text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan və Ermənistanın...":"İran Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır və regional sabitliyin möhkəmlənməsinə töhfə verməyə hazırdır. “İran Azərbaycan və Ermənistanın qarşılıqlı fəaliyyət və əməkdaşlıq, o cümlədən hər iki tərəfdən məhbusların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır və bu...
publikaz_normalized
Müğənni Türkan Vəlizadə bir neçə gün əvvəl içdiyi dərmandan şoka düşdüyünü açıqlayıb. O bildirib ki, xəstəxanada vurulan antibiotik onu şoka salıb: Antibiotikdən şoka düşmüşdüm. 4 saat məni ayılda bilmədilər. Mənə olmaz, bunu həkimə deməmişdim. 2018-ci ildə qəza keçirəndə mənə çoxlu antibiotik vurdular. Elə güclü olur ...
publikaz_normalized
Daha ifadə verməyəcək":"ABŞ-ın keçmiş prezidenti Donald Tramp mülki dələduzluq işində bir daha ifadə verməyəcəyini açıqlayıb. Bu gün hakim qarşısına çıxacağı gözlənilən Tramp qərarını dəyişdiyini açıqlayıb. Tramp bununla bağlı sosial media platformasında artıq hər şeyə şahidlik etdiyini qeyd edib. Trampın vəkili Kristo...
publikaz_normalized
“Bakı Metropoliteni” QSC dekabrın 14-də Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Qarabağ" - "Hekken" (İsveç) oyununa görə gücləndirilmiş iş rejimində çalışacaq. “Qarabağ” qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciə...
publikaz_normalized
Quba rayonunun Digah - Xucbala bələdiyyəsinin sədri Veysəl Əhmədov Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Piroğlan Abdullayev barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı rəsmi xəbərdarlıq edib. Belə ki, icra nümayəndəsi P.Abdullayev 2020-2023-cü illər ərzi...
publikaz_normalized
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 6 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bildirilib ki, araşdırmalar zamanı Qusar rayonunun Kirig kəndində, Qəbələ rayonunun Bum bələdiyyəsinə məxsus torpaq sahəsində, Mingəçevir şəhərinin H.Hüseynov, Sum...
publikaz_normalized
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. Müzakirə olunan mövzular arasında Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, ...
publikaz_normalized
Sadəcə ərə gedən qadınların bundan xəbəri yoxdur":"“Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən, kişi və qadın nikaha daxil olarkən öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə...
publikaz_normalized
Kürdləri üsyana çağıran zabitlə bağlı yeni faktlar üzə çıxdı":"Qurtuluş Müharibəsi zamanı kürd üsyanlarının arxasında duran Britaniya kəşfiyyatının zabiti mayor Noellə bağlı yeni arxiv sənədləri üzə çıxıb. Yeni sənədlərə görə, Noel Bədirhan tayfası ilə üsyanlar təşkil edərkən, Mustafa Kamal Paşa bu fəaliyyətlərə qarşı ...
publikaz_normalized
Bakıda toy məclisində qohumunu mahnı sifarişi üstündə bıçaqlamaqda təqsirləndirilən Əmrah Alışovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs isə son söz deyib....
publikaz_normalized
Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şükür Fərəməz oğlu Babayevə yeni vəzifə verilib. Buna qədər sözügedən idarəyə Sadiqov Mehman Beytulla oğlu rəhbərlik edib. Qeyd edək ki, Şükür Babayev 26 iyun 2006-cı ildə Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, 21 dekabr 201...
publikaz_normalized
Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi aprel ayının 2-dək davam edəcək. Həmin tarixdən sonra karantin rejiminin uzadılması hələlik məlum deyil. Rejim tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər ...
publikaz_normalized
Elə qidalar var ki, orqanizmi enerji ilə təmin etmir, əksinə, onu sorur. O, bildirib ki, bu enerji oğruları arasında fəstfudlar da var. Söhbət doymuş hidrogenləşdirilmiş və trans yağlarda bişirilən məhsullardan gedir. Bunlar çipslər, krakerlər və qızardılmış kotletlərdir. Bədən bu cür qidaları emal etmək üçün çox enerj...
publikaz_normalized
Azerinfo.az saytının rəhbəri həbs edilib. Saytın təsisçisi İbrahim Hümbətov Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
publikaz_normalized
KARMA QANUNLARI":"2024-cü ilə təmiz vicdanla başlamaq üçün keçmişdəki karma borclarınızı silməlisiniz. "İnsanlar “karma” sözünə mənfi məna yükləməyə öyrəşiblər. Əksər insanlar bilmir ki, əslində karma Kainatın tarazlığının əsas qoruyucusudur və buna görə də, bu anlayışı keçmiş səhvlərin cəzası və cəriməsi kimi qəbul ed...
publikaz_normalized
Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərara əsasən hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb...
publikaz_normalized
Bankın keçirdiyi lotereyanın reklamının məzmununda qanunvericiliyin tələbinin pozulması ilə bağlı televiziya kanallarına xəbərdarlıq edilib. Bu gün keçirilən iclasda oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub. Audiovizual Şura ilə Antiinhi...
publikaz_normalized
Dövrün təhlili göstərir ki...":"Cənab Prezidentin dünyanın aparıcı televiziya kanallarına verdiyi mühabilər və müxtəlif aspektlərlə bağlı səsləndirdiyi fikirləri hər zaman böyük maraq doğurur və yüksək qiymətləndirilir. Çünki bu müsahibələr özündə bir çox məsələlərlə yanaşı həm də dünya birliyinə ciddi mesajları ehtiva...
publikaz_normalized
Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin səyləri nəticəsində bu gün qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Az...
publikaz_normalized
Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən təyin olunub. O, artıq vəzifəsinin icrasına başlayıb. O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur. Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş...
publikaz_normalized
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 11-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin sədri qonşu, dost və tərəfdaş ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsrlər boyu dostluq və mehriban qonşuluq mü...
publikaz_normalized
Salyan rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin sabiq müdiri Xanış Abbasova hökm oxunub. Sabiq şöbə müdiri 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş cəza 2 il şərti c...
publikaz_normalized
Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb. Bundan əlavə,sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillən...
publikaz_normalized
11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Nazirlər iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini ...
publikaz_normalized
yaralıların son durumu açıqlandı":"Qusarda sərnişin mikroavtobusu Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qusar rayonunun Xürel kənd sakinləri olan yaralıların adları: - Lamunat Misənnif qızı Bədəlova," "- Milyanə Vəzirxan qı...
publikaz_normalized
Ötən gün sərnişinləri avtobusla yolda qoyub gedən sürücü işdən çıxarılıb. Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutd...
publikaz_normalized
Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Rzayev Namiq İbrahim oğlunun ekstradisiyası haqqında qərar qəbu...
publikaz_normalized
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim...
publikaz_normalized
Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib. Bildirilib ki, xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı ...
publikaz_normalized
Karate üzrə Azərbaycan yığması İtaliyanın Venesiya şəhərində gənclər arasında Karate 1 Liqasını iki medalla başa vurub. Kata növündə isə Salman Salmanov bürünc medal uğrunda görüşdə rəqibinə qalib gələrək üçüncü yeri tutub.
publikaz_normalized
Suriyanın Hasekə vilayətinin Əş-Şəddadi şəhərində yerləşən ABŞ hərbi bazasında partlayışlar baş verib. Partlayışların raket hücumları nəticəsində törədildiyi ehtimal edilir.
publikaz_normalized
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Həmin şəxslər ...
publikaz_normalized
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini dərk edir. “Azərbaycan COP29-un keçirilməsi məsələsində BƏƏ və Braziliya ilə - COP28 və COP30-un ev sahibləri ilə sıx əməkdaşlıq edəcək”, - nazir qeyd edib.
publikaz_normalized
ölü və yaralılar var - FOTO":"Qarabağdakı Rusiya sülhməramlı kontingentinə aid BTR Xankəndidə qəzaya uğrayıb. Qəza nəticəsində bir rusiyalı hərbçinin öldüyü, ikisinin yaralandığı bildirilib. Yaralılar Xankəndidəki tibb məntəqəsinə yerləşdirilib.
publikaz_normalized
Özünü güllələdi - FOTO":"Ermənistanda iş adamı intihara cəhd edib. güllə yarası ilə xəstəxanaya aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, hadisə yerinə gələn Vağarşapat polisi müəyyən edib ki, restoranın sahibi iş otağında özünə məxsus ov tüfəngi ilə intihara cəhd edib. Xəstəxanada Vardan H.-nin döş qəfəsi nahiyəsi...
publikaz_normalized
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 943:2023 “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər (quraşdırılması, ölçüləri və xüsusiyyət...
publikaz_normalized
Bakıda inzibati binada yanğın olub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Sumqayıtda ikimərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.
publikaz_normalized
NATO-nun baş katibi Yens Stoltenberq Səudiyyə Ərəbistanına səfər edəcək. Məlumata görə, səfər 12-13 dekabr tarixlərində baş tutacaq. O, müdafiə naziri Xalid bin Salman Əl Səud və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.
publikaz_normalized
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırma...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak məqsədilə Belçika Krallığına işgüzar səfəri çərçivəsində Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib. Görüş zamanı nazir Ceyhun Bayramov Slovakiya nazi...
publikaz_normalized
İrlandiyanın baş naziri Leo Varadkar İspaniya, Malta və Belçika liderləri ilə birlikdə Qəzzada davamlı atəşkəsə nail olmaq niyyətində olduğunu açıqlayıb. L.Vardakar Avropa İttifaqı (Aİ) ölkələrinin hökumət başçıları ilə Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Brüsselə getdiyini bildirib. Ona İspaniya, Malta və Belçika ...
publikaz_normalized
Yevlax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
O bəyanatlar situativ xarakteri daşıyır: yəni Azərbaycan hansı, Ermənistan hansı sözləri işlədir? Həmin ritorika faktlara və situasiyaya görə dəyişə bilər, əsas problem odur ki, bu gün həqiqətən sülhü təmin edən müqavilənin imzalanması üçün mühit yoxdur. O bildirib ki, dekabrın sonuna qədər bəlkə də hansısa sənəd imzal...
publikaz_normalized
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasının sayını artıracaq. “Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib”-deyə, o bildirib.
publikaz_normalized
Ermənistan və Fransa xarici işlər nazirləri Ararat Mirzoyanla Ketrin Kolonna İrəvan-Bakı münasibətlərindəki son vəziyyətdən danışıblar. Danışıqlar Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə edilib.
publikaz_normalized
Sosial şəbəkələrdə Kürdəmir rayonunun Muradxan kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı yeniyetmənin nənəsi bildirib ki, nə nişan olub, nə də toy: “Dedim ki, bu işə razılığımız yoxdur. 18 yaşı tamam olsun, həddi-büluğa çatsın, ondan sonra gələrlər, apararlar”. Daxili İşlər Na...
publikaz_normalized
Biz Rusiya prezidenti Vıadimir Putinə güzəştə getməyəcək. “Onun (Putinin) dediyi heç bir şey doğru deyil. O, Ukrayna xalqına maraqlı deyil. Mən insanları aldada bilmirəm. Sözünün heç bir dəyəri olmayan insanla…”, – deyə Zelenski əlavə edib.
publikaz_normalized
Dekabrın 10-da Ceyranbatan qəsəbəsində kombi aparatında baş verən partlayışdan belə qənaətə gəlmək olar ki, ən təhlükəsiz hesab etdiyimiz bu qurğularda da qaz sızması ola bilər. Bəs bu partlayışın baş verməməsi üçün nələrə diqqət etmək lazımdır? “Belə cihazlar mənzil daxilində deyil, kənarda – eyvanda, həyətdə quraşdır...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib. #HeydərƏliyev #HeydarAliyev pic.twitter.com/FvWe8rcPCu
publikaz_normalized
Danimarkanın Moskvadakı səfiri Yakob Henninqsen Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. “Rusiya Xarici İşlər Nazirliyi Danimarkanın Moskvadakı səfiri Yakob Henninqseni xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı Danimarka mətbuatında yaydığı təxribat xarakterli bəyanatları ilə əlaqədar çağırıb”, - nazirlikdən...
publikaz_normalized
Həftənin ilk “Açıq mikrofon” aksiyası Cəlilabad rayonunun Qarakazımlı kəndində baş tutub. Rayonun Babaxanlı, Qarakazımlı, Zərbəli, Sarxanlı, Moranlı, Dələli kənd sakinləri sözügedən kəndlərin təbii qazla təmin olunmasını xahiş ediblər. Görüş iştirakçılarına SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bölgələrdə h...
publikaz_normalized
Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam. Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir. Görüşdə, həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yunanıstanlı həmkarı Giorgos Gerapetritislə görüşüb. Baş diplomatlar Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər. Tərəflər iqtisadiyyat, enerji təhlükəsizliyi və regional vəziyyətdə əməkd...
publikaz_normalized
Ukrayna Rusiya ordusunun səhər saatlarında paytaxt Kiyevə ballistik raketlərlə hücuma keçdiyini açıqlayıb. Bildirilib ki, Rusiyanın bu gecə “Şahed” model pilotsuz uçuş aparatları (PUA) ilə, səhər saatlarında isə ballistik raketlərlə Ukrayna ərazisinə hücum edib. Açıqlamada, ümumilikdə 18 Rusiya PUA-nın aşkar edildiyi, ...
publikaz_normalized
Şuşada Yeni il bayramı keçirənlər üçün təklif olunan paket sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Xatırladaq ki, işğaldan azad edilən Şuşa şəhərində ilk dəfə Yeni il şənlikləri keçiriləcək. “Şuşa” otelində bayram şənliyində iştirak etmək istəyən 2 nəfər üçün paket (2 gecə, 3 gün) 2500-3500 manat civarındadır...
publikaz_normalized
Dünya üçün çox vacib olan iqlim dəyişikliyi ilə bağlı əsas BMT qlobal forumu - COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edirəm. O, forumla bağlı Azərbaycana uğurlar arzulayıb.
publikaz_normalized
Polşa Seymi dekabrın 11-də keçirilən iclasında Donald Tuskun ölkənin baş naziri postuna namizədliyini dəstəkləyib. 248 deputat lehinə, 201 deputat əleyhinə səs verib. “Təşəkkürlər Polşa, bu, həqiqətən də gözəl gündür. Mənim üçün deyil, illər keçdikcə hər şeyin daha da yaxşılaşacağına və qaranlığı və şərdən uzaqlaşacağı...
publikaz_normalized
Fələstin-İsrail münaqişəsi nəticəsində Qəzza zolağında 86 jurnalist həlak olub. Qeyd olunub ki, ölənlərin üçü qadındır. Ötən həftə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Yaxın Şərqdə yeni gərginliyin başlamasından bəri Qəzza zolağında 63 media işçisinin öldüyünü təsdiqləyib.
publikaz_normalized
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Qeyd olunub ki, nazirlər telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı regional vəziyyətin gündəliyinə dair bəzi məsələlərə, o cümlədən Qəzza zolağında ...
publikaz_normalized
Yarım saata 50 min qazanan ifaçılar - SİYAHI":"Azərbaycanda müğənnilərin Yeni illə bağlı tədbirlərdə iştirak üçün tələb etdikləri məvacib bəlli olub. Məlum olub ki, ən yüksək qonorar yarım saatı 50 min manat olmaqla Xalq artistləri Röya Ayxan və Aygün Kazımovaya məxsusdur. Sonrakı yerləri isə bu qiymətlərlə adları aşağ...
publikaz_normalized
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib. Məlumata əsasən, hava əməliyyatı yerli vaxtla saat 17:00-da həyata keçirilib, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib. Qeyd olunub ki, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükə...
publikaz_normalized
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlı...
publikaz_normalized
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Xatırlayırıq, sevirik, hörmətlə anırıq”. " "A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)" "Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə q...
publikaz_normalized
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 30-cu ildönümü münasibətilə Ankarada yubiley ziyafəti təşkil edilib. Yubiley münasibəti ilə türk dünyasında müxtəlif bayram tədbirləri təşkil olunduğunu xatırladan TÜRKSOY rəhbəri bu çərçivədə quruma töhfələr verən siyasilərə, elm və mədəniyyət adamlarına ...
publikaz_normalized
Test və ya söhbətlərdə bacarıqlarınızı aşkarlamağa çalışın":" "Qoç - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Günün ikinci yarısında yeni sifariş ola ...
publikaz_normalized
Göyçayda 9-cu sinif şagirdi faciəvi şəkildə ölüb. O, başından aldığı ağır xəsarət səbəbindən hadisə yerindəcə keçinib.
publikaz_normalized
11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/AB Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşüb. Görüş zamanı "Şərq Tərəfdaşlığı" çərçivəsi də daxil olmaqla...
publikaz_normalized
Türkiyə çempionatında XV turu çərçivəsində “Ankaragücü” – “Rizəspor” matçından (1:1) sonra dava düşüb. Daha sonra hakim polislərin köməyi ilə stadiondan çıxarılıb.
publikaz_normalized
Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middlton Miladdan əvvəl ənənəvi ailə fotosu çəkdiriblər. Fotodan hər il olduğu kimi, bu il də rəsmi bayram kartlarında istifadə olunacaq.
publikaz_normalized
Dekabrın 11-də Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi münasibətilə tədbir təşkil olunub. Sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın milli kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
publikaz_normalized
Kirayə haqqı və yolpulu verilə bilər - VİDEO":"Tələbələrin nəqliyyat və kirayə pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılması hədəflənir. O deyib ki, bu məqsədlə müəyyən mexanizm təklif edilir. Yeniliklərdən biri əvvəllər Fondun standart paketindən istifadə edərkən tələbənin ödədiyi 20%-lik vəsaitl...
publikaz_normalized
ABŞ Ukraynaya döyüş meydanında uğur qazanmağa və qarşıdakı illərdə Rusiyanı çəkindirə biləcək ordu qurmağa kömək etməyə sadiqdir. “Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Ukraynaya öz döyüş qabiliyyətini möhkəmləndirmək və genişləndirməkdə, qarşıdakı illərdə Rusiyanın təcavüzünə qarşı mübarizə apara biləcək g...
publikaz_normalized
Fransanın daxili işlər naziri Jerald Darmanin istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib, lakin dövlət başçısı bu tələbi rədd edib. Bildirilib ki, Milli Məclis onun hazırladığı miqrasiya qaydalarını sərtləşdirən qanun layihəsinə baxmaqdan imtina etdikdən sonra Daxili İşlər Nazirliyinin rəhbəri istefa ərizə...
publikaz_normalized
Argentina Ukraynadakı münaqişənin həlli üçün Latın Amerikası liderlərinin sammitini keçirəcək. Onun sözlərinə görə, sammitin keçirilməsini Ukrayna Prezidenti Volodimir Zelenski və argentinalı həmkarı Xavyer Mayli müzakirə ediblər. Sammit 2024-cü ilin əvvəlinə planlaşdırılıb.
publikaz_normalized
Ukraynanı dəstəkləməyə davam etməliyik. “İctimaiyyətdəki yorğunluğun fərqindəyəm. Amma geri addım atmaq yanlış olar. Bu münaqişənin həllinin əsas yolu Ukraynanın rəqabətədavamlı olmasına imkan verməkdir. Ukraynanın müqaviməti bizi müharibədən uzaqda saxlayır. Yəni, dəstəyi davam etdirmək doğru addımdır. Çünki beynəlxal...
publikaz_normalized
Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 900 milyon dollar dəyərində üçüncü kredit tranşını ala biləcək.
publikaz_normalized
Qəzzada girovların azad edilməsi ilə bağlı yeni razılaşmanı nəzərdən keçirə bilərik. “Girovlarla bağlı yeni razılaşmalar barədə təkliflər olacaq”, - deyə nazir bildirib. Qeyd edək ki, bundan öncə İsrail və HƏMAS arasında humanitar razılaşmaya əsasən qarşılıqlı olaraq girovların bir hissəsi azad edilmişdi.
publikaz_normalized
Azərbaycanda hər bayramda bahalaşma müşahidə edilir”. Ekspert bildirib ki, Avropa, Türkiyədə bayram ərəfəsində qiymətlər aşağı düşəndə Azərbaycanda, əksinə, məhsulların və xidmətlərin bahalaşma prosesi gedir: “Nə qədər ki, inhisarçılığa son qoyulmayıb, bu proses davam edəcək. Bütün sahələrdə, o cümlədən turizm sektorun...
publikaz_normalized
Bu gün Əməkdar artist Babək Niftəliyev oğlu Ömərə kiçik toy edir. Xanəndə gecəyə sənət dostlarını da dəvət edib. Qeyd edək ki, sənətçinin Mehdi və Cavidan adlı daha iki oğlu var. Məclisdən görüntüləri təqdim edirik:
publikaz_normalized
Türkiyəli aktyor-müğənni Mahsun Kırmızıgülün baş rolunu canlandıracaği "Güzel atlar diyarı" serialına yeni aktyorlar daxil olub. Qeyd edək ki, serial "Kanal D" kanalında yayımlanacaq.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu övladı Məmmədə İstanbulda toy edib. Bu barədə ifaçı "Xəzər axşamı" verilişində danışıb: Elarizin oğlunun toyunun olacağını bilmirdim. Musiqiçilərlə birlikdə təyyarə biletlərimizi almışdı. Bir neçə qohumlarının toyunu idarə etmişəm. Dedi, yaxın adamlarımızdır, istəyirlər ...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə keçirilən görüşdə eyni zamanda Avropa Komis...
publikaz_normalized
Direktor müəllimi döyüb? - VİDEO":"Samuxda müəllimlə direktor arasında insident baş verib. 48 yaşlı ibtidai sinif müəlliminin 38 yaşlı direktor tərəfindən döyüldüyü iddia edilib. Söhbət Samuxun Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdən gedir. İbtidai sinif müəllimi Şəhla Qasımovanın sözlərinə görə, direk...
publikaz_normalized
Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur. Azərbaycanın öz haqlı narahatlığını hərtərəfli və açıq şəkildə ifadə etməsinə baxmayaq, bəzi Aİ üzv dövlətləri tərəfindən qızışdırıcı ritorikanın ...
publikaz_normalized
Ulu öndər Heydər Əliyevin əsas hədəfi işğal altındakı torpaqlarımızın azad edilməsi idi və o, ölkəyə rəhbərliyi dövründə bu hədəfinə nail olmaq istiqamətində əzmlə çalışdı. Ömrü torpaqlarımızın azad edilməsini görməyə vəfa etməsə də, qazanılan qələbə Prezident İlham Əliyevin məhz Heydər Əliyev strategiyası üzərindən hə...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib. ““Ankaragücü” – “Rizespor” matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq ...
publikaz_normalized
Ürək-damar sisteminin yaxşı işi keyfiyyətli qidadan başlayır. Bəs rasiona hansı qidalar əlavə olunmalıdır ki, infarktdan qorunaq? “Damarların xroniki xəstəlikləri infarkt və insultun əsas səbəbidir. Ürək-damar sisteminin ömrünü uzatmaq üçün 6 qrup qidaları qəbul etmək lazımdır: - Balıq, balıq yağı – yağlı növ" "- Zeytu...
publikaz_normalized
Türkiyə Super Liqasının 15-ci turunda keçirilən matçdan sonra hakim Halil Umut Melərin döyülməsinə görə bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb. Onun sözlərinə görə, hakim Halil Umut Melərə belə hücum edilməsi onu çox narahat edib: “Bu xain hücum təkcə hakimə deyil, bütün türk futboluna qarşı edilən hərəkət...
publikaz_normalized
Qəzzada 7 oktyabrdan baş verən hücumlarda ölənlərin sayı 18 mini keçib. Bildirilib ki, 7 oktyabrdan bu yana ölənlərin sayı 18 min 205 nəfərə çatıb. Yaralananların sayı isə 49 min 645-ə yüksəlib.
publikaz_normalized
Los-Ancelesdə (ABŞ) 81-ci “Qızıl Qlobus” mükafatına namizədlərin siyahısı açıqlanıb. Kristofer Nolanın bioqrafiyası dram, Qreta Qerviqin filmi komediya/musiqili komediya kimi təsnif edilib. Hər iki müəllif əlavə olaraq rejissorluq və ssenari üzrə namizəd olublar. Əsas mükafatlara “Çiçək Ayın Qatilləri” (Killers of the ...
publikaz_normalized
Respublikaçı partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) canlı yayım zamanı mobil telefonun mikrofonunu açıq qoyub və İlon Mask da daxil olmaqla bir neçə məşhur amerikalı ilə canlı yayımda ayaqyoluna baş çəkib. Ramasvami mikrofonun söndürülmədiyini öyrənən kimi tr...
publikaz_normalized
Xalq artisti Mələkxanım Eyubova oğlu Nicatın fotosunu sosial şəbəkədə yayımlayıb. Doğum günün mübarək, canım oğlum. Nə yaxşı ki, varımızsan" deyə, M.Əyyubova paylaşımına yazıb. Qeyd edək ki, M.Eyubovanın 4 övladı var.
publikaz_normalized
Şimali Koreya lideri Kim Çen In KXDR-ə qarşı sərt sanksiyalara baxmayaraq, “Maybach” markalı avtomobil alıb. Bildirilib ki, araşdırmalar zamanı onun öz avtomobilini 2019-cu ildə buraxılmış “Mercedes-Maybach S650”-lə əvəzlədiyi aydın olub. Qeyd olunub ki, Kim Çen In sentyabr ayında Rusiyaya səfəri zamanı köhnə avtomobil...
publikaz_normalized
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva öz “Instagram” səhifəsində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. " "A post shared by Official page of Leyla Aliyeva (@leyla999)" "Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib...
publikaz_normalized
Ölənlər var":"Avstraliya qitəsinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 08:50-də (Bakı vaxtı ilə 01:50) Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilydale ərazisində elektrik xətti ilə toqquşub. Hadisə yerində polis əməkdaşları, o cümlədən təcili tibbi yardım briqad...
publikaz_normalized
Bakının 15 yolunda tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;" "3. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;" "4....
publikaz_normalized
İnsanlar çox vaxt kəskin respirator virus infeksiyaları (KRVİ) və qripdə özünümüalicə ilə məşğul olurlar, çünki onlar artıq mövsümi soyuqdəymələrə öyrəşiblər. Ancaq pandemiyadan sonra bütün dünyada KRVİ, qrip və COVID-19-un paralel dalğası var. Belə şəraitdə dəqiq diaqnoz qoyulmadan özbaşına müalicə etmək olmaz. Həkim ...
publikaz_normalized
Ulu öndər Heydər Əliyevin 1994-cü ildə oğlu, Prezident İlham Əliyevlə Məkkə ziyarətində etdiyi duaları əks etdirən kadrlar yenidən gündəm olub. Sosial şəbəkələrdə videonu paylaşan izləyicilər artıq bu arzuların gerçəkləşdiyini, duaların yerinə yetdiyini qeyd edirlər. Ali Baş Komandan İlham Əliyev də 2020-ci ildə işğald...
publikaz_normalized
Əfqanıstanın şimal-qərbində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. “Zəlzələnin episentri Əfqanıstanın Almatı şəhərindən 890 km cənub-qərbdə yerləşib. Zəlzələnin enerji sinfi 11,9, maqnitudası isə 5,7 olub”, - məlumatda deyilir. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib. Xatırladaq ki, oktyabrın 7-də Herat ...
publikaz_normalized