text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Türkiyədə “Rizespor”la oyunun sonunda hakim Halil Umut Melərə hücum edən “Ankaragücü” klubunun prezidenti Faruk Koca xəstəxanaya yerləşdirilib. “O, hüquq-mühafizə orqanlarımızın nəzarəti altında xəstəxanada müalicə olunur. Müalicədən sonra saxlanma prosedurları həyata keçiriləcək. Daha bir neçə nəfər də hakimə hücum et... | publikaz_normalized |
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib. Qardaş Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Ömrünü xalqına və qardaşlığa həsr edənlər daim ürəklərdə yaşayır. | publikaz_normalized |
Norveçin neft və kimyəvi maddələr daşıyan “Strinda” gəmisi Qırmızı dənizdə hücuma məruz qalıb. Hadisə Yəmənin Moha limanının qərbində baş verib. Bölgədə artan hücumlar səbəbindən Kral Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi gəmilərə ayıq-sayıq qalmalarını və şübhəli fəaliyyətlər barədə mərkəzə məlumat vermələri... | publikaz_normalized |
Yeni strategiya hazırlanır":"Vaşinqton general-leytenant Antonio Aqutonu Kiyevə göndərməyi planlaşdırır. O, yeni hərbi strategiya hazırlayacaq. “Ukrayna və Amerika hərbi liderləri indi Kiyevin şanslarını canlandırmaq üçün yeni strategiya hazırlayırlar. Çox güman ki, gələn ildən həyata keçirməyə başlayacaqlar”, - qəzet ... | publikaz_normalized |
Təpikləyib...":"Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskidən istifadə etdiyini və onu lazımsız kukla kimi zibil qutusuna atacağını bildirib. Onun sözlərinə görə, imperializm nümayəndələri ilk dəfə deyil ki, kukla düzəldir, ondan istifadə edir, sonra isə atırlar. Nümunə olaraq o, im... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib. “Ömrünü dövlətimizin inkişafı, gələcəyi, xalqımızın rifahı və firavanlığına həsr etmiş, memarı olduğu müstəqil Azərbaycan var olduqca daim qəlbimizdə əbədi yaşayacaq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini... | publikaz_normalized |
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkə... | publikaz_normalized |
UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start veriləcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Bu matçda mümkün bərabərlik və “Mançester Yunayted”in qələbəsi “ci... | publikaz_normalized |
Belə bombalarımız var":"İsrail ordusu inventarında ağ fosfor olan tüstü bombalarının olduğunu açıqlayıb. Açıqlamada bildirilib ki, ağ fosfor ehtiva edən, kamuflyaj məqsədi ilə hazırlanmış, hücum və ya yanğın törətmək məqsədi daşımayan tüstü bombaları var. Bəyanatda, İsrail ordusunun bir çox Qərb ordusu kimi beynəlxalq ... | publikaz_normalized |
ABŞ-a sənədsiz, vizasız uçdu: Bunun neçə baş verdiyini özü də izah edə bilmir":"Rusiyalı iqtisadçı Kopenhagendən Los-Ancelesə aviabilet, pasport və vizasız uça bilib. Lakin həmin şəxs bütün bunların necə baş verdiyini izah edə bilməyib. Sergey Oçiqavanın noyabrın 4-də Los-Ancelesdə yerləşən hava limanının pasport nəzar... | publikaz_normalized |
Tatar "Mossad"ın böhtanına sərt reaksiya verdi":"KKTC lideri Ersin Tatar İsrailin hücuma hazırlaşdığını iddia etdiyi iki iranlının həbsi ilə bağlı "Şimali Kipr terrorun tranzit bazasına çevrilib" açıqlamasına çox sərt reaksiya verib. Tatar, "İsrailin KKTC-də problemi və ya narahatlığı varsa, bizimlə əlaqə saxlasınlar" ... | publikaz_normalized |
Bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0.0188 manata, Avro 1.8301 manatadək bahalaşıb. | publikaz_normalized |
ölən və yaralananlar var":"İsveçrənin Valais bölgəsində baş verən silahlı hücumda 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Polisdən verilən açıqlamada cinayətkarın 2 fərqli nöqtədə atəş açması nəticəsində 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib. Açıqlamada, ilkin araşdırmaya görə, 36 yaşlı cinayətkarın atəş açdığı ş... | publikaz_normalized |
Artıq bəsdir":"Türkiyədə futbol çempionatları qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə qərar "Ankaragücü" - "Rizəspor" matçının (1:1) sonunda yaşanan qalmaqaldan sonra verilib. Bütün liqaların oyunlarını müddətsiz olaraq təxirə saldıq. Futbol matçları müharibə deyil, sonunda ölüm yoxdur. Bütün komandalar eyni an... | publikaz_normalized |
Böyrəklərindən 300 daş çıxarıldı - FOTO":"Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yunun böyrəklərindən 300-dən çox daş çıxarılıb. Yu təcili cərrahiyyə əməliyyatına aparılıb. Uğurlu əməliyyatdan sonra Yunun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox daş çıxarılıb. Əməliy... | publikaz_normalized |
Nəyə işarə ediblər?":Geyim markası “Zara”nın son reklam kampaniyasının görüntüləri hiddətə səbəb olub. İstifadəçilər kampaniya fotolarının onlara Qəzzadakı qətliamı xatırlatdığını bildiriblər və markanı boykot etməyə çağırıblar. Markanın bütün sosial media platformalarında yayımlanan 'Zara Atelier' kolleksiyasının kamp... | publikaz_normalized |
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycan müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar iştirak edirlər. | publikaz_normalized |
Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub. Bununla portuqaliyalı superulduz "Mançester Siti"nin forvardı Erlinq Haalanda çatıb. Bayern"in futbolçusu Harri Keyn 49 qolla 2023-cü ilin bombardirləri yarışında 3-cüdür. Bu yarışda qalib olmağa namizədlərdən biri olan PSJ-nin ulduzu Kilian Mbapp... | publikaz_normalized |
HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra Almaniyanın gündəmində İslamla bağlı müzakirələr ön plana çıxsa da, müxalifətin əsas qanadı olan Xristian Demokratik Birlik Partiyasının (CDU) İslam və müsəlmanlar haqqında yeni anlayış əldə etmək istədiyi ortaya çıxıb. Qeyd edək ki, Angela Merkelin dövründə Federal Daxi... | publikaz_normalized |
İndi və ya heç vaxt":"Çexiya Baş Qərargahının rəhbəri Karel Rzeqka potensial müharibədən qaçmaq üçün Rusiyanı qorxutmağa çağırıb. General “indi və ya heç vaxt” deyərək münaqişənin arzuolunmaz eskalasiya nəticəsində və ya rəqibin toqquşmanın qaçılmazlığına əmin olduğu anda baş verə biləcəyini bildirib. Rzeqka Avropanın ... | publikaz_normalized |
Xankəndi şəhər stadionunda bir müddətdir davam edən yenidənqurma işləri yekunlaşmaq üzrədir. Stadionun maksimum 2-3 gün ərzində təhvil verilməsi gözlənilir. Sosial şəbəkələrdə stadionun yeni görüntüsü yayılıb. Fotoda tribunaların üzərinə "Xankəndi" sözünün əks edildiyi görünüb. Bu da izləyilər tərəfindən qürurla qarşıl... | publikaz_normalized |
“12 dekabr böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Məhz Ulu Öndərin parlaq zəkası və siyasi uzaqgörənliyi ölkəmizi 1991-ci ildən 1993-cü ilə qədər davam edən hökumət və dövlət böhranından xilas etdi.1991-1992-ci illərdə ölkə rəhbərliyinin sər... | publikaz_normalized |
Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun matçının təyinatları bəlli olub. FIFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto ... | publikaz_normalized |
Azərbaycan və Türkiyə ordusu Ermənistana belə girəcək":"10:25" "Azərbaycanlıların Ermənistana qayıtması gələcəkdə saatlı bombaya çevriləcək. O, Bakının hər iki tərəfin milli azlıqlarla bağlı şərtini nəzərdə tutaraq belə deyib. Söhbət ermənilərin Qarabağa, azərbaycanlıların isə Ermənistana qayıtmasından gedir. Bu, kifay... | publikaz_normalized |
Dekabrın 10-da Goranboyun Xanqərvənd kəndində Göyçay rayon sakini 15 yaşlı Sadiq Qurbanovun öldüyü hadisənin təfərrüatı məlum olub. Belə ki, dərs olmayan gün Sadiq Goranboyda usta işləyən qohumu ilə birgə bu rayonun Xanqərvənd kəndinə yollanıb. Ustaların işlədiyi ərazidə olarkən Sadiq də Xanqərvənd kənd bələdiyyəsinin ... | publikaz_normalized |
“Bakı İlahiyyat Kollecinə hər il cəmi 20 tələbə qəbul olunacaq”. Komitə sədri bildirib ki, İlahiyyat İnsitutu kimi kollecdə də təhsil ödənişsiz əsaslarla olacaq. Qeyd edək ki, dekabrın 11-də Baş nazir Əli Əsədov “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin ... | publikaz_normalized |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa... | publikaz_normalized |
Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib. Onun sözlərinə görə, iclasda Prezidentliyə namizəd irəli sürüləcək: 2021-ci ildə keçirilən sonuncu q... | publikaz_normalized |
Tehran İrəvanı satacaq, Bakıya yaxınlaşacaq":"Məlum olduğu kimi, İran prezidenti İbrahim Rəisi dekabrın 7-də Moskvaya bir günlük səfər edib. Məqsəd Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq olub. Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının prezidenti də Yaxın Şərqdə səfərdə olub. İranın “Mehr” xəbər ... | publikaz_normalized |
Afra Saraçoğlu "Yalı Çapkını" serialından ayrılacaq. Belə ki, Seyran və Fərid obrazları həmişəlik ayrılacaqlar. Hətta Afra Saraçoğlunun serialla necə vidalaşacağı ilə bağlı ssenari də yazılıb. Məlumat üçün bildirək ki, Afranın ötən həftə jurnalistlərlə söhbət zamanı serialda nələr olacağı ilə bağlı ipucu verməsi əsərin... | publikaz_normalized |
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. | publikaz_normalized |
Yaponiyanın ən yaşlı sakini Fusa Tatsumi 117 yaşında vəfat edib. Tatsumi 1907-ci il aprelin 25-də anadan olub. O, 2022-ci ilin aprelindən bəri ən yaşlı yapon qadını hesab olunurdu. Ailəsinin dediyinə görə, o, normal həyat tərzi keçirib və uzunömürlülüyünün sirri düzgün və nizamlı qidalanma olub. Los-Ancelesdəki Geronto... | publikaz_normalized |
Ukrayna prezidenti Vladimir Zelenski seçkilərin ləğvi qərarından əl çəkməsə, o zaman ölkədə çevriliş baş verə bilər. Deputatın sözlərinə görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin “Avropa İttifaqının Zelenskinin dəyişdirilməsi zərurətini müzakirə etdiyi” barədə xəbərləri əsassız deyil. “Zelenski seçki keçirməmək istəyind... | publikaz_normalized |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı azad olunan ərazilərdəki məscidlərə din xadimi təyinatı barədə danışıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu istiqamətdə geniş işlər görür: “Bu yaxınlarda Şuşanın Yuxarı Gövhərağa məscidinə imam təyin edilib. Digər məscidlərdə təmir işləri başa ça... | publikaz_normalized |
Telejurnalist Xoşqədəm Hidayətqızının 2 iti evdən qaçıb. O ağlayaraq itlərini görən adamlardan yardım istəyib. Həmin görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub. | publikaz_normalized |
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Sonra görkəmli oftalmoloq-alim, akadem... | publikaz_normalized |
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. O Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət, türk dünyasının dahi övladlarından biri olan Ulu Öndər Heydər Əliyevi rəhmət, minnətdarlıq və həsrətlə yad etdiyini a... | publikaz_normalized |
Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz növbəti paylaşımı ilə diqqət çəkib. Novruzla bərabər qızı Ayan da ad çəkmədən bir nəfərdən danışıblar. Onlar ard-arda paylaşdıqları videolarda sözügedən şəxsin artıq ailələrindən çıxmış biri olduğunu qeyd ediblər. Yayılan videolarda bir bəy və xanımın səsi eşidilib. ... | publikaz_normalized |
Bütün xainlərə xəbərdarlıqdır - FOTO":"Ukrayna Təhlükəsizlik Xidməti ötən həftə öldürülən keçmiş deputat İlya Kyvanın son görüntülərini paylaşaraq, bunun düşmənin tərəfinə keçən bütün xainlərə xəbərdarlıq olduğunu açıqlayıb. Ukrayna prezidenti Zelenskinin siyasətini tənqid edən 46 yaşlı İlya Kyva Suponevo kəndində gəzi... | publikaz_normalized |
Sasseks hersoqu "Mail on Sunday" nəşriyyatına qarşı məhkəmə çəkişməsini uduzub və indi 62.000 dollar məbləğində təzminat ödəməlidir. 39 yaşlı hersoq 2022-ci ilin fevralında dərc edilmiş məqaləyə görə nəşri məhkəməyə vermiş və onun PR komandasının Daxili İşlər Nazirliyinə qarşı iddianın təfərrüatlarını ictimaiyyətdən gi... | publikaz_normalized |
Layihə uşaqlar üçün nəzərdə tutulmuş beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında həyata keçirilir" "Azercell şagird və valideynlər üçün “Təhlükəsiz internet” layihəsinə start verir. Layihənin məqsədi şagirdləri onlayn təhdidlər barədə, valideynləri isə övladlarının onlayn məkanda üzləşə biləcəkləri təhlükələr... | publikaz_normalized |
2023-cü ildə bu səbəbdən 40 mindən çox insan ölüb":"2023-cü ildə ABŞ-da silahlı hücumlar və bununla bağlı zorakılıqlar nəticəsində 40 min 597 nəfər həlak olub. Hesabata görə, 2023-cü ildə 17 min 827 nəfər silahlı hücumlarda, 22 min 770 nəfər isə intihar nəticəsində ölüb. "Hesabatda 2023-cü ildə 0-11 yaş arasında 280, 1... | publikaz_normalized |
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli hansısa bir zonada güclü zəlzələnin baş verməsi ehtimalının olmadığını bildirib. Ancaq narahatlığa heç bir əsas yoxdur". | publikaz_normalized |
Appendisit şübhəsilə xəstəxanaya daxil olan şəxsin nadir hallarda akşarlanan xəstəlik olduğu üzə çıxıb. Həkimlərin fikrincə, bu xəstəlik il ərzində dünyada 10 milyonda 1 nəfərdə aşkarlanır. Söhbət Gəncədə yaşayan 19 yaşlı qızdan gedir. O, özəl klinikaların birində həkim işləyən Cavanşir Ağayevin pasiyenti olub. Həkim d... | publikaz_normalized |
Kimdən küsdü cavanlığı?":"Nə yaxşı qonşu olduq, bu dünyada" "Ayrı-ayrı doğulduq bu dünyada," "Axır gəlib bir olduq, bu dünyada. Həyatı olduğu kimi tərənnün edən Xalq şairi Cabir Novruzun bu gün anım günüdür. Publik.az Cabir Novruz yaradıcılığından maraqlı məqamları təqdim edir. Öz yolu, öz sözü, öz imzası, öz dünyası o... | publikaz_normalized |
Afrika iki yerə bölünür, yeni okean yaranır":"Geoloqların fikrincə, Afrika yavaş-yavaş iki yerə bölünür. Bu, milyonlarla il çəkəcək uzun bir prosesdir. Bu da iki quru ərazi arasında yeni okean yaranmasına səbəb olacaq. 2004-cü ildə aparılan bir araşdırmaya görə, Afrika plitəsi hər il asta-asta bir-birindən uzaqlaşır. M... | publikaz_normalized |
Zəfər seçkilərinin təqvimi artıq başlayıb. İki ay ərzində dövlətin, hakimiyyət orqanlarının, cəmiyyətin üzərinə düşən müəyyən işlər var ki, bunlar artıq ortadadır, bəllidir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv qərarının olub-olmayacağı barədə sualı cavablandıran Zahid Oruc bildirib: “Amnis... | publikaz_normalized |
Afrikada 2023-cü ilin futbolçusu açıqlanıb. “Napoli”nin üzvü səsvermədə “Liverpul”un vingeri Məhəmməd Salah (Misir) və PSJ-nin müdafiəçisi Əşrəf Hakimini (Mərakeş) qabaqlayıb. Qeyd edək ki, Afrikada 2022-ci ilin ən yaxşı futbolçusu Sadio Mane (Seneqal) seçilmişdi. | publikaz_normalized |
Heydər Əliyev Sarayında dəyişikliklər olacaq. Saraya yeni təyin olunan direktorun sözlərinə görə, iki həftəyə yaxındır iş başındadır: “Təbii ki, müəyyən planlar var və onları həyata keçirəcəyik. Düşünmürəm ki, yaxın 3 ayda nəsə eşidəcəyik, ancaq yaza doğru xəbərlər olacaq”. Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimli... | publikaz_normalized |
Müasir dövlətçiliyimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi b... | publikaz_normalized |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 12-də saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub. Düşən yağıntının miqdarı Astarada 57 mm, Lənkəranda 50 mm, Yard... | publikaz_normalized |
Türkiyəli FİFA referisi Halil Umut Melerə zərbə endirən "Ankaragücü" prezidenti Faruk Koca saxlanılıb. Ötən gecə etdiyi hərəkətdən sonra özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan Koca evə buraxılan kimi polis tərəfindən götürülüb. Onunla birlikdə hakimi təpikləyən daha 2 nəfər ədliyyəyə aparılıb. Tezliklə məhkəmə... | publikaz_normalized |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Qalib Gilasxan oğluna məxsus "Səadət" şadlıq sarayında yoxlama keçirib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək şadlıq sarayını... | publikaz_normalized |
Bu gün hörmətlə andığımız Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində misilsiz izlər buraxıb. Elə bir sahə yoxdur ki, ümumilli lider ora tövhə verməsin. Məhz onun uğurlu siyasətinin və uzaqgörən addımları nəticəsində Azərbaycan qısa zamanda inkişaf edib. Heydər Əliyev hər bir sahə kimi idmana da xüsusi diqqət göstərib... | publikaz_normalized |
Müğənni Vəfa Şərifovaya küsülü olduğu kəbinli ərindən yenidən gül dəstəsi gəlib. Ötən dəfə studiyaya göndərilən nəhəng gül dəstəsi bu dəfə birbaşa müğənninin evinə göndərilib. | publikaz_normalized |
“Biz də istəyirik”":"Ermənistan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəklərini dəstəkləyir. Eyni zamanda o, İrəvanın da Avropa istiqamətinə getmək istədiyini vurğulayıb. Mirzoyan əlavə edib ki, Ermənistan hakimiyyəti Avropa Komissiyasının (AK) Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması, el... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında dekabrın 13-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi y... | publikaz_normalized |
əvvəlcə özləri, sonra valideynləri evləndi - Ögey qardaşından...":"ABŞ-dan olan TikTok istifadəçisinin ögey qardaşından uşaq dünyaya gətirməsi böyük səs-küyə səbəb olub. Lindsi Braun gələcək əri Keyd ilə 14 yaşında olarkən tanış olub. Yeniyetmələr bir-birini sevərək münasibət qurublar. Lindanın anası bu münasibətdən xə... | publikaz_normalized |
Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Tərtər işi"nin Baş Prokurorluqda araşdırıldığını bildirib. “İş Baş Prokurorluqda araşdırılır. Biz vaxtında istintaq apardıq, müəyyən işlər gördük, bir qismini də dayandırdıq. İndi Baş Prokurorluq "Tərtər işi"ni təzələyib və istintaq apa... | publikaz_normalized |
Azərbaycanın həbs etdiyi separatçılar Arayik Arutyunyan, Ruben Vardanyan və digərləri barəsində ibtidai istintaq hərəkətləri davam etdirilir. Onun sözlərinə görə, istintaq yekunlaşdıqdan sonra Azərbaycan xalqı gedişat barədə ətraflı məlumatlandırılacaq: “Separatçılarla bağlı vahid istintaq-əməliyyat qrupu yaradılıb. İs... | publikaz_normalized |
Polşanın Ukrayna ilə sərhədində keçirilən etiraz aksiyası polis qüvvələri tərəfindən dağıdılıb. Polşada istənilən kütləvi aksiya hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. Polşalı siyasətçi Rafal Mekler sosial mediada polisin etirazçıları zorla yolun hərəkət hissəsindən uzaqlaşdırdığını göstərən video yayımlayıb. Vi... | publikaz_normalized |
YUNESKO mənzil qərargahında dekabrın 11-də Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşünün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə... | publikaz_normalized |
Türkiyədə "Ankaragücü" prezidentinin döydüyü hakim Halil Umut Meler karyerasını başa vurub. Türkiyə Superliqasının oyunlarına təyinat alan digər referilər də ümumi açıqlama verərək, Halil Umut Melerlə görüşdükdən sonra gələcək karyeralarına aydınlıq gətirəcəklərini bildiriblər. Qeyd edək ki, Superliqanın XV turunun “An... | publikaz_normalized |
“Heydər Əliyevlə çoxdan tanış idim. O, məktəb vaxtlarından rəssam olmaq istəyirdi. Onun qardaşı Hüseyn Əliyev xalq rəssamı idi. Qardaşı oğlu Rasim Əliyev də uzun illər Bakının baş memarı olub. Bax burdan qaynaqlanırdı onun rəssamlığa olan sevgisi. Həmişə sərgilərə gedirdi, rəssamlarla söhbətləşməyi sevirdi, bütün rəssa... | publikaz_normalized |
Laksatiflərin müntəzəm istifadəsi dərmandan asılılığa və bağırsaqların hərəkətliliyinin pozulmasına və onların təbii şəkildə işləməkdən imtina etməsinə səbəb ola bilər. Düzgün qidalanma və aktiv həyat tərzi qəbizlikdən daha effektiv şəkildə xilas olmağa kömək edəcək. Yuxu dərmanlarından tez-tez istifadə etsəniz, onları... | publikaz_normalized |
İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaq hərəkətləri aparılır. Məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.(trend) | publikaz_normalized |
Xəyallarınızdakı bədən quruluşunu formalaşdırmaq, gözəl, güclü və sağlam olmaq üçün təkcə çox məşq etmək deyil, həm də düzgün yemək lazımdır. Eyni zamanda, pəhrizinizə faydalı qida maddələrini, ilk növbədə isə zülal tərkibli qidaları əlavə etmək vacibdir. O, bildirib ki, kəsmik bir çox cəhətdən olduqca faydalıdır: Kəsm... | publikaz_normalized |
Azərbaycan iqtisadiyyatında nə baş verir?":"“Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar olub. Bu müddətdə idxal 4,6 faiz artsa da, ixrac7,7 faiz azalıb”. O qeyd edib ki, enerji məhsulların qiymətinin... | publikaz_normalized |
9-10 dekabr tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “Brain Game” intellektual oyun hakatonu keçirilib. Hakaton Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və "Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb. Məqsəd öl... | publikaz_normalized |
2026-cı ilədək Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhərindən başqa da 10 kəndin bərpa olunaraq təhvil veriləcək". Onun sözlərinə görə, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşı... | publikaz_normalized |
Metro səhər saat 04:00-dan işləyəcək":"Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək. Bununla bağlı Bakı Metropoliteninin də iş sisteminin dəyişdiriləcəyi bildirilir. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da de... | publikaz_normalized |
2026-cı ilədək Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhərindən başqa da 10 kəndin bərpa olunaraq təhvil veriləcək. O bildirib ki, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu y... | publikaz_normalized |
Müğənni Nura Suri telekanalların müğənnilərə açıq geyinməyi qadağan etdiyini iddia edib" "Onun sözlərinə görə, telekanallarda məşhurların, müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanal açıq-saçıq geyimdə gələn qonaqları geri çevirir. “Mən belə bir şeylə qarşılaşmamışam, amma hər bir hal... | publikaz_normalized |
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “SAY – Support of Azerbaijani Youth” layihəsi çərçivəsində “SAY: İrsimiz” düşərgəsi həyata keçiriləcək. Layihənin davamlılığının təmin olunması məqsədi ilə iştirakçı gənclər şəbəkə ha... | publikaz_normalized |
Yapon rəssam Hajime Sorayama müğənni Beyonsu oğurluqda ittiham edib. Sənətçi müğənninin çıxışlarından bir neçə kadr dərc edib və onları öz əsərləri ilə müqayisə edib. Bənzər bir görüntüdə Beyons "My House" adlı sinqlının üz qabığında poza verib. Rəssam bu barədə sosial şəbəkədə post paylaşıb: Siz mənə rəsmi müraciət et... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb. Ölkənin daxili işlər naziri Ali Yerlikaya da 37 yaşlı referini ziyarət edib. Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meyd... | publikaz_normalized |
Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var. Onun sözlərinə görə, proses nəzarətdədir: Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər ki, bir daha belə hadisə ilə üzləşməyək. Hazırda bütün təhsil sisteminin distanta keçirilməsi və ya qapadılmasını düşünmürük". | publikaz_normalized |
ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden fahişələrə, narkotiklərə və pornoqrafiyaya 872 min dollar (təxminən 1 milyon 500 min manat) xərcləyib. Hanter Baydenin xərcləri barədə məlumatları vergidən yayınma iddiası ilə bağlı məhkəmə sənədlərində yer alıb. Onun “narkotiklərə, "saxladığı" qadınlara, qızlara, dəbdəbəli... | publikaz_normalized |
“Cənab prezident İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq işləri gedir. Növbəti ildən başlayaraq azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək”. “2026-cı ilin sonunadək 26 min ailənin təkcə Qarabağ iqtisadi rayonuna köçürülm... | publikaz_normalized |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ikitərəfli saziş üzərində işlərin sürətlə getdiyini açıqlayıblar. Telefon danışığı zamanı Lavrov iranlı həmkarı ilə hərtərəfli yeni dövlətlərarası sazişin hazırlanmasını müzakirə edib. XİN-dən verilən məlumata görə, saziş... | publikaz_normalized |
Hər kəsin başa düşməsi vacibdir ki...":"Kreml Vladimir Zelenskinin ABŞ-a səfərini çox diqqətlə izləyəcək. Lakin onun fikrincə, Ukrayna prezidenti maliyyə və hərbi yardımın növbəti tranşının ayrılmasına nail olsa belə, bu, heç nəyi dəyişməyəcək. “Hər kəsin başa düşməsi vacibdir ki, Ukraynaya vurulan on milyardlarla doll... | publikaz_normalized |
38 yaşlı kişi məktəbli qızı qaçırdı, kirayə qaldığı evdə... - Şok təfərrüat":"Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Laləyə (adlar şərti verilib – red.) Məmməd Laləni aldadaraq, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən “Laçın” adlı orta məktəbin yaxınlığında onunla görüşüb.... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülh və inkişaf üçün tarixi fürsətin yarandığını qeyd edib. XİN başçısı dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, Təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platfo... | publikaz_normalized |
“Bu gün Azərbaycanı dünyada idman ölkəsi kimi tanıyırlar. Əlbəttə ki, bu, Heydər Əliyevin qurduğu siyasətin nəticəsidir”. Stend atıcısı kimi Avropa, dünya və olimpiya çempionu olan, hazırda isə Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti postunda çalışan Meftahətdinova Heydər Əliyevin Azərbaycan idmanının uğur... | publikaz_normalized |
Müğənni Fərhad Göçərlə sevgilisi Ömür Gedikin 30 pişik saxladığı məlum olub. Ömür Gedik Beykozdakı 4 mərtəbəli villasının qapılarını Kanal D-yə açıb. Məlum olub ki, Boğaz mənzərli möhtəşəm villalarında ulduz cütlük 30 pişiyə baxır. Pişiklər üçün xüsusi hazırlanmış Boğaz mənzərəli evin eyvanında otaqlar arasından xüsusi... | publikaz_normalized |
Kreml Navalnının taleyinə nəzarət etmir":"Kremlin müxalifət lideri Aleksey Navalnının həbsxanada qalmasına nəzarət etmək niyyəti və imkanı yoxdur. “Xeyr, məhbusların taleyini və onların qalma prosesini izləməyə bizim nə niyyətimiz, nə də imkanımız var...” o, jurnalistlərin sualını cavablandırıb. ABŞ-ın Navalnının taley... | publikaz_normalized |
GUAM-a sədrliyin Azərbaycana keçməsi barədə qərar təsdiqlənib. Nazirlər GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar da təsdiq olunub. | publikaz_normalized |
Ukrayna Radası hakimlərin və məmurların yalan detektoru ilə sınaqdan keçirilməsini təklif edib. Parlamentin milli təhlükəsizlik komitəsinin üzvü Fyodor Venislavski məmurların poliqrafiya testindən keçirilməsini təklif edib. Deputatın yoxlamağı təklif etdiyi məmurların geniş siyahısına həm deputatların özləri, həm də yü... | publikaz_normalized |
“Ölümündən sonra bir yaylığını belə mənə vermədilər ki, yadigar saxlayım”. Mərhum müğənni, Xalq artisti İlhamə Quliyevanın son nəfəsində yanında olan xadiməsi Fatma Əliyeva onunla bağlı heç vaxt dilə gətirmədiyi faktları açıqlayıb. “İlhamə xanımı ölümündən əvvəl çox incitdilər. Evinə gizli zənglər olunurdu, onu qorxudu... | publikaz_normalized |
Müğənni Rəqsanə İsmayılova qızı Aysun ismayılovanın toy tarixini açıqlayıb. Bu dəfə hər şey ürəyimcə olacaq. Xatırladaq ki, Aysun bir vəkillə eşq yaşadığını bildirmişdi. | publikaz_normalized |
“Ad günün mübarək, mələyim“ - VİDEO":"Bir müddət öncə Aysundan boşanan Eşqin Cəlilov son paylaşımı ilə gündəmə gəlib. Eşqin ilk evlilikdən dünyaya gələn qızının ad günü olduğunu qeyd edib: Atasının mələyi, xoşbəxt ol”. Xatırladaq ki, AysunEşqinin ondan əvvəl ailəli olduğunu etiraf etmişdi: Eşqin məndən öncə rus qadınla... | publikaz_normalized |
Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Sonra görkəmli oftalmoloq-alim,... | publikaz_normalized |
Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. ***" "Bakıda yanğın olub, yolda sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda yaşayış... | publikaz_normalized |
Avropanın bir sıra klubları və milli futbol assosiasiyaları Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra sözügedən ölkənin klubları ilə davamlı əməkdaşlığa görə ciddi problemlərlə üzləşə bilər. 28 klub maliyyə məhdudiyyətlərinə baxmayaraq, Rusiyadan futbolçu transfer edib. Lakin “Follow the Money”i... | publikaz_normalized |
Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumatlarla bağlı müvafiq komissiya yaradılıb. Qeyd olunub ki, komissiyanın tərkibinə Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktə... | publikaz_normalized |
Ciddi dəyişikliklər...":"Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir. Onun sözlərinə görə, tezliklə ciddi dəyişikliklər baş verə... | publikaz_normalized |
“FourFourTwo” nəşri 2010-2019-cu illərdə milli komandalarda çıxış etmiş ən yaxşı futbolçuların adlarını açıqlayıb. İkinci yerdə Almaniya millisinin üzvü Tomas Müller qərarlaşıb. Daha bir ispaniyalı Xavi Ernandes isə 2010-cu illərin ən yaxşı üçüncü futbolçusu sayılır. Andres İnyesta (İspaniya)" "2. Kriştianu Ronaldu (Po... | publikaz_normalized |
Zəng edib dedi ki...":"Braziliyanın "Santos" klubunun prezidenti Marselo Teyşeyra maraqlı açıqma verib. “Dünən mənə Neymardan zəng gəldi. O, mənə dedi ki, sən A Seriyasına qayıdana qədər 10 nömrəni istifadəsini qadağan etmisən. Ona görə də mən qayıdana qədər 11 nömrəni heç kimə vermə. Mən artıq xoşbəxt və ümidlə doluya... | publikaz_normalized |
Slovakiyanın Xarici İşlər Nazirliyi Ukrayna və Avropa İttifaqına (Aİ) üzv olmaq üçün müraciət edən digər ölkələrə bərabər münasibət tələb edib. Bildirilib ki, Ukrayna Aİ-yə üzv olmaq üçün digər namizədlərlə birlikdə “uzun və çətin yol” qarşısındadır. Departamentin mətbuat xidməti bildirib: “Slovakiya Ukraynanı Avropa İ... | publikaz_normalized |
2022-ci il ərzində İran xüsusi xidmət orqanlarının gizli əməkdaşlığa cəlb etdiyi şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Elnur “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax şəhəri üzrə texniki-xidmət ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.