arzu Rzayevin qəfil ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. | publikaz_normalized |
dünyanın ən sirli dağı hansı sirləri saxlayır?":"Cənnətlə yeri birləşdirən pilləkən, Şiva məskəni və ya sadəcə olaraq dünyanın mərkəzi - bütün bunlar Çinin Qərbi Tibetində, Tibetin Nqari əyalətində yerləşən ən sirli Kailaş dağının adlarıdır. Yalnız bir nəfər bir neçə əsr əvvəl onun zirvəsinə çata bilib. Biz sizə Kailaş... | publikaz_normalized |
Qaz doldurulan şarlar ölümə yol aça bilər. Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, helium təsirsiz qazdır: “Lakin, bu, müvafiq temperaturda saxlanılmalıdır. Həddindən artıq isti balonun partlamasına gətirib çıxarır”. Ətraflı “ATV Xəbər”in süjetində: | publikaz_normalized |
onu müdafiə etdi":"“Real”ın baş məşqçisi Karlo Ançelotti mümkün qovulması ilə bağlı yayılan şayiələr fonunda ” Barselona”nın baş məşqçisi Xavini müdafiə edib. Bunu etməyin heç bir mənası yoxdur. Xavi də mənim kimi futbolu yaxşı bilir və tənqidlərə də məruz qalır. Bəzən bu baş verir, lakin Xavi bu vəziyyəti idarə etmək ... | publikaz_normalized |
4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirdi":"UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib. Bu qruplarda “Mançester Siti” və “Leyptsiq”dən sonra daha 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib. Bunlar “Atletiko”, “Latsio”, Dortmund “Borussiya”sı və “Barselona”dır. Qeyd edək ki, digər qruplarda V ... | publikaz_normalized |
Rusiya ilə NATO arasında hərbi münaqişə baş verə bilər":"Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya ilə NATO arasında silahlı münaqişənin baş verə biləcəyini istisna etməyib. Ryabkovun sözlərinə görə, mümkün eskalasiya tamamilə Şimali Atlantika Alyansının fəaliyyətindən asılıdır. Seçim tam... | publikaz_normalized |
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu 16 yaşlı Adam Müdafiə Nazirliyinin tərkibində olan Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib. Deputatın sözlərinə görə, yeni vəzifəyə təyinat Adamın mühüm xidmətlərinin təbii nəticəsidir. O, noyabrın 28-də batalyonun şəxsi heyətinə təqdim olunub. Həmçinin mərasim hissəsində... | publikaz_normalized |
Çox adam bunu həyat yoldaşına deyə bilmir, amma...":"Türkiyənin məşhur psixoloqu Esra Ezmeci yenə çıxışı ilə gündəmi alt-üst edib. Hər şey qaydasında olsa belə bir müddətdən sonra cütlüklər üçün seks adiləşir. Buna görə də fərqliliklər, fantaziyalar önəmlidir. Çox adam bunu həyat yoldaşına deyə bilmir, amma, fantaziya ... | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidan 29 noyabr tarixində Qəzzadakı son hadisələrin müzakirə olunacağı BMT Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. Məlumata əsasən, nazir Fidan səfərlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqasının 11 noyabr 2023-cü il tarixli Fövqəladə Bi... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 363 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin edilib. Prezident, Mü... | publikaz_normalized |
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır. | publikaz_normalized |
“Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm”":"“31 il sonra öz ata-baba yurduma qayıdıram”. “31 il əvvəl atam, babam Laçında yaşayıb. Amma mən bu gün laçınlı sabahlara, laçınlı gecələrə, laçınlı günlərə qayıdıram. İnşallah, orada planlarım çoxdur. Jurnalistika fəaliyyətimi Laçında davam etdirəcəyəm”-deyə, o bi... | publikaz_normalized |
Avropada yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər. “Financial Times” nəşrində deyilir ki, iyun ayında qəbul edilmiş qanun meşələrin qırılması və uşaq əməyinin istifadəsi nəticəsində istehsalı mümkün olan malların idxalını qadağan edir. “İstehsalçılar qəhvə və kakao ehtiyatlarını keçid dövründə - 2024-cü ilin de... | publikaz_normalized |
Saç tökülməsinin əsas səbəblərindən biri genetik meyl və hormonal təsirdir. Bu, həmçinin stress, infeksiyaların olması, müəyyən dərmanların qəbulu, pis qidalanma və bir sıra digər amillər fonunda baş verə bilər". Həkim qeyd edib ki, hər bir insan saç tökülməsinin bu və ya digər səbəbi ilə üzləşir. Nə qədər ki, görünən ... | publikaz_normalized |
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Hal-hazırda yollardakı vəziyyət: Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası ist... | publikaz_normalized |
Tailanddan olan əlil idmançı öz toyunda kütləvi cinayət törədib. Keçmiş hərbçi və üzgüçü çempionu olan 29 yaşlı Çaturonq Suksuk noyabrın 25-i ölkənin şimal-şərqində 44 yaşlı Kançana Pachuntuek ilə evlənib. Toyun ortasında o, qəfildən məclisi tərk edib, sonra silahla geri qayıdıb və yeni arvadı, onun 38 yaşlı bacısı və ... | publikaz_normalized |
Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən şəxslərin ölkəmizə gətirilməsi davam etdirilir. Bildirilib ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) törədilməsində ittiham edilə... | publikaz_normalized |
Bakıya köçmək istəyir - FOTO/VİDEO":"09:06" "Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan yenidən Azərbaycanda yaşamaq istəyir. “Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”. Erməni deputat Ermənistanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dil... | publikaz_normalized |
Yaxın ətrafı Zalujnının ittihamlarını qəbul etdi":"Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Valeri Zalujnı arasındakı münaqişə “proqnozlaşdırıla bilən” idi və bu yay əks-hücum əməliyyatının uğursuzluğu ilə əlaqədar idi. Nəşrin mənbəsinin sözlərinə görə, Ukrayna Nazir... | publikaz_normalized |
Boğaziçi və Çanaqqala bağlandı":"Güclü tufan nəticəsində Türkiyə bayraqlı “Kadriye Ana” tankeri İstanbul yaxınlığında Mərmərə dənizində quruya çırpılıb. Görülən operativ yardım sayəsində gəmidə olan 12 dənizçi xilas edilib. Mütəxəssislər hazırda neft sızmalarını yoxlayır, çünki tanker təxminən 600 ton dizel yanacağı da... | publikaz_normalized |
Bu gündən... - FOTO":Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək. Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək. | publikaz_normalized |
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu baş tutacaq. “Kəpəz” “Baku Sportinq”lə, “Araz-Naxçıvan” “Kür-Araz”la, “Sumqayıt” “Lerik”lə münasibətlərə aydınlıq gətirəcək. Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” 1/8 finala vəsiqəni təmin ediblər. Bu raundun digər matçla... | publikaz_normalized |
Özəl klinikalarda peyvəndləmə ləğv edilməlidir. Çünki bu gün bu qədər uşağın peyvəndsiz qalmasının başlıca səbəblərindən biri elə özəl klinikalarda peyvəndin baha qiymətə vurulmasıdır. İnsanların verdiyi sual elə bunu göstərir. niyə özəldə bu qədər baha, dövlət poliklinikasında isə pulsuzdur? Qızılca xəstəliyinin Azərb... | publikaz_normalized |
Yaponiya Rusiya və Çin arasında möhkəmlənən ittifaqdan narahatdır. Yaponiyanın Müdafiə Nazirliyinə bağlı Milli Müdafiə Tədqiqatları İnstitutu (NIDS) tərəfindən hazırlanan hesabat yaxın onillikdə ABŞ və Çin-Rusiya bloku arasında artan rəqabətə işarə edir. Tokioda xüsusi narahatlıq doğuran məqam Çin və Rusiya donanması v... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8707" "1 Rusiya rublu" "0,0191" "1 Avstraliya dolları" "1,1307" "1 Argentina pesosu" "0,0047" "1 Belarus rublu" "0,5161" "1 Brazil... | publikaz_normalized |
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulacaq. A qrupunda yer alan Türkiyə çempionu “Qalatasaray” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gələcək. qrup mərhələsi, 5-ci tur 29 noyabr" "A qrupu" "21:45. “Qalatasaray” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) 00:00. “Bayern” (Alman... | publikaz_normalized |
Zəngəzur dəhlizi müzakirə olunacaq":"Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqazda və Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq. Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə hu... | publikaz_normalized |
Zəngilan rayonunda top mərmiləri aşkar edilib. Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
İsrail hökuməti Qəzza zolağındakı qarşıdurmada "humanitar fasilə"nin iki gün müddətinə uzadılması qərarı çərçivəsində azad ediləcək 50 fələstinli qadın məhbusun siyahısını təsdiqləyib. az xəbər verir ki, “Fələstinin cəsur qızı” kimi tanınan Ahed Tamimi də İsrailin azad edəcəyi fələstinlilər siyahısında yer alıb. Beləli... | publikaz_normalized |
İranın pilotsuz təyyarəsi ABŞ-a məxsus gəminin...":"İranın pilotsuz təyyarəsi Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəminin yaxınlığında uçub. İrana məxsus pilotsuz uçuş aparatının beynəlxalq sularda olarkən “Eisenhower” təyyarədaşıyan gəmisinin yaxınlığından uçduğu dəqiqləşdirilir. Dron ope... | publikaz_normalized |
Hindistanda tuneldə qapalı qalan 41 işçi 17 gündən sonra xilas edilib. Xilasetmə bölgəsində gözləyən izdiham dağıntılar arasından keçən borularla evakuasiya edilən ilk işçi qrupunu alqışlarla qarşılayıb. Çıxarılan işçilər ərazidə gözləyən təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Həftənin əvvəlində tunelin qazı... | publikaz_normalized |
PSJ-nin prezidenti Nasser Al-Xəlaifinin diz çarpaz bağ yırtılıb. Mənbənin məlumatına görə, funksioner Dohada Marko Verratti ilə tennis oynayarkən xəsarət alıb. Zədədən sonra Əl-Xəlaifi əməliyyat olunub. Qeyd edək ki, Verratti sentyabrda PSJ-dən "Əl Ərəbi"yə keçib. | publikaz_normalized |
Aşıq Telli Borçalı illər əvvəl müzakirə yaradan açıqlamasına aydınlıq gətirib. Telli “İstəyirəm kişi meyitimi sərsin” fikrini hələ də dəyişmədiyini söyləyib: “Mətanətin verilişində olmuşdu. Soruşmuşdular ki, necə insan xoşlayırsınız? Biri demişdi romantik olsun, digəri demişdi, belə olsun. Mən də dedim ki, istəyərəm me... | publikaz_normalized |
Roman Abramoviç "Çelsi"nin satışından Ukraynaya köçürməyi planlaşdırdığı pul İsrailə verilmək istəyib. Mənbənin sözlərinə görə, bu təklif İsraillə HƏMAS arasında münaqişə başlayandan sonra müzakirə edilib. Qeyd olunur ki, hazırda Böyük Britaniya hökümətli təklifi rədd edib. Nazirlər bunun Rusiyada qınanmamaq üçün “Çels... | publikaz_normalized |
Qəzza Ukrayna deyil":"NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlamalar verib. İrana mesajımız müəyyən qruplardan istifadə edərək münaqişəni yaymamasıdır" ifadələrini işlədib. Müttəfiqlərimiz bölgədə bir növ fəaldır, lakin NATO regionda aktiv deyil",- o bildirib. Beynəlxalq... | publikaz_normalized |
Ağ evdə nələr baş verir?":"Ağ Evin qarşısında aşan yolka bir metaforadır və ABŞ prezidenti Co Baydenin siyasətini simvolizə edir. Co Baydenin prezidentliyinin mükəmməl təsviri”, - Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin sosial media hesabında belə yazılıb. Həmçinin mühafizəkar to... | publikaz_normalized |
Rusiyanın Xalq artisti Mixail Boyarskinin səhhətində problem yaranıb. Vəziyyəti stabilləşən aktyor reanimasiyadan palataya köçürülüb. | publikaz_normalized |
Barselona" argentinalı hücumçu Lionel Messinin gedişindən sonra ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Leonun gedişindən sonra ilk dəfə komanda tilsimi qırıb. Bundan əvvəl Kataloniya klubu ardıcıl iki mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə adlaya bilməyib, iki dəfə turnirin qru... | publikaz_normalized |
Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən Türkiyə vətəndaşı olan həyat yoldaşı Muhammet Gündüzün istintaq prosesi başa çatıb. Cinayət işinə cari il dekabrın 21-də hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq. Qeyd edək ki, hadisə bu il mayın 6-da baş verib. T... | publikaz_normalized |
PSJ 2004/2005 mövsümündən bu yana Çempionlar Liqasının qrup mərhələsinin 5 turundan sonra xal baxımından ən pis nəticə göstərib. 2004/2005 mövsümündə PSJ "Çelsi", "Porto" və CSKA ilə yer aldığı qrupda sonuncu olub. Hazırda PSJ qrupda turnir cədvəlində ikinci yerdədir və hələ Çempionlar Liqasının pley-off mərhələsinə və... | publikaz_normalized |
Rusiyanı parçalamaq və...":"Rusiya prezidenti Vladimir Putin Rus Pravoslav Kilsəsinin çətiri altında keçirilən Ümumdünya Rus Xalqları Şurasına videomüraciət göndərib. Rusiyanın böyük və multikultural bir ölkə olduğunu və ölkəsinin mədəniyyət, adət-ənənə və adət müxtəlifliyinə görə üstünlüyə malik olduğunu bildirən Puti... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.